Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-106/2023 07.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X3, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs oğunun oğlu və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1995-ci ildə Saatlı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi olaraq usta işləyir, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Saatlı rayonu, Saatlı şəhəri, X7 küçəsi ev 24-də qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, ev 32-də yaşayan, Sumqayıt şəhər məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 iyun 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, "xxxx" MMC-nin arxa hissəsində “Svetofor” marketlə üzbəüzdə saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes-Benz Atego 818” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə quraşdırılmış hər birinin qiyməti 460 manat olmaqla 2 ədəd 920 manat dəyərində akkumulyatoru gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 920 (doqquz yüz iyirmi) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 iyun 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, yeni salınmış Saray-Novxanı avtomobil yolunun 20-ci kilometrliyində yolun sağ kənarında boş ərazidə saxlanılmış Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi HOWO markalı **- TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə quraşdırılmış hər birinin qiyməti 350 manat olmaqla 2 ədəd 700 manat dəyərində akkumulyatoru gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 iyun 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Sumqayıt şossesinin 3-cü kilometrliyində yolun sağ kənarında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus DAF markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə quraşdırılmış hər birinin qiyməti 450 manat olmaqla 2 ədəd 900 manat dəyərində akkumulyatoru gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 900 (doqquz yüz) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 iyul 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Abşeron Gənclər şəhərciyi”nin girişində yolun sağ kənarında saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus Mercedes Benz markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə quraşdırılmış hər birinin qiyməti 355 manat olmaqla 2 ədəd 710 manat dəyərində akkumulyatoru gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 710 (yeddi yüz on) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 iyul 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Abşeron rayon icra hakimiyətinin Masazır İƏD üzrə nümayəndəliyinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus KAMAZ markalı **- EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə quraşdırılmış hər birinin qiyməti 325 manat olmaqla 2 ədəd 650 manat dəyərində akkumulyatoru gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilmir, o istintaqda ifadə verərkən ona zor tətbiq olunmuş, ayağından zədə almışdır. Bununla bağlı heç bir yerə şikayət etməmişdir. Bununla belə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Saatlı rayonu, Saatlı şəhəri, X7 küçəsi, ev 24-də qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, ev 32-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Həm ev ustası kimi, həm də taksi sürücüsü kimi işləyib ailəsini dolandırır. Belə ki, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onunla hər hansı münasibəti və ədavəti olmamışdır. Onun taksi kimi idarə etdiyi maşın Opel Vektra markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 05 iyun 2022-ci il tarixdə təxminən saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığından müştəri götürərək, Abşeron rayonu, Xırdalan şəhərinə gətirmişdir. Xırdalan şəhəri, H.Əliyev prospekti ilə gedən zaman yolun sağ kənarında yük avtomobilinin dayandığını görmüşdür. O, həmin avtombilin yanından keçən zaman yük avtomobilinə diqqətlə baxmışdır. Həmin avtomobilin gecə vaxtı olduğuna görə yanında heç kimin olduğunu düşünmüşdür. O, yük avtomobilinin yanından keçib müştərini yaşadığı evin yaxınlığından düşürmüşdür. Yenidən həmin yol ilə qayıdan zaman təxminən saat 03 radələrində həmin yük avtomobilini yolun kənarında binanın arxasında görmüşdür. Ətrafa baxıb nəzər salmışdır. Kiminsə olub-olmamasını yoxladıqdan sonra maşını yolun kənarında saxlamışdır. Maşından düşüb yük avtomobilinə doğru gəlmişdir. Yük avtomobilinin ətrafına yenidən baxıb kiminsə olub-olmamasını yoxladıqdan sonra heç kim olmadığına görə maşının üzərində olan akkumlyatoru oğurlamaq qərarına gəlmişdir. Ona görə də yük avtomobilinin akkumlyator qoyulan hissəsinə baxmış, iki ədəd akkumlyatorun olmasını görmüşdür. O, hər iki akkumlyatoru maşının üzərindən çıxarmışdır. Maşınına qoymuşdur. Həmin günü təxminən günorta vaxtı Masazır qəsəbəsində yerləşən Elvin adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə yaxınlaşmışdır. Ona iki ədəd işlənmiş akkumlyator satdığını deyib, qiymət barədə danışıq aparmışdır. O, Elvinə 150 manata satmaq istədiyini desə də, Elvin ona 100 manat verə biləcəyini demişdir. O da razılaşıb akkumlyatorları Elvinə 100 manata satmış və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 13 iyun 2022-ci il tarixdə təxminən saat 01 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığından müştəri götürərək, Abşeron rayonu, Saray qəsəbəsinə gətirmişdir. Saray-Novxanı avtomobil yolu ilə gedən zaman yolun sağ kənarında Yük avtomobilinin dayandığını görmüşdür. O, həmin avtombilin yanından keçən zaman yük avtomobilinə diqqətlə baxmışdır. Həmin avtomobilin nasaz olduğuna görə sahibi tərəfindən həmin ərazidə saxlandığını və sahibinində yanında olduğunu düşünmüşdür. O, yük avtomobilinin yanından keçib müştərini yaşadığı evin yaxınlığından düşürmüşdür. Yenidən həmin yol ilə qayıdan zaman təxminən saat 02 radələrində həmin yük avtomobilini yolun kənarında görmüş və avtomobilin işıqlarının yanmadığını və sahibinin olmadığını görüb, maşını yolun kənarında saxlamışdır. Maşından düşüb yük avtomobilinə doğru yolu keçmişdir. Yük avtomobilinin ətrafına baxıb kiminsə olub-olmamasını yoxlamışdır. Ətraf qaranlıq və heç kim olmadığına görə maşının üzərində olan akkumlyatoru oğurlamaq qərarına gəlmişdir. Ona görə də yük avtomobilinin akkumlyator qoyulan hissəsinə baxmışdır. İki ədəd akkumlyatorun olmasını görmüşdür. Həmin akkumlyatorlar qoşulu vəziyyətdə olmamışdır. O, hər iki akkumlyatoru maşının üzərindən çıxarmışdır. Maşınına qoymuşdur. Həmin günü təxminən saat 10 radələrində Masazır qəsəbəsində yerləşən Elvin adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə yaxınlaşmışdır. Elvinə iki ədəd işlənmiş akkumlyator satdığını deyib, qiymət barədə danışıq aparmışdır. O, Elvinə 100 manata satmaq istədiyini desə də, Elvin ona 70 manat verə biləcəyini demişdir. O da razılaşıb akkumlyatorları Elvinə 70 manata satmış və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 21 iyun 2022-ci il tarixdə təxminən saat 01:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığından müştəri götürərək, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Gənclər şəhərciyinə” gətirmişdir. Bakı-Sumqayıt avtomobil yolu ilə gedən zaman yolun sağ kənarında yük avtomobilinin dayandığını görmüşdür. O, həmin avtombilin yanından keçən zaman yük avtomobilinin Sumqayıt istiqamətində yolun sağ kənarında keçidin yaxınlığında dayandığını görmüşdür. Həmin avtomobilin nasaz olduğuna görə sahibi tərəfindən həmin ərazidə saxlandığını və sahibinində yanında olduğunu düşünmüşdür. O, yük avtomobilinin yanından keçib müştərini yaşadığı evin yaxınlığından düşürmüşdür. Yenidən həmin yol ilə qayıdan zaman təxminən saat 02 radələrində həmin yük avtomobilini yolun kənarında görmüş və avtomobilin işıqlarının yanmadığını və sahibinin olmadığını görüb, maşınını yolun kənarında saxlamışdır. Maşından düşüb yük avtomobilinə doğru getmişdir. Yük avtomobilinin ətrafına baxıb kiminsə olub-olmamasını yoxlamışdır. Ətraf qaranlıq və heç kim olmadığına görə maşının üzərində olan akkumlyatoru oğurlamaq qərarına gəlmişdir. Ona görə də yük avtomobilinin akkumlyator qoyulan hissəsinə baxmışıdr. İki ədəd akkumlyatorun olmasını görmüşdür. Həmin akkumlyatorlar qoşulu vəziyyətdə olmuşdur. O, hər iki akkumlyatoru maşının üzərindən çıxarmış və maşınına qoymuşdur. Həmin günü təxminən saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən Azad adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə yaxınlaşmışdır. Ona iki ədəd işlənmiş akkumlyator satdığını deyib, qiymət barədə danışıq aparmışdır. O, 150 manata satmaq istədiyini demiş, Azad isə onunla razılaşıb 150 manat pul verə biləcəyini demişdir. O da razılaşıb akkumlyatorları Azad 150 manata satmış və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 09 iyul 2022-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində idarə etdiyi Opel markalı avtomobil ilə Xırdalan dairəsi istiqamətindən Ceyranbatan qəsəbəsinə yaşadığı evə getmişdir. Həmin yolun köməkçi hissəsi ilə hərəkət etmişdir və Abşeron rayonu Masazır qəsəbəsi Gənclər şəhərcinin qarşısından keçəndə yolun sağ kənarında bir “Mersedes yük” markalı avtomobilin saxlanıldığını görüb həmin avtomobilin akkumlyatorlarını oğurlamaq qərarına gəlmişdir. Ona görə avtomobilini həmin avtomobilin arxasında saxlayıb ətrafda heç kimin olmadığından istifadə edərək avtomobildən açarları götürüb həmin avtomobilin arxa hissəsinə yaxınlaşmış və akkumlyatorlar olan yerin qapağını açaraq orada olan iki ədəd akkumlyatorları çıxarıb öz avtomobilinə qoyub avtomobilini idarə edərək oradan getmişdir. Səhəri günü Xırdalan şəhəri 120 saylı marşrutun sonu olan əraziyə gəlib həmin yerdə olan metal qəbulu yerinə akkumlyatorları satıb 70 manat pul almışdır. Aldığı pulları da özünə xərcləmişdir. Akkumlyatorları alan şəxs də onların oğurluq olduğunu bilməmişdir. Bundan başqa, 11 iyul 2022-ci il tarixdə təxminən saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığından müştəri götürərək, Abşeron rayonu, Masazır qəsəbəsinə gətirmişdir. Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobil yolu ilə gedən zaman yolun sol kənarında Kamaz yük avtomobilinin dayandığını görmüşdür. O, həmin avtombilin yanından keçən zaman yük avtomobilinə diqqətlə baxmışdır. Həmin avtomobilin nasaz olduğuna görə sahibi tərəfindən həmin ərazidə saxlandığını və sahibinində yanında olduğunu düşünmüşdür. O, yük avtomobilinin yanından keçib müştərini yaşadığı evin yaxınlığında düşürmüşdür. Yenidən həmin yol ilə qayıdan zaman təxminən saat 01 radələrində həmin yük avtomobilini yolun kənarında görmüş və avtomobilin işıqlarının yanmadığını və sahibinin olmadığını görüb, maşınını yolun kənarında saxlamışdır. Maşından düşüb yük avtomobilinə tərəf getmişdir. Yük avtomobilinin ətrafına baxıb kiminsə olub-olmamasını yoxlamışdır. Ətraf qaranlıq və heç kim olmadığına görə maşının üzərində olan akkumlyatoru oğurlamaq qərarına gəlmişdir. Ona görə də yük avtomobilinin akkumlyator qoyulan hissəsinə baxmışdır. İki ədəd akkumlyatorun olmasını görmüşdür. Həmin akkumlyatorlar qoşulu vəziyyətdə olmamışdır. O, hər iki akkumlyatoru maşının üzərindən çıxarmışdır. Maşınına qoymuşdur. Həmin günü təxminən saat 12 radələrində Masazır qəsəbəsində yerləşən Elvin adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə yaxınlaşmışdır. Ona iki ədəd işlənmiş akkumulyator satdığını deyib, qiymət barədə danışıq aparmışdır. O, həmin şəxsə 150 manata satmaq istədiyini desə də, Elvin ona 100 manat verə biləcəyini demişdir. O da razılaşıb akkumlyatorları 100 manata satmış və şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, G.S.Mehmandarov küçəsi, bina 26 A, mənzil 2-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də sürücü kimi işləyib ailəsini dolandırır. Belə ki, İslam adlı şəxsin mülkiyyətində olan HOWO markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin şəxs maşını idarə etmək üçün ona etibarnamə vermişdir. Həmin maşını bir neçə aydır ki, idarə edir və maşının hər bir hissəsinə cavabdeh olmuşdur. Onlar təxminən bir neçə maşın Abşeron rayonu, Saray qəsəbəsində yeni salınmış asfalt yolun kənarında tikilməkdə olan dövlət müəssisəsinin tikinti materiallarını daşımaqla məşğul olmuşdur. Onların hər gün işi səhər 9 radələrindən başlayaraq, axşam saat 17 radələrinə kimi yekunlaşmışdır. O da 12 iyun 2022-ci il tarixdə təxminən saat 17 radələrində idarə etdiyi yük avtomobilini Abşeron rayonu, Saray qəsəbəsi, yeni salınmış yolun kənarında saxlayıb getmişdir. Səhəri gün, yəni 13 iyun 2022-ci il tarixdə saat 9 radələrində işə gələn zaman maşının motorunu işə salmaq istədikdə maşının motorunun işə düşmədiyini görmüşdür. Maşından düşüb maşında hər hansı nasazlığın olub olmamasını aydınlaşdırmışdır. Maşının üzərində olan 2 ədəd akkumlyatorun oğurlandığını görmüşdür. Buna görə də Abşeron RPİnin Saray PB-nə gedərək şikayət ərizəsi yazmışdır. Bir neçə gün sonra Şöhrət adlı şəxsi hadisə yerinə polis əməkdaşları gətirmiş, o da elədiyi oğurluq əməlini gülə gülə etiraf etmiş və yerini dəqiq göstərmişdir. O, həmin maşını gündəlik olaraq sürdüyü üçün işin dayanmamasına görə 700 manat pul verərək yenidən iki ədəd akkumlyator alıb maşına yerləşdirmişdir. Bununla da ona ümumilikdə 700 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Şəmsabad kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, "xxxx" MMC, blok 2, mənzil 131 yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus yük avtomobili ilə yük daşımaqla məşğul olur. X5 818 yük markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil ilə yük daşımaqla məşğul olur. Həmin avtomobilə dair həm onun, həm də atasının etibarnaməsi vardır. O, həmin yük avtomobilini binanın arxa tərəfində saxlayır. 29 may 2022-ci il tarixdə sonuncu dəfə müştəri üçün yük apardıqdan sonra maşını yaşadığı binanın arxa hissəsində “Svetofor” marketlə üzbəüzdə ara küçədə saxlamışdır. Bundan sonra şəxsi işi ilə əlaqədar olaraq Ağdaş rayonuna getmişdir. 10 iyun 2022-ci il tarixdə yenidən yaşadığı Abşeron rayonu, Xırdalan şəhərinə qayıdıb gəlmişdir. Həmin günü saat 19 radələrində maşının motorunu işə salmaq istədikdə maşının işə düşmədiyini görmüşdür. Bundan sonra maşından düşüb hər hansı nasazlığın olubolmamasını aydınlaşdırmaq istəmişdir. Həmin vaxt maşının üzərində olan iki ədəd akkumlyatorların çıxarıldığını görmüşdür. Ona görə də həmin gün DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirib onun ərizəsini almışdılar. O, həmin akkumlyatorların Almaniya istehsalı olmaqla, “Varta” firmasına aid olmasını, 190 ölçülü, 24 voltluq hər birinin dəyəri 460 manat olmaqla ümumilikdə 920 manat təşkil edir. Bununla da ona 920 manat dəyərində maddi ziyan dəyməsini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla Masazır kəndi Ə.Vahid küçəsi ev 14-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və özünə məxsus yük avtomobili ilə sürücü işləyib ailəsini dolandırır. Kamaz markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur və həmin yük avtomobili ilə yük daşımaqla məşğul olur. 10 iyul 2022-ci il tarixdə təxminən saat 15 radələrində sonuncu dəfə avtomobili yaşadığı yerin yaxınlığında yəni, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Masazır İƏD-in qarşısında yolun kənarında maşınını saxlayaraq evə getmişdir. Səhəri günü isə, yəni 11 iyul 2022-ci il tarixdə saat 07 radələrində avtomobilə minərək, motoru işə salmaq istədikdə maşının motorunun işə düşmədiyini görmüşdür. Maşından düşüb maşında hər hansı nasazlığın olub olmamasını aydınlaşdırmışdır. Maşının üzərində olan 2 ədəd akkumulyatorun oğurlandığını görmüşdür. Buna görə də DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə məlumat vermişdir. Həmin ərizədə 650 manat dəyərində iki ədəd akkumlyatorun oğurlanmasını bildirmişdir. Hər biri 190 ölçülü olmaqla, 24 voltluq “Mutlu” markalı akkumlyator olmuşdur. Bir ədədi 325 manatdır. O, həmin maşını gündəlik olaraq sürdüyü üçün işin dayanmamasına görə 650 manat pul verərək yenidən iki ədəd akkumlyator alıb maşına yerləşdirmişdir. Bununla da ona ümumilikdə 650 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Siyəzən rayonu, Böyük-Həmyə kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK, bina 2, mənzil 19-da yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də sürücü kimi işləyib ailəsini dolandırır. Belə ki, Fazil adlı şəxsin mülkiyyətində olan DAF markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin şəxs maşını idarə etmək üçün ona etibarnamə vermişdir. Həmin maşını bir neçə aydır ki, idarə edir və maşının hər bir hissəsinə cavabdehdir. O, həmin maşınla Azərbaycanın bölgələrinə və ölkə xaricinə yük aparmaqla məşğul olur. O, həmişə yük avtomobilini Abşeron rayonu, Masazır qəsəbəsində Bakı-Sumqayıt avtomobil yolunun sağ və sol kənarlarında saxlayır. O, sonuncu dəfə 20 iyun 2022-ci il tarixdə təxminən saat 23 radələrində idarə etdiyi yük avtomobilini Abşeron rayonu, Masazır qəsəbəsi, Sumqayıt şəhəri istiqamətində yolun sağ kənarında saxlayıb getmişdir. Səhəri gün, yəni 21 iyun 2022-ci il tarixdə saat 07 radələrində yük avtomobilinə minib iş dalınca getmək istəyən zaman maşının motorunu işə salmaq istədikdə maşının motorunun işə düşmədiyini görmüşdür. Maşından düşüb maşında hər hansı nasazlığın olub olmamasını aydınlaşdırmışdır. Maşının üzərində olan 2 ədəd akkumlyatorun oğurlandığını görmüşdür. Buna görə də Abşeron RPİ-nə gedərək şikayət ərizəsi yazmışdır. Həmin ərizədə 900 manat dəyərində iki ədəd akkumlyatorun oğurlanmasını bildirmişdir. Hər biri 190 ölçülü olmaqla, 24 voltluq akkumlyator olmuşdur. Bir ədədi 450 manatdır. O, həmin maşını gündəlik olaraq sürdüyü üçün işin dayanmamasına görə 900 manat pul verərək yenidən iki ədəd akkumulyator alıb maşına yerləşdirmişdir. Bununla da ona ümumilikdə 900 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqnda Zərərçəkmiş şəxs5 elan olunmuş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyində yaşayır. O, “Mersedes” markalı, 99KB049 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərək istifadə edir. Təxminən 3 ildir ki, Abşeron rayonu Masazır qəsəbəsi Gənclər şəhərciyində kirayədə qaldığı üçün avtomobili də Gənclər şəhərsiyinin qarşısında yolun kənarında saxlayır. 08 iyul 2022-ci il tarixdə, təxminən saat 20 radələrində də həmişə olduğu kimi avtomobili Gənclər şəhərciyinin qarşısında yolun kənarında saxlamışdır. 09 iyul 2022-ci il tarixdə saat 10 radələrində gedib avtomobilinə baxanda avtomobilin üzərində olan iki ədəd akumnlyatorların oğurlandığını aşkar edib DİN-in 102 xidmətinə məlumat vermişdir. Həmin akumlyatorların hər birini 355 manata almışdır.Həmin akumlyatorların dəyəri 710 manatdır. O, akkumlyatorların kim tərəfindən oğurlanmasını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşayır. Təxminən 2 ildir ki, metal qəbulu məntəqəsində işləyir. Həmin sex Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Qurtulu-93” yaşayış kompleksinə çatmamış, yolun sol tərəfində yerləşir. Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə onun sexinə gələrək metal satmışdır. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, həmin şəxs 13 iyun 2022-ci il tarixdə səhər saat 10-11 radələrində idarə etdiyi avtomobil ilə onun sexinə gələrək iki ədəd işlənmiş akkumlyatoru satmaq istədiyini bildirmişdir. O, həmin akkumlyatorlara baxıb onların işlənmiş vəziyyətdə olduğunu bilmişdir. Bundan sonra Şöhrət akkumlyatorları ona ümumilikdə 100 manata satmışdır. Bundan başqa, Şahid1 ifadəsində bildirmişdir ki, istintaqda verdiyi ifadəylə hazırki ifadə arasında olan ziddiyyəti o vaxtdan uzun müddət keçməsi ilə əlaqələndirmişdir Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Lerik şəhəri, Y.Məmmədəliyev küçəsi ev 14-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində nömrəsiz fərdi yaşayış sahəsində yaşayır. Təxminən iki ildir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində “120” deyilən yerin yaxınlığında metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, bir neçə dəfə ona metal gətirib satmışdır. Şöhrətlə münasibəti olmasa da lakin, həmin şəxsi üzdən tanıyır. O, əvvəllər Abşeron rayonu, Quşçuluq massivi, “120” deyilən yerin yaxınlığında yolun sol tərəfində metal qəbulu məntəqəsində işləmiş, lakin həmin obyektin icarə haqqı baha olduğuna görə həmin obyekdən çıxmışdır. Hazırda isə həmin obyektin qarşısında yeni tikilmiş binanın altında icarəyə yer götürüb metal qəbulu kimi işlədir. xx.xx.2022-ci il tarixdə günorta vaxtı olardı, Şöhrət onun əvvəl işlədiyi metal qəbulu məntəqəsinə gələrək, iki ədəd akkumlyator satdığını bildirmişdir. O, həmin akkumlyatorları Şöhrətdən 150 manata almışdır. Şöhrət ona həmin akkumlyatorların özünə məxsus olmasını oğurluq olmadığını və pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir.O, ona görə həmin akkumlayotoru ucuz qiymətə almışdır. Həmin akkumlyatoru hazırda əridib içərisində olan metalı təhvil vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Suraxanı rayon məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmü ilə məhkum olunaraq, 01 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilir və onun əməlində cinayətlərin residivini yaradır. İş üzrə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə Sumqayit ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, Şamil Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş, 10 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Sumqayıt şəhər məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmişdir. Hazırda da həmin iş Sumqayıt şəhər məhkəməsinin icraatındadır. Təqsirləndirilən şəxin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Təqsirləndirilən şəxs ifadələrində özünün müdafiəsi üçün göstərdiyi dəlillər məhkəmə istintaqında olan zərərçəkmiş şəxsin və şahid ifadələri ilə, həm də istintaq materialları ilə təkzib edilmiş və müdafiə xarakterli kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə zamanı müəyyən edildi ki, təqdsirləndirlən şəxs özünü təqsirli bilməmiş və iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan ödəniş olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmədə Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində residiv olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkili Müdafiəçi 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkili Müdafiəçi 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Zərəçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-106/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-106/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver