Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-11/2023 12.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Oskar” yanacaq doldurma məntəqsində mühasib işləyən, Beyləqan rayonu, Şərq qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 may 2021-ci ildə saat 20 radələrində idarə etdiyi, «Ford Fusion» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı, minik avtomobili ilə Novxanı-Binəqədi avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində Binəqədi istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, idarə etdiyi avtomobillə həmin vaxtı yolu sağdan sola keçən piyada, xx.xx.1976-ci il təvəllüdlü X6 vuraraq yolnəqliyyat hadisəsi törətmiş, onun bu hərəkətləri ehtiyatsızlıqdan sonuncunun daxili və xarici qanaxma ilə müşayiət olunan yuxu arteriyasının, vidaci venalarının, traxeyanın, qida borusunun, sol ağciyərin, diafraqmanın, qaraciyərin, dalağın, sol böyrəyin, böyük piyliyin və bağırsaqların əzilmələri-cırılmaları, onurğa beyinin böyun şöbəsinin zədələnməsi, boyun fəqərələrinin, hər iki tərəfli çoxsaylı qabırğaların, sol körpücük sümüyünün, döş sümüyünün və sol baldır sümüklərinin sınıqları, boyun nahiyəsini və döş qəfəsinin sol yarısını əhatə edən, eləcə də döş qəfəsinin və qarın nahiyəsinin sol yan səthini əhatə edən geniş sahəli əzilmiş-cırılmış yaraları, sol baldır sümüklərinin yuxarı 1/3-nin açıq, yerinidəyişən sınıqları, sol baldırın yuxarı 1/3-nin ön səthinin cırılmış yarası, alın nahiyəsinin orta hissəsinin, alın nahiyəsinin sol hissəsinin, sol yanaq, sol bazu, sağ əl, sol dirsək oynağı, sol said, qarın, sol bud-çanaq oynağı, hər iki bud və baldır nahiyələrinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla ölməsinə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi ev-8, mənzil 46-da yaşayır. 2014-cü ildən Abşeron rayonu, Novxanı kəndindəki “Oskar” yanacaq doldurma məntəqsində mühasib işləyir. Həftədə bir dəfə həmin yanacaqdoldurma məntəqəsinə gedib, hesablama işləri aparır. xx.xx.2021-ci il tarixdə də saat 16 radələrində yaşadığı evdən çıxıb, etibarnamə ilə idarə etdiyi “Ford Fusion” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minib, həmin yanacaq doldurma məntəqəsinə getmiş, bir neçə saat ərzində orada bəzi hesablama işləri aparmış və saat 20 radələrində Bakı şəhərindəki evinə qayıtmaq üçün avtomobilinə əyləşmiş, bu zaman yanacaqdoldurma məntəqəsində növbə rəisi işləyən Şahid da evlərinə getmək istədiyini bildirib, razılığı ilə onun avtomobilinə minmişdir. Bundan sonra o, Aqillə birlikdə yola çıxıb, idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində hərəkətə başlamış, həmin vaxtı Aqil qabaqda onun yanında əyləşmiş, bir neçə dəqiqədən sonra Binəqədi-Novxanı avtomobil yolunun kənarındakı “Luk-oyl” yanacaqdoldurma məntəqəsini keçib, Binəqədi istiqamətində yaxın vuran işıqlarla təxminən 70-80 km/saat sürətlə hərəkətdə olduğu vaxtı yolun 1-ci zolağında dayanmış, sonradan adının X7 olduğunu bildiyi piyadanın təxminən 50 metr qabaqda onunla eyni istiqamətdə hərəkətdə olan minik avtomobilinin yanından ötüb keçməsini gözlədiyini görüb, onun da keçməsini gözləyəcəyini düşünüb hərəkətinə davam etmiş, həmin anda Vüsal qaçaraq yolu sağdan sola doğru keçməyə başlamış, o da sonuncunu idarə etdiyi avtomobillə vuracağını hiss edib sükanı sağa döndərmiş, lakin ara məsafəsi yaxın olduğuna görə avtomobilin sol qabaq hissəsi Vüsala dəyib, onu yolun əks hərəkət zolağına tullamış, zərbədən sonra avtomobil idarə etməni itirərək arxa hissəsi ilə yolun kənarındakı dəmir işıqlanma dirəyinə çırpılmış və bir qədər getdikdən sonra yolun sağ kənarında dayanmışdır. Bundan dərhal sonra o, Aqillə birlikdə maşından yerə düşüb, tez həmin piyadanın yanına qaçmış, onun artıq ölmüş olduğunu görüb, tez mobil telefonu ilə əvvəl DİN-nin 102 xidmətinə, ardınca da 103 Təcili Tibbi yardım xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə baş verən vaxtı o, avtomobilini ayıq vəziyyətdə idarə etmiş, avtomobili saz vəziyyətdə olmuş, avtomobilində Aqildən başqa sərnişin və əlavə yük olmamışdır. Həmin hadisə onun işıqlanması olmayan yolda avtomobili yaxın vuran işıqlarla idarə etməsi səbəbindən baş vermiş, hadisə zamanı Vüsal dayandığı yerdən vurulduğu yerə kimi təxminən 3 metr məsafə qət etmiş, iş üzrə şahid qismində dindirilərkən həyəcanlı olduğundan baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyadanın qəflətən qarşısına çıxdığını, həmin vaxtı piyadanın yolun üstündə dayandığını gördüyünü deməmişdir. Verilmiş ittihamı əsassız sayır, buna görə də məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu, Çiçi kəndində qeydiyatda olsa da xeyli müddətdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki evdə yaşayır. X3 onun böyük oğludur. Vüsal ali təhsilli olmasına baxmayaraq, dəmir darvaza qapı düzəltməklə tikintilərdə işləyib pul qazanmaqla onunla birlikdə yaşamışdır. Hadisə baş verən günü, yəni 03 may 2021-ci il tarixdə saat 19 radələrində Vüsal onunla birlikdə yaşadığı evdə şam yeməyi yedikdən sonra mobil telefonuna gələn zənglə bağlı Novxanı kəndinə gedəcəyini və bir neçə saat sonra qayıdacağını deyib, evdən çıxıb getmişdir. Həmin günü o, təxminən saat 20 radələrində oğlu Vüsalın evə qayıtmadığını görüb, sonuncunun mobil telefonuna zəng edib danışmış, həmin vaxtı Vüsal Novxanı-Binəqədi avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində asfalt yolun kənarında dayanıb, evə Binəqədi tərəfdən qayıtmaq üçün avtobus gözlədiyini söyləmişdir. Bundan təxminən 20 dəqiqə sonra o yenə Vüsala zəng etmiş, lakin sonuncu telefonu açmamışdır. O, səhərə kimi dalbadal zəng etsə də Vüsal zənglərinə cavab verməmiş və evə qayıtmamışdır. Səhər saat 11 radələrində yaşadıqları Quba RPİ-nin polis sahə müvəkkili zəng edib, oğlu Vüsalı Novxanı-Binəqədi avtomobil yolunda maşın vurduğunu və sonuncu aldığı xəsarətdən hadisə yerində öldüyünə görə Bakı şəhəri Respublika xəstəxanasındakı meyitxanaya aparıldığını bildirmiş, bundan sonra o, dərhal yaxın qohumlarına bu barədə söyləyib, onlarla birlikdə həmin meyitxanaya getmiş və ekspertiza müayinəsinin qurtardığını, meyitin də yuyulmuş vəziyyətdə olduğunu görmüş, oğlunu vuran avtomobilin sürücüsünün bütün qohumları və dostları həmin vaxtı orada olmuş, bundan sonra o, oğlu Vüsalın meyitini Quba rayonu, Çiçi kəndindəki evlərinə aparıb, həmin kənddəki qəbirsanlıqda dəfn etmişdir. Oğlunu vuran avtomobilin sürücüsünün Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs olduğunu sonradan bilmişdir. X14 hadisə vaxtı Novxanı-Binəqədi yolunun soldan sağa keçdikdən sonra yolun sağ kənarında, yəni yolun göl tərəfində, avtobus dayanacağında Binəqədiyə getmək üçün dayandığı yerdə Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Ford Fusion” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş, hadisəni törədən sürücü avtomobili sərxoş vəziyyətdə idarə etmiş, həmin vaxtı avtomobil yolda qoyulan sürət həddini aşaraq oğlunu yolun kənarında iki dəfə vurub yolun əks tərəfinə tullamış, avtomobil isə fırlanaraq yolun sağ kənarında olan elektrik dirəyinə çırpılmışdır. Hadisədən sonra təqsirləndirilən şəxs və onun qohumları tərəfindən maddi yardım göstərməklə onunla barışmağa cəhdlər göstərsələr də imtina etmişdir. Özü də təqsirləndirilən şəxsi bağışlamaq istəyir, lakin mərhumun atası və qardaşı buna narazılıq edir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə baş verən anda diqqəti mobil telefonuna gələn zəngə yönəlməsi səbəbindən hadisənin necə baş verdiyini dəqiq görə bilməmişdir. Məhkəmə iclasında Məhkəmə ekspertiza Mərkəzinin “Yol-nəqliyyat hadisələri hallarının tədqiqi” şöbəsinin eksperti X9 ifadəsində göstərmişdir ki, hazırkı cinayət işi üzrə 8/1223 saylı, 14 iyun 2022-ci il tarixli rəy onun tərəfindən verilmişdir. Ekspert rəyi keçirilərkən məhkəmənin qoymuş olduğu suallar əsas tutulur və həmin suallardan əlavə, ekspert keçirilən zaman əhəmiyyyət kəsb edən hallar da qeyd olunur. Hadisə baş verərkən piyadanın iti yerişli və ya asta yerişli olması, piyadanın yaşı, yaşına uyğun olaraq onun səhhəti və səhhətinə uyğun yerişi nəzərə alınır. İş təcrübəsinə əsaslanaraq, bildirir ki, hadisənin baş vermə səbəbləri və bütün əhəmiyyət kəsb edən halları ekspertiza rəyində nəzərə alınmış, bütün hallar araşdırılmışdır. Məhkəmə tibbi rəydən də məlum olduğu kimi piyada Abdalovun sərxoş vəziyyətdə olması nəzərə alınmaqla qeyd edilmişdir ki, məhkəmə tərəfindən eksperiment yolu ilə təhlükə yaranan andan vurulmaya kimi keçən vaxt müəyyən edilməsi şəraitində eksperiment yaşı, piyadanın cinsi, fiziki xüsusiyyətləri vurulan piyadaya uyğun olan şəxs tərəfindən sərxoş vəziyyətdə olan piyadanın vurulmaya kimi olan hərəkətləri tədqiq edilməklə keçirilmişdir. Yol-nəqliyat hadisələrinin ekspertizaları şöbəsinin baş eksperti olaraq və təcrübəsinə əsaslanaraq hesab edir ki, hazırkı cinayət işi üzrə 8/1223 saylı, 14 iyun 2022-ci il tarixli rəydə bütün hallar araşdırılmış və ən dəqiq nəticə əldə edilmişdir. Başqa əlavələri yoxdur. Rəydə də qeyd etdiyi kimi piyadanın hərəkət hissəsinə daxil olduğu andan vurulma yerinə kimi 5,352 metr məsafə qət etməsi real deyildir. Suallarda qaçışın həddləri konkret olaraq göstərilmədiyinə görə cavabı alternativ formada hazırlamışdır. Vəkilin qeyd etdiyi piyadaların hərəkət surəti cədvəlini metodik vasitə kimi istifadə edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi X8 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə cinayət işi başlanılmış, araşdırma aparmışdır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamışdır. Onu ilkin olaraq şahid qismində dindirmiş və izahatını almışdır. O, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs şahid qismində alınmış izahatı öz sözləri ilə yazılmışdır, dindirərkən nə demişdirsə, onu yazmışdır, əlavə heç nə yazmamışdır, izahatı təhrif olunması qeyri-mümkündür. Sorğu sual zamanı təqsirləndirilən mərhumun qəflətən iti yerişlə qarşısına çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs şahid qismində verdiyi yazılı izahatında zərərçəkmiş şəxsin qəflətən qarşısına çıxmasını göstərsə də zərərməkmiş şəxsin qəflətən qarşısına çıxması ifadəsi iri yerişlə qarşısına çıxması anlamında qeyd edilmişdir. Lakin müqavilə əsasında ona hüquqi yardım göstərən vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs mərhumun yolu yolu sağdan sola qaçaraq keçərkən qarşısına çıxdığını qeyd etmişdir. Hadisənin şahidi təqsirləndirilən şəxs özüdür və təqsirləndirilən şəxsin ifadəsinin düzgünlüyünü müəyyən etmək məqsədi ilə yolnəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin xx.xx.2021-ci il tarixli 44 saylı rəyindən görünür ki, X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- daxili və xarici qanaxma ilə müşayiət olunan yuxu arteriyasının, vidaci venalarının, traxeyanın, qida borusunun, sol ağciyərin, diafraqmanın, qaraciyərin, dalağın, sol böyrəyin, böyük piyliyin və bağırsaqların əzilmələri-cırılmaları, onurğa beyinin böyun şöbəsinin zədələnməsi, boyun fəqərələrinin, hər iki tərəfli çoxsaylı qabırğaların, sol körpücük sümüyünün, döş sümüyünün və sol baldır sümüklərinin sınıqları, boyun nahiyəsini və döş qəfəsinin sol yarısını əhatə edən, eləcə də döş qəfəsinin və qarın nahiyəsinin sol yan səthini əhatə edən geniş sahəli əzilmiş-cırılmış yaraları, sol baldır sümüklərinin yuxarı 1/3-nin açıq, yerinidəyişən sınıqları, sol baldırın yuxarı 1/3-nin ön səthinin cırılmış yarası, alın nahiyəsinin orta hissəsinin, alın nahiyəsinin sol hissəsinin, sol yanaq, sol bazu, sağ əl, sol dirsək oynağı, sol said, qarın, sol bud-çanaq oynağı, hər iki bud və baldır nahiyələrinin sıyrıqları həyatidirlər, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, ölümlə birbaşa səbəbli əlaqəsi vardır və dərəcəsinə görə ümimilikdə həyat üçün təhlükəli olan AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb daxili və xarici qanaxma ilə müşayiət olunan yuxu arteriyasının, vidaci venalarının, traxeyanın, qida borusunun, sol ağciyərin, diafraqmanın, qaraciyərin, dalağın, sol böyrəyin, böyük piyliyin və bağırsaqların əzilmələricırılmaları, onurğa beyinin böyun şöbəsinin zədələnməsi, eləcə də boyun fəqərələrinin, hər iki tərəfli çoxsaylı qabırğaların, sol körpücük sümüyünün, döş sümüyünün və sol baldır sümüklərinin sınıqları nəticəsində baş vermiş travmatik-hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərin inkişaf dərəcəsinə əsasən X5 ölüm onun meyitinin məhkəmə-tibbi müayinəsi başlanandan (xx.xx.2021-ci il saat 12:00) təxminən 12-16 saat əvvəl baş vermişdir. X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda -0,5%-dir və bu da sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/1559 nömrəli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Ford Fusion» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron RPİ-nin DYPŞ-nin iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1993-cü ildə Beyləqan rayonunda anadan olmuş, Beyləqan rayonu, Şərq qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə Azərbaycan Respublikası DİN-in Ağcabədi RQİ və TBŞ-si tərəfindən “BC” kateqoriyalı, AB-797209 nömrəli sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli 2/12251 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Təqsirləndirilən şəxs 04 may 2021-cu il tarixdə saat 00:15-da ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 iyun 2022-ci il tarixli, 8/1223 nömrəli rəyindən görünür ki: 1-6. İstintaq tərəfindən müəyyən edildiyi kimi, hərəkət üçün təhlükə yaranan andan vurulma yerinə kimi piyadanın iti yerişlə 5,8 metr məsafə qət etməsi şəraitində Ford Fusion markalı 90EY061 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə sürücü Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatətinə əsasən göstərilən piyadanın hərəkət hissəsinə daxil olduğu andan vurulma yerinə kimi 5,352 metr məsafə qət etməsi real deyildir. - hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxtın 2,9 saniyədən kiçik olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində Ford Fusion markalı 90EY061 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxtın 2,9 saniyədən böyük olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində Ford Fusion markalı 90EY061 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/720 nömrəli rəyindən görünür ki:
1. Məhkəmə tərəfindən müəyyən edildiyi kimi, hərəkət üçün təhlükə yaranan andan vurulmaya kimi alkoqol sərxoşluğu vəziyyətində olan piyadanın 5,8 metr məsafəni iti qaçışla qət etməsi şəraitində Ford Fusion markalı 90EY061 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır.
2. Məhkəmə tərəfindən müəyyən edildiyi kimi, hərəkət üçün təhlükə yaranan andan vurulmaya kimi alkoqol sərxoşluğu vəziyyətində olan piyadanın 5,8 metr məsafəni adi qaçışla qət etməsi şəraitində Ford Fusion markalı 90EY061 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - İstintaq tərəfindən müəyyən edildiyi kimi, hərəkət üçün təhlükə yaranan andan vurulma kimi alkoqol sərxoşluğu olan piyadanın 5,8 metr məsafəni iti yerişlə qət etməsi şəraitində Ford Fusion markalı 90EY061 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Adı çəkilən Plenum qərarında habelə göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs baş vermiş hadisədə özünü günahkar hesab etməyərək, ifadəsində bildirmişdir ki, hadisə baş verən günü Bakı şəhəri istiqamətində hərəkətə başlamış, həmin vaxtı Aqil qabaqda onun yanında əyləşmiş, bir neçə dəqiqədən sonra Binəqədi-Novxanı avtomobil yolunun kənarındakı “Luk-oyl” yanacaqdoldurma məntəqəsini keçib, Binəqədi istiqamətində yaxın vuran işıqlarla təxminən 70-80 km/saat sürətlə hərəkətdə olduğu vaxtı yolun 1-ci zolağında dayanmış, sonradan adının X7 olduğunu bildiyi piyadanın təxminən 50 metr qabaqda onunla eyni istiqamətdə hərəkətdə olan minik avtomobilinin yanından ötüb keçməsini gözlədiyini görüb, onun da keçməsini gözləyəcəyini düşünüb hərəkətinə davam etmiş, həmin anda Vüsal qaçaraq yolu sağdan sola doğru keçməyə başlamış, o da sonuncunu idarə etdiyi avtomobillə vuracağını hiss edib sükanı sağa döndərmiş, lakin ara məsafəsi yaxın olduğuna görə avtomobilin sol qabaq hissəsi Vüsala dəymiş, onu yolun əks hərəkət zolağına tullamış, zərbədən sonra avtomobil idarə etməni itirərək arxa hissəsi ilə yolun kənarındakı dəmir işıqlanma dirəyinə çırpılmış və bir qədər getdikdən sonra yolun sağ kənarında dayanmışdır. Lakin iş materiallarından görünür ki hadisə vaxtı «Ford Fusion» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı, minik avtomobili piyadanı vurduqdan sonra 38 metr məsafə qət edərək, arxa hissəsi ilə yolun sağ ehtiyyat hissəsində yerləşən dəmir işıqlanma dirəyinə çırpılaraq yolun sağ kənarında dayanmışdır(tam dayanmaya qədər 64.5 metr məsafə qət etmişdir). Bütün bunlar isə həmin avtomobilin 70-80 km/saat surətlə deyil, yüksək sürətlə hərəkətdə olmasına dəlalət edir ki, bu da təkcə təqsirləndirilən şəxs təqsirindən yol-nəqliyyat hadisəsinin baş verməsi ilə 1 nəfər şəxsin ölümü ilə nəticələnmişdir. Nəzərə alsaq ki, elmi ədbiyyatlarda sürücünün hərəkəti üçün təhlükə piyadanın onun hərəkət zolağına daxil olan andan deyil piyadanın sürücünün hərəkət zolağına doğru irəlilədiyi andan yaranır. Sürücü diqqətini daim dəyişən yol şəraitinə ayırmalıdır. Piyadanın sərxoş olması vəziyyətində isə onun hərəkət sürəti ayıq vəziyyətə uyğun hərəkət sürətindən kiçik olduğundan, sərxoş vəziyyətdə olduğu şəraitdə onun yolun hərəkət hissəsinə daxil olduğu andan vurulmaya kimi qət etdiyi məsafəyə sərf olunan vaxt ayıq vəziyyətdə olan piyadanın həmin məsafəyə sərf etdiyi vaxtdan böyük olacaqdır. Belə vəziyyətdə isə sürücünün hadisənin qarşısını almaq imkanı daha da artmış olacaqdır. Ona görə də piyadanın sərxoş vəziyyətdə olması rəyin nəticəsinə təsir etmir. Piyadanın hərəkət hissəsinə daxil olduğu anda avtomobil ilə piyadanın arasında 5,352 metr məsafənin olması real deyildir. Göründüyü kimi müdafiə tərəfin məhkəmə yol-nəqliyyat hadisəsi (14 iyun 2022-ci il tarixli, 8/1223) ekspertiza zamanı qeyd olunan hallar araşdırılmaması məsələləri mübahisələndirildiyindən iş üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, müdafiə tərəfinin ekspertiza təyin edilməsi zamanı mübahisələndirdiyi hallar məhz Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmasını və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasını istisna etmir. Belə ki, məhkəmə iclasında ekspert ona verilən suallara cavab olaraq bildirdi ki, ekspert istintaqın gəldiyi yekun nəticəyə görə rəy verir. Yəni onlara təqdim olunmuş məlumatlara əsasən rəy verirlər. Qərarda şərtlər dəyişərsə, nəticələr də dəyişə bilər. Hadisə yerinə çıxmırlar, ilkin müayinəni istintaq aparır. Məhkəmə qeyd edir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarı). Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, həmçinin ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 220.2-ci maddəsinə əsasən ibtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı cinayət prosesi iştirakçılarının qaldırdığı bütün vəsatətlərə baxmalıdır. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdikdə, müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin, şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi, digər istintaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlərinin təmin edilməsini əsassız rədd edə bilməz. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin gətirdiyi dəlilərə münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş “vəsatətin rədd edilməsi barədə” qərarda sonuncunun vəsatətdə əsaslandığı hallara ibtidai istintaq zamanı aparılmış təhqiqatla əldə olunmuş (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli 2/12251 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktı və hadisə yerinə baxış protokoluna əlavə edilmiş sxem) sübutlar əsasında münasibət bildirilmiş, vəsatətin əsassız olduğu üçün rədd edilməsi qərara alınmışdır. Ona görə bununla bağlı əlavə hüquqi qiymətləndirmə aparılması zərurəti qalmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyektini isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-nin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla avtomobili idarə etməsi insan ölümünə - ağır nəticələrə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxsin mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəmək cəhdi mərhumun ailə üzvləri tərəfindən qəbul edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat və 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxsin hüquqi varisi mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur. CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 manat və 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov