Məhkəmə qərarları › İş №1(012)-107/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-107/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-107/2022 25.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Rövşən oğlunun və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış massivi, M.Ə.Rəsulzadə küçəsi, fərdi həyət evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Rövşən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Rövşən oğlu qəsdən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayətini törətmişdir. Belə ki o, Azərbaycan Respublikası ərazisində baş verən Koronavirus infeksiyası, yəni “Covid 19” pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslərin barəsində cəza tədbirlərinin tətbiq olunması ilə bağlı xüsusi karantin rejiminin tətbiq edilməsi barədə” 13 mart 2020-ci il tarixli, 19.06.2020-ci il tarixli və 19.11.2020-ci il tarixli qərarlarının tələblərini pozaraq “Covid-19” virus daşıyıcısı olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə 27.08.2021-ci il tarixdə tibb müəssisəsinə verdiyi testin nəticəsinin pozitiv çıxması barədə 29.08.2021-ci il tarixdə istifadəsində olan 055 294 95 23 saylı mobil telefon nömrəsinə İcbarı Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 informasiya sistemi tərəfindən SMS göndərilərək “Covid-19” virusunun daşıyıcısı kimi xəstə olması diaqnozu qoyulmasına baxmayaraq Nazirlər Kabinetinin müəyyən etdiyi epidemiya əleyhinə rejimin, sanitarya-gigiyena və karantin rejiminin qaydalarına əməl etməyərək 06.09.2021-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu, “Yeni Bakı” yaşayış kompleksi, M.Ə Rəsulzadə küçəsində yerləşən fərdi həyət evini tərk edərək, həmin komleksin ərazisində yerləşən təndirxanaya gedib orada digər şəxslərlə ünsiyyətdə olaraq ona elan olunmuş sərt karantin rejimi qaydalarına əməl etməyərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Rövşən oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Göyçay rayonunun Bığırlı kəndində yaşayır. Yaşadığı kənddə iş tapa bilmədiyi üçün 2021-ci ilin may ayında fərdi işlərdə işləmək üçün Abşeron rayonuna gəlib Masazır kəndi, “Yeni Bakı” yaşayış massivində ev tutub kirayədə yaşayır. 21 avqust 2021-ci il tarixdə burnu axaraq asqırmağa başlamışdır. Həmin vaxtlar işləyərkən soyuq su içdiyindən qrip xəstəliyinə tutulduğunu fikirləşmiş, ona görə də aptekdən soyuqdəyməyə görə dərmanlar alıb qəbul etmiş, lakin sağalmadığımı görüb 27 avqust 2021-ci il tarixdə Xırdalan mərkəzi şəhər xəstəxanasına gedib “covid” testi vermiş və bir gün sonra, yəni 28 avqust 2021-ci il tarixdə testin cavabı mobil telefonuna gəldikdə “Covid 19” , yəni “koronavirus” xəstəsi olduğu məlum olmuşdur. Yeni növ “koronavirus” və ya “Covid-19” xəstəsi olduğu müddətdə, yəni 28 avqust 2021-ci il tarixdən etibarən həmişə evdə olmuş, işə getməmişdir. Yeməyini evdə həmişə özü hazırlamış, həmin vaxtlar onunla qonşuluqda yaşayan, birlikdə işlədiyi Coşqun ona lazım olan ərzaq və dərmanla təmin etmişdir. Lakin “covid” testimin cavabı çıxandan bir neçə gün sonra Coşqun yaşadığı İsmayıllı rayonuna getdiyindən o, tək qalmış, ona ərzaq alan olmamışdır. 06.09.2021-ci il tarixdə, saat 18 radələrində evdə çörəyi olmadığına görə məcbur qalıb çörək almaq üçün kirayə qaldığı evin yaxınlığında olan təndirxanaya gedib çörək almışdır. Təndirxanadan çörək alarkən orada yalnız təndirxananın bir neçə işçisi olmuş, qapıdan çörəyi alıb qayıtmışdır. Yaşadığı evə qayıdarkən küçədə adamlar olmuş, lakin onlardan aralı hərəkət etmişdir. Çörək aldığı təndirxanadan çıxdıqdan sonra küçədə onu polis əməkdaşları saxlamış və əllərində olan planşet cihazı ilə yoxladıqda onun “Covid 19” , yəni yeni növ “koronavirus” xəstəsi olduğu məlum olmuşdur. Polis əməkdaşları onu özlərindən məsafəli saxlayaraq onunla hüquqi-marifləndirici, izahedici söhbətlər aparıb uzaqdan müşayiət etməklə yaşadığı evə ötürmüşlər. Həmin vaxtdan sonra, xəstə olduğu müddətdə o, bir daha bayıra çıxmamışdır. Sonda ilk dəfə cinayət əməli törətdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs Rövşən oğlunun məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, 06.09.2021-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu, “Yeni Bakı” yaşayış kompleksinin ərazısində postaçı yoldaşı, polis əməkdaşı X12 ilə birlikdə xidmətdə olduğu zaman komleksin ərazısındə olan parkın kənarındakı təndirxanadan çıxan şəxsləri elektron portal vasitəsi ilə yoxlayarkən vətəndaş Təqsirləndirilən şəxs “COVİD-19” pandemiyasına yoluxaraq xəstə olduğu müəyyən olunmuşdur. Onu tez adamların olduğu yerdən kənarlaşdıraraq Abşeron rayon Polis İdarəsinə məlumat vermişlər. Bundan sonra ona yoluxucu p andemiya olan “COVİD- 19” xəstəliyinin daşıyıcısı olaraq adamların olduğu yerə gəlməklə xəstəliyi yayaraq cinayət məsuliyyəti daşımasını izah etmişlər. Şifahi sorğu zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “COVİD- 19” xəstəliyinin daşıyıcısı olaraq ev şəraitində dərmanlar qəbul etməklə müalicə olunmuşdur. Yaşadığı ev Masazır kəndində, “Yeni Bakı” yaşayış kompleksində, M.Ə.Rəsulzadə küçəsində yerləşmişdir. Təqsirləndirilən şəxs təndirxanaya çörək almaq üçün gəldiyini və çörək aldığını bildirmişdir. Saxlanılarkən onun əlində lavaş çörəyi olmuşdur. Onlar Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək məsafəli şəkildə müşayiət etməklə yaşadığı evinə aparmış və bir daha belə təhlükəli vəziyyət yaratmaması, özünü xəstə olduğu müddətdə insanlardan təcrid etməli və digər şəxslərlə yaxın ünsiyyət yaratmamalı olduğunu izah etmişlər. Cinayət işi üzrə şahid qismində dindirilmiş X1 Hüseyn Nurəddin oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində eyni məzmunda göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirdi ki, evlərin tikntisində ustalıq fəaliyyəti ilə məşğul olur. İşləmək üçün 2021-ci ilin may ayında Xırdalan şəhərinə gəlib Masazır qəsəbəsində, “Yeni Bakı” yaşayış komleksinin yaxınlığında fərdi evdə, tanışı Təqsirləndirilən şəxs Rövşən oğlu ilə qonşuluqda kirayədə yaşamış, eyni zamanda onu usta köməkçisi olaraq yanında işlətmişdir. 2021-ci ilin avqust ayının axırlarında Təqsirləndirilən şəxs xəstələnmiş, əvvəlcə onun qrip tutduğunu fikirləşmişlər. Sonradan “koronavirus” yoxlama testi verdikdən sonra onun “coronavirus” xəstəsi olduğu məlum olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs kirayə qaldığı evdə dərmanlar qəbul etməyə başlamış, o da onun çörəyini və dərmanlarını alıb yaşadığı evin qapısında qoymaqla ona köməklik göstərmişdir. Sonradan o, İsmayıllı rayonunda olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 06.09.2021-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu, “Yeni Bakı” yaşayış kompleksinin ərazısində “covid” xəstəliyinin daşıyıcısı kimi polis tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evin yaxınlığında ərazidə onun qohumları yaşadığı üçün onların köməyindən istifadə etməklə yaşadığı ünvanı tərk etməmək imkanı olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.09.2021-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu, “Yeni Bakı” yaşayış kompleksi, M.Ə Rəsulzadə küçəsində yerləşən fərdi həyət evini tərk edərək həmin yaşayış komleksinin ərazisində piyada olaraq hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılarkan hadisə yerinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs hərəkət etdiyi küçənin vətəndaşların hərəkətdə olduğu, ictima yer olduğu müəyyən olunmuşdur. İş materiallarında olan istintaq materilallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun yaddaşına baxış keçirilməsi barədə protokoldan görünür ki, onun mobil telefonunun mesajlar bölməsində “ Hörmətli Təqsirləndirilən şəxs, sizin 27.08.2021-ci il tarixdə COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR, xahiş olunur,siz və ailə üzvləriniz yaşayış yerini tərk ertməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz.” – məzmununda mətn vardır. Məhkəmə zamanı video diskə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs 06.09.2021-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu, “Yeni Bakı” yaşayış kompleksinin ərazisində polis əməkdaşları tərəfindən saxlanılarkən aparılmış video çəkiliş görüntüləri olan gümüşü rəngli, üzərində “Verbatim” yazısı olan, DVD-R formatlı diskə baxış keçirilmiş, vətəndaş İsmayıl Nağzadənin yeni növ “Coronavirus”, yəni “Covid-19” xəstəliyinin daşıyıcısı olaraq ictimai yerdə hərəkətdə olarkan saxlanılmasının görüntüləri müəyyən olunmuşdur. İstintaq zamanı “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə sorğu edilərək Təqsirləndirilən şəxs “Covid-19” diaqnozu ilə xəstə olmasının müddəti barədə rəsmi cavab alınmışdır. “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin verdiyi 15 oktyabr 2021-ci il tarixli 1383 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu 11.09.2021-ci il tarixinədək “Covid-19” diaqnozu ilə ev müşahidəsində olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs oğlunun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 29.08.2021-ci il tarixdə istifadəsində olan 055 294 95 23 saylı mobil telefon nömrəsinə İcbarı Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 informasiya sistemi tərəfindən SMS göndərilərək “Covid-19” virusunun daşıyıcısı kimi xəstə olması diaqnozu qoyulmasına baxmayaraq Nazirlər Kabinetinin müəyyən etdiyi epidemiya əleyhinə rejimin, sanitarya-gigiyena və karantin rejiminin qaydalarına əməl etməyərək 06.09.2021-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu, “Yeni Bakı” yaşayış kompleksi, M.Ə Rəsulzadə küçəsində yerləşən fərdi həyət evini tərk edərək, həmin komleksin ərazisində yerləşən təndirxanaya gedib orada digər şəxslərlə ünsiyyətdə olaraq ona elan olunmuş sərt karantin rejimi qaydalarına əməl etməyərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaratmışdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan Göyçay rayon Bığır kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 780 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Göyçay rayon Bığır kəndində qeydiyyatda olmaqla qeydiyyatda olduğu yer üzrə müsbət xaraketrizə olunur. 3-cü qrup əlil olan atası X10, anası X6 onun himayəsindədir. Doğum haqqında şəhadətnamədən görünür ki, X4 19.01.2022-ci il tarixdə anadan olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində körpə uşağının və 3-cü qrup əlil olan atasının, anasının olmsasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.12.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu istintaq orqanının çağırışlarına gəlmədiyi üçün barəsində 05.10.2021-ci il tarixdə onun barəsində axtarış elan edilmiş və o, 25.10.2021-ci il tarixdə tutulmuşdur. 26.10.2021-ci il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 04 (dörd) gün nəzərə alınaraq azadlığın məhdudlaşdırılması növündə təyin ediləcək qəti cəzasından çıxılmalı və üzərində qəti cəza müddəti saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs oğluna məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar