Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-108/2021 06.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi, vəkil Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu Masazır kəndi N.Əsədov küçəsi ev 58-də qeydiyyatda olan və yaşayan, barəsində həbsetmənin əvvəli 01 mart 2016-cı il tarixdən hesablanmaqla 01 oktyabr 2016-cı il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 01 oktyabr 2016-cı il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində həbsetmənin əvvəli 19 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 17 fevral 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 17 fevral 2020-ci il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə, 10 may 1996-cı ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, orta təhsilli, AR-nın vətəndaşı, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbsetmənin əvvəli 01 mart 2016-cı il tarixdən hesablanmaqla 01 oktyabr 2016-cı il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 01 oktyabr 2016-cı il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə, 10 oktyabr 1995-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, AR-nın vətəndaşı, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbsetmənin əvvəli 03 mart 2016-cı il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə, 27 avqust 1999-cu il tarixdə Rusiya Federasiyası, Yaroslov vilayəti, Nekrasov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Neftçala rayonu V.Ağayev küçəsi ev 39da qeydiyyatda olan və yaşayan, Abşeron Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 1(012)- 108/2021 saylı qərarı ilə “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir, hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq` MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayətlərini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq cinayətlərini törətmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs4 istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə 01 ədəd sellofan bükümün içərisində təmiz çəkisi 0,843 qram, tiryəkdən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 9,022 qram və bir ədəd qırmızı rəngli dəmir qutunun içərisində 06 ədəd şəffaf rəngli sellofan bükümlərdə, hər birinin çəkisi ayrı-ayrılıqda 0,993 qram, 0,835 qram, 0992 qram, 0,996 qram, 0,999 qram və 0,994 qram, ümumi təmiz çəkisi 14,781 qram, xaş-xaş bitkisindən kustar üsulla hazıralnmış, tünd qəhvəyi rəngli narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 19 sentyabr 2019-cu il tarixdə, saat 04 radələrində Abşeron rayonu Masazır kəndində həmin narkotik vasitələri saxlaması üçün tanışı Təqsirləndirilən şəxs1 vermiş, həmin tarixdə saat 05:20-də Təqsirləndirilən şəxs1 Abşeron rayonu Masazır kəndində Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və saat 06:20-də Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli pencəyin sağ döş cibindən 01 ədəd sellofan bükümün içərisində, təmiz çəkisi 0,843 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 07 ədəd bükümlərdə, ümumi təmiz çəkisi 14,781 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs4 06 yanvar 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri Yasamal rayonu M.Şərifzadə küçəsində yerləşən “Asan xidmət” mərkəzin qarşısında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə bir ədəd ağ sellofan bükümdə, ümumi təmiz çəkiçi 1,446 qram kustar üsulla hazırlanmış açıq-qəhvəyi rəngli, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə heroini 60 manata qanunsuz olaraq əldə edib üstündə saxlamış və Abşeron rayonu Masazır qəsəbəsinə gələrək üzərində daşımış, həmin gün saat 18:50 radələrində Abşeron rayonu Masazır kəndində yeləşən “Şok” market adlanan mağazanın qarşısında Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib, üstünə şəxsi axtarış və götürmə keçirilən zaman həmin narkotik vasitə olan 1,446 qram heroin əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sağ cibində aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 19 sentyabr 2019-cu il tarixli, 23834 saylı məhkəmə-kimyəvi ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən...” sözlər və imzalar olan zərfdəki, 01 ədəd selofan bükümünün içərisində təmiz çəkisi – 0,843 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 07 ədəd bükümlərdə ümumi çəkiləri – 14,781 qram olan maddələr xaş-xaş bitkisindən kustar üzulla hazırlanmış narkotik vasitə tiryəkdirlər və onların xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 06 yanvar 2020-ci il tarixli, 38 saylı məhkəmə-kimyəvi ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs4 üzərindən aşkarlanmış...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,446 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və təhqiqatdan sonra qalıq qalan 0,743 qram narkotik vasitə olan heroin, 14,431 qram tiryək, Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilərək götürülmüş və təhqiqatdan sonra qalıq qalan 1,357 qram narkotik vasitə olan heroini saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X3 vəsatət verərək Təqsirləndirilən şəxs4 hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətdə qeyd etmişdir ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs4 19.09.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 verdiyi 1 bükümdə təmiz çəkisi 0,843 qram heroin və 7 ədəd bükümlərdə ümumi təmiz çəkisi 14,781 qram tiryəki satış məqsədilə əldə edərək daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs4 06.01.2020-ci il tarixdə satış məqsədilə narkotik vasitə olan bir bükümdə 1,446 qram heroini əldə edərək daşımışdır. Göründüyü kimi müstəntiq tərəfindən hər iki epizod üzrə Təqsirləndirilən şəxs4 satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətlərini törətməsi qənaətinə gəlməsinə baxnayaraq, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs4 əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bunları nəzərə alaraq məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs4 əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CMnin 234.4.2-ci maddənin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 və onların müdafiəçiləri dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin rədd edilməsini xahiş etdilər. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin iclaslarında ittiham və müdafiə tərəflərini dinləyib, ittiham aktını cinayət işinin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon İdarəsinin müstəntiqi X4 tərəfindən istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4 hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs4 istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə 01 ədəd sellofan bükümün içərisində təmiz çəkisi 0,843 qram, tiryəkdən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 9,022 qram və bir ədəd qırmızı rəngli dəmir qutunun içərisində 06 ədəd şəffaf rəngli sellofan bükümlərdə, hər birinin çəkisi ayrı-ayrılıqda 0,993 qram, 0,835 qram, 0992 qram, 0,996 qram, 0,999 qram və 0,994 qram, ümumi təmiz çəkisi 14,781 qram, xaş-xaş bitkisindən kustar üsulla hazıralnmış, tünd qəhvəyi rəngli narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 19 sentyabr 2019-cu il tarixdə, saat 04 radələrində Abşeron rayonu Masazır kəndində həmin narkotik vasitələri saxlaması üçün tanışı Təqsirləndirilən şəxs1 vermiş, həmin tarixdə saat 05:20-də Təqsirləndirilən şəxs1 Abşeron rayonu Masazır kəndində Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və saat 06:20-də Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli pencəyin sağ döş cibindən 01 ədəd sellofan bükümün içərisində, təmiz çəkisi 0,843 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 07 ədəd bükümlərdə, ümumi təmiz çəkisi 14,781 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs4 06 yanvar 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri Yasamal rayonu M.Şərifzadə küçəsində yerləşən “Asan xidmət” mərkəzin qarşısında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə bir ədəd ağ sellofan bükümdə, ümumi təmiz çəkiçi 1,446 qram kustar üsulla hazırlanmış açıq-qəhvəyi rəngli, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə heroini 60 manata qanunsuz olaraq əldə edib üstündə saxlamış və Abşeron rayonu Masazır qəsəbəsinə gələrək üzərində daşımış, həmin gün saat 18:50 radələrində Abşeron rayonu Masazır kəndində yeləşən “Şok” market adlanan mağazanın qarşısında Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib, üstünə şəxsi axtarış və götürmə keçirilən zaman həmin narkotik vasitə olan 1,446 qram heroin əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sağ cibində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 06 yanvar 2020-ci il tarixdə Təhqiqat Şöbəsinin təhqiqatçısı Məmməd Cəfərov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 08 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan ********* saylı cinayət işi hazırkı cinayət işinə birləşdirilərək, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənovun 08 yanvar 2020-ci il tarixli qərarına əsasən 02(iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. 18 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs4 istintaqdan gizləndiyinə görə barəsində 20 mart 2020-ci il tarixdə axtarış elan edilərək icraat dayandırılmışdır. 28 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs4 Mülkədar oğlu istintaqa təqdim edildiyi üçün həmin icraat təzələnərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən yanlış olaraq Təqsirləndirilən şəxs4 hazırki ittihamın irəli sürülməsi üçün toplanmış sübutların kifayət olması qənaətinə gəlinmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.” Bundan başqa, həmin Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir.» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” İİ-ci siyahının 67-ci bəndinə görə narkotik maddə hesab edilən heroin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,0004 qram, külli miqdarı isə 0,002 qram və daha artıq miqdar təşkil edir. Həmçinin narkotik maddə hesab edilən tiryək şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,5 qram, külli miqdarı isə 50 qram və daha artıq miqdar təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş 1,446 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs4 19.09.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 verdiyi 1 bükümdə təmiz çəkisi 0,843 qram heroin və 7 ədəd bükümlərdə ümumi təmiz çəkisi 14,781 qram tiryəkdir. Qeyd olunan siyahıya əsasən, həmin miqdar qeyd olunan Siyahıya uyğun olaraq, külli miqdar çəkisinə uyğun gəlir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür.” Qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd edilən maddələrinə əsasən: 318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. 318.2-1. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır.159.10. Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə dövlət ittihamçısı X2 vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs4 hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-cü maddəsinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətiimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və qərar elan olunduğu gündən iki ay müddətinə, yəni 06.09.2021-ci il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı X2 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs4 hərəkətlərində daha ağır cinayətin yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətiimkan tədbiri dəyişdirilmədən saxlanılsın və qərar elan olunduğu andan iki ay müddətinə, yəni 06.09.2021-ci il tarixədək uzadılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-108/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-108/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver