Məhkəmə qərarları › İş №1(012)-111/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-111/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-111/2021 27.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1995-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, işləməyən, Cəlilabad rayonu, Soltankənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri QYM-i, M.İbrahimov küçəsi, dalan 2, ev 2də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şahin oğlu hədə-qorxu ilə tələb etmə ilə Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, 7-ci küçə, ev 128-də yaşayan Zərərçəkmiş şəxs ilə 02.07.2019-cu il tarixdə görüşərək ona bacısının mobil telefonunda olan çılpaq şəklini göstərib arvadına göstərərək onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək Zərərçəkmiş şəxs bu məqsədlə 1000 manat pul tələb etmiş və 2019-cu ilin iyul ayının ikinci 10 günlüyündə Zərərçəkmiş şəxslə Abşeron rayonu, Xırdalan şəhərində 28-ci məhəllədə görüşərək 400 manat pulunu, həmin vaxtdan 2-3 gün keçdikdən sora həmin ünvanda yenidən Zərərçəkmiş şəxslə görüşüb 70 manat pulunu, həmin gündən 4 gün sonra isə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkının qarşısında olan “Bravo” marketin yanında Zərərçəkmiş şəxslə görüşüb 150 manat pulunu, 18.03.2020-ci il tarixdə poçt vasitəsi ilə göndərdiyi 60 manat pulunu Salyan rayon Mərkəzi poçtundan çıxartmaqla, 22.03.2020-ci il tarixdə poçt vasitəsi ilə göndərdiyi 100 manat pulunu Salyan rayon Mərkəzi poçtundan çıxartmaqla, 30.03.2020-ci il tarixdə poçt vasitəsi ilə göndərdiyi 30 manat pulunu Salyan rayon Mərkəzi poçtundan çıxartmaqla ümumilikdə 810 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq əmlak xarakteri daşıyan tələb etmə cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Şahin oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri QYM-i, M.İbrahimov küçəsi, dalan 2, ev 2-də yaşayır. Zərərçəkmiş şəxs bir neçə ildir tanıyır, Ülfət onlarla qonşuluqda yaşayır. Ülfətlə qonşu kimi münasibəti pis olmamışdır. 2019-cu ilin avqust ayının əvvəllərində evdə olan zaman bacısı Arifəyə məxsus “Samsung” markalı mobil telefonu Arifədən xəbərsiz götürüb telefonun qalereya hissəsində olan “Mənim faylım” papkasında qonşuları Ülfətin yarıçılpaq şəklini görmüşdür. Bundan sonra o, Ülfətlə görüşüb Ülfətin onda olan yarıçılpaq şəklinin olduğunu və Ülfətdən ona 800 manat pul verməsini tələb etməyə başlamışdır. Pulu verməyəcəyi təqdirdə şəkili həyat yoldaşına göstərməklə Ülfəti rüsvay edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə Ülfətlə görüşmüş, Ülfət ona 400 manat pul vermiş və Ülfət səhəri gün 220 manat mənə pul verəcəyini bildirib bu söhbəti bağlamasını istəmişdir. O, Ülfətlə razılaşmışdır. Həmin günün səhəri 2019-cu ilin avqust ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə Mərkəzi xəstəxananın yanında Ülfətlə görüşmüş və Ülfət ona əvvəl 70 manat, bundan 1 saat sonra yenə 150 manat pul vermişdir. 2020-ci ilin mart ayının ortalarında Salyan rayonunda olan zaman pul lazım olduğu üçün Ülfətə zəng edib yenədə Ülfətdən pul tələb etməyə başlamış və Salyan rayon poçt şöbəsinə 200 manat pul göndərməyini bildirmişdir. Ülfət əvvəl poçt vasitəsilə ona 60 manat pul göndərmiş və səhəri gün ayrı-ayrı vaxtlarda 100 və 30 manat pul göndərmişdir. O, həmin pulları Salyan rayon poçt şöbəsindən götürüb öz ehtiyaclarım üçün xərcləmişdir. O, bundan sonra Ülfətə zəng edib əlavə 140 manat pul verməsini bildirmiş və Ülfət artıq pul verməyəcəyini deyib, şikayət edəcəyini bildirmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 7-ci küçə, ev 128-də ailəsi ilə birlikdə yaşayır. Qonşuluğunda yaşayan Arifə adlı qadın bir gün onun mobil telefonuna 050 852-37-90 saylı mobil nömrədən zəng edərək tanışlıq vermişdir. Həmin vaxt o, Arifəni tanımış və qardaşı İbrahimin ona iş xahiş etdiyini və həmin işin nə yerdə qaldığını soruşmuşdur. O da Arifəyə vəziyyəti izah etmiş və bundan sonra Arifə onunla mütamadi olaraq əlaqə qurmağa başlamışdır. Onların arasında olan əlaqələri genişlənrək onların münasibətləri daha yaxın olmuş və onlar 02.07.2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində “Dörd Yol” adlı oteldə görüşmüşlər. Onların arasında cinsi yaxınlıq olmuş və Arifə onun xəbəri olmadan mobil telefonu ilə onun lüt şəkilini çəkmiş, ancaq bunu ona bildirməmişdir. Bundan sonra onların əlaqələri zəifləmişdir. Həmin vaxtdan bir neçə gün sonra Arifənin Bəhruz adlı qardaşı onun mobil telefonuna zəng etmiş və onu görüşə çağırmışdır. O da Bəhruzla görüşə getmişdir. Bəhruzla Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsində görüşən zaman Bəhruz ona demişdir ki, “sənin məndə lüt şəklin var”. Bəhruz lüt şəkilini arvadına göstərməməsi üçün ondan 850 manat pul istəmişdir. Lakin, o, Bəhruza bildirmişdir ki, “mənim bu qədər pulum yoxdur”. Daha sonra Bəhruz onunla belə bir razılığa gəlmişdir ki, 600 manat pul verim və bu söhbəti də bağlasın. Başqa əlacı olmadığı üçün o, Bəhruzla razılaşmış, lakin müxtəlif vaxtlarda Bəhruza 620 manat pul vermişdir. Belə ki, həmin puldan ilkin olaraq 2019-cu ilin iyul ayının ikinci 10 günlüyündə Bəhruzla Abşeron rayonu, Xırdalan şəhərində 28-ci məhəllədə 400 AZN, həmin vaxtdan 2-3 gün keçdikdən sonra həmin ünvanda yenidən Bəhruzla görüşüb Bəhruza 70 AZN, bundan isə 4 gün sonra isə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev parkının qarşısında olan “Bravo” marketin yanında Bəhruzla görüşüb Bəhruza 150 AZN pulu Təqsirləndirilən şəxs vermişdir. Onlar həmin vaxt razılığa gəlmişlər ki, həmin şəkili Bəhruz siləcək və bir daha bu məsələ ilə bağlı onu narahat etməyəcək. Təqsirləndirilən şəxs onunla razılaşmış və bir daha bu məsələ ilə bağlı heç vaxt onu narahat etməyəcəyini demişdir. O da Bəhruza arxayın olub bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Həmin söhbətdən bir müddət sonra yəni, 17.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 050 593-30-75 saylı mobil nömrə ilə ona zəng etmiş və hazırda Cəlilabad rayonunda olduğunu, həmin məsələnin qaldığını, ona təcili 160 AZN pul lazım olduğunu bildirmişdir. O, isə Bəhruza həmin məsələni 2019-cu ilin iyul ayında bağladığını qeyd etmiş və Bəhruz sonda ona 160 AZN pulun ona vacib lazım olduğunu qeyd etmişdir. Həmin vaxt o, Bəhruza üzərində 60 AZN pulunun olduğunu və həmin pulu poçt vasitəsi ilə 18.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs göndərmişdir. Bəhruz da Salyan rayonunda yerləşən poçtdan həmin pulu götürmüşdür. Bundan sonra 19.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs mənə təkrar zəng etmiş və 160 manat puldan 100 manat qaldığını və həmin 100 manat pulu aldıqdan sonra bir daha bu söhbətə gəlməyəcəyini bildirmişdir. Öz növbəsində isə Təqsirləndirilən şəxs sözünə inanmış, habelə ailəsində söz-söhbət olmasın deyə onunla razılaşmış və 22.03.2020-ci il tarixdə Bəhruza poçt vasitəsi ilə 100 manat pul göndərmişdir. Həmin puldan 3 AZN rüsuma çıxıldığı üçün Təqsirləndirilən şəxs 97 manat pul götürmüşdür. Hətta Bəhruz ona demişdir ki, o, bir daha bu söhbətin üstünə gəlməyəcəkdir. Yenə də Bəhruza arxayın olub bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra 29.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona təkrar zəng edərək 30 AZN lazım olduğunu və həmin 30 AZN puldan sonra bir daha onu narahat etməyəcəyini söz vermişdir. Bu halın artıq mütamadi olduğunun fərqinə varmış və yenə də başqa sözsöhbətlər olmaması üçün Bəhruza 30.03.2020-ci il tarixdə poçt ilə 30 AZN pul göndərmişdir. Təqsirləndirilən şəxs 30.03.2020-ci il tarixdə ona zəng etmiş və həmin işin 1000 AZN qiyməti olduğunu, onun isə 810 AZN pul verdiyimi, habelə əlavə olaraq 190 manat da pul verməli olduğumu demişdir. Hətta Təqsirləndirilən şəxs bununla bağlı onun mobil telefonuna mesaj da yazmışdır. O, artıq bu haldan bezib bu barədə ailəsinə məlumat vermişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlmək yolu ilə 810 AZN pul alması ilə bağlı DİN-in 102 Xidməti-Zəng mərkəzi sisteminə məlumat vermiş və Abşeron RPİ-yə ərizə ilə müraciət etmişdir. Hətta Təqsirləndirilən şəxs mənim mobil telefonuna mesajlar yazaraq polisə getməməsini, polisə gedəcəyi təqdirdə onun başına oyun açacağını bildirmişdir. Bununla yanaşı Bəhruz onu nalayiq sözlərlə söymüşdür. Ona dəymiş ziyannın ödəməsini nəzərə alaraq təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhəkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsi, dalan 2, ev 2-də yaşayır. Zərərçəkmiş şəxs bir neçə ildir tanıyır, Ülfət onunla qonşuluqda yaşayır. Ülfətlə 1 ilə yaxındır telefon vasitəsilə danışır və aralarında sevgi münasibəti olmuşdur. 2019-cu ilin avqust ayında Ülfətlə Abşeron rayonu Masazır qəsəbəsində adını xatırlamadığı oteldə görüşmüşlər və Ülfətlə cinsi əlaqədə olmuşlar. Ülfətlə oteldə görüşən zaman o, xatirə qalsın deyə Ülfətin şəklini çəkmişdir. Bundan sonra Ülfətlə görüşməmişdir. Onun həmin şəkilləri çəkməkdə heç bir məqsədi olmamış və mobil telefonda olan Ülfətin şəkillərini heç kəsə göstərməmiş və göndərməmişdir. Məhəkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsi, dalan 2, ev 2-də yaşayır. Zərərçəkmiş şəxs bir neçə ildir tanıyır, Ülfət onunla qonşuluqda yaşayır. Ülfətlə qonşu kimi münasibəti pis olmamışdır. Bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs qonşusu Ülfətdən pul tələb etməsini sonradan, Ülfətin polisə şikayət etməsindən sonra bilmişdir. Onun əvvəllər bu barədə heç bir məlumatı olmamışdır. Məhəkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 7-ci küçə, ev 128-də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun əridir. Zərərçəkmiş şəxslə 2002-ci ilə ailə həyatı quraraq rəsmi nigaha girmişlər. 30.03.2020-ci il tarixdə əri Ülfətin evə həyəcanlı vəziyyətdə gəlməsini dörüb Ülfətdən nə baş verdiyini soruşduqda Ülfət ona bildirmişdir ki, “onlarla qonşuluqda yaşayan Bəhruz ona hədə qorxu gəlib 810 manat pul almış və yenə də pul tələb etmişdir ”. Ülfət bundan sonra DİN-nin “102” xidmətinə zəng edərək Bəhruz barəsində şikayət etmiş eyni zamanda Abşeron rayon polis idarəsinə gedərək bununla bağlı ərizə ilə müraciət etmişdir. Ülfətin ona deməsindən sonra bilmişdir ki, Üıfət Bəhruzun bacısı Arifə ilə oteldə görüşmüş və həmin vaxtı Arifə Ülfətin lüt şəklini çəkmiş sonra isə Bəhruz həmin şəkli Ülfətə göstərərək ülfətdən pul tələb etmiş. Ülfət də Bəhruza bununla bağlı hissə-hissə olmaqla ümumilikdə 810 manat pul vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında 21.08.2020-ci il tarixli tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə qazancının 20 faizini dövlət nəfinə tutmaqla islah işləri cəzası təyin edilmişdir. Sumqayıt şəhər İcra və probasiya şöbəsinin 28 sentyabr 2020-ci il tarixli 17/6229 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış Abşeron Rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli hökmü icra olunmamışdır. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 06.07.2020-ci il tarixli ÖXŞ-10-4-19/2646 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs 18.03.2020, 22.03.2020 və 30.03.2020-ci il tarixlərdə göndərdiyi pul köçürmələri ünvan 2 ünvanında yerləşən mərkəzi poçt şöbəsindən (AZ5200) alıcıya ödənilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs poçt vasitəsi ilə pul göndərdiyi qəbzlər iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. 15.09.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.09.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. 15.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15.09.2020-ci il tarixdə tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını olmamasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 25.05.2019-cu il tarixli hökmündən residiv yaranmır Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun şəxsiyyətini səciyyələndirən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü islah işləri cəzasının dörd gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin 25.05.2019-cu il tarixli hökmü ilə təyin edilmiş qazancından 20% dövlət nəfinə pul tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə tam birləşdirilməli, Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.09.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27.05.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs poçt vasitəsi ilə pul göndərdiyi qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 25.05.2019-cu il tarixli hökmü ilə təyin edilmiş qazancından 20% dövlət nəfinə pul tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə tam birləşdirilsin, CM-in 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.09.2020-ci il tarixədə şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs poçt vasitəsi ilə pul göndərdiyi qəbzlər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar