Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-110/2022 04.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətində icraçı direktor vəzifəsində işləyən, Gəncə şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qanuni nümayəndə mənzilə daxil olmaq hüquqlarını pozmaqla, səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib fiziki şəxs Zərərçəkmiş şəxs2 psixi sağlamlığının pozulmasına, yəni mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşma cinayət əməlini törətmişdir. Belə ki, o, “Abşeron-Xırdalan 1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətində icraçı direktor vəzifəsində işləyərkən fəaliyyət hüduqlarını müəyyən edən Cəmiyyətin Nizamnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış binarında cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması, daimi işlək vəziyyətdə saxlanılması, yaşayış binalarının daxili və xarici divarlarının, zirzəmi və damlarının, təmir olunması, işıqlandırılması, yaşayış binasının sərəncamında olan həyətyanı sahəsinin abadlaşdırılması, sakinlərin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərin görülməsi və sakinlərin ümumi maraqlarına cavab verən mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi kimi fəaliyyət növlərini həyata keçirməli olduğu halda, Azərbaycan Beynəlxalq Bankı ilə aralarında bağlanmış 29 yanvar 2016-cı il tarixli təminatlı kredit müqaviləsi əsasında götürdüyü ipoteka krediti ilə "xxxx" Mənzil Tikinti Koorperativi arasında imzalanmış 28 yanvar 2016-cı il tarixli müqavilənin predmeti olan ünvan 3 ünvanında yerləşən 129 nömrəli mənzili alan Qanuni nümayəndə aylıq kredit ödənişini, elekrik və su təchizatı kimi kommunal ödənişləri vaxtında ödəmədiyi qənaətində olduğundan sonuncu tərəfindən kredit ödənişinin və qeyd olunan kommunal ödənişlərin vaxtlı-vaxtında ödənilməsini qanuna zidd üsullarla təmin etmək, bununla da, öz fəaliyyətinin rəhbərliyinə səmərəli olması görüntüsünü yaratmaq məqsədilə Cəmiyyətin nizamnaməsində göstərilən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib Cəmiyyətdə qaynaqçı vəzifəsində işləyən Şahid4 Qanuni nümayəndə yaşadığı mənzilin giriş qapısının açar yerini 2019-cu ilin sentyabr, oktyabr, noyabr aylarında və 04.12.2019-cu il tarixdə cəmi 4 dəfə qaynaq edilməsi barədə qanunsuz göstəriş verdiyindən Şahid4 onun göstərişini icra etməklə həmin mənzildə yaşayan Qanuni nümayəndə mənzilə girişi məhdudlaşdırılmaqla onun mənzilə daxil olmaq hüquqlarını pozmuş, eyni ilə növbəti dəfə 05.12.2019-cu il tarixdə evdə adam olub-olmamasını əvvəlcədən yoxlamadan və buna tam əmin olmadan qapının açar yerinin qaynaq edilməsi barədə göstəriş vermiş, həmin göstərişin Şahid4 tərəfindən icrası nəticəsində Qanuni nümayəndə mənzilə daxil olmaq hüquqlarını pozmaqla bərabər, qapı arxasında qalan və bir gün əvvəl əsəb keçirib sakitləşdirici preparatlar qəbul edən sonuncunun anası Zərərçəkmiş şəxs2 səhhətində müalicəyə tabe olan “posttravmatik stress pozuntusu” formasında psixi pozuntunun yaranmasına səbəb olmaqla sonuncunun sağlamlığına mühüm zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətlərini aşmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2018-ci ildən etibarən "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətində icraçı direktor vəzifəsində işləyir. Vəzifələri «Kristal Abşeron-1» yaşayış kompleksində yaşayan sakinlərdən kommunal borcların yığılması, kompleksin təmizliyinin təmin edilməsindən, fasiləsiz enerji, su və qaz təchizatının təmin edilməsinə nəzarət etməkdən ibarətdir. Tabeçiliyində təxminən 80 işçi var. İşçiləri 3 komendant köməkçisi, bir qaynaqçı, bir neçə fəhlə, elektrik, qazanxana operatoru, təxminən 40 xadimə və digərlərindən ibarətdir. Qanuni nümayəndə “Beynəlxalq” bankdan ipoteka krediti götürərək "xxxx" MTK-nın Xırdalan şəhərində inşa etdiyi hündürmərtəbəli binadan birotaqlı mənzil almışdır. Qanuni nümayəndə “Kristal Abşeron-1” yaşayış kompleksi, bina 9-da yerləşən 129 saylı mənzili almışdır. Müqaviləyə əsasən İlahə hər ay banka müəyyən məbləğdə pul ödəməlidir. Həmin mənzildə bəzi vaxtlar Qanuni nümayəndə özü yaşamış, bəzi vaxtlar mənzili kirayə vermiş, bəzi vaxtlar isə mənzil boş qalmışdır. Qanuni nümayəndə problemli vətəndaşdır, yaşadığı mənzilin kommunal ödənişlərini mütəmadi olaraq gecikdirmiş, bəzi hallarda isə ödəməmişdir. Bu səbəbdən bir neçə dəfə onun göstərişi əsasında Qanuni nümayəndə mənzilinə elektrik enerjisi verilməsi dayandırılmış, yalnız bundan sonra Qanuni nümayəndə kommunal ödənişini etmişdir. Demək olar kı, Qanuni nümayəndə kommunal ödənişlərlə bağlı hər zaman ona problem yaratmış, ödənişləri aylarla gecikdirmişdir. Tərəfindən dəfələrlə Qanuni nümayəndə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu həmin xəbərdarlıqlara məhəl qoymamış, hətta ona “yaxşı edirəm kommunal ödənişləri ödəmirəm” deyə cavab vermişdir. Bu səbəbdən sonuncunun mənzilinə elektrik enerjisinin verilməsi onun göstərişi əsasında dayandırılmışdır. Yalnız bundan sonra Qanuni nümayəndə kommunal ödənişləri ödəmiş və mənzilin elektirik enerjisi təchizatı bərpa olunmuşdur. Qanuni nümayəndə və bəzi bir neçə sakinin kommunal ödənişləri gecikdirmələri, ödəməmələri onda MTK tərəfindən “Kristal Abşeron-1” yaşayış kompleksində ifadəsində qeyd etdiyi xidmətlərin göstərilməsinin "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətindən alınaraq, başqa bir MMMC-yə verilməsi narahatçılığı yaratmışdır. O, həmçinin Qanuni nümayəndə kommunal ödənişlərlə yanaşı aldığı mənzilin kredit borcunuda demək olar kı, hər ay gecikdirdiyini eşitmişdir. Bu səbəbdən düşünmüşdür ki, Qanuni nümayəndə kredit ödənişini ödəməsini təmin etsə MTK-nın rəhbərliyinin rəğbətini qazanar və daha uzun illər icraçı direktoru olduğu MMMC “Kristal Abşeron-1” yaşayış kompleksində xidmət göstərər. Bu məqsədlə Qanuni nümayəndə mənzili boş olduğu vaxt, mənzilin giriş qapısının açar yerini qaynaq etmək qərarına gəlmiş və 2019-cu ildə MMMC-də qaynaqçı işləyən Barata İlahənin mənzilinin qapısının qaynaq etməsi göstərişini vermişdir. Həmin vaxt Barata mənzildə kiminsə olub-olmamasını yoxlamasını, mənzildə heç kimin olmayacağı təqdirdə qapını bağlamasını tapşırmışdır. Mənzilinin qapısı qaynaq edildikdən sonra Qanuni nümayəndə kredit borcunu dərhal ödəmişdir. Bu üsulun işə yaradığını görüb, bundan sonra təxminən 2-3 dəfə də, Barata İlahənin mənzilinin giriş qapısının qaynaq edilməsi göstərişini vermişdir. Lakin Barata hər dəfə İlahənın mənzilinin qapısını qaynaq etmək göstərişi verdikdə, mənzildə kiminsə olubolmamasını yoxlamağı tapşırmışdır. Mənzilinin qapısı hər dəfə qaynaq edildikdən sonra İlahə dərhal kredit borcunu ödəmişdir. O, Qanuni nümayəndə mənzilinin qapısının qaynaq etdirməsi barədə heç kimə bir söz deməmişdir. Qapının qaynaq edilməsini yalnız qaynaqçı Barat bilmişdir. Barata isə qapını hansı səbəbdən qaynaq edilməsi göstərişini verməsi barədə heç bir söz deməmişdir. Qanuni nümayəndə mənzilinin qapısını sonuncu dəfə 04.12.2019-cu il tarixdə qaynaq etdirmişdir. 05.12.2019-cu il tarixdə işi ilə əlaqədar Şamaxı rayonunda olduğu vaxt saat təxminən 10 radələrində, MMMC-də fəhlə işləyən Şahid3 onun mobil telefonuna zəng edib, 129 saylı mənzilin qapısının açıq olduğunu bildirmişdir. Halbuki o, Qanuni nümayəndə məxsus həmin mənzilin qapısını 04.12.2019-cu il tarixdə bağlatdırmışdır. Bundan sonra o, Qanuni nümayəndə tanıdığı, mənzilini ara-sıra kirayə verdiyini, əvvələrdə mənzilinin qapısının bir neçə dəfə açıq qaldığını bildiyi üçün, ola bilsin ki, İlahənin onları şərləmək üçün mənzilin qapısı özü qəsdən açıq qoyub getdiyini düşünüb MMMC-də qaynaqçı işləyən Şahid4 zəng edib, ondan 04.12.2019-cu il tarixdə həmin mənzilin qapısını qaynaq edib-etmədiyini soruşmuş, Barat isə ona qapını qaynaq etdiyini bildirmişdir. Həmin vaxt Barata Qanuni nümayəndə mənzilin qapısının açıq qaldığını, mənzilə kənar şəxslərin girə biləcəyini, mənzildən oğurluq ola biləcəyini, həmçinin İlahənin mənzilin qapısını onları şərləmək məqsədi ilə qəsdən açıq qoya biləcəyini, bununla da, onlara problem yarada biləcəyini deyib, sonuncuya «get həmin mənzilə, əgər mənzildə heç kim olmasa qapını açar yerindən qaynaqla, ev sahibi gələndə açarıq» demişdir. Həmin vaxt həmçinin düşünmüşdür ki, Qanuni nümayəndə ola bilsin ki, mənzilin qapısını özü bilə-bilə açıq qoymuş, həmçinin İlahənin bir gün əvvəl mənzilinin qapısının qaynaq yerlərini təmizlədərək, qapını açması onu əsəbiləşdirmişdir. Həmin vaxt başı qarışıq olduğundan və Qanuni nümayəndə mobil nömrəsi onda olmadığından bu barədə İlahəyə heç bir söz deməmişdir. Növbəti gün İlahənin qapını açmaq üçün FHN-nin əməkdaşlarını çağırdığını, həmin vaxt mənzildə anasının olduğunu öyrənmişdir. Bunu eşitdikdən sonra Baratdan evdə adam ola-ola qapını nə üçün qaynaq etdiyini soruşduqda, sonuncu ona evdə heç kimin olmadığını, qaynaq etməmişdən əvvəl evdə kiminsə olub-olmamasını bilmək üçün ev sahibini səslədiyini, mənzilin qapısını möhkəmdən döydüyünü, lakin heç kimin cavab vermədiyini bildirmişdir. Hətta sonradan heç kim bilməsin və MTK rəhbərliyi tərəfindən ona irad bildirilməsin deyə Qanuni nümayəndə mənzilinə öz hesabına qapı qoydurmuşdur. O, Qanuni nümayəndə məxsus mənzilin qapısını ilk dəfə 2019-cu ildə qaynaq etdirmişdir. Mənzilin qapısını təxminən 4-5 dəfə, 2019-cu ilin oktyabr, noyabr və dekabr aylarında qaynaq etdirmişdır. MTK-nin rəhbərliyi tərəfindən bina sakinlərinin hər hansı birinin mənzilinin qapısının qaynaq edilməsi bağlı ona heç vaxt göstəriş verilməmişdir. İlahənin mənzilinin qapısının qaynaq edilməsi ilə bağlı göstəriş verməsindən və qapının onun göstərişi əsasında qaynaq edilməsindən MTK rəhbərliyinin və MTK-nın əməkdaşlarından heç birinin xəbəri olmamışdır. Qanuni nümayəndə mənzilinin qapısının qayaq edilməsindən "xxxx" MMMC əməkdaşlarından da, heç kimin məlumatı olmamış, çünki bu barədə heç kimə bir söz deməmişdır. "xxxx" MTK-nın əməkdaşlarından isə yalnız mühafizə xidmətinin əməkdaşı Elşadın xəbəri olmuşdur. Elşad Qanuni nümayəndə mənzilinin olduğu 9-cu binanın mühafizəçisidir. Tarixini dəqiq xatırlamasa da, göstərişi əsasında Barat İlahənin mənzilinin qapısı qaynaq etdiyi vaxt Elşad bunu görmüş və bu barədə ona demişdir. O, isə Elşad bu barədə MTK rəhbərliyə nəsə deyəcəyindən və onu çətin vəziyyətdə qoyacağından ehtiyat edib Elşada Qanuni nümayəndə mənzilinin qapısının qaynaq edilməsi göstərişinin Barata onun tərəfindən verildiyini demiş və bu barədə heç kimə heç bir söz deməməsini tapşırmışdır. 05.12.2019-cu il tarixdə Şamaxı rayonunda olduğu vaxt MTK-nin nəzarət xidmətinin rəisi Behbud Məhərrəmov ondan Qanuni nümayəndə mənzilinin qapısını qaynaq etdirib-etdirməməsini soruşmuş, o da Behbuda İlahənin mənzilinin qapısını 2019-cu ilin dekabr ayının 4-də və 5-də qaynaq etdirdiyini desə də, mənzilin qapısının əvvəllərdə bir neçə dəfə qaynaq elətdirməsi barədə Behbuda heç bir söz deməmişdir. MTK-nın təsisçisi Məhayət Nəbiyev və əməkdaşı Günaya xanım tərəfindən İlahənin mənzilinin qapısının qaynaq edilməsi ilə bağlı ona heç bir göstəriş verilməmişdir. MTK-nın rəhbərliyi onun Qanuni nümayəndə mənzilinin qapısını kredit borcunu ödəmədiyinə görə qaynaq etdirdiyini bilsəydi, buna narazılığını bildirər, hətta binada kommunal xidmərin göstərilməsini direktoru olduğu MMMC-dən alardı. Günaya xanım isə MTK-nın müştəri xidmətləri şöbəsinin rəhbəri vəzifəsində işləyir. Onun Qanuni nümayəndə mənzilinin qapısı qaynaq etdirməsindən Şahid6 və MTK-nın hər hansı bir əməkdaşının xəbəri olmamışdır. Yalnız tarixini dəqiq xatırlamasa da, bir dəfə Şahid6 ondan kredit borcunu ödəmədiyinə görə Qanuni nümayəndə mənzilinin qapısının qaynaq etdirib-etdirməməsini soruşmuş, o, isə sonuncu sübhələnməsin deyə, kinayəli şəkildə etdirmədiyini, İlahənin mənzilinin qapısının qaynaq edilibedilməsindən xəbəri olmadığını, sonuncunun yalan danışdığını bildirmişdir. Bundan sonra Şahid6 ona heç bir söz deməmiş, ondan bu barədə bir söz soruşmamışdır. Qanuni nümayəndə həmçinin bir neçə dəfə onu nalayiq sözlərlə təhqir etmiş, bu isə onu daha da, qıcıqlandırmışdır. O, Qanuni nümayəndə anası Zərərçəkmiş şəxs2 tanımamışdır. Zərərçəkmiş şəxs2 səhhətində hansı səbəbdən psixi problemlərin yaranması barədə məlumatı olmamışdır. Nəinki Qanuni nümayəndə anası, onun özü də həmin mənzildə çox az yaşamış, mənzil əksər vaxtlar kirayə verilmiş, ya da kı, mənzildə yaşayış olmamışdır. Mənzilin giriş qapısının qaynaq edilməsi səbəbi ilə Zərərçəkmiş şəxs2 yaşadığı mənzildə bir-iki saat qalması onun səhhətində hər hansı bir psixi pozuntunun yaranmasına səbəb ola bilməzdi. Onun fikrincə Qanuni nümayəndə anası əgər hər hansı bir psixi pozuntudan əziyyət çəkirsə, bu hal onda həmin hadisədən əvvəl yaranmışdır. O, 04.12.2019-cu il tarixdə Qanuni nümayəndə mənzilinin qapısını qaynaq etdirsə də, sonuncunun özünün qaynaq yerini təmizlədərək qapının açdırması onu əsəbləşdirmişdir. O, İlahənin qapını açdırması və açıq qoyması səbəbi ilə 05.12.2019-cu il tarixdə qaynaqçıya sonuncunun mənzilinin qaynaq edilməsi göstərişini vermişdir.. Bir neçə dəfə olmuşdur ki, Qanuni nümayəndə mənzilinin qapısını qaynaq edildikdən sonra onun istifadəsində olan mobil nömrəyə zəng edərək, onu nalayiq ifadələrlə təhqir etmişdir. Hətta hazırda xatırlamasa da, ola bilsin ki, onu təhqir etdiyindən, qadın olduğu üçün cavab qaytara bilmədiyindən, əl çəksin deyə İlahəyə mənzilinin qapısının qaynaq edilməsi ilə bağlı göstərişin Şahid6 tərəfindən verildiyini demişdir. Lakin Şahid6 ona Qanuni nümayəndə məxsus mənzilin qapısının qaynaq edilməsi ilə bağlı hər hansı göstəriş verməmişdir. Onda kommunal ödənişləri ödəmədiklərinə görə mənzilinin işiq və su təchizatı dayandırılacaq sakinlərin siyahısı olmuşdur. Ola bilsin ki, Qanuni nümayəndə həmin siyahını görmüş. O, Kristal Abşeron 1 yaşayış kompleksində yaşayan sakinlərdən yalnız Qanuni nümayəndə mənzilinin qaynaq edilməsi ilə bağlı göstəriş vermişdir. Çünki Qanuni nümayəndə yaratdığı problemləri digər sakinlər yaratmamışdır. Qanuni nümayəndə mənzilinin kredit ödənişini həmişəki kimi ödəmədiyi üçün o, 04.12.2021ci il tarixdə sonuncunun mənzilinin giriş qapısının açar yerini qaynaq elətdirmişdir. 05.12.2021-ci il tarixdə Qanuni nümayəndə mənzilinin qapısının açıq qalmasını bildikdə, sonuncunun onun 04.12.2021-ci il tarixdə elətdirdiyi qaynağı sökərək qapını açması onu çox əsəbləşdirmişdir və həm qapının açıq qalması səbəbilə, həm də, İlahənin qaynağı sökdürsə də, kredit ödənişini etmədiyi üçün 05.12.2021-ci il tarixdə də, İlahənin mənzilinin giriş qapısının açar yerini qaynaq elətdirmişdir. Əgər Qanuni nümayəndə kredit ödənişini ödəsəydi bəlkədə o, sonuncunun mənzilinin qapısının açıq qalmasına əhəmiyyət verməz və qapını qaynaq edirməzdi. Sonda törətdiyi cinayət əməlinə görə səmimi peşmançılığını bildirib ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xırdalan şəhəri, Kristal ünvan 4 ünvanında yaşayır. 2016-cı ildə «Beynəlxalq» bankın Səbail rayon şöbəsindən illik 8 faiz olmaqla, 20 illiyə ipoteka krediti götürüb, Xırdalan şəhərində yerləşən «Kristal Abşeron-1» yaşayış kompleksi, bina 9-da 129 saylı mənzili almış, həmin vaxt 6900 manat ilkin ödəniş etmiş, sonradan isə hər ay 525 manat məbləğində kredit ödəmişdir. Maddi imkanı zəif olduğundan ödənişləri, demək olar ki, hər ay bir neçə gün, bəzən isə bir neçə ay gecikdirmə ilə etmişdir. Evi aldıqdan təxminən 7-8 ay sonra banka olan ödənişləri bir neçə gün gecikdirdiyinə görə "xxxx" MTK-nın əməkdaşları yaşadığı evin elektrik enerjisini və su təchizatını dayandırmağa başlamışlar. Yalnız həmin ayın ödənişini etdikdən sonra evinə elektrik enerjisi və su təchizatı bərpa edilmişdir. Həmin proses dəfələrlə təkrarlanmış, evinin elektrik enerjisi və su təchizatı MTK tərəfindən dəfələrlə dayandırılmışdır. Bununla kifayətlənməyən MTK əməkdaşları mənzili aldığı gündən hazırki vaxtadək, mənzilə giriş qapısının açar üçün nəzərdə tutulmuş hissəsini, yəni açar yerini 29 dəfə qaynaq etdirmişlər. O, təxminən 10 dəfə usta çağıraraq qaynağı sökdürüb mənzilə daxil olmuşdur. Qalan hallarda isə krediti ödədikdən sonra MTK-nın əməkdaşları qapının qaynaq etdikləri yeri sökmüşlər və o, mənzilə daxil olmuşdur. MTK-nın işçilərinin onun mənzilinin qapısını qaynaq etdikləri vaxtlarda mənzildə ailə üzvlərindən heç kim olmamışdır. 2018-ci ilin təxminən noyabr ayında mənzilin qapısı MTK-nın əməkdaşları tərəfindən yenidən qaynaq edilmiş və yalnız aylıq kredit ödənişini ödədikdən sonra "xxxx" MTK-nın əməkdaşı Günay öz işçilərini göndərib onun mənzilinin qapısını açdırmışdır. Bundan bir müddət sonra 2019-cu ilin avqust ayında həmin mənzildə özü yaşadığı müddətdə işdən evə qayıtdığı vaxt, ipoteka kreditinin ödənişini edə bilmədiyinə görə yenə mənzilinin giriş qapısının açar yerinin "xxxx" MTK-nin əməkdaşları tərəfindən qaynaq edildiyini görüb, əvvəldən tanıdığı Yasin adlı ustaya qapını açdırmışdır. 2019-cu ilin oktyabr 28-də işdən evə qayıtdığı vaxt yenə mənzilinin giriş qapısının qaynaqlandığını görüb, Yasin ustanı çağırıb qapını açdırmış və ertəsi gün pul tapıb mənzilin aylıq kreditini ödəmişdir. Bundan təxminən 1 ay sonra, yəni 2019-cu ilin noyabr ayında mənzilinin qapısı yenə MTK-nın əməkdaşları tərəfindən qaynaq edilmiş, hətta noyabr ayında Yasin mənzilin qapısının qaynaq yerini təmizləyib, qapını açdıqdan sonra MTK-nın əməkdaşları mənzilin qapısını açdığı üçün Yasin ilə mübahisə edib, sonuncunu Günayın yanına aparmışlar. Həmin vaxt Yasin Günayın yanında ona zəng etmiş və o, Yasinə gələn ay krediti ödəyəcəyini Günaya deməsini bildirmişdir. 04.12.2019-cu il tarixdə yaşadığı evə gəldikdə qapının yenə qaynaq edildiyini görmüşdür. Bu hal artıq 28-ci dəfə təkrarlanırmış. Yenidən ustaya zəng edib çağırmış, bir qədər sonra usta ona zəng edib, MTK-nin əməkdaşlarının, qaynağı sökməsinə mane olduqlarını bildirmişdir. Daha sonra MTK-nın mühafizə xidmətinin rəisi Behbuda zəng edib acılamış və ustaya yenidən zəng edib çağırmışdır. Həmin vaxt Behbud ona Şamaxı rayonunda olduğunu bildirmişdir. Yasin usta gəlib qapının qaynağını sökmüş, işini görüb getdikdən sonra MTK-nın mühafizə xidmətinin əməkdaşları qaynağı sökdüyü üçün usta ilə mübahisə etmişlər. 05.12.2019-cu il tarixdə saat təxminən 12 radələrində qonşu Mehriban onun mobil telefonuna zəng edərək MTK-nın əməkdaşlarının mənzilinin qapısını yenə qaynaq etdiklərini bildirəndə o, anası Solmazın evdə olduğunu Mehribana deyib dərhal evə qayıtmış, təxminən 20-25 dəqiqədən sonra mənzilinin qapısının qarşısında olmuşdur. Mənzilin qarşısına çatdıqda qapının yenə qaynaq edildiyini görmüşdür. Dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, onunla danışan polis əməkdaşı Azərbaycan Respublikası FHN-nə məlumat verdiklərini deyib, onun da Azərbaycan Respublikası FHN-nə məlumat verməsini məsləhət görmüşdür. O, Azərbaycan Respublikası FHN-nin 112 xidmətinə zəng edib məlumat vermış və məlumatı qəbul edən əməkdaş ona bu barədə artıq məlumat daxil olduğunu, əməkdaşları ünvana göndərdiklərini bildirmişdir. Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etdikdən təxminən iki dəqiqə sonra Azərbaycan Respublikası FHN-nin əməkdaşları ora gəlmişlər. O, FHN-nin əməkdaşlarından qapını qırıb anasını içəridən çıxarmalarını tələb etsə də, sonuncular ona polis əməkdaşlarının gəlməsini gözləməli olduqlarını bildirmişlər. Bir qədər sonra polis əməkdaşları gəldikdə o, sonunculardan qapının açılmasını tələb etsə də, FHN-nin əməkdaşı və polis əməkdaşları qapını aça bilməyəcəklərini ona bildirmişlər. O, bunun səbəbini soruşduqda ona qapının məhkəmə qərarı əsasında bağlanması ehtimalını nəzərə alıb açmaqdan ehtiyat etdiklərini bildirmişlər. O, isə onlara “eybi yox qapını açmayın, balkondan girib anamı mənzildən çıxardın” dedikdən sonra, FHN-nin əməkdaşı və polis əməkdaşı Günayın yanına getmiş, bir qədər sonra geri qayıdarkən polis əməkdaşı ona Günayın onlara mənzilin qapısının qaynaq edilməsi göstərişinin MTK tərəfindən verilmədiyini, onlara şər atmaq üçün qapını onun özünün qaynaq etdirdiyini bildirmişdir. Hətta həmin vaxt polis əməkdaşı ona «əgər qapını sən özün qaynaq etdirmisənsə, bilə-bilə yalan məlumat verdiyin üçün sənə cinayət işi başlanacaq»-deyə xəbərdarlıq etmişdir. Bundan sonra FHN-nin əməkdaşları özləri ilə gətirdikləri xüsusi avadanlıqlardan istifadə etməklə təxminən 20 dəqiqəyə mənzilin giriş qapısını qırıb içəri daxil olmuş, o, içəri daxil olduqda anası Zərərçəkmiş şəxs2 otaqdakı çarpayının üzərində uzanıqlı vəziyyətdə olduğunu, əynində yalnız alt paltarı olduğunu görmüşdür. Həmin vaxt evə təcili tibbi yardım həkiminin də gəldiyini görmüşdür. Həkim iynə vuraraq anasını ayıltmağa çalışsa da, sonuncu ayılmamış və həkim ona anasının qorxduğuna görə özündən getdiyini və xəstəxanaya aparılmalı olduğunu bildirmişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs2 təcili tibbi yardım avtomobili ilə Respublika Kliniki xəstəxanaya aparılmış və reanimasiya şöbəsinə yerləşdirilmişdir. Anasının səhhətinin pisləşməsinə səbəb məhz mənzilinin qapısının MTK tərəfindən qaynaq edilməsi olmuşdur. Həkimlər anasını müalicə olunması üçün palayata yerləşdirəcəklərini bildirsələr də, o, 06.12.2019-cu il tarixdə anasını xəstəxanadan çıxarıb evə gətirmişdir. Xəstəxanadan çıxarkən anası halsız olsa da, qismən özündə olmuş və danışa, fikrini ifadə edə bilmiş, hətta polis idarəsində izahat belə vermişdir. O, həm mənzilinin qapısının qırıldığı üçün açıq qalması, həm də anasının polis idarəsində izahat verməli olması səbəbindən sonuncunu palataya yerləşdirilməsinə razı olmayıb xəstəxanadan çıxararaq evə gətirmişdir. Anasının səhhətinin günü-gündən pisləşdiyini görüb, təxminən bir həftə sonra onu Respublika Kliniki Xəstəxanaya aparmışdır. Həmin vaxt həkim onun anasını müayinə edib, sonuncunun həmin vəziyyətə qorxudan düşdüyünü, lakin müalicə nəticəsində düzələ biləcəyini demişdir. Anası orada 10 gün ambulator qoydada müayinə-müalicə olunduqdan sonra, həkim ona sonuncunu psixiatr yanına aparmağı məsləhət görmüşdür. Təxminən 5-6 ay ərzində anasını Respublika Kliniki Xəstəxanası və digər bir neçə xəstəxanalarda olan psixiatrların yanına aparsa da, sonuncunun səhhəti normallaşmamış, əksinə günü-gündən pisləşmişdir. Nərimanov rayonunda yerləşən psixiatriya xəstəxanasının həkimləri ona anasının sağalmayacağını bildirməklə Respublika Pisixiatriya xəstəxanasına yerləşdirməyi məsləhət görmüşlər. Anası təxminən bir ay Respublika Pisixiatriya xəstəxanasında stasionar qaydada müalicə olunsada səhhətində heç bir irəliləyiş olmamışdır. Məlum hadisədən sonra anasının səhhətində psixi problemlər yaranmış, sonuncuya “qeyri müəyyən mənşəli psixoorqanik sindrom” diaqnozu qoyulmuşdur. Hazırda anası psixiatr nəzarətindədir, normal danışa, öz fikirlərini ifadə edə bilmir, psixi xəstədir, izahat vermək iqtidarında deyil. Anasının həmin vəziyyətə düşməsinə səbəbkar məhz MTK-nın əməkdaşları olmuşdur. Qanuni nümayəndə əlavə olaraq ifadəsində bildirdi ki, notariat qaydada təsdiq olunmuş ərizə ilə Abşeron rayon prokurorluğuna müraciət edərək 05.12.2019-cu il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" y/k 1 bina 9-da yerləşən 129 saylı mənzilin giriş qapısının açar yerinin "xxxx" MTK-nın əməkdaşları tərəfindən qaynaq edilməsi nəticəsində mənzildə bağlı qapı arxasında qalmış anası Zərərçəkmiş şəxs2 psixi xəstəliyə tutulması barədə şikayəti əsasında onun "xxxx" MTK-nın, habelə “Abşeron-Xırdalan 1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin rəhbərliyi və hər hansı bir əməkdaşına qarşı hazırda heç bir iddiası, şikayət və tələbi olmadığını bildirmişdir. Hazırda yenə məhkəməyə müaciət edərək Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, onunla barışdığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Xırdalan şəhəri, «Kristal ünvan 6 ünvanında yaşayır. Onun mənzili 5-ci mərtəbədə yerləşir. Qanuni nümayəndə onun qonşusudur, sonuncu binanın 6-cı mərtəbəsindəki 129 saylı mənzildə yaşayır. 05.12.2019-cu il tarixdə "xxxx" MTK-nın mühafizəçisinin fəhlə ilə birlikdə Qanuni nümayəndə mənzilinin olduğu mərtəbəyə qalxdığını görmüşdür. Həmin vaxt o, mənzilinin qapısının qarşısında dayandığına görə həmin şəxslərin Qanuni nümayəndə yaşadığı mənzilin qapısını bir neçə dəfə döydüyü eşitmiş, qapını açan olmadığını görən əməkdaşlar mənzildə heç kimin olmadığını düşünüb qapını qaynaq etmişlər. Halbuki, həmin vaxt İlahənin anası Zərərçəkmiş şəxs2 mənzildə olmuşdur. Ola bilsin ki, Solmaz həmin vaxt yatdığından qapının döyülmə səsini eşitməmişdir. Zərərçəkmiş şəxs2 şəkər və təzyiq xəstəliyindən əziyyət çəkir. Bundan sonra o, İlahəyə zəng edib məlumat vermiş və İlahə ona anasının evdə olduğunu bildirmişdir. Bir qədər sonra İlahə mənzilə gəlmiş, həmin vaxt hətta FHN-nin əməkdaşları və polis əməkdaşları da ora gəlmişlər. FHN-nin əməkdaşları İlahənin mənzilin qapısının qaynaq yerlərini sökərək, qapını açarkən o, İlahənin anası Solmazın evdə olduğunu, evin tək otağındakı çarpayının üzərində uzanıqlı vəziyyətdə ağzından köpük gəldiyini görmüşdür. Daha sonra İlahənin anası təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. O, "xxxx" MTK-nın əməkdaşlarının 05.12.2019-cu il tarixdən əvvəl daha iki dəfə də mənzilinin qapısını qaynaq etmələrini İlahənin özü ona demişdir. Lakin o, MTK-nın əməkdaşları tərəfindən İlahənin mənzilinin qapısının əvvəllər qaynaq edilməsinin şahidi olmamışdır. İlahənin anası Zərərçəkmiş şəxs2 əvvəllər şəkərli diabet və təzyiq xəstəliyindən əziyyət çəkmişdir. O, xəstəliyi ilə əlaqədar Zərərçəkmiş şəxs2 yaşadığı evə təcili tibbi yardım həkimi gəlməsinin şahidi olmamış, sonuncunun həkimə müraciət edib-etməməsini isə bilməmişdir. Lakin Zərərçəkmiş şəxs2 məlum hadisədən əvvəl hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, özünü normal aparmış, hərəkətləri, danışığı normal olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid11 ifadəsində göstərdi ki, Abşeron rayon polis idarəsinin İTŞ-nin sahə rəisi vəzifəsində işləyir. 05.12.2019-cu il tarixdə Abşeron rayon polis idarəsinin əməliyyat qrupunun tərkibində xidmətdə olduğu vaxt, saat təxminən 12 radələrində növbətçi hissədən ona bir nəfər qadının 102 xidmətinə zəng edərək, yaşadığı "xxxx" yaşayış kompleksindəki mənzilinin qapısının qaynaq edilməsi və yaşlı anasının mənzildə qalmasını bildirməsi barədə məlumat verilmişdir. O, dərhal "xxxx" yaşayış kompleksinə getmiş, mənzilə qalxdıqda, mənzilin qarşısında FHN-nin və TTY xidmətinin əməkdaşlarının dayandıqlarını görmüşdür. O, gəldikdən sonra FHN-nin əməkdaşları xüsusi vasitələrlə mənzilin qapısını açmışlar. Qapı açıldıqdan sonra o da, mənzilə daxil olmuş, həmin vaxt yaşlı bir qadının otaqdakı çarpayının üzərində uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra TTY əməkdaşları həmin qadına ilkin yardım göstərərək mənzildən çıxarıb təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Bundan sonra o, MTK-nın orada olan mühafizə xidmətinin əməkdaşlarına mənzili mühafizə etmələrini bildirib, oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 2014-cü ildən etibarən "xxxx" MMC-də santexnik işləyir, “Kristal Abşeron 1” yaşayış kompleksində su təzhizatı ilə bağlı, su borularında yaranmış nasazlıqlarla bağlı təmir işlərini həyata keçirir. "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsdir, o birbaşa ona tabedir, sonuncunun göstərişi əsasında işləyir, yaşayış kompleksində gördüyü işlər barədə Təqsirləndirilən şəxs məlumat verir. Qanuni nümayəndə tanımır. 05.12.2019-cu il tarixdə səhər saatlarında 9-cu binada su borusunda yaranmış problemi aradan qaldırdığı vaxt 6-cı mərtəbədəki 129 saylı mənzilin qapısının açıq olduğunu görüb, Təqsirləndirilən şəxs zəng edərək bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs isə ona öz işi ilə məşğul olmasını tapşırmışdır. Bir neçə dəqiqə ərzində işini görüb, oradan uzaqlaşmışdır. Daha sonra baş verənlərdən məlumatı olmamışdır. O, ümumiyyətlə həmin mənzilin sahibini tanımamış, mənzildə kimlərin qalması barədə məlumatı olmamışdır. Həmin vaxt ümumi su borusunda sızma olduğuna görə problemi aradan qaldırmaqla məşğul olmuş və təxminən 15 dəqiqə ərzində işini yekunlaşdırmışdır. Su borusundakı sızma binanın 6-cı mərtəbəsindən keçən hissəsində yaranmışdır. Həmin mərtəbədə 4 mənzil yerləşir ki, su borusunu təmir etdiyi müddətdə həmin mərtəbədən heç kim keçməmişdir. Qapısı açıq olan 129-cu mənzildən həmin müddət ərzində heç kim bayıra çıxmamış və mənzilə heç kim daxil olmamışdır. Həmçinin mənzildən heç bir səs də eşitməmişdir. Çox güman ki, həmin vaxt mənzildə heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, 2017-ci ildən etibarən «Kristal Abşeron 1» yaşayış kompleksində mühafizə xidməti rəisinin köməkçisi vəzifəsində işləyir, rəisi isə Behbud Məhərrəmovdur. Sonuncu «Kristal Abşeron 1» yaşayış kompleksində bina 9-da yerləşən 129 saylı mənzildə yaşayan İlahə Alıyevanı Qanuni nümayəndə tanıyır, o, həmin mənzili ipoteka krediti ilə almışdır. 05.12.2019-cu il tarixdə Qanuni nümayəndə məxsus həmin mənzilin qapısı qaynaq edilmişdir, lakin o, həmin mənzilin qapısının kim tərəfindən və hansı səbəbdən qaynaq edilməsini bilməmişdir. Sonradan həmin vaxt mənzildə Qanuni nümayəndə anasının qaldığını eşitmişdir. Həmin gün təxminən günorta saatlarında 9-cu binadan səs-küy gəldiyinə görə binanın mühafizəçisi Elşada bunun səbəbini aydınlaşdırmasını bildirmiş, bir qədər sonra Elşad ona 129-cu mənzildə yaşlı qadının qapı arxasında qaldığını, mənzilə təcili tibbi yardım həkiminin və FHN-nin əməkdaşlarının gəldiklərini bildirmişdir. Həmçinin 2019-cu ilin son aylarında mühafizəçilərdən biri ona binaya kənar qaynaqçı gəldiyini bildirdikdə o, dərhal həmin şəxsin onun yanına gətirilməsi üçün Elşada tapşırıq vermiş, bir qədər sonra Elşad onunla əlaqə saxlayıb onun getdiyini dedikdə yola çıxan zaman həmin şəxsin idarə etdiyi avtomobili görüb ona yaxınlaşaraq binaya hansı səbəbdən gəldiyini soruşmuş, həmin şəxs isə qaynaqçı olduğunu, mənzil sahibinin çağırışına əsasən mənzilinin qapısının qaynaq yerlərini təmizlədiyini bildirmişdir. Həmin şəxsdən hansı mənzilə gəldiyini soruşduqda sonuncu mənzil sahibin adını ona deməmişdir. Həmin qaynaqçıya yaxınlaşmaqda məqsədi yaşayış kompleksində oğurluq hadisələri tez-tez baş verdiyindən binadan hər hansı bir əşyanın oğurlanıb-oğurlanmasını bilmək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 2013-cü ildən etibarən "xxxx" MMC-də qaynaqçı işləyir, müdiri MMC-nin icraçı direktoru Təqsirləndirilən şəxsdir, ona tabedir. Təqsirləndirilən şəxs «Kristal Abşeron-1» yaşayış kompleksinin komendantıdır. Onun vəzifəsi Təqsirləndirilən şəxs tapşırığı əsasında yaşayış kompleksində qaynaq işlərinin görülməsindən ibarətdir. O, tapşırığı ancaq Təqsirləndirilən şəxs almış, MMC-nin və ya "xxxx" MTK-nın digər hər hansı bir əməkdaşı ona tapşırıq verməmiş, onların tapşırığı əsasında hər hansı bir iş görməmişdir. O, Qanuni nümayəndə əvvələr tanımamış, sonuncunu yalnız rayon polis idarəsinə şikayət etdikdən sonra tanımışdır. Belə ki, 05.12.2019-cu il tarixdə saat 10 radələrində yaşayış kompleksinin komendantı Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edib «Kristal Abşeron-1» yaşayış kompleksinda yerləşən 9-cu binadakı 129 saylı mənzilin qapısını 04.12.2019-cu il tarixdə qaynaq edib-etmədiyini soruşmış, o isə sonuncuya həmin mənzilin qapısını 04.12.2019-cu il tarixdə onun tapşırığı əsasında qaynaq etdiyini demişdir. Həmin vaxt Rafiq müəllim ona mənzilin qapısının açıldığını, hazırda qapının aralı qaldığını, qapının açıq olduğuna görə mənzildən oğurluq ola biləcəyini deyib həmin mənzilə getməsini, mənzildə heç kim olmadığı təqdirdə giriş qapısını çöldən qaynaq etməsini tapşırmışdır. O, həmin mənzilin yerləşdiyi 9-cu binanın qarşısına çatdıqda, həmin binaya baxan mühafizə xidmətinin işçisi Elşadla qarşılaşmış və sonuncuya mənzillərdən birinin qapısının açıq qaldığını, Rafiq müəllimin göstərişi əsasında həmin mənzilin qapısını qaynaq edəcəyini demişdir. Bundan sonra Elşad onunla birlikdə həmin mənzilə qalxmış, mənzilin qarşısına çatdıqda qapısının açıq olduğunu görmüşdür. Əvvəlcə içəridə kiminsə olub-olmamasını dəqiqləşdirmək üçün ev sahibini səsləmış, qapını yumruqla bərkdən döymüş, lakin cavab verən olmamışdır. Bundan sonra bir neçə dəqiqə gözləmiş və qapını yenidən döymüş, yenə mənzildən heç kim çıxmamışdır. Daha sonra mənzildə heç kimin olmadığını görüb, qapını örtmüş və mənzilə kənar şəxsin girməməsi üçün qapının açar yerindən bir dəfə kiçik ölçüdə qaynaq etmişdir. Həmin vaxt qapının açar yerini qaynaq eləməsinə baxmayaraq, qapı içəridən asanlıqla açıla bilərdi. Qanuni nümayəndə mənzilin qapısını qaynaq etməsini qonşulardan və MTK-nın əməkdaşlarından heç kim görməmiş, həmin vaxt yanında yalnız mühafizəçi Elşad olmuşdur. Ümumiyyətlə Qanuni nümayəndə mənzilinin qapısı 29 dəfə qaynaq edilməmişdir. O, Qanuni nümayəndə mənzilinin qapısının açar yerini Təqsirləndirilən şəxs tapşırığı əsasında bir neçə dəfə qaynaq etmişdir. Həmin mənzilin qapısını Təqsirləndirilən şəxs tapşırığı əsasında sonuncu dəfə 2019-cu ilin dekabr ayının 4-də və 5də qaynaq etmişdir. Lakin Qanuni nümayəndə mənzilinin qapısını hansı səbəbdən qaynaq eləməsini bilməmişdir. Çünki Təqsirləndirilən şəxs bu barədə ona heç bir söz deməmiş, yalnız zəng edərək ona 129-cu mənzilin qapısını qaynaq etməsi tapşırığını vermişdir. O, həmin mənzilin Qanuni nümayəndə məxsus olduğunu yalnız araşdırma zamanı bilmişdir. Qanuni nümayəndə həmin mənzili nağd, yaxud kreditlə almasını, sonuncunun kredit borcunu ödəyib-ödəməməsini bilməmişdir. Təqsirləndirilən şəxs ona heç vaxt Qanuni nümayəndə məxsus mənzilin qapısının qaynaq etdirməsinin səbəbini deməmiş, o özü də sonuncudan bu barədə heç bir söz soruşmamışdır. Qanuni nümayəndə məxsus mənzilin qapısının qaynaq edilməsi ilə bağlı "xxxx" MTK-nin hər hansı bir əməkdaşı tərəfindən ona göstəriş verilməmiş, bununla bağlı ona yalnız Təqsirləndirilən şəxs göstəriş vermişdir. Qanuni nümayəndə mənzilinin qapısını qaynaq etməsi barədə heç kimə heç bir söz deməmişdir. Yalnız 05.12.2019-cu il tarixdə qapını qaynaq etməsi ilə bağlı mühafizəçi Elşada bildirmiş və qapını qaynaq etdiyi zaman Elşad yanında olmuşdur. O, Qanuni nümayəndə anasını tanımamış, onun Qanuni nümayəndə və anasına qarşı heç bir qərəzli münasibəti, hərəkəti olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2014-cü ildən etibarən "xxxx" MTK-da nəzarət xidmətinin rəisi vəzifəsində işləyir. İşlədiyi müddətdə MTK-nin sədri Şahid7 olmuş, hazırda isə İbrahim Dostumalıyevdir. Qanuni nümayəndə "xxxx" MTK-nın zaminliyi ilə «Beynəlxalq Bankdan» müəyyən məbləğdə ipoteka krediti götürərək, «Kristal Abşeron-1» yaşayış kompleksi, bina 9-da yerləşən 129 saylı mənzili almışdır. Müqaviləyə əsasən sonuncu hər ay banka müəyyən məbləğdə pul ödəməli olmuş, lakin Qanuni nümayəndə ilk aylardan etibarən ödənişləri gecikmə ilə etmiş, bu səbəbdən, hətta MTK-nin rəhbərliyi tərəfindən müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Qanuni nümayəndə ümumiyyətlə problemli vətəndaşdır, aylıq kredit ödənişini ödəyə bilmədiyi üçün MTK-nin əməkdaşlarına böhtan atmağa çalışır. Qanuni nümayəndə mütəmadi olaraq olaraq mənzilin kredit borcunu ödəməmiş, gecikdirmiş, hətta kommunal borcları belə uzun müddət gecikmə ilə ödəmişdir. Sonuncu özü ona telefon danışıqları zamanı bu barədə bildirmişdir. Dəfələrlə Qanuni nümayəndə onun istifadəsində olan mobil nömrəyə zəng edib, pulunun olmadığını, bu səbəbdən krediti ödəməyəcəyini bildirmişdir. 05.12.2019-cu il tarixdə Şamaxı rayonunda olduğu vaxt MTK-nın sabiq mühafizəçisi Elvin Məmmədov onun mobil telefonuna zəng edib, binaya TTY və FHN-nin əməkdaşlarının gəldiyini bildirmişdir, O, Elvindən TTY və FHN-nin əməkdaşlarının hansı səbəbdən gəlmələri barədə maraqlanmasını istəmiş, lakin Elvin həmin gün ona heç bir cavab verməmişdir. Həmin gün axşam saatlarında İlahə onun mobil telefonuna zəng edib, onu hədələyərək təhqir etmiş, mənzilin qapısının qaynaq edildiyini, nəticədə anasının mənzildə bağlı qapı arxasında qaldığını bildirmişdir. 06.12.2019-cu il tarixdə o, Elvinlə birlikdə İlahənin mənzilinə getmiş, həmin vaxt İlahənin mənzilinin qapısının yerində olduğunu görmüşdür. İlahə ona şikayətlənəndə o, sonuncuya qapısının dəyişdiriləcəyini bildirmişdir. Həmin vaxt İlahədən bir gün əvvəl onu hansı səbəbdən hədələyib təhqir etdiyini soruşduqda, İlahə ondan üzr istəmişdir. Daha sonra bu barədə Təqsirləndirilən şəxslə danışmış, sonradan Rafiq ona Qanuni nümayəndə mənzilinin qapısını dəyişdirdiyini bildirmişdir. Qanuni nümayəndə mənzilinin qapısının 29 dəfə qaynaq edilməsi ilə bağlı dedikləri düzgün deyildir. MTK-nın işçiləri tərəfindən bina sakinlərinin hər hansı birinin mənzilinin qapısının qaynaq edilməsi ilə bağlı heç vaxt göstəriş verilməmişdir. O, MTK-nin nəzarət xidmətinin rəisi olduğundan MTK-nın işçiləri tərəfindən Qanuni nümayəndə və ya başqa hər hansı bir sakinin mənzilinin qapısının hər hansı bir səbəbə görə qaynaq edilməsi göstərişi verilsəydi, onun bu barədə məlumatı olardı. 04.12.2019-cu il tarixdə Şamaxı şəhərindəki məsciddə axşam namazına başladığı vaxt İlhanə Alıyeva istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edib, onu nalayiq ifadələrlə təhqir etmiş və mənzilinin qapısının qaynaq edildiyini bildirmişdir. Həmin vaxt o, namaza başlamalı olduğundan İlahəyə heç bir cavab verməmiş, sonuncudan mənzilinin qapısının hansı səbəbdən və kim tərəfindən qaynaq edildiyini soruşmamışdır. Şamaxı şəhərində işləri çox olduğundan sonradan İlahəyə zəng edib məsələni aydınlaşdırmamışdır. Sonradan binada komendant işləyən Təqsirləndirilən şəxs ona 04.12.2019-cu il və 05.12.2019-cu il tarixlərdə Qanuni nümayəndə mənzilinin qapısı açıq qaldığına görə onun göstərişi əsasında qapının qaynaq etdirdiyini bildirmişdir. Şahid6 MTK-nın müştəri xidmətləri şöbəsinin rəhbəridir. O, İlahənin mənzilinin qapısının qaynaq edilməsi ilə bağlı heç bir göstəriş verməmişdir. Qanuni nümayəndə mənzilinin qapısı binanın komendantı Təqsirləndirilən şəxs göstərişi əsasında qaynaq edilmişdir. Rafiqin bu göstərişindən MTK rəhbərliyinin məlumatı olmamışdır. "xxxx" MTK-nin inşa etdiyi bütün binalar və digər tikililər üzrə mühafizə xidmətinə rəhbərlik onun tərəfindən həyata keçirildiyindən «Kristal Abşeron-1» yaşayış kompleksində də az olur. Həm də bina sakinlərinin kredit borcu olub-olaması, kredit borclarını vaxtından ödəyibödəməmələri, sakinlərdən kreditlərin yığılması onun səlahiyyətlərinə aid olmadığından bina sakinlərinin mənzillərinin qapısının kredit borcuna görə qaynaq edilib-edilməməsi, habelə 05.12.2019-cu il tarixdə mənzilinin qapısının qaynaq edilməsi səbəbindən Qanuni nümayəndə anası Zərərçəkmiş şəxs2 mənzildə qalması, həmin hadisənin təsirindən sonuncuda psixi problemlər yaranması, hazırda psixi xəstəlikdən əziyyət çəkməsi barədə heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2016-cı ildən etibarən "xxxx" MTK-da müştəri xidmətləri şöbəsinin rəhbəri vəzifəsində işləyir. Qanuni nümayəndə tanıyır. Qanuni nümayəndə "xxxx" MTK-nın zaminliyi ilə «Beynəlxalq Bank»dan kredit götürərək «Kristal Abşeron-1» yaşayış kompleksi, bina 9-da yerləşən 129 saylı mənzili almışdır. Qanuni nümayəndə MTK-ya və «Beynəlxalq Bank»-a daimi problem yaşadan vətəndaş olmuşdur. Sonuncu kredit və kommunal ödənişləri mütəmadi olaraq gecikdirmiş, ödəməkdən yayınmışdır. Əksər vaxtlar həmin mənzildə Qanuni nümayəndə özü yaşamamış, mənzili müxtəlif şəxslərə kirayə vermişdir. Qanuni nümayəndə kredit ödənişini ödəmədiyi üçün binanın komendantı Təqsirləndirilən şəxs tərəfindən sonuncunun mənzilinin işiq və su təchizatı dayandırılmış, hətta bir neçə dəfə mənzilinin qapısı qaynaq edilmişdir. Bunu ona Qanuni nümayəndə özü demişdir. Lakin o, İlahənin problemli sakin olduğunu, ödənişləri gecikdirdiyini, ödəməkdən yayındığını bildiyinə görə dediklərinə inanmamışdır. Bu barədə Təqsirləndirilən şəxs soruşduqda Rafiq bir qədər fikirləşərək, Qanuni nümayəndə mənzilinin qapısının qaynaq edilməsindən xəbəri olmadığını, lakin mənzilinə elektrik enerjisi və su verilməsinin onun tərəfindən dayandırıldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs bir qədər tərəddüd etməsindən və fikirləşərək cavab verməsindən Qanuni nümayəndə mənzilinin qapısının məhz onun tərəfindən qaynaq edilməsindən şübhələnmişdir. Sonradan kredit və kommunal ödənişləri ödəmədiyi üçün Qanuni nümayəndə mənzilinin qapısının Təqsirləndirilən şəxs tərəfindən qaynaq etdirildiyi ona məlum olmuşdur. O, Qanuni nümayəndə mənzilinin qapısının konkret neçə dəfə və hansı tarixlərdə qaynaq edilməsini bilməmiş, lakin sonuncunun mənzilinin qapısının 29 dəfə qaynaq edilməsinə inanmır. Ola bilsin ki, Rafiq İlahənin mənzilinin qapısını bir neçə dəfə qaynaq etdirmişdir. Tarixini dəqiq xatırlamasa da, 2019-cu ilin dekabr ayının əvvəllərində işdə olduğu vaxt FHN-nin əməkdaşı ona yaxınlaşaraq Qanuni nümayəndə mənzilinin qapısının qaynaq edildiyini, sonuncunun onlara qapının məhz onun göstərişi əsasında qaynaq edildiyini dediyini və qapının onun iştirakı ilə açılacağını bildirdikdə FHNnin əməkdaşına qapının onun göstərişi əsasında qaynaq edilmədiyini, ümumiyyətlə həmin mənzilin qapısının qaynaq edilməsi barədə məlumatının olmadığını, bu barədə binanın komendantı Təqsirləndirilən şəxs məlumat verməsini bildirmişdir. O, Qanuni nümayəndə mənzilinin qapısının qaynaq edilməsi ilə bağlı heç kimə hər hansı bir göstəriş verməmişdir. Mənzilinin qapısının qaynaq edilməsi göstərişini onun verməsi, bununla bağlı aralarında telefon danışıqları və «whatsapp» yazışmalarının mövcud olması, kredit borclarını ödəmədikləri üçün mənzillərinin qapıları qaynaq edilməli və mənzillərinin su və elektrik enerjisi təchizatı dayandırılmalı sakinlərin adları və mənzillərinin nömrələri olan siyahını Təqsirləndirilən şəxs onun verməsi, sonuncunun da ya həmin mənzillərin qapılarının qaynaq etdirilməsi və ya mənzilin su və işiq təchizatının dayandırması barədə Qanuni nümayəndə ifadəsində göstərdikləri yalandır. Onun kredit ödənişini ödəmədiyinə görə Qanuni nümayəndə mənzilinin qapısının qaynaq edilməsindən xəbəri olmamışdır, bu barədə Təqsirləndirilən şəxs hər hansı bir göstəriş, siyahı verməmişdir. 05.12.2019-cu il tarixdə Qanuni nümayəndə mənzilinin qapısının qaynaq edildiyi vaxt sonuncunun anasının mənzildə qaldığını eşitsə də, həmin qadının hər hansı bir psixi xəstəlikdən əziyyət çəkibçəkməməsi barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Şahid7 oğlu Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2018-ci ildən 2020-ci ilin fevral ayınadək «Kristal Abşeron-1» yaşayış kompleksində mühafizəçi işləmişdir. Mühafizəçi kimi o, yaşayış kompleksinin 6-9-cu binalarının mühafizəsini, nəzarətini həyata keçirmişdir. «Kristal Abşeron-1» yaşayış kompleksində bina 9-da yerləşən 129 saylı mənzildə yaşayan Qanuni nümayəndə tanıyır. İlahə həmin mənzili ipoteka krediti ilə almışdır. O, problemli vətəndaş olmuş, kommunal ödənişləri və ipoteka kreditini vaxtı vaxtında ödəməmiş, bu da daima narazılığa səbəb olmuşdur. 05.12.2019-cu il tarixdə Qanuni nümayəndə məxsus mənzilin qapısı qaynaq edilmişdir. Həmin vaxt yaşayış kompleksində qaynaqçı işləyən Barat ona Qanuni nümayəndə mənzilinin qapısının açıq qaldığını, buna görə də binanın komendantı Rafiqin onu İlahənin mənzilin qapısını qaynaq etməyə göndərdiyini bildirmişdir. Həmin vaxt o da, Baratla birlikdə İlahənin mənzilinə qalxmış, mənzilin qapısının qarşısına çatdıqda qapının bir qədər aralı olduğunu görmüşdür. Barat mənzildə kiminsə olub-olmamasını yoxlamaq üçün yüksək səslə ev sahibini səsləmiş, lakin sonuncunun səsinə cavab verən olmamışdır. Barat həmçinin qapını bir neçə dəfə döymüş, lakin mənzildən çölə çıxan olmamışdır. Bir qədər gözlədikdən sonra Barat qapını yenidən dəfələrlə döymüş, yumruqlamış, lakin yenə də mənzildən çıxan və səs verən olmamışdır. Daha sonra Barat mənzilin qapısını örtmüş və qapını bir yerdən, yəni açar yerindən qaynaq etmişdir. Həmin gün günorta saatlarında binadan səs-küy eşitmiş və həmin vaxt mühafizə xidmətinin rəis köməkçisi Elgiz ona «9-cu binadakı 129-cu mənzildə səs-küy olduğunu, gedib aydınlaşdırmağı ona demişdir. O, dərhal Qanuni nümayəndə məxsus 129-cu mənzilin qarşısına getmiş, həmin vaxt Qanuni nümayəndə mənzilin qapısının qarşısında dayanıb, qapını yumruqladığını və ağlayaraq anasının mənzildə qaldığını dediyini görmüşdür. Bir qədər sonra FHN-nin, TTY-nın əməkdaşları və polis sahə rəisi mənzilin qarşısına gəlmiş, təxminən 20 dəqiqədən sonra FHN-nin əməkdaşları qapını açmışlar. O da mənzilə daxil olarkən İlahənin anasının çarpayının üzərində uzanıqlı vəziyyətdə olduğunu, özündə olmadığını görmüşdür. Təcili tibbi yardım stansiyasının həkimi İlahənin anasını müayinə etmiş və daha sonra sonuncu onunda köməkliyi ilə xərəklə çıxarılıb təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Qanuni nümayəndə mənzilinin qapısı kommunal ödənişləri və kredit borcunu ödəmədiyinə görə əvvəllər də bir neçə dəfə komendant Rafiqin tapşırığı əsasında qaynaq edilmişdir. Bunu Rafiqin özü ona demişdir. Tarixini dəqiq xatırlamsa da 2019-cu ilin son aylarında Baratın İlahənin yaşadığı mənzilin qapısını qaynaq etdiyini görmüşdür. Barat Rafiqin işçisi olduğu üçün o, bu barədə Rafiqdən soruşduqda, sonuncu ona Qanuni nümayəndə mənzilin qapısını kredit borcunu və kommunal ödənişləri ödəmədiyi üçün qaynaq etdirdiyini demiş və bu barədə heç kimə heç bir söz deməməsini tapşırmışdır. Tarixini dəqiq xatırlamadığı 2019cu ilin son aylarında mühafizə rəisinin köməkçisi Elgiz ona Qanuni nümayəndə mənzilinin qapısı qaynaq edildiyi üçün qapını açmaq məqsədilə qaynaqçı gətirdiyini demiş, həmin qaynaqçını onun yanına gətirməsini tapşırmışdır. Lakin o, Elgizin dediyi əraziyə getdikdə qaynaqçının artıq çıxıb getdiyini öyrənmişdir. O, Qanuni nümayəndə mənzilin qapısının konkret olaraq neçə dəfə qaynaq edilməsini bilməsə də, qaynaqçı Barat tərəfindən iki dəfə qapının qaynaq edilməsinin şahidi olmuşdur. Qapının qaynaq edilməsi göstərişini qaynaqçı Barata komendant Rafiq vermişdir. Bu barədə ona Rafiq özü demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, kombi istilik sistemlərinin quraşdırılması ilə məşğuldur. Usta olduğuna görə qapı kilidlərinin təmirini də bacarır. Qanuni nümayəndə 2017-ci ildən tanıyır. Həmin vaxt o, Qanuni nümayəndə Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə kombi sistemi quraşdırmışdır. 2018-ci il tarixdə Qanuni nümayəndə istifadəsində olan mobil nömrəyə zəng edib Xırdalan şəhəri “Kristal Abşeron-1” yaşayış kompleksi, bina 9-da yerləşən 129 saylı mənzilinin giriş qapısının binanın komendantı tərəfindən qaynaq edildiyini, açarla qapını açmağın mümkün olmadığını deyib, ondan qapını açmasını xahiş etmişdir. Həmin gün o, İlahənin dediyi ünvana gedib, mənzilin qapısının açar yerinin qaynaq edildiyini, açarla qapını açmağın mümkün olmadığını görmüşdür. Daha sonra qapının qaynaq yerini dəmir yonmaq üçün istifadə olunan yonqacla yonmuş, bundan sonra Qanuni nümayəndə zəng edib qapının qaynaq yerini təmizlədiyini, qapını rahatlıqla aça biləcəyini bildirməklə çıxıb getmişdir. Sonradan İlahə ilə Xırdalan şəhərində görüşmüş, sonuncu ona zəhmət haqqı olaraq 15 manat pul vermişdir. Ümumilikdə o, 5-6 dəfə İlahənin həmin mənzilinin qapısının kilidinin qaynaq yerlərini təzmiləyib qapını açmışdır. Hətta bir dəfə, qaynaq edildiyi üçün yararsız vəziyyətə düşdüyündən qapının kilidini dəyişmişdir. Lakin qapının kilidini konkret hansı tarixdə dəyişdiyini xatırlamır. 29.11.2019-cu il tarixdə o, Qanuni nümayəndə sifarişi ilə həmin mənzilin qaynaq olunmuş qapısının qaynaq yerlərini təmizləməyə getdiyi vaxt MTK-nın mühafizəçiləri buna imkan verməyib onu MTK-nın ofisində Günay adlı xanımın yanına aparmışlar. Həmin vaxt Günay ona «İlahəyə de ki, MTKnin ofisinə gəlsin» deyə bildirdikdən sonra o, oradan uzaqlaşmışdır. Həmin vaxt Günayla aralarında heç bir söhbət olmamışdır. Daha sonra o, İlahəyə zəng edib, MTK-nın mühafizəçilərinin mənzilinin qapısının qaynaq yerlərini təmizləməyə imkan vermədiklərini və Günay adlı xanımın onu MTK-nın ofisinə çağırdığını bildirmişdir. 04.12.2019-cu il tarixdə Qanuni nümayəndə istifadəsində olan mobil nömrəyə zəng edib MTK-nın işçilərinin yenə onun mənzilinin qapısını qaynaq etdiklərini deyib ondan qapını açmasını xahiş etmiş, o, da həmin gün günorta saatlarında mənzilə gedib qapının qaynaq yerlərini təmizləyib, qapını açmışdır. Həmin vaxt Qanuni nümayəndə da onun yanında olmuşdur. Qapını açdıqdan sonra İlahə mənzilə daxil olmuş, o isə bınadan çıxmışdır. Həmin vaxt MTK-nın təxminən 2-3 mühafizəçisi ona yaxınlaşıb «sən kimsən qapını açırsan» deyə İlahənin mənzilinin qapısını açdığına görə ona iradlarını bildimişlər. Sonradan Qanuni nümayəndə ona 05.12.2019-cu il tarixdə MTK-nin əməkdaşları tərəfindən mənzilinin qapısının yenidən qaynaq edildiyini, həmin vaxt anasını mənzildə qaldığını, qapını açmaq üçün FHN-nin əməkdaşlarını çağırdığını bildirmişdir. Qanuni nümayəndə ona həmin mənzilin giriş qapısının binanın komendantı tərəfindən qaynaq edildiyini desə də, qapının hansı səbəbə görə qaynaq edilməsi barədə heç bir söz deməmişdir. MTK-nın mühafizəçiləri onu Günay adlı xanımın yanına apardıqları vaxt Günay ona qapının qaynaq edilməsi iıə bağlı bir söz deməmişdir. Həmçinin o da Günaya qapının qaynaq yerini təmizləmək üçün gəldiyini deməmişdir. Həmin vaxt ümumiyyətlə qapının qaynaq edilməsi ilə bağlı aralarında heç bir söhbət olmamışdır. Günay sadəcə ona İlahəyə MTK-nın ofisinə gəlməsini tapşırmışdır. İlahə özü ona ona mənzilinin giriş qapısının binanın komendantının qaynaq etdirdiyini demişdir. O, Qanuni nümayəndə məxsus mənzilin giriş qapısının qaynaq yerlərini təmizlədiyi vaxtlar mənzildə heç kim olmamışdır. İlahənin mənzilin qapısının yalnız açar yerləri kiçik ölçüdə qaynaq edilmişdir. Bu səbəbdən açarı açarlıq yerinə taxaraq, qapını açmaq mükün olmamışdır. Buna baxmayaraq, qapının yalnız çöldən açar yeri qaynaq edildiyi üçün, həmin vaxt qapını içəridən açarla rahatlıqla açmaq mümkün olardı. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsində xilasedici vəzifəsində işləyir. 05.12.2019-cu il tarixdə saat təxminən 13 radələrində xidmətdə olduğu vaxt FHN-nin 112 X4 Mərkəzindən Xırdalan şəhəri, «Kristal ünvan 7 ünvanında vətəndaşın bağlı qapı arxasında qalması barədə məlumat daxil olmuşdur. Bundan sonra o, qrup komandiri Namiq Bəhmənov və Sabit Bəşirovla birlikdə həmin ünvana getmiş, 9-cu binanın qarşısına çatdıqda yaşayış kompleksinin mühafizəçisi onlara 129 saylı mənzilin yerləşdiyi mərtəbəni bildirmiş və onlar həmin mərtəbəyə qalxmışlar. Həmin vaxt 129 saylı mənzilin qarşısında mənzil sahibi və bir neçə qonşu olmuşdur. Mənzilin qapısına baxdıqda qapının açar yerindən qaynaq edildiyini görmüşdür. Ev sahibi onlara kredit ödənişi ilə bağlı olaraq yaşayış kompleksini inşa edən "xxxx" MTKnın əməkdaşları tərəfindən mənzilinin qapısının qaynaq edildiyini, xəstə anasının mənzildə qaldığını bildirmiş, lakin ev sahibi onlara anasının hansı xəstəlikdən əziyyət çəkdiyini deməmişdir. Daha sonra qapını döyməyə başladıqda ev sahibi anasının kar olduğu üçün qapının döyülmə səsini eşitməyəcəyini onlara bildirmişdir. Ev sahibi onlardan qapını açmalarını tələb etsə də, onlar qapının məhkəmə qərarı ilə bağlana biləcəyindən ehtiyat etdiklərindən və yanlarında polis əməkdaşı olmadığından qapını açmamışlar. Daha sonra polis əməkdaşı və təcili tibbi yardım stansiyasının həkimi ora gəldikdə Namiq Bəhmənov MTK-nın səlahiyyətləri şəxslərindən birinin yanına getmiş və həmin şəxs mənzilinin qapısının MTK tərəfindən bağlanmadığını, qapını aça biləcəklərini Namiqə demişdir. Daha sonra onlar qapıaralayıcı qurğu vasitəsi ilə qapını açıb polis əməkdaşının iştirakı ilə mənzilə daxil olduqda bir nəfər qadının mənzildəki çarpayının üzərində uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. İş materiallarında olan ambulator kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13.10.2020-ci il tarixli 2028 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Məhhərəm qızında “posttravmatik stress pozuntusu” formasında psixi pozuntu müəyyən edilmişdir ki, həmin psixi pozuntu sonuncunun, 05.12.2019-cu il tarixdə yaşadığı evin qapısının qaynaq edilməsi nəticəsində bağlı qapı arxasında qalması ilə əlaqədar baş verməsi mümkündür. Təqdim edilmiş tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin tədqiqi və təhlili nəticəsində göstərmək olar ki, X6 hadisə baş verməmişdən əvvəl, eləcə də, hadisə zamanı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Onda hazırda yuxarıda göstərildiyi kimi Posttravmatik stress pozuntusu müəyyən edilir. Hazırki psixi vəziyyətinə görə Zərərçəkmiş şəxs2 öz hərəkətlərini idarə edib qiymətləndirmək iqtidarında deyildir. Lakin Zərərçəkmiş şəxs2 təzahür edən “Posttravmatik stress pozuntusu” diaqnozlu psixi pozuntu müalicəyə tabe olan xəstəliklərə aid olduğu üçün proqnozu pozuntunun gedişi və aldığı müalicədən asılıdır, yəni psixi pozuntunun əlamətlərinin ambulator və ya stasionar şəraitdə müalicə nəticəsində yaxşılaşması mümkündür. X2 hazırda müəyyən edilən psixi pozuntunun onun 05.12.2019-cu il tarixdə yaşadığı mənzilin qapısının qaynaq edilməsi nəticəsində bağlı qapı arxasında qalması səbəbi ilə əlaqədar olması istisna edilmir X3 hazırkı psixi vəziyyətində reaksiyasının adekvat olmadığı, özünü iradi olaraq tənzimləmənin çatışmazlığı, gərgin və narahatlığı, impulsiv hərəkətlərə meyilliliyi, verbal kontakt yaratmağın mümkünsüzlüyü və s. müəyyən edilir. Zərərçəkmiş şəxs2 hazırkı durumu keçirdiyi stress nəticəsində yaranması mümkündür. Həmin stress vəziyyəti 05.12.2019-cu il tarixdə, yaşadığı mənzilin qapısının qaynaq edilərkən bağlı qapı arxasında qalması ilə əlaqədar olması istisna edilmir. X6 hazırkı vəziyyəti ilə əlaqədar baş vermiş hadisə barəsində düzgün izahat vermək qabiliyyətinə malik deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş 30 yanvar 2021-ci il tarixli 635 nömrəli məktubdan və həmin məktuva əlavə edilmiş stasionar xəstənin tibbi kartasının surətindən görünür ki, Zərərçəkmiş şəxs2 27.08.2020-ci il tarixdən 29.09.2020-ci il tarixədək həmin xəstəxanada “posstravmatik stress pozuntusu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş 02 fevral 2021-ci il tarixli 73 nömrəli məktubdan və həmin məktuva əlavə edilmiş xəstəlik tarixinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 05.12.2019-cu il tarixdən 06.12.2019-cu il tarixədək həmin xəstəxananın İİ sinir reanimasiya şöbəsində “Dissosativ hərəki pozulmalar, psixogen isterik hərəki pozulmalar” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Gəncə şəhər Psixonevroloji dispanserdən daxil olmuş 21 yanvar 2021-ci il tarixli 299 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan Abşeron RMX Publik hüquqi şəxsdən daxil olmuş 18 yanvar 2021-ci il tarixli 55 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 həmin xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş 12 noyabr 2021-ci il tarixli 1231 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 həmin xəstəxanada dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Qazax rayon Psixiatriya xəstəxanasından daxil olmuş 16.03.2021-ci il tarixli 417 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 həmin xəstəxanada psixoloji qeydiyyatda yoxdur. İş materiallarında olan Tovuz RMX Publik hüquqi şəxsdən daxil olmuş 19 mart 2021ci il tarixli 302 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 həmin xəstəxananın poliklinika şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyatında dayanmır. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 21 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və ona Qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. İş materillarında olan "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsindən görünür ki, Cəmiyyət ünvan 2 ünvanında yerləşən yaşayış binarında cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları kanazlizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması, daimi işlək vəziyyətdə saxlanılması, yaşayış binalarının daxili və xarici divarlarının, zirzəmi və damlarının, təmir olunması, işıqlandırılması, yaşayış binasının sərəncamında olan həyətyanı sahəsinin abadlaşdırılması, sakinlərin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərin görülməsi və sakinlərin ümumi maraqlarına cavab verən mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi kimi fəaliyyət növlərini həyata keçirməlidir İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 16 dekabr 2016-cı il tarixdə 2 saylı vergilər departamenti tərəfindən dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN verilmişdir, hüquqi ünvanı ünvan 8əhəllə, mənzil 37-dir. İş materiallarında olan "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin sədri Xanoğlan Qasımov tərəfindən verilmiş 15 fevral 2018-ci il tarixli 001/K nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2018-ci il tarixdən "xxxx" MMMC-nin icraçı direktor vəzifəsinə təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMMC arasında 15 fevral 2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və Təqsirləndirilən şəxs "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətində icraçı direktor vəzifəsinə təyin olunmuşdur İş materiallarında olan "xxxx" MTK-dan daxil olmuş 12 yanvar 2021-ci il tarixli 10 nömrəli məktubdan görünür ki, 16 dekabr 2015-ci il tarixdən 06 iyul 2020-ci il tarixədək "xxxx" MTK-nın sədri Şahid7 olmuşdur. İş materiallarında olan Abşeron rayon Məhkəməsindən daxil olmuş 19 fevral 2021-ci il tarixli 22/01145/21-20 nömrəli məktubdan və Abşeron Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli 2(012)-437/2020 nömrəli qərardadından görünür ki, 2020-ci ildə iddiaçı "xxxx" MTKnın cavabdeh Qanuni nümayəndə qarşı “mənzilin boşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair DƏDRX-nın Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğv edilməsi” tələbinə dair Abşeron rayon məhkəməsinin icraatında mülki iş olmuş və iddia ərizəsi iddiaçının mümayəndəsinin iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyi üçün baxılmamış saxlanılmışdır. İş materiallarında olan DSMF-nin 20 saylı regional ərazi filialından daxil olmuş 10 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 01.02.2016-cı il tarixdən yaşa görə sosial müavinət alır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. İş materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqələrindən görünür ki, X7 14.06.2009cu ildə, X14 04.11.2011-ci ildə, X8 25.10.2014-cü ildə Gəncə şəhərində anadan olmuşlar. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində üç azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvələr cinayət məsuliyyətinə cəlb edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işi cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs barəsində 17.11.2021-ci il tarixdə başqa yerə getməmək haqqında ltizam qətimkan tədbiri seçilmiş və məhkəmə zamanı həmin qətimkan tədbiri qüvvəsində saxlanmışdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən barəsində seçilmiş başqa yerə getməmək haqqında ltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probarsiya Şöbəsinə həvalə olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abaszadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirli bilinib ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında ltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probarsiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-110/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-110/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver