Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1143/2025 10.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun Protokola əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2025-ci il gecə saat 01 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Savalan küçəsində yerləşən fərdi yaşayış evində o və digər ailə üzvləri ilə birlikdə yaşayan yaxın qohumu (ögey bacısı) Zərərçəkmiş şəxs əri X10 ilə nigahını pozub tək yaşamaq istəməsi fikrində olduğunu bildirərkən onun da daxil olduğu yaxınlarının buna etiraz etməsini qəbul etməyərək xəlvətcə evin həyətinə çıxaraq evi tərk etmək istədiyini gördükdə bunun qarşısını almaq üçün həmin ünvandakı evin daş hasarla əhatə olunmuş həyətyanı sahəsində Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəmnində aralarında yaranmış narazılıqla əlaqədar mübahisə edərək əvvəlcə qəsdən əlləri ilə sonuncunun qollarından tutub saxlayaraq dartmaqla evin içərisinə qaytarmağa nail olub, ardınca həmin ünvandakı evin içərisində davam edən həmin mübahisə əsnasında evi təkidlə tərk etmək istəyən Zərərçəkmiş şəxs qarşısını kəsib əsəbiləşərək üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun sifət, baş, qol, qarın və bədəninin müxtəlif nahiyələrinə, təpik zərbələri ilə isə ayaq nahiyələrinə ardıcıl vuraraq Zərərçəkmiş şəxs alın nahiyəsinin sol tüksüz hissəsindən sol qaş nahiyəsinə kimi olan sahənin dərialtı hematoması, boyun nahiyəsinin sıyrığı, sol bazunun, sağ əlin arxa səthinin və sağ ayaq pəncəsinin qançırları ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilərək aralarında barışığın mövcud olmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini xahiş etmişdir; Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, əməlindən peşman olmasını bildirərək, iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi barədə” 21 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X20 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 22 sentyabr 2025-ci il tarixdə verilmiş 2288 №-li rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər–alın nahiyəsinin sol tüksüz hissəsindən sol qaş nahiyəsinə kimi olan sahənin dərialtı hematoması, boyun nahiyəsinin sıyrığı, sol bazunun, sağəlin arxa səthinin və sağ ayaq pəncəsinin qançırlarıküt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər;
3. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə vətəndaş Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri aldığı üçün zərərçəkmiş şəxs qismində tanınmış və ona qərar elan olunmuşdur;
4. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir;
5. “Sübutların qiymətləndirilməsi” haqqda 25 sentyabr 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərərvurulması ilə bağlı barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı qüvvədə saxlanılmaqla Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yekun protokol tərtib edilmiş, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış dindirmə protokolları, götürmə protokolu, ekspert rəyi və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü hesab edilmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Məhkəmənin hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, sadələşdirilmiş icraat materialı üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin, hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini, bildirərək, barəsində başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Eyni zamanda şikayət vermiş şəxs - Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilərək aralarında barışığın mövcud olmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini xahiş etmişdir; Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, əməlindən peşman olmasını bildirərək, iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə Təqsirləndirilən şəxsnnun cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün əsaslar yoxdur, buna zərurət qalmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 299.3.4-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur; 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər; 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması və cinayət təqibinə xitam verilməsinə razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin şikayət vermiş şəxslə barışmasını və cinayət təqibinə xitam verilməsi barədə müraciətini, həmçinin ona qarşı irəli sürülmüş ittiham üzrə ilk dəfə məsuliyyətə cəb edilməsini və prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə hazırlıq mərhələsində xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə aparılan təhqiqat zamanı Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 7 (yeddi) iş saatı üçün 77 (yetmiş yeddi) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 07 (yeddi) saata görə 77 (yetmiş yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ ___________________________________________________________________ _________________ AZ 1102, Bakı şəhəri Tel.: (+99412) 431-14-77 A.Məhərrəmov küçəsi, 15 Faks: (+99412) 431-02-05 https://courts.gov.az/az/nasimi Elektron ünvan
02 fevral 2024-cü il № 1(006)-382/2022
Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə
X2 (Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, ev 01, mənzil 27)
X7 (Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, ev 01, mənzil 27)
Müdafiəçi: X8 (“Universal” Vəkil Bürosu)
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 1(006)-382/2022 saylı qərarının surəti məlumat üçün göndərilir.
Qoşma: 02 vərəq, 01 nüsxə
Hakim Babək Pənahov İş № 1(006)-147/2024
MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN PROTOKOLU
02 fevral 2024-cü il Bakı şəhəri
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi X19 Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə
Təqsirləndirilən şəxsqızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə hazırlıq iclasında baxılır.
Sədrlik edən iclası saat 14:00-da açır və baxılacaq işi elan edir. Sədrlik edən tərəfləri audioyazının aparılması barədə xəbərdar edir və prosesdə iştirak edən şəxslər barədə məlumat vermək üçün sözü məhkəmə iclasının katibinə verir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, iclasa dövlət ittihamçısı, zərər çəkmiş şəxs, təqsirləndirilən şəxs və müdafiəçi gəlmişlər.
Sədrlik edən məhkəmənin tərkibini elan edir və kimin məhkəmə iclasının katibi qismində iştirak etdiyini bildirir. Sədrlik edən: X19 Əkbər oğlu Məhkəmə iclasının katibi: X6 Sədrlik edən proses iştirakçılarına hakimə və məhkəmə iclasının katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün Cinayət-Prosessual Məcəlləsinin 109 və 116-cı maddələrində nəzərdə tutulmuş əsasları izah edir. Etiraz daxil olmadı.
Sədrlik edən təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edir.
X5 – xx.xx.1976-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:4AM8ZB0), orta təhsilli, evli, məhkumluğu olmayan, taksi fəaliyyəti ilə məşğul olan, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, ev 03-də qeydiyyatda olan
Sədrlik edən təqsirləndirilən şəxsdən yekun protokolun surətini alıb-almamasının dəqiqləşdirir. Təqsirləndirilən şəxs: Yekun protokolun surətini almışam. Sədrik edən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Təqsirləndirilən şəxs: Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən zərər çəkmiş şəxsin şəxsiyyətini müəyyən edir.
X11 – xx.xx.1998-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, ev 3, D 3-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 11, mənzil 43-də yaşayan
Sədrlik edən yekun protokolun zərər çəkmiş şəxsə verilib-verilmədiyini aydınlaşdırır. Zərər çəkmiş şəxs: Yekun protokolun surətini almışam. Sədrlik edən zərər çəkmiş şəxsə Cinayət-Prosessual Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edir. Zərər çəkmiş şəxs: Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən dövlət ittihamını Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 müdafiə etdiyini elan edir, tərəflərə ona etiraz etmək hüququnu olduğunu bildirir və bu etirazın edilməsi üçün Cinayət-Prosessual Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasları izah edir. Dövlət ittihamçısına etiraz daxil olmadı. Sədrlik edən təqsirləndirilən şəxs X2 hüquqi yardım göstərən «Universal» Vəkil Bürosunun vəkili X9 elan edir və Cinayət-Prosessual Məcəlləsinin 114-cü maddəsində nəzərdə tutulmuş müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları izah edir, ona etirazın olub-olmamasını aydınlaşdırır. Müdafiəçiyə etiraz daxil olmadı.
Sədrlik edən Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarət olduğunu bildirir və həmin Məcəllənin 299.3-cü və 299.4-cü maddələrində qeyd olunan məsələlərə baxılır. Sədrlik edən çıxışlara keçməmişdən əvvəl bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sədrlik edən ilkin çıxış üçün təqsirləndirilən şəxsə və zərər çəkmiş şəxsə söz verir. Təqsirləndirilən şəxs: Özümü təqsirli bilirəm. Zərər çəkmiş şəxs X11 ilə barışmışam. İcraata xitam verməyinizi xahiş edirəm. Zərər çəkmiş şəxs: Təqsirləndirilən şəxs ilə aramızda olan problem həll olunmuşdur. Hazırda barışmışam və ona qarşı heç bir şikayət və tələbim yoxdur. Sədrlik edən bu barədə dövlət ittihamçısının və müdafiəçinin fikrini soruşur. Dövlət ittihamçısı: X5 zərər çəkmiş şəxslə barışmış və ona dəymiş zərəri ödəmişdir. Təklif edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə X5 həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Müdafiəçi: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb, zərər çəkmiş şəxsin də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm.
Sədrlik edən məhkəmə hazırlıq iclasının başa çatdığını və onun nəticələrinə dair yekun məhkəmə qərarının çıxarılması üçün müşavirə otağına getdiyini elan edir. Məhkəmə müşavirə otağından qayıdır və sədrlik edən qərarı elan edir. Sədrlik edən cinayət prosesi tərəflərinə qərardan şikayət etmə qaydasını və müddətini, habelə iclas potokolu ilə tanış olma qaydasını və müddətini izah edir. Məhkəmə iclası bağlı elan olunur.
Hakim Babək Pənahov
Katib Çinarə Namazova