Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1052/2025 21.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Yevlax rayonu, Yevlax şəhəri, Abşeron rayonu, Pirəşəkül qəsəbəsi fərdi evdə yaşayan barəsində başqa yerə getmmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs Qarabağ müharibəsi əlillərinə Abşeron rayonu Pirəşəkül qəsəbəsində 0.10 ha torpaq sahəsinin ayrılmasını yalandan bildirib, Pirəküşkül qəsəbəsində boş sahəni sonuncuya göstərib, həmin torpaq sahəsini alacağına köməklik edəcəyini yalan vəd verib aldadaraq, 15 aprel 2024–cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Q.Musabəyov küçəsində yerləşən X4 rayon filalının binasının qarşısında 750 (yeddi yüz əlli) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin mart ayından Zərərçəkmiş şəxs Atamğlan oğlunu ortaq tanışları vasitəsi tanımışdır. Belə ki, həmin zaman onda olan məlumata görə bələdiyyə qarabağ qazilərinə pay kimi torpaq sahələri verirdi.O da, bu məqsədlə qarabağ müharibəsi əlili Zərərçəkmiş şəxs bu barədə zəng edib təklif etmişdir. Polad, onun bu təklifinii qəbul etmiş və o, Poladdan bu işin hazır olması üçün 750 (yeddi yüz əlli) manat pul istəmişdir.Polad onun bu təklifini qəbul edib onunla razılaşmışdır.Onlar danışıb razılaşmış və xx.xx.2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" ASC-nin yanında 750 manat pulu Zərərçəkmiş şəxs ona nağd şəkildə əlbəəl vermişdir.O da, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir.Lakin, Zərərçəkmiş şəxs pulunu tam olaraq özünə qaytarmışdır. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam olaraq ödənildiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Qarabağ müharibəsinin iştirakçısı və İİ qrup əlildir”. Təxminən 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Nicatla razılaşıb Abşeron rayonu Xırdalan şəhərində görüşmüşdür. Nicat, onun “2-ci qrup Qarabağ müharibəsi əlili” olduğu barədə kimdənsə məlumat alaraq ona bildirmişdir ki, “əlillərə dövlət tərəfindən 10 sot torpaq sahəsi ayırlması nəzərdə tutulmuşdur”. O, iki gün sonra Nicatın istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə zəng edərək Abşeron rayonu Pirəşəkül qəsəbəsində görüşmüşdür. Nicat ona həmin yerdə boş torpaq sahəsini göstərib həmin torpaq sahəsini qısa müddətə onun adına rəsmiləşdirəcəyini vədd vermişdir. O, Nicatın sözlərinə inanıb, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Q.Musabəyov küçəsində yerləşən "xxxx" ASC-nin qarşısında görüşüb özünə məxsus bank kartından 750 manat pul çıxardıb Nicata nağd şəkildə əlbəəl vermişdir. Nicat ona iki günə həmin torpaq sahəsini onun adına rəsmləşdirəcəyini söz vermişdir. O, bir neçə gün gözlədikdən sonra Nicatın mobil nömərəsinə zəng edib torpaq sahəsi ilə maraqlandıqda Nİcat, müxtəlif bəhanələr gətirib ona gözləməyi bildirmişdir.Lakin, bu günə qədər heç bir torpaq sahəsi ona verilməmiş və Nicat odan aldığı 750 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs X2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işi Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xitam edilmişdir.Bundan başqa Qaradag Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3-cü maddələrinə əsasən 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdə olan Sumqayıt Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Quliyev X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3-cü maddələrinə əsasən 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının müddəti bitdiyi üçün 28 fevral 2023-cü il tarixdə qeydiyyatdan çıxmışdır. Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal dəyən ziyanın ödənilməsidir. Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61 -ci maddəsinə əsasən, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıgın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Abşeron RPİ-nin CAŞ-nin əməkdaşlarının xx.xx.2025-ci il tarixdə keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. 23 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilərək, barəsində “başqa yerə getmmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən cəzasından tutulduğu 02 gün CM-nin 68.1.1-1 maddəsinə əsasən 04 gün çıxılmaldır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Pirəşəkül qəsəbəsi fərdi yaşayış evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Barəsində seçilmiş olan “başqa yerə getmmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə müdafiəçiyə 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 04(dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasə iki günə 01 gün hesabı ilə 04 gün müddət təyin edilmiş cəzasından çıxılsın, üzərində 01 (bir) il 03 (üç) 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu, Pirəşəkül qəsəbəsi fərdi yaşayış evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ona ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-1052/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1052/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver