Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1076/2025 04.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1987-ci ildə Ağdərə rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sırxavənd ərazi dairəsi, Sırxavənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 19-cu küçə, ev 110-da qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MMC-də (hazırkı adı "xxxx" MMC”) işlədikləri sexdən 570,44 manat dəyərində “ERİKOĞLU EMAYE” markalı, diametri 1,180 olan 21 kq 940 qram çəkidə mis məftili, 499,59 manat dəyərində “ERİKOĞLU EMAYE” markalı, diametri 1,350 olan 19 kq 215 qram çəkidə mis məftili, 224,51 manat dəyərində “ERİKOĞLU EMAYE” markalı, diametri 0,710 olan 8 kq 635 qram çəkidə mis məftili, 135,20 manat dəyərində “ERİKOĞLU EMAYE” markalı, diametri 0,710 olan 5 kq 20 qram çəkidə mis məftili və 59,31 manat dəyərində 1,06 diametrli 6 kq 590 qram çəkidə yanmış mis məftili, ümumilikdə 1489,05 manat dəyərində olan mis məftilləri götürüb zavodun hasarının çöl tərəfinə ataraq gizli olaraq talamaq istədikləri zaman "xxxx" MMC-nin mühafizə xidmətinin əməkdaşlarının oraya gəlmələri səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MMC-də (hazırkı adı "xxxx" MMC”) işlədikləri sexdən 570,44 manat dəyərində “ERİKOĞLU EMAYE” markalı, diametri 1,180 olan 21 kq 940 qram çəkidə mis məftili, 499,59 manat dəyərində “ERİKOĞLU EMAYE” markalı, diametri 1,350 olan 19 kq 215 qram çəkidə mis məftili, 224,51 manat dəyərində “ERİKOĞLU EMAYE” markalı, diametri 0,710 olan 8 kq 635 qram çəkidə mis məftili, 135,20 manat dəyərində “ERİKOĞLU EMAYE” markalı, diametri 0,710 olan 5 kq 20 qram çəkidə mis məftili və 59,31 manat dəyərində 1,06 diametrli 6 kq 590 qram çəkidə yanmış mis məftili, ümumilikdə 1489,05 manat dəyərində olan mis məftilləri götürüb zavodun hasarının çöl tərəfinə ataraq gizli olaraq talamaq istədikləri zaman "xxxx" MMC-nin mühafizə xidmətinin əməkdaşlarının oraya gəlmələri səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddələri ilə elan olunmuş yeni ittiham üzrə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, maddi ehtiyacdan oğurluq etmişdir, ziyanı ödənilib, əməlindən peşimandır, məhkəmədən bunun nəzərə alınması və ona yüngül cəza verilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddələri ilə elan olunmuş yeni ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Sırxavənd ərazi dairəsi, Sırxavənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 2022-ci ilin əvvəllərindən xx.xx.2024-cü il tarixədək olan müddətdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MMC-də, yəni hazırda "xxxx" MMC adı ilə fəaliyyət göstərən inşaat materialları istehsal olunan zavodda energetika sahəsində sarğıçı işləmişdir. Qeyd edir ki, iş vaxtı hər gün saat 08:00-da başlayırdı və saat 17:00-da bitirdi. İşlədiyi müddət ərzində onunla birlikdə həmin MMC-də çilingər işləyən Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Bildirir ki, bəzən işdə boş vaxtları olduqca tanıdığı vətəndaşlardan da sifariş qəbul edərək onların təmir üçün ona fərdi qaydada verdikləri mühərrikləri işlədiyi sexdə təmir edirdi. 2024-cü ilin oktyabr ayının sonlarında yenə də tanıdığı bir nəfər şəxsdən təmir etmək üçün mühərik götürmüşdür. Mühərikin düzəlməsinə görə və müxtəlif detalların alınması məqsədi ilə sahibindən 1300 manat pul almışdır. Həmin vaxtı anasının xəstəliyi ilə əlaqədar olaraq sözü gedən pul vəsaitini anasına dərman alması üçün xərcələmişdir və buna görə də ona çox sayda pul lazım olmuşdur. Qeyd edir ki, işlədiyi Abşeron rayonu, H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MMC-də yeni mis naqillər var idi, onlar mühəriklərin təmirində istifadə olunurdu. Sözü gedən mis naqillər dəyərli olduqlarına görə onları oğurlamaq qərarına gəlmişdir. Bu barədə Cəfərlə danışmış və həmin naqilləri birlikdə oğurlamaq barədə razılığa gəlmişlər. Əlavə olaraq bildirmək istəyir ki, oğurlamaq qərarına gəldikləri mis naqillər işlədikləri sexdə ona təhkim olunmuş seyfdə olurdu və o, həmin naqilləri mühəriklərin təmirində istifadə edirdi. Bu səbəbədən xx.xx.2024-cü il tarixdə günorta saatlarında Cəfər və o, "xxxx" MMC-də işdə olduqları zaman işlədiyi sexdə olan 4 bağlama, yəni 2 ədəd iri ölçülü bağlamada və 2 ədəd kiçik ölçülü bağlamada olan yeni emal mis məftillərini, eləcə də işlədikləri energetika sexlərində əvvəlki vaxtlarda istifadə olunmuş yararsız və yanmış mis məftilləri oğurlayaraq satmağı qərara almışlar. Bundan sonra iş vaxtlarının bitməsinə baxmayaraq Cəfər və o, iş yerlərini tərk etməmişlər və hər kəsin iş yerindən çıxıb getmələrini gözləmişlər. xx.xx.2024-cü il tarixdə saat 19:15 radələrində o, Cəfərə bildirmişdir ki, oğurlayacaqları mis məftilləri torbalara yığmışdır və işlədiyi sexdədir. Bundan sonra onlar birlikdə həmin içərisində mis məftillər olan torbaları birlikdə əl arabasına qoyaraq MMCnin hasarının yanına aparmışlar ki, hasardan bayıra atsınlar, sonra isə oradan götürüb getsinlər. Onlar həmin mis məftilləri əl arabası ilə hasarın yanına apardıqdan sonra Cəfər özünə məxsus “Xəzər” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını ona verib bildirmişdir ki, MMC-nin qarşısında saxladığı avtomobilini sürüb hasarın kənarına gətirsin və ona mobil telefonla ətrafda heç kimin olmaması barədə məlumat verdikdən sonra Cəfər içərisində mis məftillər olan həmin sellofan torbaları hasardan bayıra atsın və o, da avtomobilə qoysun. O, bu məqsədlə MMC-nin qapısından çıxıb getmişdir. Bundan bir neçə dəqiqə sonra Cəfərə zəng edərək avtomobilini MMC-nin hasarının kənarına sürüb gətirdiyini və ətrafda da heç kimin olmadığını bildirib həmin sellofan torbaları hasarın üstündən bayıra atmağını gözləmişdir. Bundan bir qədər sonra Cəfər ona zəng edərək həmin sellofan torbaları hasardan bayıra atdığını demişdir. Bundan sonra isə o, həmin yerə yaxınlaşmaq istədikdə zavodun təhlükəsizlik xidmətinin əməkdaşı işləyən Ədalət adlı şəxsin orada olduğunu görmüş və zəng edərək Cəfərə bu barədə məlumat vermiş və bundan sonra da oradan uzaqlaşıb Cəfəri gözləmişdir. Bir qədər sonra Cəfər də olduğu yerə gəlmiş və sellofan torbaları hasardan bayıra atdığı yerə Ədalətin gəlib görməsi barədə söhbət etdikdən sonra onlar oradan uzaqlaşmışlar. Bundan təxminən 10- 15 dəqiqə sonra işlədikləri "xxxx" MMC-nin rəhbərliyi onlara zəng edərək işə qayıtmaqlarını bildirdiyi üçün onlar dərhal MMC-yə qayıtmışlar. Bu zaman MMC-nin rəhbərliyinin Cəfər ilə birlikdə oğurluq etmək istəməklərini bildiklərini görmüş və ona görə də etdikləri əməli səmimi etiraf etmişlər. Hal-hazırda da Cəfər ilə birlikdə işlədikləri "xxxx" MMC-dən mis məftilləri oğurlamaq istədiklərini, lakin əməllərini başa çatdıra bilmədiklərini səmimi olaraq etiraf edir. Bir daha bildirir ki, "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində "xxxx" MMC-də aparılmış araşdırmalar zamanı zavodun ərazisindən xx.xx.2024-cü il tarixdən əvvəlki vaxtlarda da, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddətdə 26521,68 manat dəyərində olan 1105,07 kq emal məftilinin də Təqsirləndirilən şəxs2 və onun tərəfindən oğurlandığını bildirməsi doğru deyil. Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə 4 bağlama, yəni 2 ədəd iri ölçülü bağlamada və 2 ədəd kiçik ölçülü bağlamada olan yeni emal mis məftillərini, eləcə də işlədikləri energetika sexlərində əvvəlki vaxtlarda istifadə olunmuş yararsız və yanmış mis məftilləri oğurlamağa cəhd etməklərindən başqa həmin MMC-nin ərazisindən hansısa oğurluq hadisəsi törətməmişlər Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddələri ilə elan olunmuş yeni ittiham üzrə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, maddi ehtiyacdan oğurluq etmişdir, ziyanı ödənilib, əməlindən peşimandır, məhkəmədən bunun nəzərə alınması və ona yüngül cəza verilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 19-cu küçə, ev 110-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 2022-ci ilin sonlarından xx.xx.2024-cü il tarixədək olan müddətdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MMC-də çilingər işləmişdir. Qeyd edir ki, iş vaxtı hər gün saat 08:00-da başlayırdı və saat 17:00-da bitirdi. İşlədiyi müddət ərzində onunla birlikdə həmin MMC-də energetika sahəsində sarğıçı işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Bildirir ki, Nofəl bəzən işdə boş vaxtları olduqca tanıdığı vətəndaşlardan da sifariş qəbul edərək onların təmir üçün fərdi qaydada verdikləri mühərrikləri işlədiyi sexdə təmir edirdi. xx.xx.2024-cü il tarixdə Nofəl ilə birlikdə işlədikləri "xxxx" MMC-də işdə olduqları zaman Nofəl ona bildirmişdir ki, 2024-cü ilin oktyabr ayının sonlarında yenə də tanıdığı bir nəfər şəxsdən təmir etmək üçün mühərik götürmüşdür və mühərikin düzəlməsinə görə və müxtəlif detalların alınması məqsədi ilə də sahibindən 1300 manat pul almışdır. Lakin həmin vaxtı anasının xəstəliyi ilə əlaqədar olaraq sözü gedən pul vəsaitini anasına dərman alması üçün xərcələmişdir. Ona görə də "xxxx" MMC-də işlədiyi sexdə olan yeni mis naqilləri oğurlayaraq satmaq istədiyini deyərək onun da bu işdə ona köməklik göstərməyini xahiş etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, oğurlamaq qərarına gəldikləri mis naqillər işlədikləri sexdə Nofələ təhkim olunmuş seyfdə olurdu. Bundan sonra iş vaxtlarının bitməsinə baxmayaraq Nofəl və o, iş yerlərini tərk etməmişlər və hər kəsin iş yerindən çıxıb getmələrini gözləmişlər. xx.xx.2024-cü il tarixdə saat 19:15 radələrində Nofəl ona bildirmişdir ki, sexdə olan 4 bağlama, yəni 2 ədəd iri ölçülü bağlamada və 2 ədəd kiçik ölçülü bağlamada olan yeni emal mis məftillərini, eləcə də işlədikləri energetika sexlərində əvvəlki vaxtlarda istifadə olunmuş yararsız və yanmış mis məftilləri torbalara yığmışdır. Bundan sonra onlar birlikdə həmin içərisində mis məftillər olan torbaları birlikdə əl arabasına qoyaraq MMC-nin hasarının yanına aparmışlar ki, hasardan bayıra atsınlar, sonra isə oradan götürüb getsinlər. Onlar həmin mis məftilləri əl arabası ilə hasarın yanına apardıqdan sonra o, MMC-nin qarşısında saxladığı, özünə məxsus “Xəzər” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını Nofələ verib bildirmişdir ki, sürüb hasarın kənarına gətirsin və ona mobil telefonla ətrafda heç kimin olmaması barədə məlumat verdikdən sonra o, içərisində mis məftillər olan həmin sellofan torbaları hasardan bayıra atsın və Nofəl də avtomobilə qoysun. Nofəl bu məqsədlə MMC-nin qapısından çıxıb getmişdir. Bundan bir neçə dəqiqə sonra Nofəl ona zəng edərək avtomobilini MMC-nin hasarının kənarına sürüb gətirdiyini və ətrafda da heç kimin olmadığını bildirmişdir. O, içərisində mis məftillər olan həmin 02 ədəd sellofan torbaları hasarın üstündən bayıra atmış və Nofəlin həmin sellofan torbaları avtomobilə yükləyib ona zəng etməyini gözləmişdir. Bundan sonra isə Nofəl ona zəng edərək ətrafda gediş-gəliş olduğuna görə həmin sellofan torbaları götürə bilmədiyini demiş və ona MMC-dən çıxıb onun yanına gəlməyini bildirmişdir. Ona görə də o, çıxıb getmək üçün MMC-nin giriş qapısına yaxınlaşarkən MMC-nin mühafizə xidmətinin rəisi Ədalətlə rastlaşmışdır. Bu zaman Ədalət ondan iş saatı qurtardıqdan sonra MMC-nin ərazisində nə etdiyini soruşmuşdur. O, da Ədalətə biraz işlərinin çox olduğunu, həmçinin yolun palçıq olması səbəbindən digər yoldan istifadə etdiyini bildirmiş və qapıdan çıxaraq oradan uzaqlaşmışdır. Bundan sonra isə Nofələ zəng etmiş və Nofəl onun avtomobili ilə MMC-dən bir qədər aralıda olduğu yerə gəlmişdir. Nofəldən nə baş verdiyini soruşanda Nofəl ona ətrafda gediş-gəliş olduğuna görə həmin sellofan torbaları götürə bilməyib oradan aralaşdığını, həmçinin sellofan torbaları götürmək üçün yenidən həmin yerə qayıtdıqda MMC-nin mühafizəçilərinin həmin sellofan torbaları atdıqları yerə gəlib torbalara baxdıqlarını gördüyünü demişdir. Ona görə də onlar dərhal oradan uzaqlaşıb getmişlər. Bundan təxminən 10-15 dəqiqə sonra işlədikləri "xxxx" MMC-nin rəhbərliyi ona zəng edərək işə qayıtmağını bildirmişdir. O, da dərhal MMC-yə qayıdan zaman MMC-nin rəhbərliyinin Nofəl ilə birlikdə oğurluq etmək istəməklərini bildiklərini görmüş və ona görə də etdikləri əməli səmimi etiraf etmişdir. Hal-hazırda da Nöfəl ilə birlikdə işlədikləri "xxxx" MMC-dən mis məftilləri oğurlamağa cəhd etdiklərini, lakin əməllərini başa çatdıra bilmədiklərini səmimi olaraq etiraf edir. Bir daha bildirir ki, "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində "xxxx" MMC-də aparılmış araşdırmalar zamanı zavodun ərazisindən xx.xx.2024-cü il tarixdən əvvəlki vaxtlarda da, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə 26521,68 manat dəyərində olan 1105,07 kq emal məftilinin də Təqsirləndirilən şəxs1 və onun tərəfindən oğurlandığını bildirməsi doğru deyil. Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə 4 bağlama, yəni 2 ədəd iri ölçülü bağlamada və 2 ədəd kiçik ölçülü bağlamada olan yeni emal mis məftillərini, eləcə də işlədikləri energetika sexlərində əvvəlki vaxtlarda istifadə olunmuş yararsız və yanmış mis məftilləri oğurlamağa cəhd etməklərindən başqa həmin MMC-nin ərazisindən hansısa oğurluq hadisəsi törətməmişlər. Hal-hazırda da Nofəl ilə birlikdə işlədikləri "xxxx" MMCdən, yəni hazırkı adı "xxxx" olan MMC-dən mis məftilləri oğurlamaq istədiklərini səmimi olaraq etiraf edir və ona görə də ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddələri ilə elan edilmiş yeni ittiham üzrə özünü tam təqsirli bilir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti tələbi olmadığını bildirib, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu, Kəlbəcər şəhəri, Aşıq Alı küçəsi ev 74-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 50, mənzil 45-də ailəsi ilə birlikdə kirayədə yaşayır. 2024-cü ilin noyabr ayından etibarən Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MMC-də İnsan Resursları, Ümumi və Hüquqi Təminat şöbəsinin hüquqşünası vəzifəsində işləyir. Əlavə olaraq qeyd edir ki, "xxxx" MMCnin əvvəlki adı xx.xx.2025-ci il tarixədək "xxxx" MMC olmuşdur. Mahiyyəti üzrə bildirir ki, həmin MMC-də, yəni inşaat materialları istehsal olunan zavodda Təhlükəsizlik şöbəsinin rəisi işləyən Şahid 12 noyabr 2024-cü il tarixdə saat 20 radələrində işdə olduğu zaman zavodunun işçiləri işdən çıxdıqdan sonra idarə etdiyi avtomobillə zavodun həyətini gəzərək nəzarət etməyə başlamışdır. Sonra isə Şahid zavoddan bayıra çıxdıqda zavodda elektrik işləyən Təqsirləndirilən şəxs1 onunla birlikdə işləyən digər elektrik Təqsirləndirilən şəxs2 məxsus “Xəzər” markalı avtomomobillə zavodun hasarının bayır tərəf kənarında hərəkət etdiyini görmüşdür. Bundan sonra Şahid həmin şəxslərin zavoddan oğurluq etmək istədiklərindən şübhələndiyinə görə dərhal geri zavodun həyətinə qayıtmış və həmin şəxslərin işlədikləri sexin yaxınlığına getmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 zavodun hasarının yanından işlədikləri sexə tərəf qayıtdığını görüb avtomobili saxlamış və ondan həmin yerdə nə iş gördüyünü soruşmuşdur. Şahid Təqsirləndirilən şəxs2 həmin vaxt heç bir əsaslı səbəb gətirmədiyini görüb dərhal hasara yaxınlaşmış və hasarın üstünə çıxıb bayır tərəfə baxdıqda hasarın bayır tərəfində qara sellofan bağlamaların olduğunu görmüş və dərhal hasardan bayır tərəfə tullanaraq həmin bağlamalara baxmışdır. Şahid həmin bağlamaların içərisində zavoda aid mis emal məftillərinin olduğunu gördükdən sonra ona məlum olmuşdur ki, həmin bağlamaları hasardan bayıra Cəfər atmışdır və Nofəl də həmin bağlamaları avtomobillə gələrək oradan götürməyi planlaşdırmışlar və bununla da həmin şəxslər tərəfindən zavoddan oğurluq edilməsinə cəhd olunduğu məlum olmuşdur. Ona görə də Şahid dərhal zəng edərək zavodun rəhbərliyinə bu barədə məlumat vermiş və bundan sonra da zavodun rəhbərliyi tərəfindən Nofəl və Cəfərə zəng olunaraq geri zavoda çağırılmışlar. Nofəl və Cəfər zavoda qayıtdıqdan sonra onlardan bu barədə sorğu-sual edildikdə onlar həmin bağlamalardakı mis emal məftillərini oğurlamaq istədiklərini etiraf etmişlər. Ona görə də zavodun hüquq departamentinin müdiri Elməddin Məhərrəmov zəng edərək DİN-in 102 xidmətinə bu barədə məlumat vermiş və həmçinin Abşeron RPİ-yə də ərizə ilə müraciət edib həmin şəxslər barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edir ki, "xxxx" MMC-də aparılmış araşdırmalar zamanı zavodun ərazisindən bundan əvvəlki vaxtlarda da, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə 1105,07 kq emal məftilinin oğurlanaraq "xxxx" MMC-yə 26521,68 manat maddi ziyan dəydiyi məlum olmuşdur. Həmçinin sonuncu hadisədən sonra Nofəl və Cəfər zavoda qayıtdıqdan sonra onlardan bu barədə sorğu-sual edildikdə onlar həmin bağlamalardakı mis emal məftillərini oğurlamaq istədikləri ilə yanaşı bundan əvvəlki vaxtlarda da zavod ərazisindən xeyli miqdarda mis naqilləri oğurladıqlarını etiraf etmişlər. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" MMC-yə 26521,68 manat maddi ziyan dəydiyinin nəzərə alınmasını xahiş edir. Göstərmişdir ki, yuxarıda qeyd olunan müddət ərzində işlədikləri sexdə həmin şəxslərə təhkim olunmuş ümumi emal mis məftillərdən 1105,07 kq emal məftili yoxlama nəticəsində əskik gəlmişdir. Buradan da belə nəticəyə gəlirlər ki, həmin 1105,07 kq emal məftili də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmışdır. Həmçinin əlavə edir ki, iş saatları saat 18-də bitməsinə baxmayaraq həmin şəxslər mütəmadi olaraq iş saatları bitdikdən bir müddət sonra zavodun ərazisini tərk edirmişlər. Əlavə ifadəsində göstərmişdir ki, iş üzrə təyin edilmiş əmtəəşünaslıq ekspertizası qərarına əsasən alınmış 29 aprel 2025-ci il tarixli, 28/25 nömrəli Aktda “ERİKOĞLU EMAYE” markalı, diametri 1,180 olan mis məftilin hər bir kiloqramı 26 manat olmaqla, ümumilikdə 21,940 kq mis məftilin 570,44 manat, “ERİKOĞLU EMAYE” markalı, diametr 1.350 olan 19,215 kq mis məftilin hər bir kiloqramı 26 manat olmaqla ümumilikdə 499,59 manat, “ERİKOĞLU EMAYE” markalı, diametr 0.710 olan 8,635 kq mis məftilin hər bir kiloqramı 26 manat olmaqla ümumilikdə 224,51 manat, “ERİKOĞLU EMAYE” markalı, diametri 0,710 olan 5.20 kq mis məftilin hər kilioqramı 26 manat olmaqla ümumilikdə 135.20 manat və 1.06 diametrli 6.590 kq yanmış mis məftilin hər kiloqramı 9 manat olmaqla ümumilikdə 59,31 manat, cəmi isə 1489,05 manat dəyərində olmasının müəyyən edilməsi barədə ekspert aktında göstərilmiş həmin məbləğlərlə razıdır və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-dən həmin MMC-nin işçiləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə 1489,05 manat dəyərində emal mis məftillərini oğurlamağa cəhd etmişlər. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15 A, mənzil 84-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MMC-də (əvvəlki adı Fortis Group MMC” Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, 12 noyabr 2024-cü il tarixdə saat 20 radələrində o, işlədiyi həmin MMC-də, yəni inşaat materialları istehsal olunan zavodda işdə olduğu zaman zavodunun işçiləri işdən çıxmışlar və bundan sonra o, idarə etdiyi avtomobillə zavodun həyətini gəzərək nəzarət etmiş və sonra isə zavoddan bayıra çıxmışdır. Bu zaman zavodda elektrik işləyən Təqsirləndirilən şəxs1 onunla birlikdə işləyən Təqsirləndirilən şəxs2 məxsus “Az Samand” markalı avtomomobillə zavodun hasarının kənarında hərəkət etdiyini görmüşdür. Bundan sonra o, şübhələndiyinə görə dərhal geri zavodun həyətinə qayıtmış və həmin şəxslərin işlədikləri sexin yaxınlığına getmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 zavodun hasarının yanından işlədikləri sexə tərəf qayıtdığını görüb avtomobili saxlamış və ondan həmin yerdə nə iş gördüyünü soruşmuşdur. Cəfərin həmin vaxt heç bir əsaslı səbəb gətirmədiyini görüb dərhal hasara yaxınlaşmış və hasarın üstünə çıxıb bayır tərəfə baxdıqda hasarın bayır tərəfində qara sellofan bağlamaların olduğunu görmüşdür və dərhal hasardan yerə tullanaraq həmin bağlamalara baxmışdır. Bu zaman həmin bağlamaların içərisində zavoda aid mis emal məftillərinin olduğunu görmüş və həmin bağlamaları hasardan bayıra Cəfərin atdığı və Nofəlin də həmin bağlamaları avtomobillə gələrək oradan götürəcəyini planlaşdırdıqları, bununla da həmin şəxslər tərəfindən zavoddan oğurluq edilməsi ona məlum olmuşdur. Ona görə də o, dərhal zəng edərək zavodun rəhbərliyinə bu barədə məlumat vermişdir. Bundan sonra da zavodun rəhbərliyi tərəfindən Nofəl və Cəfərə zəng olunaraq geri zavoda çağırılmışlar və bu barədə sorğu-sual edildikdə onlar həmin bağlamalardakı mis emal məftillərini oğurlamaq istədiklərini etiraf etmişlər. Daha sonra isə zavodun hüquq departamentinin müdiri Elməddin Məhərrəmov zəng edərək DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Həmçinin Abşeron RPİ-yə də ərizə ilə müraciət edib həmin şəxslər barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. İş üzrə müstəqil qiymətləndiriçi İxtiyar Quliyevin tərtib etdiyi 29 aprel 2025-ci il tarixli, 28/25 nömrəli Akt ilə müəyyən edilmişdir ki, bütün göstərilənlər nəzərə alınaraq, aparılmış təhlil və hesablamalara əsasən məlum olmuşdur ki, Abşeron rayonu H.Z Tağıyev küçəsində yerləşən "xxxx" MMC-yə məxsus daşınmaz əmlaka oğurluq nəticəsində dəymiş zərərin həcmi:1489,05 (bir min dörd yüz səksən doqquz manat beş qəpik) təşkil edir. Odur ki, “ERİKOĞLU EMAYE” markalı, diametri 1,180 olan 21,940 kq mis məftil, “ERİKOĞLU EMAYE” markalı, diametr 1.350 olan 19,215 kq mis məftil, “ERİKOĞLU EMAYE” markalı, diametr 0.710 olan 8,635 kq mis məftil, “ERİKOĞLU EMAYE” markalı, diametri 0,710 olan 5.20 kq mis məftil və 1.06 diametrli 6.590 kq yanmış mis məftil iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və işin məhkəmə baxışınadək saxlanması üçün sahibinə qaytarılmışdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham, onların özlərinin izahatları, zərərçəkənin nümayəndəsinin, şahidin ifadələri və işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur.Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların hər ikisinin əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-cimaddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, onların hər ikisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-cimaddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökm çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1-cimaddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 oğlunun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, törədilmiş cinayətin ictimai təhlükəlilk dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1-cimaddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, törədilmiş cinayətin ictimai təhlükəlilk dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1-cimaddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yeri olan Abşeron rayonu Quşçuluq yaşayış massivindəki fərdi yaşayış evini axşam saat 20:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 üzərinə üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 20:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrası müddəti cəzanı icra edən Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Təqsirləndirilən şəxs2 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər birinə 330(üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yeri olan Abşeron rayonu Quşçuluq yaşayış massivindəki fərdi yaşayış evini axşam saat 20:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 üzərinə üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 20:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstər dikləri hüquqi xidmətə görə hər birinə 330(üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə “ERİKOĞLU EMAYE” markalı, diametri 1,180 olan 21,940 kq mis məftil, “ERİKOĞLU EMAYE” markalı, diametr 1.350 olan 19,215 kq mis məftil, “ERİKOĞLU EMAYE” markalı, diametr 0.710 olan 8,635 kq mis məftil, “ERİKOĞLU EMAYE” markalı, diametri 0,710 olan 5.20 kq mis məftil və 1.06 diametrli 6.590 kq yanmış mis məftil iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və işin məhkəmə baxışınadək saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-1076/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1076/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver