Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1140/2024 23.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ya.ayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 18:53-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Hyundai HD78 markalı, ** JK *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16,5-ci kilometrliyində, Şamaxı rayonu istiqamətində orta zolaqla təxminən 50-55 km/saat sürətlə hərəkətdə olarkən «X4» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqla özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını ala bilsin, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, qarşısı ilə eyni zolaqla hərəkətdə olan Hyundai Santafe markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 qarşıda piyada keçidində yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs yol vermək məqsədilə avtomobilin sürətini azaldaraq keçidə çatmadan dayandırdığı an onun avtomobilinin qabaq hissəsi ilə Hyundai Santafe markalı avtomobilin arxa hissəsi toqquşmuş, zərbədən Hyundai Santafe markalı avtomobil qabağa atılaraq piyada keçidində hərəkətini davam etdirən Zərərçəkmiş şəxs bədəninin sol hissəsinə dəymiş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs bel nahiyəsinin, sol sağrı nahiyəsinin əzilməsi, sol Vİİ, İX, X, Xİ, Xİİ qabırğaların yerdəyişən sınığı, soltərəfli hemitoraks (plevra boşluğuna qanın toplanması) sol oturaq sümüyünün az yerdəyişmiş sınığı, oma sümüyünün yerdəyişməyən sınığı kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ilkin olaraq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, lakin sonuncu məhkəmə prosesində verdiyi izahatında özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, iki il müddət olar ki, "xxxx" MMC-də sürücü işləyir. Belə ki, hadisə günü, yəni xx.xx.2024-cü il tarixdə saat 18:53-də şirkətə məxsus Hyundai markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı yolu ilə təxminən 50-55 km/saat sürətlə rayon istiqamətində hərəkətdə olarkən sol zolaqdan sağa-orta zolağa keçdikdə qarşısında hərəkət edən Hyundai markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən dayanmış, o, bunu görüb dərhal əyləci basmış, lakin idarə etdiyi avtomobilin sol hissəsi qabaqda dayanan Hyundai markalı avtomobilin arxa sağ tərəfi ilə toqquşmuş, nəticədə Hyundai markalı avtomobil qabağa sıçrayaraq ön hissəsi yolu rayon istiqamətində piyada keçidi zolağı ilə keçən piyada kişiyə dəymiş, nəticədə piyada xəsarət almışdır. Hadosədən əvvəl avtomobili texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuş, avtomobilində sərnişin olmamış, hadisədən az əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə zamanı onun avtomobili “Hyundai” markalı avtomobilə dəysə də digər avtomobillərlə toqquşmamışdır. Baş vermiş hadisə nəticəsində o, xəsarət almamışdır. Bir qədər sonra hadisə yerinə yol polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmiş, xəsarət alan piyada xəstəxanaya aparılmışdır. Sonda məhkəməyə ərizə təqdim edərək, baş vermiş nəqliyyat hadisəsi ilə əlaqədar Zərərçəkmiş şəxs dəymiş maddi və mənəvi ziyanın tərəfindən tam olaraq ödənilərək, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 26 iyul 2024-cü il tarixdə, təxminən axşam satlarında mikroavtobusla Bakı şəhərindən Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 16,5-ci kilometrliyində Şamaxı istiqamətli hərəkət hissəsinin sağ kənarına gəlib mikroavtobusdan düşərək, yolun sağından soluna doğru piyada keçidi zolaqları ilə asta yerişlə keçən zaman solda piyada zolaqlarından əvvəl açıq rəngli Hyundai markalı avtomobilin sürücüsünün dayanaraq, onun yolu keçib getməsini gözlədiyini görmüş, o, yolun ortasına çatan zaman həmin Hyundai markalı avtomobil irəliyə atılaraq onun solundan dəymişdir. O, zərblə asfalta yıxılmış və xəsarət almışdır. Sonradan ona məlum olmuşdur ki, Hyundai markalı avtomobilin arxa hissəsindən yük maşını vurmuş, bu səbəbdən həmin avtomobil irəliyə atılıb piyada keçidi zolaqlarında ona dəymişdir. Hadisə yerindən onu xəstəxanaya aparmışlar. Hadisə baş verən gündən xx.xx.2024-cü il tarixədək mülalicəsini xəstəxanada qalaraq, stasionar olaraq almış, daha sonra isə ev şəraitində müalicəsini davam etdirmişdir. Sürücü Təqsirləndirilən şəxs ona arada-bir baş çəksə də, lakin maddi cəhətdən yardım göstərmədiyindən o, şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Sonda məhkəməyə ərizə təqdim edərək, baş vermiş nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 26 iyul 2024-cü il tarixdə axşam saatlarında idarə etdiyi özünə məxsus və texniki cəhətdən saz vəziyyətdə olan Hyundai Santafe markalı 77 CN-990 dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 60 km/saat sürətlə Bakı-Şamaxı yolu ilə üzü Şamaxı istiqamətində hərəkətdə olarkən yolun kənarında bir nəfər piyada kişinin piyada zolaqlarına daxil olduğunu görüb avtomobilin sürətini azaldaraq avtomobilin qəza işıqlarını yandırmış və avtomobili saxladığı anda arxadan gələn yük avtomobili onun avtomobilini arxa hissədən vurmuş, zərbədən avtomobili qabağa atılaraq yolu keçən piyadaya dəymiş, idarə olunmaz vəziyyətdə bir neçə metr irəliyə atılaraq dayanmışdır. Qısa müddət sonra hadisə yerinə gələn polis əməkdaşları orada sənədləşmə işləri aparmış, həmçinin xəsarət almış şəxs təcilibi tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. Hadisə zamanı o və avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş oğlu Nail xəsarət almamış, həmçinin nəqliyyat vasitəsində yük olmamış, və o, həmin an ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 26 iyul 2024-cii il tarixdə, təxminən axşam saatlarında atası Şahid1 idarə etdiyi Hyundai markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı yolu ilə üzü Şamaxı istiqamətində orta zolaqda hərəkət edib evinə gedərkən Abşeron rayonu ərazisində qəza baş vermişdir. Hadisə zamanı o, avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Belə ki, o, bir nəfər piyada kişinin həmin yola adi yerişlə daxil olduğunu görüb atası Ələkbərin idarə etdiyi avtomobilin qəza işıqlarını yandıraraq dayandırdığı anda arxadan gələn yük avtomobilinin onun əyləşdiyi avtomobili arxa hissəsindən vurub qabağa atdığını və əyləşdiyi avtomobilin idarəolunmaz vəziyyətdə qabağa atılaraq yolu keçən piyada kişiyə dəydiyini, nəticədə piyada kişinin xəsarət aldığını bildirmişdir. Hadisədən sonra o və atası Ələkbər dərhal avtomobildən düşüb hadisə yerinə yaxınlaşmış, qısa müddət sonra hadisə yerinə yol polisi əməkdaşları və təcili tibbi yardım maşını gəlmiş, təcili tibbi yardım maşını ilə yaralı xəstəxanaya yola salınmış, hadisə yerində sənədləşmə işləri görülmüşdür. Bildirmişdir ki, hadisə zamanı o və atası xəsarət almamışlar. Avtomobildə ondan başqa sərnişin olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 2019-cu ildən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "xxxx" MMC-də direktor vəzifəsində işləyir. O özü hadisənin bir başa şahidi olmayıb, lakin MMC-ə aid nəqliyyat vasitəsinin zədələnməsinin səbəbi ilə maraqlandıqda Ağacan ona hadisə barədə danışmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X5 tərəfindən “Sərxoşluq hakkarlnln bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 26 iyul 2024-cü il tarixli 2/40388 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır;
2. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 26 iyul 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Bakı-Şamaxı-Yevlax rayonunun Abşeron rayonu ərazisindən keçən 16,5 kilometrliyində baş vermişdir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt beton örtüklü olmaqla, düzdür. Hərəkət zolaqlarının sayı 3 olmaqla, işlək hissəsinin eni 11 metrdir. Hadisə yerində əks istiqamətli nəqliyyat axınını beton manelərlə ayırlır. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir.
3. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 05 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2005-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək, ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (iüç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2007-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və 11 mart 2008-ci ildə cəzanın sonu ilə azad olunmuşdur;
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5in “canlı şəxsin ekspertizasının” 21 avqust 2024-cü il tarixli 78 TS №-li əlavə rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən sonra həmin tarixdə “X3”-ə müraciət etmiş və ona “Bel nahiyəsinin, sol sağrı nahiyəsinin əzilməsi, sol Vİİ, İX, Xİ, Xİİ qabırğaların yerdəyişən sınığı, soltərəfli hemitoraks, (plevra boşluğuna qanın toplanması). Sol oturaq sümüyünün az yerdəyişmiş sınığı, oma sümüyünün yerdəyişməyən sınığı diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qəratın təsvir hissəsində göstərilən müdətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 24 avqust 2024-cü il tarixli 8/2153 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai HD78 markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X4» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur;
6. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 27 avqust 2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir;
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin 09 sentyabr 2024-cü il tarixli məlumatına əsasən xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə BB 208694 nömrəli, “CD” kateqoriyalı sürücüük vəsiqəsi verilmiş, xx.xx.2024-cü il tarixdə həmin sürücülük vəsiqəsi BC 050915 nömrəli, “CD” kateqoriyalı sürücüük vəsiqəsinə dəyişdirilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır;
8. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
9. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında 04 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə tövsif edilmiş, o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuş, iş üzrə “Hyundai HD78” markalı, ** JK *** və “Hyundai Santafe” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmış və cinayət işi üzrə məhkəmə tibb ekspertizasının 31 avqust 2024-cü il tarixli, 78 TS nömrəli rəyi və məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının 24 avqust 2024-cü il tarixli, 8/2153 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmişdir;
10. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur.
11. “Qətimkan tədbirinin seçilməsi barədə” 08 oktaybr 2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir.
12. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə müstəntiq Vüsal Məmmədov tərəfindən ibtidai istintaq tamamlanaraq 22 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktı 30 oktyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir.
Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən, onun ittiham olunduğu cinayət işinin icraatına xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai HD78” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Hyundai Santafe” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X4” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Abşeron Rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai HD78” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Hyundai Santafe” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Abşeron rayon Prokurorluğuna göndərilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Abusət Qasımov