Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1127/2025 24.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçin Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 2001-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, T.Tağıyev küçəsində yerləşən fərdi evdə yaşayan barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Həsənov X4, o, 03 iyun 2025-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “DSK yolu” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən 15 manat pul müqabilində satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” siyahılarına (İ siyahısı) daxil olan 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,389 qram olan xeyli miqdarda ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamini qanunsuz olaraq əldə edib Abşeron Rayonu Hökməli qəsəbəsinə daşımış və saxlamış 04 iyun 2025-ci il tarixdə saat 00:05 radələrində X10 əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində Hökməli-Qobu yolunun üzərində yerləşən “Megastore” marketin yaxınlığında saxlanılmaqla X10 inzibati binasına gətirilərək həmin gün saat 02:40-dan 02:48-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,389 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, istintaqda verdiyi ifadəsini təkzib etməklə bildirdi ki, qardaşı ilə birlikdə küçədə olduğu zaman onlara yaxınlaşan polis əməkdaşları onlarla bir az söhbət etdikdən sonra hər ikisini şöbəyə aparmışlar. Orada əvvəlcə oğurluq hadisəsinin tötədilməsində şübhəli olduqlarını, sonra isə narkotik maddə istifadəçisi olub olmamasını müəyyən etmişlər. O, əvvəllər narkotik maddələrdən istifadə etdiyi üçün ona təklif edilmişdir ki, üzərində narkotik maddə olduğu barədə təkliflə razılaşsın, o da özü və qardaşı üçün problemlər yaradıla bilinəcəyindən qorxduğu üçün razılıq vermişdir. Bundan sonra çəkiliş aparılmış, o üzərində saxladığı maddəni çəkiliş zamanı çıxararaq təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, videoçəkiliş zamanı üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamin ona məxsus olmamış, o, döyülməmiş hər hansı formada işgəncəyə mərz qalmamışdır, lakin qorxmuşdur ki, razılaşmayacaqğı halda qardaşı və özü üçün ciddi problemlər yaradıla bilər. O vaxdan indiyə qədər heç kəsə heç nə deməməsinin səbəbi də polis əməkdaşlarına inanması olmuşdur. Qeyd edilənlərin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs iclas zamanı verdiyi ifadəni səmimi və inandırıcı hesab etmir, belə ki onun üzərinə ilkin araşdırılma zamanı video çəkilişlə baxış və axtarış aparılan zaman o, əməlini etiraf etmiş, daha sonra vəkilin iştirakı ilə təqsirləndirildiyi əməli boynuna almış, polis əməkdaşları tərəfindən ona qanunsuz davranışla bağlı dediyi faktların araşdırılması üçün hər hansı orqana müraciət etməmiş vəkilə bu barədə məlumat verməmişdir. Onun özünü təqsirli bilməyərək, ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş polis əməkdaşı Abşeron RPİ-nin X10 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, Abşeron rayon Polis İdarəsinin X10 cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. 04 iyun 2025-ci il tarixdə iş yoldaşı X10 X2 X8 polis baş leytenantı Rəvan Kamilovun və X10 sahənin polis nəfəri polis serjantı Şahid3 ilə birlikdə Abşeron Rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolunun üzərində yerləşən “Megastore” mağazasının yaxınlığında rayon ərazisində baş vermiş oğurluqlara qarşı və rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə apararkən saat 00:05 radələrində “Megastore” marketin qarşısında iki nəfər şəxsin olduğunu və həmin şəslərin bura sakini olmadıqlarını və özlərini şübhəli apardıqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşmaq istəyən zaman həmin şəxslər onlardan uzaqlaşmağa və gizlənməyə başlamışdır. Həmin şəxslərin onlardan qaçdığını görən zaman onu saxlayıb niyə qaçdığını soruşmaq istəmişlər. Dərhal həmin şəxsə çatıb onu saxlayaraq xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim etmişlər. Saxladıqları şəxslərə X10 əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər üzərlərində psixotrop maddə olduğu üçün qorxduqlarından qaçdıqlarını bildirmişlər. Həmin şəxslərdən adının nə olduğunu və nə üçün burada olduğlarını və nəyə görə onları görən zaman qaçdıqlarını soruşmuşlar. Həmin şübhəli kimi saxladıqları şəxs adının Təqsirləndirilən şəxs digəri isə adının Təqsirləndirilən şəxs olduğunu və qardaş olduqlarını bundan başqa narkotik vasitə və psixotrop maddə istifadəçisi olduqlarını və üzərlərində psixotrop maddə metamfetamin olduğundan qorxaraq qaçdıqlarını bildirmişdirlər. Bundan sonra Qobu PB-nin əməkdaşları şübhəli şəxs qismində saxladıqları Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və üzərlərində psixotrop maddə metamfteamin gəzdirməkdə şübhəli olduğlarını bildirib, onları X11 dəvət etmişlər. Polis əməkdaşları Şahid4 və qardaşı Təqsirləndirilən şəxs Qobu Polis Bölməsində təhqiqatçının yanına gətirmişlər. Orada təhqiqatçı Əli Kəngərlinin xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs ona təklif edilən müdafiəçiyə etiraz etməmişdir. Sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütləni çıxardıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli, spesifik iyə malik psixotrop maddə metamfteaminə bənzər kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü 03 iyun 2025-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Bundan başqa Şahid1 ifadəsində şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm psixotrop maddə metamfteamini sonuncunun deməsinə görə 03 iyun 2025-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən 15 manat pul müqabilində aldığını, əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində saxlanılan və Qobu polis bölməsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir.Bundan başqa Şahid3 ifadəsinə görə Təqsirləndirilən şəxs ifadəsində qardaşı Şahid4 ilə birlikdə saxlanlıdğını, bundan başqa saxlanılan zaman qardaşı Şahid4 üzərində psixotrop maddə metamfteamin olmasından xəbərsiz olduğunu, yalnız saxlanılan zaman qardaşının üzərində psixotrop maddə metamfetamin olmasından xəbəri olduğunu bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron RPİ-nin X10 sahənin polis nəfəri polis serjantı Şahid3 və iştirak etməyən şahid X5 dindirilmiş şahid X3 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında iştirak edən Şahid4 Təqsirləndirilən şəxs qardaşı olmasını qeyd edərək, onun əleyhinə ifadə verməkdən imtina etdiyini bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid4 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olmaqla qazanc əldə edir. Fiziki və psixi cəhətdən sağlamdır. Bildirmişdir ki, Şahid4 onun doğma qardaşıdır. Mütəmadi olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Təxminən 2-3 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən əsasən də psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirmişdir. Şahid4 ifadəsində bildirmişdir ki, qardaşı Rəhman əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 03 il müddətində azadlıqın məhdudlaşdırılması cəzasına məhrum edilmişdir. Lakin sonradan həmin qərar dəyişdirilərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 10 ay 09 gün müddətində azadlıqdan məhrum edilmişdir. Hal hazırda məhkumluğu ödənilməmişdir. Yani qardaşının psixotrop maddələrdən istifadə elədiyini bilmişdir. Bədənində ağrılar olduğu üçün narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Qardaşı Rəhman və anası ilə birlikdə qalır. Şahid4 ifadəsində bildirdiyinə görə qardaşı Rəhmanın narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsindən xəbəri olsa da saxlanılan zaman onları üzərində daşımasından xəbəri olmayıbdır. 04 iyun 2025-ci il tarixdə gecə saatlarında qardaşı Rəhman ilə birlikdə Qobu qəsəbəsində Teyyubun tanışının evinə gedərkən onları polis əməkdaşları saxlamışlar. İlk öncə Teyyub şübhələnib və üzərində psixotrop maddə olduğundan qaçmağa başlamışdır.Bu zaman qardaşının da onun arxası ilə gəldiyni görmüşdür. Daha sonra polis əməkdaşları onları saxlayıb niyə qaçdıqlarını soruşdular. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq psixotrop maddə olduğundan qaçdığını polis əməkdaşlarına bildirmişdir. Həmin zaman bir birlərinin üzərlərindən narkotik vasitə olduqlarından xəbərləri olmamışdır. Bu vaxta qədər qardaşının narkotik vasitə və psixotrop maddələrdən istifadə elədiyindən xəbəri olsa da saxlanılan zamana qədər üzərində həmin vasitələri gəzdirdiyindən onun xəbəri olmamışdır. Həmin zaman qardaşı Rəhmanın da onun üzərimdə psixotrop maddə olmasından xəbəri olmamışdır. Daha sonra onları polis bölməsinə dəvət edərək orada sənədləşdirmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 04 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 04 iyun 2025-ci il tarixdən, saat 00:05-dən hesablanmışdır;
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2025-ci il tarixli, 20/422 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 245” möhür əksi olan, Şübhəli şəxs “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut; 1./İMZA/Şahid1; 2/imza/ Rəvan Kamilov;3. /imza/ Şahid3; 4. /imza/ Təqsirləndirilən şəxs;5. /imza/ Quliyev Mahir; Qablaşdırdı /imza/ Ə.Kəngərli” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfin içərisində 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,389 qram, olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,389 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,339 qramdır. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir;
3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi başlanılmışdır;
4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;
5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi” haqqında 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir;
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 iyul 2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəza Binəqədi rayon Məhkəməsinin 25 mart 2023-cü il tarixli qərarı ilə 10 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş, sonradan ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən qalan 28 gün müddəti Salyan rayon Məhkəməsinin 07 mart 2024-cü tarixli qərarı ilə çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur;
7. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” haqqında 08 avqust 2025ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün barəsində axtarış elan edilmiş və tutulduqdan sonra Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır;
8. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 08 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulub, istintaqa təqdim olunanadək cinayət işi üzrə icraat dayandırılmışdır;
9. “Axtarışda olan şəxsin tutulması” haqqında 11 sentyabr 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq, aidiyyəti üzrə Abşeron RPİnin İŞ-nə təhvil verilmişdir;
10. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 11 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmiş, və ibtidai istintaqı davam etdirilmişdir;
11. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında 11 sentyabr 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır;
12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 Ambulator X1 haqqında 04 sentyabr 2025-ci il tarixli, 5480 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhər NM-də (F15x2) psixostimulyatorların qəbulu nəticəsində asılılıq diaqnozu ilə 05 il ərzində dispanser qeydiyyatdadır;
13. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, üzərindən aşkar olunmuş psixotrop maddə olan 0,389 qram metamfetamin və 01 ədəd DVD disk madd sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,339 qram olan psixotrop maddə metamfetamin üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi, təqsirləndirilən şəxs və şahid ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə haqqında protokolu və digər istintaq sənədləri sübut növləri kimi qəbul edilmiş, iş materiallarında olan və ittiham təstiq edən təqsirləndirilən şəxsin etirafedici ifad\əsi, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir.
Şəxsi axtarış və götürmə aparılması barədə 04 iyun 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxartdığı 01 ədəd şəffaf sellofan bükülünü təqdim etmiş, həmin bükülü açıldıqda içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddə müəyyən edilmiş və sonuncu psixotrop maddə istfiadəçisi olmasını, təqdim etdiyi 01 ədəd bükülüdəki olan maddəni 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi, məhkəməyədək icraat zamanı şəxsin müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Bundan başqa Təqsirləndirilən şəxs istintaq orqanına çağırıldığı, barəsində istintaq hərəkətləri aparıldığı, habelə ona elan edilmiş ittiham üzrə ittiham aktı və digər zəruri prosessual sənədlərlə tanış olduğu zaman, həmin cinayət işi üzrə ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti və bu ittiham nəticəsində hüquqi məsuliyyətə cəlb olunması ilə nəticələnəcək ehtimalının mövcud olması barədə məlumatlı olmuşdur. Beləliklə psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs əksinə məhkəmə iclasında dindirilmiş şahidlər yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq şahidlərin ifadələri iş materialları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan cinayət əməlinə dair Abşeron RPİ-nin X10 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 və Abşeron RPİ-nin X10 sahənin polis nəfəri polis serjantı Şahid3 verdikləri ifadə iş materialları ilə uyğunluq təşkil etməklə əməlin törədilməsinə dair şübhələri aradan qaldırır. Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun tərəfindən inkar edilsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin olunmuş cəza Binəqədi rayon Məhkəməsinin 25 mart 2023-cü il tarixli qərarı ilə 10 ay 9 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, sonradan isə cəzanın çəkilməmiş hissəsinin 28 günü Salyan rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı ilə onun çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkəmə onu da əlavə edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması və həmin cəzanın sonradan azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, hazırkı iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərinə uyğun olaraq residivin müəyyən edilməsi zamanı hüquqi əhəmiyyət kəsb edən hal kimi qiymətləndirilmədiyindən, onun əməli residiv kimi qiymətlənirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən hazırki vaxtadək 01 ildən artıq müddət keçdiyindən o, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, şəxsiyyətini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, psixotrop maddənin miqdarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini, əməlində cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutularaq saxlanıldığı 03 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 24 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 Ambulator X1 Ekspert komissiyasının 04 sentyabr 2025-ci il tarixli, 5480 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2022-ci il tarixdən Bakı şəhər NM-də (F15x2) psixostimulyatorların qəbulu nəticəsində asılılıq diaqnozu ilə 05 il ərzində dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,339 qram psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 60 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 275 (iki yüz yetmiş beş) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 24 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Bakı şəhər NM-də (F15x2») psixosimulyatorların qəbulu nəticəsində lə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,339 qram psixotrop maddə -metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov