Məhkəmə qərarları › İş №1(012)-1103/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1103/2025

27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1103/2025 27.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Veysəlli Ərazi Dairəsi, Aşağı Veysəlli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Stansiya ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqlnda iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə, saat 08:30 radələrində «B,C» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan **-UY-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobili ilə Abşeron rayonu, “Stansiya Sumqayıt” Qaçqınlar şəhərciyində məhəllə arası yolda 10 km/saat sürətlə hərəkətdə olarkən «X6» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib, yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq, sonuncunun ehtiyatsızlıqdan 1-ci və 2-ci bel fəqərələrinin kompression sınıqları, aşıq baldır oynağının və baldır sümüklərinin qapalı sınıqları ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təstiq edərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında “BC” katiqoryalı sürücülük vəsiqəsi ilə idarə etdi texniki cəhətdən saz vəziyyətdə olan “KAMAZ” marklalı 90 –UY-756 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu Stansiya Sumqayıt qaçqınlar məhəlləsində saat 08:30 radəllərində ara yolda avtomobili işlək vəziyətdə saxlayıb mağazaya getmişdir. Magazadan geri qayıdıb sükan arxasına əyləşib hərəkətə başlayan zaman avtomobilıin ön hissəsindən səs eşidib avtomobilin sanki, maniyənin üstündən keçdiyini hiss edərək avtomobili saxlayıb aşagı enmişdir.Həmin vaxt yolu soldan saga keçən sonradan adını bildiyi X2 üzərindən avtomobillə keçdiyini müəyyən etmişdir.Həmin qadına yaxınlaşaraq ondan evlərin soruşmuş, o evlərini əli ilə göstərdiyindən həmin evə qaçaraq qadının yaxınlarını köməyə cagıraraq ona yardım göstərmiş və eyni zamanda polis orqanlarına hadisə barədə məlumat vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, baş vermiş hadisə zamanı istifadəsində olan yük avtomobilinin surət həddinin yüksək olmadığını, həmin vaxt spirtli içki və ya narkotik vasitə qəbul etmədiyini, həmin avtomobilin texniki cəhətdən saz olduğunu, həmin vaxt idarə etdiyi avtomobildə yük olmadığını göstərmişdir. Sonda zərərçəkmiş şəxslə barışıq əldə edərək, şikayətçi olmamasını, bundan başqa ailəli olmaqla himayəsində onun maddi və mənəvi dəstəyinə ehtiyacı olan övladlarının olduğunu bildirməklə barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə elan olunmuş zərər çəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 08:30 radəllərində Abşeron rayonu Stansiya Sumqayıt Qaçqınılar məhəlləsi adlanan ara yoldan yolu soldan saga keçmək isdəyərkən küçədə dayanmış vəziyyətdə olan sonradan adını bildiyi Şəhriyar adlı şəxs avtomobili qəfil hərəkətə başladığından avtomobilin qabaq hisəsinə dəydiyindən yerə yıxılmış həmin vaxt kamazın qabaq təkəri üstündən keçdiyi üçün xəsarət almımçdır. Həmin vaxt sürücü avtomobili dərhal saxlayıb aşagı enib ona yaxınlaşmış və evlərini soruşduqda əli ilə evlərini göstərmiş, sürücü evə qacaraq qardaşını çağırmış və qardaşı gələrək köməklik göstərərək onu Sumqayıt şəhər TTY-xəsdaxanasının tramatologiya şöbəsinə aparılmış və orada ona tibbi yardım göstərilmişdir. Sonda məhkəməyə ərizə təqdim edərək, baş vermiş nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsi tərəfindən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 13 fevral 2024-cü il tarixli 643 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır;

2. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmış və qərar ona elan olunmuşdur;

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin “canlı şəxsin ekspertizası”nın 14 avqust 2024-cü il tarixli 2256 saylı rəyindən görünür ki,

1. 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-1-ci və 2-ci bel fəqərələrinin kompression sınıqları, aşıq-baldır oynagının və baldır sümüklərinin qapalı sınıqları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyatı hadisəsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə saglamlığın uzun müddətə pozulmasına səbənb olan saglamlıga AZ AĞİR zərərvurmaya aiddirlər;

4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 07 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarət alması faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir;

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 may 2025-ci il tarixli 8/902 saylı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən KAMAZ markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır;

6. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur;

7. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” növündə qətimkan tədbiri seçilmişdir;

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 01 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;

9. Sübutların qiymətləndirilməsi haqqında” 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ile elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, cinayət işi üzrə yol nəqliyyat hadisəsi vaxtı idarə edilən “KAMAZ” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınması və sahibi Təqsirləndirilən şəxs olması iş üzrə nəzərə alınmalı, məhkəmə-tibb ekspertizasının və məhkəmə yol-hadisələri ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir.

Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs 27 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir; Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs 27 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxsə dəymiş ödəyərək, onunla barışıq əldə etmişdir. Ona görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, tədqiq olunmuş zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla, barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “KAMAZ” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X6” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Abşeron Rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Orlov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “KAMAZ” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs istifadəsində saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Abşeron rayon Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar