Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1141/2024 27.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, Bağçalı evlər ev 2, mənzil 1-də kirayədə yaşayarkən həmin mənzilin qonaq otağından bir ədəd 1200 manat dəyərində “Elite” markalı kondisioneri, bir ədəd 700 manat dəyərində “LG” markalı televizoru, mətbəxdən bir ədəd 500 manat dəyərində “Shivaki” markalı soyuducunu və bir ədəd 1500 manat dəyərində “Samsunq” markalı paltaryuyan maşını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3900 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayəti ilə bağlı bildirir ki, həqiqətən də o, 23 yanvar 2024-cü ildən 2024-cü ilin aprel ayının sonlarınadək sonuncuya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, Bağçalı evlər ev 2, mənzil 1 ünvanında aylıq 300 manat müqabilində kirayədə yaşamışdır. O, ilk vaxtlar kirayə pulunu vaxtı-vaxtında ödəsə də, lakin işlərində çətinliiklər yarandığından aprel ayı üçün veriləcək pulu verə bilməmişdir. O, maddi imkansızlığı səbəbindən qərara gəlmişdir ki, kirayədə yaşadığı mənzildə olan bir ədəd kondisioneri ev sahibinin məlumatı olmadan divardan sökərək sataraq, həmin evdən gizlincə çıxıb getsin. Bu səbəbdən o, 2024-cü ilin aprel ayının dəqiq tarixi xatırlamadığı bir günündə kirayədə yaşadığı həmin evdə quraşdırılmış bir ədəd kondisioneri sökərək, şəklini çəkmiş və 330 manata satmaqla bağlı “Tap.Az” internet saytında elan yerləşdirmişdir. Təxminən 2-3 gün sonra tanımadığı şəxs onunla telefon əlaqəsi saxlayıb, şəklini elanda yerləşdirdiyi həmin kondisioneri bəyəndiyini bildirib, onun kirayədə yaşadığı evə gəlmiş və ona 300 manat verərək həmin kondisioneri mühərriki (kompressoru) ilə birlikdə aparıb getmişdir. Bundan bir neçə gün sonra, yəni 28 aprel 2024-cü il tarixdə o, həmin evdən çıxıb getmişdir. Bir neçə müddət sonra ev sahibinin qızı Afiqə adlı şəxs onunla telefon əlaqəsi saxlayıb, əşyalarını yerinə qoymasını, əks halda barəsində şikayət edəcəyini bildirdikdə o, həmin şəxsə qısa müddət ərzində evindən oğurladığı kondisionerin əvəzinə bir ədəd kondisioner alaraq yerinə qoyacağına dair söz versə də, maddi vəziyyəti yaxşı olmadığına görə verdiyi sözünü tuta bilməmişdir. O, həmin evdən yalnız bir ədəd kondisioneri (mühərriki ilə birlikdə) oğurlayıb “Tap.Az” internet saytında tanımadığı və mobil nömrəsini mobil telefonunun yaddaşında saxlamadığı şəxsə 300 manata satmışdır. Zərərçəkmiş şəxsin ondan tələb etdikləri ilə razı deyil, belə ki, o, bir ədəd 700 manat dəyərindəki “LG” markalı televizoru, mətbəxdə olan bir ədəd 500 manat dəyərindəki “Shivaki” markalı soyuducunu və bir ədəd 1500 manat dəyərindəki “Samsunq” markalı paltaryuyan maşını oğurlamamışdır.Əlavə olaraq bildirir ki, evi kirayədə yaşamaq üçün təhvil götürərkən həmin əşyalar orada olmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, oğurluq əməlini maddi imkansızlıqdan törətməsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı qısa müddət ərzində geri ödəcəyini? himayəsində üç azyaşlı övladının olduğunu, arvadının işləmədiyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, Bağçalı evlər ev 2, mənzil 1 ünvanını 23 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aylıq 300 manat müqabilində kirayəyə vermişdir. İlk vaxtlar Cavid kirayə haqqını vaxtlı-vaxtında ödəsə də, lakin sonrakı müddətlərdə kirayə pulunu müxtəlif bəhanələr gətirərək ödəməmiş və telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən 02 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs evdə tapıb onunla söhbət etmək üçün Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən həmin evə getdikdə mənzilin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, içəri daxil olub otaqlara nəzər yetirdikdə isə qonaq otağında olan bir ədəd 1200 manat dəyərindəki “Elite” markalı kondisionerin, bir ədəd 700 manat dəyərindəki “Samsunq” markalı televizorun, mətbəxdə olan bir ədəd 500 manat dəyərindəki “Shivaki” markalı soyuducunun və bir ədəd 1500 manat dəyərindəki “Samsunq” markalı paltaryuyan maşının yerində olmadığını gördükdə qızına zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra qızı Afiqə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxladıqda sonra sonuncu həmin əşyaları evdən oğurlayıb apardığını etiraf edərək, qısa müddət ərzində əşyaları yerinə qoyacağını desə də ona inanmış və qızı DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Bundan başqa o, Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək həmin şəxsin tapılaraq barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Sonda təsqirləndirilən şəxsdən şikayətçi olmasını, oğurluq hadisəsi zamanı ona dəymiş 3900 manat məbləğində ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Şahid1 onun xalası qızıdır. 2024-cü ilin yanvar ayında xalası qızı ona zəng edərək, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən yaşayış olmayan mənzillərini Cavid adlı şəxsin kirayə götürmək istədiyini bildirərək, hazırda işləri olduğuna görə rayonda olmalarınıvə həmin mənzili Cavid adlı şəxsə onun təhvil verməyini xahiş etmişdir. O, 23 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə görüşüb Afiqənin anası Zərərçəkmiş şəxs məxsus həmin mənzili içərisindəki əşyalarla birlikdə Cavidə təhvil vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəlki ayların kirə pulunu vaxtı-vaxtında ödəsə də, lakin aprel ayının kirə pulunu müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmağa və Afiqənin telefon zənglərinə cavab verməməyə başlamışdır. Ona görə də anası Güllər Təqsirləndirilən şəxsla söhbət etmək üçün xx.xx.2024-cü il tarixdə həmin mənzilə gedən zaman mənzilin qapısının açıq vəziyyətdə olduğunu görmüş, həmçinin mənzilə daxil olub otaqlara nəzər yetirdikdə qonaq otağında olan bir ədəd kondisionerin, bir ədəd “LG” markalı televizorun, mətbəxdə olan bir ədəd “Shivaki” markalı soyuducunun və bir ədəd “Samsunq” markalı paltaryuyan maşının yerində olmadığını görmüşdür. Ona görə də xalası qızı Afiqə DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Xalası qızı Afiqə ona bu barədə məlumat verən kimi o, gedib həmin mənzilə baxarkən həqiqətəndə mənzildə bir ədəd kondisionerin, bir ədəd “LG” markalı televizorun, mətbəxdə olan bir ədəd “Shivaki” markalı soyuducunun və bir ədəd “Samsunq” markalı paltaryuyan maşının yerində olmadığını, Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını görmüşdür. Bundan əlavə Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs mənzili kirayədə yaşamaq üçün verən zaman həmin əşyalar orada olmuşdur. O, həmin mənzili Təqsirləndirilən şəxs kirayədə yaşamaq üçün təhvil verərkən, eləcə də Cavidin həmin mənzildən oğurluq etdiyini bildikdən sonra həmin mənzilə gedib baxdığını mobil telefonu ilə çəkmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Ağdaş şəhəri, N.Nərimanov küçəsi ev 6/13-də qeydiyyatda olmaqla Ağdaş rayonu, Ağdaş şəhəri, K.Kərimov küçəsi ev 34-də ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, Bağçalı evlər ev 2, mənzil 1 ünvanı anası Zərərçəkmiş şəxs məxsusdur. Anası həmin mənzillərini xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs aylıq 300 manat müqabilində kirayəyə vermişdir. Cavid əvvəlki ayların kirə pulunu vaxtı-vaxtında ödəsə də aprel ayının kirə pulunu müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmağa və telefon zənglərinə cavab verməməyə başlamışdır. Ona görə də anası Güllər Təqsirləndirilən şəxs evdə tapıb onunla söhbət etmək üçün xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Masazır qəsəbəsi, “Qurtuluş- 93” yaşayış kompleksində yerləşən həmin mənzillərinə gedən zaman mənzilin qapısının açıq vəziyyətdə olduğunu görmüş, həmçinin mənzilə daxil olub otaqlara nəzər yetirdikdə isə qonaq otağında olan bir ədəd 1200 manat dəyərindəki “Elite” markalı kondisionerin, bir ədəd 700 manat dəyərindəki “LG” markalı televizorun, mətbəxdə olan bir ədəd 500 manat dəyərindəki “Shivaki” markalı soyuducunun və bir ədəd 1500 manat dəyərindəki “Samsunq” markalı paltaryuyan maşının yerində olmadığını görmüşdür. Bundan sonra isə anası Güllər ona zəng edərək bu barədə məlumat vermişdir. O, da Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxladıqdan sonra Cavid həmin əşyaları evdən oğurlayıb apardığını etiraf etmiş və qısa müddət ərzində həmin əşyaları gətirib yerinə qoyacağını bildirmişdir. Bundan sonra da o, DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bildirir ki, həmin oğurluq hadisəsi zamanı anası Zərərçəkmiş şəxs ümumilikdə 3900 manat məbləğində ziyan dəymişdir. Bildirir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri doğru deyil. Onlar həmin mənzili Təqsirləndirilən şəxs kiurayədə yaşamaq üçün təhvil verərəkən həmin mənzildə olan bir ədəd 1200 manat dəyərindəki “Elite” markalı kondisionerlə yanaşı bir ədəd 700 manat dəyərindəki “LG” markalı televizoru, mətbəxdə olan bir ədəd 500 manat dəyərindəki “Shivaki” markalı soyuducunu və bir ədəd 1500 manat dəyərindəki “Samsunq” markalı paltaryuyan maşını da ona təhvil vermişdilər. Onu da əlavə edir ki, həmin mənzili onların xahişi ilə Təqsirləndirilən şəxs xalası oğlu Şahid2 təhvil vermişdir. Azər özü də həmin əşyaları Təqsirləndirilən şəxs təhvil verdiyini təsdiq edə bilər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işini başlama və icraata qəbul etmə haqqında” 14 iyun 2024-cü il tarixli qərara əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Mcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;
2. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 24 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 18 fevral 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il sınaq müddəti müəyyən edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir;
4. “Şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 01 iyul 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Mcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilməli olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir;
5. “Axtarışda olan şəxsin tutulması” barədə 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Quba rayonu ərazisində tutularaq, Abşeron RPİ-yə gətirilmiş və MSY-nə təhvil verilmişdir;
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Mcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
7. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə” dair 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
8. “Sübutların qiymətləndirilməsi” haqqında 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Şahid2 təqdim etdiyi, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, Bağçalı evlər ev 2, mənzil 1 ünvanı kirayə yaşamaq üçün Təqsirləndirilən şəxs təhvil verilərkən çəkilmiş və hadisədən sonra çəkilmiş video görüntülərin köçürüldüyü bir ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuş, həmçinin istintaq zamanı alınmış təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, diskə baxış keçirilməsi haqqında protokol, ifadələrin yerində yoxlanılması protokolu və digər sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir;
9. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 iyun 2014-cü il təvəllüdlü X1, 14 dekabr 2015-ci il təvəllüdlü X2 və 05 iyun 2019-cu il təvəllüdlü X3 adlı uşaqları vardır.
Təqdim etmə və götürmə aparılması barədə 26 avqust 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, Bağçalı evlər ev 2, mənzil 1 ünvanını kirayə yaşamaq üçün Şahid2 təhvil götürərkən mobil telefonla çəkilən video çəkilişdə həmin mənzili içərisindəki əşyalarla birlikdə təhvil götürdüyünü bildirmiş, həmçinin qeyd olunan mənzil kirayədə yaşamaq üçün Təqsirləndirilən şəxs təhvil verilərkən çəkilmiş video görüntüdə bir ədəd kondisionerin, bir ədəd televizorun, mətbəxdə bir ədəd soyuducunun və bir ədəd paltaryuyan maşının mənzildə olduğu, eləcə də Təqsirləndirilən şəxs mənzildən oğurluq hadisəsi törətdikdən sonra çəkilmiş video görüntüdə isə mənzildə olan həmin əşyaların, yəni bir ədəd kondisionerin, bir ədəd televizorun, mətbəxdə olan bir ədəd soyuducunun və bir ədəd paltaryuyan maşının yerində olmadığı görünmüşdür.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama törədildikdə - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona yaşamaq üçün kirayə verilmiş Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş- 93” yaşayış kompleksi, Bağçalı evlər Yaşayış Kompleksi, ev 2, mənzil 1 ünvanından 3900 manat dəyərində əmlakını gizli olaraq talama cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, bundan başqa toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, həmçinin cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş oğurluq cinayıtinin törədiyildiyi mənzil təhvil verilərkən və hadisə baş verdikdən sonra çəkilmiş görüntülər köçürüldüyü bir ədəd DVD diskdə olan videogörüntü və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs özünü qisməm təqsirli bilməsi, ona yaşamaq üçün kirayə verilmiş Zərərçəkmiş şəxs məxsus mənzildən 3900 manat dəyərində əmlakı oğurlamaması ilə bağlı dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirməklə yanaşı həmin məzmunda verilmiş ifadəni özünümüdafiə xarakterli verilmiş ifadə hesab etməklə, cinayət məsuliyyətindən yayınmaq məqsədi güddüyü nəticəsinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxslə barışığa gəlməməsi və ümumiyyətlə barışığa cəhd etməməsini, həmçinin himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Quba rayon Probasiya Şöbəsinə məlumat vermədən Quba rayonunun hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 3900 manat məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işi üzrə tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayon Probasiya Şöbəsinə məlumat vermədən Quba rayonunun hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Quba rayon Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 3900 manat məbləğində pul vəsaiti tutularaq, ödənilsin. Cinayət işi üzrə 01 ədəd DVD formatlı kompak disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov