Məhkəmə qərarları › İş №1(012)-106/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-106/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-106/2022 21.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, onun müdafiəçisi Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1963-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.S.Xəlifov küçəsi, ev 13, mənzil 57-də qeydiyyatda olmaqla Abşeron rayqonu, Qobu qəsəbəsi, yeni massiv, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vuran cinayət əməlini törətmişdir. Belə ki, o, 24 sentyabr 2021 -ci ildə saat 17:10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz 208D markalı **-MD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 15,2-ci kilometrində Şamaxı şəhəri istiqamətində sağ hərəkət zolağında 65 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib etməyib, diqqətini daim dəyişən yol şəraitindən və mikroavtobusun idarəolunmasından ayırdığından qarşıda eyni istiqamətdə sağ hərəkət zolağında dayanmış Şahid idarə etdiyi Daewoo BS 090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Mercedes Benz 208D markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs2 sağ oturaq sümüyünün yerdəyişməyən qapalı sınığı, sağ budun qançırı kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs5 baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə- beyin travması, sol bazu sümyünün qapalı yerdəyişən sınığı və sağ gözaltı nahiyənin qançırı kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs4 sağdan 7-ci qabırğanın qapalı yerdəyişən sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının, sol bazunun və sağ daldırın qançırları kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs7 baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, üst dodağın əzilmiş yarası, sol baldırın qançırı kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs8 hər iki diz oynağı nahiyələri də daxil olmaqla hər iki baldırın diz oynağı nahiyələrində hərəkət məhdudluğu ilə müşaiyət olunan iri ölçülü qançır- şişkinlik halında əziyi (hematoması), sol diz oynağı nahiyəsinin ön səthinin əzilmiş-cırılmış yarası kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs6 sol bazu-dirsək oynağı-sad nahiyələrinin dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü qançır şişkinlik halında əziyi (hematoması) kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs3 sol diz və baldır nahiyələrinin sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü qançır-şişkinlik halında əziyi (hematoması), oma nahiyəsinin, sol kürək nahiyəsinin qançırları kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs9 baş-beyin silkələnməsi ilə müşayiət olunan baş nahiyəsinin sağ təpə-gicgah hissəsinin qançırı, qarının və sağ sağrı nahiyəsinin qançırları kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Daewoo BS 090 markalı avtobusun sərnişini Zərərçəkmiş şəxs1 sol pəncənin qançır-şişkinlik halında əziyi kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri almalarına, Daewoo BS 090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun əzilərək sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 9265 manat maddi ziyan yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 24 sentyabr 2021 -ci il tarixdə saat 18 radələrində sürücü işlədiyi "xxxx" MMC-yə məxsus 557 nömrəli avtobus marşrutunda etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 208D markalı ** MD *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Qaradağ rayonundan Abşeron rayonu Müşfiqabad qəsəbəsinə gedərkən Bakı-Şamaxı-Yevlax yolunun 15-ci km-ni keçdikdə mikroavtobusu sağ zolaqda təxminən 65 km/saat sürətlə hərəkət etdirmişdir. Mikroavtobusda sərnişinlərdən olan bir nəfər qadın ona yaxınlaşıb qabaqda düşəcəyini bildirmiş, birdən çevrilib qarşıya baxanda qarşıda sağda ağ rəngdə avtobus görmüş, ayağını tormoza atmış, məsafə az olduğundan toqquşma baş vermişdir. O, bildirmişdir ki, əvvəlcədən avtobusu qarşısında görməmişdir. Hadisə nəticəsində o, xəsarət almışdır. Hadisə vaxtı mikroavtobusda təxminən 9-10 sərnişin olmuşdur. O, spirtli içki qəbul etməmişdir. Mikroavtobus hadisədən əvvəl saz vəziyyətdə olmuşdur. Hadisə vaxtı hava çiskinli yer az nəmli olmuşdur. Hazırda o, zərərçəkmiş şəxslərlə barışmışdır. Ona görədə zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alıb işin icraatına xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 24.09.2021-ci il tarixdə saat 18 radələrində sədərək ticarət mərkəzindən 557 saylı avtobus marşrutunda Mercedes markalı mikroavtobusda sərnişin kimi minib müvafiq qəsəbə istiqamətiqdə gələrkən sürücü tərəfdən arxada 2-ci sırada oturmuş, Mekkdan qəsəbə adlanan yerə, yəni Bakı-şamaxı yolunda mikroavtobusdan düşmək üçün oturacaqdan ayağa durub sürücüyə yaxınlaşaraq qarşıdakı dayanacaqda düşmək üçün gediş haqqını vermiş, həmin vaxtı sürücüyə arxadan sual verilmiş, sürücü geriyə çevrilib salona baxanda qarşıda yolun sağ kənarında Daevoo markalı avtomobilin dayandığını görmüş, o, «ehtiyatlı ol» demək istərkən sərnişini olduğu mikroavtobusun ön hissəsi qarşıda dayanmış Daevoo markalı 114 saylı marşrut xətti üzrə işləyən avtobusun arxa hissəsi arasında toqquşma baş vermişdir. Nəticədə digər sərnişinlər kimi o, da xəsarət almışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 24 senrtyabr 2021 -ci il tarixdə saat 17 radələrində 114 saylı marşrut avtobusunda sərnişin kimi arxada ayaq üstə dayanıb Bakı şəhərindən müşviq qəsəbəsinə gələrkən Bakı-Şamaxı-Yevlax yolunda Hökməli dairəsini keçdikdən sonra avtobus yolun sağ kənarında dayanıb sərnişin düşürmüş, birdən avtobusun arxa hissəsindən bərkdən zərbə olmuş, avtobus zərbədən irəliyə atılmışdır. O, xəsarət almışdır. Avtobusdan aşağı düşdükdə arxada olduğu üçün avtobusun arxasına qırmızı rəngli mikroavtobus dəyib dayandığını görmüşdür. O, ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 24 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində Qaradağ rayonu Sədərək ticarət mərkəzindən 557 saylı marşrutda işləyən Mercedes markalı mikroavtobusda sərnişin kimi arxada sağda əyləşib Abşeron rayonu Nübar qəsəbəsinə gələrkən Bakı-Şamaxı yolunda Hökməli dairəsi adlanan yerə girdikdən sonra o, qarşıda dayanacaqda düşmək üçün sürücüyə yaxınlaşaraq gediş haqqını ödəmək istərkən sürücü salona tərəf baxdıqda qarşıda dayanmış ağ rəngli 114 saylı avtobusun arxası ilə toqquşmuşdur. 114 saylı avtobus yolun sağında dayanmışdır. Toqquşma nəticəsində o. xəsarət almışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 24.09.2021-ci il tarixdə saat 17 radələrində Qaradağ rayonu Sədərək ticarət mərkəzi 557 nömrəli marşrutda işləyən Mercedes markalı mikroavtobusa minib arxada sərnişin kimi sağda əyləşib Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinə gedərkən Bakı- Şamaxı yolunun 15-ci km-ni keçdikdə sürücü salonda dayanacaqda düşmək istəyən qadın tərəfə baxmış, başı qarışıq olmuşdur. Qarşıda yolun sağ tərəfində 114 nömrəli avtobus dayanmışdır. Salondakılar qışqırmış, lakin sürücü gec reaksiya vermiş, tormoz vermiş, buna baxmayaraq toqquşma baş vermişdir. Mikroavtobusun ön hissəsi 114 nömrəli avtobusun arxa hissəsi ilə toqquşmuşdur. Toqquşmadan əvvəl 114 nömrəli avtobus dayanmış vəziyyətdə olmuşdur. Mikrovtobusda təxminən 9-10 sərnişin olmuş, o, da xəsarət almışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 24 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində 557 nömrəli marşruta minib Müşfiq qəsəbəsinə evə gedərkən Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində anidən sərnişini olduğu mikroavtobus qarşıda olan avtobusun arxa hissəsi ilə toqquşmuşdur. Hadisə vaxtı o və avtomobildə olan sərnişinlər xəsarət almışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 24 sentyabr 2021 -ci il tarixdə saat 17.10 radələrində Qaradağ rayonunda sədərək ticarət mərkəzində 557 nömrəli marşrut xətti üzrə işləyən mikroavtobusda qabaq sol sürücünün arxa hissəsindəki oturacaqda əyləşmişdir. Bakı- Şamaxı yolunda Abşeron rayonu ərazisindən keçərkən qarşıda yolun sağında ağ rəngli avtobus dayanmışdır. Onun olduğu mikroavtobusun qabaq hissəsi həmin dayanmış avtobusun arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı o, xəsarət almışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 24 sentyabr 2021 -ci il tarixdə saat 17 radələrində sərnişini olduğu Mercedes Benz markalı 557 saylı avtobus marşrutunda mikroavtobusla Bakı-Şamaxı-Yevlax yolu ilə evə gedərkən salonda sol sırada oturmuşdur. Bakı-Şamaxı-Yevlax yolunun Hökməli dairəsi adlanan yerdən keçib getdikdən az sonra qarşıda yolun sağında ağ rəngli 114 saylı marşrutda işləyən avtobus dayanmışdır. Birdən sərnişini olduğu mikroavtobusun sürücüsü həmin avtobusun arxa hissəsindən toqquşmuşdur. Mikroavtobusda sürücü və sərnişinlər xəsarət almışlar. O, da xəsarət almışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 24 sentyabr 2021 -ci il tarixdə saat 17:10 radələrində sərnişin kimi Sədərək bazarında əyləşdiyi 557 nömrəli marşrut mikroavtobusu Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində əyləşdiyi mikroavtobusdan təxminən 150-200 metr qarşıda olan 114 saylı marşrut avtobusu sağda dayanıb saxlayan vaxtı həmin avtobusa çatmağa 40-50 metr məsafə qalanda bir nəfər sərnişin qadın ayağa qalxıb saxla demiş, sürücü arxaya baxdıqda sərnişinlərin qışqırmasına baxmayaraq əyləşdiyi mikroavtobus həmin qabaqda dayanmış avtobusun arxasına dəymişdir. Hadisə nəticəsində o və sərnişinlər xəsarət almışlar, xəstəxanaya müraciət etimişlər. Bildirmişdir ki, Məlikəjdəri sürücü kimi çoxdan tanımış, hadisə vaxtı əyləşdiyi mikroavtobus təxminən 60 km/saat sürətlə hərəkətdə olmuşdur. O, ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 24 sentyabr 2021 -ci il tarixdə saat 17 radələrində Qaradağ rayonu Sədərək ticarət mərkəzindən 557 saylı avtobus marşrutunda işləyən Mercedes markalı mikroavtobusla yaşadığı Bakı-Şamaxı yolunun kənarında yerləşən Atyalı qəsəbəsinə gedərkən o, salonda arxa oturacaqda oturmuşdur. Bakı-Şamaxı-Yevlax yolunun Hökməli dairəsini keçdikdən bir qədər sonra o, istifadəsində olan mobil telefonuna baxmışdır. Birdən sərnişini olduğu mikroavtobus qarşıda olan avtobusla toqquşmuşdur. O, toqquşma anını görməmiş, aşağı düşdükdə mikroavtobusun yolun sağında dayanmış avtobusla yəni avtobusun arxa hissəsi ilə toqquşduğunu görmüşdür. Toqquşma nəticəsində sürücü və sərnişinlər xəsarət almışlar. O, ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş və mülki iddiaçı kimi tanınmış "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, cinayət işi üzrə 24 sentyabr 2021 -ci il saat 17.10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 15.2- ci kilometirliyində Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz 208D mikroavtobus markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən qaşısında eyni istiqamətdə olan Şahid idarə etdiyi "xxxx" MMC-yə məxsus Daewoo BS 090 avtobus markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə Mersedes Benz 208D mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs, həmin mikroavtobusda olan sərnişinlər- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 Alviz qızı, X3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, Daewoo BS 090 markalı avtotobusda olan sərnişin Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Hadisə zamanı "xxxx" MMC-yə məxsus avtomobilə 9265 manat ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, "xxxx" MMC-də 114 nömrəli marşrutda sürücü işləyir. Marşrut Müşfiqabad qəsəbəsindən 20 yanvar dairəsinə kimidir. 24 sentyabr 2021 -ci il tarixdə marşrut xətti üzrə 20 yanvar deyilən yerdən sərnişinləri yığıb Müşfiqabad qəsəbəsinə gedərkən saat 17:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 15,2-ci km-də Mercedes markalı mikroavtobus onun idarə etdiyi avoblusun arxasından vurmuşdur. Belə ki, həmin vaxtı o, qarşıda sağda yolayırıcında dayanan minik avtomobilinin yola çıxmaq istədiyini görüb hərəkətdə olduğu sağ zolaqda avtobusu dayandırmış, həmin minik avtomobilinə yola düzəlmək üçün şərait yaratmışdır. Həmçinin iki nəfər sərnişin də avtobusdan düşmək istədiyini bildirdiklərinə görə həmin sərnişinləri orada düşürtmüşdür. Hərəkətə başlamaq istədiyi anda həmin avtobus onun avtomobilinin arxa hissəsindən vurmuşdur. O, dərhal yerə düşmüş, orada ona məlum olmuşdur ki, mikroavtobusda bir neçə nəfər xəsarət almışdır. Hadisə yerinə çoxlu adam toplaşmış, təcili tibbi yaodım maşını və yol polisləri oraya gəlmiş, sənədləşmə işləri aparılmış, xəsarət alan sərnişinlər xəstəxanaya yola salınmışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Məhkəmə-kimya şöbəsinin 11 oktyabr 2021 -ci il tarixli 3169/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Abşeron rayon şöbəsinin 07 oktyabr 2021-ci il tarixli 2341 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs5 Alviz qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol bazu sümyünün qapalı yerdəyişən sınığı və sağ gözaltı nahiyənin qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, 24.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Abşeron rayon şöbəsinin 13 oktyabr 2021-ci il tarixli 2352 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağdan 7-ci qabırğanın qapalı yerdəyişən sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının, sol bazunun və sağ daldırın qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, 24.09.2021-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs4 adına Respublika Klinik Xəstəxanasında tərtib olunan arayışda qeyd olunan «qapalı kəllə-beyin travması, baş beyin- silkələnməsi?» diaqnozu məhkəmə-tibbi müayinədə tam öz təsdiqini tapmadığından sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmadı. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Abşeron rayon şöbəsinin 16 oktyabr 2021-ci il tarixli 2391 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol diz və baldır nahiyələrinin sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü qançır-şişkinlik halında əziyi (hematoması), oma nahiyəsinin, sol kürək nahiyəsinin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, 24.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Abşeron rayon şöbəsinin 16 oktyabr 2021-ci il tarixli 2393 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs6 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol bazu-dirsək oynağı-sad nahiyələrinin dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü qançır şişkinlik halında əziyi (hematoması) aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, 24.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Abşeron rayon şöbəsinin 16 oktyabr 2021 -ci il tarixli 2421 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs8 bədəni üzərində aşkar edilmiş xəsarətlər hər iki diz oynağı nahiyələri də daxil olmaqla hər iki baldırın diz oynağı nahiyələrində hərəkət məhdudluğu ilə müşaiyət olunan iri ölçülü qançırşişkinlik halında əziyi (hematoması), sol diz oynağı nahiyəsinin ön səthinin əzilmiş-cırılmış yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, 24.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Abşeron rayon şöbəsinin 16 oktyabr 2021 -ci il tarixli 2426 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs7 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, üst dodağın əzilmiş yarası, sol baldırın qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, 24.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Abşeron rayon şöbəsinin 23 oktyabr 2021-ci il tarixli 2381 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ oturaq sümüyünün yerdəyişməyən qapalı sınığı, sağ budun qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, 24,09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Abşeron rayon şöbəsinin 23 oktyabr 2021-ci il tarixli 2447 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs9 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş-beyin silkələnməsi ilə müşayiət olunan baş nahiyəsinin sağ təpə-gicgah hissəsinin qançırı, qarının və sağ sağrı nahiyəsinin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, 24.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Abşeron rayon şöbəsinin 26 oktyabr 2021-ci il tarixli 2540 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol pəncənin qançır-şişkinlik halında əziyi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, 24.09.2021-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 13 oktyabr 2021 -ci il tarixli 8/2490 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz 208D markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş BDYPİ Qİİ-dən alınmış 29.09.2021-ci il tarixli 016-114567-1221 nömrəli məktubdan məlum olur ki, xx.xx.1963cü il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə 12.10.2018-ci il tarixdə (12.10.2028-ci il tarixədək müddətə etibarlı olan olan) «BCD» kateqoriyalı AC seriyalı 252291 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Bununla yanaşı müvafiq sistemdə, vətəndaş Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMCdənalınmış 24.09.2021-ci il tarixli qüsur aktı ilə müəyyən edilmişdir ki, Daewoo BS090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilə 9265 (doqquz min iki yüz almış beş) manat ziyan dəymişdir. Mercedes Benz 208D markalı ** MD *** və Daewoo BS090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərə sağlamlıqlarına az ağır zərər vuran cinayət əməlini törətmişdir. Belə ki, o, 24 sentyabr 2021 -ci ildə saat 17:10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz 208D markalı **-MD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 15,2-ci kilometrində Şamaxı şəhəri istiqamətində sağ hərəkət zolağında 65 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib etməyib, diqqətini daim dəyişən yol şəraitindən və mikroavtobusun idarəolunmasından ayırdığından qarşıda eyni istiqamətdə sağ hərəkət zolağında dayanmış Şahid idarə etdiyi Daewoo BS 090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Mercedes Benz 208D markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs2 sağ oturaq sümüyünün yerdəyişməyən qapalı sınığı, sağ budun qançırı kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs5 baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə- beyin travması, sol bazu sümyünün qapalı yerdəyişən sınığı və sağ gözaltı nahiyənin qançırı kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs4 sağdan 7-ci qabırğanın qapalı yerdəyişən sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının, sol bazunun və sağ daldırın qançırları kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs7 baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, üst dodağın əzilmiş yarası, sol baldırın qançırı kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs8 hər iki diz oynağı nahiyələri də daxil olmaqla hər iki baldırın diz oynağı nahiyələrində hərəkət məhdudluğu ilə müşaiyət olunan iri ölçülü qançır- şişkinlik halında əziyi (hematoması), sol diz oynağı nahiyəsinin ön səthinin əzilmiş-cırılmış yarası kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs6 sol bazu-dirsək oynağı-sad nahiyələrinin dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü qançır şişkinlik halında əziyi (hematoması) kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs3 sol diz və baldır nahiyələrinin sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü qançır-şişkinlik halında əziyi (hematoması), oma nahiyəsinin, sol kürək nahiyəsinin qançırları kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs9 baş-beyin silkələnməsi ilə müşayiət olunan baş nahiyəsinin sağ təpə-gicgah hissəsinin qançırı, qarının və sağ sağrı nahiyəsinin qançırları kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Daewoo BS 090 markalı avtobusun sərnişini Zərərçəkmiş şəxs1 sol pəncənin qançır-şişkinlik halında əziyi kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri almalarına, Daewoo BS 090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun əzilərək sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 9265 manat maddi ziyan yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmiş, ibtidai istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün etirafı, zərər çəkmiş şəxslərin, şahid ifadələri və ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə zərərçəkmiş şəxslər ilə barışmış və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilməlidir. İş materiallarından görünür ki, 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərci məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmış "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məlumat verilsədə o, məhkəmə iclasına gəlməmiş, mülki iddiasını müdafiə etməmişdir. Məhkəmə hesab edir ki, onun Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalı, ayrıca mülki iddia qaydasında məhkəməyə müracət etmək hüququ ona izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əlağa oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. İş üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınmış "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın, ayrıca mülki iddia qaydasında məhkəməyə müracət etmək hüququ ona izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əlağa oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar