Məhkəmə qərarları › İş №1(012)-111/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-111/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-111/2022 15.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1984-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Mehdabad qəsəbəsi, Ə.Cavad küçəsi, ev 7 A-da qeydiyyatda olan və yaşayan, Abşeron rayon məhəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 18 yanvar 2019-cu il tarixdən başlayaraq 23.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(012)-943/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 09 iyul 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 19.01.2021-ci il və 02.03.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 19 aprel 2021-ci il tarixə kimi, cəmi 4320,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonunda fərdi əməklə məşğul olaraq, bərbər kimi fəaliyyət göstərir, aylıq gəliri 300-400 manat təşkil edir, Zərərçəkmiş şəxs ilə 2012-ci ilin iyun ayında el adəti ilə toy edərək ailə qurmuş, faktiki nikahdan 2014-cü ildə Türkan adlı övladı olmuş, Zərərçəkmiş şəxs ilə 2018-ci ilin sonlarında münasibəti pozulduqdan sonra ayrılmış, Yeganə uşaqla birlikdə valideyinlərinin evinə köçmüş və uşağın saxlanılması üçün aliment tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, nəticədə Abşeron Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(012)-943/2019 saylı qətnaməsinə əsasən, 18 yanvar 2019-cu il tarixdən başlayaraq 23.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment ondan tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, qətnamənin icrasını təmin etməmiş, həmin vaxt daimi iş yeri olmamış, yalnız işəmuzd bərbər kimi işləmiş, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 09.07.2021-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq edilmiş, icra zamanı aliment üzrə heç bir ödəniş aparmamış və icra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni 19.04.2021-ci il tarixədək aliment üzrə borcu 4320,00 manat təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, qətnamənin icra olunmamasının səbəbini keçmiş yoldaşı Zərərçəkmiş şəxs övladı ilə görüşməsinə imkan verilməməsidir, bundan başqa digər səbəb, aliment miqdarının yüksək olmasıdır, lakin özü fərdi əmək fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, nə üçün az məbləğdə olsa da, aylıq alimenti ödəməməsinin səbəbini izah edə bilməmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşmandır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ilin iyun ayında rəsmi nikaha daxil olmadan ailə həyatını qurmuş, həmin nikahdan 23.06.2014-ci təvəllüdlü Türkan adlı qız övladı dünyaya gəlmiş, ilkin dövürdə əri ilə münasibəti yaxşı olsa da, sonradan sonuncunun spirtli içkiyə qurşandığından münasibətləri pozulmuş, bu səbəbdən 2018-ci ilin dekabr ayında onunla ayrılaraq uşaqla birlikdə valideyinlərinin evinə köçmüş və 2019cu ilin yanvar ayında aliment tələbi ilə əlaqədar məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(012)-943/2019 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 18 yanvar 2019-cu il tarixdən başlayaraq 23.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin 09.07.2020-ci il tarixli qərarı ilə 500,00 manat inzibati qaydada cərimə edilmiş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş etməmiş, icra məmuru alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 4320,00 manat məbləğində ödənilməmiş aliment borcu təşkil etmiş, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, rəsmi olmasa da, Mehdiabad qəsəbəsində bərbər işləyir, daha sonra uzun müddət müxtəlif restoranlarda işəmuzd ofisiant kimi çalışmış, lakin alimenti ödəməkdən qərəzli yayınır. Təqsirləndirilən şəxs bir ata kimi öz övladı ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş əri Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-943/2019 saylı, 28.02.2019-ci tarixli qətnaməsi əsasında verilmiş 28.02.2017-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 23.06.2014-cü il təvəllüdlü X1 üçün 18.01.2019-cu il tarixdən başlayaraq hər ay 160,00 manat aliment pulu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuş, icra vərəqəsi 04.03.2019-cu il tarixlərdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, borcluya verilmiş könüllü icra müddətində aliment borcu ödənilməmiş, 28.03.2019-cu il tarixdə Təqsirləndirilən şəxs şöbəyə dəvət edilərək onunla şifahi söhbətlər aparılaraq icra sənədinin icrasının vacibliyi və məcburiliyi qeyd olunmuş bununla bağlı borcluya rəsmi xəbərdarlıq edilmiş, bundan sonra borclu Rauf Əbüləzimovun yeri müəyyən olunmadığından və dəfələrlə şöbəyə dəvət olunmasına (telefon vasitəsiylə) baxmayaraq, barəsində axtraış qərarı qəbul olunaraq icra olunması üçün aidiyyəti üzrə Abşeron RPİ-yə göndərilmiş, 25.09.2019-cu il tarixdə Rauf Əbüləzimov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmiş, izahatı alınaraq aliment borcunun ödənilməsi üçün əlavə vaxt verilmiş, Rauf Əbüləzimovun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin 8(012)-240/20 saylı, 29.07.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuş, 09.07.2020-ci il tarixdə Rauf Əbüləzimov aliment öhdəliklərini yerinə yetirmədiyindən təkrarən şöbəyə dəvət olunmuş, izhat verməsi tələb olunsada borclu izahat verməkdən, həmçinin aliment ödəməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmiş, müvafiq akt tərtib olunaraq icra işinə əlavə olunmuş, icra məmurunun qanunu tələblərini yerinə yetirmədiyindən Rauf Əbüləzimov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 09.07.2020-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib olunaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş, həmin məhkəmənin 3(012)-976/2020 saylı, 09.07.2020-ci il tarixli qərarı ilə Rauf Əbüləzimov Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmiş, borclu Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-943/2019 saylı, 28.02.2019-ci il tarixli qətənaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə, həmçinin faktiki imkanlardan istifadə etmir. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs 19.04.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Rauf Əbüləzimovun heç bir aliment ödənişi etmədiyini, 4320,00 manat ödənilməmiş aliment borcunun yaranmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilməsini xahiş etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, qohumları Təqsirləndirilən şəxs Aleksadr oğlu və Zərərçəkmiş şəxs 2012-ci ildə rəsmi nikaha daxil olmadan ailə qurmuş, həmin nikahdan 2014-cü ildə Türkan adlı qız övladları dünyaya gəlmiş, ilk dövürdə mehriban olsalarda, sonradan Təqsirləndirilən şəxs öz evinə gəlməməsi daha sonra işləməməsi, ailəsi ilə maraqlanmaması Yeganə ilə olan münasibətinin pozulmasına gətirib çıxarmış, 2018-ci ilin dekabr ayında onlar ayrılmış və bu səbəbdən Yeganə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(012)-943/2019 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 18 yanvar 2019-cu il tarixdən başlayaraq 23.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəlik yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Abşeron Rayon Məhkəməsinin 09.07.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 500,00 manat inzibati qaydada cərimə edilmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs işəmuzd yaşadığı ərazidə müxtəlif yerlərdə işləmiş, həmçinin restoranlarda ofisiant kimi işləyərək qazanc əldə etməsinə baxmayaraq, alimenti ödəməkdən qərəzli olaraq yayınır, bir ata kimi öz övladı ilə maraqlanmır və evinə heç bir köməklik göstərmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə baxışında ifadəsi tədqiq edilmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında 09 iyul 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən Abşeron Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(012)-943/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan X5 7 saylı Ərazi Məşğulluq Mərkəzinin 19.04.2021-ci il tarixli, **********4 saylı məktubuna əsasən, məhkəmə aktının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs işsiz kimi mərkəzə müraciət etməmişdir. İş materiallarında olan 11.08.2021-ci il və 16.09.2021-ci il tarixli ödəmə qəbzlərinə əsasən, Təqsirləndirilən şəxs aliment borcu üzrə poçt vasitəsi ilə cəmi 250,00 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəniş etmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(012)-943/2019 saylı qanuni qüvvəsini almış qətnaməsini bilərəkdən qərəzli şəkildə icra etməmiş və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 16.08.2021-ci il tarixdə daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon İHB-nın Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin 10 avqust 2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən yüngülləşdirici halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. İş materiallarında olan 15 sentyabr 2021-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müstəntiqin çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilmiş, Abşeron rayon Polis İdarəsinin 12.11.2021-cı il tarixli məktubundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 14.11.2021–cı il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, beləliklə o, 02 (iki) gün müddətinə həbsdə olmuşdur. Abşeron rayon məhkəməsinin 25.02.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətilkan tədbiri seçilməklə axtarış elan edilmiş və 30.03.2022-ci il tarixdə tutularaq Abşeron rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, həbs etmənin əvvəli axtarışla əlaqədar həbs olunduğu 30.03.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 30.03.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar