Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1132/2025 04.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Ağasıyev Elman Əjdər oğlunun Tərcüməçi: X2 iştirakı ilə xx xxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, ünvan 2y 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 09 radələrindən saat 16radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs yeni inşa etdirdiyi Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz həyət evinin hasarından həyətə, sonra isə binaya giriş qapısından qanunsuz daxil olub, dəhlizdə və zirzəmidə olan 1000 (min) manat dəyərində elektirik naqillərini, 200 (iki yüz) manat dəyərində qaynaq aparatını, 200 (iki yüz) manat dəyərində iki ədəd su nasoslarını, 85(səksən beş) manat dəyərində laqonda aparatını, 200 (iki yüz) manat dəyərində iki ədəd dreli, 200 (iki yüz) manat dəyərində led işıqları, 100 (yüz) manat dəyərinə qaynaq ütüsünü, 250 (iki yüz əlli) manat dəyərində lazer məsafə ölçəni gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2235 (iki min iki yüz otuz beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığı üçün oğurluq etmək məcburiyyətində qalmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək qərarına gəlmiş və həmin günü yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 09 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində nömrəsiz (tikintisi tam olaraq başa çatmayan) həyət evlərinin birinin qarşısına gələrək həmin vaxt ətrafda heç kim olmadığına əmin olduğdan həyət evinin sahibsiz olduğunu və təmiri tam olaraq başa çatmadığını gördüyü üçün oğurlamaq məqsədi ilə evinin hasarından həyətə keçərək müəyyən əşyaları götürüb hasarın yaxınlığına yığmış sonra həyəti tərk edərək, Sumqayıt şəhəri Daş bazarı adlanan yerə aparıb, orada tanımadığı şəxsə oğurladığı əşlayarın hamısını təxminən 200 (iki yüz) manata satmışdır. Əldə etdiyi pulları isə öz istifadəsi üçün xərcləmişdir. Həmin həyət evindən ifadəsində göstərdiyi əşyaları oğurlamış digər əşyaları isə oğurlamamışdır. Göstərdiyi oğurluq hadisəsini tək törtədiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, və hazırda digər cinayət əməli üzrə cəza çəkməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işi üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iştirak etməyən ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində ona məxsus olan Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən evindən oğurluq olmuşdur. Həmin vaxt həyat yoldaşı Gəncə şəhərində olduğundan mənzildən dəqiq nələrin oğurlandığını bilmədiyi üçün polisə müraciət etdikdə evin elektrik naqillərinin oğurlanması və evin bəzi yerlərinin yararsız hala salınması bildirmişdir. Lakin əri Çoban Ərcan evə qayıtdıqdan sonra birlikdə gedib həmin evə baxıb müəyyən etmişlər ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən tikilməsi davam edən fərdi yaşayış evinə və zirzəmisinə naməlum şəxs və ya şəxslərin həyətinə qanunsuz daxil olaraq oradan 1000 manat dəyərində 300 metr elektik naqillərini, 1 ədəd 200 manat dəyərində qaynaq aparatını, 2 ədəd hər birinin qiyməti 100 manat təşkil edən 200 manat dəyərində su nasoslarını, 1 ədəd 85 manat dəyərində laqondanı, 2 ədəd hər birinin qiyməti 100 manat təşkil edən 200 manat dəyərində drelləri, 10 ədəd hər birinin qiyməti 20 manat təşkil edən 200 manat dəyərində led işıqları, 1 ədəd 100 manat dəyərində qaynaq ütüsünü və 1 ədəd 250 manat dəyərində lazer metrə olçəni oğurlamışdır.Hadisə nəticəsində ümumilikdə 2235 manat maddi ziyan dəymişdir. Həmin evi əri ilə birlikdə tikməklə birgə mülkiyyət sahibidirlər. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, zərərin ödənilmədiyini, lakin buna baxmayaraq şikayət və tələbinin olmadığını bildirmiş, istintaq zamanı verdiyi ifadəsinin elan edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, tərcüməçinin iştirakı ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən evindən oğurluq olmuşdur. Həmin vaxtlarda işləri ilə əlaqədar olaraq Gəncə şəhərində olduğu üçün həyat yoldaşı Zərərçəkmiş şəxs Abşeron RPİ-nin Saray PB-nə ərizə ilə müraciət edərək sözügedən evindən 90 manat dəyərində elektrik naqillərinin və evin divarlarının yararsız hala salınması nəticəsində 400 manat maddi ziyan dəyməsi barədə məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən tikilməsi davam edən fərdi yaşayış evinə gəlmiş, həmin vaxt məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən tikilməsi davam edən fərdi yaşayış evində və zirzəmisinə naməlum şəxs və ya şəxslər qanunsuz daxil olaraq oradan 1000 manat dəyərində 300 metr elektik naqillərini, 1 ədəd 200 manat dəyərində qaynaq aparatını, 2 ədəd hər birinin qiyməti 100 manat təşkil edən 200 manat dəyərində su nasoslarını, 1 ədəd 85 manat dəyərində laqondanı, 2 ədəd hər birinin qiyməti 100 manat təşkil edən 200 manat dəyərində drelləri, 10 ədəd hər birinin qiyməti 20 manat təşkil edən 200 manat dəyərində led işıqları, 1 ədəd 100 manat dəyərində qaynaq ütüsünü və 1 ədəd 250 manat dəyərində lazer metrə ölçəni oğurlamış, hadisə nəticəsində ümumilikdə 2235 manat onlara maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 mart 2025ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir;
2. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 30 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. İfadələrin yerində yoxlanılması haqqında 24 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Elman Ağasıyev hadisə yerində, daxil olduğu və evdən oğurluq yolu ilə əldə etdiyi əşyaları çıxardığı yerləri əyani şəkildə göstərmişdir.
4. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında keçirilmiş 24 sentyabr 2025-ci il tarixli üzləşdirmə prorokolundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə ifadəsində qeyd edilənləri söyləmişdir.
5. Məhkəmə prosesində hadisənin video yazısı olan CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Elman Ağasıyev zərərçəkmiş şəxsə məxsus evin həyətinə daxil olmuş, oğurladığını bildirdiyi əşyaları götürərək həyətdən çıxdığı görünür.
6. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Ağasıyev Elman Əjdər oğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 maddəsinə əsasən 3000 manat cərimə edilmiş, bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə qazancının 20 faizi dövlət nəfinə pul tutulmaqla 1 il, 06 ay islah işləri cəzası ilə əvəz edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək 3 il , 8 ay müddətinə cəza təyin edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 221.2.2 saylı hökmü ilə 4 il 6 aymüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, hökm Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır;
7. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(5-99) saylı, xx.xx.2026-cı il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin 21 may 2025-ci il tarixlihökmü üzrə təyin edilmiş3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Ağasıyev Elman Əjdər oğlu barəsində “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amnistiya elan edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə cəzasının 19 dekabr 2025-cı il tarixə çəkilməmiş hissəsi 06 ay azaldılmışdır;
8. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən müəyyən edilir ki, o, təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin ödənilməməsinə baxmayaraq zərərin ödənilmiş hesab edilməsini, tələb və şikayətinin olmadığını, onunla barışdığını bildirmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Ağasıyev Elman Əjdər oğlunun hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus həyət evinə qanunsuz daxil olaraq, həmin evdən sonuncuya məxsus əşyaları talamaqla oğurluq etmişdir. Onun tərəfindən həmin cinayətin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisə yerinin görüntüsü olan CD disk və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə olan halda Ağasıyev Elman Əjdər oğlu Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Ağasıyev Elman Əjdər oğluna cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Ağasıyev Elman Əjdər oğluna qarşı zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını əməlində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Ağasıyev Elman Əjdər oğlunun əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunan Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Ağasıyev Elman Əjdər oğlu Abşeron rayon məhkəməsinin Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Lakin cəzanı çəkib qurtardığı gündən iki il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Göründüyü kimi Ağasıyev Elman Əjdər oğlunun hazırki cinayəti törədərkən məhkumluğu ödənilməmişdir, bu hal isə öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə əvvəllər də azadlıqdan məhrum etmə cəzasına məhkum olunub bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətməklə, əməlində cinayətlərin residivinin müəyyən edilməsini, bundan başqa zərərçəkmiş şəxsin ona qarşı şikayət tələbinin olmamasını cəzanın yüngülləşdirici halı olaraq müəyyən edilməsini, o cümlədən cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Ağasıyev Elman Əjdər oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməli barəsində çıxarılmış ünvan 2y 2025-ci il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 17 yanvar 2025-ci il tarixdə törətdiyinə görə onun hazırkı cinayət işi üzrə əməli təhlükəli residiv kimi qiymətləndirilməməli, ona təyin edilən cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, ünvan 2y 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(5-99)-497/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilmişdir. Həmin qərara əsasən amnistiya aktının tətbiqi ilə əlaqədar azaldılmış 6 (altı) ay müddət, habelə həmin hökm üzrə tutulduğu 2 (iki) gün, yəni ümumilikdə 6 (altı) ay 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, cəza çəkmə müddətinin əvvəli ünvan 2y 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 16 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 35 (otuz beş) saat üçün nəzərdə tutulan 385 (üç yüz səksən beş ) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ünvan 2y 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(5-99)-497/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarına əsasən azaldılmış 6 (altı) ay hissəsi, habelə həmin hökm üzrə tutulduğu 2 (iki) gün, yəni ümumilikdə 6 (altı) ay 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli ünvan 2y 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 16 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saat üçün 385 (üç yüz səksən beş ) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov