Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-114/2020 09.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X2, Zərərçəkmiş şəxs8,RzayevRzaTofiqoğlunun,TalıbovXəzərAtamoğlanoğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğulolmuş, məhkumluğuödənilməmiş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla, həminünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqa barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu Masazır kəndi F.Həsənov küçəsində yerləşən 33a saylı fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla evin sağ tərəfində yerləşən istixana üçün nəzərdə tutulmuş yardımçı tikilinin plastik qapısını sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq, oradan saxlanc yerindən dəyəri 1200 manat olan 01 ədəd “Senator” markalı kombi istilik sistemi aparatını və dəyəri 50 manat olan elektrik ötürücüsünü oğurlayaraq, Zərərçəkmiş şəxs5 ümumilikdə 1250 (bir min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs13 məxsus Abşeron rayonu Masazır kəndi “Yoncalıq” yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qapısını açmaq yolu ilə qanunsuz içəri daxil olaraq, oradan saxlanc yerindən dəyəri 400 manat olan 01 ədəd “Ariston” markalı elektrik su qızdırıcını, dəyəri 250 manat olan 01 ədəd samovarı və ümumi dəyəri 500 manat olan tikinti alətlərini oğurlayaraq, Zərərçəkmiş şəxs13 ümumilikdə 1150 (bir min yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6ə Vidadi qızına məxsus Abşeron rayonu Saray qəsəbəsi Yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi vint açanla açaraq qanunsuz içəri daxil olaraq, evin qonaq otağından saxlanc yerindən hər birinin dəyəri 1000 manat olmaqla 02 ədəd 2000 manat dəyərində “Acer” markalı notebookları, yataq otağında olan paltar dolabından hər birinin dəyəri 350 manat olmaqla 02 ədəd 700 manat dəyərində kişi kostyumlarını, hər birinin dəyəri 75 manat olmaqla 02 ədəd 150 manat dəyərində xalçaları, evin ikinci mərtəbəsinə çıxaran pilləkənin altında quraşdırılmış 2000 manat dəyərində 01 ədəd kombi istilik sistemi aparatının qızdırıcı hissəsini və 85 manat dəyərində elektrik su motorunu oğurlayaraq, zərərçəkmiş şəxs Gülnarə Quliyevaya ümumilikdə 4935 (dörd min doqquz yüz otuz beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 18 radələrində X3 məxsus Abşeron rayonu Masazır kəndi yeni məhəllədə yerləşən yeni inşa edilmiş, yaşayış olmayan nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə qanunsuz içəri daxil olaraq, oradan saxlanc yerindən ümumi dəyəri 244 manat olan, ölçüsü 0,40 mm., 500 metr uzunluğunda elektirik naqiiləri, dəyəri 15 manat olan «Tefal» markalı elektrik qəfədanı və dəyəri 21 manat olan əl arabasını oğurlayaraq, zərərçəkmiş şəxs Yaqub Ağasıyevə ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu Masazır kəndində «Zəngilan şəhərciyi”-nə gedən yolun kənarındakı məhəllədə yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinin pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan dəhlizdən 800 manat dəyərində 01 ədəd «İstanbul» markalı kombi istilik sistemi aparatını, otaqdan 400 manat dəyərində 01 ədəd «Evroluks» markalı aspiratoru, 600 manat dəyərində divar kağızlarını, 400 manat dəyərində 01 ədəd «Evroluks» markalı qaz sobasını, 100 manat dəyərində 01 ədəd «Bosch» markalı prefaratoru, 60 manat dəyərində 01 ədəd laqondanı və mətbəxdəki 150 manat dəyərində su kranlarını oğurlayaraq, Zərərçəkmiş şəxs9 ümumilikdə 2510 (iki min beş yüz on) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 05 radələrində Abşeron rayonu Nəsimi küçəsində yolun kənarında park edilmiş Zərərçəkmiş şəxs10 məxsus «SHACMAN SX331» markalı **-HK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən hər birinin dəyəri 150 manat olmaqla 02 ədəd 300 (üç yüz) manat dəyərində «Bojak» markalı 190 amperlik akkumlyatorları oğurlayaraq, Zərərçəkmiş şəxs10 həmin məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu Masazır kəndi Sarı Aşıq küçəsində yerləşən 46 saylı fərdi yaşayış evinin qarşısnda park edilmiş Zərərçəkmiş şəxs1 məxsus “Vaz 2106” markalı **-HT-*** dövlət nömrə nişanlı avtomobildən dəyəri 60 manat olan 01 ədəd akkumlyatoru, dəyəri 150 manat olan 01 ədəd “Pioner” markalı səs gücləndiricini və 140 manat nəğd pulunu oğurlayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Masazır kəndi yeni məhəllədə yerləşən nömrəsiz yaşayış evinin həyətinə hasardan aşmaqla evin sol tərəfində yerləşən zirzəmisinin dəmir qapısınının qıfılını əvvəlcədən özü ilə götürdüyü dəmir alətlə sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq, oradan dəyəri 1400 manat olan 01 ədəd “İmeyqaz” markalı kombi istilik sistemi aparatını, hər birinin dəyəri 110 manat olmaqla 03 ədəd 330 manat dəyərində elektrik su qızdırıcılarını və hər birinin dəyəri 140 manat olmaqla 04 ədəd 560 manat dəyərində radiatorları oğurlayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 2290 (iki min iki yüz doxsan) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Masazır kəndi Şahmar Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində olan istixana üçün nəzərdə tutulmuş yardımçı tikilinin dəmir qapısının kilidini üstündə olan açarla sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq, oradan 01 ədəd 2000 (iki min) manat dəyərində “İmergas” markalı kombi istilik sistemi aparatını oğurlayaraq, Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu Masazır kəndi “Yoncalıq” massivində yerləşən nömrəsiz evin birinci mərtəbəsində plastik materialdan olan nəfəsli1iyin dəmir barmaqlığını dartıb sındırmaqla qanunsuz içəri daxil olaraq, qarajdan ümumi dəyəri 150 manat olan, ölçüsü 2x6 mm., 100 metr uzunluğunda elektrik naqilləri, ümumi dəyəri 160 manat olan, ölçüsü 1x4 mm., 400 metr uzunluğunda elektirik naqilləri, ümumi dəyəri 60 manat olan, ölçüsü 1x2.5 mm., 200 metr uzunluğunda elektirik naqilləri, ümumi dəyəri 50 manat olan, ölçüsü 1x1.5 mm., 200 metr uzunluğunda elektirik naqilləri, dəyəri 60 manat olan 01 ədəd elektirik qutunu, dəyəri 144 manat olan plastik borunu, dəyəri 40 manat olan plastik boru birləşmələrini, dəyəri 60 manat olan su borusu, dəyəri 45 manat olan unitazı və dəyəri 30 manat olan 01 ədəd elektirik açarı oğurlayaraq, Zərərçəkmiş şəxs8 ümumilikdə 799 (yeddi yüz doxsan doqquz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs4ağa oğluna məxsus Abşeron rayonu Masazır kəndi Fizuli küçəsində yerləşən boş torpaq sahəsindən ümumi dəyəri 150 (yüz əlli) manat olan 01 ədəd dəmir qapını və dəmir parçalarını oğurlayaraq, Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Abşeron rayonu Masazır kəndi «Qurtuluş-93» yaşayış massivində yerləşən fərdi yaşayış evinin qarşısında park edilmiş Zərərçəkmiş şəxs11 məxsus “Mercedes Benz” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısının şüşəsini sıxaraq qapını açmaqla arxa oturacağın üzərinə qoyulmuş 01 ədəd 1500 (bir min beş yüz) manat dəyərində «Sony 100 HD» markalı videokameranı oğurlayaraq, Zərərçəkmiş şəxs11 həmin məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, bir ədəd siqaretin gümüşü kağızının kəsiyinə bükülmüş şəxsi istehlak miqdardan artıq miqdarda ümumi çəkisi 0,210 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib əynində olan boz rəngli şalvarın sol cibində daşıyaraq, xx xxxx 2019-cu il tarixdə saat 20:50 radələrində Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır kəndində, “Duz gölü”-nün yaxınlığında saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və xidməti otağda üstünə keçirilən axtarış zamanı əynində olan boz rəngli şalvarn sağ cibindən həmin təmiz çəkisi 0,210 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, son zamanlar maddi durumu yaxşı olmadığından və narkotik vasitələrin audəçısı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır kəndi F.Həsənov küçəsində yerləşən 33a saylı evin işıqlarının yanmadığını görüb həmin evin yaxınlığına gəlmişdir. Kənara baxaraq, heç kimin gəlmədiyini görüb, hasardan aşaraq evin həyətinə tullanmışdır. Həyətə daxil oduğu zaman evin sağ tərəfində plastik materialından hazırlanmış qutu görmüş, həmin qutunun plastik qapısını zorla açaraq, qutunun içində divara quraşdırılmış 01 ədəd kombi istilik sistemi aparatını və elektrik ötürücüsünü yerindən çıxarıb yaşadığı ünvana gələrək həyətində gizlətmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə səhər saat 12 radələrində Sumqayıt şəhərində yerləşən əşya bazarında oğurladığı kombi istilik sistemi aparatını və elektrik ötürücüsünü tanımadığı şəxsə 700 manat məbləğində satmışdır. Əşyaları satdığı şəxsə həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Oğurluq nəticəsində əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində olan zaman, hansı evdə yaşayış olubolmamasını müşahidə edirmiş. Həmin vaxtı evlərdən birində heç kimin olmadığını görüb, evdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 22 radələrində hasardan tullanaraq həyətə girmiş və evin qapısını açmaq yolu ilə evə daxil olaraq, evdən bir ədəd qədimi samovar, bir ədəd «Ariston» markalı su qızdırıcını, bir ədəd drel və bir laqonda oğurlayaraq həmin evi tərk etmişdir. Oğurladığı əşyaların hamısını Bakı şəhəri, Sabunçu rayonunda yerləşən «Rus» bazarında tanımadığı şəxslərə ümumulikdə 250 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyyaclarına və narkotik vasitələrə olan tələbatına xərcləmişdir. Bundan başqa xx.xx.2019cu il tarixdə yenə oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə gəzən zaman, təmirsiz yeni tikili ev görmüş və oradan oğurluq etmək məqsədi ilə həmin evə daxil olmaq qərarına gəlmişdir. Ətrafda heçkimin olmadığını, evin arxa hissəsində olan balaca pəncərənin açıq olduğunu görüb, həmin pəncərədən evə daxil olmuşdur. İçəri daxil olduqdan sonra evdə olan elektirik naqilləri, «Tefal» markalı elektrik qəfadanı görmüşdür. Həmin əşayaları evə daxil olduğu yerdən çıxarıb sonradan özü, həmin yerdən çıxmışdır. Həmin evin zirzəmisinin qapısı açıq olduğundan, zirzəminin içərisində bir ədəd əl arabası görmüş və oğurladığı əşyaları həmin əl arabasına yükləyib oğurluq etdiyi evi tərk etmişdir. Səhəri gün oğurladığı əşyaları əvvəllər tanımadağıı dəmiryiğanlara 40 manat müqabilində satmış və əld etdiyi pulu şəxsi ehtiyaçlarına xərcləmişdir. Bundan başqa xx xxxxx 2019-cu il tarixdə pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Həmin gün Masazır kəndində 3 mərtəbələr deyilən yerdə həyət evləri olan küçə ilə piyada gəzərkən orada yeni inşa edilmiş evdə təmir aparıldığını görmüşdür. Həmin evin arxa hissəsində qonşuluqda isə evin tikintisi aparılmışdır. Kənardan təmir işləri aparılan evin arxa tərfdə pəncərəsinin olduğunu görmüşdür. Həmin gecə, yəni xx.xx.2019-cu il tarixdə saat 02 radələrində həmin evin yanına gəlmiş, evin qapısının bağlı olduğunu və işıqların yanmadığını görmüşdür. Həmin evin arxa tərəfində qonşuluqdakı tikintisi başa çatmayan evin yan tərəfindən keçib evin arxa tərəfinə gəlmişdir. Hasarı keçib pəncərəni orada olan dəmir parçasının köməkliyi ilə açıb içəri daxil olmuşdur. Evin otaqlarına baxdıqda təmir alətləri və divar kağızlarının olduğuğunu görmüşdür. Həmin evin dəhlizində olan yeri açıb Kombi istilik sistemi aparatının olduğunu görmüşdür. Özü ilə götürdüyü açarla kombi aparatının qoşulduğu borulardan açıb çıxarmışdır. Həmin kombi aparatını pəncərədən çıxarıb yaşadığı evin yaxınlığına aparıb orada gizlətmişdir. Sonra yenidən həmin evə gəlib mətbəxdə olan qaz sobasını, aspiratoru da çıxarıb kənara qoymuşdur. Mətbəxdəki su kranlarını, digər otaqda olan sayını dəqiq bilmədiyi divar kağızlarını, laqonda və prefaratoru sumkaya yığıb pəncərədən bayıra çıxarmışdır. Həmin əşyaları yaşadığı evin yaxınlığıqnda kombi aparatını gizlətdiyi yerə gətirib gizlətmişdir. Daha sonra oradan həmin gecə 05 radələrində Masazır kəndi Cantəpə adlanan yerə tərəf gəlmişdir. Yolda gələrkən Nəsimi küçəsində yolun kənarında «Şahcman» markalı yük maşınının dayandığını görüb həmin maşına tərəf getmişdir. Küçədə heç kimin olmadığına əmin olub, həmin «Şahcman» markalı maşının akkumlyator qoyulan dəmir qutunun qapağının bağlandığı məftili açıb qapağı çıxarıb kənara atmışdır. Sonra akkumlyatorları naqildən ayırıb bir-bir həmin akkumlyatorları digər küçəyə aparıb orada yarımtikilinin yanında gizlətmişdir. Səhər saat 07 radələrində o, oğurladığı əşyaları tanımadığı taksi ilə «Evrohom» inşaat malları satılan bazarın yaxınlığına gətirmişdir. Təmir alətləri olan 01 ədəd laqonda və 01 ədəd prefaratoru orada yolun kənarında dayanıb müştəri gözləyən tanımadığı ustaya 50 manata satmışdır. Kombi istilik sistemi ilə su kranlarrını isə daş bazarına gedən yolda 350 manata tanımadığı şəxsə satmışdır. Qaz sobası ilə aspiratoru isə orada 100 manata tanımadığı müştəriyə satmışdır. Divar kağızlarının hamısını isə 100 manata satmışdır. Oğurladığı əşyaları satdığı şəxsləri tanımırmış, həmin əşyaların evi üçün aldığını, lakin ehtiyacı olduğundan satdığınıı və bu səbəbdən əşyaları satdığını demişdir. Oğurladığı əşyaları satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 2 ədəd akkumlyatorları isə tanımadığı metal qəbul edən şəxslərə 60 manata satmışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazir qəsəbəsində oğurluq etmək məqsədi ilə gəzən zaman S.Aşıq küçəsində yerləşən evin qarşısında dayanmış vəziyyətdə ağ rəngli «VAZ 2106» markalı **-HT-*** d.q.n-lı avtomobili görmüşdür. Avtomobilə yaxınlaşmış və ətrafda heçkimin olmadığından əmin olduqdan sonra, avtomobilin arxa qapısını açaraq, avtomobilə daxil olmuşdur. Avtomobilin içərisndə olan 140 manat nəğd pulu götürüb cibinə qoymuş, daha sonra avtomobilin «motorxanasının kapotunu» içəridən açmış, oradan bir ədəd akkumlyatoru, avtomobilin yük yerindən isə səs gücləndiriciləri götürdüb oradan uzaqlaşmışdır. Həmin səs gücləndiriciləri və akkumlyatoru Sumqayıt avtomobil bazarında 50 manata satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə axşam saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə oğurluq etmək üçün ev axtarmışdır. Evlərdən birində işığın yanmadığını görmüş və hasardan tullanaraq həyətinə daxil olmuşdur. Evdə tikinti işlərinin getdiyini görüb, evin içərisində dəyərli bir şey olmadığını düşünüb, evin zirzəmisinin dəmir qapısını əvvəlcədən özü ilə götürdüyü «mantirovka» ilə sındıraraq açmışdır. Orada bir ədəd kombi aparatı və bir neçə radiator görmüşdür. Kombini zirzəmidən çıxararaq hasarın üstünə qoymuş, sonra hasarın digər tərəfinə keçərək kombini hasarın digər tərəfinə keçmişdir. Eyni qayda ilə 3 ədəd radiatoru çıxararaq, Masazır qəsəbəsinin yarımtkili evlərinin birinin həyətində gizlətmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə radiatorun birini 25 manatdan olmaqla həmin ərazidə gəzən dəmir satanlara satmışdır. Kombi aparatını isə 320 manata «TAP AZ» sosial şəbəkə vasitəsi ilə satmışdır. Oğurluq nəticəsində əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa oğurluq etmək üçün kənar yerlərdə yerləşən evlər axtarmışdır. Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən kərpic zavodun yaxınlığında yol kənarında tək-tək evlər varmış. Bir qədər piyada getmiş və yoldan xeyli aralıda, dik tərəfdə bir ev görmüş, ev hər tərəfdən hasarla inşa olunmuşdur. Həmin evin yaxınlığına getmiş, orda heç kimin olmadığını və yaşayış olmadığına əmin olduqdan sonra gecə vaxtdı oğurluq etmək qərarına gəlmişdir. Həmin günü axşam, yəni xx xxx 2019-cu il tarixdə gecə saat 23 radələrində həmin evə getmiş, evin hasarından tullanıb həyətə daxil olmuş, həmin vaxt qaranlıq olduğundan alışqanın işığı ilə həyətə baxmış, həyətdə tikililər varmış, yuxarı tərəfdə olan bir mərtəbəli tikilinin qapısının qıfılına dəmir parçası salıb qapını açmış və içəri daxil olmuş, içəridə qiymətli əşya axtarmağa başlamışdır. Ordan 01 (bir) ədəd elektrik generatoru götürüb evi tərk etmişdir. Oğurladığı elektrik generatoru Bakı şəhərində tanımadığı şəxsə 150 manata satmış və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə yenidən oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsi Yoncalıq yaşayış massivi deyilən yerdə gəzən zaman, hasarlı təmirsiz yeni tikili ev görmüş və oraya oğurluq etmək məqsədi ilə daxil olmağa qərar vermişdir. Həmin gecə, yəni xx.xx.2019-cu il tarixdə saat təxminən 01 radələrində ətrafda heçkimin olmadığını görüb həyətə daxil olmuşdur. Həmin evin pəncərələri plastik materialından, pəncərələrin üzərində isə dəmir barmaqlıqlar olduğunu görmüşdür. Evin ətrafına dolaşdıqdan sonra qarajın kənarında balaca pəncərəsi olan yeri görmüşdür. Oraya yaxınlaşmış və əli ilə oranın dəmir barmaqlığını dartmışdır. Dəmir barmaqlıqları yerindən qoparmış, plastik pəncərə açıq olduğundan, oradan içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra qarajın qapısını içridən açmış və orada olan tikinti materialları olan kabel, elektirik naqili, 2 ədəd elektirik qutusunu, plastiq b orunu, plastik boru birləşmələrini, su borusunu və unitazı götürmüşdür. Həmin əşyaları oradan tapdığı araba vasitsi ilə yaşadığı ünvana aparmışdır. Səhəri gün həmin evdən oğurladığı əşyaları əvvəllər tanımadığı dəmiryiğanlara 60 manat müqabilində satmış və əldə etmiş pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə, saat 13 radələrində, Abşeron rayonu Masazir kəndində oğurluq etmək məqsədi ilə gəzən zaman Fizuli küçəsində torpaq sahəsinin içində dəmir qapı və dəmir parçalar görmüşdür. Ətrafda heçkimin olmadığına əmin olduqda, həmin dəmir parçalarını yoldan saxladığı 3 təkərli motosiklet vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1-də yerləşən metal qəbulu məntəqəsinə aparıb şəxsiyyət vasiqəsi ilə 40 manata satmış və oğurluq nəticəsində əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə, saat 17 radələrində, Abşeron rayonu, Masazır kəndi ərazisində gəzişirmiş, oradan gəzəgəzə Abşeron rayonu Masazır kəndi «Qurtuluş-93» yaşayış kompleksinə gəlmişdir. Həmin ərazidə evin yan tərəfində boz metal rəngli «Mercedes Benz» markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görmüşdür. Həmin avtomaşında kənar şəxs olmadığını görüb maşına yaxınlaşmış və avtomobilin salonuna baxaraq, avtomobilin arxa oturacağının üzərində videokamera olduğunu görüb oğurlamaq qərarına gəlmişdir. Ətrafa baxdıqda kənar şəxslərin olmadığına əmin olduqdan sonra avtomobilin arxa qapısında şüşənin nisbətən aşağı olduğunu görüb əli ilə şüşəni sıxıb aşağı salmış və avtomobilin arxa sol qapısını açıb salonda oturacağın üzərinə qoyulmuş bir ədəd «Sony 100 HD» markalı videokameranı götürüb ərazidən uzaqlaşmışdır. Videokameranı götürdükdən sonra onun yaddaşında olan videoyazıları silərək kameranı satmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin günü videokameranı «Tap.az» internet saytında 1000 manata satışa qoymuşdur. xx.xx.2019-cu il tarixdə səhər saatlarında bir nəfər tanımadığı şəxs internet saytına qoyduğu mobil nömrəsinə zəng edərək, satışa qoyduğu videokameranı almaq istədiyini bildirmişdir. Həmin şəxslə videokameranın qiymtətini 800 manata razılaşaraq Abşeron rayonu Masazır kəndində Zəngilan şəhərciyinin yanında görüşəcəlyrinə razılaşmışlar. Həmin günü axşam radələrində həmin şəxslə, adını sonradan bildiyi Zərərçəkmiş şəxs11la razılaşdıqları yerdə görüşməyə getdikdə videokameranı da özü ilə götürmüşdür. Orada Elmarla görüşdükdə sonuncu ondan videokameranı baxmaq adı ilə almışdır. Həmin anda kənardan ona yaxınlaşan şəxslər özlərini polis əməkdaşları olduqlarını bildirib onu saxlamışlar və videokamera ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində törətdiyi oğurluq əməlini etiraf etmiş və həmin videokameranın da oğurluq yolu ilə əldə etdiyini bildirmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə saat 16-17 radələrində bədənində ağrılar olduğundan narkotik maddə əldə etmək üçün Bakı şəhəri, Yasamal rayonu, ərazisinə gedib, «İnşaatçılar» metrostansiyasının yaxınlığında olarkən tanımadığı bir neçə nəfər şəxsə yaxınlaşıb narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Həmin şəxslərin birindən narkotik maddə olan heroini 10 manata alıb yaşadığı Abşeron rayonu, Masazır kəndinə geri qayıtmışdır. Həmin gün saat 19:50 radələrində Masazır kəndi, Duz gölünün yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirib polis vəsiqələrini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğu barədə məlumatın olduğunu deməklə onu həmin əməkdaşlar xidmət göstərdikləri Abşeron RPİ-nə dəvət etmişlər. Polis əməkdaşların təklifindən imtina etmədən Abşeron RPİ-nə getmişdir. Yolda polis əməkdaşları onun hərəkətlərinə ciddi nəzarət etdiklərindən üstündə olan narkotik vasitəni tullayıb və gizlədə bilməmişdir. Abşeron RPİ-də xidməti otaqların birində ona narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanmasında şübhəli olduğuu bir daha deməklə hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra ona təklif edilmiş ki, üstündə qanunsuz saxlanılan əşya və maddəni könüllü olaraq təqdim etsin. Artıq polis əməkdaşlarının üstündə narkotik vasitənin olmasından məlumatlı olduqlarını bilərək heç bir çıxış yolunun olmadığını anlayıb əynindəki boz rəngli şalvarın sağ cibindən saxlayıb gəzdirdiyi siqaretin gümüşü kağızına bükülmüş heroinin çıxarıb könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşı həmin bükülünü onun iştirakı ilə açaraq, orada iştrak edən şəxslərə əyani olaraq göstərdikdən sonra yenidən qablaşdırmaqla möhürləyib götürmüşdür. Polis əməkdaşları üzərinə keçirilən axtarış videoçəkilişlə aparmışlar və onun təqdim etdiyi siqaretin gümüşü kağızını qablaşdırdıqdan sonra bu barədə protokol tərtib etmişlər, ona və digər iştirakçılara ucadan oxumuşlar və imza etmək üçün təqdim etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 18 radələrində özünə məxsus «Vaz-2106» markalı **-HT-*** nömrə nişanlı avtomobili yaşadığı evin qarşısında saxlamış və evinə getmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə küçəyə çıxan zaman, avtomobilinin qapısının açıq olduğunu görmüş və içınə baxış keçirən zaman avtomobildə olan ümumi dəyəri 150 manat olan «pioner» markalı səs gücləndiricilərin, 60 manat dəyərində akkumlyatorun və 140 manat nəğd pulunun oğurlandığını görmüşdür. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadiəsəsi nəticəsində ona ümumilikdə 350 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində 4,5 sot üzərində yarımçıq inşa edilmiş iki mərtəbəli ev almışdır. Həmin vaxtdan evi tam inşa etdirmişdir. Özü orda daimi yaşamadığına görə yaxınlıqda yaşayan bacısı qızı Zərərçəkmiş şəxs12 Alay qızına evin açarını vermişdir ki, arada-bir evə baxaraq nəzarət etsin. xx xxx 2019-cu il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxsyyə ona zəng vuraraq, evin həyətində olan istixana üçün nəzərdə tutulmuş otaqdan, kombi aparatının oğurlandığını bildirmişdir. Bundan sonra xx xxx 2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndində yerləşən evinə gəlmiş, evinə ətraflı baxmış və həyətində olan istixana üçün nəzərdə tutulmuş otağın dəmir qapısın kilidi sındırılmaqla həmin otaqdan 01 ədəd 2000 manat dəyərində “İmergas” markalı kombi aparatın oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 elan edilmiş ifadəsindən görünür ki, onun özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində torpaq sahəsi vardır. Həmin torpaq sahəsində tikinti işləri görmək qərarına gəlmişdir. Həmin torpaq sahəsinə darvaza və tikinti üçün istifadə olunan dəmir hissələri qoymuşdur. xx.xx.2019-cu il tarixdə torpaq sahəsinə baxan zaman, orada yerləşdirdiyi dəmir qapının və dəmir hissələrin yerində olmadığını görmüş və ətrafda axtarışa başlamış, lakin müsbət nəticə əldə etməmişdir. Daha sonra o, Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 150 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 tərədindən məhkəməyə təqdim olunmuş ərziədən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika xəstəxanasında sanitarka vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq valideyinlərinin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən evinə qonaq getmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 09 radələrində yaşadığı evə gələrkən, naməlum şəxs və ya şəxlər tərəfindən yaşadığı evin həyətində yerləşən plastik yerin qapısını sındıraraq oradan 1 ədəd «Senator» markalı 1200 manat dəyərində kombi nistilik sistemini və 1 ədəd 50 manat dəyərində elektrik ötürücüsünü oğurlandığını görmüşdür. Bundan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1250 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 250 manat pul qaytarılmış, qalan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, onun özünə məxsus Abşeron rayonu, Masazır kəndi yoncalıq massivində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi yerləşir. Həmin ünvanda təmir tikinti işləri etdirdiyi üçün ora tez-tez gedib-gəlir. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində o, həmin ünvandan çıxaraq Bakı şəhərində yerləşən evinə getmişdir. xx.xx.2019-cu il tarixdə saat 17 radələrində, həmin ünvana gəlmiş və həyətə daxil olduqda evin qaraj hissəsində yerləşən balaca nəfəsliyin dəmir barmaqlığının yerində olmadığını görmüş və qaraja yaxınlaşdıqda qapının qarşısında daş olduğunu görmüşdür. Evə daxil olduqda, orada ümumi dəyəri 150 manat olan, ölçüsü 2x6 mm., 100 metr uzunluğunda elektrik naqillərin, ümumi dəyəri 160 manat olan, ölçüsü 1x4 mm., 400 metr uzunluğunda elektirik naqillərin, ümumi dəyəri 60 manat olan, ölçüsü 1x2.5 mm., 200 metr uzunluğunda elektirik naqillərin, ümumi dəyəri 50 manat olan, ölçüsü 1x1.5 mm., 200 metr uzunluğunda elektirik naqillərin, dəyəri 60 manat olan 01 ədəd dəyərində elektirik qutunun, dəyəri 144 manat olan plastik borunun, dəyəri 40 manat olan plastik boru birləşmələrin, dəyəri 60 manat olan su borusunun, dəyəri 45 manat olan unitazın və dəyəri 30 manat olan elektirik açarının oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 799 manat məbləğində maddi ziyan dəymişdir. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Masazır kəndi, Yeni məhəllədə özünə məxsus bir mərtəbəli küzsülü təmirsiz həyət evi yerləşir. Həmin evə mütamadı olaraq baş çəkirmiş, çünki orada təmir işləri aparırmış. xx.xx.2019-cu ul tarıxdə saat 18 radələrində həmin evin qapısını bağlayaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə getmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə o, həmin evə gəlmiş və evə daxil olduqda evinə çəkilmiş vəziyyətdə ümumi dəyəri 244 manat olan, ölçüsü 0,40 mm., uzunluğu 500 metr elektirik naqiiləri, dəyəri 15 manat olan «Tefal» markalı elektrik qəfədanı, dəyəri 21 manat olan arabanın yerində olmadığını görmüşdür. O başa dümşmüş ki, evdə olmayan müddət ərzində naməlum şəxs (şəxslər) onun evindən oğurluq etmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 280 manat məbləğində maddi ziyan dəymişdir. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında Abşeron rayonu, Masazır kəndində hazır tikilmiş iki mərtəbəli yaşayış evi almışdır. Həmin evdə təmir işləri aparılmadığı üçün, evi aldıqdan sonra təmir işlərini gördürməyə başlamışdır. 2019-cu ilin aprel ayında təmir işləri başa çatmaq üzrə olmuşdur. Evdə divar kağızlarının vurulması, və boya işləri qalmışdır. xx xxxxx 2019-cu il tarixdə evdə istilik sistemini də quraşdırmışdır. xx xxxxx 2019-cu il tarixdə evin mətbəxinə alçıpan vurulubmuş. Həmin gün evdə ustalar saat 19 radələrinədək işlərini başa çatdırmışlar. Sonra evin qapısını, darvazanı bağlayıb Bakı şəhrindəki evinə getmişdir. Səhər saatlarında evə gələn zaman, evdə yığdıqları materialları dağınıq vəziyyətdə görmüşdür. Dəhlizdə olan kombi istilik sisteminin yerində olmadığını görmüşdür. Bundan sonra başa düşmüş ki, kənar şəxslər evdən oğturluq etmişdir. Evin arxa tərəfdəki otağının pəncərəsinin açıq qaldığını görüb baxanda məlum olmuş ki, naməlum şəxs həmin pəncərəni açıb evə daxil olaraq evdə istifadə etmədikləri divar kağızlarını, mətbəxdəki qaz sobasını, aspiratoru və su kranlarını, digər otaqdan isə 1 ədəd laqonda və 1 ədəd prefaratoru oğurlayıblar. Evindən oğurlanmış kombi istilik sistemi Türkiyə istehsalı olan “İstambul” markalı kombi aparatı olmuşdur. Həmin kombini 800 manata almışdır. Həmçinin mətbəxdən oğurlanan qaz sobası “Evrolux” markalı soba imiş, həmin sobanı 400 manata və “Evrolux” markalı aspiratoru da 400 manata su kranların isə 150 manata almışdır. Evdən oğurlanan 1 ədəd «Bosch» markalı prefarator işlənmiş vəziyyətdə 100 manata, 1 ədəd laqondanı isə 60 manata dəyərləndirmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2510 manat məbləğində maddi ziyan dəymişdir. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, təxminən 8 ay olar ki, X1 məxsus «SHACMAN» markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibaranmə əsasında idarə edərək yük daşıma fəaliyyəti göstərir. Avtomobili adətən yaşadığı evin qonşu küçəsində yolun kənarında saxlayır. xx xxxxx 2019-cu il tarixdə saat təxminən 02 radələrində, maşındakı yükü Keşlə qəsəbəsinə boşaldıb, sonra Masazır kəndinə yaşadığı evin yaxınlığına gəlib saat təxminən 02:30 radələrində maşını Cantəpə deyilən yerdə yolun kənarında saxlayıb evə getmişdir. Səhər saat 12 radələrində evdən çıxıb maşının yanına gəlmişdir ki, işinə çıxsın. Həmin vaxt avtomobilin akumlyatorları olan qutunun qapağının yerə atıldığını və 02 ədəd akumlyatorların oğurlandığını aşkar etmişdir. Naməlum şəxslər akkumlyatorun naqillərini dartıb qoparmışlar, qutunun qapağını bağladığı məftili açıb qapağı kənara atmışlar. Bu səbəbdən DİN-in 102 xidmətinə oğurluq barədə məlumat vermişdir. Akkumlyatorları 3-4 gün əvvəl Xırdalan dairəsindəı yerləşən ehtiyyat hissləəri dükanından bir ədədini 260 manata almışdır. Həmin akumlyatorlar 190 amper gücündə olmaqla «Bojaq» markalı olmuşdur. Baş vermiş oğurluq hadiəsəsi nəticəsində ona ümumilikdə 520 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ə qarşı heç bir şikayəti və tələbi yoxdur, odur ki yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yaşamağına baxmayaraq, Abşeron rayonu Masazır kəndində özünə ev tikdirmişdir. Onun evində ustalar işlədiyi üçün 2-3 gündən bir ustalara nəzarət etmək məqsədi ilə evinə gedib baş çəkir. xx.xx.2019-cu il tarixdə evinə gedib baş çəkərkən, evin zirzəmisinin dəmir qapısının açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Zirzəmiyə baxış keçirərəkən 1400 manat dəyərində «İMEY» qaz markalı kombi isitilik sistemi aparatının, hər birinin dəyəri 110 manat olmaqla 03 ədəd su qızdırıcıların və hər birinin dəyəri 140 manat olmaqla 04 ədəd radiatorların naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq barəsində məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2290 manat məbləğində maddi ziyan dəymişdir. Şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Masazır kəndində özünə məxsus fərdi yaşayış evi vardır. 2018-ci ilin oktyabr ayında şəxsi işləri ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Zaqatala rayonuna getmişdir. xx.xx.2019-cu il tarixdə evinə qayıdan zamandəyəri 400 manatolan 01 ədəd “Ariston” markalıelektriksuqızdırıcının, dəyəri 250 manatolan 01 ədədsamovarınvəümumidəyəri 500 manatolantikintialətlərinoğurlandığınıaşkaretmişdir. Başvermişoğurluqhadisəsinəticəsindəonaümumilikdə 1150 manatməbləğindəmaddiziyandəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş QuliyevaGülnarəVidadiqızı ifadəsində göstərmişdir ki,Bakışəhəri, Nəsimirayonundayaşamağınabaxmayaraq, onunözünəməxsusAbşeronrayonu, Sarayqəsəbəsi, Yeniməhəllədənömrəsizfərdiyaşayışevidəvardır. xx.xx.2019-cuiltarixdəaxşamsaat 22 radələrindəSarayqəsəbəsindəyerləşənevinəgələrkən, evinplastikpəncərəsiniaçıqvəziyyətdəolduğunugörmüşdür. Evinədaxilolduqdansonra, evinqonaqotağındanhərbirinindəyəri 1000 manatolmaqla 02 ədəd 2000 manatdəyərində “Acer” markalınotebookların, yataqotağındaolanpaltardolabındanhərbirinindəyəri 350 manatolmaqla 02 ədəd 700 manatdəyərindəkişikostyumların, hərbirinindəyəri 75 manatolmaqla 02 ədəd 150 manatdəyərindəxalçaların, evinikincimərtəbəsinəçıxaranpilləkəninaltındaquraşdırılmış 2000 manatdəyərində 01 ədədkombiistiliksistemiaparatınınvə 85 manatdəyərindəelektriksumotorununoğurlandığınıaşkaretmişdir. Başvermişoğurluqhadisəsinəticəsindəonaümumilikdə 4935 manatməbləğindəmaddiziyandəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Abşeron rayonu Masazır kəndi «Qurtuluş-93» yaşayış massivində yerləşən fərdi yaşayış evinin qarşısında park edilmiş ona məxsus “Mercedes Benz” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısını açmaqla arxa oturacağın üzərinə qoyduğu 01 ədəd 1500 (bir min beş yüz) manat dəyərində «Sony 100 HD» markalı videokameranı oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq barəsində məlumat vermişdir. Ona dəyən ziyan qaytarıldığından şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə xidmətdə olduğu zaman xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Masazır kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və dərhal həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə İdarənin rəhbərliyinə qərarla müraciət edib tədbirlərin keçirilməsinə icazə alaraq əməliyyat tədbirlərinə başlamışdır. Daxil olmuş mötəbər məlumat əsasında xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Abşeron RPİnin CAŞ-nin ə/m, polis kapitanı Şahid4la birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Abşeron rayonu, Masazır kəndi, Duz gölünün yaxınlığına gəlmişlər. Şahid4 əməliyyat xəttini izah edərək keçiriləcək tədbirlər barədə məlumat verdikdən sonra birlikdə göstərilən ünvana yaxınlaşmışlar, qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs adlı şəxs olduğuna əmin olduqları şəxsə yaxınlaşaraq özlərini həmin şəxsə təqdim etmişlər və narkotik vasitələrin qanunsuz əldə etmə, saxlanma və gəzdirməsində şübhəli olduğunu bildirərək onlarla birlikdə xidmət göstərdikləri Abşeron RPİ-nə getməsini təklif etmişlər. Həmin şəxs onların təklifdən imtina etməsədə sonuncuya narkotik vasitələrin əldə olunması və saxlanması barədə məlumatlı olduqlanrını deməklərindən narahatçılıq keçirmişdir. Buna baxmayaraq onlar, həmin şəxsi Polis idarəsinə gətirmişlər və yol boyu üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis İdarəsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Rövşən Şahkərəmova həvalə olunmuşdur. Həmin vaxt video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman təhqiqatçı tərəfindən onun hüquq vəzifələri izah olunmuş, baxış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükümə onların iştirakları ilə və video çəkilişlə baxış keçirilərkən içərisində sarımtıl rəngli, toz şəkilli, iyli narkotik vasitə olan heroinə oxşar kütlənin olduğu aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümü hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirilməsi sual verilərkən, sonuncu həmin bükümdəki narkotik vasitəni xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi, onun üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra Təqsirləndirilən şəxs və onların iştirakı ilə həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, dalan 1də yerləşən metal qəbulu məntəqəsində işləyir. Həmin məntəqədə dəmir metalların qəbulu ilə məşğul olurmuş. xx.xx.2019-cu il tarixdə iş yerində olan zaman bir nəfər şəxs metal qəbulu məntəqəsinə dəmir qapı və işlənmiş dəmirlər gətirmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb özündə saxlamış və bundan sonra dəmirləri qəbul edərək, həmin şəxsə 40 manat pul vermişdir. Şəxsiyyət vəsiqəsindən görünürmüş ki, dəmirləri ona təhvil verən şəxs xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs imiş. Təqsirləndirilən şəxs dəmirləri təhvil verən zaman, həmin dəmirlərin özünə məxsus olduğunu bildirmişdir. Dəmirlərin oğurluq olması barədə onun xəbəri olmamışdır. Təqsirləndirilən şəxs qəbul etdiyi dəmir qapını və digər dəmirləri, metal əridilən zavoda verdiyindən, həmin qapı və dəmirləri istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 17 ildir ki, Abşeron rayonu, Masazır kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 onun xalasıdır, sonuncu onların evi yaxınlığında, yəni qonşuluqda özünə ev inşa etdirmişdir. Əntiqə daimi Tovuz rayonunda yaşadığına görə həmin evə onlar nəzarət edirmişlər. xx xxx 2019-cu il tarixdə saat 19 radələrində xalasının evinə nəzarət etmək üçün gedib baxanda evin darvazasının qapısının kilidi sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Kilid sındığına görə qapını aça bilməmişdir. Həmin vaxt həyat yoldaşı Siyavuş Beydullayev yanında olmuş və Siyavuş darvazanın kilidinə müdaxilə etdikdən sonra qapını açıb içəri daxil olmuşlar. Həmin vaxt evə ətraflı baxmışlar, evdən heç bir əşya oğurlanmamışdır. Lakin, həyətdə istixana üçün nəzərdə tutulmuş kiçik otağın qapısının kilidi sındırılmış vəziyyətdə olduğunu görmüşlər və həmin yerə baxanda kombi aparatının oğurlandığını aşkar etmişlər. Bununla bağlı xalası Əntiqəyə zəng vurub məlumat vermişdir. Bundan sonra xalası Əntiqə gəlib polis orqanlarına oğurluq olması barədə məlumat vermişdir. Məhkəmə iclasında iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş ƏmirovKamilCəmiloğlu, ifadəsində göstərmişdir ki, “Evrohome” inşşat malları bazarında yerləşən Əbülfət adlı şəxsə məxsus inşaat malları dükanıiləalveredir. Belə ki, evlərdə lambir və laminat lazım olanda Əbülfətdən alır. Əbülfət isə müştərilərə usta lazım olanda, onun nömrəsini verir. xx xxxxx 2019-cu il tarixdə Əbülfət ona zəng vuraraq, müştərsinin evinə lambir vurdurmaq istədiyini bildirmişdir. Əbülfət onun nömrəsini Tofiq adlı şəxsə vermiş, Tofiqdə onunla danışıb Masazır kəndində fərdi evində tavana lambir vurmaq istədiyini bildirmişdir. Tofiqlə 14 kvadrat tavana lambir vurmağa görə cəmi 50 manat məbləğində pula razılaşmışlar. Həmin gün saat 16 radələrində Tofiq və oğlu Rza maşınla Masazır kəndi Qurtuluş-93 yaşayış kompleksinin qarşısından onu və iş yoldaşı Elşəni götürmüşlər. Oradan Tofiqin evinə gəlmişlər. Tofiq 1-ci mərtəbədə yerləşən mətbəxi göstərib mətbəxin tavanına lambir vuracaqlarını bildirmişdir. Onlar Elşənlə 1-ci mərtəbədə yerləşən otaqda əynlərini dəyişib işə başlamışlar. Təxminən saat 20:00dək işlərini yekunlaşdırıb, pullarını alandan sonra ev sahibləri ilə birlikdə evdən çıxmışlar. Rza onları Xırdalan dairəsinə gətirib düşürmüşdür. Bundan sonra Elşadla görüşüb evə getmişdir. Səhəri gün saat 10 radələrində Əbülfət ona zəng vuraraq, bir gün əvvəl evində işlədikləri Tofiq adlı şəxs onun dükanına gəlib gecə evindən oğurluq olduğunu bildirib və həmin oğurluğu onlar tərəfindən törədildiyini iddia etdiyini bildirmişdir. Həmin vaxt Elşənlə Zabrat qəsbəsində ayaqqabı sexində metlaq vururmuşlar. Əbülfətə Tofiqin evində baş vermiş oğurluqla onların əlaqələrinin olmadığını bildirmişdir. Tofiq sonradan onunla telefon əlaqəsi saxlamış və evindəki oğurluqla bağlı şikayət edəcəyini demişdir. Tofiqə polisə şikayət etməsini məsləhət görmüşdür. Bir gün sonra Abşeron rayon polis idarəsindən ona zəng olunmuş və polisə dəvət olunmuşdur. xx xxxxx 2019cu il tarixə keçən gecə Masazır kəndində təmir işləri apardıqları evdə baş vermiş oğurluqla bağlı soruşmuşlar. Polis əməkdaşlarına həmin evdə baş vermiş oğurluqdan məlumatının olmadığını və heç bir əlaqəsi olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi xx.xx.2019-cu il tarixli, 15576 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «..Təqsirləndirilən şəxs üzərindən..» sözlər və imzalar olan 01 ədəd siqaret kağızı bükümündə; təmiz çəkisi – 0,210 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,160 qram - 0,05 qram heroin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli, 1883 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui – istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 23542 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «Sony 1500 HD» markalı videokameranın istifadədə olmasını nəzərə alaraq, 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti təxminən 1500,00 manat müəyyən olunur. xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki; 1). xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu Masazır kəndi F.Həsənov küçəsində yerləşən 33a saylı fərdi yaşayış evindən oğurlanmış 01 ədəd “Senator” markalı kombi istilik sistemi aparatınının və elektrik ötürücüsünün orta bazar qiyməti : - 01 ədəd “Senator” markalıkombiistiliksistemiaparatı 1200 manat - 01 ədədelektrikötürücüsü 50 manat 2). xx.xx.2019cuiltarixdəAbdurahmanovBəxtiyarRaufoğlunaməxsusAbşeronrayonuMasazırkəndiYoncalıqyaşayı şmassivindəyerləşənnömrəsizfərdiyaşayışevindənoğurlanmış 01 ədəd “Ariston” markalıelektriksuqızdırıcının, 01 ədədsamovarınvətikintialətlərinortabazarqiyməti: - 01 ədəd “Ariston” markalıelektriksuqızdırıcısı 400 manat - 01 ədədsamovarı 250 manat - tikintialətləri 500 manat 3). xx.xx.2019cuiltarixdəQuliyevaGülnarəVidadiqızınaməxsusAbşeronrayonuSarayqəsəbəsiYeniməhəllədəyerlə şənnömrəsizfərdiyaşayışevindənoğurlanmış 02 ədəd “Acer” markalınotebookların, 02 ədədkişikostyumların, 02 ədədxalçaların, 01 ədədkombiistiliksistemiaparatınınvəelektriksumotorunortabazarqiyməti - “Acer” markalınotebooklarınhərbirinindəyəri 1000 manatolmaqla 02 ədədi 2000 manat - kişikostyumlarınhərbirinindəyəri 350 manatolmaqla 02 ədədi 700 manat - xalçalarınhərbirinindəyəri 75 manatolmaqla 02 ədədi 150 manat - 01 ədədkombiistiliksistemiaparatı 2000 manat - 01 ədədelektriksumotoru 85 manat 4). xx.xx.2019-cu il tarixdə X3 məxsus Abşeron rayonu Masazır kəndi yeni məhəllədə yerləşən nömrəsizfərdiyaşayış evindənoğurlanmışölçüsü 0,40 mm., 500 metr uzunluğunda elektirik naqiilərin, «Tefal» markalıelektrikqəfədanınvəəl arabasınınortabazarqiyməti: - ölçüsü 0,40 mm., 500 metr uzunluğunda elektirik naqiiləri 244 manat - 01 ədəd «Tefal» markalıelektrikqəfədan 15 manat - 01 ədədəl arabası 21 manat 5). xx.xx.2019-cuiltarixdə RzayevRzaTofiqoğlunaməxsusAbşeronrayonuMasazırkəndindəZəngilanşəhərciyinəgedənyolunkə narındakı məhəllədəyerləşənfərdiyaşayışevindənoğurlanmış 01 ədəd «İstanbul» markalıkombiistiliksistemiaparatının, 01 ədəd «Evroluks» markalıaspiratorun, divarkağızların, 01 ədəd «Evroluks» markalıqazsobasının, 01 ədəd «Bosch» markalıprefaratorun, 01 ədədlaqondanınvəsukranlarınortabazarqiyməti: - 01 ədəd «İstanbul» markalıkombiistiliksistemiaparatı 800 manat - 01 ədəd «Evroluks» markalıaspirator 400 manat - divarkağızları 600 manat - 01 ədəd «Evroluks» markalıqazsobası 400 manat - 01 ədəd «Bosch» markalıprefarator100 manat - 01 ədədlaqonda 60 manat - sukranları 150 manat 6). xx.xx.2019cuiltarixdəAbşeronrayonuNəsimiküçəsindəyolunkənarındaparkedilmişTalıbovXəzərAtamoğlanoğlu naməxsus «SHACMANSX331» markalı **-HK-*** dövlətqeydiyyatnişanlıyükavtomobilininüzərindən oğurlanmış «Bojak» markalı 190 amperlikakkumulyatorlarınortabazarqyiməti: - «Bojak» markalı 190 amperlikakkumulyatorlarınhərbirinindəyəri 150 manatolmaqla 02 ədədi 300 manat 7). xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Masazır kəndi Sarı Aşıq küçəsindəyerləşən 46 saylıfərdiyaşayışevininin qarşısnda parkedilmiş Zərərçəkmiş şəxs1 məxsus “Vaz 2106” markalı **- HT-*** dövlət nömrə nişanlı avtomobildən oğurlanmış 01 ədəd akkumlyatorun, 01 ədəd “Pioner” markalı səs gücləndiricininortabazarqiyməti: - 01 ədəd akkumlyator 60 manat - 01 ədəd “Pioner” markalı səs gücləndirici 150 manat 8). xx.xx.2019cuiltarixdəMəcidovaSevilCəlilqızınaməxsusAbşeronrayonuMasazırkəndiyeniməhəllədəyerləşənnö mrəsizyaşayışevindənoğurlanmış 01 ədəd “İmeyqaz” markalıkombiistiliksistemiaparatının, 03 ədədelektriksuqızdırıcılarınıvə 04 ədədradiatorlarınortabazarqiyməti: - 01 ədəd “İmeyqaz” markalıkombiistiliksistemiaparatı 1400 manat - elektriksuqızdırıcılarınhərbirinindəyəri 110 manatolmaqla 03 ədədi 330 manat - radiatorlarınhərbirinindəyəri 140 manatolmaqla 04 ədədi 560 manat 9). xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Masazır kəndi Şahmar Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində olan istixana üçün nəzərdə tutulmuş yardımçı tikilidənoğurlanmış 01 ədəd “İmergass” markalı kombi istiliksistemi aparatınınortabazarqiyməti: - 01 ədəd “İmergass” markalı kombi istiliksistemi aparatı 2000 manat 10). xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu Masazır kəndi yoncalıq massivində yerləşən nömrəsiz evindənoğurlanmışölçüsü 2x6 mm., 100 metr uzunluğundaelektriknaqillərin, ölçüsü 1x4 mm., 400 metr uzunluğunda elektirik naqillərin, ölçüsü 1x2.5 mm., 200 metr uzunluğunda elektirik naqillərin, ölçüsü 1x1.5 mm., 200 metr uzunluğunda elektirik naqillərin, 01 ədəd elektirik qutunun, plastik borunun, plastik boru birləşmələrin, su borusunun, unitazınvə elektirik açarın ortabazarqiyməti: - ölçüsü 2x6 mm., 100 metr uzunluğundaelektriknaqilləri 150 manat - ölçüsü 1x4 mm., 400 metr uzunluğunda elektirik naqilləri 160 manat - ölçüsü 1x2.5 mm., 200 metr uzunluğunda elektirik naqilləri 60 manat - ölçüsü 1x1.5 mm., 200 metr uzunluğunda elektirik naqilləri 50 manat - 01 ədəd elektirik qutun 60 manat - plastik boru 144 manat - plastik boru birləşmələri 40 manat - su borusu 60 manat - 01 ədədunitaz 45 manat - 01 ədəd elektirik açarı 30 manat 11). xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs4ağa oğluna məxsus Abşeron rayonu Masazır kəndi Fizuli küçəsində yerləşən boş torpaq sahəsindənoğurlanmış 01 ədəd dəmir qapını və dəmir parçalarını ortabazarqiyməti: - 01 ədəd dəmir qapı və dəmir parçaları 150 manat məbləğdəmüəyyənolunmuşdur. xx.xx.2019-cu il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2, 185.2.4, 326.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 185.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış 01 ədəd «videokamera» saxlanılması üçün BehbudovElmarEtibaroğluna qaytarılmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs11 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs10oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyandan 250 manat ödənilmiş, qalan ziyanın ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Müalicə Müəssisəsinin xx.xx.2020-ci il tarixli, 20-04/-521 saylı məktubundan görünür ki, 1993-cü il təvəllüdlü həbs edilmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2019-cu il tarixdə “Xroniki virus C hepatiti” diaqnozu ilə Bakı İstintaq təcridxanasından Müalicə müəssisəsinə köçürülmüşdür. O, laborator və instrumental müayinələrədən keçirildikdən sonra infeksionist tərəfindən konsultasiya olunmuş, nəticədə “Xroniki C virus hepatiti, sarılıqlı forma” diaqnozu ilə müvafiq müalicə aparılmışdır. Müalicədən sonra həbs edilmiş şəxs Təqsirləndirilən şəxs səhhətində yaxşılaşma əldə edilmiş, kafi vəziyyətdə xx.xx.2019-cu il tarixdə Bakı istintaq təcridxanasına göndərilmişdir. Növbəti o, xx.xx.2020-ci il tarixdə səhhətində yaranan narahatlıqlarla əlaqədar Bakı İstintaq təcridxanasından Müalicə müəssisəsinə köçürülmüşdür. O, laborator və instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən konsultasiya edilmişdir. Hazırda həbs edilmiş şəxs Təqsirləndirilən şəxs səhhəti nisbi kafidir, tibbi tədbirlər davam etdirilir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, “Xroniki virus C hepatiti” xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxslərdən 3 nəfərin tam, 1 nəfərin isə qismən şikayət etməməsini onun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2019-cu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İbtidai istintaq zamanı iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «videokamera» sahibi BehbudovElmarEtibaroğluna qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,160 qram olan heroin və 12,740 qram limon turşusu narkotik vasitə olan heroin məhv edilməli, bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X4 150 saat göstərdiyi hüquqi yardıma görə 900 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqında Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 70 saat göstərdiyi hüquqi yardıma görə 420 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6ə Vidadi qızına dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 01( bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İbtidai istintaq zamanı iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «videokamera» sahibi Zərərçəkmiş şəxs11 qaytarılması nəzərə alınsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,160 qram olan heroin və 12,740 qram limon turşusu narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X4 150 saat göstərdiyi hüquqi yardıma görə 900 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqında Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 70 saat göstərdiyi hüquqi yardıma görə 420 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6ə Vidadi qızına dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah olunsun. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-114/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-114/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver