Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-116/2022 11.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Tovuz rayonu, Aşağı Öysüzlü kənində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, işsiz, subay, əvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasınında saxlanılan, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü “Socar” şirkətinin işçisi kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 bir həftə müddətində “Socar” şirkətinə sürücü kimi işə qəbul etdirəcəyi vədini verib aldadaraq, özünə məxsus ******************** hesab nömrəsinə 24.11.2020-ci il tarixdə saat 13:39-da Füzuli rayonu, İ Qayıdış qəsəbəsi ərazisində yerləşən “Elvin” marketdə olan Milli-Ön elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs1 köçürdüyü 3100 manat pulu dələduzluq yolu ilə ələ keçirtmişdir. Bundan başqa o, öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə etibardan sui istifadə etmə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü “Socar” şirkətinin işçisi kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 bir həftə müddətində “Socar” şirkətinə dispetçer kimi işə qəbul etdirəcəyi vədini verib aldadaraq, özünə məxsus ******************** hesab nömrəsinə 24.11.2020-ci il tarixdə saat 16:56-da Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən “Abbas” marketdə olan Milli-Ön elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs2 köçürdüyü 3000 manat pulu dələduzluq yolu ilə ələ keçirtmişdir. Bundan başqa o, öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə etibardan sui istifadə etmə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü “Socar” şirkətinin işçisi kimi təqdim edərək, Zərərçəkmiş şəxs3 on beş gün müddətində “Socar” şirkətinə mühafizəçi kimi işə qəbul etdirəcəyi vədini verib aldadaraq, özünə məxsus ******************** hesab nömrəsinə 28.04.2021-ci il tarixdə saat 12:55-də Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən “Araz” marketdə olan Milli-Ön elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs3 köçürdüyü 1500 manat, bundan sonra 05.05.2021-ci il tarixdə saat 20:20-də eyni hesab nömrəsinə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti Kristal-Abşeron yaşayış kompleksində yerləşən “Dəniz” marketdə olan Milli-Ön elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs3 köçürdüyü 400 manat pulu vahid niyyətlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 1900 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X7 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır. Həmin ittiham üzrə özünü təqsirli bilir. Latın qrafikalı yeni azərbaycan əlifbası ilə sərbəst şəkildə yazıb-oxumağı bacarır, mütəxəssisə ehtiyacı yoxdur. Subaydır heç bir yerdə işləmir. Əslən Tovuz rayonundan olan əvvəllərdən tanıdığı hazırda Türkiyə Cumhuriyyətində yaşayan İlhamə Süleymanova onun Möhlət adlı tanışını işə düzəltməyini xahiş eləmişdir. Möhlət ilə danışandan sonra bu barədə fikir bildirəcəyini demişdir. Möhlət 2020-ci ilin noyabr ayında onun ***-***-**-** nömrəsinə zəng vuraraq, Bakı şəhərində olduğunu bildirib onunla görüşmək istədiyini demişdir. Möhlətlə Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında görüşmüşlər. Həmin vaxt Elşən də onların yanında olmuşdur. Möhlət işsiz olduğunu, mühafizəçi kimi işə düzəlmək istədiyini, bir gün işdə bir gün evdə olmaq istədiyini ona bildirmişdir. Onu “Tekven” şirkətində mühafiəçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Bu işin müqabilində 1500 manat pul verməli olduğunu demiş, Möhlət də onun bu şərti ilə razılaşmışdır. Möhlət 1500 manat pulu Füzuli rayonuna qayıtdıqdan sonra göndərəcəyini deyəndə, özünə aid "xxxx" ASC-yə məxsus kartın hesab nömrəsini verib, pulun həmin hesaba göndərilməsini xahiş eləmişdir. Bir neçə gün sonra Möhlət ona verdiyi kart hesabına 1500 manat pul köçürmüşdür. O, pulu Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə bankomatdan çıxartmışdır. Bundan sonra Möhlətin anası ona zəng vurmuş, onun ürəyində tromp xəstəliyi olduğunu deyib, pula ehtiyacları olduğu üçün 1500 manatı qaytarmağını bildirmişdir. Möhlətin adını bilmədiyi anası telefon danışıqları zamanı Möhlətin yerinə qaynı Zərərçəkmiş şəxs1 işə düzəltməyini xahiş eləmişdir. Möhlətin ona verdiyi 1500 manat pulu 1000 və 500 olmaqla iki dəfəyə poçt vasitəsilə geri qaytarmışdır. Sonra Möhlətlə qohumu Zərərçəkmiş şəxs1 ona telefonla zəng vurub işə düzəlmək istədiklərini demişlər. Bu barədə Bakı şəhərində görüşən zaman Elşən maraqlanmışdı. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onu “Socar” şirkətinə ancaq sürücü kimi işə düzəldə bilər. Bunun müqabilində ondan 3000 manat pul istəmiş, Zərərçəkmiş şəxs1 onunla razılaşmışdır. Həmin ay Zərərçəkmiş şəxs1 ona verdiyi hesab nömrəsinə 1500 manat, bir neçə gün sonra 500 manat, daha bir neçə gün sonra 1000 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs1 göndərdiyi 3000 manat pulu Bakı şəhərinin müxtəlif yerlərində çıxardıb şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonra Elşən ona zəng vurub xalası oğlu Zərərçəkmiş şəxs2 da “Socar” şirkətinə sürücü kimi işə düzəlmək istədiyini bildirmişdir. Eyni qaydada yəni 3000 manat müqabilində işə düzəldəcəyini demişdir. Zərərçəkmiş şəxs2 özü ona zəng vurub, yenidən işlə bağlı maraqlanmış, xalası oğluna dediklərini təkrar olaraq ona bildirmiş, Zərərçəkmiş şəxs2 onunla razılaşmışdır. Zərərçəkmiş şəxs2 2020-ci ilin noyabr ayında özünə aid "xxxx" ASC-yə məxsus kartın hesab nömrəsinə 3000 manat pul göndərmiş, pulu Bakı şəhərində xatırlamadığı bankomatların birindən çıxartmış, Elşən və Elnur hər dəfə iş barədə zəng edib soruşanda onlara yaxın vaxtlarda işə düzələcəklərini demişdir. Zərərçəkmiş şəxs1 sonradan dəfələrlə ona zəng vuraraq, pulunu istədiyini görüb, ona işə düzəlmək üçün verdiyi 3000 manat puldan 1500 manatını geri qaytarmışdır. Elnurun 3000 manat pulunu isə imkanı olmadığı üçün verə bilməmişdir. Bundan əlavə Tovuz rayonu, Qovlar şəhər sakini Şahid qohumu Zərərçəkmiş şəxs3 aldadaraq, 1900 manat pulu ələ keçirtmişdir. Şahid taksi sürücüsüdür. Şahid ilə taksi sürücüsü kimi onu müştəri qismində Bakı şəhərinə gətirən zaman tanış olmuşdur. Şahid təklif eləmişdir ki, yaxın qohumu olarsa “Socar” şirkətinə işə düzəldə bilər. Şahid yalandan bildirmişdir ki, “Socar” şirkətində kadrlar şöbəsində işləyir. Şahid 2021-ci ilin aprel ayında ona zəng vurmuş, bacısı oğlu Zərərçəkmiş şəxs3 işsiz olduğunu bildirib, onu işə düzəltməyini xahiş eləmişdir. Şahid bacısı oğlu Elvini işə düzəldə biləcəyini deyib, aylıq 720 manat əmək haqqı alacağı adı ilə aldadaraq işə düzəltmək müqabilində 1900 manat pul istəmiş və kart hesabını vermişdir. Şahid kart hesabı verdikdən sonra əvvəllcə 1500 manat daha sonra isə 400 manat pul köçürmüşdür. Həmin pulları Bakı şəhərində yerləşən müxtəlif banklarda çıxardıb öz maddi ehtiyaclarını ödəmişdir. Socar şirkətində hansısa vəzifəli şəxslə hər hansı şəxsi işə düzəltmək barədə danışmamışdır. İlhamə Süleymanovanın onu Socar şrikətinin işçisi kimi tanımış, Elnur və Elşən adlı şəxsləri aldadacağı barədə məlumatı olmamışdır. Socar şirkətinə işə düzəltmək üçün aldığı puldan İlhamə Süleymanovaya pul verməmişdir. İlhamə Süleymanovanın anket məlumatlarını tam şəkildə bilmir, sadəcə olaraq tutulmamışdan bir neçə ay öncə Türkiyə Cumhuriyyətinə getdiyini eşitdiyi üçün həmin vaxtdan mobil nömrəsini silmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ***-***-**-** nömrədən zəng vuran qadının həmin işlə əlaqəsi olmadığını demişdir. Həmin qızla çoxdan əlaqəsi olmuş, adını və mobil nömrəsini unutmuşdur. Həbs olunandan sonra ailə üzvləri tərəfindən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 pulları tam şəkildə geri qayıtmışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla 3-cü Qayıdış qəsəbəsi 117 nömrəli evdə yaşayır. 13.01.2021-ci il tarixdə Füzuli rayon Polis şöbəsinə şikayət ərizəsini yazmışdır. X6 İlhamə adlı qadının vasitəsi ilə tanımışdır. Belə ki, Tovuz rayon sakini İlhamə adlı qadın qayını Möhlətin evinə oktyabr ayı qonaq gəlmişdir. İlhamə işsiz olduqlarını görüb onun Süphan adlı tanışı var, Sokar şirkətində işləyir. onları tanış edəcək, Süphan da Sokar şirkətində işə düzəldəcək. İlhamə Təqsirləndirilən şəxs mobil nömrəsini qaynı Möhlətə vermiş, Möhlətdən Süphanın mobil nömrəsini alıb onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurub onunla danışıb mobil nömrəsini İlhamənin verdiyini deyib onları işə düzəltməyə köməklik etməsini xahiş etmişdir. Süphan ilə Bakı şəhərinə 20 yanvar metro stansiyasının yanına gedib görüşək, 24.11.2020-ci il tarixdə qayını Möhlətlə Bakı şəhərinə gedib, Süphanla 20 Yanvar metro stansiyasının yanında görüşmüşlər. Süphan onları bir həftəyə Sokar şirkətində işə düzəldəcəklərini demişdir. Süphan onu Socar şirkətində sürücü kimi, qaynı Möhləti isə dispeçir kimi işə düzəldəcəyinə söz vermişdir. O, işə düzəltmək üçün 3100 manat, qaynı Möhləti isə işə düzəltmək üçün 1600 manat pul istəmişdir. Süphanla razılaşıb, rayona çatandan pulu göndərəcəyimizi dedim. Füzuli rayonuna qayıdıb səhəri gün 1-ci Qayıdış qəsəbəsi ərazisində olan Elvin marketdən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs mənə verdiyi hesab nömrəsinə 1500 manat, 30.11.2020-ci il tarixdə isə 500 manat, sonradan isə qaynı Möhlət onun əvəzindən Süphana “Milli-ön” elektron ödəmə sistemi vasitəsi ilə 1100 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs hesab nömrəsinə pul göndərdikdən sonra ona tanımadığı bir nəfər qızı ***-***-**-** nömrəsindən zəng vurub onun Socarda işə qəbul olunduğunu demişdir. Sonradan Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını bilib ona zəng vurub, pulunu istəmişdir. Süphan pulunu geri qaytaracağına söz versə də onu aldadıb pulunu geri qaytarmamışdır. Lakin qaynı Möhlətdən aldığı 1600 manat pulu qaytarmışdır Bundan sonra bu barədə polisə şikayət etmişdir. Süphana verdiyi pulun geri qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 teleqram vurmaqla bildirdi ki, iştirakı olmadan baxılmasını xahiş etmiş, eyni zamanda təqsirləndirilən şəxsə heç bir şikayətinin və tələbinin olmamasını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində valideyinləri ilə birlikdə yaşayır, subaydır, heç yerdə işləmir. Təqsirləndirilən şəxs ilə telefon danışıqları zamanı tanış olmuş, onunla heç bir düşmənçilik və ədavətləri yoxdur. 24.11.2020-ci il tarixdə, saat 14 radələrində Füzuli rayonu, 3-cü Qayıdış qəsəbəsində yaşayan xalası oğlu Zərərçəkmiş şəxs1 Əlzamin oğlu ona telefonla zəng vurub “Socar” şirkətinə sürücü axtardıqlarını demişdir. “Sokar” şirkətində işə düzəlməsi üçün o, sənədlərini təqdim edib və işə qəbul üçün 3000 (üç min) manat ödəniş etmişdir. Elşən ona demişdir ki, işə düzəlmək istəyirsənə sənədlərinin şəkilini çəkib Süphanın istifadəsində olan nömrəsinin “WhatsApp” na at. Elşəndən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsini alıb Süphana zəng vurub, onunla danışıb ona işə “Sokar” şirkətində sürücü kimi işə qəbul olunmaq istədiyini demişdir. Süphan 3000 manat pul mübaqilində işə düzələcəyini, 800 manat alacağını demişdir. Süphan ona öz adına "xxxx"da olan hesab nömrəsini verib, şəxsiyyət vəsiqəsinin hərbi biletin sürücülük vəsiqəsinin çəklini çəkib Vatsap nömrərinə atmasını demişdir. 24.11.2020ci il tarixdə,16:56-da Süphanın hesab nömrəsinə Füzuli rayonu, Böyük Bəhmənli kəndində Abbas marketdə olan “Milli-Ön” elektron ödəmə sistemi vasitəsi ilə 3000 manat pul köçürmüşdür. Bundan təxminən 3 gün sonra tanımadığı bir nəfər qız ona telefonla zəng vurub işə qəbul olduğunu demişdir. 20.12.2020-ci il tarixdə kursa gedəcəyini demişdir. Lakin həmin tarix keçsə də onu heç kim kursa çağırmamış və həmin vaxtdan bu günə kimi Təqsirləndirilən şəxs onu aldadaraq işə düzəltməmiş,onu aldadaraq hesab nömrəsinə köçürdüyü 3000 manat pulunu geri qaytarmamışdır. Hər dəfə mobil telefonla onunla əlaqə saxlayanda müxtəlif bəhanələr gətirmişdir. Aldadıldığını başa düşüb, Füzuli rayon polis şöbəsinə müraciət etmişdir. dəymiş ziyan ödənilmidir, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda faktiki olaraq heç yerdə işləmir. Tovuz rayonu, Qovlar şəhərində yaşayan dayısı Şahid taksi sürücüsüdür. Şahid görüşlərinin birində ona demişdir ki, Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs onu işə düzəltməyə köməklik edə bilər. Təqsirləndirilən şəxs müştəri kimi Bakı şəhərinə aparan zaman tanış olduğunu dayısı bildirmişdir. Bunun müqabilində Təqsirləndirilən şəxs 1500 manat pul istədiyini demişdir. O, dayısı ilə birlikdə 27.04.2021-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən “Rahat” marketə getmiş, 1500 manat pulu dayısı Şahid vermiş, o, həmin marketdə olan “Milli Ön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına pulu göndərmişdir. Təxminən 10 gün sonra Təqsirləndirilən şəxs dayısı Şahid zəng vurub əlavə olaraq 400 manat pul istəmişdir. O, həmin pulun həkim komisiyyası, əmək kitabçası və sair işlər üçün lazım olduğunu bildirmişdir. Bu barədə dayısı Şahid telefon vasitəsilə ona bildirmişdir. Həmin vaxt Bakı şəhərində olmuşdur. Şahid ilə mobil telefon vasitəsilə danışandan sonra Xırdalan şəhərində yerləşən “Dəniz” adlı marketdə olan Milli Ön ödəmə terminalı vasitəsilə 400 manat pulu da göndərmişdir. Aradan bir müddət keçəndən sonra Süphanın işə düzəltmədiyini görüb onunla əlaqə saxlamış, o, isə hər dəfə müxtəlif bəhanələr gətirərək, vaxtı uzatmışdır. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Fizuli rayon sakinlərinin bir neçəsini “Socara” işə düzəlmtək adı ilə aldadaraq pullarını ələ keçirdib. Buna görə də dayı ila birlikdə Fizuli rayonuna gedib polis şöbəsində pullarının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı müraciət etmişlər. Təqsirləndirilən şəxs ümumilikdə 1900 manat pulunu “Socara” işə düzəldəcəyi vədini verib, dələduzluq yolu ilə ələ keçirtmişdir. Məhkəmə istintaqında şahid qismində Şahid elan olunmuş ifadəsindən görünür ki, Tovuz rayonu, Qovlar şəhəri, M.F.Axundov küçəsi, ev 1-də ailəsi ilə birlikdə yaşayır, fərdi qaydada özünə məxsus “Mercedes” markalı ** EN *** nömrəli avtomaşından taksi kimi istifadə edib, ailəsini dolandırır. 2021-ci ilin təxminən yanvar ayında taksi kimi onun avtomaşını ila Bakı şəhərinə apardığı sərnişinlərdən Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs ilə yolda gedərkən tanış olmuş və aralarında münasibət yaranmışdır. Sonradan mən bir neçə dəfə də onu Bakı şəhərinə sərnişin kimi aparmışdır. Bir dəfə yolda Bakı şəhərinə yenə gedərkən Süphan ona demişdir ki, Bakı şəhərində yerləşən “Sokar” şirkətində kadrlar şöbəsində boş vakansiyalara o, baxır. Əgər qohum-tanışlardan kimsə işə düzəmək istəsə düzəldə bilər. Bundan sonra bir-birilərinə əlaqə nömərlərini dermişlər. Sonradan bacısı oğlu Zərərçəkmiş şəxs3 işsiz olduğuna görə onu işə düzəltmək qərarına gəlmiş və bu barədə telefonla Süphana məlumat vermişdir. Süphan isə bunu 15 gün ərzində düzəldə biləcəyini deyib, 1500 manat pul istəmişdir. Süphan qohumunun 720 əmək haqqı alacağını bildirmişdir. Süphan Bakı şəhərində olduğunu deyib, özünün kart hesab nömrəsini dermişdir. Bundan sonra 27.04.2021-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən “Rahat” marketdə olan “Milli-Ön” ödəmə sistemi vasitəsi ilə Süphanın ona verdiyi hesab nömrəsinə 1500 manat pulu köçürmüşdür. Bundan təxminən 10 gün sonra Süphan ona telefonla zəng edib bacısı oğlunun işinin tam düzəlməsi üçün, yəni ona əmək kitabçası, həkim komisiyasından arayış və sair işlər üçün əlavə olaraq 400 manat pul göndərməli olduğunu demişdir. O, da işin düzəlməsi üçün razılaşmış və Zərərçəkmiş şəxs3 zəng edib 400 manat pulu Süphanın hesabına göndərməsini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 Xırdalan şəhərində yerləşən “ Dəniz” marketdə olan Milliön ödəmə sistemi vasitəsi ilə 400 manat pulu köçürmüşdür. Aradan xeyli müddət keçsə də Elvini işə düzəltməmişdir. Bu barədə bir neçə dəfə Süphana zəng edib soruşsa da hər dəfə onu müxtəlif bəhanələrlə aldadıb gələn ay düzələcəyini demişdir. Sonradan Təqsirləndirilən şəxs Füzuli rayonu, sakinlərindən bir neçəsini də “Sokar” şirkətində işə düzəldəcəyi adı ilə aldadıb pullarını ələ keçirdiyinə görə həbs olunduğunu eşitmişdir. Buna görə də Füzuli rayon Polis şöbəsinə gəlib Subhan Hüseynovun aldadıb pulunu ələ keçirdiyinə görə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs vahid niyyətlə 1900 manat pulu bacısı oğlu Zərərçəkmiş şəxs3 işə düzəldəcəyi ilə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iş üzrə təqsirləndirilən şəxs X7 zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Füzuli rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi polis polkovnik-leytenantı X4 tərəfindən 20 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Füzuli rayon prokuroru qarşısında vəsatət qaldırılmış, vəsatət təmin edilərək, 21 oktyabr 2021-ci il tarixdə Füzuli rayon məhkəməsinin hakimi Məhəmməd Bağırovun qərarı ilə 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Füzuli rayon polis şöbəsinin istintaq bölməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılarkən iş üzrə ifadəsi alınmış Zərərçəkmiş şəxs3 ona qarşı dələduzluq edildiyini və 28.04.2021-ci il tarixdən 05.05.2021-ci il tarixə olan müddət ərzində tanışı Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 1900 manat nağd pulunu Kapital Bank ASC-yə köçürülmə yolu ilə Abşeron rayonu, Xırdalan şəhər ərazisində ələ keçirildiyini göstərmiş, odur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs sonuncu cinayəti Abşeron rayon ərazisində törədilməsi qənaətinə gəlinməklə, Fizuli rayon polis şöbəsinin İstintaq Şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı Səməddin Ağalarovun 23 oktyabr 2021-ci il tarixli qərarı ilə ********* saylı cinayət işini ərazi aidiyyəti üzrə Abşeron RPİ-nə göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında tələbnamə arayışından görünür ki, təqsirləndirilən şəxs X7 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. X2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X7 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə X1 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarında olan Abşeron rayon İcra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi 1 saylı MTİİTS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X7 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.11.2021-ci il tarixli tələbnamə arayışından görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs X5 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, X2 şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu nəzərə alır. Məhkəmə, X2 törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, ziyanı tam ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri X5 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Füzuli rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi polis polkovnik-leytenantı X4 tərəfindən 20 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Füzuli rayon prokuroru qarşısında vəsatət qaldırılmış, vəsatət təmin edilərək, 21 oktyabr 2021-ci il tarixdə Füzuli rayon məhkəməsinin hakimi Məhəmməd Bağırovun qərarı ilə 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, cəza təyin edilərkən X2 məhkəmə istintaqı zamanı 20 oktyabr 2021-ci il tarixdən 11 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsinin alanadək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs X9 oğlu ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X3 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul Abşeron rayon Vəkil Bürosunun hesabına, məhkəmə istintaqı zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 ibtidai istintaq zamanı 20 oktyabr 2021-ci il tarixdən 11 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X7 üzərinə məhkəmə istintaqının çağırışları istisna olmaqla Tovuz rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası X2 yaşayış yeri üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs X9 oğlu ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X3 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul Abşeron rayon Vəkil Bürosunun hesabına, məhkəmə istintaqı zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-116/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-116/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver