Məhkəmə qərarları › İş №1(012)-111/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-111/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-111/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlu sədrliyi Məhkəmə iclas katibi X2 Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə idarəsinin _____ dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs QİZİ Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ____ Vəkil Bürosuna Müdafiəçi iştirakı ilə açıq məhkəmə hazırlıq iclasında Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs QİZİməhkəməyə müraciət edərək bildirmişdir ki, onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən şikayəti yoxdur, bu səbəbdən də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı zərərçəkmiş şəxsin şikayətinin olmaması səbəbindən iş üzrə icraata xitam verilməsinə etirazının olmamasını bildirmişdir. İş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və onun müdafiəçisi zərərçəkmiş şəxsin şikayətinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Məhkəmə hesab edir ki, hazırki iş üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin vəsatəti təmin edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 300.1.7 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərar tərəfə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ______ Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar