Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-115/2023 19.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi X3, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Naxçıvan MR, Şərur rayonu, Daşarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Aşağı Daşarx kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Z.Bünyadov küçəsi, fərdi yaşayış evində yaşayan, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 31 yanvar 2019-cu il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində aliment tutulub X4 ödənilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(037)-250/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 13 aprel 2022ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 iyun 2022-ci il tarixə kimi, cəmi 4957,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Dadaşova (Məmmədova) Aidə Əlmurad qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda valideyinləri ilə birlikdə yaşayır, Xıradalan şəhərində yerləşən “Təzə bazar” ticarət mərkəzində tikiş sexində işəmuzd dərzi işləyir, Dadaşova (Məmmədova) Aidə Əlmurad qızı onun keçmiş arvadıdır, sonuncu ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan Cavid adlı övladı doğulmuş, ilk dövrlərdə arvadı ilə münasibəti normal olmuş, 2009-cu ildə qazanc əldə etmək üçün Rusiya Federasiyasına getmiş, lakin orada törətdiyi quldurluq cinayətinə görə həbs olunaraq 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını çəkdikdən sonra 2018-ci ildə azad olunaraq Rusiya Federasiyasından deportasiya olunaraq ölkəyə qayıtmış, həmin ərəfədə Zərərçəkmiş şəxs ilə münasibəti pozulduğundan ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs 2019-cu ildə məhkəməyə müraciət edərək uşağın saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(037)-250/2019 saylı qətnaməsinə əsasən, ondan 31 yanvar 2019-cu il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində aliment tutulub X4 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd müxtəlif sahələrdə işləmiş, icra məmuru tərəfindən barəsində iki dəfə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və sonuncu protokol üzrə Abşeron Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən ona dəfələrlə xəbərdarlıq edilmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni xx.xx.2022-ci il tarixədək aliment üzrə borcu 4957,00 manat təşkil etmiş, müvafiq qərarın qəbul olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müarciət olunmuş və qeyd olunan qətnamənin qərəzli olaraq icra edilməməsi faktı üzrə İstintaq İdarəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış, icra qurumu təqdimatla müraciət etdikdən sonra aliment üzrə borcundan əlavə olaraq 400,00 manata yaxın ödəniş etmiş, özü hazırda işəmuzd dərzi kimi işləməsinə və qazanc əldə etməsinə baxmayaraq aliment borcunu tam ödəməsinə imkanı yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbi keçmiş arvadı Aidə Dadşovanın uşaqla görüşməsinə icazə verilməməsi, yığılmış aliment borcunun yüksək məbləğ təşkil etməsi olmuşdur. Bununla belə, Təqsirləndirilən şəxs özü işəmuzd dərzi kimi işləsə də, aylıq alimentin ödənilməsinə imkanın olmasını təsdiqləmiş, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin filialına işlə təmin olunmaq üçün müraciət etmədiyini bildirmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşmandır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Dadaşova (Məmmədova) Aidə Əlmurad qızı ilə barışmasına, dəymiş ziyanın ödənilməsinə, cinayət işinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs keçmiş əridir, İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(037)-250/2019 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 31 yanvar 2019-cu il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü övladı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs sonuncu protokol üzrə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə cuzi ödəniş etmiş, icra məmuru alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 4957,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, Xırdalan şəhərində işəmuzd dərzi kimi fəaliyyət göstərir, qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınır. Onun məhkəməyə təqdim etdyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu tam ödəmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin qismində tanınaraq dindirilmiş Dadaşova (Məmmədova) Aidə Əlmurad qızı ifadəsindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(037)-250/2019 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 31 yanvar 2019-cu il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs sonuncu protokol üzrə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən qətnaməni icra etmək üçün borcluya yenidən müddət verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək aliment üzrə cəmi 243,00 manat ödəniş etmiş, icra məmuru alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 4957,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, həmçinin icra qurumu İstintaq İdarəsinə təqdimatla müraciət etdikdən sonra Təqsirləndirilən şəxs aliment borcu üzrə əlavə olaraq ümumilikdə 177,00 manat məbləğində pul ödəmiş, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, Xırdalan şəhərində işəmuzd dərzi kimi fəaliyyət göstərir, borclunun qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınır, Təqsirləndirilən şəxs bir ata kimi öz övladı ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-250/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 130,00 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməli, Abşeron rayon icra və probasiya şöbəsində xx.xx.2019-cu il tarixdə başlanılmış icraatla bağlı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmiş, borclu şöbəyə gəlməkdən boyun qaçırdığı üçün barəsində xx.xx.2019-cu il tarixdə məcburi gətirilmə haqqında təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş, təqdimat təmin olunaraq icra olunması üçün Abşeron Rayon Polis İdarəsinə göndərilmiş, borclu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən məcburi qaydada gətirilərək Abşeron Rayon İcra Şöbəsinə təhvil verilmiş və xx.xx.2020-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş, həmin məhkəmənin 3(012)-1774/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, sonradan təqdimat əsasında Abşeron Rayon Məhkəməsinin 8(012)- 778/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, borclu şöbəyə gəlməkdən boyun qaçırdığı üçün yenidən məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən məcburi qaydada gətirilərək icra şöbəsinə təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş və məhkəmənin qərarına əsasən Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuş, borcluya aliment borcunun 10 gün müddətində ödənilmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə bildiriş göndərilmiş, tələbkarın verdiyi məlumata görə borclu cəmi 243,00 manat məbləğində aliment üzrə ödəniş aparmış, icra müddətində Təqsirləndirilən şəxs 4957,00 manat məbləğində aliment borcu təşkil etmiş, icraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, iki dəfə inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. İş materiallarında olan qəbzlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2019cu il tarixli, 2(037)-250/2019 saylı qətnaməsi üzrə İcra qurumu İstintaq idarəsinə təqdimatla müraciət etdikdən sonra borclu Təqsirləndirilən şəxs tələbkar Dadaşova (Məmmədova) Asidə Əlmurad qızına müxtəlif tarixlərdə ümumilikdə 379,00 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan X2 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs iş axtaran kimi filiala müraciət etməmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Saratov vilayətinin Krasnoarmeysk şəhər məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 161 mad. 2 h. “a,q” bəndi, 162 mad. 1 h., 131 mad. 2 h. “v” bəndi ilə təqsirli bilinib 09 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, lakin Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli qərarlarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(037)-250/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə axtarış və tutulması barədə qərar çıxarılmış, xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 (yüz iyirmi) manat məbləğində və 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 306.1-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə həmin maddənin qeydinə əsasən icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 (yüz iyirmi) manat məbləğində və 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-115/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-115/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver