Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1086/2024 18.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1957-ci il tarixdə Gürcüstan Respublikasının Marnueli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur Rayonu, Yuxarı Aralıq Ərazi Dairəsi, Yuxarı Aralıq kəndində qeydiyyatda olan və yaşayan barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin dekabr ayında telefon vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs dua yazmaqla əri X2 başqa qadınlarla görüşməyəcəyi və ailəsinə bağlı olacağını deyib aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2023cü il tarixdə onun hesabına “Birbank” proqramı vasitəsilə göndərdiyi 600 manat və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən “Yurd” marketdə olan ödəniş terminalı vasitəsilə göndərdiyi 400 manat pulu, cəmi vahid niyyətlə 1000 (bir min) manat pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs 1000 (bir min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 ildir falçılıqla məşğul olur və ona müraciət edənlərə “dua” yazaraq, qarşılığında pul əldə edir. Təxminən 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs ona zəng edərək, əri İsmətin ondan başqa heç kimə qarşı məhəbbətinin olmaması və ondan başqa heç kimi gözünün görməməsi ilə bağlı dua yazmağını, həmçinin ondan “Qurd yağı” almasını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs gördüyü iş müqabilində özü üçün 1000 manat və “Qurd yağı” almaq üçün isə əlavə olaraq 1000 manat məbləğində pul istəmiş, lakin sonuncu isə yalnız 1000 manat məbləğində pul verə biləcəyini demişdir. Adilə ilk əvvəl onun kart hesabına 600 manat, daha sonra isə 400 manat pul göndərmiş, o, həmin puldan 800 manatını qurd yağı almaq üçün istifadə etmişdir. O, aldığı qurd yağı ilə yazdığı duanı Karqo poçt göndərişi vasitəsilə Adiləyə göndərmişdir. Təxminən 1 ay sonra Adilə ona zəng edərək, yazdığı duanın kömək olmamasını, həyat yoldaşının ondan ayrıldığını bildirərək, göndərdiyi pulunun geri qaytarmasını tələb etmiş, o isə, sonuncuya qurd yağını aldığı adamı taparaq, pulunu geri almaq üçün ona möhlət verməsini istəmişdir. O, bir müddət qurd yağı aldığı adamı axtarsa da tapa bilməmiş, bu səbəbdən Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. O, Adiləyə həmin şəxsi tapa bilmədiyi barədə məlumat verərək, əlavə olaraq da vaxt verməsini xahiş etmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun şikayətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxs və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, hadisə ilə əlaqədar bildirir ki, onun ikinci dəfə qeyri-rəsmi ailə qurduğu əri X2 başqa qadınlarla yaxın münasibətdə olmasından xəbər tutduğu üçün o, ərini həmin qadınlardan ayırmaq üçün müxtəlif yollar axtarmışdır. Həmin vaxt qonşusu X3 Respublikasının Şərur rayonunun Yuxarı Aralıq kəndində falçılıqla məşğul olan Atlaz adlı qadının ona kömək edəcəyini bildirərək, mobil nömrəsini ona vermişdir. O, Atlaz adlı qadınla telefon vasitəsi ilə danışaraq, əri İsmət barədə məlumat vermiş, sonuncu isə köməklik edəcəyi ilə bağlı vəd verərək, əri İsmətin evə bağlı kişi olacağı ilə bağlı məni əmin etmişdir. Atlaz ona dualar yazacağını bildirərək, bunun qarşılığında ona 2000 manat məbləğində pul verməli olmasını bildirdikdə, o, dediyi puldan yalnız 1000 manat verə biləcəyini demişdir. Atlaz onunla razılaşmış, həmin pulu onun verəcəyi bank kartının hesablna göndərməyini bildirmiş və 16 noyabr 2023-cü il tarixdə, təxminən saat 14 radələrində yaşadığı evdə mobil telefonunda olan praqram vasitəsilə sonuncunun leobank hesab kartına 600 manat məbləğində pul köçürmüşdür. Bundan başqa o, həmin gün təxminən saat 16 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən “Yurd” marketdə olan ödəmə terminalı vasitəsilə Atlazın kart hesabına 400 manat məbləğində pul köçürmüşdür. O, pulu göndərdikdən 3 gün sonra Atlaz oğlu Ələmdar Quliyevin adından ona “sürət karqo” vasitəsi ilə ona kağıza yazılmış dualar, açar, qıfıl, qadın və kişi maykaları, 15 ədəd qoz və bir ovuc qara kişmiş göndərərək, həmin əşyaların bir ədədini, dənizə atmasını, digərlərini isə özünün və ərinin yeməsini bildirmişdir. O, Atlaz adlı qadının dediklərini etsə də, lakin əri İsmət ondan ayrılaraq, evdən getmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam ödənildiyini ona qarşı hər hansı şikayət və tələbinin olmamasını və onunla barışdığını bildirərək, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərdi ki, o, təmir-tikinti ustası olduğundan bir neçə müddətdir ki, Hökməli-Qobu yolunda yerləşən “Yurd” restoranında təmir-tikinti işi ilə məşğul olur. Həmin restoranın yaxınlığında fərdi evdə yaşayan Zərərçəkmiş şəxs orada qutab bişirib satır, isə arada-bir nahar vaxtı sonuncunun yanında qutab yemiş və beləcə sonuncu ilə münasibəti yaranmışdır. 2023-cü ilin noyabr ayında söhbət əsnasında Adilə ona “Falçı” lazım olmasını bildirdikdə, o, Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunda yaşayan bir nəfər Atlaz adlı qadının falçılıqla məşğul olmas haqqında məlumatı olduğunu bildirmişdir. Adilə həmin Atlaz adlı qadının telefon nömrəsini ondan istəmiş, o, isə mobil telefondan həmin qadının nömrəsini vermişdir. Baş vermiş hadisədən təxminən bir ay sonra Adilə ona ərinin ondan ayrılmaması üçün falçı Atlaz adlı qadının kart hesabına 1000 manat məbləğində pul köçürdüyünü, lakin sonuncunun vədlinə əməl etməyərək, onu aldatmasını və pulunu ələ keçirdiyini, üstəlik həyat yoldaşınında ondan ayrılmasını bildirmişdir. Adilə pulunu Atlazdan geri almaqda köməklik etməyini istədiyi üçün o, sonuncuya zəng edərək, tanışının pulunu heç olmasa hissə-hissə qaytarmasını desə də, həmin qadın pulunun olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edimiş və ibtidai araşdırma aparılmışdır;
2. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qsimində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;
4. “Axtarışda olan şəxsin tutulmasına” dair 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında tutularaq, Abşeron rayon MSY-nə təhvil verilmişdir;
5. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi” haqqında 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir;
6. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır;
7. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “LEOBANK ASC”-yə aid ****94804139 nömrəli hesab kartına 400 manat və 600 manat olmaqla ümumilikdə 1000 manat məbləğində pul köçürülmüşdür;
8. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs sonuncuya məxsus ödəmə terminalı və mobil tətbiq vasitəsi ilə pul göndərdiyi qəbzlər, həmçinin zərərçəkmiş şəxsin, şahidin və təqsirləndirilən şəxsin ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolu, maddi sübutlar və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir;
9. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmamasını və onunla barışdığını bildirərək, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir;
10. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək, onunla barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur, həmin işin bəraətverici əsaslar olmadan xitam olunmasına etiraz etmir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, həmin əməlin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan yazılı ərizəni, həmçinin həmin ərizədə qeyd olunmuş təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polsin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “LEOBANK ASC”-yə aid ****94804139 nömrəli hesab kartına pul göndərdiyi qəbzlərin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatı üçün 180 (bir yüz səksən) manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “LEOBANK ASC”-yə aid ****94804139 nömrəli hesab kartına pul göndərdiyi qəbzlərin surəti cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun müvafiq hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov