Məhkəmə qərarları › İş №1(012)-1071/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1071/2025

12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1071/2025 12.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 avqust 2025-ci il saat 15 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində məişət avadanlığı olan paltaryuyan maşını söndürdüyünə görə ona övladı Zərərçəkmiş şəxs irad bildirməsi zamanı aralarında ailə məişət zəmnində yaranmış narazılıqla əlaqədar mübahisə baş verdikdə həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əli ilə sonuncunun boğazından tutub sıxaraq, əl, yumruq, baş (kəllə) zərbələri ilə Zərərçəkmiş şəxs qaş, sifət, baş və bədəninin müxtəlif nahiyyələrinə vuraraq sonuncunun yerə yıxılmasına səbəb olmaqla, onun həmin zərbələrindən yerə yıxılmış Zərərçəkmiş şəxs baş, qol, kürək və bədəninin müxtəlif nahiyələrinə ardınca əl, yumruq zərbələri ilə vuraraq sonuncuya alının orta hissəsinin 01 ədəd, sağ qaşın bayır bucağının 01 ədəd hematomaları (dərialtına qansızmaları), sağüst göz qapağının qançırı, sol bazu nahiyəsinin 01 ədəd, belin sağ yarısının 01 ədəd, kürək nahiyəsinin sol hissəsinin 01 ədəd geniş sahəli qançırı ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun barəsində şikayət edən Zərərçəkmiş şəxs onun övladıdır. O, 2003-cü ildə X2 ilə ailə həyatı qurmuş və birgə nigahdan 9 övladı doğulmuşdur. 02 avqust 2025-ci il tarixində, saat 15 radələrində evdə olduğu zaman işləyən paltaryuyan maşının dayandığını və ardıcıl siqnal verdiyini eşitmiş və bu səs onu narahat etdiyindən paltaryuyan maşının düyməsini basaraq onu söndürmüşdür. Bu zaman evin ikinci mərtəbəsində olan qızı Həfsa mətbəxə enərək paltaryuyan maşının kim tərəfindən söndürüldüyünü soruşmuş, o da həmin səsin onu narahat etdiyi və bu səbəbdən cihazı söndürdüyünü söyləmişdir. Həfsa onun bu hərəkətinə etiraz edərək kobud şəkildə iradını bildirmişdir. Qızının bu hərəkəti onun xoşuna gəlməmiş və bu zaman əsəbiləşərək sol əli ilə Həfsanm boğazından tutub sıxaraq buraxmışdır. Daha sonra isəəli iləonun sifətindən və başından bir neçədəfə zərbə endirmişdir. Bundan sonra Həfsəyerə yıxılmış və münaqişələri başa çatmışdır. Həfsa də baş vermiş hadisə barəsində DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. Aralarında olan mübahisə və dava-dalaşın təxminən 5 dəqiqə davam etdiyini, mübahisə vaxtı yanlarında başqa kənar şəxsin olmadığını, həmin vaxt qızı Həfsanm onu vurmadığını və heç bir xəsarət yetirmədiyini göstərmişdir. Əməlindən peşmandır və hazırda zərərçəkmiş şəxslə barışmışdır. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun atasıdır. 02 avqust 2025-ci il tarixində, saat 15 radələrində evdə olduğu zaman paltaryuyan maşının sönmə səsini eşitmiş, həmin vaxt yaşadığı evin ikinci mərtəbəsində olmuşdur. Səsin səbəbini öyrənmək məqsədi ilə birinci mərtəbədə yerləşən mətbəxə enmiş və paltaryuyan maşının kim tərəfindən söndürüldüyünü soruşmuşdur. Atası Ömər paltaryuyan maşının səsinin onu narahat etdiyinə görə cihazı özü söndürdüyünü bildirmişdir. O, da atasının bu hərəkətinə etiraz edərək, paltaryuyan maşın söndürməsinə görə ona sözlə iradını bildirmişdir. Bundan sonra atası ilə aralarında mübahisə baş vermiş və mübahisə zamanı atası Ömər onun üzərinə gələrək əvvəlcə əli ilə boğazından tutub sıxaraq buraxmış, ardınca isə əl və baş zərbələri ilə onun sifətinə, qaşına, başına bir neçə dəfə zərbələr endirmişdir. O, aldığı zərbələrin təsirindən yerə yıxılmışdır. Yerdə olarkən də atası yumruq zərbələri ilə başından, qolundan, kürəyindən və bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döyüb xəsarət yetirmişdir. O, da münaqişə başa çatdıqdan sonra telefonla DİN-nin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Aralarında olan münaqişənin təxminən 5-6 dəqiqə davam etdiyini, mübahisə vaxtı yanlarında başqa kənar şəxsin olmadığını, həmin vaxt o atası Öməri vurmadığını və heç bir xəsarət yetirmədiyini göstərmişdir. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan tam olaraq ödənmişdir. Hazırda sonuncu barədə heç bir şikayəti olmadığından məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul etməsi barədə” 03 avqust 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat açılmış və icraata götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 1859 saylı rəyinə əsasən 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-alının orta hissəsinin 01 ədəd, sağ qaşın bayır bucağının 01 ədəd hematomaları (dərialtına qansızmaları), sağüst göz qapağının qançırı, sol bazu nahiyəsinin 01 ədəd, belin sağ yarısının 01 ədəd, kürək nahiyəsinin sol hissəsinin 01 ədəd geniş sahəli qançırıküt əşya (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025- ci il tarixdə dava-dalaş nəticəsində kəllə, yumruq zərbələri nəticəsində əmələ gələbilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “Sübutların qiymətləndirilməsi barədə” 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 221-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını,ziyanın ödənildiyini bildirərək, işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 165 (yüz altmış beş) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən:Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar