Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1089/2024 21.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil X2 iştirakı ilə xx xxxx 1985-ci ildə İmişli rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Məzrəli ərazi dairəsi Çaxırlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək buna inandırıb sonuncunun Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunan oğlu Vasif Musayevin barəsində olan cinayət işinə məhkəmədə baxılarkən ittihamından bir maddəni çıxartdırıb cəzasını azaltdıracağını yalandan vəd edərək aldadıb bu adla Zərərçəkmiş şəxs tərəfindən 12 yanvar 2023-cü il tarixdə saat 12:48-də Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27-də yerləşən “Bizim” marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə tanışı X3 adına "xxxx" ASC-dən verilərək onun istifadəsində olan plastik bank kartının hesabına köçürülmüş 4500 manat pulu alıb ələ keçirmiş, bundan sonra, vəd etdiyi işin müsbət həlli üçün əlavə xərclərin tələb olunduğuna Zərərçəkmiş şəxs inandırıb sonuncunun 27 yanvar 2023-cü il tarixdə saat 19:47-də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə onun adına "xxxx" ASC-dən verilmiş plastik bank kartının hesabına göndərdiyi 1050 manat, 01 fevral 2023-cü il tarixdə saat 17:22-də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 10 ünvanda yerləşən “Göyçə” marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə onun adına "xxxx" ASC-dən verilmiş plastik bank kartının hesabına göndərdiyi 500 manat pulu, 05 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən Abşeron rayon Sukanal İdarəsinin yaxınlığında nağd verdiyi 1000 manat, 13 fevral 2023-cü il tarixdə saat 18:39-da Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi küçəsində yerləşən “Uğur” marketdə olan “eManat” elektron ödəmə terminalı vasitəsilə onun adına "xxxx" ASC-dən verilmiş plastik bank kartının hesabına göndərdiyi 1000 manat, 16 fevral 2023-cü il tarixdə saat 09:19-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” marketdə olan “eManat” elektron ödəmə terminalı vasitəsilə onun adına "xxxx" ASC-dən verilmiş plastik bank kartının hesabına göndərdiyi 50 manat, 25 fevral 2023-cü il tarixdə saat 13:08-də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə onun adına "xxxx" ASC-dən verilmiş plastik bank kartının hesabına göndərdiyi 200 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 8300 manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə verdiyi vədə əməl etmədən Zərərçəkmiş şəxs 8300 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, evlidir, himayəsində azyaşlı uşaqları vardır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi əməklə məşğul olub ailəsini dolandırır. O, 2023-cü ilin yanvar ayında Abşeron rayonu, Xırdalan şəhərində kirayə yaşayırdı. Həmin ərəfələrdə tanıdığı Emin adlı şəxs ilə söhbət edən zaman sonuncu ona bildirmişdir ki, dostunun qardaşı narkotik ilə əlaqədar həbs edilmiş və həmin oğlanın atası oğluna kömək edə biləcək şəxs axtarır. O, Eminə yalandan bildirmişdir ki, onun tanışları vardır, bu işdə kömək edə bilər və bunun üçün 5000 manat pul istəmişdir, həmçinin, onu həmin şəxs ilə görüşdürməsini xahiş etmişdir. Qeyd etməlidir ki, o, özünü Təmkin adı ilə təqdim etmişdir ki, o, istəyəndə onu tapa bilməsinlər. Təxminən iki gün keçdikdən sonra Emin ilə görüşmüşlər və Emin onu həbs edilmiş şəxsin Xırdalan şəhərində yaşadığı evə aparmışdır, evin ünvanını hazırda xatırlamır. Orada Zərərçəkmiş şəxs ilə tanış olmuşdur və o, özünü Təmkin adı ilə təqdim etmişdir. Emin artıq onun dedikləri barədə Zərərçəkmiş şəxs məlumat vermişdi. Oqtay oğlu Vasifin narkotik ilə əlaqədar olaraq işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin baxılacağını, oğlunun 06 il müddətinə həbs edilməsindən qorxduğunu və kömək etməyini ondan xahiş etmişdir. O, da Oqtaya yalandan tanışlarının olmasını, narahat olmamalarını, kömək edəcəyini və oğlunun cəzasını yüngülləşdirəcəyini demişdir, bunun müqabilində Oqtaydan 5000 manat pulun verilməsini istəmişdir. Zərərçəkmiş şəxs 5000 manat verəcəyini demişdir və sonra o, oradan çıxıb getmişdir. Səhəri günü Emin, Zərərçəkmiş şəxs və arvadı onun Xırdalan şəhərində, hazırda ünvanını bilmədiyi kirayə yaşadığı evə gəlmişdirlər. Evdə söhbət zamanı Oqtay onun verdiyi vədə inanaraq ona 5000 manat pul vermişdir, Oqtay ilə biribirinin telefon nömrələrini götürmüşlər. Oqtay və arvadı getmişdir, Eminin avtomobili olduğuna görə sonuncu onu gözləmişdir ki, Bakı Metropolitenin “20 Yanvar” stansiyasına aparsın. Emin onu həmin yerə aparan zaman o, özünə inam yaratmaq üçün 5000 manat pulu Eminə vermişdir ki, Oqtaya qaytarsın. Emin sonra onunla əlaqə saxlayaraq pulu Oqataya qaytarmasını demişdir. Bundan sonra Oqtay ona zəng edərək pulu nə üçün qaytardığınln soruşub israrla xahiş etmişdir ki, oğluna kömək etsin. O, da Oqtaya kart nömrəsi göndərəcəyini və pulu karta köçürməsini demişdir. Həmin vaxt öz kartında problem olduğundan tanışı X3 "xxxx" ASC-dən verilmiş bank kartından müvəqqəti istifadə edirmiş. O, mobil telefonu ilə Samirənin kartının fotoşəkilini çəkərək “WhatsApp” vasitəsilə Oqataya göndərmişdir. Həmin günü, yəni 12 yanvar 2024-cü il tarixdə Oqtay bu bank kartına 4500 manat pul köçürüb ona xəbər etmişdir. O, da həmin günü hazırda xatırlamadığı yerdə olan bankomatdan 4500 manat pulu kartdan çıxartmışdır. O, həmin pulu heç bir vəzifəli şəxsə verməmişdir və Oqtayın işi ilə bağlı heç kimə müraciət etməmiş, məhkəməyə getməmişdir. Bundan bir müddət keçdikdən sonra ona pul lazım olmuşdur, odur ki, Oqtaya zəng edərək sonuncunu aldadıb bildirmişdir ki, işin həll olunması üçün əlavə pul lazımdır, yoxsa iş həll olunmaz. Oqtay da inanıb kart nömrəsi istəmişdir və o, özünə məxsus "xxxx"ASC-nin verdiyi kartının fotoşəkilini çəkərək Oqtaya göndərmişdir. 27 yanvar 2023-cü il tarixdə Oqtay həmin bank kartına 1050 manat pul köçürüb ona bu barədə xəbər vermişdir, o, da həmin günü pulu xatırlamadığı yerdə bankomatdan çıxartmışdır. 01 fevral 2023-cü il tarixdə Oqtaya zəng edərək yenidən oğlunun işi ilə bağlı pul istəmişdir, Oqtay da həmin günü onun qeyd olunan bank kartına 500 manat pul köçürmüşdür. O, da həmin pulu xaırlamadığı yerdə bankomatdan çıxartmışdır. 05 fevral 2024-cü il tarixdə yenidən Oqtaya zəng edərək yalandan oğlunun işi ilə bağlı pul lazım olduğunu bildirib 1000 pul istəmişdir. Həmin günü Oqtay ilə Xırdalan şəhərində kirayə yaşadığı evin yaxınlığında görüşmüşlər və Oqtay ona istədiyi 1000 manat pul vermişdir. 13 fevral 2023-cü ildə yenidən Oqtaya zəng edərək oğlunun işi ilə bağlı pul istəmişdir, Oqtay da onun göstərilən kartına 1000 manat pul köçürmüşdür. O, da həmin pulu xatırlamadığı yerdə olan bankomatdan çıxartmışdır.16 fevral 2023-cü il tarixdə yenidən Oqtaya zəng edərək qeyd edilən səbə görə pul istəmişdir, demişdir ki, işlə bağlı xırda xərcləri vardır, Oqtay da ona inanıb kartına həmin gün 50 manat pul köçürtmüşdür. O, da həmin pulu xatırlamadığı yerdə olan bankomatdan çıxartmışdır. 25 fevral 2024-cü il tarixdə yenidən Oqtaya zəng edərək yalandan bildirmişdir ki, oğlunun işi ilə əlaqədar olaraq sonuncu dəfə pul lazımdır. Oqtay da pulu olmadığını bildirib həmin günü onun kartına 200 manat pul köçürtmüşdür. O, da hazırda xatırlamadığı yerdə olan bankomatdan 200 manat pulu çıxartmışdır. Beləliklə, bu yolla Oqtayı inandırıb ümumilikdə 8300 manat pulunu ələ keçirmişdir. Bu əməllərində ona başqa heç kim köməklik etməmişdir, Emin və Samirənin onun əməllərindən xəbərləri olmamışdır. Emin adlı şəxsə və X4 Zərərçəkmiş şəxs aldığı puldan verməmişdir. Emin və Samirənin bu əməllərinə heç bir aidiyyətləri olmamışdır. Emin və Samirə onun niyyətini bilməmişdir. Zərərçəkmiş şəxs ona 5000 manat pulu verib getdikdən sonra Emin ilə yolla gələn zaman pulu sonuncuya vermişdir ki, Oqtaya qaytarsın. Emin də pulu Oqtaya qaytarmışdır. Sonradan Oqtay israrla xahiş etdiyi üçün sonuncuya kart hesabına pul köçürməsini demişdir. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, evlidir, üç oğlu vardır və təxminən iki ilə yaxındır ki, FQSC MMC-də mühafizəçi işləyir. Böyük oğlu Vasif Musayev həbsdədir, belə ki, sonuncu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Oğlu Vasif azadlıqdan məhrum edilməmişdən əvvəl Abşeron RPİ-nin İstintaq Şöbəsində barəsində cinayət işi başlanmışdır və 2022-ci ilin fevral ayında oğlunun barəsində həbs qətimkan tədbiri seçilməklə oğlu ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Buna görə də o, həmin dövrdə oğluna köməklik olunması üçün, yəni oğlunun məhkəmədə az cəza almasından ötrü münasib şəxs axtarmağa başlamışdır. Odur ki, digər oğlu Fəridin vasitəsi ilə tanışları olan və evlərinə gəlib-gedən Şahid2 ilə söhbət edəndə sonuncu ona demişdir ki, Eminin tanışı var, deyilənlərə görə həmin şəxsin geniş əlaqələri vardır və həmin şəxs oğlu Vasifin işində onlara köməklik edə bilər. Sonra Emin bu şəxslə özü danışmış və ona bildirmişdir ki, bu şəxs 5000 manat pul muqabilində Vasifin işinə köməklik edə biləcəyini vəd edərək özü onunla görüşmək istəmişdir. O, Emindən həmin şəxsin nömrəsini almışdır, 09 yanvar 2023-ci il tarixdə Emin verən nömrəyə zəng vurmuşdur, danışıq zamanı özünü təqdim edib telefon nömrəsini Emindən aldığını bildirmişdir. Həmin şəxs özünü Təmkin kimi təqdim etmişdir. O, bu şəxsə zəng etməsinin səbəbini, yəni Abşeron RPİ-nin əməkdaşları tərəfindən oğlu Vasifin həbsə olunmasını, oğluna kömək oluna bilinib-bilinməməsi və bu şəxslə görüşmək istədiyini bildirmişdir. Həmin şəxs, yəni özünü həmin vaxt Təmkin kimi təqdim edən, əsl adının isə Təqsirləndirilən şəxs olduğunu sonra bildiyi şəxs yaşadığı ev barədə soruşmuş və səhəri günü Eminlə birlikdə yaşadığı evə gəlmişdirlər. O, bu şəxsi əvvəl tanınamış və ilk dəfə idi ki, görürmüş. Təqsirləndirilən şəxs ilə evdə oğlu Vasifin işi ilə bağlı söhbət etmişlər, Müslüm ona bildirmişdir ki, artıq tanışlarına bu barədə məlumat vermişdir və işin həlli üçün 5000 manat pul lazımdır. O, Müslüm ilə razı olaraq 5000 manat verəcəyini demişdir və sonra Müslüm çıxıb getmişdir. Bu zaman onun arvadı Şahid1 da evdə olmuşdur və hadisələrdən xəbəri var idi, söbətləri də eşidirdi. Səhəri günü Emin, o və arvadı Müslümün Xırdalan şəhərində yaşadığı evinə gəlmişlər, bu evin ünvanını hazırda bilmir. Evdə söhbət zamanı o, Müslümə həbsdə olan oğlu Vasifin işinə köməklik olunması üçün 5000 manat pul vermişdir, Müslüm pulu sayaraq götürmüşdür. Lakin sonradan Emin gəlib həmin pulu ona qaytarmışdır və demişdir ki, Müslüm yolda pulu ona qaytarmışdır. Bundan sonra onda Müslümə qarşı inam yarandı və sonuncu ilə əlaqə yaradıb oğluna kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bir gündən sonra onunla əlaqə saxlayıb demişdir ki, möhtəbər şəxslərlə danışıb razılaşaraq onun oğlunun Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işinə baxanda bir maddəni çıxarıb yüngül cəza verəcəklər və buna görə 7000 manat pul istəyirlər, bu pulun 4500 manatı əvvəlcədən verilməlidir, qalanını isə iş həll olunandan sonra verməlidir. Mən Müslümə inandığım üçün onunla razılaşdım. Odur ki, Müslüm ona pulu köçürməyə bank kartının nömrəsi vermiş və o, ilk olaraq 12 yanvar 2023cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllədə 27 ünvanda yerləşən “Bizim” marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə "xxxx" ASC tərəfindən verilmiş bank kartına 4500 manat köçürmüşdür. Bundan sonra Müslüm onunla əlaqə saxlayıb pulun qalan hissəsini də istəmişdir. O, da Müslümə demişdir ki, bəs danışıqlarına əsasən pulun qalan hissəsini işi həll edəndən sonra verməlidir. Lakin Müslüm onu inandırmışdır ki, pulun qalanını indi verməlidir. O, da Müslümə inanaraq 27 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə Müslümün ona bildirdiyi, "xxxx" ASC tərəfindən verilmiş bank kartının hesabına 1050 manat pul köçürtmüşdür. Daha sonra Müslüm yenə də onunla əlaqə yaradıb i inandırmışdır ki, işin həlli üçün pul verilməlidir və bu adla onun tələbi ilə dediyi kart nömrələrinə 01 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 10 ünvanda yerləşən “Göyçə” marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə "xxxx" ASC tərəfindən verilmiş bank kartına 500 manat, 05 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Su-kanal İdarəsinin yaxınlığında nağd olaraq 1000 manat, 13 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi küçəsində yerləşən “Uğur” marketdə olan “eManat” elektron ödəmə terminalı vasitəsilə Müslümə məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına 1000 manat, 16 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” marketdə olan “eManat” elektron ödəmə terminalı vasitəsilə Müslümə məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına 50 manat, 25 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə Müslümə məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartındakı hesabına 200 manat pul vəsaitini köçürtmüşdür. Beləliklə onlar 7000 manata danışsalae da Müslüm ondan faktiki olaraq ümumilikdə 8300 manat məbləğində pulumu almışdır, lakin sonra heç nə iş görməmişdir. Daha sonra Müslüm yenə ona zəng edərək əlavə 500 manat pul istəyəndə o, başa düşmüşdür ki, Müslüm dələduzluq edərək onu aldadır. Odur ki, pulunun geri qaytarılmasını Müslümdən istəmişdir. Müslüm onda ona demişdir ki, işi yaxın günlərdə düzəldəcək, lakin bundan sonra onun zənglərinə cavab verməmişdir. Onun oğlunun barəsində hökm çıxanda əmin olmuşdur ki, Müslüm dələduzdur, zənglərinə cavab vermir, odur ki, gedib Müslümdən rəsmi şikayət etmişdir. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs bildirdiyi kart nömrəsinin əksini və pullarımın Müslümün dediyi bank kartalına göndərilməsini təsdiq edən qəbzlərin surətlərini izahatına əlavə etmişdir. Təqsirləndirilən şəxs tanışı Şahid2 vasitəsi ilə tanımışdır və yalnız sonra Emin bilmişdir ki, Müslüm onu aldatmış və dələduzluqla pulunu ələ keçirmişdir. Eminin istifadəsində ***-***-**-** mobil nömrəsi vardır. Bundan başqa, Müslüm onlara gələndə onun arvadı Şahid1 bunu görmüş və söhbətlərini eşitmişdir. Həmçinin, Səmayə də bilir ki, Müslüm onu aldadıb dələduzluqla pulunu ələ keçirmişdir və oğlunun işinə heç bir köməklik etməmişdir. Oğlu Fərid hadisələrin biləvasitə şahidi olmamışdır və hazırda rayonda olaraq istintaqa gələ bilmir. Hadisənin başqa şahidləri olmamışdır. Təqsirləndirilən şəxs dələduzluqla ələ keçirdiyi 8300 manat məbləğində pul ona məxsus olmuşdur və Müslümün cinayət əməlləri nəticəsində maddi ziyan ona vurulmuşdur. Təqsirləndirilən şəxs Sizi hər hansı bir şəxsə rüşvət verməyə onu təhrik etməmiş və o, özü də belə hərəkət etməzdi. Həmçinin Müslüm ondan aldığı pulu konkret hansı isə vəzifəli şəxsə rüşvət kimi verəcəyi barədə məlumat verməmişdir. O, pulu Müslümə verəndə elə bilirdi ki, həmin pul müdafiə və yol xərcləri üçündür. O, ilkin araşdırma zamanı izahatını qısa formada vermişdir və bir çox xüsusatları dəqiqliyi ilə göstərməmişdir. O, cümlədən onun Təqsirləndirilən şəxs kirayədə qaldığı evə getməyini, ilk olaraq nağd pul verib, həmin pulun sonra ona qaytarılmasını izahatında göstərməmişdir.. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, evlidir, iki azyaşlı uşağı vardır və təxminən iki ay olar ki, "xxxx" MMC-də sürücü işləyir. Zərərçəkmiş şəxs tanıyır və sonuncu dostu Fəridin atasıdır. Fərid ilə mütəmadi olaraq görüşmüşlər və sonuncunun yaşadığı evdə olmuşdur. Görüşlərinin birində Fərid ona bildirmişdir ki, qardaşı Vasif həbs edilmişdir. O, bir neçə dəfə avtomobillə Fəridi qardaşı Vasif ilə görüşə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına aparmışdır. Təqsirləndirilən şəxs da tanıyır, sonuncu onun yaşadığı binada kirayə yaşamışdır. Onun Müslüm ilə yaxından heç bir əlaqəsi və münasibəti olmamışdır. Müslümü yalnız bina sakini kimi tanımış və bir neçə dəfə avtomobillə taksi kimi dediyi ünvana aparmışdır. 2022-ci ilin dekabr ayının sonlarında Fəridin yaşadığı evdə olan zaman valideyinləri ilə söhbət edərkən atası Oqtay ona bildirmişdir ki, oğlu Vasifin işinə kömək edə biləcək şəxs axtarır. Oqtay ondan kömək edə biləcək tanışının olub-olmamasını soruşmuşdur. O, da Oqtaya bildirmişdir ki, Müslüm adlı qonşusu vardır və sonuncuya bu barədə bildirib xəbər edər. 2023-cü ilin yanvar ayında Müslümü binanın həyətində gördükdə bildirmişdir ki, dostunun qardaşını həbs etmişlər və işində kömək edə biləcək şəxs axtarırlar. Müslüm ona kömək edə biləcəyini bildirmişdir və həbs edilmiş şəxsin valideyinləri ilə görüşdürməyini xahiş etmişdir. O, da Oqtaya zəng edərək bu barədə demişdir. Təxminən iki gün keçdikdən sonra Müslüm ilə danışaraq görüşmüşlər və o, X8 şəhərində ünvanını bilmədiyi yaşadığı evə aparmışdır. Həmin evdə Zərərçəkmiş şəxs və sonuncunun arvadı ilə görüşmüşlər. X6 narkotik ilə əlaqədar olaraq həbs edilməsini demişdir və kömək etməyini xahiş etmişdir. Müslüm Oqtaya tanışlarının olmasını, narahat olmamasını və kömək edəcəyini demişdir. Müslüm Oqtaydan bunun müqabilində 5000 manat pul istəmişdir. Oqtay da bu pulu verəcəyini demişdir və sonra onlar oradan çıxıb getmişlər. Səhəri günü o, Zərərçəkmiş şəxs və sonuncunun arvadı Müslümün kirayə yaşadığı evdə görüşmüşlər. X11 həbsdə olan oğlu Vasifin işində köməklik olunması üçün 5000 manat pul vermişdir. Müslüm də pulu sayaraq götürmüşdür və sonra Oqtay arvadı ilə çıxıb getmişlər. Onlar getdikdən sonra Müslüm ondan xahiş etmişdir ki, Müslümü Bakı Metropolitenin “20 Yanvar” stansiyasına avtomobili ilə aparsın. O, Müslümü həmin yerə aparan zaman yolda Müslüm Oqtaydan aldığı 5000 manat pulu ona verib bu işi görmək istəmədiyini bildirmiş və xahiş etmişdir ki, bu pulu Oqtaya qaytarsın. O, da Müslümü metronun yaxınlığında düşürüb geri qayıdaraq Oqtayın yaşadığı evə gəlmişdir. Evdə pulu Oqtaya qaytarmışdır və Müslümün işi görmək istəmədiyini bildirmişdir. Bundan sonra isə bu şəxslərin nə etmələrindən xəbəri olmamışdır, Müslümü isə ümumiyyətlə görməmişdir. Bir neçə ay keçdikdən sonra Oqtayın oğlu Fəriddən öyrənmişdir ki, Oqtay Müslümə 8300 manat pul vermiş, lakin sonuncu Oqtayı aldatmışdır və heç bir iş görməmişdir. Lakin o, bu şəxslərin sonrakı danışıqlarında iştirak etməmişdir və bunları görməmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həbs edilmiş oğlu Vasifin işində sonuncunun məhkəmədə az iş almasına kömək edəcəyini vəd etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 09 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs son dəfə İmişli rayon Məhkəməsinin 06 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, 17 mart 2024-cü il tarixdə vaxtından əvvəl şərti azad olunmuşdur. 07 iyun 2016-cı ildə Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün müvafiq qeydiyyatdan çıxarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nə xx.xx.2024-cü il tarixdə cinayət nəticəsində vurulmuş ümumilikdə 8300 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında – 2083 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-1089/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1089/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver