Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-110/2025 30.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Xüsusi ittiһamçı X4, Təqsirləndirilən şəxs X7 iştirakları ilə, Müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 04 yanvar 1959-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndi, X25 küçəsi ev 93 ünvanında qeydiyyatda olan və yaşayan X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X14 xüsusi ittihamçı X13 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, X2 informasiya vasitəsi olan “Baku TV” internet saytında 13 aprel 2023-cü il tarixdə yayımlanmış videomüsahibədə X13 barəsində saxta müqavilələrlə sakinləri məhkəməyə verərək mənzillərindən çıxarılması ifadəsini işlədərək yalan olduğunu bilə bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmışdır. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, Rəhilə Əsədullazadənin rəhbərlik etdiyi "xxxx" MMC ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 25 iyul 2005-ci il tarixdə Podrat müqaviləsi bağlanılmışdır. Həmin podrat müqaviləsinə əsasən “Sifarişçi” "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində 1,68 ha torpaq sahəsinin 0,40 ha hissəsində podratçı "xxxx" MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan 1.2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8.000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı "xxxx" MTK-nın bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə rəhbəri olduğu sifarişçi "xxxx" MMC tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, müqavilə üzrə podratçı "xxxx" MTK öhdəliklərini yerinə yetirməmiş və hər biri vasitə ilə bundan yayınmağa çalışmışdır. Belə ki, cavabdeh "xxxx" MTK ilə aralarında olan müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş 8.000 kv.m yaşayış və qeyri yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı mülki mühakimə qaydasında mübahisə olmuş və qüvvədə olan məhkəmə qətnamələrinə əsasən qeyd olunan ölçüdə yaşayış və qeyri yaşayış sahələrinin dəyərinin cavabdehdən tutularaq, rəhbəri olduğu Cəmiyyətə ödənilməsi qət olunsa da, bu günədək həmin qətnamələrin icrası təmin olunmamışdır. "xxxx" MTK-nın müxtəlif vaxtlarda sədri olmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 MTK-nın kreditorları qarşısında borclarını ödəməkdən yayınmaq üçün hər dəfə müxtəlif yollara əl atdığını, orada yaşayan sakinləri yalan sözlərlə üzərinə qaldırdığını, onlara guya Rəhilə Əsədullzadənin onların hamısını mənzillərindən çıxaracağını bildirdiyini, süni surətdə kütləvi narazılıq yaratmağa çalışdığını bildirmişdir. Hətta "xxxx" MTK-dan pul verib aldığı iki ədəd mənzilə də başqa şəxsləri yerləşdirmiş, o bu barədə məhkəməyə ərizə verərək mənzillərin boşaldılmasına nail olduqdan sonra Ədalət Qənbərov yenədə binanın sakinlərini çölə yığaraq kütləvi informasiya vasitələrinin qarşısında onu cinayətdə təqsirləndirmiş, saxta sənədlərlə mənzilləri ayrı-ayrı adamlara satmağını şəxsən bildirmişdir. Belə ki, Ədalət Qənbərov 13 aprel 2023-cü ildə Baku TV-nin əməkdaşlarını əraziyə dəvət etmiş, binanın bütün sakinlərini həyətə çağıraraq orada ona qarşı çıxışlar etmiş, öz çıxışlarında onu saxtakar adlandırmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Ədalət Qənbərov öz təqsirini ört-basdır etmək üçün media qarşısında izahat verib, onu saxta müqavilələri məhkəməyə verməklə sakinləri mənzillərindən çıxarmağını göstərmiş və hətta Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 14 mart 2018-ci il tarixli məktubu kütləvi informasiya vasitəsi sayılan Baku TV-nin kameraları qarşısında qəsdən elan edərək, "xxxx" MMC-nin rəhbərliyini də Cinayət Məcəlləsinin 178 və 308-ci maddəsi ilə təqsirləndirilməsini göstərməyə çalışmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 binanın sakinlərini ona qarşı çıxartmaqda, saxtakarlıqda günahlandıraraq, nüfudan salmaqda əsas məqsədi isə həmin binanın istismarının ona verilməsi barədə olan məhkəmə qərarının icrasına maneçilik törətmək olmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(l 13)- 3861/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsaəsn "xxxx" MMC-nin iddiası təmin edilərək, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının istismarı "xxxx" Mənzil-Tikinti Kooperativindən alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. O bu vaxta qədər bir sahibkar kimi işgüzar aləmdə öz nüfuzumu qoruyub saxlamağa çalışmış, lakin cavabdeh kütləvi informasiya vasitəsində öz niyyətinə çatmaq üçün onun xalq içində rüsvay etmiş, işgüzar nüfuzunu ləkələmişdir. X20 atdığı böhtan nəticəsində vurduğu zərərin ondan tutulması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 13 aprel 2023-cü il tarixdə "Baku TV” xəbər kanalının əməkdaşları tərəfindən qeydə alınmış video görüntülərdə cavabdeh X7 onu saxtakar adlandırması və bu görüntülərin kütləvi yayılması nəticəsində dəymiş mənəvi zərər qismində 10 000 manat məbləğində pul vəsaitinin cavabdeh X5 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. Həmin iddiaya baxılan zaman məhkəmə linqivistik ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1602 saylı rəyinə əsasən mülki iş materiallarına əlavə olunmuş video-diskdə “BakıTV” xəbər kanalının əməkdaşı tərəfindən qeydə alınmış video görüntülərdə cavabdeh X14 tərəfindən iddiaçı X4 “saxtakar” adlandırılması şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi göstərilmişdir. Abşeron rayon məhkəməsinin e-2(012)-2918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, iddiaçı X4 şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə dəymiş mənəvi zərərin əvəzi kimi cavabdeh X5 4000 manat tutularaq iddiaçı X15ma verilməsi qət edilmişdir. Göstərilənləri nəzərə alaraq, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmasına dair ittiham hökmü çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X16 şikayəti müdafiə edərək X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X14 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi tamamilə əsassızdır, ona görə də, təmin edilməməlidir. Belə ki, 13 aprel 2023-cü il tarixdə Baku TV xəbər saytına müsahibə verən zaman onun iş yerinə gələn media əməkdaşını o dəvət etməmiş, verdiyi müsahibə zamanı isə Rəhilə Əsədullazadə barəsində “saxtakar” ifadəsini işlətmədiyini, sonuncunun saxta sənədlər və müqavilələrlə məhkəmələrə müraciət edərək mənzildə yaşayan şəxsləri evindən çıxarmaq fikrinin olduğunu demişdir. Bu barədə müsahibə verən zaman əlində olan rəsmi sənədlərə əsaslanaraq bu fikri demişdir. Verdiyi müsahibənin isə onun tərəfindən və ya onun sifarişi ilə yayımlanmadığını həmin videomüsahibənin kimi tərəfindən yayılmasından məlumatsız olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Rəhilə Əsəsdullazadə ilə ədavət və düşmən münasibətindədir, bu səbəbdən onun barəsində davamlı olaraq əsassız şikayətlər etdiyini bildirmişdir. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, təqsirləndirilən şəxs X14 özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, iş materiallarına əlavə edilmiş “Baku TV” saytından verdiyi videomüsahibə ilə bağlı DVD disk və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan 13 aprel 2023-cü il tarixdə Baku TV xəbər saytına müsahibə verən X14 onun iş yerinə gələn media əməkdaşını onun dəvət etmədiyini, verdiyi müsahibə zamanı isə Rəhilə Əsədullazadə barəsində “saxtakar” ifadəsini işlətmədiyini, sonuncunun saxta sənədlər və müqavilələrlə məhkəmələrə müraciət edərək mənzildə yaşayan şəxsləri evindən çıxarmaq fikrinin olduğunu demişdir. Bu barədə müsahibə verən zaman əlində olan rəsmi sənədlərə əsaslandığını demişdir. Verdiyi müsahibənin isə onun tərəfindən və ya onun sifarişi ilə yayımlanmadığını həmin videomüsahibənin kimi tərəfindən yayılmasından məlumatsız olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə dəymiş mənəvi zərərin əvəzi kimi cavabdeh X5 4000 manat tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir. Məhkəmə-lingivistik ekspertizanın 02 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Bakı TV xəbər kanalının əməkdaşı tərəfindən qeydə alınmış videogörüntülərdə cavabdeh X14 tərəfindən iddiaçı X1 adlandırılması şərəf,ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumat hesab edilir. Məhkəmə iclasında baxış keçirilmiş 13 aprel 2023-cü il tarixdə Baku-TV-nin əməkdaşları tərəfindən qeydə alınmış videogörüntüdə X7 X3 ünvanına saxta müqavilə ilə məhkəməyə müraciət etməsi və 70-ə yaxın sakinə qarşı mənzil mübahisəsi açmasının deyildiyi müəyyən edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmiş, iddia tələbi qismən təmin edilməklə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun alınaraq iddiaçıya verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qərarından görünür ki, qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir.Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Beləliklə, X7 törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, xüsusi ittihamçı X4 məhkəmə iclasında verdiyi ifadəsi iş materiallarında videogörüntünün təqdim olunduğu 01 ədəd DVD disk və digər iş materialları ilə X7 yalan olduğunu bilə-bilə X4 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaqla böhtan cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə dəymiş mənəvi zərərin əvəzi kimi cavabdeh X5 4000 manat tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir. Həmin Qətnamə yalnız mənəvi zərərin əvəzi olaraq məbləğ hissəsində dəyişdirilmiş və qanuni qüvvəyə minmişdir. Sözügedən qətnamə 13 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs tərəfindən Baku Tv xəbər kanalında verdiyi müsahibə ilə əlaqədar olaraq çıxarılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir.Göründüyü kimi, hadisə 13 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs tərəfindən Baku Tv xəbər kanalında verdiyi müsahibədir, həmin müsahibədəki ifadələr müvafiq məhkəmə-lingivistik ekspertizasının rəyi ilə şərəf və ləyaqəti alçaldan məlumatlar hesab edilmiş, ifadələr təqsirləndirilən şəxs tərəfindən xüsusi ittihamçının ünvanına işlədilmişdir. Deyilmiş ifadələrin həqiqət olduğunu təqsirləndiirlən şəxs sübut edə bilməmişdir. Deyilmiş ifadələr böhtan cinayətinin dispozisiya şərtlərini ödəyir. Ona görə də X7 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bütün bu göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 informasiya vasitəsi olan “Baku TV” internet saytında 13 aprel 2023-cü il tarixdə yayımlanmış videomüsahibəsində X8 “saxta sənədlər və müqavilələrlə” məhkəmələrə müraciətlər etməsini deyərək sonuncunun ünvanına şərəf,ləyaqəti və işgüzar nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində işlətməsi, məhkəmə iclaslarında isə X10 barəsində söylədiklərinin doğru olmasını sübut edə bilməməsi X7 Rəhilə Əsədullazadəyə böhtan atması kimi qiymətləndirilməli və onun bu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, məhkəmə iclasında X14 13 aprel 2023-cü il tarixdə Baku TV-yə verdiyi müsahibəsindən sonra həmin müsahibənin onun tərəfindən yayımlanmadığını bildirmiş, həmin müsahibəsinin kimin tərəfindən yayılmasını bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs X7 özünü müdafiə xarakteri daşıyan bu arqumenti onun Rəhilə Əsədullzadəni “saxta sənədlər və müqavilələrlə məhkəmələrə müraciətlər etməsi” ifadəsini işlətməsi ona böhtan atmasına haqq qazandıra və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, X14 xüsusi ittihamçı X6 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaydığını dərk etmiş və bunu arzu etmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli, xüsusi ittihamçı X4 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatların yayıldığı andan başa çatmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin V hissəsinə əsasən Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « …mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,…qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Məlumatda mövcud fakt kimi göstərilmiş hallar hər hansı mötəbər sübuta deyil (ümumiyyətlə müəllif belə bir araşdırma da aparmamışdır), əsası müəyyənləşdirilə bilməyən şayələrə əsaslanmışdır.(müqayisə et, məsələn, Lingens qərarı, p. 28/46). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X14 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X14 cəza təyin edərkən məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən X7 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə X14 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı, nəzərə alır və belə hesab edir ki, X11 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X12 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-110/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-110/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver