Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-113/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1962-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 saylı yataqxana, otaq 8-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Vəli Axundov küçəsi ev 19-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə aiclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-cu il tarixdə saat 05 radələrində gözətçi işlədiyi Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyninatlı texnikalarını saxlanıldığı qarajdan bir ədəd 1800 manat dəyərində “Kat-1430” markalı ekskovatorun istiqamət üçün hərəkət etdiricisini, bir ədədi 1250 manat olan iki ədəd 2500 manat dəyərində “Kato” markalı ekskovatorun istiqamət üçün hərəkət etdiricisini, bir ədədi 250 manat olan ümumi 1750 manat dəyərində 7 ədəd katoqu, bir ədədi 70 manat olan ümumi 420 manat dəyərində altı ədəd rolikləri, bir ədədi 300 manat olan ümumi 1800 manat dəyərində altı ədəd “Kat-1430” markalı ekskovatorun palesini, bir ədədi 300 manat dəyərində “Kamatzhu” markalı ekskovatorun pilləkənini, bir ədəd 300 manat dəyərində “Kamatzhu” markalı ekskovatorun sol yan qapağını, bir ədəd 50 manat dəyərində “Ford” markalı yük avtomobilin ramasını, bir ədədi 70 manat olan ümumi 420 manat dəyərində 6 ədəd “KATO” markalı ekskovatorun başmağını talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 9340 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Vəli Axundov küçəsi ev 19-da ailəsi ilə bir yerdə yaşayır. Bildirmişdir ki, təxminən 3 ay olar ki, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyninatlı texnikaların saxladığı qarajda gözətçi işləmişdir. Onun həmin qarajda işləməsi ilə bağlı heç bir müqaviləsi yoxdur. Zərərçəkmiş şəxs ona ayda 200 manat əmək haqqı pul vermişdir. Həmin qarajda kənd təsərrüfatlı texnikalardan başqa həmin texnikalar üçün ehtiyyat hissələri vardır. Bundan başqa həmin qarajın həyətində təsərrüfatlı texnikalardan başqa həmin texnikalara aid yararsız ehtiyyat hissələri də olmuşdur. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 05 radələrində işdə olduğu zaman 2 nəfər şəxsin qarajın yaxınlığlnda kənarda “Qaz-24” markalı avtomobilini saxlayıb qarajın ətrafında gəzdiklərini və görüb qışqıraraq həmin şəxslərdən qarajın ətrafında niyə gəzdiklərini soruşduqda həmin şəxslər ona demişlər ki, “tullantı metal axtarırıq”. O, həmin şəxslərə demişdir ki, “qarajın həyətində istismara yarasız ehtiyyat hissələri var özünə məxsusdur 50 manat verin yığıb aparın”. Həmin şəxlər onunla razılaşmışlar. Sonra həmin şəxslərdən biri adını Zaur kimi bildiyi şəxs onun razılığı ilə avtomobili qarajın həyətinə salıb onun Zakirə göstərdiyi paslı yarasız ehtiyyat hissələrini avtomobillərinə yükləyib ona əlli manat pul verərək oradan çıxıb getmişlər. O da 50 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o,ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, Z.Əliyeva küçəsi dalan 11, ev 1-də yaşayır. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyninatlı texnikalarının təmiri qarajının müdiridir. Həmin qarajın fəaliyyəti kənd təsərrüfatı təyninatlı texnikalarının satışı və təmirindən ibarətdir. Təqsirləndirilən şəxs tanıyır, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyninatlı texnikalarının təmiri qarajında gözətçi işləmişdir. Həsənağa ilə münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2020-ci il tarixdə ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyninatlı texnikalarının təmiri qarajında mexannik işləyən X7 və Şahid4h Sayəddin oğlu onun mobil telefonuna zəng edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər tarixdə ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyninatlı texnikalarının təmiri qarajından oğurluq olmuşdur. Sonra qaraja ətraflı baxdıqda müəyyən olunmuşdur ki, bir ədəd 1800 manat dəyərində “Kat-1430” markalı ekskovatorun istiqamət üçün hərəkət etdiricisi, hər biri 1250 manat olan iki ədəd 2500 manat dəyərində “Kato” markalı ekskovatorun istiqamət üçün hərəkət etdiricisi, bir ədədi 250 manat olan 7 ədəd katoqu, bir ədədi 70 manat olan altı ədəd rolikləri, bir ədədi 300 manat olan altı ədəd “Kat-1430” markalı ekskovatorun palesini, bir ədəd 300 manat dəyərində “Kamatzhu” markalı ekskovatorun pilləkənini, bir ədəd 300 manat dəyərində “kamatzhu” markalı ekskovatorun sol yan qapağını, bir ədəd 50 manat dəyərində “Ford” markalı yük avtomobilin ramasını, hər biri 70 manat olan ümumi 420 manat dəyərində 6 ədəd “KATO” markalı ekskovatorun başmağının oğurlanmasını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 7715 manat maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyninatlı texnikalarının təmiri qarajından oğurluq edən şəxs həmin qarajda gözətçi işləyən Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətiçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi bina 5, ev 30-da ailəsi ilə bir yerdə yaşayır. Rəsmi heç bir yerdə işləmir. Şahid2 onun dayısı oğludur. O, dayısı oğlu Elminlə dəmir metal tullantıları yığıb metal qəbulu məntəqələrinə satmaqla ailəsini dolandırır. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 05 radələrində dayısıoğlu Elminlə bir yerdə idarə etdiyi “ QAZ-24 ” markalı ** FL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tullantı metal axtarmışlar. Orada olan qarajın gözətçisi onlardan nə axtardığını soruşduqda o, həmin şəxsə tullantı metal yığdığını bildirmişdir. Həmin şəxs ona demişdir ki, “ mənə 50 manat pul verin və girin qarajın içərisində tullantı metalllar var yığın maşınıvıza aparın”. O, həmin şəxslə razılaşmışdır. Həmin şəxs qarajın qapısını açmış və o, idarə etdiyi avtomobillə qarajın içərisinə girib qarajın həyətində olan metal tullantılarını avtomaşınına yığıb həmin şəxsə 50 manat pul verib oradan uzaqlaşmışlar. Sonra aldığı metalları Sumqayıt şəhərinin girişində olan metal qəbulu məntəqəsinə 70 manata satmışdır. Qalan metalları isə özündə saxlamışdır. Həmin metalların içərisində kənd təsərrüfatı texnikalarının ehtiyyat hissələri də olmuşdur. Bildirmişdir ki, o, həmin metalların oğurluq olmasını gözətçidən soruşduqda gözətçi onlara demişdir ki, özünə məxsusdur istifadəyə yararsızdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 şahid Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, barəsində əməliyyat-sorğu kortetakasında heç bir məlumat yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X1 Həsənağa Orucəli oğlunun himayəsindədir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan təqsirləndirilən şəxs tərəfindən heç nə ödənilməmişdir. məhkəmə bu halı şəxsə cəza təyin edərkən onun şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə iclas zalından həbsə alındığı vaxtdan hesablanmalıdır . Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə iclas zalından xx.xx.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-113/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-113/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver