Məhkəmə qərarları › İş №1(012)-1139/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1139/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1139/2024 03.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Zərbəliyeva Leyla Mürşüd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1 qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Pro Bono Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Düdəngə kəndində kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində fərdi evdə kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə saat 13:45 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia-Ceed” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə hərəkətdə olarkən “Qurtuluş-93” yaşayış kompleksi istiqamətində sağa dönmə əməliyyatı edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 7-ci hissəsinin tələblərini pozaraq, yəni “nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməmək şərti ilə dönməli, nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməli” onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyib onun istiqamətində yolun sol tərəfində dayanmış X3 idarə etdiyi “Kia-Ceed” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan qabaq sol oturacağa tərəf əyilmiş sürücü İsmayıl Hacıyevin yerə yıxılaraq qapalı kəllə- beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, hər iki alın və gicgah paylarının kortiko-subkortikal hemoragik kontuziya ocaqları, alın sümüyünə keçən xətti sınığı, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 2024-cü ilin yanvar ayından günlük icarəyə “Kia Ceed” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. 24 aprel 2024-cü il tarixdə saat 13:45 radələrində idarə etdiyi “Kia-Ceed” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə hərəkətdə olarkən sağ tərəfə “Qurtuluş 93” yaşayış kompleksi istiqamətinə dönmək istəyərkən idarə etməni itirərək qarşı yolun sağ tərəfində hərəkətsiz vəziyyətdə dayanmış “Kia-Ceed” markalı **- CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdurdu. İlkin olaraq həmin avtomobilin içərisində sürücü olduğunu görməmişdir, toqquşmadan sonra avtomobildən düşdükdə bir nəfər şəxsin adı sonradan ona məlum olan İsmayıl Hacıyevin yerdə asfaltın üzərində arxası üstə uzandığını görmüşdür. Həmin şəxsə yardım edib qaldırmış və təcili yardıma məlumat vermişdir. Təcili yardım maşını ilə sürücünü xəstəxanaya aparmışlar. Hadisə zamanı avtomobildə heç bir yük olmamışdır. Xəstəxanada olarkən zərərçəkmiş şəxs İsmayıl Hacıyevin müalicəsi üçün ailə üzlərinə maddi yardım etmiş, 7000 manat pul ödəmişdir. Əməlindən peşmandır. Baş vermiş hadisə nəticəsində səmimi peşmançılıq hissi keçirdiyini və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında X1 qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, X7 onun doğma atasıdır. Təxminən 10 ildir ki, atası taksi fəaliyyəti ilə məşğul olur. “KİA-CEED” markalı **-CY-*** dövlət qeydiyyatda nişanlı avtomobil idarə etmişdir. Duracaq yeri həmişə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k giriş hissəsi olmuşdur. 24 aprel 2024-cü il tarixdə 14 radələrində keçmiş iş yoldaşı ona zəng edib daimi duracaq yerində atasının avtoqəza keçirdiyini narahat olmamasını bildirmişdir. O, dərhal həmin yerə gəlmiş, ora çatdıqda artıq atasının xəstəxanaya aparıldığını demişlər. Hadisə yerində olan tanışlarının ona verdiyi məlumata görə atası avtomobili ilə yolun kənarında dayanmış vəziyyətdə olarkən digər avtomobillə toqquşması nəticəsində atası yerə yıxılıb başının arxa hissəsi asfalta dəymişdir. Bundan sonra o, Respublika Travmatologiya xəstəxanasına getmiş, atasının vəziyyəti ağır olduğundan səhər tezdən Respublika Neorocərrahiyyə Xəstəxanasına köçürülmüşdür. Müalicə müddətində atasını avtomobilini vuran Hüseyn adlı sürücünün qardaşı və atası bir neçə dəfə xəstəxanaya gəlib, müəyyən məbləğdə maddi köməklik etmiş, lakin sonradan heç bir köməklik göstərilməmişdir. Hazırki müddətədək onların verdiyindən əlavə 15.000 manatdan artıq müalicəyə xərc çıxmışdır və bu xərclər hələ də davam edir. Belə ki, atası hazırda koma vəziyyətindədir, heç bir fəaliyyət qabiliyyəti yoxdur. Hazırda atası tam sağalmamış, müalicəsi davam edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Atasının sağalma şansı yoxdur, ancaq elə bir vəziyyətdədir ki, hər gün onun başını və bədənini ayrı ayrı qaldırıb bir tərəfdən digər tərəfə qoyurlar. Bunun üçün də yeganə fiziki gücü çatan odur evdə. Bu səbəbdən işə də gedə bilmir. Onun gündəlik dərmanları, xərcləri 7000 manatdan çoxdur və bütün bunlardan başqa ümumiyyətlə təsirləndirilən şəxs bir dəfə də olsun atasının vəziyyətilə maraqlanmamış, onun hazırda nə vəziyyətdə olmağından da xəbəri yoxdur. Buna görə də o, atasının qanuni nümayəndəsi olaraq təqsirkar - “KİA-CEED” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs şikayətçidir, ona ən ağır cəza verilməsini tələb edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 20 iyun 2024-cü il tarixli cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. -24 aprel 2024-cü il tarixli 2/21902 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. - xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə- Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin 1895 nömrəli ekspert rəyindən görünür ki, X3 bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, hər iki alın və gicgah paylarının kortiko- subkortikal hemoragik kontuziya ocaqları, alın sümüyünə keçən xətti sınığı, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1927 saylı ekspert rəyindən görünür ki, «Kia Ceed» markalı, **- CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 7-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - 01.10.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş, "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-701/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs -xx.xx.1974-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Cavdar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan X7 cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. - 15.10.2024-cü il tarixli “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2000-ci ildə Cəbrayıl rayonu, Kavdar kəndində anadan olmuş Qanuni nümayəndə zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi qismində təyin edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-1139/2024 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilmiş o, məhkəmə iclas zalından həbsə alınmış və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1- ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 263.1- 1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin əməlindən peşmançılıq çəkməsini və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - «Kia Ceed» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-1139/2024 saylı hazırlıq iclasının qərarı ilə həbs edildiyi vaxtdan yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitesiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınan - «Kia Ceed» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxsə məhkəmə iclasları zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar