Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1090/2025 15.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi- Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Saray bağları yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 02:16 radələrində Abşeron rayon, Saray qəsəbəsi, “Qurd dərəsi” adlanan ərazidə yerləşən gölün kənarında Zərərçəkmiş şəxs ilə mübahisə etdikdən sonra sonucunun oradan uzaqlaşmasından istifadə edərək Zərərçəkmiş şəxs məxsus 01 ədəd ********** nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş, 12 kalibrli MP-155 modelli, sürgülü, hamar lüləli, öz-özünə dolan, yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı odlu ov silahını, həmçinin 04 ədəd xarici dövlətdə istehsal olunmuş, 12 kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 12x70 kalibrli, döyüş sursatı, istifadəyə və atəşə yararlı patronları açıq sahədən gizli olaraq talamışdır. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Boş vaxtlarında "Qurd dərəsi" deyilən yerdə balıq ovu ilə məşğul olur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 15 sentyabr 2024-cü il tarixdə təxminən gecə saatlarında "Qurd dərəsi" deyilən yerə gedərək balıq tutmaq istəmişdir. Həmin vaxt orada olan tanışı Siyavuşdan xahiş etmişdir ki, lodkasını versin onula gölə girsin. Siyavuş heç bir etiraz etmədən ona lodkasından istifadə etməyə razılıq vermiş və oradan çıxıb getmişdir. O, da yaxınlıqda olan lodkanın ipini açıb üzərinə minmiş və gölə daxil olmuşdur. Bir müddət göldə balıq tutub geri qayıtmış və lodkanın ipini fikirdən sahilə bağlamaq yadından çıxmışdır. Bir müddət sonra bir nəfər şəxsin, adının sonradan ona məlum olduğu Zərərçəkmiş şəxs adlı şəxsin əlində ov silahı nəlayiq ifadə işlədərək lodkasının ipini kimin açmasını soruşmuşdur. O, həmin şəxsə nalayiq ifadə işlətməməsini, onun Siyavuşun lodkasından istifadə etdiyini, ola bilsin səhvən həmin şəxsin lodkasından istifadə etdiyini bildirmişdir. Lakin həmin şəxsin əlində ov silahı olması, kobud danışması ona pis təsir etmişdir. Həmin vaxt görmüşdür ki, həmin şəxs əlindəki ov silahını daşın üzərinə qoyub gölə tərəf getmişdir. O, da tez həmin yerə yaxınlaşıb silahı patronları ilə birlikdə götürmüş və həmin şəxsə yaxınlaşaraq onu nəlayiq sözlərlə təhqir etməsinin düzgün olmadığını deyib ona iradlarını bildirmişdir və oradan uzaqlaşmışdır. Yolda silahın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq üçün havaya atəş açmamışdır. Silahdan istifadə etməyi bilmir. Həmin gün içkili olmuşdur. Bundan sonra gölün əks tərəfinə keçib oğurladığı silahı və patronları orada olan qamışlığın yanında gizlətmiş ve yaşadığı evə getmişdir. Aradan 2 gün keçəndən sonra eşitmişdir ki, həmin şəxs, yeni Zərərçəkmiş şəxs onun barəsində Sumqayıt şəhər polis İdarəsinə şikayət etmişdir. Ona görə də o, ov silahını ve patronları gizlətdiyi yerdən götürüb Zərərçəkmiş şəxs özünə qaytarmışdır. Hal-hazırda tutduğu əməldən peşmandır ve xahiş etmişdir ki, o bağışlasın. Zərərçəkmiş şəxs öldürməkle hədələməmiş, ona tərəf atəş açmamışdır. Valideynlərinin olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlunun yanında Abşeron rayon, Saray qəsəbəsində yaşayır. Özünə məxsus ov silahı vardır. O, həmin ərazidə yerləşən göldə müxtəlif vaxtlarda balıq tutur. Bir neçə gün öncə o, balıq tutan zaman istifadə etdiyi taxta balıqçı lotkasını gölün ərazisində tanımadığı şəxslər tərəfindən götürülməsini aşkart etmişdir. xx.xx.2024-cü il tarixdə o, həmin lotkanı tapmaq üçün həmin gölün yaxınlığına getmişdir və bu zaman özünə aid ov silahımda götürmüşdü. Bundan sonra gölün ətrafında bir nəfər tanımadığı şəxsin olmasını görmüş, bu zaman həmin şəxslə salamlaşmış, sonra yaxınlıqdan söyüş səslərinin gəlməsini soruşmuşdur. Bu zaman əlində olan fanarla etarfa baxmış, sonra onun qarnında ağrı yarandığından o, gölün ətrafında olan qamışlıq sahəyə getmək qərarına gəlmişdir və bu zaman əlində olan ov silahını gölün kənarında olan daş parçasına yaslamışdır. O, aralaşan zaman ətarfda olan şəxs həmin silahı götürmüş, ona tərəf tuşlamış və o, həmin şəxsə silahın dolu olmasını demiş, sonra həmin şəxsə yaxınlaşdıqda həmin şəxs silahla atəş açmış və o, qorxaraq arxaya çəkilmiş, sonra qarnı ağrıdığından kənara çəkilmiş və böyük bayıra çıxmışdır. Daha sonra o, özünü yumuş, sonra həmin şəxsin yanına yaxınlaşan zaman həmin şəxsin orda olmamasını və getməsini görmüşdür. Bundan sonra o, həmin şəxsi axtarmış və ona uca səslə silahı verməsini işəmişdir. Həmin zaman həmin şəxsdən xəbər çıxmadığından o, bu barədə polisə məlumat vermişdir. Bundan sonra Sumqayıt PB-nin əməkdaşları gəlmiş və o, bu barədə müraciət etmişdir, sonra polis əməkdaşları getdikdən sonra o, yenidən silahı axtarmış, lakin tapa bilməmişdir. Həmin vaxt orada xidmət aparan polis əməkdaşları ona yaxınlaşmış, ondan nə axtardığını soruşmuş və o, silahın tanımadığı şəxs tərəfindən götürülməsini demişdir. Daha sonra həmin polis əməkdaşları hadisə olan ərazinin Abşeron rayonun inzibatı ərzazisi olmasını, özlərinin də Abşeron rayon polis idarəsinin əməkdaşları olmasını deyərək oradan çıxıb getmişlər. Şahid2 məhkəməyə teleqram göndərərək istintaqda yazdığı izahatını təsdiq etdiyini, hadisə yerində olmadığını və hadisənin şahidi olmadığını, hal-hazırda işi ilə əlaqədar olaraq məhkəmədə şahid qismində istirak edə bilmədiyini və bu səbəbdən məhkəmənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki,Tərlan və Tahiri qiyabi olaraq tanıyır. Onlar onunla ayrı-ayrı məhəllələrdə qalır. Tərlan və Tahirlə hər hansı bir ədavətim yoxdur. O, özü tikinti işində işləyir. 16 sentyabr 2024-cü il tarixdə sübh radələrində Tərlan ona zəng edərək, bir nəfər şəxsin tüfəngini oğurlamasını onun həmin şəxsi tanıyıb tanımadığını bildirmişdir. O, da Tərlana hələ tez olduğunu, səhər açıldıqdan sonra maraqlanıb bu barədə məlumat verəcəyini bildirmişdir. Səhər açılandan sonra o, gölə getmişdir. Həmin vaxt Tahir də orada olmuşdur. O, baş vermiş hadisə barədə maraqlanan zaman, Tahir ona Tərlanın Tüfəngini götürdüyünü bildirmişdir. Tahirdən nə olduğunu soruşan zaman, Tahir Tərlanın onu söydüyünü onunla əlbəyaxa olduğunu, həmin vaxt Tərlanın tüfəngindən atəş açıldığını, bu zaman Tərlandan tüfəngi alıb qamışlığın içərisinə atdığını bildirmişdir. O, bu söhbəti Tərlanla danışacağını tüfəngi gətirməyini demişdir. Bundan sonra o, Tərlanla görüşüb, bu barədə söhbət etmişdir. Həmin vaxt yanlarında başqa balıqçılarda olmuşdur. O, Tərlana Tahirin şikayət edilməsindən və həbs olunmasından qorxduğunu dedikdə Tərlan ona şikayəti geri götürəcəyini silahı gətirib verməsini bildirmişdir. Bundan sonra Tahirdən aldığı mobil nömrəsi ilə əlaqə saxlamış və tüfəngi qaytararsa Tərlanın şikayətini geri götürəcəyini demişdir. Bundan sonra Tahir ona silahı qamışlığa atdığını, Tərlanın silahı orada axtarmasını bildirmişdir. O, bu barədə Tərlana demiş və şikayət etməsini bildirmişdir. O, bildirmişdir ki, Tərlan və Tahir arasında barışıq əldə etmək istəmiş, lakin alınmamışdır. Həmin vaxtdan sonra o, Tahiri 1-2 dəfədə görsə də bu barədə onunla danışmamışdır. O, qeyd etmişdir ki, hadisədən müəyyən müddət keçdiyindən və orada olmadığına görə çox məlumat yadında qalmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, usta kimi fəaliyyət göstərir. Tərlan və Tahiri qiyabi olaraq tanıyır. Onlar onunla ayrı-ayrı məhəllələrdə qalırlar. Onlarla hər hansı bir ədavəti yoxdur. Onun özünəməxsus lotkası var. Həmin lotka ilə evinin yaxınlığında yerləşən göldə balıq tutur. Bunu o marağı üçün edir. Həmin lotkanı göldə saxlayır. Təxminən 2-3 ay bundan əvvəl Tahir ona yaxınlaşıb lotkadan istifadə etməyi xahiş etmişdir. O da insanlıq naminə lotkadan istifadə edə biləcəyini demişdir. 16 sentyabr 2024cü il tarixdə Tərlan ona zəng edərək, 15 sentyabr 2024-cü il tarixdə lotkasınıı kimin mindiyini demişdir. O da ona bu barədə məlumatı olmadığını demişdir. O lotkanı minən şəxs barədə məlumatlar verdikdən sonra, lotkanı minən şəxsin Tahir ola biləcəyini dedmişdir. Bundan sonra Tərlan ona Tahirin ov silahını oğurlamasını demişdir. O ona Tahirin harada olması barədə məlumatı olmadığını demişdir. O bildirmişdir ki, o bu işlə əlaqəsi yoxdur. Sadəcə olaraq Tahirə lotkasına minməyinə icazə vermişdir. Həmin gün Tahirin lotkanı minməyini Tərlan ona dedikdən sonra bilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistk Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/79 saylı rəyinə əsasən müəyyən edilmişdir: 1.Tədqiqata təqdim edilmiş 01 ədəd **********6 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş, 12 kalibrli MP-155 modelli sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. 2.Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 12x70 kalibrli ov patronlarıdır, ov döyüş sursatıdırlar, istifadəyə və atəşə yararlıdırlar.
3. DİN-nin KTİ-də fiziki-kimyəvi məhkəmə ekspertizası keçirilməməsi səbəbindən, qərarın “Həmin silahdan atəş olunmuşdurmu?” sulına cavab verilmədi. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, qərar ona elan edilmişdir. - “Tqəsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə axtarış elan edilərək tutulması və tutulduqdan sonra Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında “ xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 24027133 nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Abşeron RPİ-nin MSY-yə təhvil verilmişdir. - “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 24027133 nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-99/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 04 gün müddəyinə, yəni xx.xx.2025-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən heesablanmışdır. - “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd ********** №-li silah maddi sübut kimi tanınması və 01 ədəd olduğundan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. - “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə oğurladığı Zərərçəkmiş şəxs məxsus 01 ədəd ********** №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istahsal olunmuş, 12 kalibrli MP-155 modelli sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, şahidd ifadələri, məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli 25/79 nömrəli ekspert rəyi, maddi sübut və digər istintaq sənədlərin mötəbər sübutlar kimi qiymətləndirilməsi qərara alınmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsinə əsasən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs özünün etirafı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş ekspert rəyləri, şahidlərin ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci, 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar- törətdiyi əməldən səmimi peşmançılığı olmasıdır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşını, eləcə də, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 04 gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalından həbs olunmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu vaxtdan yəni, xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxs məxsus 01 ədəd ********** №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istahsal olunmuş, 12 kalibrli MP-155 modelli sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi iştirak etdiyi 12 saata görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və 03 (üç) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Xambala oğlu barəsində “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə zalından həbs olunsun, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın, cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu vaxtdan yəni, xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs məxsus 01 ədəd ********** №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istahsal olunmuş, 12 kalibrli MP-155 modelli sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosu müdafiəçisi Müdafiəçi 12 saata görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Sədrlik edən: Vaqif Həsənov