Məhkəmə qərarları › İş №1(012)-1105/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1105/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1105/2025 07.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 29 avqust 1991-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olan və yaşamış barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan, «Telegram» sosial şəbəkəsində «Elsauer» şərti adından istifadə edən əcnəbi, həmçinin digərləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncular tərəfindən cinayətkar qrupun digər üzvlərinin xx.xx.2024-cü il tarixdə xüsusi proqram təminatı ilə Gürcüstan Respublikasının beynəlxalq telefon kodunu imitasiya edilməklə +**********09 nömrəsindən Abşeron rayonu Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edib bank kartlarının sığortalanmalı olmasını yalandan bildirib «Whatsapp» sosial şəbəkəsində videozəng vasitəsilə Zərərçəkmiş şəxs üz tanınma məlumatlarını ələ keçirməklə zərərçəkmişə "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7388-8831-9328 nömrəli, «X6» kart hesabından 7,638.00 manat, "xxxx" ASC tərəfindən emissiya edilmiş 5103-0714-2629-6717 nömrəli, «X5» kart hesabından isə 14.481,50 manat, ümumilikdə 22.519,50 manat pulu gizli olaraq taladığı pulun özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə M10 elektron pul kisəsi tətbiqetməsində qeydiyyatdan keçirilmiş hesabına köçürülmüş 15400 manat hissəsini, kriptovalyutaya çevirməklə həmin şəxslərla aralarında bölüb qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda pul vəsaitini gizli olaraq talamaqla zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs xeyli miqdarda 22.519,50 manat (iyirmi iki min beş yüz on doqquz manat əlli qəpik) məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, kriptovalyuta alqı-satqısı ilə təxminən 1 il olmaqla məşğul olmuş, bu sahəni əvvəlcə həvəskar olaraq, sonradan isə “Telegram” sosial şəbəkəsi üzərindən öyrənmişdir. “Telegram”da yerləşən “P2P” platforması vasitəsilə valyuta mübadiləsi aparmış və müxtəlif qruplara qoşulmuşdur. Həmin qruplarda tanımadığı şəxslər ona şəxsi mesajlar vasitəsilə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlarının adlarına olan bank kartları və “M10” hesablarının pul köçürmələri üçün lazım olduğunu bildirmişlər. Bu şəxslərdən biri @Elsauer adlı hesabla əlaqə saxlayaraq "xxxx" kartları və “M10” hesabları tələb etmiş, təqdim edilən hər kart üçün 60–150 ABŞ dolları məbləğində ödəniş təklif etmişdir. Beləliklə o, tanışlarından kömək istəmiş, onların adlarına bank kartları və “M10” hesabları açdıraraq həmin hesabları Elsauer adlı şəxsə satmışdır. Satış müqabilində ödənilən vəsait “Telegram” üzərindən “CryptoBot” tətbiqi ilə onun hesabına köçürülmüş, o isə həmin vəsaiti müxtəlif bank kartlarına köçürərək nağdlaşdırmışdır. O, Zərərçəkmiş şəxs məxsus bank kartından 15 400 manat məbləğində vəsaitin onun adına olan “M10” hesabına köçürülməsi faktını təsdiq etmiş, lakin həmin “M10” hesabını da sonradan satdığını bildirmişdir. Göstərilən pul vəsaiti faktiki olaraq ona çatmamış, şəxsiyyəti ona məlum olmayan üçüncü şəxsə ötürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, bu cinayəti faktiki olaraq törədən şəxslər onu həmin hadisədə istəmədən iştirakçı vəziyyətinə salmışlar. Bəli, adlarına hesab açılmış şəxslərin həmin hesabın açılmasından və satılmasından xəbərləri olmamışdır. Lalin o, gördüyü işin cinayət xarakterli olduğunu dərk etməmiş və bu fəaliyyətin mahiyyətini bilmədən hərəkət etmişdir. O, həmin proseslərdə iştirak edərkən etdiyi hərəkətlərin kripto əməliyyatları ilə bağlı olduğunu düşündüyünü, lakin bu hərəkətlərin oğurluq əməli olduğunu anlamadığını bildirmişdir. Onun rolu birbaşa “M10” elektron pul hesablarının yaradılması və həmin hesabların tanımadığı şəxslərə ötürülməsindən ibarət olmuşdur. Bu xidmətin müqabilində həmin şəxslər tərəfindən ona kriptovalyuta şəklində ödənişlər göndərilmişdir. Pul vəsaitlərinin hesabdan hesaba köçürmə yolu ilə həyata keçirilmiş, həmin hesabların bir çox açılmasının məqsədi isə hesabların bloklanmasının qarşısını almaq üçün olmuşdur. O, lazım olduğu təqdirdə başqalarının adlarına hesablar açdıraraq bu fəaliyyəti davam etdirmiş və ümumilikdə 4–5 nəfərin adına açılmış hesabları təqdim etmişdir. Qeyd edir ki, o, bu işin hüquqi cəhətdən mahiyyətini tam dərk etməmiş, aldanıldığı üçün bu prosesin iştirakçı olsa da, lakin özünü cinayətin əsas icraçısı hesab etmir. Əvvəlki məhkəmə prosesində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2024-cü il 20 noyabr tarixində saat 15:00 radələrində +**********09 nömrəsindən onun ***-***-**-** nömrəsinə zəng edən tanımadığı şəxs özünü "xxxx" ASCnin əməkdaşı kimi təqdim etmiş, kartları sığortalamaq istədiyini bildirərək görüntülü zənglə onun şəklini çəkmişdir. Təxminən yarım saat sonra həmin telefon nömrəsindən gələn mesaj vasitəsilə zərərçəkmişə məlum olmuşdur ki, onun "xxxx" ASC-yə məxsus 4169- 7388-8831-9328 saylı bank kartından 5000 manat və 2600 manat pul çıxarılmışdır. Həmçinin onun adına 15 000 manat kredit götürüldüyü müəyyən edilmişdir. Bundan əlavə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona zəng edən şəxsi və pul vəsaitlərini çıxaran şəxsi tanımır. Bankdan çıxarış götürərək araşdırma aparmış və müəyyən etmişdir ki, onun ümumilikdə bank kartlarından 22519 manat 50 qəpik məbləğində pul çıxarılmış və həmin məbləğdə maddi ziyan vurulmuşdur. Zərərdən hər hansı bir hissə ödənilməmişdir. Şikayətçı olduğunu və zərərini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid2 istintaqda verdiyi ifadəsini təstiq etdiyini qeyd etməklə əlavə olaraq bildirmişdir ki, kriptovalyuta alqısatqısı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə “Binance” platformasında Şahid3 adlı istifadəçi ona müraciət edərək USDT kriptovalyutasını almaq istədiyini bildirmiş, bundan sonra ilk olaraq 1300 manat, sonradan isə əlavə olaraq 2680 manat məbləğində USDT satışı həyata keçirilmiş, bundan sonra həmin şəxsin mobil nömrəsinə «Whatsapp» sosial şəbəkəsində zəng edərək pulun həqiqətən də özünə məxsus olub-olmamasını soruşmuş və ona demişdir ki, pul onun özünə məxsusdur. “Binance” platformasında kriptovalyuta alqı-satqısı ilə məşğul olmaq üçün hesab açılır, alqı və satqı bölmələrində onlayn klik etməklə seçilən məbləği almaq olur. Alqı-satqından əvvəl satıcı pulun ona çatmasını təsdiq etməsə, kriptovalyutanı almaq olmur. O, Şahid3 şəxsən tanımamış və pul vəsaitlərinin cinayət yolu ilə əldə edilməsindən xəbərdar olmamışdır. Məhkəmə iclasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid3 istintaqda verdiyi ifadəsini təstiq etdiyini qeyd etməklə əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə «İnstagram» sosial şəbəkədə «arenda» adlı elanla rastlaşmış, həmin elanda "xxxx" kartı olduğu halda pul qazanmağın mümkün olduğu qeyd edilməsi onun marağına səbəb olduğu üçün elandakı «WhatsApp» keçid linkinə daxil olmuş və «Kvadrashop.kz» adlı səhifənin +**********1 nömrəsi ilə qeydiyyatdan keçirildiyini görmüşdür. Bundan sonra o, həmin səhifəyə mesaj yazaraq işlə maraqlandığını, adlarını bilmədiyi şəxs və ya şəxslərin onunla əlaqə saxlayaraq aylıq 1200 manat gəlir vəd etdiklərini göstərmişdir. Onlar mototexnika satışı ilə məşğul olduqlarını və Bakı şəhərində filial açmaq niyyətində olduqlarını bildirmiş, bu vədlərə inanaraq razılıq vermiş və bank kartının rekvizitlərini onlara təqdim etmişdir. Onun kartına daxil olan sifariş məbləğlərini həmin şəxslərin göstərişi ilə müxtəlif “M10” hesablarına köçürdüyünü, köçürülən məbləğlərdən ən böyüyünün 5300 manat olduğunu, həmin məbləğ kartına daxil olduqdan sonra bank tərəfindən şübhəli əməliyyatlara görə hesabının bloklandığını bildirmiş, bankla əlaqə saxladıqda kartın şübhəli əməliyyat səbəbindən bloklandığı ona izah edilmişdir. O, pul vəsaitlərinin qanunsuz yolla əldə olunmasından xəbərsiz olduğunu, özünün də aldadıldığını, şirkətdə işə qəbul edildiyini və satış meneceri kimi fəaliyyət göstərəcəyini güman etdiyini, sonradan pul vəsaitlərinin qanunsuz mənşəli olduğunu öyrəndiyini, hər hansı şəxslə cinayət əlaqəsinin olmadığını və mövcud yazışmaları istintaqa təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Mamusta kəndində ailəsi ilə birlikdə yaşayır. Həyət evlərinin damlarının təmiri işi ilə məşğul olur, ustadır. Həmkəndilisi Təqsirləndirilən şəxsla 2024-cü ilin noyabr ayında görüşən zaman sonuncu kənd sakinlərinin içərisində onlara demişdir ki, “M10” adlı proqram var və yükləyə bilər. Həmin proqram vasitəsilə qaz, işıq pulu və sair ödəmək olar. O da Eldənizə etibar edərək telefonunu sonuncuya vermişdir. Bundan sonra Eldəniz onun telefonuna “M10” tətbiqini yükləmiş və onun üz şəklini çəkərək qeydiyyatdan keçirmişdir. Onun mobil telefondan başı çıxmır. Heç həmin vaxtdan “M10” proqramını işlətməmişdir. Kənddə məlumat yayılmışdır ki, Eldəniz hamını aldadaraq onların adına nömrələr almış, saxta hesablar açmış və özünə pul köçürmüşdür. O, dərhal “M10” proqramını silmişdir. İndi öyrənir ki, telefonuna proqram yükləyərkən Eldəniz onun adına “M10” hesab açmış və öz telefonuna yönlədirirərək pul köçürmələri etmişdir. ********** mobil nömrəsinin kimə məxsus olması barədə heç bir məlumatı olmamışdır. Nömrə ona məxsus deyil və heç vaxt işlətməmişdir. Həmin nömrə ilə qeydiyyatdan keçirilən “M10” hesabına hansı şəraitdə və kim tərəfindən pul köçürülməsi barədə məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə, istintaqı aparılmışdır;

2. “Zərərçəkmiş şəxs qismində tanınması” haqqında 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Şübhəli şəxsin tutulması” haqqına 14 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur;

4. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 15 iyul 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;

6. Abşeron Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 4(012)-383/2025 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin əvəli 14 iyul 2025-ci il tarixdən hesablanmaqla 15 sentyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir;

7. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi” tərəfindən tərəfindən verilmiş 25 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Qulamov X2 rayon Məhkəməsinin 1(002)-129/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 1500 manat cərimə cəzasına məhkum olunmuş, bundan sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 yanvar 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 2000 manat cərimə cəzasına məhkum olunmuş və həmin cəza Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən ona təyin olunmuş cərimə cəzasından azad edilmişdir;

8. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Şayı̇ q oğluna 16 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda dəyişiklik olmadığından, həmin ittiham öz qüvvəsində saxlanılmış, ilkin araşdırma zamanı cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-dən alınmış Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7388-8831-9328 nömrəli “X6” və "xxxx" ASC tərəfindən emissiya edilmiş 5103-0714-2629-6717 nömrəli “X5” kart hesablarının çıxarışları, həmçinin “PashaPay” şirkətindən alınmış Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid kart hesablarından köçürülmüş vəsaitlər üzrə əməliyyatların siyahısı, həmin vəsaitlərin köçürüldüyü “M10” hesabı istifadəçilərinin anket məlumatları və fotogörüntülər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalı, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhə olmadığından həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmiş, sonuncuya Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən, həmin sübutlar kifayət etmiş hesab edilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 180, 181-ci maddələri ilə, habelə 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur (17-ci bənd); şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət-Prosessual Məcəlləsinin 141.2-ci maddəsinə görə cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə örədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, hazırki işin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu, şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə birlikdə vahid cinayət niyyəti ilə hərəkət edərək informasiya texnologiyalarından və elektron məlumat daşıyıcılarından istifadə etməklə zərərçəkmiş şəxsin etibarından sui-istifadə yolu ilə onun bank kartlarına qanunsuz çıxış əldə etmiş, pul vəsaitlərini gizli olaraq talamasında iştirak etmiş və həmin vəsaitlərin bir hissəsini özünə məxsus M10 elektron pul kisəsinə köçürməklə kriptovalyutaya çevirmişdir. Bu əməllər nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurulmuşdur ki, bu da Təqsirləndirilən şəxs hərəkətlərində cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin mövcud olduğunu təsdiq edir. Bundan başqa, məhkəmə iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı məhkəmə iclasında bu işin hüquqi mahiyyətini tam dərk etmədiyini, aldanıldığı üçün həmin prosesin iştirakçısı olduğunu, lakin özünü cinayətin əsas icraçısı hesab etmədiyini bildirməsi ilə bağlı qeyd edir ki, bu ifadələr iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs bank hesablarının və elektron pul kisələrinin icazəsiz açılmasında, həmin hesabların üçüncü şəxslərə ötürülməsində, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin kriptovalyutaya çevrilməsində bilavasitə iştirak etmiş, bu hərəkətləri şüurlu və ardıcıl şəkildə həyata keçirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu əməlləri təsadüfi xarakter daşımamış, əksinə, qabaqcadan razılaşdırılmış cinayət niyyəti çərçivəsində həyata keçirilmişdir. Buna görə də onun özünü cinayətin əsas icraçısı hesab etməməsi, habelə hüquqi nəticələri dərk etmədiyini iddia etməsi onu cinayət məsuliyyətindən azad etmir və əməllərinə verilmiş hüquqi qiymətin dəyişdirilməsi üçün əsas hesab edilmir.” Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən təkrarən yaşayış sahəsinə və binaya qanunsuz daxil olmaqla və qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə zərər çəkmiş şəxsin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talaması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət işinin materiallarına Təqsirləndirilən şəxs azadlığının 14 iyul 2025-ci il tarixindən etibarən faktiki məhdudlaşdırıldığı müəyyən edildiyindən, məhkəmə onun cəzasının icrasına həmin tarixdən başlanılmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa məhkəmə maddi sübutlar ilə bağlı məsələni nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7388-8831-9328 nömrəli “X6” və "xxxx" ASC tərəfindən emissiya edilmiş 5103-0714- 2629-6717 nömrəli “X5” kart hesablarının çıxarışları, həmçinin “PashaPay” şirkətindən alınmış Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid kart hesablarından köçürülmüş vəsaitlər üzrə əməliyyatların siyahısı, həmin vəsaitlərin köçürüldüyü “M10” hesabı istifadəçilərinin anket məlumatları və fotogörüntülər cinayət işinin materiallarında saxlanılmalıdır.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 (otuz) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 14 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169- 7388-8831-9328 nömrəli “X6” və "xxxx" ASC tərəfindən emissiya edilmiş 5103-0714-2629- 6717 nömrəli “X5” kart hesablarının çıxarışları, həmçinin “PashaPay” şirkətindən alınmış Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid kart hesablarından köçürülmüş vəsaitlər üzrə əməliyyatların siyahısı, həmin vəsaitlərin köçürüldüyü “M10” hesabı istifadəçilərinin anket məlumatları və fotogörüntülər cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsə mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və ya xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi (30) iş saatı üçün nəzərdə tutulmuş 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar