Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-109/2024 28.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə xx.xx.1968-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyatda olan, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, birinci mədən 14-cü korpusda fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 00:30 radələrində etibarnamə əsasında idarə etdiyi, “Mersedes” markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospekti ilə Sumqayıt şəhəri istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyərək, idarə etdiyi avtomobillə həmin vaxtı yolu soldan saga keçən piyada, 1982-ci il təvəllüdlü X8 avtomobilin qabaq hissəsi ilə vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X9 başın küt travması, baş beyin hissəvi evakusaiyası ilə müşayiət olunan əzilməsi, baş beynin qişalar altına və maddəsinə qansızmalar, kəllə sümüklərinin sınığı, hər iki ağ ciyərin əziyi, sol ag ciyərin qanitirməyə səbəb olan cırılmış yaraları, sol tərəfli l, ll, İİİ, İV qabırğaların qapalı, yerdəyişən sınıqları, sag saidin və sag baldırın yerdəyişən sınıqları, başın sol gicgah təpə-ənsə nahiyyəsinin dəri altı hemotoması, bədən sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla, baş beyinin əzilməsi, baş beyin qişaları altına və maddəsinə qansızmalar, kəllə sümüklərinin sınığı nəticəsində xx.xx.2023-cü il tarixdə xəstəxanaya aparılarkən yolda ölməsinə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunan ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mersedes markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil X10 rəsmi mülküyyətində olsa da, həmin avtomobil özünə məxsusdur, lakin həmin avtomobili etibarnamə ilə idarə edir və "B" dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat təxminən 00:30 radələrində idarə etdiyi Mersedes markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi rayonu istiqamətindən Saray qəsəbəsi H.Əliyev Prospekti ilə Sumqayıt şəhəri istiqamətinə gedərkən, avtomobildə tək olmuş və avtrmobilində hər- hansı yük və ya digər əşya olmamış, küçə qaranlıq olmaqla orada işıqlandırma sistemi olmamışdır. Həmin vaxt avtomobili təxminən 60-65 sürəti ilə idarə edərkən qarşı tərəfdən də avtomobil gəldiyini həmin avtomobilin işığı üzərinə düşdüyündən görmə qabilyətini zəiflətdiyi üçün və qarşı tərəfdən gələn avtomobuilin qarşısından ani olaraq bir nəfər şəxsin yolun hərəkət hissəsinə qaçdığını təxminən -1 metr məsafədən görmüşdür. Avtomobili sol tərəfə qaçırtsa da, Eltun Mürsəlovdan avtomobili kənara qaçırda bilməmiş və idarə etdiyi avtomobilin qabaq hissəsi ilə Eltun Mürsəlovu vurduğunu və o,avtomobilin alın şüşəsinə dəydiyini və avtomobilin sag tərəfinə asvalt örtüyün üzərinə yıxıldığını göstərmişdir. Onu vurandan sonra əyləci sıxıb təxminən 2-3 metr aralıda avtomobili saxlayıb dərhal avtomobildən yerə enib Eltun Mürsəlova yardım etmək üçün dərhal ona yaxınlaşdığını, həmin vaxt o, yerdə arxası üstə uzanmış vəziyətdə olduğunu və onun başının arxa nahiyyəsindən qan axdığını bildirmişdir. Həmin an yoldan keçən tanımadığım sürücü avtomobili saxlayaraq və yolu keçən polis əməkdaşı ora gələrək kömək edib Eltunu idarə etdiyi avtomobilə qoyaraq, həkimə aparaq istəsə də, avtomobilin qabaq hissəsi əzildiyi üçün avtomobili idarə edə bilmədiyini, lakin yoldan keçən digər avtomoibilə qoyaraq onu xəsdaxanaya göndərmiş, özü isə hadisə yerində olan polis əməkdaşı ilə birlikdə Saray PB-nə gəlmişdir. Bölmədə olarkən Eltun Mürsəlov xəstəxanaya aparılarkən yolda vəfat etdiyini eşitmişdir. Polis əməkdaşı tərəfindən aparılaraq Narkoloji dispanserdən müayinədən keçirildiyi, həmin hadisə vaxtı sərxoş olmadığını və hər hansı sprtli içki və ya digər uydurucu maddəllərdən istifadə etmədiyni göstərmişdir. İdarə etdiyi avtomobili saz vəziyyətdə olduğunu hər hansı nasazlığı olmadığını göstərmişdir. Hadisədən sonra mərhum X5 hüquqi varisi X3 maddi yardım göstərərək barışıq əldə etmiş və hazırda zərərçəkmiş şəxsin ailəsinin ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədən, göstərilən halların nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X6 bildirmişdir ki, X12 əridir və onunla 2008-ci ildə rəsmi ailə həyatı qurmuşlar və birgə nigahdan 3 övladları vardır. O, işləmək məqsədi ilə Bakı şəhərinə gəılmiş və Abşeron rayonun Saray qəsəbəsində kirayədə yaşayırmışlar və Eltun, avtomobil təmiri ilə məşğul olurmuş, 06 aprel 2023-cü il tarixdə saat təxminən 21:30 radələrində Eltun Mürsəlov “iş yerində adam var açarı verib gəlirəm” deyərək evdən çıxıb getmiş, xx.xx.2023-cü il tarixdə saat təxminən 7:30 radələrində Eltunu Saray polis bölməsinin yaxınlığında yolu keçərkən avtomobil vurduğunu eşitdiyini göstərmişdir. Eltun Mürsəlov aldığı bədən xəsarətlərindən xəsdaxanaya aparılarkən vəfat etdiyini, o, morqa yerləşdirildiyini müayinə olunandan sonra evə apardıqlarını bildirmişdir. Sonradan bəlli olmuşdi ki, Eltun yolu keçərkən mersedes markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan avtomobil ilə vurulmuşdur. Sonradan Azərin həyat yoldaşı üzr mərasiminə gəlib iştirak etməklə hüzürü götürmək üçün həyat yoldaşı hadisə nəticəsində vəfat etdikdən sonra onun dəfn və yas mərasimləri xərci kimi mərhumun Bakı şəhərindən Qəbələ rayonuna gətirilməsi, dəfn xərcləri, yas mərasimlərinə (mərhumun üçü, cümə axşamları, cümələri, qırxı, məzar daşının hazırlanması və s.) təxminən 6500 manata qədər vəsait xərclənmişdir. Təqsirləndirilən şəxs (cavabdeh şəxs) tərəfindən isə 1200 manat məbləğində pul və 2-ci cümə axşamında bəzi ərzaqlar (10 kq. un, 5 kq. yağ, 5 kq. şəkər tozu, 5 kq qənd, 2 kq konfet, 1 qutu marmelad və 1 qutu xurma) təxminən 300 manata qədər köməklik olunmuşdur. Cavabdeh şəxsin verdiyi pulu və yas mərasiminə gətirdiyi 300 manata yaxın dəyərində ərzaqları ümumi çəkilən xərcdən çıxdıqda isə qalan 5000 manat məbləğində çəkilən xərclər o və mərhumun yaxınları tərəfindən qarşılanmışdır.Hazırda təqsirləndirilən şəxs yenidən ona maddi yardım etmiş, razılaşmışlar. Məhkəmədən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxsin hüquqi varisi X6 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mülki iddia üzrə cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs ilə aralarında razılaşma əldə etmişdir. Razılaşma əsasında ailə başçısının ölümü nəticəsində zərərin (dəfn və ys xərcləri, məzar daşının hazırlanması, uşaqların saxlanılması) əvəzi olaraq 5000 (beş min) manat pulu mülki iddia üzrə cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qəbul edir və gələcəkdə ailə başçısının ölümü nəticəsində zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə nüraciət etməyəcəkdir. Ona görə də ərizəsində qeyd olunanlar nəzərə alınaraq cinayət işi üzrə mülki iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsində olan sənədləri və dövlət rüsumu olaraq ödənilmiş 75 (yetmiş beş) manat pulun ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-də əməliyyat müvəkkili Şahid ifadəsində bildirdi ki, xidməti işilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat təxminən 00:30 radələrində Saray PB-nin yaxınlığında olarkən avtomobilin hansısa maneə ilə toqquşma səsini eşidib geri baxarkən, sonradan adını bildiyim Azər adlı şəxs idarə etdiyim Mersedes markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyadanı vurduğunu və avtomobili saxlayıb aşağı enib və avtomobil ilə vurduğu şəxsə yardım etmək üçün onu yerdən qaldırarkən oraya yaxınlaşdıqda sonradan adını bildiyi piyada Eltun adlı şəxsin başından qan axdığını və onu xəsdaxanaya aparmaq üçün onu əvvəlcə Azərin avtomobilinə qoyduqlarını, lakin Azərin avtomobilinin qabaq hissəsi əzildiyindən o, avtomobili idarə edə bilmədiyindən, həmin vaxt yoldan keçən digər avtomobiliə Eltonu qoyduqlarını və onu xəstəxanaya göndərdiklərini bildirmişdir. Hadisə yerini mühafizəsini təmin etməklə Azəri Saray PB-nə gətirdiyini, sonrada onu narkolojiyə müayinədən keçirtmək üçün apardıqlarını göstərmişdir. Şifahi sorğu zamanı Azər piyadanın yolu sol tərəfindən sag tərəfə keçən zaman idarə etdiyi avtomobil ilə ehtiyatsızlqdan vurduğunu bildirdiyini göstərmişdir.PB-də olarkən piyadanın xəstəxanaya aparılarkən vəfat etdiyini eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospekti, avtomobil təmiri sexinin sağ tərəfində baş verməsi və piyada X7 yolun hərəkət zolağında vurulduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, A/519 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2024-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixli, 41 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X20 rəyindən görünür ki, 1982-cı il təvəllüdlü X5 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər başın küt travması, Baş beyin hissəvi evakusaiyası ilə müşayiət olunan əzilməsi. Baş beynin qişalar altına və maddəsinə qansızmalar, kəllə sümüklərinin sınığı, hər iki ağ ciyərin əziyi. Sol ag ciyərin qanitirməyə səbəb olan cırılmış yaraları, sol tərəfli l,ll, İİİ, İV qabırğaların qapalı, yerdəyişən sınıqları. Sag saidin və sag baldırın yerdəyişən sınıqlarıBaşın sol gicgah təpə-ənsə nahiyyəsinin dəri altı hemotoması,bədən sıyrıqları həyati olub küt əşyanın təsirindən ölümündən bir qədər əvvəl xx.xx.2023-ci il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarda təsviri hissəsində göstərilən şəraitdə yəni, X5 piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür. X5 ölümünün səbəbi-baş beyin əzilməsi, baş beyin qişaları altına və maddəsinə qansızmalar .kəllə sümüklərinin sınığı, olmuşdur.İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X5 ölümü onun müytinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2023-cü il saat 09:00) təxminən 6-8 saat baş vermişdir. X5 meytindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,2%-etil spirti aşkar edilmişdir ki, bu da rəsmi cədvələ əsasən yüngül dərəcəli alkoqol sərxoşluğa uyğun gəlir. Metil propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Tərtər şəhər İƏD üzrə Nümyəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Hətəmi X14 rayonu, S.Məmmədov küçəsi 11 ünvanında qeydiyyatdadır və yaşayır. Onun barəsində Tərtər şəhər İƏD üzrə Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə BB106214 nömrəli sürücülük vəsiqəsi verilmişdir və xx.xx.2031-ci ilədək qüvvədədir. (Azər Hətəmovun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixli, 8/1400 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Mersedes-Benz markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət surəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsindən avtomobili 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrtə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Mersedes bens markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ilə aralarında razılaşma əldə etmişdir. Razılaşma əsasında ailə başçısının ölümü nəticəsind zərərin (dəfn və ys xərcləri, məzar daşının hazırlanması, uşaqların saxlanılması) əvəzi olaraq 5000 (beş min) manat pulu Təqsirləndirilən şəxs qəbul edir və gələcəkdə ailə başçısının ölümü nəticəsində zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə nüraciət etməyəcəkdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti yoxdur və təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza verilməsini istəyir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən iddia ərizəsi verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə X18 filialındda 75.40 manat dövlət rüsumuna görə pul ödənilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən onun cəzasını yüngülləşdirən halın olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Mersedes markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, zərərçəkənin hüquqi varisi-mülki iddiaçı iddia ərizəçinin geri qaytarılmasını xahiş etdiyindən onun iddia ərizəsi baxılmamış saxlanmalı və tərəfindən ödənilmiş dövlət rüsumuna görə pul geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası CPM-nin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası CPM-nin 89.4.19-cu maddəsinə əsasən mülki iddiaçının cinayət prosesinin istənilən anında iddiadan imtina etmək hüququ vardır. Zərərçəkmiş şəxsn hüquqi varisi eyni zamanda mülki iddiaçı X2 hökm çıxarılanadək məhkəməyə yazılı ərizə təqdim edərək, mülki cavabdehə qarşı qaldırdığı iddia tələbinin baxılmamış baxılmamış saxlanılmasını və iddia ərizəsində olan sənədləri və dövlət rüsumu olaraq ödənilmiş 75 (yetmiş beş) manat pulun ona geri qaytarılmasını xahiş etmişdir. Odur ki, onun iddia ərizəsi baxılmamış saxlanmalı, dövlət rüsumu olaraq ödənilmiş 75 (yetmiş beş) manat pul dövlət büdcəsinin vəsati hesabında ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa - dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Mersedes markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxsn hüquqi varisi eyni zamanda mülki iddiaçı X2 iddia ərizəsi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsn hüquqi varisi eyni zamanda mülki iddiaçı X2 xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından zərərçəkmiş şəxsn hüquqi varisi eyni zamanda mülki iddiaçı X3 qaytarılsın. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Maliyyə İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı şəhər Probasiya İdarəsinə, Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Baş X22 idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-109/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-109/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver