Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1116/2025 22.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, Şikayət verən şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Cəbrayıl rayonu, G. Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2025-ci il gecə saat 03 radələrində yaşadığı ünvan 3 ünvanda “orta” dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən arvadı Zərərçəkmiş şəxs ilə qazanclarının xərclənməsi ilə bağlı aralarında yaranmış fikir ayrılığı, habelə sonuncunun onun yaxınları haqqında xoşuna gəlmədiyi fikirlər bildirməsi səbəblərindən ailə məişət zəmnində baş vermiş narazılıqla bağlı mübahisə edərkən həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əlləri ilə sonuncunun saçından tutaraq yolub, ardınca əl, yumruq zərbələri ilə sol çiyin, qol, ağız, sifət və bədəninin müxtəlif nahiyələrinə vuraraq, həmin vaxtı Zərərçəkmiş şəxs özünü qorumaq üçün qabağa verdiyi sol əlinin barmaqlarını da, əlləri ilə qəsdən tutaraq sıxıb buraraq Zərərçəkmiş şəxs sol çiyin qurşağının üst səthinin, sol bazu nahiyəsinin şışkinlik halında qançırları, sol əlin İ barmağının dırnaq sədəfinin qopması, üzün sağ hissəsinin, sol alt çənə nahiyəsinin sıyrıqları ilə müşahidə olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayətlə tanış olmuuşdur. Belə ki, o Samirə ilə 2009-cu ildə ailə həyatı qurmuş və həmin nigahdan 3 övladı var. Əvvəllər Samirə ilə münasibətləri normal olsa da, sonra ailə-daxli söz-söhbətləri yarandığı üçün münasibətləri korlanmışdır. xx.xx.2025-ci il tarixdə gecə saat 03 radələrində o, içkili vəziyyətdə yaşadığı evə gəlmiş, Samirə ilə bir qədər söhbət etdikdən sonra Samirə onun ailə üzvləri haqqında xoşagəlməz fikirlər bildirdiyi üçün o bundan əsəbiləşmiş və Samirənin üzərinə gedərək əli ilə Samirənin qoluna və üz nahiyəsinə zərbələr vurmuş, eyni zamanda sol əlindən tutmaqla buraraq sıxıb buraxmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, şikayət verən şəxslə aralarında barışıq olduğunu və bu səbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Zaminlə 2009-cu ildə ailə həyatı qurmuş və birgə nigahdan üç övladı var. Əvvəllər Zaminlə münasibəti yaxşı olsa da, son zamanlar Zamin mütəmadi olaraq evə gecə saatlarında içkili vəziyyətdə gələrək münaqişə yaratdığıüçün münasibətləri korlanmışdır. xx.xx.2025-ci il tarixdə, səhər saatlarında evdən çıxıb gedərkən evəqayıtmayacağı barədə Zaminə mesaj göndərmiş, Zamin isə həmin gün ərzindəona dəfələrlə zəng edərək evə qayıtmağını istəmiş, lakin o evəqayıtmamışdır. Həmin gün saat 23 radələrində Zamin yenəona zəng edib ondan evə qayıtmağını istəmiş, o bu dəfə Zaminlə razılaşaraq evə, yəni ünvan 4 ünvanına qayıtmışdır. Lakin evə qayıtdıqdan sonra gecə saatlarınadək Zamin evə gəlmədiyindən, o Zaminə zəng edərək evə gəlməsini tələb etmişdir. xx.xx.2025-ci il tarixdə, gecə saat 03 radələrində Zamin evə gəlmiş, onunla bir qədər söhbət etdikdən sonra Zamin yaxın qohumlarına görə onunla mübahisə etməyə başlamışdır. Belə ki, Zamin öz qazandıqlarını ailəsinə deyil, başqalarına (anasına, bacılarına və sair) xərclədiyi üçün o buna görə Zaminə öz narazılığını bildirərkən Zamin onun sözünü yarımçıq qoyaraq anidən əlləri ilə onun saçından tutaraq yolub silkələməyə başlamış, daha sonra sol çiyninə, qollarına, ağız, sifət nahiyəsinə, bədəninə bir neçə yumruq zərbələri vurmuş və həmin vaxtı özünü qorumaq üçün qabağa verdiyi sol əlinin barmaqlarından qəsdən tutaraq sıxıb buraraq buraxmaqla ona xəsarətlər yetirmişdir. Baş vermiş mübahiə və münaqişənin təxminən 5 dəqiqə davam etdiyini, həmin vaxt evdə başqa kənar şəxsin olmadığını, münaqişə zamanı Zamini vurmadğını və ona heç bir bədən xəsarəti yetirmədiyini bildirmişdir. Məhkəməyə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş "MTE və PA ETT Birliyi" X2 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 2195 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlüZərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol çiyin qurşağının üst səthinin, sol bazu nahiyəsinin şışkinlik halında qançırları, sol əlin İ barmağının dırnaq sədəfinin qopması, üzün sağ hissəsinin, sol alt çənə nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2025-ci il tarixdədava-dalaş zamanı yumruq, əl zərbələri təsirindən əmələ gələ bilməsi istisna olunmur, dərəcəsinə görə ümümilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİninƏməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar aşkar olunmamışdır. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxslə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-1116/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1116/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver