Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1060/2025 07.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 28 Q-də qeydiyyatda olmaqla, Abşeron rayonu Hökməli qəs.Əliağa Şıxlınski 29-ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf sellofan bükülmdə çəkisi 0,707 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 15 manat müqabilində əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin X7 əməkdaşları tərəfindən Hökməli qəsəbəsində yerləşən “Megastore” adlı marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq X7 inzibati binasına gətirilmiş, orada həmin gün saat 19:20-dən 19:27-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəgli cins şalvarın sağ yan cibindən həmin 0,707 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:00-da Abşeron rayonu Hökməli qəsəbəsi, “Megastore” marketin yaxınlığında olduğu zaman polis əməkdaşlarını görmüş, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədlərin olub-olmamasını soruşduqda o, üzərində sənədin olmadığını bildirib bundan sonra polis əməkdaşlarının suallarına qeyri-səmimi cavab verməyə başlamış və polis əməkdaşları onun üzərində psixotrop maddə və ya narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirib onu saxlayıb Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişdirlər. Abşeron RPİ-nin xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmidir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 1 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin sellofan açıldıqda psixotrop maddə olan metamfetamin aşkar edimiş və həmin maddə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, bildirmişdir ki, həmin psixotrop maddəni tutulmağından bir neçə saat əvvəl Binəqədi rayonu, Sulutəpə qəsəbəsindən tanımadığı şəxsdən almışdır. O, psixotrop maddə metamfetaminin istifadəçisidir və həmin psixotrop maddəni özü istifadə etmək üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahənin polis nəfəri polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Qobu PB-nin sahə polis nəfəri X3 ilə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən “Megastore” marketinin yaxınlığında saat 18:00 radələrində xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşdürlər və həmin şəxsə yaxınlaşmaq istədikdə həmin şəxsin onlardan uzaqlaşmaqa, qaçmaq üçün cəhd etdiyini görmüşdürlər. Onlar həmin şəxsi saxlayıb hansı səbəbdən qaçmağa cəht etdiyini soruşduqda həmin şəxs üzərində psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra onlar həmin şəxsi Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər və NH-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs hüquqlarının təmin olunması üçün təhqiqaçı tərəfindən vəkil dəvvət olunmuşdur. Daha sonra dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunsuz olaraq hər hansı əşya vəya predimet varsa təqdim edilməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir büküm şəfaf rəngli sellofan kəsiyinə bükülmüş psixotrop maadə metamfetaminə bənzər kütləni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması və haradan əldə edilməsi soruşulduqda o, həmin kütlənin psixotrop maddə metamin olduğunu, həmin kütləni həmin gün Bakı şəhəri, Binəqədi rayonu, Sultəpə qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə içi boş kağız zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq təstiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də üzərindən başqa hər hansı qanunsuz əşya və ya predimet aşkar edilməmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Abşeron RPİ-nin Qobu PB-də sahənin polis nəfəri vəzifəsinlə xidmət edir, polis serjantıdır. xx.xx.1992-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 28 Q-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun özü və digər ailə üzvləri ilə heç bir münasibəti olmamışdır. xx.xx.2025-ci il tarixdə Qobu PB-nin sahə polis nəfəri polis serjantı Şahid2 ilə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən “Megastore” marketinin yaxınlığında saat 18:00 radələrində xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşdürlər və həmin şəxsə yaxınlaşmaq istədikdə həmin şəxsin onlardan uzaqlaşmaqa, qaçmaq üçün cəhd etdiyini görmüşdürlər. Onlar həmin şəxsi saxlayıb hansı səbəbdən qaçmağa cəht etdiyini soruşduqda həmin şəxs üzərində psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra onlar həmin şəxsi Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişdirlər və NH-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının təmin olunması üçün təhqiqaçı tərəfindən vəkil dəvvət olunmuşdur. Daha sonra dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunsuz olaraq hər hansı əşya vəya predimet varsa təqdim edilməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir büküm şəfaf rəngli sellofan kəsiyinə bükülmüş psixotrop maadə metamfetaminə bənzər kütləni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması və haradan əldə edilməsi soruşulduqda o, həmin kütlənin psixotrop maddə metamin olduğunu, həmin kütləni həmin gün Bakı şəhəri, Binəqədi rayonu, Sultəpə qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə içi boş kağız zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq təstiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də üzərindən başqa hər hansı qanunsuz əşya və ya predimet aşkar edilməmişdir. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi əraisində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.1992-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 28Q-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs həmin gün saat saat 18:00-da Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində şübhəli şəxs qismində saxlanıldıqdan sonra saat 19:20-dən 19:27-dək üzərinə yoxlama aparılmış və həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Onun üstündə yoxlama davam etdirilmiş və üzərindən heç bir əşya, vasitə, alət və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə üstünün yoxlanılmasını özündə əks etdirən 1 (bir) ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf sellofan bükülmdə çəkisi 0,707 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 15 manat müqabilində əldə edib Abşeron rayonu Hökməli qəsəbəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin X7 əməkdaşları tərəfindən Hökməli qəsəbəsində yerləşən “Megastore” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq X7 inzibati binasına gətirilib, orada həmin gün saat 19:20-dən saat 19:27-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəgli cins şalvarın sağ yan cibindən həmin 0,707 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/295 nömrəli rəydə göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN "Zərflər üçün № 245" möhür əksi, "Şübhəli şəxs Təqsirləndirilən şəxs /imza/; İştirak etdi: Şahid1 /imza/; Şahid2 /imza/; Müdafiəçi: Əhmədli Ləman /imza/; Təhqiqatçı /imza/ Vüsal Hafizov" əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,707 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,707 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,657 qramdır. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2740 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs PSİXOSTİMULYATORLARİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,707 qram psixotrop maddə iş üçün sübut əhəmiyyətli olduğundan təmiz çəkisi 0,707 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,657 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutları saxlama otağına verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 il 10 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində təyin edilmiş 02 il 10 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar xx.xx.2025-ci il tarixdə İdarədə qeydiyyatdan keçmişdir.xx.xx.2025-ci il tarixə cəzasının 03 ay 20 gününü çəkmiş, qalan cəzası 02 il 06 ay 18 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağının olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Bununla yanaşı, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində təyin edilmiş 02 il 10 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 06 ay 18 gün hissəsi CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:50-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş,xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu cəmisi 02 (iki) gün müddət, CM-nin 68.1.1-1 maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 04(dörd) gün çıxılmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu Hökməli qəs.Əliağa Şıxlınski 29- ünvanını axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,657 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 60(altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz ) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur.Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 02 il 10 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 06 ay 18 gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilsin, Təqsirləndirilən şəxs qəti olaraq 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün CM-nin 68.1.1-1 maddəsinə əsasən 04 (dörd) gün müddət hesab olunsun, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından cəmi 04 gün çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu Hökməli qəs.Əliağa Şıxlınski 29- ünvanını axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeon RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,657 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60(altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəsinə 30 (otuz ) saat vaxt sərfi üçün Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-1060/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1060/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver