Məhkəmə qərarları › İş №1(012)-114/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-114/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-114/2024 18.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, avtoyuma sexində yuyucu işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvnda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 263.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə, saat 00:20 radələrində adına xx.xx.2019-cu il tarixdə verilmiş “BC" kateqoriyalı, AE seriyalı 044599 №-li sürücülük vəsiqəsi əsasında, texniki cəhətdən saz olan, etibarnamə ilə idarə etdiyi VAZ- 21070 markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1- ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, edəcə də yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək, idarə etməni itirərək avtomobili həmin yolun kənarında olan çirkab sular üçün nəzərdə tutulmuş kanala düşmüş, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Əmnağı oğlu sol said sümüklərinin çıxığı, mil sümüyünün tipik yerdəyişməyən sınığı, L1 fəqərəsinin üst səhfəsinin çökmüş sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, o, tanışı Şahid3 yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evindən 100 manat pulun X5 tərəfindən götürülməsini bəhanə edərək, 07 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Mütəllim oğlu" marketin yaxınlığındakı avtomobil yolunun kənarı ilə X2 getdiyini görüb, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkaranə olaraq, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək Adil Adigözəllini saxlayıb Şahid3 pulunu qaytarıb-qaytarmadığını soruşduqda, X8 Səmədzadəni görmədiyini, pulu götürmədiyini deyərək oradan uzaqlaşıb qaçmaq istədikdə onu avtomobil yolunda tutaraq heç bir əsaslı səbəb olmadan ictimai yerdə insanların gözü qarşısında uca səslə nalayiq ifadələr işlədərək, Adil Adigözəllini yumruq və təpiklə vuraraq üst dodağın selikli qişasının səthi əzilmiş yarası və sol bazunun qançırı ilə nəticələnən qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə və yolda hərəkətdə olan avtomobillərin hərəkətini təxminən 10 dəqiqə məhdudlaşdırmaqla qərəzli hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu zərəçəkənlərlə barışıq əldə etdiyini, qeyd etdiyi xüsusatlarla əlaqədar təqsirli bilindiyi CMnin 263.1-ci maddəsi üzrə işin icraatına xitam verilməsini və CM-nin 221.1-ci maddəsi üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 03 iyun 2022-ci il tarixdə, axşam saatlarında Abşeron rayonu Qobu kəndində tanışının toy məclisində iştirak etmiş, 04 iyun 2022-ci il gecə saat 00:20 radələrində evinə getmək üçün toy məclisindən çıxaraq, etibarnamə ilə idarə etdiyi özünə məxsuz VAZ 21074 markalı 99- LD -398 dövlət qeydiyyat nişanlı avtomobilə oturmuş, həmin vaxt evinə getmək istəyən qonşusu Məmməd onun razılığı ilə avtomobilə, qabaq oturacaqda oturmuşdur. Avtomobili idarə edərkən, yolda yaşadığı evin yaxınlığında idarə etməni itirmiş və avtomobil sürüşərək yolun kənarında olan çirkab sular üçün nəzərdə tutulmuş kanala düşdüyündən, avtomobildə olan Məmməd qolundan xəsarət aldığı üçün onu yoldan keçən tanımadığı taksi ilə X10 tibbi yardım olunması üçün aparmışdır. Məmməd xəstəxanaya daxil olduqdan sonra, evinə qayıtmışdır. Evinə qayıtdıqda avtomobili həyətində görmüşdür. Anası ona kənd sakinlərinin avtomomili həyətə gətirdiklərini bildirmişdir. Spirtli içki qəbul etmir, spirtli içkinin təsiri altında avtomobili idarə etməmişdir. Bundan başqa, o izahatında bildirmişdir ki, X3 uzun müddət tanıyır və aralarında normal münasibət olmuşdur. Şahid2 və Şahid3 qardaşlarını yaşadığı Abşeron rayonu Qobu qəsəbə sakinləri kimi çoxdan tanıyır və aralarında mehriban münasibət olmuşdur. 2022-ci ilin sentyabr ayının əvvəllərində, yaşadığı Qobu qəsəbəsində olduğu vaxt Adil Adigözəlli ona yaxınlaşaraq Ceyhun Mətləb oğlu evindən 100 manat pulunun oğulanmasında ondan şübhələndiyini, ondan pulu qaytarmasını tələb etdiyini, əks halda polisə şikayət edəcəyini deyərək, onu hədələdiyini bildirmişdir. Adil onun Ceyhunla dost olduğunu bildiyini, Ceyhunun onunla işi olmamasını Ceyhuna deməsini ondan xahiş etmişdir. Adilə bu barədə Ceyhundan soruşaçağını, əgər pulunu oğurlayıbsa qaytarmasını demişdir. Bir neçə gündən sonra Ceyhunu yaşadığı Qobu qəsəbəsində görmüş və bu barədə ondan soruşduqda Ceyhun, evindən 100 manat pulun itdiyini, həmin tarixdə evinin yanından Adilin keçdiyini gördüyünə görə pulun Adilin götürməsindən şübhələndiyini ona demişdir. Lakin sonradan Adil bir dəfədə gəlib bununla maraqlanmamışdır. 07 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində Ceyhun və Rafiq Mətləb oğlu qardaşları ilə birlikdə Qobu qəsəbəsində yolda, “Mütəllim oğlu” marketin yaxınlığından keçərkən Adili gəzdiyi Günel adlı qızla piyada avtomobil yolun kənarı ilə getdiyini gördükdə, onlara yaxınlaşıb Adildən pulu Ceyhuna qaytarıb-qaytamaığım, bu məsələni Ceyhunla araşdırıbaraşdırmadığını soruşmuş, Adil isə Ceyhunu görmədiyini, onun pulun götürmədiyini demiş və Adilin qaçmaq istədiyini gördükdə tez onu avtomobil yolunda tutmuşdur. Adili bu hərəkətlərinə görə söymüş, onu yumruq və təpiklə vurmağa başlamış, həmin vaxt avtomobillər yolu keçə bilmədiklərindən sürücülər avtomobillərini saxlayıb, yolun açılmasını gözləməli olmuşlar. Onları heç kim ayırmamışdır. Sonra avtomobillərin keçməsi üçün Adili avtomobil yolundan kənara çəkib aparmış, Adilə irad bildirib “öz problemini həll etməyəcəkdinsə, bu barədə niyə mənə dedin, sonrada səni Ceyhunla üzləşdirmək üçün yanıma niyə gəlmədin” demişdir. Adilə bu məsələni küçədə, yox evdə aydınlaşdarmaq üçün, Ceyhunla onun arasında üzləşmə aparması üçün yaxınlıqda yaşayan tanışı Abdulla Ydulla oğlunun evinə gəlməsini təklif etmişdir. Adil razılaşmış və onlar ilə birlikdə Abdullanın evnə getmişlər. Həmin vaxt Güneldə Adilin yanında olmuşdur. Abdullaya onun evinə gəlməyinin səbəbini yəni, Adil ilə Ceyhun arasında olan narazılığı aydınlaşdırmaq üçün gəldiklərini dedikdə, Abdulla onun evində belə işləri aydınlaşdırmaq üçün gəlməklərinə narazılıq etdiyini görə, oradan onları öz evinə aparmışdır. Həmin vaxt evində heç kim olmamışdır. Ceyhun evindən 100 manat pulu itdiyi vaxt, Adilin onların küçəsindən getdiyini gördüyünə görə, pulun Adil tərəfindən götürülməsindən şübhələndiyini demişdir. Adil isə Ceyhuna onun itən pulundan xəbərin olmadığını demişdir. Təxminən 10 dəqiqədən sonra Adil ilə Günel oradan çıxaraq getmişlər. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 04 iyun 2022-ci il tarixdə, saat 00:20 radələrində yaşadığı Qobu qəsəbəsində olan toy məclisindən çıxaraq evinə getmək üçün həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə, qabaq oturacaqda oturmuşdur. Zaur yolda avtomobili idarə etdiyi vaxt, idarə etməni itirdiyinə görə avtomobil yolun kənarında olan çirkab sular üçün nəzərdə tutulmuş kanala düşməsi nəticəsində, sağ qolundan xəsarət almışdır. Zaur yoldan keçən taksiyə onu əyləşdirib, X10 tibbi yardım göstərilməsi üçün çatdırılmışdır. Təxminən 2-3 saatdan sonra onu evə buraxmışlar. Zaurun sərxoş olduğunu bilmir.Hazırda təqsirləndirilən şəxslə barışmışlar, ona dəyən ziyan tam şəkildə təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim edilmiş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin olmadığını, ona dəymiş maddi zərərin tam şəkildə ödənildiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayında Qobu qəsəbəsində yaşayan Şahid3 evinin yanından keçərkən, həyətlərində heç kim olmadığına görə, həyətə qapıdan girmiş və həyətdəki stolun üstündə gördüyü 100 manat pulu götürüb, həyətdən çıxaraq getmişdir. Bir qədər getdikdən sonra Ceyhun arxasınca gəlib ona həyətindən 100 manat pulu oğurladığını, pulu qaytarmasını, əks halda ondan polisə şikayət edəcəyini dedikdə, ona yalandan pul götürmədiyini, bundan xəbəri olmadığını demişdir. Oradan götürdüyü 100 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Atasının yaxın dostu Təqsirləndirilən şəxs ilə Ceyhunun mehriban münasibəti olduğunu bildiyinə görə 2022-ci ilin sentyabr ayının ortalarında Zaur ilə yaşadıqları Qobu qəsəbəsində rastlaşdıqda ona Ceyhungilin həyətindən 100 manat oğurladığını, Ceyhunun bunu bildiyini, pulu şəxsi ehtiyaclarına xərclədiyini, qaytarmağa pulu olmadığını, pulu qaytarmaq üçün Ceyhundan onun üçün 5-6 gün vaxt istədiyini, Ceyhunun polisə şikayət etməməsini xahiş etmişdir. Zaur bu barədə Ceyhundan xahiş edəcəyini ona demişdir. Lakin pulu olmadığına görə söz verdiyi tarixdə pulu qaytara bilmədiyinə görə, utandığından Zaur və Ceyhundan gizlənmişdir. xx.xx.2022-ci il tarixdə, gecə saat 02 radələrində Şahid1 ilə Abşeron rayonu, Qobu qəsəbəsindəki evindən çıxıb piyada Xırdalan şəhərinə getmək üçün, Qobu qəsəbəsində, “Mütəllim oğlu” marketin yaxınlığındakı yolda Zaur, Şahid2 və onun qardaşı Şahid3 ilə rastlaşdıqda, onu saxlamışlar. Zaur ondan pulu Ceyhuna qaytarıb-qaytamaığım soruşduqda, pulu qaytarmadığını demiş, Zaurun acıqlı olduğunu gördükdə ondan uzaqlaşıb qaçmaq istədikdə, Zaur tez onu avtomobil yolunda tutaraq, heç bir səbəb olmadan onu nalayiq sözlər ilə söyməyə, yumruq və təpiklə vurmağa başlamışdır. Zaur onu avtomobil yolunda döydüyü vaxt, avtomobillər yoldan keçə bilmədiklərinə görə yol bağlanmışdır. Ancaq heç bir sürücü və ya başqası onları ayırmağa gəlməmişdir. Sonra Zaur onu avtomobil yolundan kənara aparmış, Ceyhun ilə aralarındakı məsələni aydınlaşdırmaq üçün ona yaxınlıqda yaşayan Abdulla Ydulla oğlunun evinə getməklərini təklif etmiş və buna razılığını bildirmişdir. Oradan Abdullanın evinə getmişlər. Abdulla onun evinə gəlməklərinin səbəbini öyrəndikdə, buna narazılıq etdiyinə görə, Zaurun təklifi ilə onun yaxınlıqdakı evinə getmişlər. Orada Ceyhun və Zaurla söhbət zamanı Ceyhungilin həyətindən 100 manat götürdüyünü, pulu şəxsi ehtiyaclarına xərclədiyini, 15-20 günə pulu Ceyhuna qaytaracağına söz vermiş və təxminən 10 dəqiqədən sonra Günel ilə Zaurgildən çıxıb getmişlər. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim edilmiş ərizəsində Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid3 qardaşıdır. Zərərçəkmiş şəxs1 isə qonşusudur. Təqsirləndirilən şəxs ilə həmkəndlidir, aralarında narazılıq olmamışdır. Qardaşı Ceyhun 2022-ci ilin avqust ayında evdən ona məxsus 100 pulun oğurlandığını, həmin evin yaxınlığından Adilin piyadə getdiyini gördüyünü və buna görə pulun Adil tərəfindən götürülməsindən şübhələndiyini demişdir. Ceyhun sonra Adildən pulu qaytarmasını tələb etdiyini, əgər pulu qaytarmasa ondan polisə ərizə ilə müraciət edəcəyini demişdir. Adil isə Ceyhuna pulu götürmədiyini, bundan xəbəri olmadığını demişdir. Bir neçə gündən sonra Zaurdan eşitmişdir ki, Adil ondan Ceyhunun evindən 100 manat götürmədiyini, Ceyhunun ondan polisə şikayət etməməsini xahiş etmişdir. Zaur isə onlara Adilin bu işlə əlaqədar onun yanına gələcəyini və bu məsələni aydınlaşdıracağını demişdir. Lakin sonradan Adil, Zaurun, nə də Ceyhunun yanma gəlmədiyinə görə, Ceyhunun Adilə qarşı şübhəsi bir daha artmışdır. 07 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində Ceyhun və Zaur ilə birlikdə yaşadıqları Abşeron rayonu, Qobu qəsəbəsində “Mütəllim oğlu” marketin yaxınlığından keçərkən Adili, Günel adlı qızla piyada, avtomobil yolun kənarı ilə getdiyini gördükdə, onlara yaxınlaşmış, Zaurun orada Adildən pulu Ceyhuna qaytarıb-qaytamaığmı, bu məsələni Ceyhunla araşdırıb- araşdırmadığını soruşmuşdur. Adil isə Ceyhunu görmədiyini, onun pulun götürmdiyini demiş və qaçmaq istədikdə Zaurun tez onu avtomobil yolunda tutmuş, orada Adili söymüş, yumruq və təpiklə vurmağa başlamış, ona görə həmin vaxt avtomobillər yolu keçə bilmədiklərindən sürücülər avtomobillərini saxlamış, yolun açılmasını gözləmişlər. Sonra Zaur avtomobil yolundan Adili kənara gətirmiş, ondan sonra avtomobillər hərəkətlərinə davam etmişdir. Zaur, Adilə iradını bildirib, bu məsələni aydınlaşdırmaq üçün Ceyhunun yanma niyə getmədiyini, bu məsələni küçədə yox, evdə aydınlaşdarmq üçün Ceyhun və Adilə yaxınlıqda yaşayan Abdulla Yədulla oğlunun evinə birlikdə getmələrini təklif etmişdir. Ona görə də, birlikdə Abdullanın evnə getmişlər. Zaur, Abdullaya onun evinə Adil ilə Ceyhun arasında olan narazılığı aydınlaşdırmaq üçün gəldiklərini dedikdə, Abdulla buna etiraz edərək, narazılığını bildirdiyinə görə Zaurun təklifi ilə oradan onun evinə getmişlər. Zaurun evində Ceyhun evindən 100 manat pulu itdiyi vaxt, Adilin onların küçəsindən getdiyini gördüyünə görə, pulun Adilin götürdüyündən şübhələndiyini dedikdə, Adil isə Ceyhuna onun itən pulundan xəbəri olmadığını demişdir. Təxminən 10 dəqiqədən sonra Adil yanındakı Günel adlı qadınla oradan getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında küçə qapısınin yanından qonşusu Zərərçəkmiş şəxs1 piyadə getdiyini görmüşdür. Həyətinə daxil olduqda bir az əvvəl həyətindəki stulun üstündəki siqaret qutusunun altında qoyduğu bir ədəd 100 manatlıq əskinazın yerində olmadığını gördükdə, pulun Adil tərəfindən götürülməsindən şübhələnmiş və tez küçəyə çıxaraq Adilin ardınca gedib, onu saxlamışdır. Adilə həyətindən 100 manat pulunu götürdüyünü və pulu qaytarmasını, əgər qaytarmasa ondan polisə şikayət edəcəyini demişdir. Adil isə onların həyətindən pul götürmədiyini, deyərək, yoluna davam etmişdir. Bu barədə qardaşı Rafiqə demişdir. Bir neçə gündən sonra yaşadığı qəsəbədə Təqsirləndirilən şəxs ona Adilin ondan xahiş etdiyini, həyətlərindən götürdüyü 100 manat pulu şəxsi ehtiyaclarına xərclədiyini, pulu qaytarmaq üçün 5-6 gün vaxt istədiyini, demişdir. Zaura onun xahişini yerə salmayacağım, ancaq Adilin dediyi vaxta 100 manatı qaytarmasını demişdir. Zaurda ona narahat olmamasını, Adil söz verdiyi vaxt pulunu qaytaracağını demişdir. Lakin Adil söz verdiyi vaxta pulu qaytarmamış, onu axtarsa da tapa bilməmişdir. Bir müddətdən sonra, 07 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində qardaşı Rafiq və Zaur ilə birlikdə Qobu qəsəbəsində “Mütəllim oğlu” marketin yaxınlığından keçərkən Adili, sonradan adını öyrəndiyi Günel adlı qızla piyada, avtomobil yolun kənarı ilə getdiyini gördükdə, onlara yaxınlaşmışlar. Zaur orada Adildən pulu qaytarıb-qaytamadığmı soruşduqda Adil, pulu qaytarmadığını etiraf etmişdir. Adil bunu dedikdən sonra qaçmaq istədikdə Zaur tez onu avtomobil yolunda tutmuş, yalan danışdığına görə Adili nalayiq sözlər ilə söymüş, yumruq və təpiklə vurmağa başlamışdır. Zaur avtomobil yolun üstündə Adili döydüyü vaxt, avtomobillər yolu keçə bilmədiklərindən sürücülər avtomobillərini saxlayıb, yolun açılmasını gözləmişlər. Zaur Adili avtomobil yolundan kənara çəkib gətirdikdən sonra, yol açılmış və sürüçülər hərəkətlərinə davam etmişlər. Zaur, Adilə götürdüyü pulu söz verdiyi vaxtı nə üçün qaytarmadığını, onu yalançı çıxartdığını, nə üçün sonradan onun yanma getmədiyini deyərək, ona iradını bildirdikdə, Adil pulu qaytarmadığı barədə müxtəlif bəhanələr gətirmişdir. Zaur bu məsələni küçədə, yox evdə aydınlaşdarmq üçün, onu və Adilə yaxınlıqda yaşayan həmyerliləri Abdulla Ydulla oğlunun evinə getmələrini təklif etmiş, ona görə Abdullanın evnə getmişlər. Zaur ev sahibi Abdullaya onun evinə gəlməklərinin səbəbini yəni, Adil ilə onun arasındakı pul narazılığını aydınlaşdırmaq üçün gəldiklərini dedikdə, Abdulla buna etiraz edərək, narazılığını bildirmiş, ona görə Zaurun təkli 11 ilə oradan onun evinə getmişlər. Orada evindən 100 manat pulun itdiyi vaxt, Adili evlərinin yaxdığında piyadə getdiyini, həmin vaxt yaxdıqda heç kimin olmadığını gördüyünə görə, pulun Adil tərəfindən götürülməsindən şübhələndiyini demiş, Adil isə onun itən 100 manat pulundan xəbəri olmadığını demiş, bununla da aralarında danışıq qurtarmış və təxminən 10 dəqiqədən sonra Adil və Günel adlı qadın oradan getmişlər. Bundan təxminən 4-5 gündən sonra evdəki başqa şalvarının cibində itmiş bildiyi 100 manat pulunu tapmışdır, həmin pulu şalvarının cibinə nə vaxt qoyduğu yadında deyildir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, sevgilisi X5 ilə xx.xx.2022-ci il tarixdə, gecə saat 02 radələrində Abşeron rayonu, Qobu qəsəbəsindəki Adilin evindən çıxıb piyada Xırdalan şəhərinə avtomobil yolun kənarı ilə getdikləri vaxt, Qobu qəsəbəsindəki “Mütəllim oğlu” marketin yaxınlığında, sonradan adlarını öyrəndiyi Təqsirləndirilən şəxs, Rafiq və Ceyhun Mətləb oğlu qardaşları onların yanına gəlmiş və Zaur orada Adili saxlayaraq ondan Ceyhuna pulu qaytarıb-qaytamadığını soruşduqda, Adil ona Ceyhunu görmədiyini, onun pulun götürmədiyini demişdir. Adili qaçmaq istədikdə Zaur tez avtomobil yolunda tutmuş, onların yanında və yoldan keçən tanımadığı avtomobil sürücülərin gözü qarşısında ucadan, nalayiq sözlər ilə Adili söyməyə, yumruq və təpiklə döyməyə başlamışdır. Adil isə qorxusundan Zaura heç nə deməmişdir. Zaur avtomobil yolunda Adili döydüyün vaxt, yoldakı sürücüləri yolu keçə bilmədiklərinə görə, avtomobillərini saxladıqlarına görə, yol bağlanmışdır. Lakin heç bir sürücü və ya başqası onları ayırmaq üçün gəlməmişdir. Sonra Zaur avtomobil yolundan Adili kənara aparmış, Ceyhunun pul məsələsini birlikdə aydınlaşdırmaq üçün yaxınlıqda yaşayan Abdulla adlı şəxsin evinə birlikdə getməyi Adilə dedikdə, Adildə razılaşaraq Abdulla adlı şəxsin evinə getmişlər. Abdulla adlı şəxs evndə tək olmuşdur. Zaur Abdullaya onun evinə Adil ilə Ceyhunun pul məsələsini aydınlaşdırmaq üçün gəldiyini dedikdə, Abdulla buna razı olmadığına görə, Zaurun təklifi ilə onun evinə getmişlər. Zaurun evində heç kim olmamışdır. Adili tək qoymadığına görə onun yanında olmuşdur. Zaur öz evində Ceyhun və Adil ilə 100 manat itən pulun kim tərəfindən götürülməsi ilə əlaqədar danışıq apardığı vaxt Ceynun evindən 100 manat pulu itdiyi vaxt, onların küçəsindən Adilin getdiyini görmüş və buna görə pulun Adil tərəfimdən götürülməsindən şübhələndiyini demişdir. Adil isə həmin puldan xəbəri olmadığını, barəsində bu deyilənlərin yalan olduğunu demişdir. Sonra Adil ilə oradan çıxıb getmişlər. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: “MTE və PA Birliyi" PHŞ-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2449 nömrəli ekspert rəyindən görünür ki, 1997-ci il təvəllüdlü X2 bədənində aşkar edilmiş xəsarətlər - üst dodağın selikli qişasının səthi əzilmiş yarası və sol bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayyinədən 7-10 gün əvvələ uyğun olmaqla, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı- ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmur.

2. A.M.Adigözəllinin bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə və həmçinin qərarda göstərilən şəraitdə yəni, insan bədəninin hissələrinin (əl, əl barmağı, ayaq və s.) tərəfindən əmələ gələ bilmələri mümkündür. “MTE və PA Birliyi” PHŞ-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18TS nömrəli ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 X9 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol said sümüklərinin çıxığı, mil sümüyünün tipik yerdəyişməyən sınığı, Lİ fəqərəsinin üst səhfəsinin çökmüş sınığı bərk küt əşya (əşyaların) təsirindən, qərarda qeyd edilən müddətdə və şəraitdə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. MEM tərəfindən verilmiş 24 avqust 2022-ci il tarixli 8/2117 nömrəli ekspeıt rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21074 markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hisssəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut olan VAZ 21074 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsindəki 23 saylı evin həyətində saxlanılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 263.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İş materiallarında olan zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan tam şəkildə ödənildiyi üçün onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, onlara dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri,şahidləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs 04 iyun 2022ci il tarixdə, saat 00:20 radələrində adına xx.xx.2019-cu il tarixdə verilmiş “BC" kateqoriyalı, AE seriyalı 044599 №-li sürücülük vəsiqəsi əsasında, texniki cəhətdən saz olan, etibarnamə ilə idarə etdiyi VAZ- 21070 markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1- ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, edəcə də yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək, idarə etməni itirərək avtomobili həmin yolun kənarında olan çirkab sular üçün nəzərdə tutulmuş kanala düşmüş, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Əmnağı oğlu sol said sümüklərinin çıxığı, mil sümüyünün tipik yerdəyişməyən sınığı, L1 fəqərəsinin üst səhfəsinin çökmüş sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi və bundan başqa onun tanışı Şahid3 yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evindən 100 manat pulun X5 tərəfindən götürülməsini bəhanə edərək, 07 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Mütəllim oğlu" marketin yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkaranə olaraq, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək Adil Adigözəllini saxlayıb Şahid3 pulunu qaytarıb-qaytarmadığını soruşması əsasında yolunda tutaraq heç bir əsaslı səbəb olmadan ictimai yerdə insanların gözü qarşısında uca səslə nalayiq ifadələr işlədərək, Adil Adigözəllini yumruq və təpiklə vuraraq üst dodağın selikli qişasının səthi əzilmiş yarası və sol bazunun qançırı ilə nəticələnən qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə və yolda hərəkətdə olan avtomobillərin hərəkətini təxminən 10 dəqiqə məhdudlaşdırmaqla qərəzli hərəkətlər etməsi tam sübutdur. Təqsirləndirilən şəxs qeyd edilən əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1 və 221.1 maddələri ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Bununla yanaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə törətmiş olduğu cinayətə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə 15.2. qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin, qeyd edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət işinin icraatı ibtidai istintaqının aparıldığı dövrdə və işə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin istintaqdan və ya məhkəmədən gizlənəməsinə görə cinayət işinin icraatı dayandırılmamışdır. Hazırki ittihamdan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət əməlini xx.xx.2022-ci il tarixdə törətmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; İşin məhkəmə baxışında müdafiə tərəfi olaraq təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özlərini təqsirli bildiyini və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübutdur, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və habelə təqsirləndirilən şəxslə zərərçəkən barışdıqlarından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə və CM-nin 263.1 maddəsinin qeyd hissəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına həmin hissədə xitam verilməlidir. Təqsirləndirilən şəxs digər hərəkətinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-651/2022 saylı qərarı ilə onun barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, sonradan həbsdə olma müddəti uzadılmışdır. Müstəntiqin 27 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməlləri CM-nin 181.2.1 və 263-1.1 maddələrindən CM-nin 263.1 və 221.1. maddələrinə tövsif edilməsi ilə əlaqədar, yəni böyük ictimai təhlükə törətməyə əməllərə tövsif edilmiş və bu əsasda “həbs”qətimkan tədbiri barədə qərarın icrasına xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı 07 ay 17 gün həbsdə qalma müddəti cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış VAZ 21074 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsindəki 23 saylı evin həyətində saxlanılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 07 ay 17 gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. VAZ 21074 markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsindəki 23 saylı evin həyətində saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəm baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar