Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-109/2022 09.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ İş № 1(012)-109/2022 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM ABŞERON RAYON MƏHKƏMƏSİ 09 fevral 2022-ci il Xırdalan şəhəri Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəl məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirmə qərarına gələrək əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli toxumlar əldə edib 2021-ci ilin aprel ayında yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, R.Rza küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinin həyətində əkərək müntəzəm olaraq suvarmaqla, dibini yumuşaltmaqla aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq tərkibində narkotik maddə olan 11 ədəd çətənə (kanabis) kolu bitkilərini xeyli miqdarda yetişdirib kultivasiya etdikdən sonra həmin çətənə kolu bitkilərinin hissələrini toplayıb qurudaraq öz istifadəsi üçün cəmi 3,673 qram çəkidə kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb evinin qonaq otağında dolabda istifadəsini asanlaşdırmaq üçün ayrı-ayrılıqda bükümlərə bölüb müvafiq olaraq 2 ədəd kibrit qutusunda təmiz çəkiləri 0,115 qram, 2,246 qram, 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,710 qram, 0,281 qram və 2 ədəd kağız bükümlərdə təmiz çəkiləri 0,201 qram, 0,120 qram çəkidə saxlamış, 03 avqust 2021-ci il tarixdə saat 11 radələrində, Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həyətyani sahəsinə və evinə baxış keçirilən zaman qeyd edilən həmin kultivasiya olunmuş çətənə bitkiləri və ümumi çəkisi 3,673 qram qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bundan əlavə, o, 20 iyun 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 5 (beş) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,062 qram, 0,050 qram, 0,172 qram, 0,076 qram, 0,103 qram, ümumi təmiz çəkisi 0,463 qram qəhvəyi rəngli toz şəkilli madələlr kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,085 qram, 0,056 qram, ümumi təmiz çəkisi 0,141 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək daşımış və saxlamış, 03 avqust 2021-ci il tarixdə saat 11 radələrində, Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində evinə baxış keçirilən zaman qeyd edilən həmin 5 (beş) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,463 qram qəhvəyi rəngli toz şəkilli madələlr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 (iki) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,141 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd arxasında «200g/0,01g» yazısı olan «gümüşü» rəngli üzərində heroin izləri olan elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə deyil, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitələrin istifadəçisidir, ona görə də yaşadığı evin həyətyani sahəsində qanunsuz olaraq narkotik vasitə tərkibli çətənə kolları əkib becərmişdir. O, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etdikcə həmin marixuananın toxumlarından yığıb özü üçün saxlamışdır. 2021-ci ilin aprel ayında isə həmin toxumları Abşeron rayon, Hökməli qəsəbəsi R.Rza küçəsində yaşadığı 23 saylı fərdi yaşayış evinin həyətyani torpaq sahəsində əkmişdir. Çətənə bitkisinin toxumlardından bitmiş 11 (on bir) ədəd marixuana şitillərinin diblərini yumşaltmış, onlara su vermiş, yəni bir sözlə həmin 11 ədəd çətənə kollarına qulluq etmişdir. 03.08.2021-ci il tarixdə təxminən saat 10 radələrində Abşeron rayon, Hökməli qəsəbəsi ərazisində piyada gəzərkən, iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edəndən sonra, onu Abşeron RPİ-in Qobu polis bölməsinə dəvət etmişlər. O, Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları ilə birlikdə Qobu polis bölməsinə gəlmiş, Abşeron RPİ-nin Qobu polis bölməsində xidməti otaqlardan birində video çəkliş aparılmaqla və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl, ona üzərində qanunsuz olaraq saxladığı hər hansı əşya, predmet, narkotik vasitə və psixotrop maddə olub-olmamasını soruşmuşlar. O, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. Lakin Abşeron rayon, Hökməli qəsəbəsində yaşadığı evin həyətyani torpaq sahəsində narkotik tərkibli marixuana kollarının əkib-becərdiyini bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilərkən, üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet narkotik vasitə və psixotrop maddə olmadığı üçün heç nə aşkar edilməmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. O və iştirakçılar həmin protokolu imza etmişlər. Bundan sonra polis əməkdaşlarının müşayiəti, müdafiəçinin və mütəxəssisin iştirakı ilə onun Abşeron rayonu, Hökməli qəsəbəsi, R.Rza küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinə getmişlər. Orada video-çəkliş aparılmaqla onun evinə və həyətyani torpaq sahəsinə baxış keçirilmişdir. Onun Abşeron rayon, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, yaşadığı evin qonaq otağındakı dolabda olan qabda saxladığı iki ədəd boz qəhvəyi rəngli kağız parçasının içərisində, iki ədəd kibrit qutusunun içərisində, bir ədəd ağ rəngli kağız parçasının və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş yaşıl rəngli, qurudulmuş ot formasında, spesfik qoxuya malik, narkotik vasitə olan marixuananı, bir ədəd şəfaf rəngli selofan torbada olan qurumamış çətənə kolunun budağını, iki ədəd solofan parçasına və yeddi ədəd kağız parçasına bükülmüş, ümumilikdə doqquz bükümdə çətənə kollarının toxumlarını, beş ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli toz formalı, narkotik vasitə olan heroin, iki ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. O, baxış zamanı aşkar edilmiş həmin kütlələrin və əşyaların hamısınin ona məxsus olduğunu bildirmişdir. Onun fərdi yaşayış evindən aşkar edilmiş kütlələr və tərəzi qablaşdırılmış, iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan sonra isə onun həyətyani torpaq sahəsinə baxış keçirilərkən ümumilikdə 0,02 ha torpaq sahəsində bir ədəd bostan tipli ərazidə 2021-ci ilin aprel ayında əkdiyi və indiyədək becərdiyi 70 sm-dən, 1metr 70 sm hündürlüyündə olan 11 (on bir) ədəd narkotik vasitə marixuana kolları və həmin kollardan qırılmış dörd ədəd budaqları aşkar edilmişdir. Aşkar edilmiş bitkilər əkildiyi yerdən müdafiəçinin, mütəxəssisin və orada olan polis əməkdaşlarının iştirakı ilə kökündən çıxarılmış, sintetik materiallı torbada qablaşdırılaraq möhürlənmışdir. O və orada olan iştirakçılar həmin torbanın üzərində adlarının qarşısından imza etmişlər. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət vəsatət və ərizə daxıl olmadığı üçün protokolun doğruluğunu imzalarla təstiq etmişlər. O, iki ədəd boz qəhvəyi rəngli kağız parçasının içərisində, iki ədəd kibrit qutusunun içərisində, bir ədəd ağ rəngli kağız parçasının və gümüşü rəngli siqaret kağızına bükülmüş yaşıl rəngli qurudulmuş ot formasında spesfik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuananı özü həyətində əkdiyi çətənə kollarından yığıb yaşadığı evdə qonaq otağında saxlayıb qurutmuş, özü istifadə etmək üçün bükümlərə, kağızların arasına, həmçinin kibrit qutusunun içərisinə yığıb evdə saxlamışdır. Çətənə kolunun budağını da həyətdə olan kollardan qırıb qurutmaq üçün evə gətirmişdir. İki ədəd solofan parçasına və yeddi ədəd kağız parçasına bükülmüş ümumilikdə doqquz ədəd bükümdən ibarət olan çətənə kolunun toxumlarını əkdiyi çətənə kollarından yığıb saxlamaqda məqsədi növbəti il özü istifadə etmək üçün, həyətində həmin toxumlardan əkib becərmək olmuşdur. Beş ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli toz formalı narkotik vasitə olan heroini və iki ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetamini təxminən bir həftə əvvəl Bakı şəhəri, Yasamal rayon ərazisində tanımadığı şəxsdən 35 manata özü istifadə etmək üçün nagd pul verib almış, həmin şəxsi birinci dəfə görmüş, əvvəllər həmin şəxsdən narkotik vasitə və psixotrop maddə almamış, həmin şəxsi tanımır və anket məlumatlarını bilmir. Bir ədəd elektron tərəzini isə iki ay əvvəl «Sədərək» ticarət mərkəzindən almış, həmin tərəzini almaqda məqsədi, özü istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə alarkən, həmin şəxslər onu aldatmaması üçün elektron həmin tərəzidən istifadə etməklə aldığı narkotik vasitəni və psixotrop maddəni həmin elektron tərəzidə çəkmişdir. 03.08.2021-ci il tarixdə, Abşeron rayon, Hökməli qəsəbəsində onun yaşadığı fərdi yaşayış evinin həyətyani torpaq sahəsindən 11 (on bir) ədəd çətənə kolları aşkar edilmiş, həmin kolları özü istifadə etmək məqsədi ilə əkib becərmişdir. Həmin bitkilərin toxumlarını isə özü istifadə etmək üçün tanımadığı şəxslərdən aldığı narkotik vasitə olan qurudulmuş marixuananın içərisindən yığıb saxlamışdır. O, əvvəllər heç vaxtı narkotik vasitə olan marixuana əkib becərməmiş, narkotik vasitə olan marixuana kollarını ilk dəfə əkib becərmişdir. Onun evində narkotik vasitə və psixotrop maddə olmasını, həmçinin həyətində çətənə koları əkməsi barədə heç kim bilməmiş, o, bu barədə heç kimə heç nə deməmişdir. Sonda o, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 03 avqust 2021-ci il tarixdə saat təxminən 12 radələrində aqronom mütəxəssis kimi Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları ilə birlikdə Abşeron rayon, Hökməli qəsəbəsi ərazisində nömrəsiz fərdi yaşayış evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı bir mərtəbəli kürsülü evin həyətyani torpaq sahəsinə baxış keçirərkən orada mütəxəssis aqranom kimi iştirak etmiş. Təqsirləndirilən şəxs həyətyani sahəsində bostan tipli ərazidə 11 (on bir) ədəd kökləri üzərində olan çətənə kollarına oxşar bitkilər aşkar edilmiş, həmin ümumi sayı 11 ədəd olan çətənə kollarından 4 ədədin uzunduğu 70 sm, üç ədədinin uzunluğu 1,2-1,4 metr, 4 ədəd isə 1,6-177 metr uzunluğunda olmaqla, ümumilikdə 11 (on bir) ədəd kökləri üzərində olan çətənə kollarına aqrotexniki qaydada qulluq olunduğunu müəyyən etmişdir. Həmin bitkilərin diblərində çalalar açılmış, suvarılması, alaq otlarından təmizlənməsi və s. kimi əlamətlərinə əsasən, həmçinin boyuna və ölçülərinə uygun olaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsini müəyyən etmiş və bu barədə rəy vermişdir. Həmçinin Təqsirləndirilən şəxs evinədə baxış keçirilmiş, evdən müəyyn narkotik vasitələr və elektrion tərəzi aşkar edildiyini görmüşdür. Həmin evdən və həyətyani torpaq sahəsindən aşkar edilmiş narkotik vasitə, elektron tərəzi və marixuana çətənə kolları təhqiqatçı tərəfindən qablaşdırılaraq maddi subut kimi ekspertizaya təqdim edilməsi üçün götürülmüşdü. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Qobu polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 03.06.2021-ci il tarixdə icraatına Abşeron rayon, Hökməli qəsəbəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, yaşadığı evdə satdığı narkotik maddələrdən saxlaması və öz həyətyani torpaq sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. 03.08.2021-ci il tarixdə bu barədə raportla bölmə rəisinə məruzə edib icazə alandan sonra, həmin tədbirin keçirilməsi üçün əmr imzalanmış, həmin günü O, Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun üzvüləri əməliyyat müvəkkilləri Xətai və Anarla birlikdə əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Abşeron rayon, Hökməli qəsəbə sakini Təqsirləndirilən şəxs, Abşeron rayon, Hökməli qəsəbəsində saxlayaraq Qobu polis bölməsinə dəvət etmişlər. Bu barədə raport azandan sonra həmin raportun icraası RPİ-nin təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı Fərman rəhimova həvalə edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra əvvəlcə polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitə olan çətənə kolları əkdiyni bildirmiş, bundan sonra təhqiqatçı və iştirakçılar Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayon, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər, təhqiqatçı X11 Kiçikbəyova hüquq və vəzifələrini yenidən izah etdikdən sonra, müdafiəçinin və mütəxəssisin iştirakları ilə Təqsirləndirilən şəxs Abşeron rayon, Hökməli qəsəbəsində yaşadığı bir mərtəbəli kürsülü fərdi yaşayış evinə və həyətyani torpaq sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən 5 (beş) ədəd kağız bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, 2 ( iki) əldə kağız bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədəd arxasında «200g/0,01g» yazısı olan «gümüşü» rəngli elektron tərəzi, 2 ədəd kibrit qutularında, 4 ədəd kağız bükümlərdə bitki mənşəlli marixuanaya bənzər kütlələr, br ədəd kibrit qutusunda 9 ədəd kağız bükümdə bitki toxumları və 1 (bir) ədəd narkotik təbiətli çətənə bitkisinin hissəsinə oxşar qurudulmuş marixuana qonaq otağında dolabda olan qabda saxlandığı yerdən iştirakçıların və müdafiəçinin yanında video çəklişlə götürülərək baxış keçirilmiş, sonra isə təhqiqatçı tərəindən qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə aqranomun iştirakı ilə baxış keçirildi. Təqsirləndirilən şəxs həyətyani torpaq sahəsinə baxış keçirilərkən, Təqsirləndirilən şəxs evinin arxasında ona məxsus torpaq sahəsində 11 (on bir) ədəd kökləri üzərində olan və müxtəlif ölçülərdə marixuana kolları aşkar edilərək götürüldü. Həmin marixuana kollarına mütəxəssisin iştarakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin kollara mütamaddi olaraq qulluq etmiş və həyətyani orpaq sahəsində əkib becərmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş haroinə banzər və psixotrop maddəyə bənzər kütlələr, kağız bükümlərdə və kibrit qablarında marixuanaya bənzər kütlələr, bir ədəd tərəzi və həyətindən aşkar edilmiş 11 ədəd çətənə kolları iştirakçıların, müdafiəçinin və aqranom mütəxəssisin iştirakı ilə ayrı-ayrılıqda qablaşdırılmış, təhqiqatçı tərəfindən bu barədə protokol yazılmış, iştirakçılar və o, həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs evindən və həyətyani torpaq sahəsindən aşkar edilmiş həmin maddi subutlar ekspertizaya təqdim etmək üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilərkən Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkilləri polis leytenantı Şahid2 və əməliyyat müvəkkili Şahid3 ifadələrində Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham törətdiyi cinayət əməli, şahidlərin ifadələri, 02 ədəd «CD» disklərdə olan video görüntülər, ekspert rəyləri, maddi sübut və digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə tam təsdiq olunmuşdur. İş materiallarında olan kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizlarının 04.08.2021-ci il tarixli 6/3298 saylı rəyində göstərilmişdir ki, üzərində “ Kiçikbəyov Ə ” yazısı olan yaşıl rəngli polietilen bükümmdə 5(beş) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,463 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,141 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsülla hazırlanmış psixotrop maddə metamfıetamindir və bir ədəd arxasında «200g/0,01g» yazısı olan «gümüşü» rəngli üzərində heroin izləri olan elektron tərəzidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli 7/740 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Ə. Kiçikbəyov ” yazılar və imzalar olan bir ədəd göy rəngli polietilen torbada 2 ədəd kibrit qutularında ayrı-ayrı təmiz çəkiləri ayrı-ayrılıqda təmiz çəkiləri -0,115 qram, 2,246 qram, 2 ədəd kağız bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,710 qram, 0,281 qram və 2 ədəd kağız bükümlərdə olan 0,441 qram, 0,258 qram, qarışıq kütlələrdə təmiz çəkiləri -0,201 qram, 0,120 qram bitki mənşəlli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümümü təmiz çəkisi 3,673 qramdır. Təqdim olunmuş göy rəngli polietilen torbada 1 ədəd kibrit qutusunda kı, 9 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,212 qram, 1,346 qram, 0,507 qram, 0,843 qram, 0,296 qram, 0,258 qram, 0,225 qram, 0,122 qram, 0,128 qram ümumi çəkisi 3,937 qram olan bitki toxumları əkib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə kolları ) kanabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitəyə aid deyil. Həmin torbada şəffaf selefon torbadakı təmiz çəkisi -30,0 qram olan 1 ədəd bitki hissəsi, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətəeə ( kannabis) bitkisinin hissələridir. -Tədqiqata təqdim edilmiş ağ kağız üzərində «təqdim etdi Təqsirləndirilən şəxs» yazılar və imzalar olan 2 ədəd ağ rəngli sintettik torbada yaş vəziyyətdə ümumi sayı 11 (on bir) ədəd ümumi çəkisi -1770,0 qram olan bitki nümunələri əkib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxxəsisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim edilmiş 03.08.2021-ci il tarixli rəydən görünür ki, 03.08.2021-ci il tarixdə Abşeron rayon, Hökməli qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani torpaq sahəsinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani torpaq sahəsindən bostan tipli ərazidən 11 (on bir) ədəd kökləri üstündə olan çətənə kollarına oxşar bitkilər aşkar edilmiş, həmin bitkilərdən 4 ədədinin uzunluğu 70 sm, 3 ədəinin uzunluğu 1,2-1,4 metrdir, 4 ədədi isə 1,6-1,7 metr uzunluğundadır. Bitkilərin diblərində çatlar açılması, suvarilması, alaq otlarından təmizlənməsi, və s. kimi əlamətlərinə əsasən, həmçinin boyuna və ölçülərinə uyğun olaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilməsi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18.09.2021-ci il tarixli, 3524 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 03.08.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları 03.08.2021-ci il tarixdə saat 10 radələrində Abşeron rayon, Hökməli qəsəbəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı həmin qəsəbədə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən və həyətyani torpaq sahəsində baxış keçirilən zaman evdə qonaq otağında dolabın içərisində qabda saxladığı 2 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri -0,115 qram, 2,246 qram, 2 ədəd kağız bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,710 qram, 0,281 qram və 2 ədəd kağız bükümlərdə olan 0,441 qram, 0,258 qram, qarışıq kütlələrdə təmiz çəkiləri -0,201 qram, 0,120 qram, təmiz çəkisi 0,30 qram olan 1 (bir) ədəd bitki hissəsi əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kanabis) bitkisinin hissəsini, həmin marixuanalardan ümumi çəkisi 3,673 qram bitki mənşəlli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 5(beş) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,463 qram qəhvəyi rəngli toz şəkilli madələlr kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2 (iki) əldə kağız bükümdə ümumi təmiz çəkisi 0,141 ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd arxasında «200g/0,01g» yazısı olan «gümüşü» rəngli üzərində heroin izləri olan elektron tərəzi, yaşadığı evinin həyətindən yaş halda 11 ədəd ümumi çəkisi 1770,0 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edib götürmüşlər. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49cu bəndində heroin və həmin siyahının İ hissəsinin 27-ci bəndində psixotrop maddəmetamfetamin və İ hissəsinin 12-cu bəndində qurudulmuş marixuana yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan qurudulmuş marixuana təmiz halda narkotik vasitə olan heroin və psixotrop maddə-metamfetamin təmiz halda 0,15 qram, narkotik vasitə olan qurudulmuş marixuana 5 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, keçirilmiş ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci və 237.1-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş təlabnamədən və Qazax Hərbi məhkəməsinin 03 aprel 2006-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətində intizam xarakterli hərbi hissədə saxlamama cəzasına CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1 və 66.3-cü maddədəlrinə əsasən təyin edilmiş cəzalar tamamilə toplamaq yolu ilə onun üzərində qəti olaraq 04 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 06.02.2010-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bu səbəbdən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan Abşeron rayon İHB-nın Hökməli qəsəbəsi üzrə nümayəndəsinin verdiyi 01.09.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Hökməli qəsəbəsində R. Rza küçəsi, 3 saylı evdə yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X2 16.10.2010-cu il, X3 19.10.2019-cu il tarixdə anadan olmuşlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinatdən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növüüçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, və 237.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, onun məhkəmə zamanı özünü qismən təqsirli bilməsinə dair ifadəsi qeyri-səmimidir və özünümüdafiə xarakteri daşıyır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 05.08.2021-ci il tarixdə Abşeron rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 03.08.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,413 qram narkotik vasitə heroin, 0,081 qram psixotrop maddə metamfetamin, 3,613 qram marixuana, 3,757 qram çətənə bitkisi toxumu, 29,98 qram çətənə bitkisi hissəsi, 1769,78 qram çətənə bitkiləri, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 2 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 180,46 (yüz səksən manat qırx altı qəpik) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 03.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,413 qram narkotik vasitə heroin, 0,081 qram psixotrop maddə metamfetamin, 3,613 qram marixuana, 3,757 qram çətənə bitkisi toxumu, 29,98 qram çətənə bitkisi hissəsi, 1769,78 qram çətənə bitkiləri, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 180,46 (yüz səksən manat qırx altı qəpik) məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-109/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-109/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver