Məhkəmə qərarları › İş №1(012)-110/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-110/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-110/2023 07.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azərbaycan Respublikası DİN-in hospitalının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxil olan bir ədəd sellofan torbada 422,265 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananın bir bükümdə 2,265 qramını üzərində, bir ədəd sellofan torbada 420 qramını isə idarə etdiyi “Mitsubishi” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış və daşımış, 15 sentyabr 2022-ci il tarixdə saat 05:56 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində olan zaman Abşeron RPİ-nin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılıb, Abşeron RPİ-nin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli kətan şalvarının sağ yan cibindən gümüşü rəngli kağızda bir bükümdə 2,265 qram çəkidə, həmçinin ona məxsus “Mitsubishi” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda sağ qabaq oturacağının altında bir ədəd sellofan torbada 420 qram çəkidə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci vasitəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. Fiziki və psixi cəhətdən sağlamdır. Şübhəli şəxs qismində saxlanıldığı anda ona hüquq və vəzifələri izah edilmişdir. Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, ünvan 2 ünvanda yaşayır. Narkotik vasitə marixuana istifadəçisidir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində DİN-in Hospitalının yaxınlığında zibilliyin yanından keçərkən zibilxanada olan sellofan torba diqqətini cəlb etdiyindən həmin torbanı götürmüş və içərisində narkotik vasitə marixuana olduğunu görmüşdür. Həmin narkotik vasitə marixuanadan bir bükümü öz şəxsi istifadəsi üçün götürüb siqaret kağızına bükərək cibinə qoymuşdur. Qalan hissəsini idarə etdiyi “Mitshubishi” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağının altında gizlətmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və bundan sonra üzərində şəxsiyyəti təsdiq edən sənəd olmadığından onu Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da əynindəki göy rəngli kətan şalvarının sağ yan cibindən həmin gümüşü rəngli kağızda olan bir büküm yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütləni özü könüllü surətdə təqdim etmişdir. Bundan başqa onun və vəkilin iştirakı ilə polis idarəsinin həyətində ona məxsus avtomobilə baxış keçirilən zaman avtomobilin sağ qabaq oturacağının altında gizlətdiyi sellofan torbada olan kütləni də təqdim etmiş, həmin kütlənin narkotik vasitə marixuana olduğunu, həmin sellofan torbanı xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, DİN-nin Hospitalının yaxınlığındakı zibilxanadan tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmüş və heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmur və marixuananı da özü istifadə etmək üçün üzərimdə saxlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində 4768 çağırışlı avtopatrulla iş yoldaşı Şahid2la birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində xidmətdə olarkən həmin qəsəbədə “Mitsubishi” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb sonuncuya tərəf yaxınlaşmışlar. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuş, həmin şəxs üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişdir. Polis əməkdaşları onun şəxsiyyətini təsdiq etmək üçün Abşeron RPİnə dəvət etmiş və o da etiraz etməyib razılaşmış, həmin şəxsi nəqliyyat vasitəsi ilə birlikdə Abşeron RPİ-nə gətirərək təhvil vermişlər. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli kətan şalvarın sağ yan cibindən gümüşü rəngli kağızının içərisində bir bükümdə yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə rayon polis idarəsinin həyətində olan Təqsirləndirilən şəxs məxsus “Mitsubishi” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda da narkotik vasitə marixuana olduğunu bildirmiş, Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə avtomobilə baxış keçirilən zaman avtomobilin sağ qabaq oturacağının altında gizlətdiyi sellofan torbada olan kütləni də təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və ona məxsus avtomobilə baxış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi gümüşü rəngli kağızının içərisində bir bükümdə, həmçinin ona məxsus avtomobildən aşkar olunaraq götürülmüş sellofan torbada narkotik vasitə heroinə bənzər kütlə içi boş olan kağız zərflərə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli kətan şalvarın sağ yan cibindən gümüşü rəngli kağızının içərisində bir bükümdə, eləcə də ona məxsus avtomobilin salonunda sağ qabaq oturacağın altındakı sellofan torbada olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Samir bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümdəki, həmçinin avtomobilin aşkar olunmuş bir ədəd sellofan torbadakı yaşıl rəngli kütlə narkotik vasitə marixuanadır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı Bakı şəhəri, Nərimanov rayonu, DİN-in Hospitalının yaxınlığında zibilxanadan tapmış, şəxsi istifadəsi üçün saxlamaqla daşımışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslədə də təsdiq edə bilərlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində 4768 çağırışlı avtopatrulla iş yoldaşım Şahid1 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində xidmətdə olarkən həmin qəsəbədə “Mitsubishi” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb sonuncuya tərəf yaxınlaşmışlar. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuş, həmin şəxs üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişdir. Polis əməkdaşları onun şəxsiyyətini təsdiq etmək üçün Abşeron RPİnə dəvət etmiş və o da etiraz etməyib razılaşmış, həmin şəxsi nəqliyyat vasitəsi ilə birlikdə Abşeron RPİ-nə gətirərək təhvil vermişlər. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli kətan şalvarın sağ yan cibindən gümüşü rəngli kağızının içərisində bir bükümdə yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə rayon polis idarəsinin həyətində olan Təqsirləndirilən şəxs məxsus “Mitsubishi” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda da narkotik vasitə marixuana olduğunu bildirmiş, Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə avtomobilə baxış keçirilən zaman avtomobilin sağ qabaq oturacağının altında gizlətdiyi sellofan torbada olan kütləni də təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və ona məxsus avtomobilə baxış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi gümüşü rəngli kağızının içərisində bir bükümdə, həmçinin ona məxsus avtomobildən aşkar olunaraq götürülmüş sellofan torbada narkotik vasitə heroinə bənzər kütlə içi boş olan kağız zərflərə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli kətan şalvarın sağ yan cibindən gümüşü rəngli kağızının içərisində bir bükümdə, eləcə də ona məxsus avtomobilin salonunda sağ qabaq oturacağın altındakı sellofan torbada olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Samir bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümdəki, həmçinin avtomobilin aşkar olunmuş bir ədəd sellofan torbadakı yaşıl rəngli kütlə narkotik vasitə marixuanadır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı Bakı şəhəri, Nərimanov rayonu, DİN-in Hospitalının yaxınlığında zibilxanadan tapmış, şəxsi istifadəsi üçün saxlamaqla daşımışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslədə də təsdiq edə bilərlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə bioloji ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 7/1038 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqat obyekti bir ədəd zərfdə üzərində “... Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” və skoçla bağlanmış bir ədəd polietilen bağlamada üzərində “...Vət. Təqsirləndirilən şəxs idarə etdiyi...” sözləri, imzalar “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi olan, bir ədəd zərfdəki 1 (bir) ədəd gümüşü rəngli kağız büküm təmiz çəkisi 2,265 qram, polietilen bağlamada təmiz çəkisi 420 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2022-ci il tarixli, 5983 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə 15 sentyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 15 sentyabr 2022-ci il tarixdə saat 07:00-da qeydə alınır. Təbii işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİnin təhqiqatçısı, polis kapitanı Aslan Allahverdiyevin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli kətan şalvarının sağ yan cibindən gümüşü rəngli kağızda olan bir bükümdə, eləcə də ona məxsus “Mitsubishi” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sağ qabaq oturacağının altında bir ədəd sellofan torbada kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı üzərində saxlayaraq daşıdığını və həmin kütlənin ona məxsus olduğunu qeyd etmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitə marixuananı Bakı şəhəri, Nərimanov rayonu ərazisində, DlN-in Hospitalının yaxınlığındakı zibilxanadan tapmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Minasazov X4 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci madddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Hal-hazırda məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 422,165 qram marixuana Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Abşeron rayon polis idarəsinin şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən 2 yetkinlik yaşına çatmayan övladının olmasını, həmçinin hər iki ayağının baldırda dərialtı piy toxumasında ödəm və infeksiya sahələri və hər iki ayağının trofiki xorasından müalicə almasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 422,165 qram marixuana məhv edilməlidir. İş üzrə 89 manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 00:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 422,165 qram marixuana məhv edilsin. İş üzrə 89 manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar