Məhkəmə qərarları › İş №1(012)-11/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-11/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-11/2022 18.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs оğlunun, Təqsirləndirilən şəxs1 оğlunun və onun müdafiəçisi vəkil X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçiləri, vəkil Müdafiəçi3 və Müdafiəçi1 iştirakı ilə xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Abşeron RPİ-də qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində nömrəsiz ünvanda kirayə yaşamış, Sumqayıt şəhər Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 оğlunun və xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məh 6-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri MİK-1, ev 16/29, mənzil 12-də yaşayan, Sumqayıt şəhər Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə X6 etibarından sui-istifadə edərək, onu Azərbaycan Respublikası X3 audit vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, 21.04.2019-cu il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 18 nömrəli binanın qarşısında 5000 manat məbləğində, 23.04.2019-cu il tarixdə Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində “Mətanət-A” şirkətinin qarşısındakı piyada keçidinin yanında 2000 manat və 29.04.2019-cu il tarixdə Sumqayıt-Bakı avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində “Megastore” adlı marketin qarşısında 1500 manat məbləğində olmaqla, ümumilikdə 8500 (səkkiz min beş yüz) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmuşlar. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun arvadıdır, sonuncu ilə 2006-cı ildən rəsmi olaraq ailə həyatı qurmuşdur. Həmin evlilikdən 16 yaşlı qız övladı və 13 yaşlı oğlan övladları vardır. Təxminən 2 il olar ki, Ülviyyə ilə faktiki olaraq ayırılmış, uşaqları isə Ülviyyə ilə yaşayır. Şahid isə onun hərbi xidmətdə olarkən komandiri olmuş və həmin vaxtdan Tofiqlə münasibətləri yaranmışdır. Tofiq arvadı Ülviyyəni də onun vasitəsi ilə tanımışdır. Onun Tofiqlə də münasibətləri yaxşı olmuş, ədavət və düşmənçilikləri olmamışdır. 2019-cu ilin aprel ayında Tofiq ona zəng edərək, bir nəfər tanışının ali təhsili olduğu üçün həmin şəxsi işə düzəltməkdə hər hansı köməklik edə biləcəyini soruşduqda, o, Tofiqə bir nəfər tanışının olduğunu həmin şəxsdən öyrənib məlumat verəcəyini demişdir. Daha sonra o, bu barədə arvadı Ülviyyəyə deyəndə sonuncu ona tanışının olduğunu, həmin işi həll edəcəyini demişdir. O, Ülviyyənin sözlərini Tofiqə çatdırdıqdan sonra o, sonuncu ilə Sumqayıt şəhəri aviakassanın yanı deyilən ərazidə görüşmüşdür. Həmin vaxt arvadı Ülviyyə onun idarə etdiyi «Mersedes Benz C klass» markalı avtomobildə qalmış, Tofiq isə onu bayırda Nzaimlə tanış etmişdir. Həmin vaxt o, Nazimə harada işləmək a da X2 işləmək istədiyini bildirmişdir. O, bu barədə arvadı Ülviyyə ilə söhbət edib məlumat verəcəyini demişdir. Daha sonra Nazimin anket məlumatlarını «sivi» formasında sonuncudan götürüb Ülviyyəyə vermişdir. Təxminən 3-4 gün sonra Ülviyyə ona Nazimi X5 işə düzəldə biləcəyini demiş, o, da Nazimə zəng edib bu barədə bildirmişdir. Həmin günü o, Xırdalan şəhərinə arvadı Ülviyyə ilə gəlmiş, orada Nazimin yaşadığı binanın qarşısında Nazim və Nazimin anası ilə görüşmüşlər. O, Ülviyyədən həmin iş üçün nə qədər pul verməli olduğunu deyəndə, sonuncu ona həmin işə görə Nazimdən 8500 manat pul alınmlaı olduğunu demişdir. Həmin məlumatı o, Ülviyyənin yanında Nazimə və sonuncunun anasına çatdırmışdır. Nazim də onlarla razılşaraq, hazırda əlində 5000 manat pulunun olduğunu deyib, ilkin olaraq həmin pulu verəcəyini qalan pulu isə 5-10 gün müddətində həll edəcəyini demişdir. Daha sonra Nazim evə çıxıb pulu götürüb aşağı yaşadığı binanın həyətinə düşmüş, Nazimin anası Nazimin və Ülviyyənin yanında 5000 manat pulu 21 aprel 2019-cu il tarixdə saat 20 radələrində ona vermişdir. O, həmin pulu elə orada, hamının yanında arvadı Ülviyyəyə verən zaman, Ülviyyə pulu əlində oynadıb pulun onlara çatmadığını deyib onunla birlikdə çıxıb gedərkən, Nazimə «narahat olma 2019-cu ilin iyul ayında işə başlayacaqsan» sözlərini demişdir. Həmin gün Ülviyyə 5000 manat pulu götürüb yaşadığı evə o, isə kirayə yaşadığı evə getmişdir. Səhəri gün, Ülviyyə ona həmin 5000 manat pulu Nazimin işini həll etmək üçün tanışına verəcəyini demişdir. Lakin, o, həmin pulun Ülviyyə tərəfindən hara verildiyini və nəyə xərcəlnədiyini bilməmişdir. 23 aprel 2020-ci il tarixdə Nazim ona zəng edərək, 2000 manat pul düzəltdiyini və harada ona verə biləcəyini soruşmuşdur. O, sonuncu ilə həmin gün Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində “Mətanət A” şirkətinin qarşısaındakı piyada keçidinin yanında görüşüb 2000 manat pulu alıb Nazimin yanında Ülviyyəyə vermişdir. Ülviyyə yenə də ona 2000 manat pulu Nazimin işinə görə həmin işi həll edəcəyi şəxsə verəcəyini deyən zaman o, Ülviyyəyə ona da həmin işin məsələsindən pul çatacağını demişdir. Ülviyyə ona həmin puldan yox, sonuncu alınası 1500 manat puldan 700 manat pul verəcəyini demişdir. Bundan sonra o, Ülviyyəni Xırdalan dairəsi deyilən yerdə düşürüb Bakı şəhərinə getmişdir. Ülviyyənin həmin 2000 manat pulu hara xərcləməsi barədə məlumatı olmamışdır. 2019-cu ilin aprel ayının 29-da Nazim ona zəng edərək, 1500 manat pulu vermək üçün harada görüşmək lazım olduğunu deyərkən, o, Nazimə Sumqayıt-Bakı avtomobil yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində “Mega Store” adlı marketin qarşısına gəlməsini demişdir. Həmin gün o, Nazimlə orada görüşüb pulu alıb Nazimin yanında arvadı Ülviyyəyə vermişdir. Bundan sonra Ülviyyə həmin 1500 manat puldan 480 manat pulu ona vermişdir. Ülviyyə ona həmin pulu, Ülviyyəyə müştəri tapdığı üçün vermişdir. O, həmin işə görə Nazimdən ümumilikdə 8500 manat pul alıb arvadı Ülviyyəyə vermişdir. 2019-cu ilin avqust ayının 22-də o, Nazimə zəng edərək, sağalamlıq və ailə tərkibi haqqında arayış alıb ona verməsini bildirmişdir. 24.08.2019-cu il tarixdə Xırdalan şəhərində yerləşən “Megastore” adlı marketin qarşısında o, arvadı Ülviyyə və Nazim görüşmüşlər. Orada Nazim həmin sənədləri onun yanında arvadı Ülviyyəyə vermişdir. Lakin, Ülviyyə Nazimin işini düzlətmədiyi üçün, o, hər dəfə Nazimə müxtəlif bəhanələr deməyə başlamışdır. 2019-cu ilin dekabr ayında Nazimin anası ona zəng edərək, «ya pulumuzu qaytar, ya da səndən polisə şikayət edəcəm» sözlrini demişdir. Bundan sonra o, Ülviyyə ilə mübahisə etmiş, Ülviyyə də ona işi özü həll edəcəyini demişdir. Bundan sonra Ülviyyə özü, Nazimgillə telefon əlaqəsi saxlamışdır. Lakin, sonradan Ülviyyə həmin pulu Nazimə qaytara bilmədiyi üçün Nazim bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Hazrda zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əridir. Sonuncu ilə 2005-ci ildən rəsmi olaraq ailə həyatı qurmuş, evlilikdən 6 yaşlı qız övladı və 13 yaşlı oğlan övladları vardır. 2019-cu ilin noyabr ayına kimi o, Vəli ilə ailə kimi yaşasa da xasiyyətləri tutmadığı üçün həmin vaxtdan ayrı yaşayırlar. Şahid isə əri Vəlinin komandiri kimi tasnımışdır. Həmin vaxtdan münasibətləri yaranmış, 2019-cu ilin aprel ayında Tofiq Vəliyə zəng edərək, Nazim adlı yaxın adamının olduğunu və onu işə düzəltməsini xahiş etmışdir. Vəli isə Tofiqə adamının olduğunu və həmin şəxsin bu işi həll edəcəyini demişdir. 2019-cu ilin aprel ayının 21-də o, Vəlinin avtomobilində olarkən Vəli Nazim adlı şəxsin «sivi» məlumatlarını götürmüşdür. Vəli ona həmin vaxt Nazimi X5 audit kimi işə düzəldəcəyini demişdir. Həmin günü Vəli ilə Xırdalan şəhərində Nazimin yaşadığı binanın qarşısında Nazim və Nazimin anası ilə görüşmüşlər. Orada Vəli Nazimi X5 işə düzəldəcəyini və buna görə 8500 manat pul verməli olduğunu demişdir. Həmin zaman Nazimin anası Vəliyə kasıb adam olduqlarını və həmin pulu zəhəmtələ qazandığını demişdir. O, Nazimin anasına Vəli mərdimzar adam deyil inşaalah oğlunun işini həll edəcəyini, əgər alınmasa pulunu gətirib qaytaracağını demişdir. Bundan sonra Nazim yaşadığı mənzilə çıxıb pulu götürüb aşağı düşərək pulu anasına vermiş, Nazimin anası isə 5000 manat pulu sayıb onun və Nazimin yanında Vəliyə vermişdir. Vəli də həmin pulu sayıb sonra yenidən saymağı üçün ona vermişdir. O, həmin pulu yenidən sayıb 5000 manat olduğuna əmin olduqdan sonra Nazim və anasının yanında həmin pulu Vəliyə qaytarmışdır. Vəli də həmin pulu ondan alıb avtomobilin «bardaçokuna» qoymuşdur. Bu vaxt Nazimin anası Vəliyə hazırda əlində həmin pulun olduğunu lakin, qalan 3500 manat pulu da ən qısa vaxtda tapıb verəcəyini demişdir. Vəli də ona «sən narahat olma oğlunun işi həll olunacaq» sözlərini demişdir. Bundan sonra Vəli ilə o, həmin yerdən çıxıb Sumqayıt şəhərinə Tofiqin yaşadığı binanın qarşısına gəlmişlər. Vəli həmin vaxt Tofiqə zəng edərək, yanına çağırmış, Tofiq də həyətə düşüb Vəliyə “sən dəqiq Nazimin işini həll edə biləcəksənmi?” sözlərini deyib narahat olduğunu bildirmişdir. Vəli də onun yanında Tofiqə «sən narahat olma mən Nazimi işə düzəldəcəm» sözlərini deyib Nazimi onunla tanş etdiyinə görə və bu işdə vasitəçilik etdiyi üçün Tofiqə həmin 5000 manat puldan 850 manat pul onun yanında vermişdir. Tofiq də həmin pulu yəni 850 manatı Vəlidən alıb çıxıb getmişdr. Vəli həmin vaxt puldan 50 manatını ona vermişdir. Daha sonra onlar evə getmişlər, Vəli həmin pulun 4000 manatını dediyinə görə Nazimin işi üçün kiməsə verəcəyini demişdir. Lakin, o, Vəlinin həmin pulu nə etdiyi bilməmişdir. 23 aprel 2020-ci il tarixdə Nazim Vəli ilə danışıb 2000 manat pul düzəltdiyini deyib harada verə biləcəyini soruşmuşdur. Vəli də onunla həmin gün Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində “Mətanət A” şirkətinin qarşısaındakı piyada keçidinin yanında görüşüb 2000 manat pulu almışdır. Daha sonra onu Sumqayıt şəhərində yerləşən “Hiper marketin” qarşısında düşrdmüş o, evə bazarlıq etməyə başlamışdır. Vəli də həmin işlə əlaqədar olaraq, kiminləsə görüşəcəyini deyib getmişdir. O, Vəlinin Nazimdən aldığı 2000 anat pulu nə etdiyini bilməmişdir. Sonuncu dəfə 2019-cu ilin aprel ayının 29-da Nazim Vəliyə zəng edib 1500 manat pulu vermək üçün harda görüşməyini deyərkən, Vəli Nazimə Sumqayıt-Bakı avtomobil yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində “Mega Store” adlı marketin qarşısına gəlməsini demişdir. Həmin gün o, Vəli ilə həmin yerdə Nazimlə görüşmüşlər, və Nazim 1500 manat pulu sayıb Vəliyə vermişdir. Vəli də həmin pulu götürüb cibinə qoyub Nazimlə sağollaşmışdır. Daha sonra avtomobildə olarkən Nazim həmin pulun 500 manatını ona vermiş ki, uşaqlara və özünə xərcləsin. Qalan 1000 manat pulu isə Nazimin işi ilə əlaqədar kiməsə verəcəyini demişdir. O, həmin pulu əri Vəlidən alıb şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin, Vəli Nazimin işini həll etmədiyi üçün Nazim və anası hər dəfə ona zəng edib öz narazılıqlarını bildirirmişlər. 2019-cu ilin avqust ayının 22-də Vəli Nazimə zəng edərək, sağalamlıq haqqında və ailə tərkibi haqqında arayış alıb ona verməsini demişdir. Nazim də 1-2 günə həmin arayışları alıb 24.08.2019-cu il tarixdə onun yanında Xırdalan şəhərində yerləşən “Megastore” adlı marketin qarşısında Vəliyə vermişdir. Bundan sonra 2019-cu ilin dekab ayınadək Vəli müxtəlif bəhanələrlə Nazimi aldadmağa başlamış və bundan sonra Nazimin anası ona zəng edərək, Vəlidən narazılığını bildirib, pulunu geri istəmişdir. O, Vəlidən həmin pulu nə etdiyini soruşan zaman, sonuncu həmin pulu ehtiyacı olduğu üçün xərclədiyini və Nazimi söz verdiyi işə düzəldə bilmədiyini demişdir. O, artıq başqa yol olmadığı üçün Nazimin anası ilə telefonla danışarkən, yalandan Sevinc adlı tanışının olduğunu və oğlu Nazimi Sevinc adlı xanımın köməkliyi ilə ekologiya nazirliyində audit işinə düzəldəcəyimi söz vermişdir. Lakin, nə onun nə Vəlinin həmin məbləğdə pulları olmadığı üçün Nazimdən Vəlinin aldığı 8500 manat pulu geri qaytara bilməmişlər. Buna görə də Nazim bu barədə Abşeron RPİ-nə şikayətv ərizəsi ilə müraciət etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Hazrda zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs оğlu ifаdəsində göstərmişdir ki, 2010-cu ildə Bakı Biznes universitetinin mühasibat uçotu və audit ixtisası üzrə ailə təhsil almağa başlayıb 2014-cü ildə həmin ixtisas üzrə bakalavr pilləsinə təhsilini başa vurub diplom almışdır. Heç bir yerdə ixtisası üzrə iş tapa bilmədiyi üçün özünə iş axtarırmış. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə tanışı Tofiq adlı şəxsin vasitəsi ilə 2019-cu ilin aprel ayında Sumqayıt şəhərində tanış olmuşdur. Belə ki, o, iş axtardığı üçün Tofiqə ASAN xidmət və ya X5 işə düzəlmək istədiyni demişdir. Tofiqdə 2019-cu ilin aprel ayının ikinci on günlüyündə Sumqayıt şəhərində aviakassa deyilən yerdə onu Vəli ilə görüşmüşdür. Həmin vaxt Vəlinin arvadı Ülviyyə avtomobildə oturmuşdur. Bu vaxt Vəli ona Tofiqin xətrini çox istədiyini və buna görə də ona köməklik edəcəyini bunun üçün onun anket məlumatlarını «sivi» formasında tələb etmişdir. O, əlində olan «sivini» elə orada Vəliyə vermişdir. Vəlidə onu X5 işə düzəldə biləcəyini deyib getmişdir. O, evə gəlib anası Nazimə ilə bu barədə söhbət etmiş və qərara gəlmişlər ki, Vəlinin dediyi yerə işə düzəlsin. Bundan sonra o, Vəlinin mobil nömrəsinə zəng edərək, iş barədə fikrini demiş, Vəlidə onu X5 audit vəzifəsinə işə düzəldəcəyini deyib həmin günü Xırdalan şəhərində yaşadığı binanın qarşısına gəlmişdr. Həmin vaxt orada o, anası Nazimə, Vəli, Vəlinin arvadı Ülviyyə və sonuncuların az yaşlı qızı olmuşdur. Bu vaxt Vəli ona həmin iş üçün 8500 manat pul vermək lazım olduğunu demiş, o, bunun səbəbini soruşanda Vəli həmin pulun 7000 manatını işə görə xərcləyəcəyini, 1500 manat pulu isə öz zəhəmtə haqqısı kimi götürəcəyini demişdir. Bu vaxt Vəlinin arvadı Ülviyyə onlara əgər Ekologiya Nazirliyinə işə düzəlməsini istəsə 5000 manat pul verəcəyinii və aylıq 450 manat maaaş alacağını, Qidada işləmək istədiyi halda isə 600 manat əmək haqqı alacağını və buna görə 8500 manat pul verməli olduğunu demişdir. O, anası ilə Ülviyyəgilnən razılaşıb 8500 manat pul verə biləcəklərini demişlər. Həmin vaxt o, Vəliyə hazırda əlində 5000 manat pulunun olduğunu deyib ilkin olaraq, həmin pulu verəcəyini qalan pulu isə 5-10 gün müddətində həll edəcəyini demişdir. Daha sonra evə çıxıb pulu götürüb aşağı yaşadığı binanın həyətinə düşmüşdür. Orada anası Nazimənin yanında 5000 manat pulu 21 aprel 2019-cu il tarixdə saat 20 radələrində Vəliyə vermişdir. Vəli də həmin pulu onların yanında arvadı Ülviyyəyə verən zaman, Ülviyyə pulu əlində oynadıb həmin pulun onlara çatmadığını deyib əri ilə birlikdə çıxıb gedərkən ona «narahat olma 2019-cu ilin iyul ayında işə başlayacaqsan» sözlərini demişdir. 23 aprel 2020-ci il tarixdə Vəli ilə danışıb 2000 manat pul düzəltdiyini deyib harada verə biləcəyini soruşmuşdur. Vəli də ona həmin gün Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində “Mətanət A” şirkətinin qarşısaındakı piyada keçidinin yanında Vəliyə vermişdir. Həmin vaxt o, pulu Vəliyə verərkən, arvadı Ülviyyə də orada olmuş və Vəli pulu yenə də Ülviyyəyə vermişdir. 2019-cu ilin aprel ayının 29-da o, işi üçün Vəliyə 1500 manat pulu vermək üçün harda görüşə biləcəyini soruşan zaman, Vəli ona Sumqayıt-Bakı avtomobil yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində “Mega Store” adlı marketin qarşısına görüşə biləcəyini bildirmişdir. O, həmin gün Vəli ilə orada görüşüb pulu verərkən Vəlinin arvadı Ülviyyə də orada olmuşdur. Vəli yenə də onadan 1500 manat pulu götürüb Ülviyyəyə vermişdir. Vəli arvadı Ülviyyənin yanında ona işə düzəlməsi ilə əlaqədar 2019-cu ilin may ayının sonlarında qeydiyyat başlayacağını və 2019-cu ilin iyul ayının sonunda X5 audit vəzifəsinə işə başlayacağımı deyib getmişdir. O, həmin işə görə Vəli və Ülviyyəyə ümumilikdə 8500 manat pul vermişdir. Həmin vaxtdan sonra Vəli onu işə düzəldəcəyini deəyərək gözləməsini demişdir. 2019-cu ilin avqust ayının 22-də Vəli ona zəng edərək, sağalamlıq haqqında və ailə tərkibi haqqında arayış tələb etmişdir. O, 1-2 günə həmin asrayışları alıb 24.08.2019-cu il tarixdə Vəli və arvadı Ülviyyə ilə Xırdalan şəhərində yerləşən “Megastore” adlı marketin qarşısında Vəlinin arvadı Ülviyyəyə vermişdir. O, həmin vaxt Vəliyə işə çıxmazdan əvvəl kompüter kursuna getmək istədiyini demişdir. Bu vaxt Ülviyyə «qoy getsin hazırlaşsın onsuzda Nazim sentyabr ayından işə başlayacaq» sözlərini demişdir. Bundan sonra 2019-cu ilin dekab ayınadək Vəli onu müxtəlif bəhanələr ilə aldatmağa başlamışdır. 2019-cu ilin dekabr ayında Vəli telefona cavab vermədiyi üçün anası Vəlinin arvadı Ülviyyəyə zəng edəndə Ülviyyə anasına haqlı olduqlarını və artıq onun işi ilə özü məşğul olduğunu və X3 Sevinc adlı tanışın olduğunu sonuncunun köməkliyi ilə onu ümumi şöbəyə düzəldəcəyini deyib ondan tərcümeyi halını istəmişdir. O, Ülviyyəyə inanıb tərcümeyi halımı yazıb “vhatsapp” vasitəsi ilə Ülviyyəyə göndərmişdir. Bundan sonra 2020-ci ilin may ayınadək Ülviyyə onu işə düzəldəcəyini deyib aldatmağa başlamışdır. Hazırda isə təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan ödənilmiş və onlara qaşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 1999-cu ildən 2002-ci iliədək Mudafiə Nazirliyinin Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində xidmət rəisinin müavini vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs1 da həmin vaxt onun əsgəri olmuşdur. Həmin vaxtdan sonuncu ilə münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 toyunda ailə həyatı qurduğu xanım kimi tanımışdır. Hər ikisi ilə münasibətri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Bildiyimə görə Vəli hansısa mühafizədə işləyirmiş, Vəlinin arvadı Ülviyyə isə ona Kənd Təsərrüfatı Nazirliyinə işlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə 2019-cu ilin mart ayının sonlarında Sumqayıt şəhərində tanımış, sonuncu ilə münasibətləri yaxşı olmuşdur. Həmin ərəfələrdə Nazim onun yanına gələrək, ali təhsilli olduğunu və ixtisası üzrə iş tapmaqda ona köməklik göstərməsini xahiş etmişdir. 2019-cu ilin aprel ayının ikinci on günlüyündə o, Sumqayıt şəhərində Vəli ilə Nazimi tanış etmiş və Vəlidən Nazimə işə düzəlməkdə köməklik edə biləcəyini soruşanda Vəli, bir nəfər tanışının olduğunu və sonuncu ilə danışdıqdan sonra fikirini deyə biləcəyini bildirmişdir. Nazim də Vəliyə onu ASAN xidmətə ya da X5 işə düzəltməsini xahiş etmişdir. Həmin vaxt Vəlinin arvadı Ülviyyə Vəlinin avtomobilində oturubmuş, Vəli hər ehtimala Nazimdən anket məlumatlarını istəyəndə Nazim anket məlumatları olan «sivini» Vəliyə təqdim etmişdir. Vəlidə Nazimi X5 işə düzəldə biləcəyini deyib çıxıb getmişdir. Təxminən 6 ay sonra Nazim və Vəlidən xəbər çıxmadığı üçün Vəliyə zəng edib Nazimin işinin nə yerdə olduğunu soruşmuşdur. Vəli də ona Nazimi müvəqqəti olaraq başqa yerə işə düzəltdiyini həmin işi isə arvadı Ülviyyə düzəldəndən sonra həmin işə çıxacağını bildirmişdir. O, Vəliyə Nazimgilin kasıb adam olduqlarını və işlərini düzəltməsini bir daha xahiş etmişdir. 2019-cu ilin noyabr ayında Nazim və anası Nazimə ona zəng edərək, Vəli və Ülviyyənin onu aldadıb 8500 manat pulunu ələ keçirdiyini və oğulnu işə düzəltmədiyini bildirmişdir. O, Vəli və Ülviyyə ilə əlaqə saxlayan zaman, Ülviyyə ona «narahat olma mən özüm Nazimin işini həll edəcəyəm» sözlərini demişdir. Lakin, sonradan Vəli və Ülviyyə Nazimin 8500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi üçün Nazimin Abşeron RPİ-nə gələrək ərizə ilə müraciət etdiyni eşitmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsin ittiham elan olunması üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında 03.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfimdən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndlirilən şəxs qismində cəlb edilmişlər, lakin həmin şəxslər istintaq orqanlarından gizləndiklərinə görə, onlara həmin maddələrdə nəzərdə tutulmuş ittihamı elan etmək mümkün olmadığından, həmin tarixdə barələrində axtarış elan edilməklə, cinayət işinin icraatı dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 29.09.2020-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28.09.2020-ci il tarixdə tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdirlər. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 29.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 30.09.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSYdən azad olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyinə görə sonunculara qarşı şikayəti, tələbi və iddiası yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 23.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Sumqayıt şəhər Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 17.03.2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş, 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 23.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət işi açılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməninin 16.12.2021-ci il tarixli cinayət kollegiyasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt şəhər Məhkəməsinin 21.01.2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 11 gün hissəsi 01 il müddətinə azaldılmışdır. Sumqayıt şəhər İcra və Probasiya şöbəsinin məktubundan gorunu ki, məhkum Təqsirləndirilən şəxs2 18.04.2022-ci il tarixə çəkilməmiş cəzası 07. ay 28 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlunun və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nın CM-nın 178.2.1 və 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X7 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması, CM-in 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını .ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“ məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması, CM-in 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə təqsirləndirilən şəxslər törədilən cinayət əməlində özlərini təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar qeyd edir ki, məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmək cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında həm obyektiv cəhətin əlamətləri, həm də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq vardır. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Göründüyü kimi cinayət işinin materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən 4550 (dörd min beş yüz əlli) manat, Təqsirləndirilən şəxs1 tərəfindən isə 900 (doqquz yüz) manat məbləğində pul ödənilmişdir. Qeyd olunan xüsusat təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs 8500 manat məbləğində nəğd pulunun dələduzluq yolu ilə ələ keçirdiklərini bir daha təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı həmçinin məhkəmə iclasında verdiyi ifadələrinə də tənqidi yanaşaraq hesab edir ki, onların ifadələri özlərini müdafiə xarakteri daşıyır və belə ifadələr verməklə onlar, məsuliyyətdən yayınmaq istəyirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlu Sumqayıt şəhər Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmündən və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduqları müəyyən olduğuna görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt şəhər Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 01.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə Sumqayıt şəhər Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 07 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 28.09.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, həmçinin Təqsirləndirilən şəxs2 28.09.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin 07.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 01 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs1 üzərində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 28.09.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərinə qəti olaraq 02 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 01.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Sumqayıt şəhər Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 07 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 üzərində 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28.09.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2nun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar