Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1159/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanında yerələşən 0,06 ha torpaq sahəsinə çıxarış alacağına dair yalan vəd verib aldadaraq əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sonuncunun xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 4 ünvanda olduğu zaman 4169 **** **** 3835 nömrəli kart hesabına köçürdüyü 2000 manat, 2024-cü ilin yanvar ayında saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində nağd verdiyi 2000 manat, 2024-cü ilin mart ayında Bakı şəhəri, Xəzər rayonu İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında verdiyi 1000 manat və əlavə xərclər üçün verdiyi 1500 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumillikdə 7000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 həyat yoldaşı X1 2-ci qrup əlillik sənədi üzrə təqaüdünün bərpasına dair yalan vəd verib aldaraq əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sonuncunun 2024-cü ilin aprel ayının 30-dan 2024-cü ilin may ayının 5-dək olan müddət ərzində hissə-hissə olmaqda, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32 ünvanında yerləşən maşın bazarında 400 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumillikdə 1800 manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa X5 təkrarən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 əlillik dərəcəsi ala biləcəyinə dair yalan vəd verib aldadaraq əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Qobu qəsəbəsində Zərərçəkmiş şəxs2 700 manat pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, istintaq zamanı verdiyi ifdəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, İİ Qarabağ müharibəsi iştirakçısıdır, "Cəsur döyüşçü", "Fizuli, Cəbrayıl, Xocavənd və Şuşa şəhərlərinin azad olunması” medalları ilə təltif edilmişdir, üçüncü qrup Qarabağ müharibəsi əlilidir. Zərərçəkmiş şəxs1 atasının dostudur, onu 2023cü ilin sentyabr ayındın tanımışdır. 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 özünə məxsus ünvan 6 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə eskiz lahiyəsi hazırlatmaq istədiyini atası Nərimna demiş, atası da bu barədə ona deyəndə Zərərçəkmiş şəxs1 köməklik göstərə biləcəyini demişdir. 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs1la görüşərkən ona ünvan 6 ünvanda yelşən 0,06 ha torpaq sahəsinə eskiz layihə hazırlatmaq üçün 5000 manat pul vermək olduğunu demiş, Zərərçəkmiş şəxs1 da onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 2000 manat pulu 4169 7388 9028 3835 nömrəli bank kartıma hesabına köçürmüş, 2024-cü ilin yanvar ayında saat 12 radələrində Zərərçəkmiş şəxs1la onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində yerləşən evinin yaxınlığında görüşmüş, Elvin 2000 manat pulu ona vermiş, pulu aldıqdan sonra torpaq sahəsinə dair sənədlərin 21 günə düzələcəyini bildirmişdir. X9 sənədin artıq hazır olduğunu və buna görə də 2000 manat pul vermək lazım olduğunu demişdir. 2024-cü ilin yanvar ayının sonunda Zərərçəkmiş şəxs1la onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov üçəsi ev ünvada yerləşən evinin yaxınlığında görüşmüş, Zərərçəkmiş şəxs1 ona 2000 manat pulu vermişdir. Sonuncu dəfə 2024-cü ilin mart ayında Elvin Ərbovla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Xəzər rayonu, İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında görüşüb orada ondan torpaq sahəsinin sənədlərinin hazırlanması üçün daha 1000 manat almışdır. Elvuin Ərəbovdan torpaq sahəsinə sənəd düzəltmək adı ilə ümumilikdə 7000 manat pul almış, lakin verdiyi vədə əməl etməmiş, aldığı pulları öz ehtiyaclarıma xərcləmişdir. 2021-ci ildən 2024-cü ilədək olan müddət ərzində Sumqayıt şəhərində yerləşən qazilər cəmiyyətində işləmişdir. 2024-cü ilin təxminən aprel və ya may aylarında tanışı olan Elşən ona müraciət edərək, həyat yoldaşının İİ qrup əlil olduğuna görə sosial yardım alması üçün kömək istəyirmiş. O isə bu məsələnin həll olunması üçün 1800 manat məbləğində pul tələb etmişdir. Elşən ilk dəfə onunla Əzizbəyov metrosu yaxınlığında görüşüb 100 manat, daha sonra isə hissə-hissə olmaqla sonuncu dəfə 400 manatı Babək prospektində, maşın bazarının qarşısında verməklə ümumilikdə 1800 manat pulu ona çatdırmışdır. Bundan sonra o, Elşənə bildirmişmiş ki, məsələ təxminən 40-45 gün ərzində həllini tapacaq. O, Elşəndən həyat yoldaşına aid olan sənədləri də almışdır. Lakin dediyi vaxt keçməsinə baxmayaraq, Elşənin məsələsini həll edə bilməmişdir. Elşən ondan məsələ barədə maraqlanmağa və verdiyi pulları geri tələb etməyə başlamışdır. Lakin onun maddi imkanı buna imkan verməmişdir. Nəticədə yalnız 50 manat pulu Elşənə qaytara bilmiş, hazırda isə ona 1750 manat borcu qalmışdır. Elşəndən aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs2 2019-cu ildən tanıyır, İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu bilir. Zərərçəkmiş şəxs2la söhbət edərkən Zərərçəkmiş şəxs2 antiterror əməliyyatında iştirak etdiyini,amma veteran təqaüdü almadığını demişdir. Həmin ərəfədə övladı dünyaya gələcəyinə görə pul lazım olmuş, bu məqsədlə də Zərərçəkmiş şəxs2 antiterror əməliyyatlarında işitirak etməsinə görə ona veteranlıq təqaüdü düzəldə biləcəyini, bunun üçün 700 manat pul lazım olacağını demişdir. Zərərçəkmiş şəxs2 razılaşmış, 2024-cü ilin may ayında Zərərçəkmiş şəxs2la Abşepron rayonu, Qobu qəsəbəsində görüşüb 700 manat pulu ondan nağd almış, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, işləri həll olduqdan sonra Zərərçəkmiş şəxs2 pulunu geri qaytaracağanı fikirləşmişdir. Lakin maddi imkanım pisləşdiyi üçün həmin ərəfədə hissəhissə olmaqla Zərərçəkmiş şəxs2 380 manat pul qaytarsa da qalan pulu qaytarmamışdır. Törətdiyi əməldən peşmandır. Hər dəfə pulları tək almış, pul almasından heç kimin xəbəri olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmçinin himayəsində azyaşlı övladının olmasını bildirməklə, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini, həmçinin sonuncunun ümiumilikdə cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş 12565 manat ziyanı ödəməklə sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışığa nail olmasını, həmçinin zərərin 25% (iyirmi beş) faiz miqdarında dövlət büdcəsinə ödəniş etməsini bildirərək amnistiya aktının tətbiq ediləcəyi halda həmin vəsaitin geri qaytarılmasınıi xahiş etdi. Cinayət işi üzrə məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirməklə əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxs ilə tanışlığı 2-3 il bundan əvvəl yaranmışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müydafiəsi Nazirliyində tanışlarının olduğunu, lazım olarsa əlillik sənədləri düzəltmək imkanı olduğunu demişdir. Həyat yoldaşı Leylan Əzizbəyovaya İİ qrup əlilliyə görə təyin edilmiş təqaüd kəsildiyininə görə, o, təqaüdün bərpa olunması üçün 30 aprel 2024-cü tl tarixdə Təqsirləndirilən şəxs müraciət etmiş, Vüsal da həyat yoldaşının təqüdünü 40-45 günə pərpa etdirəcəyinə söz verərək ondan 1800 manat pul istəmişdir. O, razılaşaraq həmin məbləğdə pulu hissə hissə Vüsala vermiş, lakin Vüsal təqaüdü bərpa etdirə bilməmiş, onun pulunu isə qaytarmamışdır. O, da məcbur qalıb şikayət etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, aralarında barışığın əldə olunması və sonuncuya qarşı şikayət və tələbnin olmamasını bildirmişdir. Cinayət işi üzrə məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirməklə əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır. 12 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək İİ Qarabağ müharibəsi iştirakçısı olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs mühadibə iştirakçısı yox, antiterror əməliyyatının iştirakçısı olduğunu dedikdə Təqsirləndirilən şəxs onun üçün veteran təqəüdü düzəldə biləcəyini, bunun üçün 700 manat pul lazım olacağını, X8 Nazmrliyində işlədiyini, aldığtı pulu da həmin nazirlikdə yüksək vəzifədə işləyənişləyən şəxsə verəcəyini, xx.xx.2024-cü il tarixədəkə təqaüdünü düzəldəcəyinə söz vermişdir. Vüsal Kəriliniyə inanaraq xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində Təqsirləndirilən şəxs ilə görüşüb ona 700 manat pulu vermişdir. Pulu Təqsirləndirilən şəxs verərkən yanlarında heç kim olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda Qurban bayramı ilə əlaqədar işinin xx.xx.2024-cü il tarixdə həll olunacağını demişdir. Həmin vaxtı çatdıqda Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs hər dəfə işin iki-üç günə düzələcəyini demiş, müxtəlif bəhanəlrə onu aldatmışdır. Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb polisə müraciət etmiş, Təqsirləndirilən şəxs hissə olmaqla 380 manat pulunu qaytarsa da qalan pulunu qaytarmamışdır. O, da məcbur qalıb şikayət etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, aralarında barışığın əldə olunması və sonuncuya qarşı şikayət və tələbnin olmamasını bildirmişdir. Cinayət işi üzrə məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirməklə əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxsun atası Nərimanla bir yerdə işləmiş, Vüsalı da ele ordan atası vasitəsi ilə tanımışdır. ünvan 6 ünvanda yerləşən 0, 06 ha torpaq sahəsini sənədləşdirmək istədiyini Təqsirləndirilən şəxs atası Nərimana demiş, Nəriman oğlu Vüsalın qazi olduğunu, sənədləşmə işləri ilə məşğul olduğunu, bu işdə ona kömək edə biləcəini demişdir. 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə görüşüb söhbət etmiş, Təqsirləndirilən şəxs torpraq sahəsini səndəlşdirməkdə kömək edə biləcəyini demiş və bu işin həlli üçün 5000 manat pul lazım olacağını demişdir. Təqsirləndirilən şəxs ilə razılaşmış, müxtəlif vaxtlarda və ayrı ayrı yerlərdə olmaqla danışılan məbləği yəni 7000 manat pulu Vüsala vermişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs zəng vurub torpaq sahəsinin çıxarışının düzəlməsi barədə soruşduqda Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirirmiş və sonuncu dəfə özü ona çıxarışı düzəldə bilmədiyini demişdir. O, Vüsalın onu aldatdığını başa düşmüş və ona verdiyi ümumilikdə 7000 manat pulu tələb etsə də Vüsal pulu geri qaytarmaqdan boyun qaçırmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, aralarında barışığın əldə olunması və sonuncuya qarşı şikayət və tələbnin olmamasını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən üzrə Şahid Mirzəağa oğlunun ibtidai istintaq orqanına bildirdikləri məhkəmədə elan edilmişdir. O, ona suallar veriləcəyi və danışdıqların qeydə alınacağı barədə xəbərdar edilmikdən sonra ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun iş yoldaşı olmuşdur və Elvin torpaq sənədlərinin düzəldilməsi üçün oğlu Təqsirləndirilən şəxs ona kömək etməsni xahiş etmişdir. O, da Elvinlə oğlunu tanış etmiş və Vüsalla Elvinin hansı formada razılaşdıqları barədə məlumatı olmamış, alınan puldan ona heç bir məbləğin verilməmiş, sadəcə Vüsal borcunu bağlamaq üçün ona pul göndərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 noyabr 2024cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlamış və icraata qəbul edilmişdir;
2. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 dekabr 2024cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır;
4. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir;
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 13 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;
7. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 15 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Vasif Zeynallının 15 mart 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmişdir;
8. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi” haqqında 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
9. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir;
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
11. “Cinayət işinin materiallarının və cinayət işi üzrə əməlin tövsif olunması” barədə 19 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin materialları elecə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif olunaraq, istintaqı davam etdirilmişdir;
12. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir;
13. “Qətimkan tədbirinin seçilməsi” haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir;
14. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında 20 may 2025-ci il tarixli qərardan görünür ki, Kərimli X4 RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.
15. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;
16. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və əlavə yoxlama aparılması” haqqında 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış HK-1/124 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sabiq təhqiqatçısı, polis baş-leytenantı Ağasəf Şəhriyarovun 05 fevral 2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir;
17. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır;
18. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
19. “Şübhəli şəxsin tutulması” barədə 10 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2025-ci il tarixdə saxlanılaraq, Abşeron RPİ-yə gətirilmiş və MSY-nə təhvil verilmişdir;
20. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;
21. “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi” haqqında 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
22. “Cinayət işlərinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər iki iş ona aid olduğundan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək, cinayət işinin istintaqının ********* nömrəsi altında davam etdirilməsi müəyyən edilmişdir;
23. “Cinayət işlərinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi” 21 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər iki iş ona aid olduğundan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək, cinayət işinin istintaqının ********* nömrəsi altında davam etdirilməsi müəyyən edilmişdir;
24. “İttiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması” haqqında 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan etmək məqsədi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur;
25. “Cinayət işinin icraatın dayandırılması” haqqında 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək, istintaqa təqdim olunanadək dayandırılmışdır;
26. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 16 sentyabr 2025-ci il tarixli qərara əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndiriən Təqsirləndirilən şəxs tutulub, istintaq orqanına təhvil verildiyindən ********* saylı iş üzrə dayandırılmış icraat təzələnmişdir;
27. “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Kərimli X4 RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
28. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirimədən öz qüvvəsində saxlanılmış, cinayət işi üzrə təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə-dindirmə protokolu, və işdə olan digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir;
29. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, sonuncu barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir;
30. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir;
31. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir;
32. "xxxx" ASC-nin 12 yanvar 2026-cı il tarixli, 11898 saylı ödəniş qəbzinə əsasən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında - 2370 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir;
33. “Azemis” X3 vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 avqust 2024-ci il təvəllüdlü X6 adlı övladı vardır.
34. “Azemis” X3 vasitəsilə təqsirləndirilən şəxsin gəlir məlumatları üzrə göndərilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aparılan döyüş əməliyyatlarında iştirak etməsinə görə 3 cü qrup əlil statusu almış və ona 180 manat və 400 məbləğində pensiya təyin edilmişdir.
35. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini bildirməklə, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını və barəsində olan cinayət işinə xitam verilməsini, bununla yanaşı cinayət əməli nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında - 2370 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini qeyd edərək, həmin məbləğin ona geri qaytarılmasını xahiş etmişdir;
Sübutların qiymətləndirilməsi və Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları qanunvericiliyin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və ibtidai araşdırma aparan orqan tərəfindən doğru olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə müəyyən edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 178-ci maddə - dələduzluq - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli üzrə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ilədək müəyyən edilməklə az ağır cinayətlər kateqoriyasına aiddir və həmin əməl Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmiş şəxslər 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur; 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmaqla, eyni zamanda, onun Vətən Müharibəsi iştirakçısı olması və himayəsində yetkinlik yaşına çatmayan övladının olması nəzərə alınaraq, yuxarıda qeyd edilən amnistiya aktının 1.2, 1.16-cı bəndlərinin tələblərinə əsasən barəsində cinayət təqibinə xitam verilməsi üçün hüquqi əsaslar mövcuddur. Göstərilən amnistiya aktının 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş istisna hallar Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əmələ şamil edilmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.2, 1.16 və 5.1-cı bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməli və barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən, seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənilmiş 2370 (iki min üç yüz yetmiş) manat məbləğində vəsait həmin cinayət əməli Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı ilə elan edilmiş amnistiya aktının təsir dairəsinə düşdüyündən göstərilən məbləğ Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 (otuz) saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.2, 1.16 və 5.1-cı bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, 12 yanvar 2026-cı il tarixli 11898 saylı ödəniş qəbzi əsasında dövlət büdcəsinə (X2) ödənilmiş 2370 (iki min üç yüz yetmiş) manat məbləğində pul Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı ilə elan edilmiş amnistiya aktının təsir dairəsinə aid edildiyindən, həmin pul vəsaiti sonuncuya - Təqsirləndirilən şəxs geri qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov