Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1077/2025 29.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, sürücü işləyən, Zəngilan rayonu, Bartaz kəndində qeydiyyatda olan, lakin Abşeron rayonu, Xırdalan şəhəri, «AAF Park» yaşayış kompleksi, küçə 23, bina 22, mənzil 17 ünvanında kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 fevral 2024-cü il tarixdə saat 03:58-də satıcı işlədiyi Rusiya Federasiyası Xantı-Mansiysk muxtar dairəsi - Yuqranın Pıt-Yax şəhəri, 2-ci mikrorayonunda yerləşən “Şaurma” sürətli iaşə kafesində olan zaman, həmin kafeyə müştəri kimi gələn Zərərçəkmiş şəxs kafedən aldığı şaurmanın ödənişində köməklik etməsi üçün sonuncunun verdiyi Redmi markalı mobil telefonunda olan “FK Otkrıtiye” mobil tətbiqinə daxil olaraq, Oleq Veçkanovun adına olan "xxxx" ASC-yə məxsus 2200- 2905-1434-6080 nömrəli plastik bank kartından həmin vaxt mövcud olan məzənnəyə görə 220 manat 80 qəpik dəyərində 12.000 Rus rublu pulu baldızı X3 adına açılmış "xxxx" ASC-nin kartı ilə əlaqəli olan **********5 abunəçi nömrəsinə elektron məlumat daşıyıcısından istifadə etməklə köçürüb gizli talayaraq, zərər çəkmiş Zərərçəkmiş şəxs 220 manat 80 qəpik ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 yanvar 2024-cü ildən 23 aprel 2024-cü ilədək qanuni olaraq Rusiya Federasiyasının Pıt-Yax şəhərində yaşamışdır. 2024-cü ilin mart ayında həyat yoldaşı və uşağı da həmin şəhərə gəlmiş birlikdə yaşamışlar. 2024-cü ilin mart ayından etibarən “Ziyatxanov” Fərdi Sahibkarlıqda çalışmış, əvvəllər isə 2024-cü ilin yanvar ayının sonundan mart ayının əvvəlinə kimi Pıt-Yax şəhərinin 2-ci mikrorayon dəmir yolu ərazisində yerləşən «Şaurma» kafesində aşpaz və satıcı kimi işləyirmiş, daha sərfəli təklif aldığı üçün bu işdən öz istəyi ilə ayrılmışdır. 2024-cü il fevralın 15-dən 16-na keçən gecə o, «Şaurma» kafesində gecə növbəsində çalışırmış, səhərə yaxın, dəqiq olaraq xatırlamadığı saatda kafeyə iki tanımadığı müştəri daxil olmuşdur. Həmin vaxtı kafedə başqa müştərilər olmamışdır. Kafeyə daxil olan tanımağıdı müştəriri kişilər ağır alkoqol sərxoşluğu vəziyyətində olmuş, kişilərdən biri bir ədəd şaurma sifariş etmiş, ikisi də kafenin ərazisində gözləməyə başlamış, o isə şaurmanı hazırlamağa başlamışdır, sifarişi hazırladıqdan sonra müştəriləri çağırmışdır. Müştərilər nağd pulları olmadığından ödənişi köçürmə sistemi vasitəsilə etmək istədiklərini bildirmişlər. Sifarişi ödəməli olan kişi çox içkili olduğu üçün bunu edə bilməmiş, bank tətbiqini telefonunda açmış, ödəniş etməsi üçün telefonunu ona vermişdir. 250 rubl məbləğində şaurma ödənişini kafe sahibinin kartına (**********4) köçürmüş, tanımadığı həmin şəxsin hesabından pul köçürməsi etdiyi zaman hesabda təxminən 15 000 rubl məbləğində vəsait olduğunu görmüşdür, həmin vaxtlar maddi çətinliklər yaşadığı üçün ailəsini təmin etməkdən ötrü pula ehtiyacı olduğundan hesabda pul olduğunu gördükdə həmin şəxsin telefonuna giriş imkanı olduğu üçün beynində bu vəsaiti götürmək niyyəti yaranmış, 250 rubl məbləğində şaurma ödənişindən dərhal sonra arvadının bacısı Əlvan Qarazadənin adına olan, "xxxx"-a məxsus, nömrəsi yadında qalmayan bank kartına 12.000 rus rubl məbləğində əlavə köçürmə etmişdir. Həmin köçürməni etdiyi karta bağlı telefon nömrəsini və kartın nömrəsini xatırlamır. Daha sonra sifarişi müştərilərə vermiş və mobil telefonu sahibinə qaytarmışdır. Həmin iki kişi kafedən çıxaraq getmişlər. Həmin iki kişini bir daha görməmişdir. Arvadının bacısı həmin vaxtə Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı üçün və onun rus bankına məxsus kartı olduğunda görə köçürmə zamanı komissiya tutulmamışdır. Həmin vaxtı həyat yoldaşı və oğlu da Əlvanla birlikdə Bakıda şəhərində olduqlarına görə pulu arvadının bacısı Əlvanın kartına köçürmüşdür ki, pulu həyat yoldaşına versin. Bu barədə həyatyoldaşının bacısı Əlvana və şəyat yoldaşına bildirməmiş, həmin pulu işləyib qazandığını və gündəlik xərclər üçün göndərildiyini demişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı Rusiya Federasiyasında olduğu zaman tam ödəmiş, zərərçəkmiş şəxs də dəymiş maddi ziyanın ödənilməsi barədə ərizə yazmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Pıt-Yax şəhəri, 1-ci mikrorayon, ev 13, mənzil 9-da tək yaşayır, 2022-ci ildən X2 dülgər vəzifəsində çalışır. 15 fevral 2024-cü il tarixdə pivə içmək üçün Pıt-Yax şəhəri dəmiryol vağzalında yerləşən «Sever 2» mağazasına getmiş, təxminən 4 və ya 6 şüşə pivə alıb ödəniş edib əyləşmiş, əvvəl tək olmuş, bir neçə şüşə pivə içdikdən sonra tanışı Şahid3 zəng edib mağazaya dəvət etmişdir. 16 fevral 2024-cü il tarixdə təxminən saat 00:20 radələrində Oleq oraya gəlmiş, Oleqi qarşılayıb taksinin pulunu ödəmiş, Oleq həm özünə, həm də ona bir neçə şüşə pivə almış, o, ödənişi özünə məxsüs PAO FC “Otkritie” FK İSC № 2200 2905 1434 6080 nömrəli bank kartından istifadə edərək ödəmişdir. Oleqlə birlikdə pivə içmişlər. Telefonunda yüksək səslə musiqi dinləyib uca səslə mahnı oxuduğu üçün mağaza işçisi Tatyana onu bir neçə dəfə danlamış, sonra musiqiyə qulaq asması üçün qulaqcıqlarını ona vermişdir. Musiqiyə təkrar uca səslə qulaq asdığı üçün Tatyana telefonunu alıb söndürmüş və soyudcucunün üstünə qoymuşdur. Tatyanadan telefonunu şarj etməsini istəmiş, Tatyana da bunu etmiş, lakin telefonundan istifadə etməmişdir. 16 fevral 2024-cü il tarixdə saat 03:40 radələrində, evə getmək üçün mağazadan çıxdıqdan sonra Oleqlə mübahisə etmişlər, Oleq dəmiryol vağzalına doğru o, isə evinə getmişdir. Dəmiryol vağzalının girişində olan «Fast food» kafesinin yanından keçərkən Oleq də dəmiryol vağzalından çıxıb ona yaxınlaşmış, ac olduqları üçün birlikdə «Fast food» kafesinə daxil olub şaurma sifariş verib əyləşmişlər. Təxminən 10-15 dəqiqə sonra satıcı şaurmanın hazır olduğunu bildirərək 250 rubl məbləğində ödəniş etmlərini tələb etmiş, ödənişi edib Oleqlə birlikdə evə getmişlər. Sərxoş olduğu üçün ödənişi necə etdiyini isə xatırlamır. Oleqlə evə gedərkən aralarında mübahisə olmuş, Oleq yolu keçərək, mərkəzi küçənin sağ tərəfi ilə, o, isə isə sol tərəfi ilə yoluna davam etmişdir. Oleqin Pıt-Yax şəhəri administrasiyasının yanında dayanıb siqaret yandırdığını görmüş, Oleqə yaxınlaşıb bir az daha pivə içməyi təklif etmiş, birlikdə mənzilinə gedib mətbəxə əyləşib spirtli içki içib sərxoş olub yatmışlar. Səhər saat 8 radələrində oyanmış, paxmel olduğu üçün mağazaya gedib pivə alıb ödənişi həyata keçirərkən hesabında kifayət qədər pul olmadığını bilmişdir. Hesabında 13.000 rubldan çox pulu olduğunu xarıtlamış, evə qayıdıb mobil tətbiqdən balansını yoxlamq üçün «Otkrıtie» İSC mobil tətbiqini açmış, 16 fevral 2024-cü il tarixdə saat 03:58-də 250 rubl məbləğində pul köçürməsi edildiyini, həmin məbləğin Fariz D.-nin hesabına köçürüldüyünü, eyni vaxtda, 03:58-də 12.000 rubl məbləğində başqa bir köçürmənin həyata keçirildiyini, həmin köçürmənin isə Əlvan G.-nin hesabına köçürüldüyünü görmüşdür. Həmin gecənin detallarını xatırlmağa çalışsa da sərxoş olduğu üçün buna imkanı olmamışdır. Saat 09:00 radələrində Oleq oyandıqda gecə kimə pul köçürdüyünü soruşmuş, Oleq xatırlamabığını bildirmiş, bankın qaynar xəttinə zəng edib əməliyyatı ləğv etməyi təklif etsə də qaynar xəttə zəng etməməişdir. 16 fevral 2024-cü il saat 10:00-da Oleqlə birlikdə PAO «Otkrıtie» FK İSC bank şöbəsinə getmiş, 12.000 rubl məbləğində pulunun köçürməsinin sürətli ödəniş sistemi (SÖS) vasitəsilə 8-***-***-**-** nömrəsinə göndərildiy bank əməkdaşları tərfindən ona bildirilərək ona çıxarış təqdim olunmuş, nömrə ona tanış gəlməmiş, pulun daha çox çıxarılmasının qarşısını almaq üçün bank kartı bloklanmışdır. Bankın təqdim etdiyi çıxarışda «Sever 2» mağazasında alış-veriş ödənişi göstərilməmiş, pivə içmək üçün kafedə olarkən bank kartını heç kimə ödəniş etmək üçün verməmiş, kartının PİN kodunu da heç kimə deməmiş, mobil telefonunu da heç kimə verməmiş, telefonu yanındı olmuşdur. Şaurma almaq üçün 250 rublu özü ödədimişdir. Aylıq əmək haqqı 30.000 rubl təşkil tdiyi üçün 12.000 rubl məbləğində ziyan onun üçün əhəmiyyətlidir, aylıq 7.000 rubl məbləğində kommunal-xidmətlər ödənişi edir və əlavə olaraq 30.000 rubl məbləğində borcu olan kredit kartım vardır. “Sever2” mağazasında pivənin pulunu bank kartı vasitəsi ilə özü ödəmiş, Fastfood kafesində şaurmanın pulunu necə ödədiyi isə sərxoş olduğu üçün yadında deyil, ola bilsin ki, ödənişi həyata keçirməsi üçün mobil telefonunu kömək etməsi üçün satıcıya vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, 2021-ci ildə ailə qurmuşdurlar və birgə nikahlarından oğulları Əlağa Nağızadənin dünyaya gəlmişdir, əri Ülvi 2024-cü ilin yanvar ayında işləmək üçün Rusiya Federasiyasının Pıt-Yax şəhərinə getmişdir, o isə Abşeron rayonu, Xırdalan şəhəri, «AAF Park» yaşayış kompleksindəki evlərində Ülvünün atasıgil ilə birlikdə yaşamışdır, Ülvi mütəmadi olaraq ona pul göndərmişdir və adətən göndərilən məbləğ bacısı X3 adına açılmış "xxxx" İSC bank kartı ilə əlaqəli **********5 abunəçi nömrəsinə köçürülmüşdür və bacısı həmin pulu kart hesabından çıxarıb ona vermişdir, 16 fevral 2024-cü il tarixdə Ülvi ona verilməsi üçün X3 adına açılmış "xxxx" İSC bank kartı hesabına 12 000 rus rublu göndərmişdir və bacısı da həmin pulu Azərbaycan manatı ilə kartdan çıxarıb ona təhvil vermişdir, sonra 2024-cü ilin fevral–mart aylarında o da oğlu Əlağa ilə birlikdə ərinin yanına getmiş və iki ay orada yaşadıqdan sonra Azərbaycana qayıtmışdır, Ülvi hər dəfə onunla telefon əlaqəsi saxlayanda işlədiyini və onlara qazancından pul göndərdiyini demişdir, o, Ülvünün ona göndərdiyi pulun hansı yolla əldə edildiyini bilməmişdir, Ülvünün kiminsə kart hesabından pul oğurlayıb ona göndərməsindən məlumatı olmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, Pıt-Yax şəhəri, 1-ci mikrorayon, ev 5, mənzil 64 ünvanı üzrə Pıt-Yax şəhərində qeydiyyatda olmuş, həmin ünvanda yaşamışdır. Hazırda isə Yekaterinburq şəhərində yaşayır. Pıt-Yax şəhərində yaşadığı zaman həmin şəhərdə 2-ci mikrorayon, tikili 24 “A” ünvanında yerləşən Pıt-Yax şəhəri dəmir yolu stansiyasının binasında yerləşən “Sever 2” mağazasında işləmişdir. Mağaza 24 saat fəaliyyət göstərmiş, pul lazım olanda gecə növbəsində saat 7-dən səhər 7-yə kimi işləmişdir. 15 fevral 2024-cü il tarixində mağazada gecə növbəsinə satıcı olmuşdur. Saat 22:00-da əvvəllər də tez-tez mağazaya pivə içmək üçün gələn Zərərçəkmiş şəxs mağazaya gəlmiş, bir neçə şüşə "Starıy Melnik" pivəsi alıb ödənişi öz bank kartı ilə edib masada əyləşmişdir. 16 fevral 2024-cü il tarixdə gecə saatlarında Lev yaxınlaşdı ondan 50 rubl nağd pul borc istəmiş, Levdən pulun niyə lazım olduğunu soruşduqda dostuna taksi üçün ödəniş etmək istədiyini demişdir. Levə 50 rubl borc vermiş, Lev mağazadan çıxıb bir neçə dəqiqə sonra, dostu Şahid3la birlikdə mağazaya qayıtmış, Oleq kassaya yaxınlaşıb bir neçə şüşə pivə sifariş etmiş, pivə üçün Lev öz bank kartı ilə ödəniş etmiş, masa arxasında əyləşib pivə içməyə başlamışlar. Pivəni içib sərxoş olduqdan sonra Lev öz mobil telefonunda musiqiyə ucu səslə qulaq asmağa başlamış və musiqiyə uyğun mahnı oxumağa başladıqda irad bildirib qulaqcıqdan istifadə etməsini xahiş etmiş, öz qulaqcıqğını ona vermişdir. Lev qulaqcıqdan istifadə etsə də yüksək səslə mahnılara qulaq asmaqda davam etdiyi üçün qulaqcıqlarını alıb telefonunu da götürdüb söndürərək telefonu soyuducunun üstünə qoymuşdur. Bir neçə dəqiqədən sonra Lev telefonunu şarj etməsini xahiş etdiyi üçün Levin telefonunu şarj etməsi üçün qoşmuşdur. Mağazada pivə içdikləri müddətdə Lev və Oleq tez-tez siqaret çəkmək üçün çölə çıxıb qayıtmış, sonra Lev içdikləri piyvənin pulunu öz bank kartı ilə ödəmiş saat 03:40 radələrində mağazadan çıxmışlar. Mağazadan çıxarkən Lev mobil telefonunu götürmüşdür. Onların haraya getdiyini bilməmiş, sonra onlar mağazaya qayıtmamışlar. Mağazada olduqları müddətdə Lev telefonunu heç kimə verməmiş, onun telefonunu kimsə götürməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, o, Pıt-Yax şəhəri, 2-ci mikrorayon, ev 5 ünvanında yerləşən “FK Otkrıtie” İSC bank ofisinin direktoru vəzifəsində çalışırmışdır, 2017-ci ildən bu vəzifədə çalışırmışdır, aydınlaşdırmaq istəmişdir ki, vətəndaşlar bank kartı ilə çıxarış üçün müraciət etdikdə çıxarışda aparılan əməliyyatların vaxtı və tarixi əks olunmuşdur, lakin bəzən bəyanatda vaxt göstərilmirmişdir, məlumatların niyə bu şəkildə verildiyini bilməmişdir, onu da əlavə etmişdir ki, mobil tətbiqdə bəyanatların və push bildirişlərinin təfərrüatlarına baxarkən əməliyyatların vaxtı lokal olaraq əks olunmuşdur, yəni zərərçəkmişin mobil proqramında silinmənin xx.xx.2024-cü il tarixində saat 03:58-də aparıldığı göstərilmişdirsə, bu, hesabın açıldığı bölgənin yerli vaxtı imişdir, Moskva vaxtı ilə isə müvafiq olaraq xx.xx.2024-cü il tarixində saat 01:58 olmuşdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə şahid X4 ifadəsində göstərmişdir ki, 2020-ci ildən Pyt-Yax şəhərində yaşayır, "Cabbarlı FS» 2022-ci ildən fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir, fərdi sahibkardır, ictimai iaşə sahəsində xidmətlər göstərir. 2024-cü ilin fevral ayından Sadıqov Samitə məxsus Pıt-Yax şəhəri, 2-ci mikrorayon, Pıt-Yax şəhəri Dəmiryol vağzalının vağzal meydanının ərazisi ünvanında yerləşən yeri orada «Ffst food» kafesi açmaq məqsədi ilə icarəyə götürmüş, 2024-cü ilin fevral ayında açılış etmişdir. Əsasən dəmir yol stansiyasında çoxlu sərnişin olan vaxtlarda, yəni vaqon dəyişdirilməsi zamanı, öz qatarlarını gözləyən səyahətçilər olduğu zaman fəaliyyət göstərirlər. 2022-ci ildən tanıdığı həmyerlisi və dostu Təqsirləndirilən şəxs ilə bir-birlərinə dəstək olur, bacardıqları qədər birbirlərinə kömək edirlər. Kafeni açarkən Ülvi ona kömək edəcəyin, lazım olduqda kafedə aşpaz və satıcı kimi işləməyə hazır olduğunu, lazım olduqda onu əvəz edəcəyini demiş, satıcı kimi işçisi olmadığı üçün razılaşmış, 15 fevral 2024-cü il tarixdə saat 23:00-dan 16 fevral 2024-cü il saat 11:00-a kimi işə kafedə işdə olmuş, həmin vaxtı özü isə kafedə olmamışdır. Sonradan Ülvi özünə iş tapdığı üçün onun yanına gəlməmişdir. Onunla əlaqə saxlayan polis əməkdaşları 2024-cü il fevralın 16-sı gecə Ülvin ona məxsus kafedə işləyərkən bir müştəridən pul oğurladığını deyib bu barədə məlumatının olub-olmadığını soruşduqda çaşmış, heç bir məlumatı olmadığını bildirmiş, Ülvinin 16 fevral 2024 tarixində gecə saatlarında ona məxsus kafedə işlədiyini həmin vaxtı ona müxtəlif insanlardan, kafedən şaurma alan şəxslərdən çox sayda pul köçürmələri daxil olduğunu, lakin köçürmələrin məbləğlərinin çox böyük olmadığını bildirmişdir. Bundan sonra Ülviyə zəng edib bu barədə soruşduqda Ülvi bu barədə heç nə deməmiş, bundan sonra Ülvi ilə danışmamış, onu görməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid3 Zərərçəkmiş şəxs İqoreviçin ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanılması, icraata qəbul edilməsi və əməlin tövsif edilməsi haqqında” barədə 09 iyun 2025-ci il tarixli qərardan görünür ki, X8 Nazirliyinin Xantı- Mansiysk dairəsi – Yuqranın Pıt-Yax şəhəri üzrə İstintaq İdarəsindən daxil olmuş **********056050 nömrəli cinayət işi üzrə əməl Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsinin “q” bəndindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinə tövsif edilmiş və icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 06 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 10 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. - “Qətimkan tədbirinin seçilməsinə haqqında” 10 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxs İqoreviç tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. - “AzeMis” elektron informasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin qohumluq məlumatlarına dair göndərilmiş sorğudan aydın olurki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il tarixli X5 adlı övladı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi və elan edilmiş ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək barışıq əldə etməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsinə əsasən Bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsinin “q” bəndinə əsasən bank hesabından, eləcə də elektron pulla bağlı törədilən oğurluq cinayət əməli nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib peşmançılıq çəkməsini, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini və zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu və Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, “AAAF PARK” yaşayış kompleksi, küçə 23, bina 22, mənzil 17 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus Redmi markalı mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, həmçinin Şahid5 məxsus ******************** nömrəli bank hesabından çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 30 saatının hər iş saatının 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 330 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu Xırdalan şəhəri, “AAAF PARK” yaşayış kompleksi, küçə 23, bina 22, mənzil 17 ünvanındaki yaşayış evini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt Şəhəri Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt Şəhəri Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus Redmi markalı mobil telefon saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, ******************** nömrəli bank hesabından çıxarışlar maddi sübut qismində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-1077/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1077/2025
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver