Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1120/2025 01.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1987-ci ildə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Nadirxanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, X3 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaqlar kateqoriyasına aid 39T X-389826, Y-4478895 koordinatda 70 kv/metr ölçüdə sahəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özünün evə olan ehtiyaclarını təmin etmək məqsədi ilə özbaşına tutub 5 daş hündürlükdə evin divarlarını inşa edərək özbaşına tikinti işləri aparmışdır. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, həmin tikintini atası inşa etmişdir. Atasının vəfatından sonra isə işlər olduğu kimi yarımçıq qalmışdır. O, həmin tikinti ilə bağlı hər hansı iş görməmiş və bu barədə məlumatı yoxdur. Epilepsiya xəstəsi olduğundan tikinti işləri ilə məşğul olmaq üçün nə fiziki, nə də maddi imkanı vardır. Ailəsindən ayrıldığını və alimenti belə vaxtında ödəməyə imkanının olmadığını bildirdi. Tikilinin bünövrə betonun 2018-ci ildə töküldüyünü, sonrakı illərdə heç bir iş aparılmadığını, yalnız 2023-cü ilin may ayında – yəni atasını vəfatından bir neçə ay əvvəl –cəmi 5 daş hündürlüyündə tikinti hörgü işinin aparıldığını qeyd edərək hal-hazıradək əlavə işlərin görülmədiyini bildirdi. Bundan sonra təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindəsindəki ziddiyyətlər nəzərə alınaraq, istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 1993-cü ildə valideynləri və qardaşları ilə birlikdə məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, X3 məskunlaşmışdır. Epilepsiya xəstəsidir. 2024-cü ilin noyabr ayında Xırdalan şəhəri, Quşçuluq massivində özünə ev tikmək qərarına gəlmiş, təxminən 70 kv. m sahədə 5 daş hündürlüyündə tikinti apardıqdan sonra Əmlak Məsəlləri Xidmətinin əməkdaşları gəlib tikintini aşkar etmiş və baxış keçirib akt tərtib etmişdirlər. O, torpaq sahəsinə və tikintiyə icazə ilə bağlı heç bir sənədinin olmadığını qeyd etmişdir. Bundan sonra onu Abşeron rayon Polis idarəsinə çağırmışlar, orada da izahat vermiş, tikitiyə baxış keçirilmişdir. Qanunsuz olaraq torpaq zəbt etdiyini başa düşdüyünü ancaq məcbur qalıb bunu etdiyini, ailəsi ilə birlikdə yaşamağa evinin olmadığını bildirmişdi. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, o, 2023-cü ilin sentyabr ayından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi vəzifəsində çalışır. Vətəndaş Təqsirləndirilən şəxs tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində 39T X389826, Y4478895 koordinatlarında yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparılmaqla ev inşa olunur. Tikinti işlərini heç bir rəsmi sənəd olmadan, özbaşına aparmış, həmin torpaq sahəsinin mühafizə zolağında yerləşmədiyini bildimişdir. Bundan əlavə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, qanunsuz tikinti faktı müxtəlif vaxtlarda keçirilən monitorinqlər zamanı müəyyən edilmişdir. Məlumat aidiyatı orqanlara göndərilmiş, tədbir görülməsi xahiş olunmuşdur. Lakin hazıradək ərazi boşaldılaraq geri qaytarılmamışdır. Təqsirləndirilən şəxs barəsində təyin olacaq cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 04 ildir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi vəzifəsində çalışır. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində 39T X389826, Y4478895 koordinatlarında yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparılmaqla ev inşa olunduğu müəyyən edilərək bu barədə rəsmi dövlət qurumları tərəfindən heç bir sənəd verilmədiyi nəzərə alınaraq və o tikinti işlərinin rəsmi sənəd olmadan, özbaşına aparıldığı üçün tədbirlər görülməsi üçün aidiyatı orqanlara sənədlər göndərilmişdir. O, ifadəsinə əlavə olaraq bildirdi ki, eyni ərazidə təxminən ən geci ayda bir dəfə, müstəsna hallarda isə iki ayda bir dəfə monitorinq aparılır. Həmçinin yerində baxış keçirilməsindən əlavə peyk izləmələri vasitəsi ilə ərazilərin müşahidəsi aparılır. Bununlada ona əmin oluruq ki, tikinti işləri həmin faktın müəyyən edilməsindən ən çoc olsa bir iki ay əvvəl aparılmışdır. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20 noyabr 2024-cü il tarixli aktına əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində, 39T X-389826, Y-4478895 koordinatlarında yerləşən 70 kv/m torpaq sahəsi “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aiddir.
2. “Hadisə yerinə baxış protokolundan görünür ki, 17 dekabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən, 70 kv/m ölçüdə torpaq sahəsində mişar daşı ilə 1 metr hündürlüyündə fərdi evin inşa edildiyi müəyyən edilmişdir.”
3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 may 2025-ci il tarixli qərardan müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi başlanılmaqla icraata qəbul edilmişdir;
4. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 12 may 2025-ci il tarixli qərara əsasən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Cinayət əməlinin tövsif olunması” haqqında 12 iyul 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 188.3-cü maddəsinə tövsif olunmuş və istintaqı davam etdirilmişdir;
6. “Zərər çəkmiş şəxsin hüquqi nümayəndəsi qismində tanınma” haqqında 12 iyul 2025-ci il tarixli qərara əsasən ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qismində Zərərçəkmiş şəxs tanınmışdır;
7. “Şübhəli şəxsin barəsində axtarış elan edilməsi” haqqında 15 iyul 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.
8. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 15 iyul 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunanadək dayandırılmışdır;
9. Azərbaycan Respublikası DİN BƏSİİ-nin 21 iyul 2025-ci il tarixli tələbnaməsindən görünür ki, əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs barədə məlumat aşkar edilməmişdir;
10. “Axtarışda olan şəxsin könüllü istintaqa gəlməsi” barədə 29 avqust 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 29 avqust 2025-ci il tarixdə, saat 15:20 dəqiqədə könüllü olaraq Abşeron RPİ-yə gəlmişdir;
11. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 29 avqust 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək, icraata qəbul edilmiş və istintaqı aparılmışdır;
12. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir;
13. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;
14. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 15 sentyabr 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 31 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmişin nümayəndəsinin ifadələri və hadisə yerinə baxış protokolu sübut növü kimi qiymətləndirilmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, şəxsin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması onun həmin maddə ilə, bu əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə həmin şəxsin həmin Məcəllənin 188.3-cü maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsinə səbəb olur. Bu normanın tələbindən və mənasından belə nəticə hasil olur ki, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üçün toplanmış və araşdırılmış sübutlarla aşağıdakı iki halın müəyyən edilməsi tələb olunur: 1) şəxs hər hansı torpaq sahəsini mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt edərək həmin torpaq sahəsində CM-in 188.1-ci maddəsində göstərilən hərəkətləri etməlidir; 2) şəxsin özbaşına tutduğu torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi olmalıdır. Qeyd olunmalıdır ki, şəxsin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququ müvafiq icra hakimiyyətinin orqanının normativ və ya qeyri-normativ sənədi, yaxud da məhkəmənin qərarı əsasında müəyyən edilə bilər ki, iş materiallarında da təqsirləndirilən şəxsin heç bir icazəsi olmadan çəpərlədiyi və kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin onun mülkiyyətində, istifadəsində və ya icarəsində olmasına dair qanuni sənədlər aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 706.1-ci maddəsinə görə, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquqmünasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin dispoziyasındanəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətinin əlamətləri məhz mülki hüquq münasibətlərinin pozulması ilə əlaqədar yaranır və cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Qeyd olunan maddədə nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində isə iqtisadi sahədə çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və barəsində sərəncam vermənin qaydaları pozulur, eyni zamanda bu əməllər torpaqların təyinatının dəyişməsinə səbəb olur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etmiş və bu hərəkətlərin məcmusu onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi, sonradan isə barəsində ittiham hökmü çıxarılmaqla təqsirli bilinərək cəzalandırılması üçün əsas yaratmışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanının və məhkəmənin Təqsirləndirilən şəxs məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddə ilə təqsirli bilinib cəzalandırılması barədə nəticəsi qanunvericiliyin tələbləri ilə və araşdırılmış sübutlarla yanaşı, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarında sərgilədiyi hüquq mövqe ilə tam uzlaşır. Beləki, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 mart 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər sahibinin razılığı, yaxud dövlətin və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır).Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət,istifadə və ya icarə hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi ifadə edilmişdir.Özbaşına hasarlama dedikdə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin vəya başqa qanuni sahibinin icazəsi olmadan ərazinin ayrılmasını təmin edən hər hansı bir formada çəpər və ya hasarlama işlərinin aparılması nəzərdə tutulur. Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisininvə ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur.Özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olantorpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir.Torpaq sahəsini başqa üsullarla özbaşına tutma dedikdə yuxarıda qeyd edilən əməllərdən (hasarlama, becərmə, dəyişmə) fərqli üsul və vasitəsi ilə (avtotexnika və digər texniki vasitələrin yerləşdirilməsi və s.) tutulması başa düşülür. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan RespublikasınınQanunun 16.2-ci maddəsinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.Həmin Qanunun 26-cı maddəsinə görə, bələdiyyə torpaqlarının idarə edilməsihaqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.Belə məsuliyyət nəzərdətutan normalardan biri də CM-in 188-ci maddəsidir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci və 2-cibəndlərinə görə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddətion bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır (1-ci bənd). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir (3-cü bənd). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (4-cü bənd). Məhkəmə qeyd edir ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs özbaşına tikinti işləri aparmaqla kənd təsərrüfatı təyinatlı torpaqlarda onun tərəfindən tikinti aparılmadığını qeyd etsə də, lakin iş üzrə toplanmış mötəbər sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin istintaq zamanıözü tərəfindən yazılmış etitafedici ifadə ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə qeyd olunan əməlinin sonuncu tərəfindən törədilməsi sübuta yetirilir. Belə ki, o tikinti işlərinin mərhum atası tərəfindən aparıldığını bildirmiş, lakin tarixlər onun dediyinin əsasız olduğunu isbat etmişdir. Belə ki, ərazidə en geci ayda bir dəfə monitorinq aparılması, ərazinin peyk vasitəsi ilə müşahidə edilməsi, tikinti işlərinin yaxın vaxtlarda aparıldığını göstərən foto şəkil (beton və suvağın nəm olmasının müəyyən edildiyi foto) ittihamın əsaslılığını sübut edir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun məhkəmə istintaqı zamanı bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxsin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, o sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara məxsus olduğu halda həmin torpaq sahəsini özbaşına tutub və həmin torpaq sahəsi üzərində özbaşına tikinti işləri apararaq qeyd olunan əməli törətmişdir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla mülkiyyət hüququnu pozması əməlini törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, həmçinin təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, həmçinin əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, X3 yerləşən fərdi yaşayış ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, X3 yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, maddi sübutun, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov