Məhkəmə qərarları › İş №1(012)-1075/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1075/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1075/2024 03.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Zərbəliyeva Leyla Mürşüd qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi-vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, dalan 4, ev 2 kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqlnda iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdə saat 19:00 radələrində yaşadıqları Abşeron rayonu Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 67 saylı evin həyətində qardaşı Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı itələyib yerə yıxaraq əlində olan dəmir alətlə sonuncunun sağ əl nahiyəsinə qəsdən bir dəfə vuraraq sağ əlinin üst səthinin şişkinlik halında qançırı, hərəkət məhdudluğu ilə sağ əlinin 5-ci daraq sümüyünün əsasının qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, atası Tahir və qardaşı Cavidlə Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində bir həyətdə yaşayır, lakin evləri ayrıdır. Bir yerdə yaşadığları müddətdə münasibətləri normal olmamışdır. Atası qardaşı Cavid ilə bir yerdə spirtli içki qəbul edirlər və sərxoş olduqdan sonra onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməklə söyüş söyürlər. Ona görə də, əvvələrdə dəfələrlə aralarında münaqişə olmuşdur. Axırıncı dəfə 2022-ci ildə atası və qardaşı ilə aralarında münaqişə olduğundan, həmin münaqişə ilə əlaqədar Abşeron RPİ-nin TŞ-də araşdırma aparılmış və sonradan toplanmış material rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində yaşadığı evdə ailə üzvləri ilə oturub söhbət edərkən, həmin vaxt yoldaşı bayıra çıxmış və yoldaşının kiməsə isti suyu gülün dibinə tökmə dediyini eşitdiyindən bayıra çıxdıqda, qardaşı Cavidin onun həyat yoldaşı Şahid3m nalayiq ifadələrlə təhqir etdiyini görmüşdür. Həmin vaxt qardaşı Cavidə yaxınlaşıb “niyə mənim yoldaşımı söyürsən” deyə ondan soruşduqda o, “əcəb edirəm” deməklə sinə nahiyəsindən kənara itələmişdir. Həmin vaxt Cavidin yaxasından əl atıb tutmaq isdədikdə Tahir və qardaşı Cavid onu yerə yıxmış və Cavid sol qabırğa nahiyəsinə yumruqla, Tahir isə sol ayaq nahiyəsindən təpiklə vurmuş, həmin vaxt yoldaşı Aysel onları ayıranda atası Tahir Ayselin saçından tutub dartaraq onu kənara itələyərək Ayselin sifət nahiyəsindən sillə ilə vurmuşdur. Aysel kənara qaçıb evdən DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir.Həmin vaxt Ayselin polisə zəng etdiyini onlar bildiyi üçün ondan kənarlaşmışlar.Sonradan polis əməkdaşları ora gəlib şifahi söhbət etdikdən sonra tərəfləri Abşeron RPİ-nə gətirmişlər və təhqiqatçılar tərəfindən onun izahatı alınmışdır. Cavidi dəmir parçası ilə və ya əlnən vurmadığını və onun hansı şəraitdə xəsarət aldığını bilmədiyini bildirmişdir. Məhkəmədən azyaşlı övladlarının nəzərə alınaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs qardaşıdır onunla bir həyətdə yaşayır, lakin yaşayış evləri ayrıdır. Mütəmadi olaraq aralarında narazılıqlar olur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində atası Tahir, anası Sayad ilə evin həyətində olarkən Fəridin yoldaşı Aysel onun 5 yaşlı azyaşlı oğluna qışqıraraq “gülü yolma” demiş, uşaq isə gülün yanında durmaqla gülü yolmamışdır. Həmin vaxt yaşadığı mənzilə girmiş, həmin an Fəridin səsini eşitdiyindən bayıra çxmış, atası Tahirin Fərid tərəfindən söyüldüyünü və Fərid Tahirin üstünə cumub onu vurmaq istədiyini görmüşdür. Dərhal onlara yaxınlaşaraq və nə baş verdiyini soruşduqda, Fərid həmin vaxt onuda nalayiq söyüşlərlə söyərək baş nahiyəsindən əlnən vuraraq, sonra isə onu itəliyib yerə yıxıb bədəninin müxtəlif yerlərinə yəni başına, sifətinə əlnən, sağ əl nahiyəsindən isə dəmir alətlə ilə vurmuşdur. Həmin vaxt sağ əlində sərt ağrılar hiss etmiş və anası araya girərək onları ayırmışdır. Sağ əli həmin vaxt əzilmiş və göyərərək şişmiş ona görədə polisə ərizə ilə müraciət etmişdir. Fəridi və ya onun arvadı Ayseli döymədiklərin, Fəridin necə xəsarət aldığını bilmədiklərini, mübahisə 5- 10 dəqiqə davam etməklə ailə üzvlərindən başqa orda heç kimin olmadığını bildirmişdir. Məhkəmədən ona cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin onun nümayəndəsi-vəkili Müdafiəçi2 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Fəridlə Cavid doğma övladlarıdır. Təxminən 3-4-ildir ki, Fəridlə münasibətləri korlanıbdır. xx.xx.2024-ü il tarixdə saat təxminən 19 radələrində, həyətdə oğlu Cavid və arvadı Sayadla birlikdə həyətdə olan zaman, az yaşlı nəvəsinin üstünə Fəridin arvadı Aysel qışqıraraq “gülü niyə qırırsan” dedikdə, həmin vaxt nəvəsinin gülü yolmadığını görmüşdü. Həmçin vaxt Cavid içəri keçmiş, lakin onunla Aysel arasında kiçik mübahisə yarandığından Fərid bayıra çıxaraq ünvanına nalayiq ifadəllər işlədərək üzərinə hucum çəkmişdir.Həmin vaxt digər oğlu Cavid bayıra çıxaraq Fəridin onun üstünə cumduğunu görüb araya girib onları ayırmaq isdədikdə, həmin vaxt Fərid Cavidin sifət nahiyəsindən yumuruqla vurub yerə yıxmış, sonrada hardansa dəmir alət götürərək Cavidin sağ əlinin üst nahiyəsindən bir dəfə vurmuşdur. Həyat yoldaşı ilə birlikdə araya girərək onları ayırmışlar. Ondan sonra Fərid DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, Cavid də polisə ərizə ilə müraciyyət etmişdir. Mübahisə vaxtı Fəridi və ya onun arvadı Cavidi vurmadığlarını, mübahisə təxminən 5-10 dəqiqə davam etdiyini və ailə üzvlərindən başqa hadisə yerində kənar şəxlərin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir onunla 2015-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan iki azyaşlı övladları vardır. Qaynatası Şahid1 ilə eyni həyətdə yaşayırlar, əvvəllər münasibətimiz normal olsa da, sonradan münasibətləri korlanmışdır. Buna səbəb isə qaynı Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək orada nalaiq ifadələr işlədərək münaqişə yaratması olmuşdur. xx.xx.2024-cü il tarixdə qaynı Cavidin oğlu həyətdə əkdiyi gülləri yerdən çıxardığı üçün öz iradını bildirdikdə, qaynı Cavid onun ünvanına nalaiq ifadələr işlədərək onu təhqir etmiş, onun səsini eşidən əri Fərid həyətə çıxaraq Cavidə söyüş söyməsinə görə irad bildirmiş, bundan sonra Cavidlə Fəridin arasında mübahisə baş vermiş, mübahisə zamanı Cavid Fəridin üz nahiyəsinə bir dəfə sillə ilə vurmuş, sonra onlar bir-birinin yaxasından tutub yerə yıxılmışlar.Həmin vaxtı Cavid sərxoş vəziyyətdə olmuş, Fəridlə Cavidi yerdən qaldırmaq istəyəndə, qaynatası Tahir sol qolundan tutataraq üz nahiyyəsindən sillə ilə vurmuşdur. Qaynanası Sayad isə onun saçından tutub itələyərək hamamın divarına vurmuşdur. Bu vaxtı Fərid və Cavid yerdən duraraq nəyə görə onu vurduğunu atası Tahirdən soruşmuş, həmin vaxt qaynatası və qaynanası onu söyüb təhqir etmiş, ona görədə Fəriddə DİN-nin 102 xidmətinə məlumat vermişdir.Cavidin Fərid tərəfindən vurulmasını görmədiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə ibtidai istintaq aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin xx.xx.2024-cü il tarixli 840 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki,1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət- sağ əlin üst səthinin şişkinlik halında qançırı, hərəkət məhdudluğu ilə sağ əlin V daraq sümüyünün əsasının qapalı sınığı-küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin xx.xx.2024-cü il tarixli 844 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər- sol alt göz qapağınn qançırı, sağ yanaq nahiyəsinin sıyrığı-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2; 333.4; 67.1 və 68.1.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2007-ci il tarixli “AMNİS” qərarının 2.5-ci bəndinə əsasən azad olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı iki azyaşlı övladları vardır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar