Məhkəmə qərarları › İş №1(012)-116/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-116/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-116/2021 25.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.2001-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, əlil, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1, 263-1.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus inşaat və tikinti materiallarının satışı mağasına daxil olub, orada Zərərçəkmiş şəxs2 onun atası Şahid2 Ümudvar oğlundan yaxınlıqdakı küçəyə asvalt çəkilməsi üçün verdiyi 70 manat pulu qaytarmasını, yəni cüzi səbəbi irad tutaraq qərəzli hərəkətləri nəticəsində aralarında yaranmış mübahisə zamanı cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək qeyd edilən mağazada olar rəflələri və rəflərdə olan tikinti və inşaat materiallarını qəsdən dağıdıb yarasız vəziyyətədə salıb 40 dəqiqə ərzində mağazanın iş fəaliyyətini pozmuş, mağazadan çölə çıxdıqdan sonra mağazanın qarşısında dayanan Zərərçəkmiş şəxs2 məxsus Citroen C4 minik markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilə ayaqla vurub zərbələr endirərək avtomobili qəsdən zədələyərək, Zərərçəkmiş şəxs2 1500 manat ziyan vurmaqla ictimai qaydanı kodud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüqüqü olmadan xx xxxx 2020-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi atası Şahid2 Ümudvar oğluna məxsus VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomaşınla saatda 40 km sürətlə Abşeron rayonu Masazır qəsəbəsi Ə. Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində ikitərəfli yolla hərəkət edərkən Abşeron rayonu Masazır kəndi «Uğur Palace» şadlıq sarayının yaxınlığında yolun hərəkət hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 3-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücü sürücülük hüququ əldə etməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunu etməmiş, həmin yolun hərəkət hissəsinin ortasında ağ tək xəttin üzərində dayanmış piyada Zərərçəkmiş şəxs1 yolun hərəkət hissəsində vurmuş, nəticədə Zərərçəkmiş şəxs1 ehtiyyatsızlıqdan sol baldır sümüklərinin aşağı 1/3-nin açıq, qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınığı, sol baldır aşağı 1/3-nin cırılmış yarası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 o təxminən 2010-cu ildən tanıyır. Onunla münasibəti həmişə yaxşı olmuşdur. Yaşadığı küçənin yolları pis olduğundan Zabit onunla eyni küçədə yaşayan qonşulardan küçəyə asvalt çəkmək üçün pul yığmışdır. Asvalt çəkmək üçün yığılan pul fərqli olmuşdur. Maddi vəziyyəti yaxşı olmadığından atası Rişad Zabitə aslvalt üçün 70 manat pul vermişdir. Küçəyə asvalt çəkilsədə onun yaşadığı evin qapısına asvalt çəkilməmişdir. Bu səbəbdən xx xxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində Zabitə zəng vurmuş və ondan ya şadığı evin qapısına hansı səbəbə görə asvalt çəkilmədiyini soruşmuşdur. Həmin vaxtı Zabit onu telefonda əxlaqsız söyüşlərlə təhqir etmişdir. Zabitdən harada olmasını soruşmuş, lakin Zabit ona cavab verməmişdir. Əsəb xəstəliyindən əziyyət çəkdiyindən həmin günü çox pis əsəbləşmiş hətta evdə olan şüşələridə sındırmış, həmin zaman onun sol qoluda kəsilmişdir. Həmin günün səhəri günü yəni xx xxxx 2019-cu il tarixdə o Zabitlə söhbət etmək məqsədi ilə Masazır qəsəbəsi Əliağa Vahid küçəsində yerləşən Zabitə məxsus mağazaya saat 13 radələrində gəlmişdir. Onun həmin zaman Zabitdə mübahisə etmək fikri olmamışdır. Zabitin hansı səbəbə onu telefonla təhqir etdiyini bilmək istəmişdir. O Zabiti mağazadan çölə çağırmışdır. Belə ki, həmin zaman mağazada müştərilər olmuşdur. Zabit onun arxasınca mağazadan çölə çıxan kimi heç bir söz demədən arxadan onun baş nahiyəsinə yumruqla vurmuşdur. Üzünü ona tərəf çevirən kimi Zabitlə yerdən dəmir parçası götürüb onun başına vurmuşdur. Əyilib qaçmaq istəyən zaman Zabit dəmir parçası ilə onun kürək nahiyəsinə vurmuşdur. Bundan sonra yaxında olan dönərçiyə tərəf qaçıb bıçağı götürüb Zabitin mağazasına tərəf qaçmışdır. Həmin zaman dönərçidə işləyən şəxs arxadan gələrək onun əlindən dönər bıçağını almışdır. Bundan sonra əsəbləşib Zabitin mağazasının qarşısında dayanmış Citroen markalı avtomobilinin qapısına təpiklə vurub zədə yetirmişdir. Baş vermiş hadisə zamanı o heç bir şəxsi vurmamış və heç bir şəxsə xəsarət yetirməmişdir. Baş vermiş hadisə zamanı onu Zabit vuraraq xəsarət yetirmişdir. Zabit onu ilk olaraq yumruqla, daha sonra isə dəmir parçası ilə vuraraq xəsarət yetirmişdir. Baş vermiş hadisə təxminən 25 dəqiqə davam etmişdir. Hadisə gün hadisə yerinə gələn və yığışan vətəndaşlar olmuş, lakin onların kim olduqlarını bilmir. Bundan başqa atası Şahid2 Ümudvar oğlu 2019-cu ilin dekabr ayında Anar Əhmədov adlı şəxslə kredit müqaviləsi bağlayıb ilkin 2400 manat ödəməklə, 24 ay ərzində hər ay ona 200 manat pul ödəmək şərti ilə Anarın arvadı X1 adına olan VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Amma qeydiyyat şəhadətnaməsi Anarın arvadı X1 adınadır. Onun VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi yoxdur. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində o atası Şahid2 Ümüdvar oğlunun evdə olmadığını görmüşdür. Buna görə də atasının pencəyinin cibindən atasına məxsus VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin açarını götürmüş və yaşadığı Abşeron rayonu Masazır qəsəbəsindəki evinin qarşısında saxlanılan avtomaşına oturaraq işə salıb avtomobili idarə edərək məhəlləyə çıxmışdır. Həmin vaxtı avtomobilin sol farası və sol və sağ qanad faraları yerində olmamışdır. Masazır kəndində dostları Nemət və Məhərəmi avtomaşına götürmüşdür. Nemət və Məhərrəm hər ikisi avtomobildə arxa oturacaqda əyləşmişlər. VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurmaq üçün Abşeron rayonu Masazır qəsəbəsi Ə. Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində 40 km saatda sürətlə hərəkət etmişdir. Saat 22:30 radələrində Uğur Palace şadlıq sarayının qarşısına çatanda 50 metr irəlidə bir nəfər piyadanın yolun orta xəttinin üstündə dayandığını görmüşdür. Piyada yolu sağdan sola keçmək istəmişdir. Həmin şəxsə çatmağa az bir məsafə qalmış, həmin piyada şəhər istiqamətindən gələn avtomaşına yol vermək üçün sol ayağını arxaya atmışdır. Bu vaxt avtomaşınının qabaq təkəri həmin piyadaya dəymiş və o yerə yıxılmışdır. Avtomaşınla 10 metr qabağa gedib dönərək geri qayıtmışdır. Piyada yıxılıb oturmuş vəziyyətdə yerdə qaldığını görmüşdür. Dərhal idarə etdiyi maşını yolun kənarında saxlamış, Nemət və Məhərrəmdə ona kömək etmişlər, həmin piyadanı onun VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirmişlər. Lakin piyada avtomobildə onun avtomobilinlə xəstəxanaya getmək istəmədiyini bildirərək təcili tibbi yardım çağırılmasını xahiş etmişdir. Piyadanı maşından düşürmüşlər, bir Hyundai markalı avtomaşına əyləşdirib Bakı şəhəri 1 saylı KTM-ə, orada karantin olduğu üçün həmin şəxsi Travmotologiya xəstəxanasına aparmışlar. İdarə etdiyi VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin piyadanın aparıldığı avtomobilin arxasınca getmişdir. Xəstəxanada ona yolda vurduğu piyadanın Zərərçəkmiş şəxs1 olması məlum olmuşdur. Hadisə zamanı hadisə yerində yolun hərəkət hissəsinin səthi asvalt örtüklü quru və düz olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə heç bir yük olmamışdır. Hadisədən əvvəl avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən inşaat materialları dükanını işlədir. Təqsirləndirilən şəxs və onun atası Şahid2 Ümudvar oğlunu o işlətdiyi dükanın yaxınlığında yaşayan şəxs kimi tanımışdır. Belə ki, 2019-cu ilin iyun ayının axırında Təqsirləndirilən şəxs yaşadığı küçəyə asvalt olmadığı üçün asvalt çəkdirmişdir. Həmin vaxtı həmin küçəyə təxminən 600-700 manat xərc çəkmişdir. Buna görə Təqsirləndirilən şəxs atası Şahid2 2019-cu ilin iyun ayının axırında 70 manat pul almışdır. xx xxxx 2019-cu il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi dükana gəlmiş və ona artıq pul aldığını 70 manat pulun geri qaytarmasını bildirmişdir. Ramala onunla söhbət etmədiyini, nə üçün gəlib işə qarışdığını bildirmiş, bu zaman Ramal onun üzərinə hucüm çəkmiş və onun dükanını dağıtmağa başlamışdır. Həmin vaxt Ramal təpik və əlləri ilə dükanın rəflərini dağıtmış və mallarını yararsız hala salmışdır. Onun dükanına Ramal həmin vaxtı 500 manat ziyan vurmuşdur. Bu vaxt ətrafdan keçənlər və küçədə olanlar, onlardan Nəsrullayev Nemət, Hüseynov Cavid. Şahid7, Kərimov İntiqam və başqa şəxslər mübahisəni eşidib dükana gəlmişlər. Onlar Ramalı qanunsuz əməllərindən çəkindirməyə başlamışlar. Daha sonra Ramal küçəyə qaçmış və təxminən 1 dəqiqə sonra əlində dönər bıçağı alıb geri qayıtmışdır. Bundan sonra yenə onun üzərinə hücum çəkmiş və əlindəki dönər bıçağı ilə onu öldürəcəyini demişdir. Dükanda olan şəxslər onun əlindən bıçağı almışlar və onunda qollarından tutub küçəyə çıxartmışlar. Bundan sonra Ramal küçədə dayanan, arvadı X2 qeydiyat şəhadətnaməsi ilə adına olan lakin ona məxsus olan Citroen markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomaşınına təpiklə zərbələr endirərək avtomobilin sol qapısını, sol alt podnojka hissəsini, bufer hissəsini zədələmiş, avtomobilinə 1000 manat ziyan vurmuşdur. Bununla bağlı Hyunday Motors tərəfindən verilmiş ziyan aktını təqdim etmişdir. Bundan sonra hadisə yerinə Ramalın atası Rişad gəlmiş və Ramal atası ilə çıxıb oradan getmişdir. Ramalın xuliqanlıq hərəkətləri 30-40 dəqiqə davam etmiş, bu zaman ərzində mağazamın faəliyyəti dayanmış və pozulmuşdur. Təqsirləndirilən şəxs hadisə nəticəsində ona 1500 manat ziyan vurmuşdur. Ramalın atası Rişad Ramalın qanunsuz hərəkətlərinin qarşısını almamışdır, sadəcə kənarda dayanmışdır. O da Ramalın hərəkətləri barədə Abşeron RPİ-nə gəlib bu barədə şikayət ərizəsi vermişdir. Hadisə zamanı o heç bir bədən xəsarəti almamış, bununla bağlı tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Hadisə zamanı Ramala vurmamış, heç bir xəsarət yetirməmiş, yerdən heç bir dəmir parçası götürməmiş və ona yenə də heç bir xəsarət yetirməmişdir. Dükanda insanlar olmuş, onlarda Ramalı vurmadığını görmüşlər, sadəcə dükanda olan insanlar Ramalı qollarından və bədənindən tutub küçəyə çıxartmışlar, düşünürəm ki, tibbi ekspertiza zamanı bədəni üzərində aşkar edilmiş xəsarətləri Ramal bu zaman almışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, etibarnamə ilə Opel vectra markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx xxxx 2020-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi Opel vectra markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı Reyhanı və 2 azyaşlı uşaqlarını əyləşdirmiş ki, yaşadığı Abşeron rayonu Masazır qəsəbəsindəki evlərindən Masallı rayonuna getsin. Həmin vaxtı o avtomobili idarə etmişdir. Arvadı Reyhan qabaq oturacaqda, 2 azyaşlı uşaqları isə arxa oturacaqda əyləşmişlər. Avtomobili yaşadığı Abşeron rayonu Masazır qəsəbəsindən Masazır dairəsi istiqamətində hərəkət etdirmişdir. Masazır dairəsinə çatmağa az qalmış Ə.Vahid küçəsində «Uğur Palace» şadlıq sarayının qarşısına çatanda idarə etdiyi Opel vectra markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin sağ kənarına ehtiyyat hissəyə verib saxlamışdır. Bundan sonra avtomobildən düşərək tək piyada iki tərəfli yolu sağdan sola keçmək istəmişdir. Həmin vaxtı arvadı Reyhan avtomobildə qabaq oturacaqda oturaraq ona tərəf baxmış və hər şeyi görmüşdür. Yolu keçmək üçün sağdan sola yavaş yerişlə yolun ortasına qədər düz keçib, yolun ortasında olan bir ağ xəttin üzərində dayanmış, gözləmişdir ki, həmin yolun sağ tərəfindən gələn avtomobillər keçsin ki, o da yoluna davam edib yolu keçsin. Bu zaman yolun ortasında olan bir ağ xəttin üzərində dayandığı zaman həmin Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində hərəkət edən VAZ 2107 markalı ağ rəngli avtomobil onu yolun hərəkət hissəsindəki ağ xəttin üzərində qabaq hissəsi ilə vurmuş və o zərbədən yola yıxılmışdır. Bundan sonra arvadı Reyhan oturduğu avtomobildən düşmüş və ona tərəf gəlmişdir. Sonradan o görmüşdür ki, onu vuran avtomobilin dövlət qeydiyyat nişanı ** UE ***-dır. Onu vuran avtomobilin sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs onu avtomobilinə mindirmişdir. Lakin özü həmin sürücü ilə getməkdən imtina etmiş və təcili tibbi yardım maşını çağırmasını tələb etmiş və həmin VAZ 2107 markalı avtomobildən düşmüşdür. Sonra bir Hyundai markalı yol maşını onu Bakı şəhəri Travmotologiya Xəstəxanasına aparmışdır. Hadisə zamanı avtomobillə vurulan yerdə yolun hərəkət hissəsi asvalt örtüklü, quru və düz idi. Onu vuran avtomobilin sürücü Təqsirləndirilən şəxs həmin VAZ 2107 markalı avtomobildə hadisə zamanı tək olub olmadığını və avtomobildə neçə nəfər olmasına fikir verməmişdir. Onu vuran sürücü hadisədən sonra xəstəxanada müalicə olunan zaman və hal hazırda evdə də müalicə olunan zaman xəstəxana xərclərini ödəməmiş, onun müalicəsinə pul ödəməyərək yardım etməmişdir. Onun qanuni cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Ümudvar oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 2019-cu ilin dekabr ayında Anar Əhmədov adlı şəxslə kredit müqaviləsi bağlayıb ilkin 2400 manat ödəməklə, 24 ay ərzində hər ay ona 200 manat pul ödəmək şərti ilə Anarın arvadı X1 adına olan VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobili ondan almışdır. Amma qeydiyyat şəhadətnaməsi Anarın arvadı X1 adınadır, krediti ödəyib qurtarandan sonra avtomobil onun adına keçəcəkdir. Oğlunun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Oğlu Ramal arada məhəllədə avtomobili götürüb idarə edir. xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində o öz yaşadığı evdən çıxıb qonşusu Asimin evinə getmişdir. Həmin vaxtı idarə etdiyi VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobil yaşadığı evin qarşısında olmuşdur. Açarları isə evdə pencəyinin cibində olmuşdur. Saat təxminən 22:30 radələrində öz yaşadığı evə gələndə görmüşdür ki VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobil yerində yoxdur. Oğlu Ramalın həmin maşını idarə etmək üçün sürüb getdiyini güman etmişdir. Bu zaman qonşusu Natiq ona yaxınlaşıb bildirmişdir ki, oğlu Ramal VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsində bir piyadanı vurub yol nəqliyyat hadisəsi törətmişdir. O dərhal Ramalın dostu Nemətə zəng edib ondan hadisə barədə maraqlanmış, Nemət ona Ramalın Masazır qəsəbəsində yolda bir piyadanı vurmasını, həmin piyadanı Travmotologiya xəstəxanasına apardıqlarını bildirmişdir. Dərhal Travmotologiya xəstəxanasına getmişdir. Orada məlum olmuşdur ki, oğlunun vurduğu piyada Zərərçəkmiş şəxs1dur. Hadisənin necə baş verməsini bilmir, çünki hadisəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Belə ki, Abşeron rayonu Masazır qəsəbəsində ailəsi ilə yaşadığı zaman Ramal onun qonşusu olmuşdur. Təqsirləndirilən şəxs atası Rişada məxsus VAZ- 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində o məhəllədə oturduğu zaman Ramalın VAZ-21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə ona tərəf gəldiyini görmüşdür. Avtomobildə tək olmuşdur. Ramal avtomobilə ona yaxınlaşmış, ona avtomobillə gəzməyi bildirdikdə, onunla razılaşmışdır. VAZ-21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilə arxa oturacağa əyləşmişdir. Bir qədər qabaqda onlar yolda dostu Nemətidə görmüşdür. Gəzmək üçün avtomobilə arxa oturacağa əyləşmişdir. Ramal VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq doldurmaq üçün Abşeron rayonu Masazır qəsəbəsi Ə. Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində 40 km saatda sürətlə hərəkət etmişlər. Saat 22:30 radələrində Uğur Palace şadlıq sarayının qarşısına çatanda uzaqdan gördük ki, bir nəfər piyada yolun orta xəttinin üstündə dayanmışdır. Piyada yolu sağdan sola keçmək istəmişdir. Bu zaman Ramal həmin piyadanı dayandığı yerdə yolun ortasında ağ xəttin üstündə avtomobilin qabaq hissəsi ilə vurmuş və avtomobili qabağa verib geri dönüb saxlamışdır. Piyadanın yıxıldığını və oturmuş vəziyyətdə yerdə qaldığını görmüşdür. Ramal, o və Nemət köməkləşib həmin vurulan piyadanı Ramalın VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmişlər. Vurulan piyadanı maşina oturdandan sonra ona yer olmadığı üçün o hadisə yerində qalmışdır. Sonra öz yaşadığı evə getmişdir. Oradanda isə taksi tutub Travmotologiya xəstəxanasına həmin vurulan piyadanı aparılan yerə getmişdir. Ramalla orada həmin vurulan piyadaya baş çəkmişdir. Hadisə zamanı Ramalın idarə etdiyi avtomobildə heç bir yük olmamışdır. Hadisə zamanı Ramal, o və Nemətdən başqa avtomobildə heç kəs olmamışdır. Hadisə zamanı piyada ağ xəttin üzərində dayanmış, addımını geri atmamışdır, ağ xəttin üzərində dayandığı yerdə Ramal idarə etdiyi VAZ 21074 markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə onu vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır kəndi Ə. Vahid küçəsində yerləşən dönər satışı dükanında dönərçi işləyir. xx.xx.2019-cu il tarixdə saat 13 radələrində işlədiyi dükanda olan zaman öz istifadəsində olan mobil telefonla məşğul olmuşdur. Bu zaman tanımadığı bir şəxsin onun işlədiyi dükana daxil olaraq dönər bıçağını götürüb qaçdığını görmüşdür. Daha sonra dükandan bayıra çıxmış və həmin şəxsin əlində dönər bıçağı ilə Zabitin inşaat materiallarının satışı dükanına getdiyini görmüşdür. Həmin şəxsin arxasınca həmin dükana getmiş, dükana daxil olanda orada olan bir neçə nəfər şəxsin onu sakitləşdirdiyini görmüşdür. Həmin şəxsə yaxınlaşıb onun əlindən bıçağı götürüb geri qayıtmışdır. Həmin hadisə barədə orada başqa heçnə görməmiş, çünki həmin dükana ani daxil olub həmin şəxsin əlindən bıçağı götürüb getmişdir. Sonradan onun dükanından bıçağı götürən şəxsin Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, özü Zərərçəkmiş şəxs2 dükanında satıcı kimi çalışmışdır. xx.xx.2019-cu il tarixdə saat 13 radələrində işdə olan zaman adı sonradan ona məlum olan Ramal adlı şəxs dükana daxil olmuş, həmin vaxtı Zabitdən yol çəkilişi üçün verilən 70 manat pulu geri qaytarılmasını xahiş etmişdir. Zabit isə ona atası Rəşaddan pul aldığını və narazıdırsa atası Rəşadın gəlməsini xahiş etmişdir. Bu vaxt Ramal dükanda söyüşlər söyərək qışqırmağa başlamış və Zabitin üzərinə hücum çəkmişdir. Daha sonra isə əsəbləşərək dükanın rəflərini sındırmağa və malları təpiklə vuraraq yararsız hala salmağa başlamışdır. Daha sonra səsə gələn şəxslər Ramalı oradan uzaqlaşdırmaq üçün onu küçəyə çıxartmışlar. Lakin Ramal küçədən qaçıb dönər bıçağı götürərək dükana geri qayıtmış və Zabitin üzərinə hücum çəkmişdir. Əlindəki bıçaqla Zabiti öldürəcəyini demişdir. Daha sonra isə səsə yığışan xeyli şəxslər Ramalın əlindəki dönər bıçağını alıb onu dükandan təkrar çıxartmışlar. Bundan sonra Ramal, Zabitin küçədə dayanan avtomaşının təpiklə qapısına bir neçə dəfə zərbələr endirmişdir. Bundan sonra onun yanında olan atası ilə birlikdə çıxıb getmişlər. Hadisə zamanı küçədə xeyli tanımadığı şəxslər olmuşdur. Həmin şəxslər onları aralamış, bir neçə insanlar səsə yığışmış və Ramalın əlindən bıçağı onlar almışdır. Həmin şəxslərdə Ramalın əlində bıçaqla Zabiti hədələdiyini görmüşlər. Hətta ora yığışan şəxslər Ramalın dükanı necə dağıtdığınıda görüb onu dükandan küçəyə çıxartmışlar. Həmin mübahisə təxminən 40 dəqiqə çəkmişdir. Hadisə zamanı Zabit Ramalı döyməmişdir. Hadisə yerində olan bir neçə insanlarda həmin vaxt Zabit Ramalı döymədiyini görmüşlər Sadəcə olaraq dükanda olan şəxslər Ramalın qanunsuz əməlinin qarşısını almaq üçün onun qollarından və bədənindən tutaraq küçəyə çıxartmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1485 №li rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol baldır sümüklərinin aşağı 1/3-nin açıq, qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınığı, sol baldırın aşağı 1/3-nin cırılmış yarası bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1872 №li rəyindən görünür ki, İş materiallarının, təqdim edilmiş tibbi sənədlərin və hal hazırki müayinənin nəticələrini hər tərəfli təhlili belə nəticəyə gəlməyə asas verir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı ifadəli şəxsiyyət pzuntusu, ağıl zəifliyi və psixi fəaliyyətin müvəqqəti hesab edilən düşüncə pozuntusu əlamətləri müəyyən olunmadığı üçün o, ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etməkvə onları idarə etmək iqdidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı cinayət işi materiallarının hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs müəyyən edilən «Üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla və anamnezində qıcolma tutmaları» diaqnozlu psixi xəstəlikdən əvziyyət çəkdiyi üçün o, ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliyini tam dərk etmək və onları tam idarə etmək iqdidarında olmamışdır. Göstərilənlərlə əlaqədar yoxlanılan şəxs Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/1597 №li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21074 markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.R. Əliyev avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-cü hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.112019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Saatlı şəh., M.Əliyev küç., ünvanında yaşayan 2001-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs ondar ötrü ki, O, ruhi xəstəliklə Saatlı RMX PHŞ-in poliklinika şöbəsində dispanser müşahidədə durmur. xx.xx.2019-xx.xx.2019-cu il tarixdə 1 saylı RKX-da müayinə olunub. Mülayim dərəcədə ifadə olunmuş üzvü şəxsiyyət, pozxuntusu özünü kəsmələrlə. Anamnezində qıcolma tutmalar. Uşaq vaxtlarında “Ensefalopatiy., qıcolma tutmaları ilə” diaqnozu ilə əlillik dərəcəsi alıb. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 221.1, 263-1.2-ci maddələrilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində ruhi xəstəlikdən əziyyət çəkdiyini, yol verdiyi qeyri-adekvat hərəkətlərin xəstəliyi ilə bağlı olduğunu bildirərək, törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə törətdiyi əməli xəstəliyi ilə bağlamağa çalışaraq, cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Bununla bağlı keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyində onun hadisə baş verən zamanda, sonra da anlaqlı olması müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərilənlər sübuta yetməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmişin şəxslərin və şahidlərin ifadələrinə, ekspertlərin rəyinə qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda göstərilən əməli törətmişdir. Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyi ilə müəyyən olunur. Bundan əlavə iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizası nəticəsində 1-2 gün Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin hadisə baş verən günündən əvvəl yarandığı göstərilmişdir. Bununla da Təqsirləndirilən şəxs hadisə zamanı xəsarət aldığı barədə ifadə verərək özünü zərərçəkmiş kimi qələmə vermişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə, Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarına istinad etməyi zəruri hesab edir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati Hüquqpozmalara dair İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın, nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericilikdə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Bundan başqa «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 21ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətmişdir. Onun əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır və yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi az ağır cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndiriləndən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 oğlunun göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayonu vəkil bürosunun hesablaşma hesabına 240 manat məbləğdə pul köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndiriləndən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs Rəşad oğlu hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 240 manat Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut yoxdur, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar