Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-114/2023 11.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs İsmixan oğlunun və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Balakən rayonu, Talalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olan və yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs İsmixan oğlunun Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs İsmixan oğlu tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində kreditə mənzil alacağına köməklik göstərməsinə dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs 28 iyul 2020-ci il tarixdə saat 13 radələrində Balakən şəhəri ərazisində 7000 manat, 14 avqust 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X2 yaxınlığında yerləşən “№1 Lombard”-ın qarşısında 2000 manat, 24 avqust 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs bacısı Şahid1 vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Söyüdlər məhəlləsində yerləşən bacısı Şahid1 kirayə yaşadığı evin qarşısında 500 manat və 02 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X5rşısında 1000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 10500 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs 10500 manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs İsmixan oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4700 manat cərimə cəzasına məhkum edilmişdir. Lakin bu günə kimi həmin cərimə cəzasını ödəməmişdir. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, təxminən 3-4 il olar ki, Balakən-Bakı-Balakən marşrutu ilə Mercedes Vito markalı avtomobillərlərlə marşrut sürücüsü işləyir. Tünzaləni də müştəri kimi tanımışdır. Daha sonra isə aralarında yaxın münasibət olmuşdur. O, Tünzalə ilə qeyri-rəsmi ər-arvad kimi yaşamışdır. Hətda Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Kristal Abşeron yaşayış kompleksində kirayə evdə yaşamışlar. O, ailəli olsa da, hərdən bir Tünzalə ilə tutduğu kirayə evdə qalırmış. Tutulan kirayə mənzilin pulunu da həm Tünzalə, həm də o vermişdir. Tünzalə ilə aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Məlum səbəblərdən Tünzalə ilə aralarında soyuqluq yaranmışdır. Belə ki, onun arvadının Tünzalə ilə münasibətindən xəbəri olduğu üçün o, məcbur olub Tünzalədən uzaqlaşmağa başlamışdır. Belə ki, o, Tünzalə ilə əlaqəni kəsmiş və Tünzalə ilə bir tutduğu kirayə evə də getməmişdir. Tünzalənin yanına getmədiyi üçün və Tünzalə ilə münasibətini kəsdiyi üçün Tünzalə ona pul tələb etməyə başlamışdır. Tünzalə onu şərləyərək guya ki, 10000 manat pul alıb ipoteka ilə ev almaq üçün köməklik edəcəyini vəd etdiyini demişdir. Halbuki, Tünzalə yalan deyir. O, Tünzalədən pul almamışdır. 2020-ci avqust ayında Tünzalə onunla əlaqə saxlayaraq pula ehtiyacı olduğunu, kirayə pulunu çatdırıb ödəyə bilmədiyini, qardaşının da problemləri olduğunu, ona görə də özündə olan qızılları lombarda qoyub pul götürmək istədiyini demişdir. Tünzalə ondan tanış lombardın olub-olmadığını soruşduqda, o, Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrosu yaxınlığında lombard tanıdığı yer olduğunu demiş və Tünzaləni həmin yerə aparmışdır. Orada Tünzalə özünə məxsus olan qızılları lombarda girov qoyub 1800 manat pul götürmüşdür. Həmin puldan da Tünzalə ona heç nə verməmişdir. Pul Tünzaləyə öz problemləri üçün lazım olmuşdur. Bundan başqa o, Şahid1 kirayədə yaşadığı evə gedib sonuncudan 500 manat pul almamış, bundan başqa da 02 sentyabr 2020-ci il tarixdə də Tünzalə ona pul verməmişdir ki, Tünzalənin yanında da Məryəm olsun. O, Tünzaləyə qarşı dələduzluq edib Tünzaləni aldatmamış, Tünzalədən pul almamışdır. O, Tüzalə ilə birgə yaşadığı qeyri-rəsmi əra arvad münasibətləri dövründə həm Tünzalə həm də o, bir-biriləri üçün pul xərcləmişlər. Ailəsi dağılmaması üçün Tünzalə ilə münasibətini kəsdiyinə görə Tünzalə ona xərclədiyi pulları bu qaydada ondan geri istəmişdir. Lakin tək Tünzalə yox, o da pul xərcləmişdır. Lakin Tünzalənin onların yaşayışı üçün pul xərcləməsi onun dələduzluq etməyi demək deyildir. Məhkəmə istintaqının sonunda özünü təqsirli bilərək, törətdiyi əməldən peşmançılıq çəkdiyini, hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyini və onunla barışdığını, dövlət büdcəsinə 25 faiz ödəniş etməsini nəzərə alaraq, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsmixan oğlu özünə məxsus olan Mercedes VİTO markalı avtomobil ilə Bakı-Balakən taksi sürücülüyü edir. O da həmişə Ceyhunun avtomobili ilə həm rayona, həm də Bakıya getmişdir. Ona görə də Ceyhunu tanımışdır. Yaxından tanışlıqları olmasa da, yalnız Ceyhunu taksi sürücüsü kimi tanımışdır. 2020-ci ilin iyul ayında Bakı şəhərində Balakən rayonuna Ceyhunun avtomobili ilə getmişdir. O, yolda olan zaman söhbət evlərdən düşmüşdür. O bildirmişdir ki, kirayədə yaşayır və özünə ucuz ev almaq istəyir. Ceyhun isə ona demişdir ki, Balakən rayonu, Gərəkli kəndində satdıq evi vardır. Ceyhun həmin evi 12000 manata satmaq istədiyini demişdiri. Ceyhun ona bildirmişdir ki, həmin evə baxıb bəyənsə qiymətini aşağı da salar. O da Ceyhunun təklifi ilə razılaşmışdır. Balakənə çatandan 1 gün sonra o, Ceyhunun dediyi evə gedib baxmışdır. Həmin evdə Ceyhunun anası onu qarşılamışdır. O, evə baxmış lakin ev çox köhnə olduğu üçün bəyənməmişdir. Elə o, evə baxan zaman Ceyhun zəng edib evi bəyənib-bəyənmədiyini soruşmuşdur. O, Ceyhuna bildirmişdir ki, ev köhnə olduğu üçün evi bəyənməmişdir. Həmin gündən təxminən 2 gün sonra o, Ceyhuna məxsus avtomobil ilə Bakı şəhərinə qayıtmışdır. Yolda olan zaman yenə də Ceyhunla ev barədə danışmışlar. Ceyhun ona demişdir ki, özünə Abşeron rayonu, Masazır qəsəbəsində ilkin ödəniş 12000 manat olmaqla yerdə qalan qiymətini isə uzun müddətli kreditlə bina evi götürür. Ceyhun ona təklif etmişdir ki, əgər istəyirsə həmin evdən kreditlə onun üçün də təşkil edə bilər. Lakin bunun üçün birinci növbədə ilkin ödəniş kimi 11000-12000 manat arası pul vermək lazımdır. O isə Ceyhuna bildirmişdir ki, onun 7000 manat pulu var. Ceyhun isə ona demişdir ki, yerdə qalan pulu kimdənsə borc götürsün. O Ceyhuna borc ala biləcək yaxını olmadığını lakin üzərində qızıllar olduğunu demişdir. Ceyhun qızılları görüb ona təklif etmişdir ki, Bakı şəhəri, Memar Əcəmi metrosu tərəfdə lombarda işləyən tanışı var, onun qızıllarını lombarda girov qoyub pul krediti götürmək olar. Ceyhunun təklifi onun ağlına batmışdır. O, Ceyhuna demişdir ki, fikirləşib bir cavab verər. Həmin gündən bir neçə gün sonra 2020-ci ilin iyul ayının 27-si ərəflərində o, Ceyhuna məxsus avtomobillə Balakənə getmiş, Ceyhun onu evində düşürtmüşdür. Səhəri gün, yəni ki, 28 iyul 2020-ci il tarixdə saat 13 radələrində o, evdən 7000 manat pul götürüb Ceyhunla Balakən şəhərində yerləşən elektronika mağazasında görüşmüşdür. O həmin mağazanın içində təklikdə Ceyhuna ilkin olaraq 7000 manat pul vermişdir. Ceyhuna 7000 manat pulu verəndə bildirmişdir ki, olan qalan pulu budur. Ceyhun isə ona demişdir ki, Bakı şəhərinə gedəndə Memar Əcəmi tərəfə gedib qızıllarını lombarda qoyub pul götürsün. Həmin gündən təxminən 4 gün sonra o, Bakı şəhərinə getmişdir. Təxminən 10 gündən çox müddətdə borc pul axtarırmış. Lakin heç kimdən borca pul ala bilməmişdir. Ceyhun da həmin ərəfələr yerdə qalan 5000 manat pulu istəmişdir. Ona görə də çarəsiz qalıb Ceyhunun dediyi kimi, qızıllarını lombarda girov qoyub kredit götürmək qərarına gəlmişdir. Ceyhun ona demişdir ki, özü gedib həmin lombarda qızıllarını girov qoyub pul götürsün. O isə həmin yeri tanımadığı üçün, Ceyhuna demişdir ki, özü gəlib onu həmin lombarda aparsın. Ceyhunda onunla razılaşıb 14 avqust 2020-ci il tarixdə onu həmin lombarda aparmışdır. Lombardın Sara adlı əməkdaşı təklif edilən qızıllara, yəni ki, 03 ədəd qızıl qadın boyunbağı, 01 ədəd qızıl kulon, 01 ədəd qızıl bilərzik və 01 ədəd qızıl üzüyə baxıb həmin qızıllara görə ona 1800 manat pul kreditə verə biləcəyini demişdir. O da həmin Sara adlı əməkdaşla razılaşıb, kredit müqaviləsi bağlayaraq 1800 manat pulu götürmüşdür. Lombarddan çıxandan sonra çöldə həmin 1800 manat pulu üstünə 200 manat da əlavə edib 2000 manat pulu 14 avqust 2022-ci il tarixdə saat təxminən 11 radələrində Ceyhuna vermişdir. Bununla da ümumilikdə Ceyhuna 9000 manat pul vermiş olmuşdur. Ceyhun pulu ondan alıb söz vermişdir ki, 9000 manat pulla evin ilkin ödəniş məsələsini həll edə bilər. Ondan sonra Ceyhun taksi çağırıb onu evə yola salmışdır. Həmin gündən təxminən 10 gün sonra 24 avqust 2020-ci il tarixdə Ceyhun ona zəng edib demişdir ki, 9000 manat ilkin ödəniş üçün azdır, təxminən 1500-2000 manat verməlidir. O isə Ceyhuna bildirmişdir ki, onda pul qalmayıb. Ceyhun isə ona təklif etmişdir ki, kimdənsə borc alsın. O da məcbur olub, bacısı Şahid1 borc pul istəmişdir. Bacısı Məryəm isə ona 500 manat borca pul verə biləcəyini demişdir. Elə həmin günü Ceyhunu bacısı Məryəmin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Söyüdlər kəndində yerləşən evinə göndərmişdir. 24 avqust 2020-ci il tarixdə saat 15 radələrində bacısı Məryəm Ceyhuna 500 manat pul vermişdir. Ceyhun pulu alandan sonra onunla əlaqə saxladı və pulu bacısından götürdüyünü bildirmişdir. Həmin gündən bir neçə gün sonra Ceyhun zəng edib demişdir ki, evin alınması məsələsi artıq düzəlmək üzrədir təcili 1000 manat pul lazımdır. O da bacısı Məryəmdən yenə borc pul istəmişdir. Bacısının da pulu olmadığı üçün kimdənsə 1000 manat borc pul almışdır. 02 sentyabr 2020-ci il tarixdə o, bacısı Məryəm və Ceyhun Abşeron rayonu Poçtunun qarşısında görüşmüşdür. Elə həmin günü saat təxminən 11 radələrində o, bacısı Məryəmin yanında Ceyhuna 1000 manat pul vermişdir. Bununla da o, ümumilikdə Ceyhuna 10500 manat pul vermiş olmuşdur. Ceyhun pulu ondan alandan sonra demişdir ki, gedir işləri həll etməyə, nəticəsi barədə ona xəbər edəcək. Həmin gündən təxminən 10 gün sonra Ceyhuna zəng edib bir xəbəri olub-olmamasını soruşmuşdur. Ceyhun isə onu aldadaraq arxayın etmişdir ki, işlər yolunda gedir narahat olma. Həmin ərəfələr Vətən müharibəsi başlamışdır. O, düşünmüşdür ki, Ceyhunu da müharibəyə apararlar və onun Ceyhuna vermiş olduğu 10500 manat pul batar. Ona görə də Ceyhuna zəng edib işlərin hansı mərhələdə olduğunu soruşmuşdur. O, Ceyhuna demişdir ki, əgər ev almaq məsələsi alınmırsa onun pulunu geri qaytarsın. Ceyhun isə yenə də onu arxayın etmişdir ki, narahat olmasın. Ceyhun ev almaq məsələsini həll etməyə çalışacağını alınmadıqda isə onun pulunu geri qaytaracağını demişdir. Həmin danışıqdan da təxminən 1 həftə keçmişdir ki, Ceyhundan heç bir xəbər olmamışdır. O yenə də Ceyhuna zəng edib narazılıq etmişdir ki, nə ona ev ala bilmiş, nə də pulunu geri qaytarmışdır. Ceyhun isə ona demişdir ki, vermiş olduğu 10500 manat pula özünə avtomobil alıb və 1 ay içində ya onun pulunu qaytaracaq ya da ev məsələsini həll edəcək. Lakin 1 ay keçməsinə baxmayaraq nə pulunu qaytarmış, nə də ona ev ala bilmişdir. Bu günə kimi də 1 ay deyə-deyə onu yola vermişdir. Bir sözlə Ceyhun onun etibarından sui istifadə edərək, onu aldadıb 10500 manat pulunu ələ keçirmişdir. İlkin araşdırma zamanı ərizəsi və izahatında Ceyhuna 10700 manat pul verdiyini bildirsə də, həmin 200 manatı borc verdiyi üçün hazırda ifadələrində ona ipotekaya ev almağa köməklik etmək üçün Ceyhuna ümumilikdə 10500 manat pul verdiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsmixan oğlu ilə çox yaxın münasibəti olmasa da, Ceyhunu həmkəndlisi kimi tanıyır. Ceyhunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. O, “№1 Lombard” da kredit operatoru vəzifəsində işləyir. Belə ki, onun işi mağazaya gələn müştərilərin girov vermək istədikləri dəyərli qızıl zinyət əşyalarını müəyyən müddətlik girov götürüb qarşılığında müəyyən məbləğdə kredit verməkdir. Həmin şəxslər ödənişi geri qaytardıqdan sonra girov qoyduqları əşyalar özlərinə geri qaytarılır. 14 avqust 2020-ci il tarixdə qiyabi olaraq tanıdığı Təqsirləndirilən şəxs İsmixan oğlu yanında adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxslə onun işlədiyi mağazaya gəlmişdir. Həmin vaxt o, Ceyhunla Tünzalənin ər-arvad olduqlarını düşünmüşdür. Bundan sonra Ceyhun və Tünzalə ona qızılları girov qoyub pul götürmək istədiklərini bildirmişlər. Belə ki, Tünzalə Ceyhunun yanında ona 03 ədəd boyunbağı, 01 ədəd qızıl kulon, 01 ədəd qızıl bilərzik və 01 ədəd qızıl qadın üzüyü verərək girov qoymaq istədiyini bildirmişdir. Bundan sonra o, qızıllara baxış keçirib hesablama etmiş və Tünzaləyə bu əşyalar üçün 1800 manat kredit verə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşdığından onlar orada 719489 nömrəli girov müqaviləsi bağlamış və o, 14 avqust 2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanında 1800 manat kredit pul vermişdir. Təxminən 15 fevral 2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs gəlib ödənişi tamamlayaraq qızıllarını təhvil almış və bununla bağlı qaimə tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 14 avqust 2020-ci il tarixli 719489 nömrəli girov bileti, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd üzük, 01 ədəd bilərzik, 01 ədəd kulon və 03 ədəd boyunbağının bir yerdə toplandığı foto şəklin surəti əks olunan Şahid2 istintaqa təqdim etdiyi 01 vərəqdən ibarət sənədin surəti maddi sübut kimi tanlnaraq cinayət işi materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Abdullayev X4 Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 4700 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 30 avqust 2022-ci il tarixli 226168/2021-46-2 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hökm üzrə ödənilməli olan 4700 manat cərimədn heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs İsmixan oğlu ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs İsmixan oğlu tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs İsmixan oğlunun ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ilkin ifadəsində verilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də, sonradan əməlini tam etiraf etmişdir, ona görə bununla bağlı əlavə hüquqi qiymətləndirmə aparılması zərurəti qalmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müdafiə tərəfinin işin faktiki hallarını və təqsirlilik məsələsini mübahisələndirməsinə baxmayaraq, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İsmixan oğlu törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və sonuncu ilə barışmış və zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində cinayət nəticəsində vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs İsmixan oğlu tərəfindən ona tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, onunla barışdığını bəyan etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs İsmixan oğlu "xxxx" ASC-nin “Abşeron” filialına xx.xx.2023-cü il tarixdə cinayət nəticəsində vurulmuş ümumilikdə 10.500 manat məbləğində maddi ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında – 2635 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs İsmixan oğlu cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınınmış Şahid2 istintaqa təqdim etdiyi 01 vərəqdən ibarət sənədin surəti cinayət işi materiallarında saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs İsmixan oğlunun Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs İsmixan oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut qismində tanınınmış Şahid2 istintaqa təqdim etdiyi 01 vərəqdən ibarət sənədin surəti cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-114/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-114/2023
11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver