Məhkəmə qərarları › İş №1(012)-1070/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1070/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1070/2024 10.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Yardımlı rayonu, Şovut kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkumluğu olmayan, Yardımlı rayonu, Şovut kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Saray Palace” şadlıq sarayında baş tutmuş kiçik toy məclisində iştirak edib sərxoş vəziyyətdə həmin şadlıq sarayının qarşısında yerləşən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yaxınlığında küçədə onunla həmin məclisdə bir masada əyləşməklə iştirak etmiş, sərxoş vəziyyətdə olan Şahid2 və X6 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ətrafdakı şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib digər şəxslərin gözü qarşısında, tanışı Zərərçəkmiş şəxs ilə mübahisə edən zaman sonuncunun ünvanına nalayiq ifadələr işlədərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs əl-qol hərəkətləri ilə danışaraq qıcıqlandırıcı hərəkətlər edib mübahisə yaradaraq, yaranan münaqişə gedişində ətrafda olan şəxslərin onları sakitləşdirməsinə baxmayaraq bunu önəmsəməyib sonuncu ilə əlbəyaxa olub zor tətbiq etməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, evlidir, 2 az yaşlı övladı var. Rəsmi olaraq "xxxx" MMC-də sürücü işləyir. Təxminən 1 il yarım bundan öncə Nərimanov rayon məhkəməsi tərəfindən CM-nin 128- ci maddəsi ilə məhkum olunmuş, lakin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilmişdir. Psixi xəstəliyi və ya psixoloji problemi yoxdur. Heç vaxt narkotik vasitə qəbul etməmiş, arabir spirtli içki qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Elgün adlı şəxsin oğlunun sünnət toyu məclisi imiş. Həmin məclisə o da dəvət edilmişdir. Saat təxminən 18 radələrində dostu və qonşusu Rəşad Əbilovla birgə həmin məclisin keçirildiyi, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Saray Palace” restoranına getmişlər. Bundan təxminən yarım saat sonra digər dostu Təqsirləndirilən şəxs da məclisə gəlmişdir. Rəşad və Seymurla münasibətləri çox yaxşı olmuş, dostluq münasibətləri olmuş və tez-tez görüşmüşlər. Rəşad bir neçə ay qabaq azadlığa çıxmış, yəni məhkumluq həyatı yaşamışdır. Seymur da həmçinin məhkumluq həyatı yaşamış, belə ki, Seymur Qazaxıstanda bir müddət əvvəl cinayət törətmişdir. Məclisdə o, Seymur və Rəşad eyni masa arxasında əyləşmişlər. Masa arxasında, həmçinin meyxanaçılar və bir neçə həmkəndlisi də əyləşmişdir. Onlar masa arxasında əyləşdikdən bir neçə dəqiqə sonra həmkəndlisi Mürvət dostları ilə birgə məclisə gəlmiş və onlardan kənar masada oturmuşdur. Mürvət də Saray qəsəbəsində yaşasalar da, lakin yaxın məsafələrdə qalmamışlar. Onun Mürvətlə isti münasibəti olmasa da, salam-sağolu olmuşdur. Toyda o, Seymur və Rəşad hər biri təxminən 200 qram həcmində araq qəbul etmişlər. Toyda Mürvət və yanındakı şəxslərlə hər hansı mübahisə və ünsiyyəti olmamışdır. Təxminən 22 radələrində o, restorandan çölə çıxmış, həmin zaman Mürvət restoranın qarşısında tək dayanmışdır. O, Mürvətə yaxınlaşıb salamlaşmış və söhbət etmək lazım olduğunu bildirib birgə biraz kənara çəkilmişlər. Mürvətə “Məni səndən maraqlanıblar, sən demisən ki “narmalni” oğlandı” demisən, Mürvət isə “Nə var, onu da demişəm” cavabını vermişdir. Təxminən 1 il öncə avtomobil alqı-satqısı məsələsi ilə bağlı qarşı tərəf, yəni maşını satan Mürvətin tanışı kimi sonuncudan onun necə biri olduğumu soruşmuş, Mürvət onun barəsində “yaxşı oğlandır” sözünü işlətmişdir. Elə bu zaman dostu Rəşad yanlarına gəlmişdir. Həmçinin Rəşadın yanında tanımadığı şəxslər də olmuşdur. O düşünmüşdür ki, Rəşad və digərləri onun Mürvətlə hər hansı məsələni aydınlaşdırmaq üçün “söhbət” etdiyini fikirləşib oraya toplaşmışlar. Rəşad bu zaman Mürvətə nə isə demiş, sonuncu da “Mən səninlə söhbət etmirəm, səni də tanımıram” demişdir. Rəşad içkinin təsirindən əsəbləşib “Sən məni tanımırsan?”, “bəs Abdullahı da tanımırsan?” suallarını vermişdir. Mürvət isə “Səni tanımıram, Abdullahı isə tanıyıram” demişdir. Belə ki, Abdullah Seymurun əmisi oğlu, Rəşadın da dostudur, hazırda həbsdədir. Elə bu zaman mübahisənin təzyiqi yüksəlmiş və Mürvətlə Rəşad arasında anlaşılmazlıq yaranmışdır. Bir də görmüşdür ki, anidən ətrafdakı adamların sayı çoxalmış və səs-küy artmışdır. Elə bu zaman onun sol qoluna bıçaqla zərbə dəymiş və qolundan qan açılmışdır. Həmin xəsarəti ona Mürvət endirmişdir. Lakin Mürvətin üzərində həmin zaman bıçaq görməmişdir. Bunun ardınca o, sağ cibindən dəmir predmet çıxarmışdır. Həmin predmeti çox zaman üzərində gəzdirirmiş və yaşadığı evin həyətindən götürmüşdür. Həmin predmetin uzunluğu təxminən 9 sm olmuş, bıçağın tiyəsi formasında və gümüşü rəngli imiş. Ara qarışdıqda o, özünü müdafiə etmək üçün həmin predmeti çıxarmış, bu zaman Mürvətin tanışı olan bir şəxs düz yanında ona müdaxilə etmək istədikdə o həmin şəxsə “Tez burdan çəkil” demişdir. Daha sonra həmin dəmir predmetlə Mürvətin bədəninin ön hissəsinə kəsik atmış və xəsarət yetirmişdir. Bundan sonra ara qarışdığından kimin kimə xəsarət yetirdiyini görməmiş, yalnızca kiminsə “Rəşad, Rəşad” deyə qışqırdığını eşitmişdir. O, görmüşdür ki, Rəşad arxada üzü üstə yerdə uzanmış və üzərində qan ləkələri vardır. Rəşada kim tərəfindən xəsarət yetirildiyini görməsə də, lakin mübahisənin qarşı tərəfi Mürvət olduğundan başa düşmüşdür ki, Rəşada yəqin ki, Mürvət bıçaq atmışdır. Bundan sonra o, özü də xəsarət alıb halsız vəziyyətdə olduğundan Rəşadın xəstəxanaya çatdırılmasından iştirak etmədən ərazini tez tərk edib taksi ilə yaşadığı evə gəlmişdir. Evdə özünə tibbi yardım göstərmiş, qanaxmanı dayandırmış və üzərinə yod sürtərək sarğı ilə bağlamışdır. Növbəti gün biraz özünə gəldikdən sonra Saray polis bölməsinə getmək qərarına gəlmiş və xx.xx.2023-cü il tarixdə həmin bölməyə gedərək təslim olmuşdur. Sonra öyrənmişdir ki, mübahisə zamanı Rəşad aldığı xəsarətdən ölmüş, Seymur da həmçinin xəsarət almışdır. Onun Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər dava-dalaş və mübahisə olmamış, sadəcə salam-sağolları olmuşdur. Mürvətin yanında yalnız 1 nəfər Saray qəsəbə sakini görmüş, lakin adını bilməmişdir. Ümumiyyətlə, ətrafda adam çox olduğundan həmin şəxslərdən hansının Mürvətin yaxını, yaxud onun tərəfində olan şəxs olduğunu bilməmişdir. Onların mübahisə zamanı aralarında söyüş olmamışdır. Mübahisənin yaranmasının ilk məqamı mərhum Rəşadın içkili vəziyyətdə Mürvətə “Sən məni tanıyırsan?” sualını verməsi, Rəşadın isə “Tanımıram” deyib ardınca “Mən Arazla danışıram, sənlə yox” ifadəsini işlətməsi olmuşdur. O, Mürvətlə birgə kənara çəkilib söhbət etmiş, lakin bu söhbət adi formada olmuş və mübahisə ilə nəticələnməmişdir. Yəni o, Mürvəti hər hansı məsələni aydınlaşdırmaq üçün “söhbət”ə çağırmamışdır. Seymurun dediklərinə gəldikdə isə, o, bu sözləri xatırlamamış, belə söz eşitməmişdir. Abdullahla bağlı söhbəti Rəşad açmış və X5 barəsində soruşmuşdur. O həmin xəsarəti özünü müdafiə etmək üçün yetirmiş, çünki ara qarışmışdır. Məqsədi Mürvəti öldürmək olmamışdır. Hadisə zamanı sol qolundan bıçaq xəsarəti almış və bu xəsarəti mübahisə zamanı Mürvət ona yetirmişdir. O, toyda təxminən 200 qram həcmində spirtli içki araq qəbul etmişdir. Lakin ümumiyyətlə, narkotik vasitə, psixotrop maddə istifadəçisi deyildir. Hadisə zamanı üzərində tünd göy rəngli cins şalvar, habelə qara uzunqol düyməli köynək olmuşdur. Həmin paltarları evə gəldikdən sonra üzəri də qan olduğu üçün kəsib çöldə zibilliyə atmışdır. Hadisə zamanı istifadə etdiyi dəmir predmeti də hadisədən dərhal sonra çöldə zibilliyə atmışdır. O, saxlanılan zaman və ya polis bölməsində olarkən Abşeron RPİ polis əməkdaşları tərəfindən döyülməmiş və fiziki və psixi zorakılığa məruz qalmamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29 sentyabr 2023-cü il tarixdə Saray qəsəbə sakini, qonşusu Elgünün oğlunun kiçik toy məclisinə dəvətli imiş. Həmin məclis Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının qarşısında yerləşən “Saray Palace” şadlıq sarayında baş tutmuşdur. O, saat 19 radələrində həmin tədbirə getmişdir. Spirtli içki qəbul etməmişdir. Saat 21 radələrində həmin məclisdə meyxana başlamışdır. Meyxana başladıqdan az müddət sonra saat 22 radələrində o, qohumu Ramili meyxanaya qulaq asmaq üçün çağırmaq məqsədi ilə foyeyə çıxmışdır. Bu zaman foyedə Saray qəsəbə sakini elə də yaxından tanımadığı Araz onun qoluna girmiş və onu restorandan çıxararaq orda olan parkın yanına gətirmişdir. O, Arazın onunla danışığının tonundan sonuncunun sərxoş olduğunu bilmişdir. Belə ki, Araz ona tez-tez “necəsən, nə var nə yox” deyirmiş. Araz bir şeyi ondan 2-3 dəfə soruşurmuş. Elə bu vaxt Saray qəsəbəsində yaşayan Rəşad və Seymur adlı şəxslər onlara yaxınlaşmışdır. Onların yerişlərindən və hərəkətlərindən sərxoş olduğunu bilmişdir. Rəşad Araza heç bir səbəb olmadan onu göstərək nə baş verdiyini əsəbi şəkildə soruşmuşdur. O isə Araza əgər söhbət etmək istəyirlərsə sabah söhbət etmələrini demişdir. Elə bu zaman Araz ondan Saray qəsəbə sakini Abdulla adlı şəxsi tanıyıb-tanımadığını soruşduqda o, Araza Abdullanın sadəcə adını eşitdiyini və tanımadığını bildirmişdir. Bundan sonra Seymur onun sinəsindən əli ilə vuraraq “Sən Abdullaya tay ola bilməzsən” demişdir. Bundan sonra birinci olaraq Araz bıçaq çıxararaq onun sağ çiynindən xəsarət yetirmişdir. Bu zaman o, sol əli ilə sağ çiynindən yaranın üstündən tutmuş, daha sonra Seymur da üzərinə gəlmiş, ondan sonra isə Rəşad əlindəki bıçaqla onun sağ dirsəyindən xəsarət yetirmişdir. Bu xəsarətlərdən sonra o, əlini çiynindən çəkmişdir. Bundan sonra Arazın yetirdiyi xəsarətin nəticəsində onun üzünə qan fışqırmış və üz-gözünü qan bürümüşdür. Elə bu vaxt kimsə onun ölü-dirisinə söymüşdür. Bu zaman 2008-ci ildə şəhid olan qardaşı Murad gözünün qabağına gəlmişdir. Bu söyüşdən sonra o, üzərində gəzdirdiyi bıçağı çıxarmışdır. Bundan sonra olan hadisələr isə yadında olmamışdır. O, bir də dostu Ramilin onu silkələməsindən özünə gəlmişdir. Həmin vaxt bıçaq əlindən yerə düşmüşdür. Ramil ona “Mürvət sən neynədin?” demişdir. Ramil bunu dedikdən sonra o ayılmış və yerdən bıçağı götürmüşdür. Ramil onu tutaraq avtomobilə mindirmişdir. Bundan sonra avtomobildə olarkən Ramil ona “orda olan şəxslər səni bıçaqladı, sən də onları bıçaqladın, onlardan biri deyəsən öldü” demişdir. Bundan sonra o hansı hadisəni törətdiyini Ramilin deməyindən bilmişdir. Ramil onu Sumqayıt TTYX-ya aparmışdır. O, yolda olarkən üzərində olan bıçağı Saray qəsəbəsi erazisində atmışdır. Bir neçe gün o, xəstəxanada müalicə almış və sağaldıqdan sonra həbs edilmişdir. Hadisə zamanı istifadə etdiyi bıçağı işdə olarkən meyvə, çörək doğramaq üçün istifadə edirmiş və həmişə üzərində olurmuş. Münaqişə zamanı Seymurun ona əlqol atdığı və əlbəyaxa olmaqları yadındadı. Düşünmüşdür ki, buna səbəb də onun Arazla dalaşması və Seymurla Arazın yaxın olmasıdır. Lakin həmin vaxt qaranlıq olduğundan və ətrafda çoxlu sayda insan olduğundan Seymurun üzərində bıçaq olması və onu bıçaqla vurması dəqiq olaraq yadından olmamışdır. Ola bilsin ki, Seymur onu bıçaqla vurmamış, həmin vaxt onu bıçaqla ancaq Rəşad və ya Araz vurmuş olsun.Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Mürvət ona zəng edərək ortaq tanışı olan Elgünün övladının sünnət toyuna gedib getməyəcəyini soruşmuşdur. O da Mürvətə həmin məclisə gedəcəyini bildirmişdir. Həmin gün saat 18 radələrində o, istifadəsində olan 031 markalı, 99- RX-687 dövlət qeydiyyat nişanlı avtomobili ilə Mürvətin yaşadığı evə getmişdir. Bundan sonra Saray parkının yaxınlığındakı Saray şadlıq sarayına getmiş və təxminən saat 19 radələrində oraya çatıb əyləşmişlər. Toyda olan vaxt nə o, nə də Mürvət spirtli içki qəbul etməmişlər. Onlar təxminən orada 2-3 saat oturmuşlar. Daha sonra Mürvət yavaş-yavaş evə getmək üçün çölə çıxmışdır. O da Mürvətin arxası ilə çölə çıxmışdır. Onlar bir qədər çöldə dayandıqdan sonra daha sonra adının Şahid2 olduğunu bildiyi şəxs içkili vəziyyətdə yaxınlaşaraq Mürvəti kənara aparmışdır. Mürvət və Araz bir qədər uzaqlaşmış və qaranlıqda itmişlər. O da orada gözləməyə davam etmişdir. Təxminən 6-7 dəqiqə sonra Mürvət və Arazın getdiyi yerdən səsküy gəldiyini və insanların ora tərəf getdiyini görmüşdür. O hadisə baş verdiyini düşünüb dərhal ora tərəf qaçmış və Mürvətin üzəri qanlı şəkildə ona tərəf gəldiyini görmüşdür. Bundan sonra dərhal Mürvəti avtomobilinə tərəf gətirib arxa oturacaqda otuzduraraq Sumqayıtda yerləşən Travmatologiya Xəstəxanasına aparmış və orada Mürvətə ilkin tibbi yardım göstərilmişdir. O, münaqişə yerinə gələndə orada Araz, Rəşad, Seymur və digər şəxslər olmuşdur. Ama o, artıq gələndə Mürvət yaralı vəziyyətdə üzərinə doğru gəlirmiş. O da Mürvətə nəsə olacağını düşündüyündən sürətli şəkildə sonuncunu avtomobilinə aparıb əyləşdirərək xəstəxanaya aparmışdır. Bir sözlə o, münaqişəni görməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2199 saylə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- döş qəfəsəinin sağ yarsının döş boşluğuna sirayət edərək plevranı zədələyən və sol tərəfli pnevmotoraksa səbəb olmuş bir ədəd və döş boşluğuna sirayət etməyən bir ədəd kəsilmiş - deşilmiş yaraları, eləcə də sağ bazunu bir ədəd səthi kəsilmiş yarası iti kəsici-deşici xarakterə malik əşyanın (alətin) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs(lər) tərəfindən bıçaqla vurulma nəticəsində yara bilərdilər. Döş qəfəsinin sağ yarısının döş boşluğuna sirayət edərək plevranı zədələyən və sağ tərəfli pnevmotoraksa səbəb olmuş bir ədəd kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Döş qəfəsinin sağ yarsının daxilə keçməyən bir ədəd kəsilmişdeşilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astana şəhər Almata Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 287 M ŞH 106M 1H 58.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmalıdır. Üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı az yaşlı övladları vardır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ona dəymiş ziyan ödənilmişdir. Barışmışlar, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də bu barədə hər hansı bir iddia tələbi olmayacaq. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidi ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. "Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1- ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1- ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və himayəsində iki azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay və xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay həbs qətimkan tədbiri seçilərək ümumilikdə həbsda saxlanıldığı 04 ay müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhər və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar