Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1126/2025 28.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürsounun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Ağsu rayonu, Kalvalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Kalvalı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə spirtli içki qəbul edərkən, qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ona spirtli içki qəbul etməsi barədə irad tutaraq belə etməməsini söylədikdə, Təqsirləndirilən şəxs bundan əsəbləşib Zərərçəkmiş şəxs yaşadığları evi onsuzda satacağını və birdaha onun üzünü görməyəcəyini bildirərək yumruq zərbəsi ilə vurmuş, sonuncu aldığı zərbənin təsirindən yerə yıxıldıqdan sonra yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sol said nahiyyəsinin orta 1/3-nin arxa səthinin sıyrığı, sağ və sol said qançırları, Zərərçəkmiş şəxs kartof soyduğu bıçağı əlindən alıb qarın nahiyyəsinin ön səthinin xətti formalı cızıqşəkilli səthi yaraları, əlində yanılı vəziyyətdə olan siqareti basaraq sonuncunun sol said nahiyyəsinin orta 1/3-nin arxa səthinin yanıq yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni məhəllə, nömrəsiz fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayırlar. 17 iyun 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə spirtli içki qəbul edərkən, qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ona spirtli içki qəbul etməsi barədə irad tutaraq belə etməməsini söylədikdə, Təqsirləndirilən şəxs bundan əsəbləşib Zərərçəkmiş şəxs yaşadığları evi onsuzda satacağını və birdaha onun üzünü görməyəcəyini bildirərək yumruq zərbəsi ilə vurmuş, sonuncu aldığı zərbənin təsirindən yerə yıxıldıqdan sonra yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sol said nahiyyəsinin orta 1/3-nin arxa səthinin sıyrığı, sağ və sol said qançırları, Zərərçəkmiş şəxs kartof soyduğu bıçağı əlindən alıb qarın nahiyyəsinin ön səthinin xətti formalı cızıqşəkilli səthi yaraları, əlində yanılı vəziyyətdə olan siqareti basaraq sonuncunun sol said nahiyyəsinin orta 1/3-nin arxa səthinin yanıq yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, şikayət verən şəxslə aralarında barışıq olduğunu və bu səbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yaşayır. Təqsirləndirilən şəxs ilə xx.xx.2006-cı ildə ailə həyatı qurmuş, lakin nikahları olmamışdır. Onların birgə münasibətindən 2008-ci il tarixdə bir övladları dünyaya gəlmişdir. xx.xx.2024-cü il darixdən Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində ev alıb orada yaşayırlar. 17 iyun 2025-ci il tarixdə saat 15:00-da Hökməli qəsəbəsində yaşadığları evdə olarkən qeyrirəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs evdə spirtli içki qəbul edib, sərxoş halda ona, "onun anası evimizin satıb bölməyi" sözlərini söyləmişdir. Sonuncu anasıyla razılaşdığı üçün Elxan ona mülkdən heç bir pay verməyəcəyini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və həmin vaxt Təqsirləndirilən şəxs onun əlindəki kartof soyduğu mətbəxt bıçağını alıb, sol qolundan və qarın nahiyəsindəndən bıçaq xəsarətləri yetirərək onu yerə yıxmışdır. Daha sonra Elxan boğaz, sifət nahiyəsindən əl və yumruq zərbələri ilə qəsdən vuraraq, hər iki qolundan tutub bərkdən sıxaraq yerə yıxmış və baş nahiyəsindən qəsdən yumruqla vurub, əlində yanılı vəziyyətdə olan siqareti sol qoluna basmışdır.O aldığı zərbələrin təsirindən ağrıları olduğu üçün halı pisləşmiş və zəng vuraraq övladı Şahid Elxan tərəfindən döyülməyini bildirmişdir. Oğlu Şahid evə gələrək mübahisə etdiklərini görmüş və dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəməyə Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X2 Şəxsi Abşeron rayon şöbəsi tərfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1432 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində sol said nahiyyəsinin orta 1/3-nin arxa səthinin sıyrığı, sağ və sol said qançırları, qarın nahiyəsinin ön səthinin xətti formalı cızıqşəkilli səthi yaraları, sol said nahiyəsinin orta 1/3-nin arxa səthinin yanıq yaraları- yüksək hərarətin yerli təsirindən törənmişdir. Müəyyən edilmiş xəsarətlər küt əşyanın (əşyaların) və siqaretin basılması təsirindən törənmişdir. xx.xx.2025-ci il tarixdə insan bədəninin hissəsinin (əl, qollar və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar aşkar olunmamışdır. Məhkəmə məhkəməyədək cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxslə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürsounun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürsounun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-1126/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1126/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver