Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-108/2025 19.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, Bakı şəhəri, 32 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1, Ekol Vəkil Bürosunun vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1980-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı Mühəndislər Universitetində müəllim işləyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3, mənzil 480 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 167-3.1 və 204.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə ofset çap üsulu ilə hazırlanmış, eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən və eyni nominallı həqiqi əskinaslardan aşkar şəkildə fərqlənməyən xarici valyuta olan 25 ədəd 100 ABŞ dollar nominallı olmaqla ümumilikdə 2500 ABŞ dolları məbləğində saxta pul əskinaslarını əldə edib üzərində və idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobildə, eləcə də istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası X35 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi kitablar və materiallar əldə edib idarə etdiyi həmin avtomobildə və yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3, mənzil 480 ünvanında saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə saat 08:05-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobillə birlikdə BMCMİ-yə gətirilmiş, orada həmin tarixdə saat 10:25-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən ofset çap üsulu ilə hazırlanmış, eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən və eyni nominallı həqiqi əskinaslardan aşkar şəkildə fərqlənməyən 05 ədəd PF98731822H, PF98731883H, PF98731037H, PF98731835H, PF98731640H seriya və nömrəli 100 ABŞ dollar nominallı olmaqla ümumilikdə saxta 500 ABŞ dolları pul əskinasları aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 20 iyul 2023-cü il tarixdə saat 11:00-dan etibarən BMCMİnin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs iştirakı və razılığı ilə keçirilən baxış zamanı avtomobilin salon hissəsində arxa sol oturacağın üzərində olan göy rəngli əl çantasının ön cibindən ofset çap üsulu ilə hazırlanmış, eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən və eyni nominallı həqiqi əskinaslardan aşkar şəkildə fərqlənməyən 20 ədəd PF98721643H, PF98731644H, PF98741642H, PF98731881H, PF98731884H, PF98731825H, PF98731824H, PF98731823H, PF98731963H, PF987319205H, PF98731821H, PF98731829H, PF98731828H, PF98731827H, PF98731826H, PF98731835H, PF98731829H, PF98731845H, PF98731827H, PF98731828H seriya və nömrəli 100 ABŞ dollar nominallı olmaqla ümumilikdə saxta 2000 ABŞ dolları pul əskinasları, eləcə də həmin əl çantasının içərisindən sonuncunun naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası X35 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi https://fgulen.com./tr/ saytında yayınlanmış 02 ədəd “Ali Bayramı uğurlarken”, 02 ədəd “Bizden misin?”, 01 ədəd “X20 mimar”, 01 ədəd “X29 çırpışı” başlıqlı kserosurətlər, yaddaşında Fəthullah Gülənin “İnancın gölgesində-2” və “Ölçü ve ya yoldakı işıklar” kitablarının elektron versiyalarının olduğu “Kindle book reader” elektron kitab”ı aşkar edilərək götürülmüşdür. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3, mənzil 480 ünvanında 21 iyul 2023-cü il tarixdə saat 15:00dan etibarən keçirilən axtarış və götürmə zamanı mənzilin qonaq otağında yerləşən kitab rəfinin içərisindən Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası X35 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi 01 ədəd M.Fethullah Gülenin “Ölçü ve yoldakı işıklar”, 01 ədəd M.Fethullah Gülenin “Yaratılış gerçeği ve evrim”, 01 ədəd M.Fethullah Gülenin “X36”, 01 ədəd M.Fethullah Gülenin “Asrın getirdiği tereddüdler 1”, 01 ədəd M.Fethullah Gülenin “İnancın gölgesinde”, 01 ədəd X32 “X7”, 01 ədəd M.Fethullah Gülenin “Kırık testi: İmtihanlar kuşağı” adlı kitablar, www.tr.724.com saytından götürülmüş 01 ədəd “Financial Times: Erdoğan, Gülenin suçlu olduğuna müttefiklərinden çok azını ikna ede bildi”, 01 ədəd “Samanyolu haberde yayınlanmış X8, elinde bir masa saati...” başlıqlı kserosurətlər, yaddaşında Fəthullah Gülənin “Kırık testi”, “İrşad ekseni”, “Mealli dua mecmuası”, “Miraç enginlikli ibadet”, “Sohbet atmosferi”, “Sonsuz nur 1-2”, “Ruhumuzun heykelini dikerken 1- 2” kitablarının PDF formatda elektron versiyası və F.Gülənin ABŞ-ın Pensilvaniya ştatında yerləşən iqamətgahında apardığı dini söhbətlərin video lent yazısı olan üzərində “ZYKLEN” sözü yazılmış 02 ədəd DVD disk aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 167-3.1 və 204.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş 2.500 ABŞ dolları saxta pul əskinasları, eləcə də idarə etdiyi avtomobildən və yaşadığı ünvandan aşkar edilmiş dini ekstremist materiallar hesab edilən kitablar və materiallar ona məxsus deyildir. Polis əməkdaşları tərəfindən fiziki və pisixi təsirlərə məruz qalmışdır. Polis əməkdaşları tərəfindən edilən fizki və psixi təsirlərə məruz qalması nəticəsində üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş 2.500 ABŞ dolları saxta pul əskinasları, eləcə də idarə etdiyi avtomobildən və yaşadığı ünvandan aşkar edilmiş dini ekstremist materiallar hesab edilən kitablar və materiallar ona məxsus olmamasını bildirmişdir. Ona qarşı elan edilən ittihamı qəbul etmir. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun heç bir ruhi-əsəb xəstəliyi yoxdur. O, orta məktəbi Salyan şəhər 1 nömrəli tam orta məktəbdə Azərbaycan dilində oxumuşdur. Daha sonra Azərbaycan Respublikası Pedaqoji Universitetində ali təhsil almışdır. 2006-cı ildə X10 ilə ailə həyatı qurmuş və həmin evlilikdən 3 azyaşlı övladı vardır. Özü hazırda Bakı Mühəndislər Universitetində müəllim və Təhsildə İnnovativ Texnologiyalar Mərkəzində Monitorinq şöbəsinin müdiri vəzifəsində işləyir. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 5-6 gün əvvəl bir nəfər şəxs Bakı şəhərində onunla görüşmüş və ona saxta olduğunu bildirdiyi 25 ədəd 100 ABŞ dolları pul əskinası vermiş, o, isə həmin şəxsin verdiyi saxta 100 ABŞ dolları pul əskinaslarını alıb baxmış və əskinasların əsl dollardan fərqləndiyini görmüşdür. Həmin şəxs ona bildirmişdir ki, verdiyi saxta pul əskinasları əsl dollardan ciddi şəkildə fərqlənmir, buna görə də saxta dollarları rahat şəkildə yarı qiymətinə satmaq və qazanc əldə etmək olar. Buna görə də o, həmin şəxsin verdiyi 25 ədəd 100 ABŞ dollarına oxşar saxta əskinasları satmaq və qazanc əldə etmək məqsədi ilə ondan götürmüşdür. Həmin saxta pul əskinaslarını götürdükdən sonra bir hissəsini üzərində və qalan hissəsini isə idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobildə saxlamışdır. 20 iyul 2023-cü il tarixdə saat 08 radələrində ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun saxta pul və ya qiymətli kağızlar əldə etməkdə və satmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə və idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobildə saxta 100 ABŞ dolları pul əskinasları vardır. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib idarə etdiyi avtomobillə birlikdə polis əməkdaşları ilə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsinə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş və bu barədə qəbul edilmiş qərarla tanış edilmişdir. O, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etdilməklə onun üstünə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, üstündə saxta 100 ABŞ dolları pul əskinasları olduğunu bildirib, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində olan 05 ədəd saxta 100 ABŞ dolları pul əskinasını, 01 ədəd 100 manat, 02 ədəd 20 manat, 01 ədəd 5 manat pul əskinasını və 80 qəpik pulu, əynində olan köynəyinin sol ön cibində olan şəxsiyyət və sürücülük vəsiqələrini, 02 ədəd ödəniş qəbzini, 02 ədəd vizit kartı və 01 ədəd plastik bank kartını, əynində olan şalvarının sol yan cibində olan 01 ədəd “Xiaomi” markalı və 01 ədəd “İphone” markalı mobil telefonu, 02 ədəd mənzil açarını və 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 05 ədəd 100 ABŞ dolları pul əskinasının saxta olduğunu və təqdim etdiyi digər pul əskinaslarının isə saxta olmadığını bildirmişdir. Sonra onun təqdim etdiyi pul əskinaslarına baxış keçirilmiş və əskinasların seriya nömrələri bir-bir oxunmuşdur. Bundan sonra üzərindən aşkar edilmiş pul əskinaslarının hamısı polis əməkdaşları tərəfindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmiş, zərfin üzəri möhürlənmiş və onun özü, müdafiəçi və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanmişdır. Bundan başqa üzərindən aşkar edilmiş 02 ədəd mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, 01 ədəd plastik bank kartı, 02 ədəd ödəniş qəbzi, 02 ədəd vizit kart polis əməkdaşları tərəfindən götürülmüş, aşkar edilmiş 02 ədəd mənzil açarı və 01 ədəd avtomobil açarı isə onun özünə qaytarılmışdır. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 05 ədəd 100 ABŞ dolları pul əskinasının saxta olduğunu əvvəlcədən bildiyini, həmin saxta pul əskinaslarını satmaq və qazanc əldə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan idarə etdiyi və hazırda Polis İdarəsinin həyətində saxlanılan “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobildə saxta pul və qiymətli kağızlar, eləcə də qanunla qadağan olunmuş əşya və ya predmetlər olubolmaması barədə soruşulduqda, o, da səmimi şəkildə etiraf edib idarə etdiyi avtomobildə 20 ədəd saxta 100 ABŞ dolları pul əskinası olduğunu və həmin əskinasları da təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş 05 ədəd saxta 100 ABŞ dolları pul əskinaslarının seriya nömrələri protokolda qeyd edilmiş, protokol tərtib olunduqdan sonra iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra onun özünün icazəsi və iştirakı ilə polis əməkdaşları tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılan idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən ona təklif edilmişdir ki, idarə etdiyi avtomobildə saxta pul və qiymətli kağızlar, eləcə də qanunla qadağan edilmiş əşya və predmetlər varsa həmin pul və əşyaları təqdim etməsi təklif edilmişdir. O, idarə etdiyi avtomobildə 20 ədəd saxta 100 ABŞ dolları pul əskinası olduğunu bildirib, özündə olan avtomobil açarı ilə idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobilin qaplarını açıb, avtomobilin arxa sol oturacağı üzərində olan 01 ədəd göy rəngli əl çantasını götürüb həmin çantanın ön cibindən olan 20 ədəd saxta 100 ABŞ dolları pul əskinasını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Onun tərəfindən təqdim edilən saxta ABŞ dolları pul əskinaslarına polis əməkdaşları tərəfindən baxış keçirilmiş və həmin əskinasların seriya nömrələri bir-bir oxunmuş, bundan sonra təqdim etdiyi 20 ədəd saxta 100 ABŞ dolları pul əskinası polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, onun özü və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Bundan başqa baxış zamanı təqdim etdiyi əl çantasından 01 ədəd kompyuter, 01 ədəd elektron planşet kitab, 02 ədəd üzərində “X19” başlıqlı məqalə, 01 ədəd üzərində “X20 Mimar” başlıqlı məqalə, 02 ədəd “Bizden misin” başlıqlı məqalə, 01 ədəd “X29 Çırpışı” başlıqlı məqalə, 02 ədəd Bakı Mühəndislik Universtitetinə aid Fənn Sillabusu proqramı, 01 ədəd üzərində “Zəhmət olmasa imzalayarsız 1-ci gün gəlib alaram Ruslan” sözləri qeyd edilmiş kağız, 01 ədəd enerji doldurucu cihaz, 01 ədəd usb kabel, 01 ədəd qulaqcıq, 01 ədəd adapter başlıq, 01 ədəd “maus”, 01 ədəd elektron qələm, 01 ədəd usb, 04 ədəd flaşkart yaddaş daşıyıcı qurğu, 04 ədəd plastik bank kartı, 01 ədəd icazə ərizəsi, 01 ədəd vizit kart, 01 ədəd üzərində “Maaş ortalama Azermediya rəsmi 87.000” sözləri qeyd edilmiş kağız, 02 ədəd “Covid-19 vaksinasiya üzrə məlumat forma” vərəqəsi, 01 ədəd üzərində “Üz-üzə təlimlərin monitorinqi üçün Forma” sözləri qeyd edilmiş sənəd, 01 ədəd "xxxx" MMC aid vergi ödəyici qəbzi, 01 ədəd elektron talon qəbzi, 01 ədəd üzərində “Xalxal 55.30 m, Nabran 2151 m = 7687” sözləri qeyd edilmiş kağız, 01 ədəd kağız parcası, 01 ədəd sənəd, 01 ədəd sim kart, 01 ədəd təlimçi vəsiqəsi, 02 ədəd üzərində xərclər barədə məlumatlar qeyd edilən kağız, 01 ədəd ətir və 01 ədəd avtomobil açarı aşkar edilmişdir. Bundan başqa baxış zamanı avtomobildən aşkar edilmiş qəhvəyi rəngli pul qabının içərisindən əlavə olaraq 03 ədəd danışıq kartı aşkar edilmişdir. Daha sonra avtomobilə baxış zamanı aşkar edilmiş əşyalardan ətir və avtomobil açarı onun özünə qaytarılmış, aşkar edilmiş digər əşyalar polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra avtomobilə baxış keçirilməsi davam etdirilmiş, lakin avtomobildən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı avtomobildən aşkar edilmiş 20 ədəd 100 ABŞ dolları pul əskinasının saxta olduğunu əvvəlcədən bildiyini, həmin saxta pul əskinaslarını satmaq və qazanc əldə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi başa çatdırılmış və video çəkiliş dayandırılmışdır. Baxışda iştirak edən iştirakçılar Polis İdarəsinin inzibati binasında yerləşən xidməti otağa dəvət edilərək, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, idarə etdiyi avtomobildən aşkar edilmiş 20 ədəd saxta 100 ABŞ dolları pul əskinaslarının seriya nömrələri protokolda qeyd edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş ümumilikdə 25 ədəd saxta 100 ABŞ dolları pul əskinasının saxta olub-olmamasının müəyyən edilməsi məqsədi ilə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilməsi barədə qərar qəbul edilmiş və həmin qərar ona elan olunmuşdur. O, həmin günü ekspertiza rəyi ilə tanış edilmiş, ekspertizanın rəyində üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş ümumilikdə 25 ədəd 100 ABŞ dolları pul əskinasının saxta olduğu göstərilmişdir. O, sənədlərin məhkəmə texniki ekspertizasının rəyi ilə razı olduğunu, rəylə bağlı heç bir etirazı və vəsatəti olmadığını bildirmişdir. 21 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən məhkəmənin qərarı əsasında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3, mənzil 480 ünvanında axtarış keçirilmişdir. Axtarışın keçirilməsi onun özünün iştirakı ilə aparılmış və axtarış zamanı video kamera vasitəsi ilə çəkiliş aparılmışdır. Axtarış zamanı yaşadığı mənzilin qonaq otağında yerləşən kitab rəfinin içində olan ona məxsus müxtəlif adda dini və eyni zamanda müxtəlif məzmunda azərbaycan, türk və ərəb dilində olan kitablar, kitab külliyyatları, məqalələr, 02 ədəd DVD disk və içərisində qeydlər aparılmış 03 ədəd kitabça aşkar edilib götürülmüşdür. Aşkar edilmiş əşyaları iki ədəd sellofan torbada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvandan aşkar edilmiş kitabların, kitab külliyyatları, məqalələr və 02 ədəd DVD diskin ona məxsus olduğunu bildirmişdir. Yaşadığı ünvanda keçirilən axtarışla bağlı onun heç bir etirazı və narazılığı olmamış, daha sonra müstəntiq tərəfindən yaşadığı ünvana axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən 21 iyul 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus ofisdə yerləşən onun iş otağına məhkəmənin qərarı əsasında axtarış keçirilmişdir. Axtarışın keçirilməsi onun özünün iştirakı ilə aparılmış, axtarış zamanı video kamera vasitəsi ilə çəkiliş aparılmışdır. Axtarış zamanı iş otağından dolabın içərisindən 01 ədəd qovluqda müxtəlif şəxslərə aid daşınmaz əmlakların çıxarış sənədləri, 02 ədəd qovluqda şirkətə məxsus olan sənədlər, 02 ədəd dini kitabça, 02 ədəd kitab külliyatı, 01 ədəd Azərbaycan Beynəlxalaq Bankına aid qəbz kitabçası, 05 ədəd möhür, 02 ədəd imza möhürü, 02 ədəd içərisində qeydlər aparılmış kitabça, 02 ədəd böyük ölçülü yaddaş qurğusu, 1 ədəd kiçik ölçülü yaddaş qurğusu (flaşka), 01 ədəd kompyutar dəsti, 01 ədəd kompyuterin sistem bloku, iş otağında yerləşən seyfin içərisində 12.516 manat və 500 ABŞ dolları pul vəsaiti, müxtəlif növ qızıl-zinət əşyaları aşkar edilmişdir. Aşkar edilmiş pul vəsaiti 01 ədəd kağız zərfdə, sənədlər, kitablar və digər əşyalar isə 01 ədəd karton qutuda polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. İş otağında axtarış aparılması ilə bağlı onun heç bir etirazı və narazılığı olmamış, iş otağında axtarış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, o, "xxxx" MMC-də 2020-ci ilin oktyabr ayında 2023-cü ilin mart ayının sonlarına kimi maliyyə mütəxəssisi vəzifəsində işləmiş, 2023-cü ilin mart ayının sonlarında onun müqaviləsinə formal şəkildə xitam verilsə də, sonrakı dövrdə mütamadi olaraq "xxxx" MMC-yə gedərək gördüyü işi davam etdirmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ofisində yerləşən iş otağından aşkar edilmiş 01 ədəd qovluqda müxtəlif şəxslərə aid daşınmaz əmlakların çıxarış sənədlərinin, 02 ədəd qovluqda olan sənədlərin, 01 ədəd Azərbaycan Beynəlxalaq Bank ASC-yə aid qəbz kitabçasının, möhürlərin, 01 ədəd kompyuter dəstinin, 01 ədəd kompyuterin sistem blokunun, iş otağında yerləşən seyfin içərisində olan 12.516 manat və 500 ABŞ dolları pul vəsaitinin, müxtəlif növ qızıl-zinət əşyalarının "xxxx" MMC-yə məxsus olduğunu, 02 ədəd dini kitabçanın, 02 ədəd kitab külliyatının, qeyd kitabçalarının və yaddaş qurğularının isə ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. Şahid qeyd etmişdir ki, 20 iyul 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs satış məqsədilə saxta pul əldə etməsi və üzərində saxlaması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 20 iyul 2023-cü il tarixdə saat 08:05 radələrində ünvan 2 ünvanının yaxınlığında “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobilin yanında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən edilmiş, əməliyyat qrupunun üzvləri həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədilə saxta pul əldə etməkdə şübhəli olduğunu bildirib onun barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış edərək idarə etdiyi avtomobillə birlikdə BMCMİ-nə gətirilmişdir. Baş İdarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, baş təhqiqatçısı Babək Haqverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən saxta pul və ya digər qanunsuz əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə saxta 100 ABŞ dolları pul əskinasları olduğunu bildirib, əynində olan şalvarının sağ yan cibində olan 05 ədəd 100 ABŞ dolları, 01 ədəd 100 manat, 02 ədəd 20 manat, 01 ədəd 5 manat pul əskinasını və 80 qəpik pulu, əynində olan köynəyinin sol ön cibində olan şəxsiyyət və sürücülük vəsiqələrini, 02 ədəd ödəniş qəbzini, 02 ədəd vizit kartı və 01 ədəd plastik bank kartını, əynində olan şalvarının sol yan cibində olan 01 ədəd “Xiaomi” markalı və 01 ədəd “İphone” markalı mobil telefon aparatlarını, 02 ədəd mənzil açarını və 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd 100 ABŞ dolları pul əskinasının saxta olduğunu və təqdim etdiyi digər pul əskinaslarının isə saxta olmadığını bildirmişdir. Onun təqdim etdiyi pul əskinaslarına baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən baxış keçirilmiş və əskinasların seriya nömrələri bir-bir oxunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul əskinasları baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, 01 ədəd plastik bank kartı, 02 ədəd ödəniş qəbzi, 02 ədəd vizit kart iş üzrə əhəmiyyət kəsb etdiyi üçün baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən götürülmüş, aşkar edilmiş 02 ədəd mənzil açarı və 01 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 ədəd 100 ABŞ dolları pul əskinasının saxta olduğunu əvvəlcədən bildiyini, həmin saxta pul əskinaslarını satmaq və qazanc əldə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi və hazırda Baş İdarənin həyətində saxlanılan “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobildə saxta pul və qiymətli kağızlar, eləcə də qanunla qadağan olunmuş əşya və ya predmetlər saxlaması barədə soruşulduqda, Təqsirləndirilən şəxs səmimi şəkildə etiraf edib idarə etdiyi avtomobildə 20 ədəd saxta 100 ABŞ dolları pul əskinası olduğunu və həmin əskinasları təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra video çəkiliş dayandırılmış, şəxsi axtarış keçirilməsi barədə baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 ədəd 100 ABŞ dolları və digər pul əskinaslarının seriya nömrələri protokolda qeyd edilmiş, protokol tərtib olunduqdan sonra iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra həmin günü Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılan onun idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobilə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi avtomobildə saxta pul və qiymətli kağızlar, eləcə də qanunla qadağan edilmiş əşya və predmetlər varsa həmin pul və əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə 20 ədəd saxta 100 ABŞ dolları pul əskinası olduğunu bildirib, özündə olan avtomobil açarı ilə idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobilin qaplarını açıb, avtomobilin arxa sol oturacağının üzərində olan 01 ədəd göy rəngli əl çantasını götürüb həmin çantanın ön cibində olan 20 ədəd 100 ABŞ dolları pul əskinasını çıxarıb təqdim etmişdir. Baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 20 ədəd ABŞ dolları pul əskinaslarına baxış keçirilmiş və həmin əskinasların seriya nömrələri bir-bir oxunmuş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 20 ədəd 100 ABŞ dolları pul əskinası 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasından 01 ədəd kompyuter, 01 ədəd elektron planşet kitab, müxtəlif başlıqlı məqalələr, müxtəlif qeydlər aparılmış kağızlar və şəxsi əşyalar aşkar edilib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildən aşkar edilmiş 20 ədəd 100 ABŞ dolları pul əskinasının saxta olduğunu əvvəlcədən bildiyini, həmin saxta pul əskinaslarını satmaq və qazanc əldə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Avtomobilə baxış keçirilməsi başa çatdıqdan sonra video çəkiliş dayandırılmış və baxışda iştirak edən iştirakçılar Baş İdarəsinin inzibati binasında yerləşən xidməti otağa dəvət edilərək, baxışın keçirilməsi barədə baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs idarə etdiyim avtomobildən aşkar edilmiş 20 ədəd 100 ABŞ dolları pul əskinaslarının seriya nömrələri və avtomobildən aşkar edilmiş bütün material və əşyaların adları bir-bir protokolda qeyd edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. 21 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda və işlədiyi ofisdə yerləşən iş otağında keçirilən axtarış proseslərində iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, onun müdafiəçisi və tədbir iştirakçıları həmin günü saat 15 radələrində ilk növbədə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3, mənzil 480 ünvanına gəlmişlər. Təqsirləndirilən şəxs özündə olan açarla yaşadığı mənzilin giriş qapısını açıb tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmiş, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxta pul və qanunla qadağan olunan əşya və predmet varsa həmin pul və əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxta pul və qanunla qadağan olunan əşya və predmet saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun yaşadığı qeyd edilən ünvanda axtarış aparılmışdır. Axtarış zamanı mənzilin qonaq otağında yerləşən kitab rəfinin içərisində olan əşyalardan 30 ədəd kitab, 08 ədəd kitab külliyyatı, 02 ədəd məqalə, 02 ədəd DVD disk və 03 ədəd müxtəlif qeydlər aparılmış kitabça aşkar edilib müstəntiq tərəfindən götürülmüşdür. Aşkar edilmiş kitablar və materiallar əsasən Azərbaycan və Türk dillərində, bəziləri isə Ərəb və ya Fars dillərində olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş həmin kitabların və materialların adları müstəntiq tərəfindən bir-bir oxunmuş, sonra 02 ədəd sellofan torbada qablaşdırılmış, qablaşmanın üzərində qeydlər aparılmış və möhürlənmiş, qablaşmanın üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilib götürülmüş kitabların və digər materialların ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər otaqlarında axtarış aparılmış və iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Bundan sonra axtarışın keçirilməsi başa çatdırılmış və Təqsirləndirilən şəxs yaşadığı ünvanda aparılan axtarışla bağlı protokolun tərtib edilməsi üçün axtarışda iştirak edən bütün iştirakçılar müstəntiq tərəfindən BMCMİ-nə dəvət edilmişlər. Axtarışın keçirilməsi və bu barədə protokolun BMCMİ-də tərtib edilməsi ilə bağlı Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən etiraz daxil olmamış və sonra axtarışın keçirilməsi ilə bağlı aparılan video çəkiliş dayandırılmışdır. Bundan sonra axtarışda iştirak edən bütün iştirakçılar BMCMİ-nə gələrək idarədə xidməti otaqda Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilən axtarışla bağlı protokolun tərtib olunması prosesində iştirak etmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kitabların və digər materialların adları müstəntiq tərəfindən bir-bir protokolda qeyd edilmiş, sonra protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra həmin günün, yəni 21 iyul 2023-cü il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs işlədiyi ofisdə yerləşən iş otağında axtarış istintaq hərəkətinin keçirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs, onun müdafiəçisi və tədbir iştirakçıları birlikdə Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 5A ünvanında yerləşən ofisə gəlmişlər. Təqsirləndirilən şəxs özündə olan açarla ofisin giriş qapısını açıb tədbir iştirakçılarını ofisə dəvət etmişdir. Həmin ofisdə yalnız Təqsirləndirilən şəxs iş otağında axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs iş otağında saxta pul və qanunla qadağan olunan əşya və predmet varsa həmin pul və əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs iş otağında saxta pul və qanunla qadağan olunan əşya və predmet saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun iş otağında axtarış aparılmışdır. Axtarış zamanı iş otağında yerləşən dolabın içərisindən 02 ədəd qovluqda müxtəlif sənədlər, 02 ədəd dini məzmunlu kitabça, 02 ədəd türk dilində kitab külliyyatı, 02 ədəd içərisində müxtəlif qeydlər aparılmış qeyd kitabçaları, möhürlər, bundan əlavə iş otağında yerləşən masanın alt hissəsində olan dəmir seyfin içərisindən sellofan bağlamada olan qızılı-zinət əşyalarına oxşar əşyalar, ümumilikdə 12.516 manat və 500 ABŞ dolları pul əskinası, kompüter dəsti və yaddaş qurğuları aşkar edilərək iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs iş otağından aşkar edilmiş həmin kitabların, materialların, digər əşya və qurğuların adları və markaları müstəntiq tərəfindən bir-bir oxunmuş, sonra 01 ədəd sellofan torbada və 01 ədəd karton qutuda qablaşdırılmış, qablaşmanın üzərində qeydlər aparılmış və möhürlənmiş, qablaşmanın üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra axtarışın keçirilməsi başa çatdırılmış və Təqsirləndirilən şəxs iş otağında aparılan axtarış istintaq hərəkəti ilə bağlı protokolun tərtib edilməsi üçün axtarışda iştirak edən bütün iştirakçılar müstəntiq tərəfindən BMCMİ-nə dəvət edilmişlər. Axtarışın keçirilməsi və bu barədə protokolun BMCMİ-də tərtib edilməsi ilə bağlı Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən etiraz daxil olmamış və sonra axtarışın keçirilməsi ilə bağlı aparılan video çəkiliş dayandırılmışdır. Bundan sonra axtarışda iştirak edən bütün iştirakçılar BMCMİ-nə gələrək idarədə xidməti otaqda Təqsirləndirilən şəxs iş otağında keçirilən axtarışla bağlı protokolun tərtib olunması prosesində iştirak etmişlər. Təqsirləndirilən şəxs iş otağından aşkar edilmiş kitabların, materialların, digər əşyaların və qurğuların adları müstəntiq tərəfindən bir-bir protokolda qeyd edilmiş, sonra protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş İdarəyə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir, belə hallar olmamışdır. Eləcə də Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir təzyiq və zorakılıq hərəkətlər edilməmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş ekspert X16 ifadəsində göstərmişdir ki, rəyin tədqiqat predmeti olmuş 25 ədəd saxta 100 ABŞ dollar pul əskinasları, dini ekstremist materiallar hesab olunan - M.Fethullah Gülenin “Ölçü ve yoldakı işıklar”, M.Fethullah Gülenin “Yaratılış gerçeği ve evrim”, M.Fethullah Gülenin “X36”, M.Fethullah Gülenin “Asrın getirdiği tereddüdler 1”, M.Fethullah Gülenin “İnancın gölgesinde”, X32 “X7”, M.Fethullah Gülenin “Kırık testi: İmtihanlar kuşağı” adlı kitablar, https://fgulen.com/tr/ saytında yayınlanmış “Ali Bayramı uğurlarken” (2 ədəd); Bizden misin?” (2 ədəd); “X20 mimar”; “X29 çırpışı”; www.tr724.com saytından götürülmüş üzərində “Financial Times: Erdoğan, Gülenin suçlu olduğuna müttefiklerinden çok azını ikna ede bildi”; “Samanyolu haberde yayınlanmış X8, elinde bir masa saati...” sözlər yazılmış kserosurətlər, yaddaşında Fəthullah Gülənin “Kirik testi”, “İrşad ekseni”, “Mealli dua mecmuası”, “Miraç enginlikli ibadet”, “Söhbet atmosferi”, Sonsuz nur 1-2”, “Ruhumuzun heykelini dikerken 1-2” kitablarının PDF formatda elektron versiyası və F.Gülənin ABŞ-ın Pensilvaniya ştatında yerləşən iqamətgahında apardığı dini söhbətlərin video lent yazısı olan üzərində “ZYKLEN” yazılmış 02 ədəd DVD disk, yaddaşında Fəthullah Gülənin “İnancın gölgesinde-2”, “Ölçü ve ya yoldakı işıklar” kitablarının elektron versiyaları olan “Kindle book reader” elektron kitab” və digər materiallardır. Rəy verərkən onlara təqdim olunmuş maddi sübutlar əsasında dini təyinatlı ədəbiyyatların mal və məlumatların ekspertizası əsasında keçirilir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 20 iyul 2023-cü il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta əldə etməsi barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə saat 08:05-də ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobillə birlikdə ünvan 5 ünvanında yerləşən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 05 ədəd 100 ABŞ dollar nominallı saxta xarici valyutaya bənzər seriya nömrələri PF98731822H, PF98731883H, PF98731037H, PF98731835H, PF98731640H olan pul əskinasları, 01 ədəd 100 manat nominallı A171500163 nömrəli, 02 ədəd 20 manat nominallı A19182498 və A46348752 nömrəli, 01 ədəd 5 manat nominallı A55622905 nömrəli pul əskinasları və 80 qəpik, əynində olan ağ rəngli köynəyin sol ön cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 02 ədəd ödəniş qəbzi, 02 ədəd vizit kart və 01 ədəd plastik bank kartı, əynində olan şalvarının sol yan cibindən 01 ədəd “Xiaomi” markalı və 01 ədəd “İphone” markalı mobil telefon aparatları, 02 ədəd mənzil açarı və 01 ədəd avtomobil açarı aşkar edilmişdir. Aşkar edilmiş 02 ədəd mənzil açarı və 01 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs özünə qaytarılmış, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul əskinasları, mobil telefonlar və digər əşyalar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış keçirilməsi və götürmə aparılması haqqında 20 iyul 2023-cü il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iştirakı və onun razılığı əsasında 20 iyul 2023-cü il tarixdə saat 11:00-dan etibarən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Captiva” markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa sol oturacağı üzərində olan 01 ədəd göy rəngli əl çantasının ön cibindən 20 ədəd 100 ABŞ dollar nominallı saxta xarici valyutaya bənzər seriya nömrələri PF98721643H, PF98731644H, PF98741642H, PF98731881H, PF98731884H, PF98731825H, PF98731824H, PF98731823H, PF98731963H, PF987319205H, PF98731821H, PF98731829H, PF98731828H, PF98731827H, PF98731826H, PF98731835H, PF98731829H, PF98731845H, PF98731827H, PF98731828H olan pul əskinasları, 01 ədəd “Asus” markalı noutbuk tipli kompüter, 01 ədəd “Kindle book reader” markalı elektron planşet kitab, 02 ədəd üzərində “X19” başlıqlı məqalə, 01 ədəd üzərində “X20 Mimar” başlıqlı məqalə, 02 ədəd “Bizden misin” başlıqlı məqalə, 01 ədəd “X29 Çırpışı” başlıqlı məqalə, 04 ədəd flash card yaddaş qurğusu, müxtəlif adda sənədlər və əşyalar aşkar edilərək götürülmüş, baxış zamanı avtomobildən aşkar edilmiş ətir və avtomobil açarı Təqsirləndirilən şəxs özünə qaytarılmış, lakin 20 ədəd ABŞ dolları pul əskinasları, 01 ədəd “Asus” markalı noutbuk tipli kompüter, 01 ədəd “Kindle book reader” markalı elektron planşet kitab, məqalələr, digər əşya və sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Axtarış və götürmə aparılması haqqında 21 iyul 2023-cü il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin istintaq hərəkətlərinin aparılmasına dair 21 iyul 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3, mənzil 480 ünvanında axtarış istintaq hərəkəti keçirilmiş, axtarış zamanı mənzilin qonaq otağında yerləşən kitab rəfindən 01 ədəd üzərində “X21 Sultanı Efendimiz”, 01 ədəd üzərində “X11 Sultanı Peyğəmbərimiz 1”, 01 ədəd üzərində “X11 Sultanı Peyğəmbərimiz 2”, 01 ədəd üzərində “Peyğənbərlər Tarixi 1”, 01 ədəd üzərində “Peyğənbərlər Tarixi 2”, 01 ədəd üzərində Düzceli Mehmet”, 01 ədəd üzərində “Qurani-Kərim Əlifbası”, 01 ədəd üzərində X32 “X7”, 01 ədəd üzərində Qul Haqqı”, 01 ədəd üzərində “Şəmail”, 01 ədəd üzərində “Faziletli Dualar”, 01 ədəd üzərində “X33 Baritası”, 01 ədəd üzərində “Renkler”, 01 ədəd üzərində Həyatus-Səhabə 1”, 01 ədəd üzərində Həyatus-Səhabə 2”, 01 ədəd üzərində “X34 Artık İşsizim”, 01 ədəd üzərində “Dərsimiz Ailə, X17”, 01 ədəd üzərində “X6 ve Adabı” 01 ədəd üzərində “Beyaz Sır”, 01 ədəd üzərində “X25”, 01 ədəd üzərində “Sahabiler Ansiklopedisi”, 01 ədəd üzərində “Ey Allah”, 01 ədəd üzərində “X22 Kuşağı”, 01 ədəd üzərində “X27”, 01 ədəd “Riyazus Salehin”, 01 ədəd üzərində “Mərhəmət və X13 Məhəmməd”, 01 ədəd üzərində “Nə üçün İbadət Etməliyik?” və 01 ədəd üzərində “Kurani Kerim və Muhtasar Meali” sözləri yazılmış kitablar, 01 ədəd içərisində Ərəb və yaxud Fars əlifbaları ilə sözlər yazılmış üzəri qırmızı rəngli kitab və 01 ədəd içərisində Ərəb və yaxud Fars əlifbaları ilə sözlər yazılmış üzəri yaşıl rəngli kitab, 01 ədəd üzərində “Namaz Tesbihatı və Türkçe Açıklaması”, 01 ədəd üzərində “Namaz Tesbihatı” və 01 ədəd üzərində “Cevşen-İ Kebir” sözlər yazılmış kitabçalar, 01 ədəd üzərində “Ölçü və ya Yoldaki İşıklar”, 01 ədəd üzərində “Yaratılış Gerçeği və Evrim”, 02 ədəd üzərində “Meşnevi-İ Nuriye”, 01 ədəd üzərində “İşarat-ül İcaz”, 01 ədəd üzərində “İnancın Gölgesinde”, 01 ədəd üzərində “X36” və 01 ədəd üzərində “X9 1” sözlər yazılmış kitab kserosurətləri, 01 ədəd üzərində “X8 elində bir masa saati” və 01 ədəd üzərində “Erdoğan Gülenin suçlu olduğuna müttefiklərinden çok azını ikna edebildi” sözlər yazılmış məqalələr, 01 ədəd üzəri göy rəngli və 01 ədəd üzəri qırmızı rəngli olan içərisində müxtəlif qeydlər aparılmış qeyd kitabçaları, 02 ədəd üzərində “ZYKLEN” sözü yazılmış dvd disk aşkar edilib götürülmüşdür. Axtarış və götürmə aparılması haqqında 21 iyul 2023-cü il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin istintaq hərəkətlərinin aparılmasına dair 21 iyul 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs iştirakı ilə onun işlədiyi "xxxx" MMC-yə məxsus ofisində yerləşən iş otağında axtarış istintaq hərəkəti keçirilmiş, axtarış zamanı iş otağından 03 ədəd qovluqda müxtəlif sənədlər və sənəd nümunələri, 01 ədəd üzərində “Sabah-Akşam Duaları” və 01 ədəd üzərində “Böyük Cövşən” sözləri qeyd edilmiş kitabçalar, 01 ədəd üzərində “X4” və 01 ədəd üzərində “Üstadla Hasbihal” sözləri yazılmış kitab kserosurətləri, 02 ədəd üzəri göy rəngli olan içərisində müxtəlif qeydlər aparılmış qeyd kitabçaları, 01 ədəd Təqsirləndirilən şəxs adına verilmiş sertifikat, möhürlər, iş otağında yerləşən dəmir seyfin içərisindən 02 ədəd sellofan bağlamada olan 05 ədəd qızılı rəngli qolbaq, 07 ədəd qızılı rəngli üzük, 02 ədəd qızılı rəngli boyunbağı, 01 cüt qızılı rəngli sırğa, 01 ədəd qızlı rəngli sırğa, 01 ədəd qızlı rəngli sırğa, 08 ədəd qızılı rəngli dairəvi formalı əşya, 124 ədəd 100 manat, 4 ədəd 20 manat və 36 ədəd 1 manat əskinaslarda ümumilikdə 12.516 manat pul vəsaiti, 05 ədəd 100 ABŞ dollar olmaqla 500 ABŞ dolları pul əskinası, çek kitabçası, 01 ədəd “Seagate” markalı və 01 ədəd “WD” markalı yaddaş qurğusu, 01 ədəd “San isk” markalı flaşkart yaddaş qurğusu, 01 ədəd “Acer” markalı kompüter dəsti, 01 ədəd “Qori” markalı kompüter sistem bloku aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədlərin məhkəmə texniki ekspertizasının 20 iyul 2023-cü il tarixli 5/1001 nömrəli rəyindən görünür ki; Tədqiqata təqdim edilmiş PF98731822H, PF98731883H, PF98731037H, PF98731835H, PF98731640H nömrəli 05 ədəd, PF98721643H, PF98731644H, PF98741642H, PF98731881H, PF98731884H, PF98731825H, PF98731824H, PF98731823H, PF98731963H, PF987319205H, PF98731821H, PF98731829H, PF98731828H, PF98731827H, PF98731826H, PF98731835H, PF98731829H, PF98731845H, PF98731827H, PF98731828H nömrəli 20 ədəd 100 nominal ABŞ dollarına oxşar obyektlər ofset çap üsulu ilə hazırlanmışdır və ABŞ X23 (X24) tərəfindən tədavülə buraxılmış eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir. Təqdim edilmiş 100 ABŞ dolları pul əskinaslarına oxşar tədqiqat obyektləri ABŞ X23 (X24) tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əskinasından açıq-aşkar formada fərqlənmir. Tədqiqata təqdim edilmiş A171500163 nömrəli 100 nominal, A19182498 və A46348752 nömrəli 20 nominal, A55622905 nömrəli 5 nominal Azərbaycan manatı pul əskinasları poliqrafik çap üsulu ilə hazırlanmışdır, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmuşdur və Mərkəzi Bankın tədavülə buraxdığı eyni nominal pul əskinasları ilə eynilik təşkil edir. Təqdim edilmiş 100, 20 və 5 Azərbaycan manatı əskinasları Mərkəzi Bankın tədavülə buraxdığı eyni nominal pul əskinasları ilə eynilik təşkil etdiyi üçün ekspert qarşısında qoyulmuş sonuncu sual 100, 20 və 5 Azərbaycan manatı əskinasları üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-dinşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-4/1254 nömrəli rəyindən görünür ki, 1-2). Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar, həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar müəyyən edilməmişdir. 3). Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar əks olunmamışdır. 4). Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini cərəyanın yayılması və təbliği halları əks olunmamışdır. 5). Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında aşkar surətdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. 6). Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda fəal iştirak etmə, eləcə də, belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. 7). Ekspertizaya təqdim edilmiş kitablardan aşağıda adları qeyd olunanlar istisna olmaqla, digərləri dini təyinatlı hesab olunur:
1. Özlem Açarın “Yaşasın artık işsizim”;
2. Taci Şentürk. “Dərsimiz ailə, X17”;
3. Halit Ertoğrulun “Düzceli Ertuğrul”;
4. İsmail Acarkanın “X25”;
5. Mehmet Erdoğanın “X27”;
6. Pelin Gülşenin “Renkler”. Həmçinin bildiririk ki, Rəşad Haylamazın “X11 sultanı” 2 cild olmaqla birinci cilddən 2 nüsxədir. “Namaz tesbihatı” kitabı da 2 nüsxədən ibarətdir. 8). Təqsirləndirilən şəxs götürülmüş və dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təyinatlı məlumat materiallarından M.Fethullah Gülenin “Ölçü ve yoldakı işıklar”, M.Fethullah Gülenin “Yaratılış gerçeği ve evrim”, M.Fethullah Gülenin “X36”, M.Fethullah Gülenin “Asrın getirdiği tereddüdler 1”, M.Fethullah Gülenin “İnancın gölgesinde”, X32 “X7”, M.Fethullah Gülenin “Kırık testi: İmtihanlar kuşağı” kitabları, https://fgulen.com/tr/ saytında yayınlanmış “Ali Bayramı uğurlarken” (2 ədəd); Bizden misin?” (2 ədəd); “X20 mimar”; “X29 çırpışı”; www.tr724.com saytından götürülmüş üzərində “Financial Times: Erdoğan, Gülenin suçlu olduğuna müttefiklerinden çok azını ikna ede bildi”; “Samanyolu haberde yayınlanmış X8, elinde bir masa saati...” kserosurətləri, üzərində “ZYKLEN” yazılmış DVD disklərdə olan Fəthullah Gülənin “Kirik testi”, “İrşad ekseni”, “Mealli dua mecmuası”, “Miraç enginlikli ibadet”, “Söhbet atmosferi”, Sonsuz nur 1-2”, “Ruhumuzun heykelini dikerken 1-2” kitablarının PDF formatda elektron versiyası, F.Gülənin ABŞ-ın Pensilvaniya ştatında yerləşən iqamətgahında apardığı dini söhbətlərin video lent yazısı, “Kindle book reader” elektron kitab”ında aşkarlanmış Fəthullah Gülənin “İnancın gölgesinde-2”, “Ölçü ve ya yoldakı işıklar” kitablarının elektron versiyaları dini ekstremist materiallar hesab olunur. Belə ki, dinşünaslıq ekspertizasına təqdim edilmiş həmin dini təyinatlı məlumat materialları Türkiyə Respublikasında 15 iyul 2016-ci il tarixində baş vermiş dövlət çevrilişinə cəhddə ittiham olunan “FETÖ” (X12) təşkilatının lideri sayılan Fəthullah Gülənə aiddir və ya onun şəxsiyyətinin təbliğatı xarakterlidir. Fəthullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın strateji hədəflərindən birinin dindən istifadə etməklə dövlətin əsas strukturlarını ələ keçirmək olduğu məlumdur. Qeyd olunduğu kimi 15 iyul 2016-cı il tarixində X5 Gülənin tərəfdarları olduğu bildirilən bir qrup hərbçi tərəfindən çevrilişə cəhd edilmişdir. 300-dən artıq insanın həlak olması, 1500-ə yaxın insanın yaralanması ilə nəticələnən qiyam terror hadisəsi kimi qiymətləndirilmişdir. Bu tarixdən etibarən Fəthullah Gülənin rəhbərlik etdiyi Hizmət Hərəkatı FETÖ terror təşkilatı və bu Hərəkata bağlı olanlar FETÖ terror təşkilatının üzvləri kimi qəbul edilmişdir. Həmin dövrdə Türkiyə Cümhuriyyətində ordu sıralarında, bir çox dövlət qurumlarında və özəl sahələrdə çalışan on minlərlə şəxs FETÖ terror təşkilatına yardım etməkdə ittiham olunaraq həbs edilmiş, Hərəkatın bir çox sosial müəssisələri, vəqf, dərnək, universitet, lisey və dərsxanaları, iqtisadi sahədəki müəssisələri bağlanmışdır. Bu proses tədricən dünyanın 48 ölkəsində davam etmişdir. Azərbaycanda da geniş şəbəkə qurmağa çalışmış FETÖ-yə bağlı bir çox müəssisə ya bağlanmış, ya da rəhbərləri dəyişdirilərək dövlətin nəzarətinə keçmişdir. Eyni zamanda, məlum hadisədən sonra X1ruluşunu zorla dəyişdirilməsinə cəhd edən “X14” (FETÖ) qruplaşmasının rəhbəri Fəthullah Gülənin din adamı qiyafəsi altında insanların rəğbətini qazanmaq və təşkilata üzvlər cəlb etmək məqsədilə hazırlanmış 672 adda kitab, CD, DVD və digər məlumat materiallarının çapı, yayılması, satışı 2016-cı ilin iyulun 29-da İstanbul Bakırköy məhkəməsi tərəfindən qadağan edilmişdir. 9). Təqdim edilmiş aşağıda adları qeyd olunan dini ədəbiyyat nümunələri ekspert qarşısında qoyulmuş suallara əsasən, ölkəyə xaricdən idxal olunmuşdur:
1. “Namaz tesbihatı”;
2. “Cevşeni-kebir;
3. Hüseyin Algülün “Peyğamberimizin şemayili, ahlak ve adabı”;
4. X26 “Eyvallah”;
5. X15 “Beyaz sır: Allahın güzel isimleri”;
6. “Peyğamber efendimizin dilindən sabah-akşam duaları”. Digər dini ədəbiyyat nümunələri ölkə nəşriyyatlarında çap olunmuşdur. 10). Təqsirləndirilən şəxs götürülmüş və dinşünaslıq ekspertizasına təqdim edilmiş aşağıda adları qeyd olunan dini ədəbiyyat nümunələrinin ölkəyə idxalına müvafiq razılığın alınması ilə bağlı X35 üzrə Dövlət Komitəsinə hər hansı müraciət daxil olmamışdır:
1. X15 “Beyaz sır: Allahın güzel isimleri”;
2. İhsan Atasoy və Mehmet Paksunun “Sahabiler ansiklopedisi”; X28 “Faziletli dualar” Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, avtomobilə baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk və mənzilə axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına tikilmiş və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 25 ədəd saxta 100 ABŞ dollar pul əskinasları, dini ekstremist materiallar hesab olunan - M.Fethullah Gülenin “Ölçü ve yoldakı işıklar”, M.Fethullah Gülenin “Yaratılış gerçeği ve evrim”, M.Fethullah Gülenin “X36”, M.Fethullah Gülenin “Asrın getirdiği tereddüdler 1”, M.Fethullah Gülenin “İnancın gölgesinde”, X32 “X7”, M.Fethullah Gülenin “Kırık testi: İmtihanlar kuşağı” adlı kitablar, https://fgulen.com/tr/ saytında yayınlanmış “Ali Bayramı uğurlarken” (2 ədəd); Bizden misin?” (2 ədəd); “X20 mimar”; “X29 çırpışı”; www.tr724.com saytından götürülmüş üzərində “Financial Times: Erdoğan, Gülenin suçlu olduğuna müttefiklerinden çok azını ikna ede bildi”; “Samanyolu haberde yayınlanmış X8, elinde bir masa saati...” sözlər yazılmış kserosurətlər, yaddaşında Fəthullah Gülənin “Kirik testi”, “İrşad ekseni”, “Mealli dua mecmuası”, “Miraç enginlikli ibadet”, “Söhbet atmosferi”, Sonsuz nur 1-2”, “Ruhumuzun heykelini dikerken 1-2” kitablarının PDF formatda elektron versiyası və F.Gülənin ABŞ-ın Pensilvaniya ştatında yerləşən iqamətgahında apardığı dini söhbətlərin video lent yazısı olan üzərində “ZYKLEN” yazılmış 02 ədəd DVD disk, yaddaşında Fəthullah Gülənin “İnancın gölgesinde-2”, “Ölçü ve ya yoldakı işıklar” kitablarının elektron versiyaları olan “Kindle book reader” elektron kitab” saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş və Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən ofisindən aşkar edilmiş ümumilikdə 12.516 manat və 500 ABŞ dolları həqiqi pul əskinasları və qızıl-zinət əşyalarına oxşar əşyalar DİN-in Maliyyə-Plan İdarəsinin depozitinə verilmişdir. Şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Nuran Əliyeva, xx.xx.2009-cu il təvəllüdlü Bahar Əliyeva və xx.xx.2009-cu il təvəllüdlü Osman Əliyev Təqsirləndirilən şəxs himayəsindədir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə görə: İ Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İİ İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə görə, irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə görə, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. “Dini ekstremizmə qarşı mübarizə haqqında” 04 dekabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, dini ekstremizmin (dini ekstremist fəaliyyətin) əsas əlaməti onun dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində həyata keçirilməsidir. Həmin Qanunun 1.0.1.8-ci maddəsinə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması dini ekstremizmin təzahür formalarındandır. Dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar dedikdə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsini, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılmasını, həmin birləşmə və ya qruplarda iştirakı, terror fəaliyyətinin həyata keçirilməsini, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakı, milli, sosial və ya dini nifrətin salınmasını, milli ləyaqətin alçaldılmasını, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsini, şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsini, habelə sadalanan fəaliyyətlərə açıq çağırışların edilməsini ehtiva edən kağız vərəqələr, kağız və ya elektron məktublar, internet infomasiya ehtiyatlarında sosial şəbəkələrdə yazılı, görüntülü, səsli paylaşımlar, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, bəyanatlar və sair bu kimi materiallar başa düşülür. Eyni zamanda satış məqsədi ilə saxta xarici valyuta əldə etmə cinayətin obyekti Azərbaycan Respublikasının maliyyə-pul sisteminin mövcudluğunu və normal fəaliyyətini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekt qismində dövlətin iqtisadi mənafeləri çıxış edə bilər. Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma cinayətinin ictimai təhlükəliliyi bu əməllər nəticəsində qeyriqanuni tədavülə buraxılan saxta pul və ya qiymətli kağızların ölkənin maliyyə-pul sistemini ciddi təhlükə altında qoymasından ibarətdir. Saxta ödəniş vasitələrinin tədavüldə olması nəticəsində bazar münasibətlərinin müxtəlif subyektlərinin iqtisadi mənafelərinə mühüm ziyan vurula bilər. Ona görə də şərh edilən əmələ görə məsuliyyət nəzərdə tutulmasında məqsəd həm ölkəmizin milli valyutasının, xarici valyutanın və müxtəlif qiymətli kağızların cinayətkar qəsdlərdən qorunması, həm də bazar münasibətləri iştirakçılarının mənafelərinin saxta ödəniş vasitələri ilə vurula biləcək ziyanlardan mühafizə olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 167-3.1 və 204.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsindən fərqli olaraq üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş 2.500 ABŞ dolları saxta pul əskinasları, eləcə də idarə etdiyi avtomobildən və yaşadığı ünvandan aşkar edilmiş dini ekstremist materiallar hesab edilən kitablar və materiallar ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən edilən fizki və psixi təsirlərə məruz qalması nəticəsində üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş 2.500 ABŞ dolları saxta pul əskinasları, eləcə də idarə etdiyi avtomobildən və yaşadığı ünvandan aşkar edilmiş dini ekstremist materiallar hesab edilən kitablar və materiallar ona məxsus olmamasını bildirdiyini desə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməlləri törətməsi ibtidai istintaq zamanı verdiyi özünün izahatı, 20 iyul 2023cü il tarixdə şübhəli şəxs qismində, 21 iyul 2023-cü il tarixdə və 22 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, 20 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, 20 iyul 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, 21 iyul 2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahidlərin ifadələri, sənədlərin məhkəmə texniki ekspertizasının 20 iyul 2023-cü il tarixli 5/1001 nömrəli rəyi, məhkəmə-dinşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-4/1254 rəyi həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, sadalanan istintaq hərəkətləri onun və müdafiəçisinin iştirakı ilə video çəkliş aparılmışdır. Bundan başqa barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə olduğu zaman təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində saxta xarici valyutadan istifadə etmədiyini, sadəcə satıb pula çevirmək istədiyini, istintaqa məlum olmayan şəxsdən əldə etdiyini təsdiq etmişdir. Həmçinin məhkəmədə ifadə verən şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili, Şahid onu ifşa edərək göstərilən qeyd edilən cinayət əməlini törətdiyini, saxlanılan günü sərbəst ifadə verərək, törətdiyi əməli etiraf etdiyini təqsirləndirilən şəxsin üzünə qarşı demişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, cinayəyt işinin ibtidai istintaqı zamanı fiziki təzyiqlərə məruz qalması, ona qarşı polis əməkdaşları tərəfindən zorakılıq göstərilməsi barədə bağlı qeyd etməyi zəruri hesab edir ki, 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə, habelə qanunsuz hərəkətlərə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından,Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan təqsirləndirilən şəxs tərəfindən şikayət verilib mübahisələndirilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxs ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadələrini təzyiq göstərdiyi iddia edilən polis əməkdaşlarına deyil, müdafiəçisinin iştirakı ilə ibtidai istintaqı aparan təhqiqatçıya vermişdir. Ona görə onun irəli sürdüyü dəlillər real hesab oluna bilməz. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsə ümumilikdə ittiham üzrə bəraət verilməsi barədə məhkəmə çıxışlarına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; müvafiq cinayətin törədilməsinə məhz təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.2-ci maddələrinin tələblərinə uyğun olaraq şahidin ifadəsinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasının yüngülləşdiriən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, avtomobilə baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk və mənzilə axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in BMCMİnin Maddi sübutları saxlama kamerasına təhvil verilən, 25 ədəd saxta 100 ABŞ dollar pul əskinasları, dini ekstremist materiallar hesab olunan - M.Fethullah Gülenin “Ölçü ve yoldakı işıklar”, M.Fethullah Gülenin “Yaratılış gerçeği ve evrim”, M.Fethullah Gülenin “X36”, M.Fethullah Gülenin “Asrın getirdiği tereddüdler 1”, M.Fethullah Gülenin “İnancın gölgesinde”, X32 “X7”, M.Fethullah Gülenin “Kırık testi: İmtihanlar kuşağı” adlı kitablar, https://fgulen.com/tr/ saytında yayınlanmış “Ali Bayramı uğurlarken” (2 ədəd); Bizden misin?” (2 ədəd); “X20 mimar”; “X29 çırpışı”; www.tr724.com saytından götürülmüş üzərində “Financial Times: Erdoğan, Gülenin suçlu olduğuna müttefiklerinden çok azını ikna ede bildi”; “Samanyolu haberde yayınlanmış X8, elinde bir masa saati...” sözlər yazılmış kserosurətlər, yaddaşında Fəthullah Gülənin “Kirik testi”, “İrşad ekseni”, “Mealli dua mecmuası”, “Miraç enginlikli ibadet”, “Söhbet atmosferi”, Sonsuz nur 1-2”, “Ruhumuzun heykelini dikerken 1-2” kitablarının PDF formatda elektron versiyası və F.Gülənin ABŞ-ın Pensilvaniya ştatında yerləşən iqamətgahında apardığı dini söhbətlərin video lent yazısı olan üzərində “ZYKLEN” yazılmış 02 ədəd DVD disk, yaddaşında Fəthullah Gülənin “İnancın gölgesinde-2”, “Ölçü ve ya yoldakı işıklar” kitablarının elektron versiyaları olan “Kindle book reader” elektron kitab” hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; Dini təyinatlı hesab olunan Özlem Açarın “Yaşasın artık işsizim”; Taci Şentürk. “Dərsimiz ailə, X17”; Halit Ertoğrulun “Düzceli Ertuğrul”; İsmail Acarkanın “X25”; Mehmet Erdoğanın “X27”; Pelin Gülşenin “Renkler”, Rəşad Haylamazın “X11 sultanı”, “Namaz tesbihatı” kitabı, 01 ədəd “Xiaomi” markalı və 01 ədəd “İphone” markalı mobil telefonlar, 01 ədəd “Asus” markalı notbuk tipli kompüter, eyni zamanda DİN-in Maliyyə- Plan İdarəsinin depozitinə verilmiş "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən ofisindən aşkar edilmiş ümumilikdə 12516 manat və 500 ABŞ dolları həqiqi pul əskinasları və qızılzinət əşyalarına oxşar əşyalar, 05 ədəd qızılı rəngli qolbaq, 07 ədəd qızılı rəngli üzük, 02 ədəd qızılı rəngli boyunbağı, 01 cüt qızılı rəngli sırğa, 01 ədəd qızılı rəngli sırğa, 01 ədəd qızılı rəngli sırğa, 08 ədəd qızılı rəngli dairəvi formalı əşya hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 204.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 340 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, avtomobilə baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk və mənzilə axtarış və götürmə zamanı aparılmış videoçəkilişi əks etdirən 01 ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilən, 25 ədəd saxta 100 ABŞ dollar pul əskinasları, dini ekstremist materiallar hesab olunan - M.Fethullah Gülenin “Ölçü ve yoldakı işıklar”, M.Fethullah Gülenin “Yaratılış gerçeği ve evrim”, M.Fethullah Gülenin “X36”, M.Fethullah Gülenin “Asrın getirdiği tereddüdler 1”, M.Fethullah Gülenin “İnancın gölgesinde”, X32 “X7”, M.Fethullah Gülenin “Kırık testi: İmtihanlar kuşağı” adlı kitablar, https://fgulen.com/tr/ saytında yayınlanmış “Ali Bayramı uğurlarken” (2 ədəd); Bizden misin?” (2 ədəd); “X20 mimar”; “X29 çırpışı”; www.tr724.com saytından götürülmüş üzərində “Financial Times: Erdoğan, Gülenin suçlu olduğuna müttefiklerinden çok azını ikna ede bildi”; “Samanyolu haberde yayınlanmış X8, elinde bir masa saati...” sözlər yazılmış kserosurətlər, yaddaşında Fəthullah Gülənin “Kirik testi”, “İrşad ekseni”, “Mealli dua mecmuası”, “Miraç enginlikli ibadet”, “Söhbet atmosferi”, Sonsuz nur 1-2”, “Ruhumuzun heykelini dikerken 1-2” kitablarının PDF formatda elektron versiyası və F.Gülənin ABŞ-ın Pensilvaniya ştatında yerləşən iqamətgahında apardığı dini söhbətlərin video lent yazısı olan üzərində “ZYKLEN” yazılmış 02 ədəd DVD disk, yaddaşında Fəthullah Gülənin “İnancın gölgesinde- 2”, “Ölçü ve ya yoldakı işıklar” kitablarının elektron versiyaları olan “Kindle book reader” elektron kitab” hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Dini təyinatlı hesab olunan Özlem Açarın “Yaşasın artık işsizim”; Taci Şentürk. “Dərsimiz ailə, X17”; Halit Ertoğrulun “Düzceli Ertuğrul”; İsmail Acarkanın “X25”; Mehmet Erdoğanın “X27”; Pelin Gülşenin “Renkler”, Rəşad Haylamazın “X11 sultanı”, “Namaz tesbihatı” kitabı, 01 ədəd “Xiaomi” markalı və 01 ədəd “İphone” markalı mobil telefonlar, 01 ədəd “Asus” markalı notbuk tipli kompüter, eyni zamanda DİN-in Maliyyə-Plan İdarəsinin depozitinə verilmiş "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən ofisindən aşkar edilmiş ümumilikdə 12516 manat və 500 ABŞ dolları həqiqi pul əskinasları və qızıl-zinət əşyalarına oxşar əşyalar, 05 ədəd qızılı rəngli qolbaq, 07 ədəd qızılı rəngli üzük, 02 ədəd qızılı rəngli boyunbağı, 01 cüt qızılı rəngli sırğa, 01 ədəd qızılı rəngli sırğa, 01 ədəd qızılı rəngli sırğa, 08 ədəd qızılı rəngli dairəvi formalı əşya hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə Təqsirləndirilən şəxs qaytarılsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov