Məhkəmə qərarları › İş №1(012)-106/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-106/2021

20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-106/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi4 və Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi3, tərcüməçi X3 iştirakı ilə xx xxxx 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri Xəzər bağları yaşayış massivi nömrəsiz evdə yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 08.03.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, xx xxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, Abşeron Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 04.06.2021-ci il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi bir ədəd paketin içərisində təmiz çəkisi 435 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanı daşımaqla özündə saxlamış, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 may 2020-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu Saray qəsəbəsi yeni yaşayış massivində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əlindəki paketdəki həmin narkotik vasitəni çıxardaraq təqdim etmiş və həmin vasitə götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq 02 avqust 2020-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri daş bazarı yaxınlığında Təqsirləndirilən şəxs2 22 manata aldığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,283 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,264 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini özündə saxlamaqla daşımış, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 avqust 2020-ci il tarixdə saat 18:30 radələrində Abşeron rayonu Saray qəsəbəsi, Saray Yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılmış, orada üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin 0,283 qram çəkidə heroin və 0,264 qram çəkidə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 0,283 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,577 qram ağ rəngli kristallik maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşımaqla üstündə saxlamış, 02 avqust 2020-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri daş bazarı yaxınlığında 0,577 qram çəkidə psixotrop maddə metamfetaminin 0,264 qram çəkidə hissəsini və 0,283 qram çəkidə heroini Təqsirləndirilən şəxs1 22 manat müqabilində qanunsuz olaraq satmış, 0,313 qram çəkidə psixotrop maddə metamfetamini özündə saxlamaqla daşımış, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 avqust 2020-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılmış, orada üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmədə tərcüməçi Həqiqət Musayevanın iştirakı ilə, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 20 may 2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən 100 manata 220 qram narkotik vasitə olan qurudulmuş marixuana almış və özü istifadə etmək üçün əlindəki sellofan paketdə saxlamışdır. 21.05.2020-ci il tarixdə gecə radələrində Abşeron rayonu, Saray qəsəbəsində olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşdılar və özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra onu Abşeron RPİ-ə gətirmişlər. Abşeron RPİ-də əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, onun hüquqlarını müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Onun hüquqlarını müdafiə edən müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşları tərəfindən ondan üstündə qanunsuz olaraq saxladığı hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Əlində olan paketin içərisində narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Əlində olan sellofan paketin içərisindəki narkotik vasitə qurudulmuş marixuana qablaşdırıldıqdan sonra üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Protokolun tərtib edilməsi ilə bağlı heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan başqa son vaxtlar narkotik vasitə olan heroini və metamfetamini Sumqayıt şəhərində yerləşən daş bazarı yaxınlığında «Cici» ləqəbi ilə tanınan Ceyhun adlı şəxsdən almışdır. Ceyhunun ata adı səhv etmirəmsə Mirsəftərdir. 02 avqust 2020-ci il tarixdə təxminən saat 11 radələrində Sumqayıt şəhəri, daş bazarı yaxınlığında Ceyhunla görüşmüşdür. Ceyhuna 22 manat pul verib ondan bir büküm heroin və bir büküm metamfetamin almışdır. Aldığı narkotik vasitə və psixotrop maddəni əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra şəxsi işi ilə bağlı Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişdir. Həmin günü saat 18:30 radələrində Abşeron rayonu Saray qəsəbəsi, Saray yanacaq doldurma məntəqəsinin yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb, vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan adını və soyadını soruşmuşlar. Polis əməkdaşlarına adını və soyadını bildirdikdən sonra polis əməkdaşları onu Abşeron RPİ-nə dəvət etmişlər və heç bir etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmişdir. Abşeron RPİ-də olduğu zaman üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd büküm, içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd büküm və quru salfetka aşkar olunmuşdur. Sonra üstündən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Quru salfetka isə cinayət xarakterli əşya olmadığından ona qaytarılmışdır. Həmin narkotik vasitə ona məxsus deyildir. Tutulduğu zaman polis əməkdaşları ona təzyiq etdiklərinə görə narkotik vasitəni 22 manata Ceyhundan aldığını demiş, bu barədə yazılı izahat və ifadə vermişdir. Hazırda həmin ifadəsindən imtina edir. Ceyhumndan narkotik vasitə almamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, adı Ceyhun olsada hamı onu Cici deyərək çağırır. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. İstifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrələr var. Təqsirləndirilən şəxs1 bir müddətdir ki, tanıyır. Təxminən 15 gün əvvəl 2020-ci ilin iyul ayının ortalarında Emil Sumqayıt şəhərində 20-ci mikrorayonda onun yaşadığı evin yaxınlığında olan zaman ondan 100 manat borca pul almış və bir neçə günə borcu qaytarmağa söz versədə həmin pulu qaytarmamışdır. 01 avqust 2020-ci il tarixdə saat 16 radələrində o Sumqayıt şəhərində yaşadığı evin yaxınlığında Emili təsadüfən görmüşdür. Emilə yaxınlaşıb ona olan 100 manat borcunu qaytarmasını bildirmişdir. Emil ona üstündə pul olmadığını söyləmiş, o əynində olan şalvarının cibinə baxanda oradan 30 manat pulu görmüşdür. Emildən həmin pulu və metamfetamini istəyərək götürmüşdür. Tutulduğu zaman polis əməkdaşları ona təzyiq etdiklərinə görə göstərilən əməli törətməsini boynuna almış, bu barədə yazılı izahat və ifadə vermişdir. Verdiyi ifadədən imtina edir. Üzərindən aşkar edilərək götürülmüş narkotik maddə ona məxsus deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 may 2020-ci il tarixdə Abşeron rayon polis idarəsinə xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan Sumqayıt şəhəri «Xəzər» bağları» yaşayış massivi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məlumat Abşeron RPİ-nin rəisinə raportla məruzə edildikdən sonra ondan Abşeron RPİ-nin CAŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu Saray qəsəbəsinə getmiş və 21.05.2020-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 00:30 radələrində Abşeron rayonu Saray qəsəbəsi yeni yaşayış massivində Təqsirləndirilən şəxs1 saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Abşeron RPİ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, Abşeron rayon Pİ-nə gətirdikləri şəxs xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olan, ünvan 5 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri «Xəzər» bağları» yaşayış massivi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1dir. Abşeron RPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 tərcüməçi, hüquqlarının müdafiə edilməsi üçün isə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, tərcüməçinin, onun, Abşeron RPİ-nin CAŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli sellofan paketi təqdim edərək, həmin paketin içində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin sellofan paket açılmış, içində kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin maddəni 20.05.2020-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən 100 manata alaraq özü istifadə etmək üçün əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar edilən maddə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüş və DİN-nin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolu və qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin üzərinə bütün iştirakçılar imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 02 avqust 2020-ci il tarixdə Abşeron rayon polis idarəsinə xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan Sumqayıt şəhəri «Xəzər» bağları» yaşayış massivi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Abşeron RPİ-nin rəisinə raportla məruzə edildikdən sonra ondan Abşeron RPİ-nin CAŞ-nin NMQ–nun əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu Saray qəsəbəsinə getmiş və 02.08.2020-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 18:30 radələrində Abşeron rayonu Saray qəsəbəsi Saray Yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs1 saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Abşeron RPİ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, Abşeron rayon Pİ-nə gətirdikləri şəxs xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olan, ünvan 5 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri «Xəzər» bağları» yaşayış massivi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1dir. Abşeron RPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 tərcüməçi, hüquqlarının müdafiə edilməsi üçün isə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, tərcüməçinin, onun Abşeron RPİ-nin CAŞ-nin NMQ–nun əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman o əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd bükümü çıxardaraq təqdim etmiş, həmin bükümlər açılmış, birinin içinə baxış keçiriləndə orada psixotorop maddə metamfetaminə bənzər maddə, digər bükümə baxış keçirildikdə isə içində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddələri Sumqayıt şəhərində yerləşən daş bazarının yaxınlığında Ceyhun adlı Cici ləqəbli şəxsdən 22 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar edilən maddələr qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüş və DİNnin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolu və qablaşdırılmış narkotik vasitə heroinə və metamfetaminə bənzər maddələrin üzərinə bütün iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini və metamfetamini satan Cici ləqəbli Təqsirləndirilən şəxs2 adlı şəxsin cinayət əməllərini ifşa etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 alınmış məlumat Abşeron RPİ-nin rəisinə məruzə edildikdən sonra ondan Abşeron RPİ-nin CAŞ-nin NMQ–nun əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Sumqayıt şəhəri 20-ci mikrorayona 02.08.2020-ci il tarixdə getmişdir. 02.08.2020-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri 20-ci mikrorayonda keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saat 21 radələrində saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Abşeron RPİ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, Abşeron rayon Pİ-nə gətirdikləri şəxs xx.xx.1987-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2dur. Abşeron RPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun, Abşeron RPİ-nin CAŞ-nin NMQ– nun əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman o əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxardaraq təqdim etmiş, həmin büküm açılmış, içinə baxış keçiriləndə orada psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ondan aşkar edilən maddə psixotorop maddə metamfetamindir, həmin maddəni öz istifadəsi üçün üzərində gəzdirmiş və Emil adlı şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 aşkar edilən maddə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüş və DİN-nin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolu və qablaşdırılmış psixotorop maddə metamfetaminə bənzər maddəni üzərinə bütün iştirakçılar imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 21.05.2020-ci il tarixli, 7/241 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «E. Putiyenko» yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı təmiz çəkisi – 435 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (qalıq 434,9 qram – 0,1 qram narkotik vasitə qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 03.08.2020-ci il tarixli, 6/1442 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Din-nin zərflər üçün 55» №-li dairəvi möhür əksi olan «üzərində Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 bükümdə.. sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində kibrit qutusunda bir bükümdə, üzərində adlar və imzalar qeyd edilmiş digər zərfin içərisində «Beta tea» göstəricisi olan bir ədəd paketin içərisində bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,264 qram, 0,313 qram ümumilikdə təmiz çəkisi 0,577 qram olan ağ rəngli kristallik maddə kustar ümulla hazırlanmış psixotrop maddə metamfetamindir(qalıq 0,527 qram – 0,05 qram metamfetamin tədqiqata sərf edilmişdir). Üzərində adlar və imzalar qeyd edilmiş zərfin içərisində «Beta tea» göstəricisi olan bir ədəd paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,283 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,233 qram – 0,05 qram heroin tədqiqata sərf edilmişdir). Tədqiqata təqdim edilmiş iki ədəd bükümdə olan metamfetaminlər xarici görünüş və kimyavi tərkib komponentlərinə görə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyəsi qadağan edilən psixtrop maddələri» -in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyəsi qadağan edilən narkotik vasitələr» -in siyahısına (siyahı İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 12.08.2020-ci il tarixli 2195 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixtrop maddə olan metamfetamindən sui –istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 05.08.2020-ci il tarixli 2110 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görünür. İş üzrə üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 05.08.2020-ci il tarixli 1444 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 xəsiyətin psixopatik cizgiləri aşkar olunur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs2 öz hərəkətlərininin mənasını dərk etmək və onu idarə etmək iqdidarındadır. Təqsirləndirilən şəxs2 hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 həmçinin baş vermiş hadisə dövründə kəmağılılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 baş vermiş hadisə dövründə öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqdidarında olmuşdur. Təqsirləndirilən şəxs2 istintaq hərəkətlərində iştirak etmək və ifadə vermək qabiliyyətinə malikdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 14.08.2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18.07.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzası 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 02 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 02.06.2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.02.2014-cü il tarixli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 70-ci maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il müddətinə şərti məhkum edilmişdir. 18.04.2017-ci il tarixdə Sumqayıt RPİ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 40.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. 21.05.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21.05.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 23.05.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 23.05.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ-in 21 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 20070577 nömrəli iş üzrə ibtidai istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilmiş və həmin cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 02.08.2020-ci il tarixli axtarışda olan şəxsi tutma haqqında protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 02.08.2020-ci il tarixdə tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş təqdimat təmin edilməmişdir. Abşeron RPİ-in 04 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. 01.04.2021-ci il tarixdə daxil olmuş Abşeron RPİ-in 30.03.2021-ci il tarixli 128-23053 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 08.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. 02.08.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 02.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan seçilməsi barədə verilmiş təqdimat təmin edilməmişdir. 04.08.2020-ci qərardan görünür ki, Təqsirləndirilən şəxs2 04.08.2020-ci il tarixdə MSYdən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqından qaçıb gizləndikləri üçün barələrində axtarış elan edilmiş, barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və həmin cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasının 07.06.2021-ci il tarixli 17/38-3817 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 04.06.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə icraat təzələnmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınaraq, Abşeron Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmuşdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə video çəkliş ilə baxış keçirilmiş və iki ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 02 ədəd SD diskə baxış keçirlmiş, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Toğrul Vəliyevin iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əlində olan qara rəngli sellafan paketdə bitki mənşəli yaşıl rəngli maddə, Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli tozşəkilli maddənin və ağ rəngli kristalit formada maddənin, Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə ağ rəngli kristalit formada maddənin aşkar edilməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik maddə satmadığı barədə təqsirləndirilən şəxsin ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verərək, üstündən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, cibinə qoyulduğunu bildirmiş, narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını inkar etmiş, guya polis əməkdaşları ona təzyiq etdiklərinə görə ifadəsində narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını göstərdiyini demişdir. Halbu ki, Təqsirləndirilən şəxs1 tutulduğu zaman narkotik vasitəni Ceyhun Hadiyevdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 oğlu Pİ-də təzyiq edilməsi məsələsi araşdırılarkən, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı həmin şəxsin adını deməkdən və həmin şəxsi göstərməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 üstündən aşkar edildiyi zaman tərtib olunmuş protokolda və həmin maddələrin qablaşdırılıb qoyulduğu zərfin üstündə imza etmiş, sadalanan istintaq hərəkətləri onun və müdafiəçisinin iştirakı ilə video çəkliş aparılmışdır. Eyni zamanda ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilməsi zamanı Emil bir daha ifadəsində göstərilənləri təsdiq etmiş, narkotik maddəni Ceyhundan aldığını onun üzünə qarşı demişdir. Bundan başqa iş üzrə keçirilmiş eskpertiza nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş narkotik vasitələrin kimyəvi tərkiblərinə görə eyni tərkibli olması da müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə, şahidlərin ifadələrinə, ekspertlərin rəyinə qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Ceyhun Hadiyevi müdafiə etmək məqsədilə sonradan ifadəsini dəyişmiş, həqiqətə uyğun olmayan ifadələr verməklə, bununla da ona yaxşılıq edərək, onun məsuliyyətini yüngülləşdirməyə nail olmaq məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində Təqsirləndirilən şəxs1 heç bir narkotik vasitə satmadığını, Təqsirləndirilən şəxs1 ona 100 manat borcu olduğu üçün o Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərində 01.08.2020-ci il tarixdə gördüyünü, ona yaxınlaşıb borcunu istədiyini, sonra Emilin əynində olan şalvarın cibinə baxanda Emilin cibindən 30 manat pul və 1 büküm metamfetamin aşkar edib həmin metamfetamini girov kimi götürdüyünü, Emilə ona qalıq olan 70 manat pulunu qaytaranda həmin metamfetamini ona qaytaracağını bildirmişdir. Məhkəmə baxışı zamanı onun ifadəsində göstərilənlər təkzib olunmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər də Təqsirləndirilən şəxs1 ilkin sorğu zamanı narkotik vasitəni Ceyhun Hadiyevdən satın alması barədə könüllü ifadə verməsini təsdiq etmişlər. Cinayət işində olan dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 02 avqust 2020-ci il tarixdə təxminən saat 11 radələrində Sumqayıt şəhəri, daş bazarı yaxınlığında Ceyhunla görüşmüş, Ceyhuna 22 manat pul verib ondan bir büküm heroin və bir büküm metamfetamin aldığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, cibinə qoyulduğunu bildirmiş, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu inkar etmiş, guya polis əməkdaşları ona təzyiq edərək, ona təqsirinin boynuna almasını təklif etdiklərinə görə ifadəsində içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd bükümü Emil adlı şəxsdən hədiyyə kimi aldığını göstərdiyini bildirmişdir. Həmin məsələ araşdırılarkən, həmin xüsusisratlarla bağlı məhkəmədə ifadə verən Şahid2 onu ifşa edərək, göstərilən narkotik vasitəni Ceyhun Hadiyev könüllü olaraq, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxardaraq təqdim edərək, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni Emil adlı şəxsdən alaraq özü istifadə etmək məqsədi aldığını ifadəsində göstərmişdir. Eyni zamanda narkotik vasitə olan psixotrop maddə metamfetamin üstündən aşkar edildiyi zaman tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokolda və həmin maddənin qablaşdırılıb qoyulduğu zərfin üstündə imza etmiş, sadalanan istintaq hərəkətləri onun və müdafiəçisinin iştirakı ilə video çəkliş aparılmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitəni cibinə polis əməkdaşının qoyduğunu desə də, məhkəmə istintaqı zamanı həmin şəxsin adını deməkdən və həmin şəxsi göstərməkdən imtina etmişdir. Dindirilmə zamanı Təqsirləndirilən şəxs2 öz ifadəsi ilə, eləcə də məhkəmədə dindirilmiş şahidin ifadəsi ilə onun ifadəsində göstərilənlər təkzib olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs2 ifadəsində göstərilənlər sübuta yetməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə, şahidlərin ifadələrinə, ekspertlərin rəyinə qiymət verərək, belə nəticəyə gəlir ki, Ceyhun Hadiyev ifadəsində törətdiyi əməli polis əməkdaşlarının ona təzyiq etməsi ilə bağlı olduğunu bildirərək, törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə törətdiyi əməli olunan təzyiq ilə bağlamağa çalışaraq, cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.” Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə, şahidlərin ifadələrinə, ekspertlərin rəyinə qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 fərqli ifadə verməkdə məqsədi törətdiyi CM-in 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunacağına ümid etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərilənlər təkzib olunmuş, onun Təqsirləndirilən şəxs1 bir büküm heroin və bir büküm metamfetamin satdığı tam sübuta yetirilmişdir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hər tərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmədə təqsirləndirilən şəxslərin öz ifadələri, şahidlərin ifadələri və ekspertlərin rəyləri ilə Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və üzərində gəzdirməsi, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, üzərində gəzdirməsi və Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin və heroin satması sübuta yetirilmişdir. Həmin sübutlar mənbələrinə görə mötəbərdir və bir-birini tamamlayır. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Etdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cinayətlərin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 21.05.2020-ci il tarixdən 23.05.2020-ci il tarixdək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün və 02.08.2020-ci il tarixdən 04.08.2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 20.08.2021-ci il tarixdən hesablanmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 08.03.2021-ci il tarixli qərarı ilə istintaqı aparılan digər cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02.08.2020-ci il tarixdən 04.08.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 04.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 69 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkiləri 434,9 qram narkotik vasitə qurudulmuş marixuana, 0,527 qram psixotrop maddə metamfetamin, 0,233 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 21.05.2020-ci il tarixdən 23.05.2020-ci il tarixdək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün və 02.08.2020-ci il tarixdən 04.08.2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 20.08.2021-ci il tarixdən hesablansın. Sumqayıt Şəhər Məhkəməsinin 08.03.2021-ci il tarixli qərarı ilə istintaqı aparılan digər cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02.08.2020-ci il tarixdən 04.08.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04.06.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 69 manat 82 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkiləri 434,9 qram narkotik vasitə qurudulmuş marixuana, 0,527 qram psixotrop maddə metamfetamin, 0,233 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar