Məhkəmə qərarları › İş №1(012)-107/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-107/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-107/2025 26.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Müdafiəçi: “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1983-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Qoşaqovaq kəndində qeydiyyatda olan və ünvan 1ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, aşpazlıq kursunu bitirməsi ilə bağlı qanuni diplom təşkil edəcəyi barədə yalan vəd verməklə aldadaraq, rəsmi sənəd hesab olunan və aşpaz ixtisası üzrə işləmək hüququ verən həmin diplomu 1200 (min iki yüz) manat müqabilində satmaq barədə sonuncu ilə razılığa gəlmiş, 09 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında yerləşən “Rahat” marketin içərisindəki “E-manat” terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 onun kart hesabına göndərdiyi 50 (əlli) manat pulu dələduzluq yolu ilə ələ keçirdikdən sonra, şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olub, Zərərçəkmiş şəxs2 guya xx.xx.2013-cü il tarixdə “Bakı şəhəri 14 saylı Texniki Peşə məktəbi”ni aşpaz ixtisası üzrə kursu 5-ci dərəcə ilə bitirməsinə dair əlyazma ilə zəruri qeydlər aparılmaqla və müvafiq imzalar icra edilməklə, eləcə də həmin təhsil müəssisəsinin adı həkk olunmuş qanunsuz hazırladığı saxta möhürlə təsdiq etməklə 0826 nömrəli saxta diplom hazırlamış, daha sonra həmin saxta diplomu 2022-ci ilin avqust ayının ortalarında cinayətdən xəbərsiz olan Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 çatdırmış və bunun müqabilində həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünün vasitəsi ilə ona göndərdiyi 1150 (min yüz əlli) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs2 1200 (min iki yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, aşpazlıq kursunu bitirməsi ilə bağlı qanuni diplom təşkil edəcəyi barədə yalan vəd verməklə aldadaraq, rəsmi sənəd hesab olunan və aşpaz ixtisası üzrə işləmək hüququ verən həmin diplomu 1200 (min iki yüz) manat müqabilində satmaq barədə sonuncunun dostu, cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs2 ilə razılığa gəlmiş, bundan sonra şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olub, Zərərçəkmiş şəxs3 guya xx.xx.2001-ci il tarixdə “Bakı şəhəri 14 saylı Texniki Peşə məktəbi”ni aşpaz ixtisası üzrə kursu 5-ci dərəcə ilə bitirməsinə dair əlyazma ilə zəruri qeydlər aparılmaqla və müvafiq imzalar icra edilməklə, eləcə də həmin təhsil müəssisəsinin adı həkk olunmuş qanunsuz hazırladığı saxta möhürlə təsdiq etməklə 0888 nömrəli saxta diplom hazırlamış, daha sonra həmin saxta diplomu Zərərçəkmiş şəxs3 təqdim olunması məqsədilə 2022-ci ilin oktyabr ayının əvvəllərində cinayətdən xəbərsiz olan Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 çatdırmış və bunun müqabilində bir neçə gün sonra Zərərçəkmiş şəxs3 dostu Zərərçəkmiş şəxs2 verdiyi, sonuncunun isə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsində yerləşən “Neapol” restoranının qarşısından şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünün vasitəsi ilə ona göndərdiyi 1200 (min iki yüz) manat pulu ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs3 1200 (min iki yüz) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə özünü avtomobillərin kreditlə alqısatqısı ilə məşğul olan etibarlı şəxs kimi təqdim edib, sonuncuya “BYD F6” markalı avtomobil təşkil edəcəyi barədə yalan vəd verərək, 20 noyabr 2022-ci il tarixdə Mingəçevir şəhəri, “Unibank”ın arxasında yerləşən işlədiyi “Rahat Kredit” adlanan ofisdə Zərərçəkmiş şəxs5 həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları və 3 manat pulunu, həmin ofisdən çıxdıqdan sonra isə “Unibank”ın yaxınlığında Zərərçəkmiş şəxs5 2100 manat pulunu nağd şəkildə ələ keçirib öz bank hesabına göndərməklə, sonuncunun ümumilikdə 3803 (üç min səkkiz yüz üç) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə, sonuncunun arvadı X12 Kollecini bitirməsi ilə bağlı qanuni diplom təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq, rəsmi sənəd hesab olunan və tibb sahəsində işləmək hüququ verən həmin diplomu 2000 (iki min) manat müqabilində satmaq barədə cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs2 ilə razılığa gəlmiş, bundan sonra Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs2 verdiyi və sonuncunun 21 oktyabr 2022-ci il tarixdə Xətai rayonu, ünvan 3 ünvanında yerləşən “Araz” marketdəki “E-manat” ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərdiyi 200 manat, 01 noyabr 2022-ci il tarixdə həmin yerdən “E-manat” ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərdiyi 70 manat, 06 dekabr 2022-ci il tarixdə isə həmin yerdən “E-manat” ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərdiyi 900 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs1 1170 (min yüz yetmiş) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə, sonuncuya məxsus “Chevrolet Cruise LTZ” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcunu "xxxx" MMC-yə ödəyəcəyi adı ilə Zərərçəkmiş şəxs4 aldadaraq, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Bakı-Sumqayıt şossesi, “Bolmart” marketində yerləşən “E-manat” terminalından onun “Rabitəbank”da olan hesabına göndərilmiş 623 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “MilliÖn” ödəmə terminalından göndərilmiş 573 manat, 20 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Bakı-Sumqayıt şossesi, “Bolmart” marketində yerləşən “E-manat” terminalından göndərilmiş 650 manat və 31 dekabr 2023ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, İ.Abdullayev küçəsi 32 “Araz Saray” marketdəki “E-manat” terminalından göndərilmiş 542 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 2388 (iki min üç yüz səksən səkkiz) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamlarla bağlı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, kreditlə avtomobil almaq istəyən müştərilərə pul müqabilində köməklik edirmiş, 2022-ci ilin yay aylarında Yevlax rayonunda yerləşən qeydiyyat-imtahan və texniki baxış şöbəsində olarkən X1 ilə tanış olmuş, bundan sonra isə əlaqə saxlamaq üçün bir-birilərinin mobil nömrəsini götürmüşlər. Təxminən 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs5 mobil telefonla ona zəng edərək kreditlə maşın almaq istədiyini demiş, o, isə Bakı şəhərində kredit şirkəti olduğunu deyib əlində nə qədər pul olduğunu soruşmuş, Zərərçəkmiş şəxs5 isə əlində cəmi 3800 manat pulu olduğu barədə məlumat vermişdir. O, da Talehdən pulu gətirib özünə verməsini, daha sonra qalan məsələləri özünün həll edəcəyini demişdir. Aralarında razılıq əldə edildikdən sonra Zərərçəkmiş şəxs5 20 noyabr 2022-ci il tarixdə onun yaşadığı Mingəçevir şəhərinə gəlmiş, onlar görüşərək Talehdən 3800 manat pulu götürmüşdür, bir neçə gündən sonra Taleh “whatsapp” vasitəsi ilə ona görüntülü zəng edərək «BYD-F6» markalı avtomobil göstərmiş, o, isə avtomobildə çürüklər olduğunu görüb Talehə almamasını deyib 3-4 gün müddətində eyni avtomobildən “Turbo az” internet saytında tapacağını demiş, Talehdə həmin avtomobili almaqdan imtina edərək onunla razılaşmışdır. O, isə borcu olduğundan Talehdən aldığım 3800 manat pulu borcuna yönəltmiş, çünki Zərərçəkmiş şəxs5 avtomobil tapana kimi ən pis halda pulunu düzəldib geri qaytarmağı düşünmüş, qısa müddət keçdikdən sonra Taleh pulunu geri istədikdə o, həmin vaxt pulu geri qaytara bilməmiş, lakin sonradan hissə-hissə olmaqla ümumilikdə 1800 (min səkkiz yüz) manat pulu Talehə geri qaytarıb qalıq 2000 (iki min) manat pulu isə üç ay müddətində geri qaytaracağını demiş, Taleh isə razılaşmayaraq onun barəsində polis şöbəsinə şikayət ərizəsi ünvanlamış, hazırda isə Zərərçəkmiş şəxs5 olan 2000 manat puluda ödədiyindən aralarında barışıq əldə edilmişdir. Bundan başqa “Tik-Tok” sosial şəbəkəsində diplomların verilməsi ilə bağlı etdiyi paylaşmışlarla əlaqədar Zərərçəkmiş şəxs2 2022-ci ilin iyun-iyul aylarında ona zəng etmiş, danışıq zamanı Raman aşpazlıq kursunu bitirməsi ilə bağlı orta-ixtisas təhsili diplomu əldə etmək istədiyini bildirmişdir. O da köhnədən tapmış olduğu “14 saylı Texniki Peşə məktəbi”nin diplomunu Ramana satmaq qərarına gəlmişdir. Bu məqsədlə özü zəng edəcəyini deyərək əlaqə saxlamaq üçün Ramanın mobil nömrəsini almışdır. Telefon danışığı zamanı Ramanla 1200 (min iki yüz) manat müqabilində diplomun verilməsi ilə bağlı aralarında razılığa gəlmişlər. Razılaşmaya uyğun olaraq unutduğu tarixdə Raman tərəfindən “Rabita Bank”da olan hesabına 50 (əlli) manat beh kimi göndərilmişdir. Bundan sonra özündə olan “14 saylı Texniki Peşə məktəbi” tərəfindən verilmiş diploma Ramanın şəxsiyyəti ilə bağlı məlumatların yazılması zərurəti yaranmışdır. O isə saxta olduğunu bildiyindən gələcəkdə hər hansı bir problemin olması ehtimalına qarşı öz xəttinin olmaması üçün diplomun içərisini başqa şəxsə yazdırmaq qərarına gəlmişdir. Bu səbəbdən də xəttinin pis olmasını əsas gətirib xatırlamadığı tanışından guya Ramanın 2013-cü ildə “14 saylı Texniki Peşə məktəbi”nin aşbazlıq kursunu bitirməsi ilə bağlı qeydlər aparmasını xahiş etmişdir. Qeydiyyatı aparan şəxsə isə diplomun saxta olması ilə bağlı heç bir məlumat verməmişdir. Yazı qeydiyyatı aparıldıqdan sonra sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsə hazırlatdığı “14 saylı Texniki Peşə məktəbi” yazıları olan möhürlə diplomu təsdiq etmişdir. Lakin Raman və qeyrilərinin üzünü görməsini istəmədiyi üçün diplomu vermək üçün yer axtarmağa başlamışdır. Bir müddət Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ərazisində yaşadığından diplomu orada olan meyvə-tərəvəz mağazasına verib, bu barədə Ramanı məlumatlandırmışdır. Raman da həmin gün zəng edib Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ərazisində yerləşən meyvə-tərəvəz mağazasından diplomu götürmüşdür. Qalan 1150 (min yüz əlli) manat pul onun göndərdiyi taksi sürücüsü tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusibov küçəsində ona təqdim edilmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının unutduğu günlərində Raman zəng edərək tanışı Amil üçün də aşbazlıq kursunu bitirməsi ilə bağlı diplom lazım olduğunu demişdir. O da etiraz etmədikdə diplomun qiymətini 1200 (min iki yüz) manata razılaşmışlar. O, yenə də eyni qayda da diplomu hazırlayıb təxminən 2022-ci ilin oktyabr ayında Ramana zəng edərək diplomun Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ərazisində yerləşən meyvətərəvəz mağazasına verildiyini demişdir. Elə həmin gündə Raman zəng edərək diplomun möhürsüz olması barədə məlumat vermişdi. O, da iki gün müddətində möhürün vurulacağını deyib Ramandan diplomu geri qaytarmasını xahiş etmişdir. O, təxminən bir gündən sonra Ramana zəng edərək Amildən pulu alıb göndərməsini istəmişdir. Elə həmin gündə “Neapol” restoranının qarşısında 1200 (min iki yüz) manat pul Raman tərəfindən göndərmiş olduğu taksiyə verilmişdir. Həmin taksidə Amildən pulu alaraq yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusibov küçəsinə ona vermişdir. O da bundan sonra taksi vasitəsi ilə meyvə-tərəvəz mağazasından diplomu götürdüb möhür vuraraq yenidən mağazaya qaytarmışdır. Təxminən 10-15 gündən sonra Raman yenidən zəng edərək Türkan adlı tanışının tibbi təhsil alması ilə bağlı texnikom diplomu əldə etmək istədiyini demişdir. Bir qədər söhbətdən sonra diplomun 2000 (iki min) manat müqabilində 3 ay müddətində verilməsi ilə bağlı aralarında razılıq əldə edilmişdir. Bundan sonra Raman tərəfindən onun “Rabita Bank” da olan hesabına ümumilikdə 1170 (min yüz yetmiş) manat pul göndərilmişdir. O isə əlində başqa diplom olmadığından Türkana köməklik göstərə bilməmiş və aralarında narazıçılıq yaranmışdır. Diplomun doldurulmasını hər halda kimdənsə xahiş etmiş, lakin həmin şəxsin kimliyini unutmuşdur, amma dəqiq bilir ki, həmin şəxs diplomun saxta olmasını bilməmiş və şübhə də etməmişdir. Dəymiş zərər tam şəkildə ödənilmiş, zərərçəkən şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5la barışıq əldə edilmişdir. Bundan başqa o, 2021-ci ilin son aylarında “Tik-tok” sosial şəbəkəsində “Bakı Nərmanov” adlı səhifə yaradıb istifadə etmiş, yaratdığı səhifədə isə avtomobil şəkilləri yerləşdirib aşağı hissəsində “avtomobillərin alqısı-satqısı, krediti barədə başlıqlar yazaraq reklam xarakterli paylaşımlar etmiş, həmin vaxtlar isə “AZFEN” şirkətində qaynaqçı vəzifəsində işləyərək Bakı şəhərində yaşamışdır. 2022-ci ilin may ayında Arzu adında bir nəfər qadın onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “Chevrolet Cruze LTZ” markalı avtomobil almaq istədiklərini, lakin pullarının çatmadığını demişdir. O, da kömək edəcəyini bildirdikdən sonra Arzu adlı qadını bank olmayan kredit təşkilatı sayılan Gəncə şəhəri, Masinar Bağı adlanan ərazidə yerləşən “Azərstar” adlı kredit təşkilatına yönləndirmiş, Arzu adlı qadın isə bu işdə təcrübəsiz olduqlarını deyib ondan köməklik etməsini xahiş etmişdir. O, da etiraz etmədikdə unutduğu günlərin birində Yevlax rayonu st.Mingəçevir adlanan ərazidə ilk dəfə gördüyü Zərərçəkmiş şəxs4 və Arzu adlı qadınla görüşüb birlikdə Gəncə şəhərinə getmiş, Gəncə şəhərində olan zaman “Azəristar” adlı bank olmayan kredit təşkilatı tərəfindən “Chevrolet Cruze LTZ” avtomobilə unutduğu məbləğdə pul ayrılaraq avtomobilin sənədləşməsi aparılmış, aylıq ödəniş isə 24 ay müddətində 542 manat hesablanmışdır. Sənədləşmə işləri bitdikdən sonra “Azərstar” adlı bank olmayan kredit təşkilatının sədr müavini X13 tərəfindən isə “Chevrolet Cruze LTZ” markalı avtomobilə dair Zərərçəkmiş şəxs4 etibarnamə verilmiş, gördüyüm iş müqabilində Taleh tərəfindən 100 manat, Elçin tərəfindən isə 100 manat ona pul verilmişdir. Sonrakı müddətdə Zərərçəkmiş şəxs4 tərəfindən avtomobilin aylıq pulunun ödənişində gecikmələr olduğundan Elçin problemli adamları yönlədirməkdə onu günahlandırdığından münasibətləri pozulmuş, təxminən 3-cü ayın ödənişi günü çatanda Taleh və arvadı Arzu ümumiyyətlə mobil telefonlara cavab verməmiş, təxminən 10 gün keçdikdən sonra Talehgil telefonlara cavab verərək imkanları olmadığından on gündür zənglərə cavab vermədiklərini demişdir. O, da bundan sonra əsəbləşib Talehgil tərəfindən üç-dörd ay müddətində göndərilmiş ümumilikdə 2388 (iki min üç yüz səksən səkkiz) manat pulu Elçinlə göndərməyərək öz şəxsi xərclərinə istifadə etmiş, başqa da heçnə olmamışdır. Barışıq olmasa da, zərəri ödəmişdir. Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2004-cü ildən hazıradək restoran və kafelərdə aşbazlıq fəaliyyəti ilə məşğul olaraq dolanışığını təmin etmişdir. Günəmuzd işlədiyindən hər zaman rəsmi iş yeri axtarmışdır. Lakin bütün müəssisələr tərəfindən isə peşə təhsili ilə bağlı diplom tələb olunduğundan rəsmi qaydada işləyə bilməmişdir. O, 2022-ci ilin təxminən aprel-may aylarında “Tik-Tok” sosial şəbəkəsində videolar izləyərkən “Arif” adlı şəxsin adını unutduğu səhifəsində müxtəlif peşələr üzrə diplomların təşkil edilməsi ilə bağlı reklam paylaşdığını görmüşdür. O da aşbazlıq peşəsi ilə bağlı diplom əldə etmək fikrinə düşüb istifadəsində olan ***-***-**-** saylı nömrədən reklamda göstərilən ***-***-**-** və ***-***-**-** saylı nömrələrdən hansısa birinə zəng etmişdir. Zəngə cavab verən şəxs adını “Arif” kimi təqdim edib hazırda işdə olduğunu deyərək əlaqə saxladıqları nömrənin “whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamağı təklif etmişdir. O da etiraz etmədikdə Arif iş saatı bitdikdən sonra işin detallarını danışmaq üçün əlaqə saxlayacağını bildirmişdir. Həmin gün axşam saatlarında Arif istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin hansısa birinin “whatsapp” tətbiqi vasitəsi ilə zəng etmişdir. O, telefon danışığı zamanı Arif adlı şəxsə aşbazlıq peşəsi üzrə texnikom diplomu əldə etmək istədiyini demişdir. Arif isə heç bir təhsil almadan sadəcə imtahan verib 1500 manat pul müqabilində aşbazlıq peşəsi üzrə kollec diplomu təşkil edə biləcəyini vəd vermişdir. Bir qədər söhbətdən sonra Ariflə görüləcək işin qiymətini 1200 manata razılaşmışdır. İlkin olaraq Arif adını məktəbə yazdırmaq üçün ümumi məbləğdən 50 manatı göndərməyini tələb etmişdir. O da etiraz etməyərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında yerləşən “Rahat” marketin içərisindəki terminal vasitəsi ilə 50 (əlli) manat pulu Arifin göndərdiyi “Rabitəbank” da olan hesabına ödəmişdir. Təxminən 2022-ci ilin avqust ayının ortalarında Arif “whatsapp” tətbiqi vasitəsi ilə zəng edərək diplomun hazır olması barədə məlumat verib pulu təqdim etdikdən sonra diplomu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahədə yerləşən “Bravo” marketin yanında yerləşən meyvə-tərəvəz mağazasından götürə biləcəyini demişdir. Diplom götürüldükdən sonra pulun veriləcəyi barədə aralarında razılaşma əldə edildikdən sonra o, avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahədə yerləşən “Bravo” marketin yanında yerləşən meyvə-tərəvəz mağazasına gəlmişdir. O, mağazaya daxil olub orada işləyən şəxsdən diplomu alıb işlədiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Uluxanlı” kafesinə gəlmiş, bu barədə də Arifə zəng edib məlumat vermişdir. Əldə etdiyi diploma nəzər yetirdikdə guya 2013-cü il tarixdə “14 nömrəli Texniki Peşə Məktəbi”nin aşbazıq kursunu bitirməyimlə bağlı məlumatlar olduğunu görmüşdür. Elə həmin gün saat 21 radələrində Arif zəng edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının qarşısına gəlmiş qırmızı rəngli “Kia” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobildə olan şəxsə pulu verməyini istəmişdir. O da “Fəridə” şadlıq sarayının qarşısında 1150 (min yüz əlli) manat pulu qaranlıqda üzünü görə bilmədiyi “Kia” markalı avtomobilin içərisində əyləşən kişi cinsli şəxsə təqdim etmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının sonlarında tanışı Zərərçəkmiş şəxs3 diplom əldə etdiyini öyrəndikdən sonra özü üçündə diplom istədiyini deyib köməklik etməyini xahiş etmişdir. O da etiraz etməyərək Ariflə əlaqə saxlamış və Amilin də diplom istəməsi barədə məlumat vermişdir. Həmin vaxt Amil özü də yanında olub telefon danışığına qulaq asmışdır. Telefon danışığı zamanı Arif diplomu təşkil edəcəyini vəd verərək 1200 (min iki yüz) manat pul istəmişdir. Əvvəlki razılaşma da olduğu kimi bu dəfə də diplom təqdim edildikdən sonra pulun verilməsi ilə bağlı aralarında razılıq əldə edilmişdir. Təxminən 2022-ci ilin oktyabr ayının ilk günlərində Arif “whatsapp” tətbiqi vasitəsi zəng edib Amil Nəsirovun adına hazırlanmış diplomun Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahədə yerləşən “Bravo” marketin yanında yerləşən meyvə-tərəvəz mağazasına qoyulması barədə məlumat vermişdir. O da elə həmin gün qeyd edilən ünvana gedib Amilin adına tərtib olunmuş diplomu götürmüş və şəklini çəkib “whatsapp” tətbiqi vasitəsi ilə Amilə göndərmişdir. Bundan sonra isə işlədiyi “Uluxanlı” kafesinə geri qayıtmışdır. Axşam saatlarında isə Amillə birlikdə diploma baxan vaxt möhür olmadığını aşkarlayıb zəng edərək Arifə bu barədə məlumat vermişdir. Arif isə iki gün müddətində hazır olacağını deyib diplomu möhür vurulması üçün götürdüyü yerə geri qaytarmağını istəmişdir. O da səhəri gün diplomu götürdüyü meyvə-tərəvəz mağasına aparıb təhvil vermişdir. Təxminən iki gün sonra yəni 2022-ci ilin oktayabr ayının ilk günlərində Arif zəng edərək 1200 (min iki yüz) manat pulu Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsində yerləşən “Neapol” restoranının qarşısına gətirməyini istəmişdir. O da Amilə pulu birlikdə gedib verməyi təklif etsə də sonuncu onu tanıdığını deyərək pulu özünün verməyini istəmişdir. O da tanışı Amildən pulu alıb “Neapol” restoranının qarşısına gəlib ağ rəngli üzərində taksi nişanı olan avtomobilin sürücüsünə 1200 (min iki yüz) manat pulu təqdim etmişdir. Səhəri gün isə meyvə-tərəvəz mağazasından Amilə məxsus diplomu möhürlü şəkildə götürüb sonuncuya təqdim etmişdir. Elə həmin vaxtlarda mağazada 20-30 nəfərə məxsus diplom görmüşdür. Təxminən 10-15 gündən sonra tanışı Amil yanına gəlib qohumu Türkan Nəsibova adlı qadının tibb ixtisası üzrə diplom almaq istədiyini deyib Ariflə danışmağını xahiş etmişdir. O da yenidən əlaqə saxladıqda Arif bu işin təxminən üç ay ərzində, azı 2000 (iki min) manat müqabilində həll oluna biləcəyi barədə məlumat vermişdir. Razılaşma əldə edildikdən sonra üç dəfəyə olmaqla xx.xx.2022-ci il tarixdə Xətai rayonu, ünvan 3 ünvanında yerləşən “Araz” marketdəki ödəmə terminalından Amil vasitəsi ilə aldığım 200 (iki yüz) manat pulu, xx.xx.2022-ci il tarixdə 70 (yetmiş) manat pulu, xx.xx.2022-ci il tarixdə isə 900 (doqquz yüz) manat pulu Arifin “Rabitəbank” da olan debet kartına göndərmişdir. Hər üç məbləğ Xətai rayonu, ünvan 3 ünvanında yerləşən “Araz” marketdəki ödəmə terminalından Arifin kartına göndərilmişdir. Arif isə sonradan yalan vədlər verərək diplomu verməkdən imtina etmiş, telefonlarına zəng çatmamışdır. Artıq aldadıldıqlarını başa düşüb hüquq mühafizə orqanlarına şikayət etmişlər. Elə həmin vaxtlarda onları aldadan şəxsi Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs2 sərbəst ifadə verdikdən sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisə nəticəsində Arif tərəfindən 1200 (min iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. Ola bilsin ki, əvvəlki ifadəsində fikirini düzgün izah edə bilməmişdir. Çünki ümumilikdə diplomun qiyməti 2000 (iki min) manata razılaşdırılmışdır. Hissə-hissə isə Arifə 1170 (min yüz yetmiş) manat pul verilmişdir. O, “Fəridə” şadlıq sarayının qarşısında 1200 manat pulu öz diplomunun düzəlməsi üçün Arifin göndərdiyi “Kia” markalı avtomobilin sürücüsünə vermişdir. Həm də Türkan Nəsirovadan cəmi 1170 manat pul alınmış və kart vasitəsi ilə Arifə göndərilmişdir. Qəbzlər isə istintaqa təqdim edilmişdir. Əvvəlki ifadəsində nə üçün elə yazılması barədə heç bir fikri olmamışdır. Təqsirləndirilən şəxs söhbətlər zamanı işi özünün gördüyü barədə məlumat vermişdir. Sonda ona dəymiş zərərdən ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, aralarında barışıq əldə olunmuşdur. Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində dörd övladı vardır. 2021-ci ilin mart ayından hazıradək “X16” nəqliyyat şirkətində sürücü vəzifəsində işləmişdir. Aşbazlıq peşəsini bacardığı üçün təxminən 25 ildir ki, müxtəlif iaşə obyektlərində aşbaz işləmişdir. Zərərçəkmiş şəxs2 ilə təxminən 3-4 il olar ki, tanışlıq münasibətləri vardır. Həmin vaxtlar Raman “Uluxanlı” kafesində, o isə “Altay” kafesində aşbaz kimi fəaliyyət göstərmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, o, 2022-ci ilin sentyabr-oktyabr aylarında söhbət zamanı tanışı Ramana gəmidə aşbaz işi barədə sərfəli təklif aldığını, lakin aşbazlıq peşəsini bitirməyi ilə bağlı diplomun olmadığını demişdir. Raman isə həmin vaxt aşbazlıq peşəsi ilə bağlı internetdə tanış olduğu “Arif” adlı şəxs vasitəsi ilə diplom aldığını deyərək gətirib göstərmişdir. O da diploma baxan vaxt möhürlü və imzalı olmasını görüb Ramandan köməklik etməsini xahiş etmişdir. Ramanda yanından adının Arif adlı şəxsə zəng edib onun üçün aşbazlıq peşəsi ilə bağlı diplom almaq istədiyini bildirmişdir. Telefon danışığı zamanı Arif təxminən 10 gün müddətində aşbazlıq peşəsini bitirməyi ilə bağlı diplomu təşkil edəcəyini vəd verib 1200 (min iki yüz) manat pul istəmişdir. Aralarında olan razılaşmaya əsasən diplom verildikdən sonra pullar təqdim olunmalı idi. Təxminən 2022-ci ilin oktyabr ayının ilk günlərində Raman mobil telefonla zəng edərək diplomun hazır olması barədə məlumat vermişdir. O da elə həmin gün “Uluxanlı” kafesinə gedib Ramanla görüşmüşdür. Görüş zamanı Ramandan “14 nömrəli Texniki Peşə Məktəbinin “N0888” nömrəli diplomunu təhvil almışdır. Diploma nəzər yetirdikdə guya həmin peşə məktəbinin aşbazlıq kursunu xx.xx.2001-ci ildə bitirməyi ilə bağlı qeyd aparıldığını görmüşdür. Lakin diplomda imzalar olsa da möhür olmamışdır. Bu səbəbdən də Raman zəng edərək Arifə diploma möhür vurulmaması barədə məlumat vermişdir. Arif isə Ramandan diplomu götürdüyü yerə geri qaytarmasını və iki gün müddətində möhür məsələsini həll edəcəyini demişdir. Təxminən iki gün sonra yəni, 2022-ci ilin oktyabr ayının ilk günlərində Raman zəng edərək Arifin diplomla bağlı pulunu istədiyini bildirmişdir. O da elə həmin gün “Uluxanlı” restoranında 1200 (min iki yüz) manat pulu Arifə çatdırması üçün tanışı Ramana vermişdir. Pulu verən zamanda Raman xəbərdalıq etmişdir ki, mən səni tanıyıram, əgər bir problem olsa pulumu səndən alacağam. Ramanın öz deməsinə görə “Neapol” restoranının qarşısında pulu Arifin göndərdiyi taksi sürücüsünə vermişdir. Səhəri gün isə Raman tərəfindən möhürlü diplom ona təqdim edilmişdir. Başqa da heçnə olmamışdır. O, diplom əldə etdikdən sonra dayısıoğlu Zərərçəkmiş şəxs1 Cavad oğluna diplom əldə etməyi və gələcəkdə dənizdə işləmək barədə planlarından danışmışdır. Həmin vaxtda Qara arvadı Türkana Tibb kollecini bitirməsi ilə bağlı diplom almaq istədiyini deyib bu barədə maraqlanmağını xahiş etmişdir. O da tanışı Ramandan bu işlə bağlı tanışı Ariflə danışmasını istəmişdir. Ramanın deməsinə görə Arif 2000 (iki min) manat müqabilində X11 kollecinin diplomu ilə təmin edəcəyini vəd vermişdir. O da bundan sonra dayısıoğlu Zərərçəkmiş şəxs1 unutduğu tarixlərdə hissə-hissə 1170 manat pulu alıb “Uluxanlı” kafesində Arifə verməsi üçün Ramana təqdim etmişdir. Bildiyi qədəri ilə Ramanda həmin pulları ödəmə terminalı vasitəsi ilə Arifin adına olan plastik karta göndərmişdir. Bu işlərdən isə Türkanın məlumatı olmamışdır. Çünki dayısıoğlu Qara arvadı Türkana həmin diplomu hədiyyə etmək istəmişdir. Danışığa görə Arif diplomu 2022-ci ilin dekabr ayı ərzində təhvil verməyi vəd etmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq diplom təqdim olunmadığı üçün məcbur qalıb özü pulu dayısıoğlu Zərərçəkmiş şəxs1 geri qaytarmışdır. Sonradan isə aldadıldıqlarını başa düşüb hüquq mühafizə orqanlarına şikayət etmişlər. Elə həmin vaxtlarda onları aldadan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs3 oölu sərbəst ifadə verdikdən sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisə nəticəsində Arif tərəfindən 1200 (min iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. Ola bilsin ki, əvvəlki ifadəsində fikrini düzgün izah edə bilməmişdir. Çünki ümumilikdə diplomun qiyməti 2000 (iki min) manata razılaşdırılmışdır. Hissə-hissə isə Arifə 1170 (min yüz yetmiş) manat pul verilmişdir. Onun şəxsən Ariflə arasında heç bir danışıq olmamışdır. İşi ilə bağlı isə Raman mobil telefonla yanından Ariflə əlaqə saxlamışdır. Arifin işi kimin vasitəsi ilə görəcəyindən heç bir məlumatı olmamışdır. Ramanın tanışı olan Arifin işi kimin vasitəsi ilə görəcəyindən heç bir məlumatı olmamışdır. Əvvəlki ifadəsində isə nə üçün elə qeyd edilməsi barədə heç bir fikri olmamışdır. O, diplomun tam qanuni olacağını zənn etmişdir. Sonda ona dəymiş zərərdən ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, aralarında barışıq əldə olunmuşdur; Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, ailəlidir, 2004-cü ildə Şahid2 ilə ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs “Tik- Tok” sosial şəbəkəsi vasitəsi ilə tanımışdır. Belə ki, o, 2022-ci ilin may ayında arvadı Arzu ilə avtomobil almaq qərarına gəlmiş, lakin pulları az olduğundan ilkin ödəniş edib qalıq ödənişləri kredit formasında etmək istəmiş, elə həmin ərəfələrdə də arvadı Arzu “Tik-Tok” sosial şəbəkəsində Arif adlı şəxsin avtomobil alqı-satqısı, krediti ilə bağlı reklam yerləşdirdiyini, əlaqə üçün isə ***-***-**-** saylı mobil nömrəni qeyd etdiyini görmüşdür. O, çoxda anlayışı olmadığından arvadı Arzu sosial şəbəkədən götürdükləri Arifin ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək kredit şərtləri ilə bağlı danışmağa başlamış, telefon danışığı zamanı Arif avtomobil alınması üçün ilkin ödəniş ediləcəyini, çatmayan məbləğin isə bank olmayan kredit təşkilatı tərəfindən ödənəcəyini, ödəniş bitənə kimi isə avtomobilin kredit təşkilatında girovda qalacağı barədə məlumat vermişdir. O, da şərtlər əlverişli olduğundan Abşeron rayonu, Saray qəsəbə sakini “Şaka” ləqəbli şəxslə “Chevrolet Cruise LTZ” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili 17.000 (on yeddi min) manat müqabilində almaq barədə razılığa gəlmiş, bu məqsədlə 7500 (yeddi min beş yüz) manat pulu nağd olaraq avtomobili aldığı şəxsə ödəmişdir. O, bundan sonra isə arvadı Arzu ilə birlikdə sənədləşmə işlərinin aparılması üçün Gəncə şəhərinə getmiş, yanlarında olması üçün yoldan Arifi də götürmüş, Gəncə şəhərinə çatdıqdan sonra Arifin tapdığı "xxxx" MMC-in ofisinə getmiş, ofisdə olan zaman direktor X13 tərəfindən qalıq 9500 (doqquz min beş yüz) manat pul avtomobil satıcısına ödənmiş, avtomobil isə şərti girov kimi Elçininin adına sənədləşdirilmiş, Elçinlə isə aralarında xx.xx.2022-ci il tarixli borc müqaviləsi imzalanmışdır. Aralarında olan razılaşmaya görə o, xx.xx.2024-cü il tarixədək (24 ay müddətində) hər ay 542 (beş yüz qırx iki) manat pulu Elçinə ödəməyi, Elçin isə ödənişlər yekunlaşdıqdan sonra avomobili onun adına keçirməyi öz öhdəsinə götürmüş, bundan sonra Elçin tərəfindən “Chevrolet Cruise LTZ” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair idarə etmə etibarnaməsi verilmişdir. O, da hörmət olaraq Arifə yüz manat pul vermiş və avtomobili aldıqdan sonra aylıq olaraq pullarını ödəməyə başlamış, bəzi hallarda kredit ödənişində gecikmələr olmuş və faizlər tutulmuş, gecikmələr olduqda isə Arif zəng edərək məlumat vermişdir. Təxminən 2022-ci ilin oktyabr ayının ilk günlərində Arif ona zəng edərək Elçinə təqdim edəcəyi adı ilə ödənişləri özünün kartına göndərməklərini tələb etmişdir. O, da etiraz etməyib xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Bakı-Sumqayıt şossesində, Bolmart marketində yerləşən e-manat terminalından 623 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “PashaPay” Milli ön ödəmə terminalından 573 manat, 20 dekabr 2023-ci il tarixdə Abşeron rayonu, Bakı- Sumqayıt şossesində, Bolmart marketində yerləşən e-manat terminalından 650 manat, 31 dekabr 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, İ.Abdullayev küçəsi 32 Araz Saray marketdəki e-manat terminalından 542 manat pulu Arifin “Rabitəbank” da olan hesabına göndərmişdir. Arifdə həmin pulları alan zaman hər dəfə Elçinə verdiyini bildirdirməklə onları arxayın etmişdir. O, və həyat yoldaşı bundan sonra Arifə zəng etməyə başlamış, Arif ilk öncələri məsələnin Elçinlə arasında olduğunu desə də sonradan ümumiyyətlə telefonlara cavab verməmiş və nömrələri blok etmiş, artıq aldadıldıqlarını başa düşdükləri üçün ərizə ilə polis şöbəsinə şikayət etmişdir. Sonda Təqsirləndirilən şəxs tərəfindən zərərin ödənildiyini və cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslə arasında barışığın mövcud olmasını, zərərçəkmiş şəxsə qarşı şikayət və tələbinin olmamasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanda yaşayır. Ailəlidir, himayəsində üç övladı vardır. Zərərçəkmiş şəxs3 onun bibisioğludur. Bibisioğlu Amillə aralarında düşmənçilik və ya qərəzli münasibət olmamışdır. 2022-ci ilin noyabr ayının əvvəllərində bibisioğlu Amil ilə söhbət edərkən Amil özünə tanışı vasitəsilə pulla diplom düzəltdiyini və həmin diplomla gəmidə aşpaz işləyə biləcəyini bildirmişdir. O da arvadı Türkan Nəsibova üçün diplom düzəltdirib hədiyyə etmək qərarına gəlmiş və bu barədə bibisioğlu Amilə demişdir. Amil tanışından bu barədə maraqlanaraq ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Amil diplom alınmasının qaydasını ona izah etmişdir. Belə ki, arvadı Türkan Nəsibovanın adının Bakı şəhərində yerləşən kursların birində adının qeydiyyata alınacağını, həmin kursun 2-3 ay davam edəcəyini, kursun sonunda da diplom verləcəyini bildirmişdir. Bütün bunların müqabilində də 2000 (iki min) manat pul lazım olacağını demişdir. O da Amilin dedikləri ilə razılaşmış və 2022-ci ilin oktyabr ayından həmin ilin dekabr ayıda daxil olmaqla hissə-hissə Amilin xatırlamadığı bank kartına 1170 manat pul göndərmiş və arvadı Türkanın şəxsiyyət vəsiqəsinin şəklini whatsapp mobil tətbiqi vasitəsilə Amilə göndərmişdir. Amil pulu əldə etdikdən sonra ona arvadının adının 2022-ci ilin sonuna qədər kursda qeydiyyata alınacağını, ondan sonra kursun başlanılacağını və kursun da təxminən 2-3 ay davam edəcəyini və təxminən 2023cü ilin mart ayında diplomun hazır olacağını bildirmişdir. O da heç bir söz deməyərək Amillə razılaşmışdır. O, həmin ilin dekabr ayının sonuna qədər gözləmiş və Amildən işin nə yerdə olduğunu soruşmuşdur. Amil yanvar ayının əvvəlinin bayram günlərinə təsadüf etdiyi üçün kursun bayramdan sonra başlayacağını bildirmişdir. O da Amilin dedikləri ilə razılaşmış və gözləməyə başlamışdır. 2023-cü ilin yanvar ayının ortalarında o, Amildən yenidən işin nə yerdə olduğunu soruşduqda, Amil ona konkret olaraq heç bir söz deyə bilməmişdir. O da narahat olaraq Amildən pulunu geri istəmişdir. Təxminən iki gün sonra Amil verdiyi 1170 (min yüz yetmiş) manat pulu ona geri qaytarmışdır. Təxminən iki ay sonra Amilin də aldadıldığını və Amili aldadan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs1 sərbəst ifadə verdikdən sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisə nəticəsində Arif tərəfindən 1170 manat məbləğində maddi ziyan dəymiş, diplomun tam qanuni olacağını zənn etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslə arasında barışığın mövcud olmasını, zərərçəkmiş şəxsə qarşı şikayət və tələbinin olmamasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilk dəfə 2022-ci ilin yay aylarında Yevlax rayonunda qeydiyyatimtahan və texniki baxış şöbəsinə olan zaman görmüşdür. Həmin vaxtı o, iş yoldaşı X5 məxsus avtomobili texniki baxışdan keçirtmək üçün Samirlə birlikdə qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs iş yoldaşı Samir İsrafilovun bibisi oğludur. Söhbət zamanı Təqsirləndirilən şəxs onlara avtomobilləri kreditə salmaq işi ilə məşğul olduğunu, ofisinin Mingəçevir şəhərində yerləşdiyini demişdir. O, Arifin istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri gələcəkdə lazım olar deyə götürmüşdür. Sonuncu dəfə 2022-ci ilin noyabr ayında o, avtomobil almaq niyyətinə düşmüşdür. "Turbo.az" internet saytında "BYD F6" markalı avtomobilin satışı ilə bağlı elanı görmüş və bu vaxt Ariflə telefon əlaqəsi yaratmış, avtomobil almaq istədiyini bildirmişdir. Bundan sonra o, özünə məxsus "VAZ 21099" markalı avtomobili 4.200 manata satmışdır. Daha sonra o, Ariflə telefon əlaqəsi saxlamış, Arifə almaq istədiyi avtomobilin Bakı şəhərində olduğunu, Arifin müdir işlədiyi "Rahat kredit" təşkilatının Bakı şəhərində baş ofisinin olub-olmadığını soruşmuş, Arif isə ona Bakı şəhərində baş ofis olduğunu demişdir. Həmin danışıq zamanı Arif ondan nə qədər pulunun olduğunu soruşmuş, o isə Arifə 3.800 manat pulunun olduğunu demişdir. Arif isə ona 3.800 manat pulun hamısını verməyi, sonra Bakı şəhərinə gedib avtomobili almağı və Bakı şəhərində yerləşən baş ofisə aparmağı, Arifn özü isə guya baş ofislə əlaqə saxlayıb pulu onlara göndərəcəklərini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, dostu X3 ilə əlaqə saxlayıb onunla birlikdə Mingəçevir şəhərində yerləşən "Rahat kredit" təşkilatına getməyi təklif etmiş, Arif isə razılıq vermişdir. Ariflə telefon əlaqəsi yaradan zaman Arif Yevlax rayonu Xaldan kəndinə çatanda Ariflə əlaqə saxlamağını bildirmişdir. O, Xaldan kəndinə çatanda Ariflə əlaqə yaratmış, Arifə ona Mingəçevir şəhərinin girişdə taksidən düşməyini demişdir. O, Mingəçevir şəhərinin girişində taksidən düşmüş, sonra Arif onu "infiniti" markalı avtomobil ilə oradan götürmüşdür. Həmin vaxtı Arifin yanında tanımadığı iki nəfər şəxs də olmuşdur. O, avtomobildə olan zaman Müseyibə zəng etmiş, Müseyib ona "Rahat kredit" təşkilatının qarşısında olduğunu demişdir. Arif də idarə etdiyi avtomobil ilə onu öz ofisinə aparmışdır. O, orada Müseyiblə görüşmüş, lakin Arif Müseyibin ofisə daxil olmasına icazə verməmişdir. Onlar ikisi ofisə daxil olmuşlar. Arif ona əvvəlcə ofisin kameralarını qoşacağını, sonra danışacaqlarını bildirmişdir. Arif guya kameraları qoşmuşdur. O, daha sonra Arifə əlbə-əl 1000 dollar və 3 manat pul vermişdir. Belə ki, Arifə pulu verən zaman dolların dəyəri 169.70 olmuşdur. 3 manat da əlavə vermişdir ki, ümumi 1.700 manat pul etsin. Arif ona 1.000 dolların evə gedəcəyini, qalan 2.100 manat pulu isə hesaba vurmaq lazım olduğunu bildirmişdir. Sonra onlar "Unibank"ın Mingəçevir şəhər filialına yaxınlaşmışlar. Artıq həmin vaxtı yanlarına Müseyib də gəlmiş və onların üçü bankın terminalına yaxınlaşmış, o, 2.100 manat pulu Arifə vermiş, Arif verdiyi 2.100 manat pulu terminal vasitəsilə hansısa bir hesaba köçürmüş və qəbzi də kredit sənədlərinə əlavə edəcəyini bildirərək özünə götürmüşdür. Bundan sonra Müseyib Arifə tanışlıq vermiş, qardaşını və əmisi oğlunu tanıdığını bildirmiş, bu işdə hər hansı bir problem çıxıbçıxmayacağını soruşmuşdur. Arif isə heç bir problem olmayacağını demişdir. Arif ona bir gün sonra Bakı şəhərinə gedib avtomobilə baxmağını demişdir. O, bir gün sonra Bakı şəhərinə getmiş, Binə qəsəbəsinə gedib almaq istədiyi avtomobili tapmışdır. Arif ona görüntülü əlaqə saxlamağı, avtomobilə baxmaq istədiyini bildirmişdir. O, Ariflə görüntülü əlaqə saxlamış, avtomobili Arifə göstərmiş, Arif ona həmin avtomobilin yaxşı olmadığını, avtomobilin sahibindən aralaşmağını demişdir. O, oradan uzaqlaşıb Ariflə danışmış, Arif ona avtomobili almamağını, həmin avtomobildən ona 3 gün ərzində gətizdirəcəyini demişdir. O da Arifə inanıb avtomobili almayaraq geri qayıtmışdır. Bundan sonra o, Arifdən şübhələnməyə başlamış, lakin 2 gün səbr etmişdir. 2 gün sonra Arifə zəng edib avtomobil almaq istəmədiyini, pulu geri qaytarmağını demişdir. Arif isə kart göndərməyini demişdir. O, Arifə kart atmış, lakin Arif müxətlif bəhanələr gətirib onu yubatmışdır. xx.xx.2022-ci il tarixdə Arif karta hesabına 1.500 manat pul göndərmişdir. Arif qalan pulunu vaxtında qaytarmadığı üçün o, artıq Arifə polisə müraciət edəcəyini demişdir. Bu vaxt Arif pul verməyi barədə əlində sübut olmadığını demiş, o isə Ariflə olan telefon yazışmalarını göstərmişdir. Bundan sonra Arif ona polisə müraciət etməmişdən əvvəl əlaqə saxlamağı demişdir. xx.xx.2022-ci il tarixdə o, Arifə zəng etmiş, Arifə heç olmasa pulunu hissə-hissə verməyini demişdir. Arif xx.xx.2022-ci il tarixdə ona 500 manat pul verəcəyini, qalan pulu isə 2023-cü ilin yanvar ayının sonuna kimi kartına hissə-hissə göndərəcəyini demişdir. O, xx.xx.2022-ci il tarixdə Ariflə əlaqə saxlamış, Arif ona 2023-cü ilin yanvar ayının 5-də iş günü olacağını, pulu kartına atacağını demişdir. xx.xx.2023-cü il tarixdə onun kart hesabına 300 manat pul gəlmişdir. Bundan sonra o, yanvar ayının sonunu gözləmiş, lakin Arif pulunu geri qaytarmamışdır. O, da bu səbəbdən ərizə ilə Mingəçevir ŞPŞ-yə müraciət etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, o,ünvan 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs4 həyat yoldaşıdır. Təqsirləndirilən şəxs “Tik-Tok” sosial şəbəkəsi vasitəsi ilə tanımışdır. Belə ki, onun həyat yoldaşı Taleh 2022-ci ilin may ayında kreditlə avtomobil almaq qərarına gəldi. O, da “Tik-Tok” sosial şəbəkəsində “Arif” adlı şəxsin avtomobil alqı-satqısı, krediti ilə bağlı reklam yerləşdirdiyini, əlaqə üçün isə ***-***-**-** saylı mobil nömrəsi qeyd etdiyini gördüyü üçün Arifə zəng edərək şərtlərlə bağlı danışmış, danışıq zamanı Arif avtomobil alınması üçün ilkin ödəniş ediləcəyini, çatmayan məbləğin isə bank olmayan kredit təşkilatı tərəfindən ödənəcəyini, ödəniş bitənə kimi isə avtomobilin kredit təşkilatında girovda qalacağı barədə məlumat vermiş, şərtlər əlverişli olduğundan onun əri Taleh Abşeron rayonu, Saray qəsəbə sakini “Şaka” ləqəbli şəxslə “Chevrolet Cruise LTZ” markalı, **-FU- *** dövlət qeydiyyat nişanlı avtomobili 17.000 (on yeddi min) manat müqabilində almaq barədə razılığa gəlmiş, avtomobil satıcısına tərəflərindən ilkin olaraq 7500 (yeddi min beş yüz) manat pulu nağd pul verilmişdir. O, pulun qalıq hissənin həll edilməsi üçün isə əri Taleh və avtomobilin sahibi ilə Gənçə şəhərinə getmiş, yol üstü Arifidə özləri ilə götürüb sonuncunun tapdığı "xxxx" MMC-in ofisinə yaxınlaşmış, ofisdə olan zaman direktor X13 tərəfindən qalıq 9500 (doqquz min beş yüz) manat pul avtomobil satıcısına ödənmiş, avtomobil isə şərti girov kimi Elçininin adına sənədləşdirilmiş, Elçin və Taleh arasında xx.xx.2022-ci il tarixli borc müqaviləsi imzalanmışdır. Ümumi razılaşmaya görə onlar xx.xx.2024-cü il tarixədək (24 ay müddətində) hər ay 542 (beş yüz qırx iki) manat pulu Elçinə ödəməyi, Elçin isə ödənişlər yekunlaşdıqdan sonra avtomobili adlarına keçirməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra Elçin tərəfindən “Chevrolet Cruise LTZ” markalı, **- FU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Talehə idarə etmə etibarnaməsi verilmiş, Taleh tərəfindən isə Arifə zəhmət haqqı kimi yüz manat pul ödənmişdir. Arada bir əmək haqlarında gecikdiyindən ödənişdə də gecikmələr olmuş, gecikmələr olduqda isə Arif zəng edərək məlumat vermişdir. Təxminən 2022-ci ilin oktyabr ayının ilk günlərində Arif zəng edərək Elçinə təqdim edəcəyi adı ilə ödənişləri özünün kartına göndərmələrini tələb etmiş, Talehdə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Bakı-Sumqayıt şossesində, Bolmart marketində yerləşən e-manat terminalından 623 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “PashaPay” Milli ön ödəmə terminalından 573 manat, 20 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Bakı-Sumqayıt şossesində, Bolmart marketində yerləşən e-manat terminalından 650 manat, 31 dekabr 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, İ.Abdullayev küçəsi 32 Araz Saray marketdəki e-manat terminalından 542 manat pulu Arifin “Rabitəbank” da olan hesabına göndərmişdir. Arifdə həmin pulları alan zaman hər dəfə Elçinə verdiyini bildirdirməklə onları arxayın etmiş, təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində Elçin zəng edərək 4 ay müddətində avtomobilin kreditini hansı səbəbdən ödəmədiklərini soruşmuş. O, da həmin pulları Arifə ödəniş etməsi üçün göndərmələri barədə Elçinə məlumat verdikdə sonuncu cavabında Arif tərəfindən heç bir pul ödənmədiyini demişdir. O, və əri Taleh məsələnin aydınlaşdırılması üçün dəfələrlə Arifə zəng etsələrdə pulun geri ödənməsi barədə heç bir nəticə olmamış, Arif isə sonradan nömrələrini blok edərək yoxa çıxmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, İmişli rayonunun Aranlı kəndində qeydiyyatda olsa da hazırda Bakı şəhəri, Səbail rayonu, Nestero küçəsində yerləşən ünvanını bilmədiyi fərdi yaşayış evində qardaşı X9 ilə birlikdə kirayişin yaşamışdır. Təxminən 6-7 ildir ki, icarə əsasında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan yerdən Nesterov küçəsinə dönən yerdə meyvə-tərəvəz satışı mağazası işlətmişdir. Zərərçəkmiş şəxs2 bir neçə dəfə üzdən görmüşdür. Sonuncu dəfə polis əməkdaşları tərəfindən işlədiyi mağazada istintaq hərəkəti keçirilərkən Ramanı görüb üzdən tanımışdır. Təqsirləndirilən şəxs cəmi bir dəfə görmüşdür. Belə ki, o, 2022-ci ilin unutduğu aylarında mağazada olan vaxt bir nəfər orta boylu cavan oğlan yanına gəlib özünü Arif kimi təqdim edərək bir xahişinin olduğunu bildirmişdir. O da xahişin nədən ibarət olduğunu soruşduqda Arif adlı şəxs demişdir ki, “mağazaya içərisində sənədlər olan üzərinə adlar yazılı zərflər qoyulacaq, sənə yaxınlaşıb həmin sənədlər istənildikdə mən deyəcəm kimin adı yazılıbsa həmin şəxsin sənədin verərsən”. O da etiraz etməmişdir. Bundan sonra bir neçə dəfə xatırlamadığı şəxs tərəfindən mağazaya içərisində sənədlər olan zərflər qoyulmuşdur. Zərflərin üzərində isə adlar yazılmışdır. Bundan sonra isə tanımadığı şəxslər mağazaya gəlib Arifin buraya sənəd qoyduğunu deyərək sonuncu ilə mobil telefon əlaqəsi yaratmışlar. O da həmin şəxslərin telefonu ilə danışan zaman Arif üzərinə sənədi götürəcək adamın adı yazılı olan zərfi verməyini istəmişdir. Başqa da heç bir məlumatı olmamışdır. Bu iş müqabilində Arif tərəfindən hər hansı bir maddi və s. nemət təklif olunmamış və verilməmişdir. Mağazasından içərisində sənəd olan zərf götürən şəxslərdən biri də Raman olmuşdur. Şahid1 sərbəst ifadə verdikdən sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, uzun müddətdə keçdiyindən heçnə xatırlamamışdır. Arif orta boylu qaraşın cavan bir oğlan idi. Üzdən görsə tanıya bilər. Zərərçəkmiş şəxs2 ifadəsində düzgün göstərməmişdir. Çünki sənədlərin açıq deyil məhz zərfdə olmuşdur. Onların diplom olmasından heç özünün məlumatı olmamışdır. Sənədlər də bir neçə dəfə verilmişdir. Sayları barədə dəqiq məlumatı olmasa da sayı çox olmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid3 məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid3 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Saatlı rayonunun Heydərabad kəndində qeydiyyatda olsa da hazırda Bakı şəhəri, Səbail rayonu, ünvan 10 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, yəxminən iyirmi ildir ki, Bibiheybət Neft-Qaz çıxarma idarəsində əmtəə operatoru vəzifəsində işləyir. Şahid1 uzun müddətdir ki, Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsində meyvə-tərəvəz mağazasını işlədən şəxs kimi tanımışdır. Aralarında dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs tanımamış, heç bir münasibəti olmamışdır. Qeyd etmək istəmişdir ki, zaman-zaman dostu Orxan işləri olan zaman meyvə-tərəvəz mağazasına gələrək satış həyata keçirməyini xahiş etmişdir. O da dəfələrlə həmin mağazada məhsul satışını həyata keçirmişdir. İşləri olmayan zamanlarda da mağazaya gəlib Orxanla söhbətləşmişdir. 2022-ci ilin unutduğu aylarında isə bir nəfər kişi cinsli şəxsin üzərinə ad yazılı olan zərfi gətirib mağazaya qoyduğunu görmüşdür. Lakin üzərindən uzun müddət keçdiyindən həmin şəxsin yaşı, üzü və hansısa xatarkterik əlamətləri yaddaşında qalmamışdır. Əhəmiyyət vermədiyi və üzərindən uzun müddət keçməsi səbəbindən həmin şəxsi görsə belə tanıya bilməmişdir. Şahid3 sərbət ifadə verdikdən sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun yanında belə bir hadisə baş verməmişdir. Sənədləri kim və ya kimlərin gəlib götürməsindən məlumatı olmamışdır. Zərərçəkmiş şəxs2 ifadəsində düzgün göstərməmişdir. Çünki sənədlərin açıq deyil məhz zərfdə olmuşdur. Onların diplom olmasından heç özünün məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 03 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə, istintaqı aparılmışdır;

2. “Zərər çəkmiş şəxs qismində tanınmaq” haqqında 03 mart 2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs4 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında” 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;

4. Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 03 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir;

5. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 13 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi 04 aprel 2023-cü il tarixdə həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş, sonuncu cinayət məsuliyyətindən azad olunmuşdur;

6. “İttihamın elan edilməsi üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 11 iyul 2022-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə şübhəli şəxsin olduğu yeri müəyyənləşdirib, istintaqa cəlb edilməsi üçün barəsində axtarış elan olunmuşdur;

7. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq, şöbənin istintaq bölməsinə təhvil verildiyindən ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnərək, istintaq davam etdirilmişdir;

8. “Şübhəli şəxsin tutulması haqqında” 16 iyul 2023-cü il tarixli protokoldan görünür ki,

9. Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

10. “Cinayət işinin digər cinayət işinə birləşdirilməsi” barədə 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işi Təqsirləndirilən şəxs və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işinə birləşirilmiş, ********* № altında istintaq davam etdirilmişdir;

11. Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir;

12. “Təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur;

13. “Mingəçevir şəhər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 4(051)-63/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, sonuncu məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir;

14. Zərər çəkmiş şəxs kimi tanımaq haqqında” 19 iyul 2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs5 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

15. Şəki Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 4(107)-71/2023 saylı qərarına əsasən Mingəçevir şəhər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 4(051)- 63/2023 saylı qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, məhkəmə iclas zalından həbs edilmiş, həbsetmənin əvvəli tutulduğu gün, yəni 21 iyul 2023-cü il tarix, həbsetmənin sonu isə 17 oktyabr 2023-cü il tarix hesab olunmuşdur;

16. “Cinayət işinin digər cinayət işinə birləşdirilməsi barədə” 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* № li cinayət işi ********* №-li cinayət işinə birləşirilmiş, ********* № altında istintaq davam etdirilmişdir.

17. “Cinayət işinin icraata qəbul edilməsi” barədə 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanılmış ********** nömrəli cinayət işi ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir;

18. “Zərər çəkmiş şəxs kimi tanımaq haqqında” 01 sentyabr 2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs2 ********* № li cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır;

19. “Zərər çəkmiş şəxs kimi tanımaq haqqında” 01 sentyabr 2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs3 ********* № li cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır;

20. “Maddi sübut hesab edilməsi” haqqında 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki 23206274 №-li cinayət işi üzrə götürülmüş 14 №-li Texniki Peşə Məktəbinin 24 iyun 2013-cü il tarixli N 0826 saykl diplomu və 14 №-li Texniki Peşə Məktəbinin 25 iyun 200-ci il tarixli N 0888 saykl diplomu cinayət işi üzrə maddi sübut hesab edilmişdir;

21. “Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 4(009)- 710/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 02 (iki) ay yəni 17 dekabr 2023-cü il tarixədək uzadılmışdır;

22. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması” haqqında 17 oktyabr 2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur;

23. Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 4(103)-977/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətin təmin edilməsinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 4(009)-710/2023 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır;

24. “Təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur.

25. “Cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi” haqqında 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.1-ci maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işi icraata qəbul edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işi ilə bir icraatda birləşdirilməklə, ********* № altında istintaq davam etdirilmişdir;

26. “Qətimkan tədbirinin nəzərə alınması” haqqında 06 noyabr 2023-cü il tarixli qərara əsasən ********** №-li cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarı ilə seçilmiş qətimkan tədbiri nəzərə alınmışdır;

27. “Cinayət işinin icraata qəbul edilməsi” barədə 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilərək, istintaqı davam etdirilmişdir;

28. “Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 4(009)- 840/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay yəni 17 dekabr 2023-cü il tarixədən 17 fevral 2024-cü il tarixədək uzadılmışdır;

29. “İfadənin yerində yoxlanılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılmışdır.

30. “Zərər çəkmiş şəxs kimi tanımaq haqqında” 13 yanvar 2024-cü il trixli qərara əsasən Zərərçəkmiş şəxs1 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2024-cü il tarixli, 4/39 saylırəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 adına olan 24 iyun 2013-cü il tarixli, 0826№-li və Zərərçəkmiş şəxs3 adına olan 25 iyun 2001-ci il tarixli 0888№-li diplomlardakı əlyazmalar, həmin diplomlardakı “İxtisas komissiyasının sədri”, “Direktor”, “Tədris işləri üzrə direktor müavini” və “Chaitman of qualification Boards”, “ Director”, Deputy Director if Teaching” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur;

32. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 178.2.2 və 320.1-ci maddələrinə tövsif edilmiş, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.1-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmiş, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməklə, cinayət işi üzrə iki ədəd diplomun maddi sübut qismində tanınaraq iş materiallarına əlavə olunması nəzərə alınmalı, iş üzrə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 tərəfindən araşdırma zamanı təqdim edilmiş ödəniş qəbzləri maddi sübut qismində tanınması, cinayət işi üzrə müddətləri nəzərə alaraq icraatın tezliyinin təmin olunması məqsədi ilə Təqsirləndirilən şəxs və X2 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmaqla, zəruri sənədlərin kserosurətləri çıxarılmaqla ayrılmış cinayət işinə əlavə olunması və iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması və tədqiqat üçün nümunənin götürülməsi haqqında protokollar, tanınmaya təqdim etmə haqqında protokol, üzləşdirmədə dindirmə protokolu, məhkəmə xətşünaslıq ekspertizasının 17 yanvar 2024-cü il tarixli 4/39 nömrəli rəyi, eləcə də digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir.

33. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması” haqqında 22 yanvar 2024cü il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir;

34. Şəxsin fotoşəkillər əsasında tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid1 təqdim edilmiş fotoşəkillər əsasında Təqsirləndirilən şəxs tanımışdır.

35. Abşeron rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasının 1(012)-550/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır.

36. Zərərçəkmiş şəxs5 26 aprel 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış müraciətinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onunla barışıq əldə olunmuşdur;

37. Zərərçəkmiş şəxs1 29 aprel 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış müraciətinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onunla barışıq əldə olunmuşdur;

38. Zərərçəkmiş şəxs2 12 may 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onunla barışıq əldə olunmuşdur;

39. Zərərçəkmiş şəxs3 13 may 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onunla barışıq əldə olunmuşdur;

40. Zərərçəkmiş şəxs4 13 may 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur (23-cü bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs hər iki cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapsa da, lakin sonuncunun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş əməllə bağlı cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən bu epizod üzrə cinayət təqibinə ayrılıqda xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Bundan başqa məhkəmə baxışında Təqsirləndirilən şəxs dələduzluq əməlini törətməsi sübuta yetirilsə də, lakin əməlin təkrar törədilmə faktı kimi qiymətləndirilməsinə hüquqi əsas qalmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ona inanan şəxslərin etibarından sui-istifadə edərək, (Zərərçəkmiş şəxs2 1200 manat, Zərərçəkmiş şəxs3 1200 manat, Zərərçəkmiş şəxs5 3803 manat, Zərərçəkmiş şəxs1 1170 manat və Zərərçəkmiş şəxs4 2388) sonunculara məxsus pul vəsaitini ələ keçirərək, təqsirləndirildiyi 4 epizod üzrə cinayət əməlləri 2022-ci illərdə baş verdiyindən və hadisənin törədildiyi vaxtdan iki ildən artıq müddət keçdiyindən cinayət məsuliyyətinə cəlb etmə müddəti Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 aid hissədə keçmiş, Zərərçəkmiş şəxs4 münasibətdə isə müddət keçməmişdir. Belə olan halda hazırki iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 qarşı dələduzluq nəticəsində vurulmuş zərərin məbləği 5000 min matdan artıq olmadığından (cinayətlərin təsnifatına görə hər bir əməl böyük ictimai təhlükə törətməyən cinayətə aiddir) və qünunvericiliyin də müəyyən etdiyi normaya uyğun olaraq törədilən hər bir əməl üzrə məsuliyyətə cəlbetmə müddəti müstəqil formada hesablanmalı olduğundan sonuncunun törətdiyi cinayət əməlinin təkrar törədilmə halı kimi qiymətləndirilməsinə əsas qalmamış, irəli sürülmüş ittihamın bu hissələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməsi müəyyən edilmişdir. Qeyd edilən müddətlərin keçməsi onun tərəfindən həmin əməllərin törədilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinyət işi üzrə icraata isə xitam verilməlidir). Belə ki,“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsində müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanması təsbit edilib. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrıayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi İ, İİ, İİİ və İV epizodlar üzrə cinayət təqibinə xitam verildiyindən və yalnız V epizod üzrə törədilmiş əməl qanunla müəyyən edilmiş müddət daxilində baş verdiyindən həmin əməl təkrar olaraq qiymətləndirilməməli, sonuncunun əməli az ağır cinayətdən, böyük ictimai təhlükə törətməyən cinayətə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Qeyd olunan Məcəllənin 75.1-ci maddəsinə cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. İstinad olunan Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərinə düzgün qiymət verilərək onun əməllərində cinayətlərin təkrar törədilməsi müəyyən edilsə də, hazırda yaranmış mövcud vəziyyətlə əlaqədar sonuncunun ittiham olunduğu 04 epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə həmin hissədə xitam veriləcəyindən artıq onun əməlində cinayətlərin təkrar törədilməsi halı mövcud olmayacaqdır. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qarşı etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə faktı üzrə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Beləliklə məhkəmə, toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməli zəruri olan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən mötəbər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, əməlin çox epizodlu olması müəyyən edilərək, ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə cinayət işi üzrə tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə Şəki Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 4(107)-71/2023 saylı qərarı ilə müəyyən edilmiş 21 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış iki ədəd diplomun surəti, həmçinin Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 tərəfindən araşdırma zamanı təqdim edilmiş ödəniş qəbzləri maddi sübut qismində tanınaraq iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs ittiham olunduğu 04 epizod üzrə, yəni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə həmin həmin epizodlar üzrə barəsində olan cinayət təqibinə xitam verilsin və o həmin hissədə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edilməsi faktı üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhyəddinov X10 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 21 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış iki ədəd diplomun surəti, həmçinin Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 tərəfindən araşdırma zamanı təqdim edilmiş ödəniş qəbzləri maddi sübut qismində tanınaraq iş materiallarına əlavə olunsun. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar