Məhkəmə qərarları › İş №1(012)-116/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-116/2024

28.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-116/2024 28.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1974-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyətcə azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Qaradağ rayonu, Xocahəsən qəsəbəsində yerləşən “Black” motelində xadimə işləyən, Bərdə şəhəri, Şəhriyar küçəsi, ev 23-də qeydiyyatda olan və Qaradağ rayonu, Xocahəsən qəsəbəsində yerləşən “Black” otelində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1999-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Black Mount” otelində qeydiyyatçı işləyən, Bərdə şəhəri, Şəhriyar küçəsi, ev 23-də qeydiyyatda olan və Qaradağ rayonu, Xocahəsən qəsəbəsində yerləşən “Black Mount” otelində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qızı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında maddi imkanının zəif olması və daimi qazanc mənbəyinin olmamasına baxmayaraq əvvəlcədən sonuncu ilə birlikdə planlaşdırıb Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək əmlakını ələ keçirmək qərarına gəlib, ona özünü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib, aldadaraq Zərərçəkmiş şəxs2 2022-ci ilin aprel ayından iyun ayınadək olan müddət ərzində bir-neçə dəfəyə alacağı malları, satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib, ünvan 1 ünvanından götürməklə və sifariş edib Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər şəhərciyinə” göndərməklə 1260 manat dəyərində qab-qacaq dəstlərini, 1200 manat dəyərində digər qab-qacaq dəstlərini, 1500 manat dəyərində soyuducu, paltaryuyan maşın və ədyalı, dəsmal dəstlərini, 1500 manat dəyərində yataq dəsti, 1 ədəd 600 manat dəyərində divanı, 400 manat dəyərində stol-stul dəstini, 800 manat dəyərində plazma televizoru, 200 manat dəyərində pufik mebeli, 1 ədəd 100 manat dəyərində ütü stolunu, 1 ədəd 50 manat dəyərində divar saatını, 1 ədəd 80 manat dəyərində videokamera aparatı, 80 manat dəyərində videooxudan aparatı, 1 ədəd 10 manat dəyərində işıq fanarını, yəni ümumilikdə 7780 manat dəyərində əmlakını vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsin etibarını qazanmaq üçün həmin malların dəyərindən 1100 manatını mütəmadi qaydada ödəsə də, digər hissəsi 6680 manatını isə öz şəxsi ehtiyaclarına xərcləməklə verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 6680 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qızı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında maddi imkanının zəif olması və daimi qazanc mənbəyinin olmamasına baxmayaraq əvvəlcədən sonuncu ilə birlikdə planlaşdırıb Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək əmlakını ələ keçirmək qərarına gəlib, ona özünü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib, aldadaraq Zərərçəkmiş şəxs1 2022-ci ilin mart ayından iyun ayınadak olan müddət ərzində bir-neçə dəfəyə alacağı malları, satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib, 400 manat məbləğində geyim əşyalarını, ayaqqabıları, dəsmalı, yataq dəstlərini və əl çantalarını, 4640 manat dəyərində müxtəlif qab-qacağı və məişət əşyalarını, 2290 manat dəyərində 1 ədəd 7,38 qram çəkidə 585 əyarlı “Versace” markalı qızıl sırğanı, 1 ədəd 5,16 qram çəkidə 585 əyarlı qızıl sırğanı, 1 ədəd 4 qram çəkidə 585 əyarlı paxlava şəklində qızıl qolbağı, 1 ədəd 3,52 qram çəkidə 585 əyarlı üzərində nal şəklində kulon olan boyunbağını, 1 ədəd 2,74 qram çəkidə 585 əyarlı üzərində nal şəklində kulon olan boyunbağını, üzərində brilliant qaşları olan ümumilikdə 11,58 qram çəkidə olan 583 əyarlı 2500 manat müqabilində qızıl dəstini, 1 ədəd 4266 manat dəyərində 35,51 qram çəkidə 583 əyarlı boyunbağını, 1 ədəd 4725 manat dəyərində 35 qram çəkidə 585 əyarlı “Versace” markalı boyunbağını və 1 ədəd 1600 manat dəyərində “10-luq” klonu yəni ümumilikdə 15.381 manat dəyərində qızıl zinət əşyalarını və 5040 manat dəyərində geyim və digər əmlaklarını vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsin etibarını qazanmaq üçün qızıl zinət əşyalarının pulundan 4000 manatını və geyim əşyalarından 80 manatını ödəsə də, digər hissəsi 16341 manatını isə öz şəxsi ehtiyaclarına xərcləməklə verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 16.341 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə anası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında maddi imkanının zəif olması və daimi qazanc mənbəyinin olmamasına baxmayaraq əvvəlcədən sonuncu ilə birlikdə planlaşdırıb Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək əmlakını ələ keçirmək qərarına gəlib, ona özünü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib, aldadaraq Zərərçəkmiş şəxs2 2022-ci ilin aprel ayından iyun ayınadək olan müddət ərzində bir-neçə dəfəyə alacağı malları, satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib, ünvan 1 ünvanından götürməklə və sifariş edib Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər şəhərciyinə” göndərməklə 1260 manat dəyərində qab-qacaq dəstlərini, 1200 manat dəyərində digər qab-qacaq dəstlərini, 1500 manat dəyərində soyuducu, paltaryuyan maşın və ədyalı, dəsmal dəstlərini, 1500 manat dəyərində yataq dəsti, 1 ədəd 600 manat dəyərində divanı, 400 manat dəyərində stol-stul dəstini, 800 manat dəyərində plazma televizoru, 200 manat dəyərində pufik mebeli, 1 ədəd 100 manat dəyərində ütü stolunu, 1 ədəd 50 manat dəyərində divar saatını, 1 ədəd 80 manat dəyərində videokamera aparatı, 80 manat dəyərində videooxudan aparatı, 1 ədəd 10 manat dəyərində işıq fanarını, yəni ümumilikdə 7780 manat dəyərində əmlakını vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsin etibarını qazanmaq üçün həmin malların dəyərindən 1100 manatını mütəmadi qaydada ödəsə də, digər hissəsi 6680 manatını isə öz şəxsi ehtiyaclarına xərcləməklə verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 6680 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə anası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında maddi imkanının zəif olması və daimi qazanc mənbəyinin olmamasına baxmayaraq əvvəlcədən sonuncu ilə birlikdə planlaşdırıb Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək əmlakını ələ keçirmək qərarına gəlib, ona özünü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib, aldadaraq Zərərçəkmiş şəxs1 2022-ci ilin mart ayından iyun ayınadak olan müddət ərzində bir-neçə dəfəyə alacağı malları, satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib, 400 manat məbləğində geyim əşyalarını, ayaqqabıları, dəsmalı, yataq dəstlərini və əl çantalarını, 4640 manat dəyərində müxtəlif qab-qacağı və məişət əşyalarını, 2290 manat dəyərində 1 ədəd 7,38 qram çəkidə 585 əyarlı “Versace” markalı qızıl sırğanı, 1 ədəd 5,16 qram çəkidə 585 əyarlı qızıl sırğanı, 1 ədəd 4 qram çəkidə 585 əyarlı paxlava şəklində qızıl qolbağı, 1 ədəd 3,52 qram çəkidə 585 əyarlı üzərində nal şəklində kulon olan boyunbağını, 1 ədəd 2,74 qram çəkidə 585 əyarlı üzərində nal şəklində kulon olan boyunbağını, üzərində brilliant qaşları olan ümumilikdə 11,58 qram çəkidə olan 583 əyarlı 2500 manat müqabilində qızıl dəstini, 1 ədəd 4266 manat dəyərində 35,51 qram çəkidə 583 əyarlı boyunbağını, 1 ədəd 4725 manat dəyərində 35 qram çəkidə 585 əyarlı “Versace” markalı boyunbağını və 1 ədəd 1600 manat dəyərində “10-luq” klonu yəni ümumilikdə 15.381 manat dəyərində qızıl zinət əşyalarını və 5040 manat dəyərində geyim və digər əmlaklarını vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsin etibarını qazanmaq üçün qızıl zinət əşyalarının pulundan 4000 manatını və geyim əşyalarından 80 manatını ödəsə də, digər hissəsi 16341 manatını isə öz şəxsi ehtiyaclarına xərcləməklə verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 16.341 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Əməlindən peşiman olduğunu bildirib,ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi.Həmçinin, Təranənin Xırdalan şəhəri, “AAF park” yaşayış massivində yerləşən evinə gedərək ondan istifadə olunmuş dəsmal, yataq dəstinin üzlükləri, əl çantaları və sair əşyaları 2022-ci ilin mart ayının hansı tarixində aldığını xatırlamır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Xocahəsən qəsəbəsində yerləşən “Black” moteldə qızı Təqsirləndirilən şəxs1 ilə birlikdə işləyir və həmin moteldə 2022-ci ilin oktyabr ayından hazırkı vaxta qədər yaşayırlar. Zərərçəkmiş şəxs1 2022-ci ilin yanvar ayından etibarən tanıyır. Həmin vaxta qədər Bərdə rayonunda qızı ilə birlikdə yaşamışdır. Qızı Gülər, Bakı şəhəri, Nərimanov rayonunda mağazada kassir işi tapdıqdan sonra Bakı şəhərinə gəlməli olmuş, Bakı şəhərində kirayə evlər baha olduğu üçün elanlarda axtarıb Zərərçəkmiş şəxs1 “Abşeron Gənclər şəhərciyində” məktəbin yanında yerləşən yeni tikilmiş binanın iki otaqlı mənzilini kirayə verdiyi barədə elanı oxuyaraq onunla qızı Gülər əlaqə yaratmış və ondan həmin mənzili 360 manata kirayə etmişlər. Həmin mənzildə ev sahibinin müəyyən əşyaları olmuş, Zərərçəkmiş şəxs1 mənzilinə köçdükdən sonra ticarətlə məşğul olmağı davam etdirmişdir. Belə ki, Bərdə rayonunda yaşayarkan təzə və köhnə əşyalar satmaqla məşğul olmuş, həmçinin Bərdə rayonuna getməzdən əvvəl qızı Gülər, Bakı şəhərində Tibb Universitetinin Cərrahiyyə Şöbəsində tibb bacısı işləmişdir. Həmin vaxtlar qızı Gülər, qızıl-zinət əşyalarının ticarəti ilə də məşğul olmuş, Abşeron rayonuna köçdükdən sonra da ticarətini davam etdirmiş, həmçinin qızı Gülər də arabir qızıl-zinət əşyaları alveri etmişdir. 2022-ci ilin mart ayında evində kirayə qaldığı Zərərçəkmiş şəxs1 yataq dəstlərinin üzlükləri, əl çantaları, ayaqqabılar, dəsmal və sair köhnə əşyalar almışdır. Çünki ev sahibi Təranəyə köhnə və təzə ev əşyalarının alverini etdiyini demişdir. Təranə ona demişdir ki, evində köhnə əşyalar var, satmaq istəyir, o da demişdir ki, alar. Təranə həmin əşyaların fotoşəklini qızı Gülərin mobil telefonuna “Whatsapp”-la göndərmiş, həmin əşyalardan bəyəndiyini işarə etmiş və 2022-ci ilin mart ayının əvvəllərində Təranənin Xırdalan şəhəri, “AAF park” yaşayış massivində yerləşən evinə gedərək ondan istifadə olunmuş dəsmal, yataq dəstinin üzlükləri, əl çantaları və sair əşyalar almış, həmin əşyaları təxminən 300 manata almağa razılaşmışdır. Həmin əşyaları satandan sonra pulunu ödəmiş, Təranədən sonradan da köhnə qab-qacaq, geyim paltarları, məişət əşyaları və sair əşyalar nisyə almışdır. 2022-ci ilin aprel ayında Təranə ona zəng edərək Yevlax şəhərində, xalası Sevilin evində olduğunu bildirmiş, demişdir ki, xalası Sevilin də satlıq köhnə əşyaları vardır. O, demişdir ki, satılan əşyaların fotoşəkillərini qızı Gülərin mobil nömrəsinin “Whatsapp” göndərsin. Əşyaların fotoşəklini alandan sonra qab-qacaq dəstlərini bəyənmiş və bəyəndiyi əşiyaları Gülər ona göndərmişdir. Təranə telefonla qızı Gülərə demişdir ki, Yevlaxdan həmin əşyaları göndərməyə maşın yoxdur. Qızı Gülər demişdir ki, taksi maşını göndərəcəkdir. Odur ki, Yevlaxa, Sevilin ünvanına taksi maşını göndərmiş, Sevil də həmin maşınla qab-qacaq dəstlərini yükləyib ona göndərmişdir. 2022-ci ilin may ayının ortalarında Sevil, qızı Gülərə zəng edərək istifadə etmədiyi bir ədəd paltaryuyan maşın və bir ədəd soyuducu, mebel dəsti, televizor və başqa işlətmədiyi əşyaları satmaq istədiyini bildirmişdir. Həmin əşyaların da fotoşəklini göndərdikdən sonra almağa razılaşmış, Sevil demişdir ki, göndərmək üçün maşını yoxdur. O, bildirmişdir ki, «iki-üç günə Gəncədən əşyalar almağa gedəcəyəm, orada olanda Yevlaxa gedib əşyalasrı götürərəm». Bir neçə gündən sonra sürücüsünü tanımadığı, nömrəsini bilmədiyi Ford markalı maşınla Gəncə şəhərindən alver əşyaları alıb qayıdarkan Sevilin evinə getmişlər. Maşında iki nəfər tanımadığı şəxs də olmuş, Sevilin evindən onun ona satdığı bir ədəd paltaryuyan maşın, bir ədəd soyuducu, ədyal, dəsmal dəstlərini, künc divan, stol-stuil, qara rəngli plazma televizor, jurnalni, ütü stolu və sair əşyaları maşına yüklətdirmişdir. Ümumiyyətlə, Sevildən 2022-ci ilin mart və aprel aylarından qab-qacaq dəstləri, 2022-ci ilin may ayında bir ədəd köhnə soyuducu, paltaryuyan maşın və ədyal, dəsmal dəstlərini, 2022-ci ilin iyun ayının əvvəllərinədək olan müddətdə yataq dəsti, 1 ədəd divan, stol-stul dəsti, plazma televizor, pufik mebel (jurnalni), 1 ədəd ütü stolu, 1 ədəd divar saatı, 1 ədəd videokamera aparatı, 3 ədəd videooxudan aparat, 1 ədəd işıq fanarı almışlır. Lakin Sevildən aldığı əşyaların dəyəri sonuncunun bildirdiyi kimi 7780 manat təşkil etmir. Belə ki, Sevildən aldığı divanı internet üzərindən qızının köməyi ilə 600 manata, stol-stulu 400 manata, ağ rəngli jurnal stolunu 200 manata, ütü stolunu 50 manata, divar saatını 50 manata, videokameranı 60 manata satmış, müəyyən əşyaları, o cümlədən işıq fanarını sata bilməmişdir. Digər əşyaları Sabunçu bazarında müxtəlif qiymətlərə satmış, neçəyə satdığı yadıda deyildir. Təranədən qızıl-zinət əşyalarını isə, qızı Təqsirləndirilən şəxs2 almışdır. Gülər Təranədən əvvəlcə bir ədədiynə formalı sırğa almış, onun köhnə iş yoldaşı Pərvanə iynə formalı sırğa istədiyi üçün Təranədən soruşuşdur ki, iynə formalı sırğa olsa alarlar. Sonuncu da belə bir sırğası olduğunu və satmaq istədiyini bildirmiş, həmin sırğanı Təranə 200 manata dediyi üçün razılaşıb 190 manata Gülər almış, sırğanı Gülər satıb pulunu Təranəyə ödəmişdir. Bundan sonra qızı Gülər, Təranədən 1 ədəd təxminən 7 qram çəkidə 585 əyarlı “Versace” markalı qızıl sırğa, 1 ədəd təxminən 5 qram çəkidə 585 əyarlı qızıl sırğa, 1 ədəd təxminən 4 qram çəkidə 585 əyarlı paxlava şəklində qızıl qolbaq, 1 ədəd təxminən 3 qram çəkidə 585 əyarlı üzərində nal şəklində klon olan boyunbağı və 1 ədəd təxminən 3 qram çəkidə 585 əyarlı üzərində nal şəklində kulon olan boyunbağını ümumilikdə 2290 manata almışdır. Həmin qızıl əşyalarını da Gülər köhnə iş yerində keçimş iş yoldaşı Xatirəyə satmışdır. Gülər, Təranədən aldığın qızıl əşyalarının pulundan 1000 manat ödəmiş, 1290 manat borclu qalmışdır. Çünki qızıl-zinət əşyalarının pulunu tam şəkildə almamışdır. 1290 manat borcunu da qızılların pulunu alandan sonra Təranəyə ödəmişdir. Bundan sonra Gülər, 2022-ci ilin iyun ayının əvvəllərində müxtəlif vaxtlarda Təranədən bir komplekt, yəni 1 ədəd üzük və bir cüt sırğadan ibarət üzərində brilliant qaşları olan ümumilikdə təxminən 11,5 qram çəkidə olan 583 əyarlı dəsti 2500 manat müqabilində, 1 ədəd təxminən 35,5 qram çəkidə 583 əyarlı 4266 manat dəyərində boyunbağı, 1 ədəd təxminən 35 qram çəkidə 585 əyarlı “Versace” markalı 4725 manat dəyərində boyunbağı və 1 ədəd “10-luq” 1600 manat dəyərində klonu, ümumilikdə 13.091 (on üç min doxsan bir) manat dəyərində qızılları sataraq pulunu Təranəyə ödəmək üçün ondan almışdır. Həmin qızılları da satmış və həmin qızılların pulundan Təranəyə 3000 manat ödəmişdir. Təranədən aldığı əvvəlki qızıl əşyaların pulundan 1290 manat və sonradan aldığı qızıl əşyaların pulundan 10.091 manat olmaqla, ümumilikdə 11.381 (on bir min üç yüz səksən bir) manat dəyərində qızıl əşyaların pulunu Təranəyə borclu qalmışdır. 2022-ci ilin iyun ayında Təranə kirayə qaldığım evin qapısının açarlarını dəyişərək onları evə buraxmamış, qızı Gülər ona bir neçə dəfə “Whatsapp”-la zəng edib danışaraq qapının bağlı olduğunun səbəbini soruşduqda qapını açarını özünün dəyişdiyini, onları evə buraxmadığını bildirmişdir. Gülər demişdir ki, evdə onların paltarları, əşyaları qalmışdır, heç olmasa paltarları və əşyalarım versin. Təranə əvvəlcə paltar və əşyaları evinə yığdığını, sonra binanın altında yer kirayə götürüb oraya yığdığını demişdir. Sonuncu dəfə danışdıqda paltarları və əşyaları videoya çəkib Gülərə atmış və zibillikdə yandıracağını demişdir. Sonradan telefonunu bloka salmış, onunla heç bir əlaqə saxlaya bilməmişlər. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun və qızı Gülərin borcu qalmışdır. Lakin hansı məbləğdə borclu qalmağını dəqiq bilmir. Belə ki, qızı Gülərin Təranədən aldığı qızıl əşyaların görə ona olan borcunun məbləğini dəqiq bilmiş, qızıl əşyalarına görə Təranəyə 11.381 manat borcu olmuş, qızılın pulundan 3660 manatını istintaq dövründə Təranəyə qaytarmışdır. Təranədən və Sevildən aldığı əşya, qab-qacaq, mebel, məişət əşyaları və sair əşyaların pulunun bir hissəsini ödəmiş, onlardan aldığı və pulunu ödəmədiyi şeylərin nisyə dəftəri kirayə qaldığı mənzildə qaldığı üçün hesablaya bilməmiş, Təranə həmin dəftəri qaytarsa, ona və Sevilə olan borcumu dəqiq hesablayıb bildirəcəkdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, vurulan ziyandan zərərçəkən Sevil Həsəbovaya 1100 manat, zərərçəkən Zərərçəkmiş şəxs1 isə 4985 manat məbləğində pul ödəniş etdiyini, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, Təranənin Xırdalan şəhəri, “AAAF park” yaşayış massivində yerləşən evinə gedərək ondan istifadə olunmuş dəsmal, yataq dəstinin üzlükləri, əl çantaları və sair əşyaları 2022-ci ilin mart ayının axırlarında ondan almışlar, lakin ittihamda səhv olaraq bu tarix 2022-ci ilin mart ayının əvvəlləri kimi qeyd edilmişdir. İbtidai istintaqda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Xocahəsən qəsəbəsində yerləşən “Black” moteldə anası Təqsirləndirilən şəxs1 ilə birlikdə işləyir və həmin moteldə 2022-ci ilin oktyabr ayından hazırkı vaxta qədər yaşayırlar. Zərərçəkmiş şəxs1 2022-ci ilin yanvar ayından etibarən tanıyır. Həmin vaxta qədər Bərdə rayonunda anası ilə birlikdəyaşamışlar. Bakı şəhəri, Nərimanov rayonunda mağazada kassir işi tapdıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlməli olmuşlar. Bakı şəhərində kirayə evlər baha olduğu üçün elanlarda axtarıb Zərərçəkmiş şəxs1 “Abşeron Gənclər şəhərciyində” məktəbin yanında yerləşən yeni tikilmiş binanın iki otaqlı mənzilini kirayə verdiyi barədə elanı oxuyaraq onunla əlaqə yaratmış və sonuncudan həmin mənzili 360 manata kirayə etmişdir. Həmin mənzildə ev sahibinin müəyyən əşyaları olmuş, Zərərçəkmiş şəxs1 mənzilinə köçdükdən sonra anası ticarətlə məşğul olmaqda davam etmişdir. Belə ki, Bərdə rayonunda yaşayarkan anası təzə və köhnə əşyalar satmaqla məşğul olmuş, həmçinin o Bərdə rayonuna getməzdən əvvəl Bakı şəhərində Tibb Universitetinin Cərrahiyyə Şöbəsində tibb bacısı işləmişdir. Həmin vaxtlar qızıl-zinət əşyalarının ticarəti ilə də məşğul olmuş, Abşeron rayonuna köçdükdən sonra da anası ticarətini davam etdirmiş, 2022-ci ilin mart ayında anası Nailə evində kirayə qaldığı Zərərçəkmiş şəxs1 yataq dəstlərinin üzlükləri, əl çantaları, ayaqqabılar, dəsmal və sair köhnə əşyalar almışdır. Həmin əşyaların alverini anası etdiyi üçün onların dəqiq siyahısını bilmir. Sonradan anası Nailə Təranədən və onun xalası Sevildən müəyyən əşyalar almış və satdığı əşyaların pulunu onlara ödəmiş, lakin onlara bir qədər borclu qalmışdır. Anasının Təranə və Sevilə nə qədər borclu olduğunu bilmir. O, Sevilin Yevlax şəhərində yerləşən evinə getməmiş, Təranənin evinə dörd-beş dəfə getmişdir. Təranənin evindən onun anasına satdığı geyim əşyalarını, qab-qacağı gətirmişdir. Sevil isə, onun mobil telefonunun “Whatsapp”-na satdığı əşyalarıln fotoşəklini göndərmiş, o da həmin şəkilləri anasına göndərmişdir. Həmçinin Sevil şəkilləri Təranəyə atmış, o da anasına göstərmişdir. Anasının almaq istədiyi əşyaların fotoşəklini yenidən Təranəyə atıb həmin malları anasının bəyəndiyini demişdir. Sevilin əşyalarından o da satmış, Təranədən həmçinin qızıl-zinət əşyaları almışdır. Belə ki, köhnə iş yoldaşı Tibb Universitetinin Cərrahiyyə Şöbəsində onunla birlikdə işləmiş köhnə iş yoldaşı Pərvanə ondan iynə formalı sırğa istəmiş, o bu barədə Təranəyə demiş, sonuncu demişdir ki, qızıl əşyalarını satmaq istəyir. Odur ki, qızıl sırğanın şəklini “Whatsapp”-la ona atmışdır. O, sırğanın şəklini Pərvanəyə göndərmiş, Pərvanə bəyəndiyi üçün sırğanı Təranədən almış, iynə formalı sırğanı Təranə 200 manata demiş, o isə, Təranə ilə sırğanın qiyməti barədə 190 manata razılaşdır. İynə formalı sırğanı Pərvanəyə 220 manata satmış və 190 manatını Təranəyə ödəmiş, bir neçə gün sonra Təranədən 1 ədəd təxminən 7 qram çəkidə 585 əyarlı “Versace” markalı qızıl sırğa, 1 ədəd təxminən 5 qram çəkidə 585 əyarlı qızıl sırğa, 1 ədəd təxminən 4 qram çəkidə 585 əyarlı paxlava şəklində qızıl qolbaq, 1 ədəd təxminən 3 qram çəkidə 585 əyarlı üzərində nal şəklində kulon olan boyunbağı və 1 ədəd təxminən 3 qram çəkidə 585 əyarlı üzərində nal şəklində klon olan boyunbağını ümumilikdə 2290 manata almışdır. Həmin qızıl əşyalarını da köhnə iş yerində keçimş iş yoldaşı Xatirəyə satmışdır. Sonuncu da həmin qızıl-zinət əşyalarını kimə isə satmış, lakin kimə satdığını bilmir. O, Təranədən aldığı qızıl əşyalarının pulundan 1000 manat ödəmiş, 1290 manat borclu qalmış, çünki qızıl-zinət əşyalarının pulunu tam şəkildə almamışdır. 1290 manat borcunu da qızılların pulunu alandan sonra Təranəyə ödəmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Gülər yaşadığı evə gəlmişdir. Sonuncu ona bəyəndiyi qızıllarını təqdim etməyi və həmin qızılların qiymətlərini deməyi bildirmişdir. O da 1 ədəd 7,38 qram çəkidə 585 əyarlı “Versace” markalı qızıl sırğa, 1 ədəd 5,16 qram çəkidə 585 əyarlı qızıl sırğa, 1 ədəd 4 qram çəkidə 585 əyarlı paxlava şəklində qızıl qolbaq, 1 ədəd 3,52 qram çəkidə 585 əyarlı üzərində nal şəklində kulon olan boyunbağı, 1 ədəd 2,74 qram çəkidə 585 əyarlı üzərində nal şəklində kulon olan boyunbağını ümumilikdə 2290 manata almışdır. Sonuncu həmin pulu iki dəfə olmaqla 15 gün müddətində verəcəyini bildirmiş və öz əlyazması ilə həmin qızılı ondan aldığını yazmışdır. xx.xx.2022-ci il tarixdə Gülər ondan aldığı iynə şəklində olan qızıl sırğanın 190 manat pulunu gətirib evində ona vermişdir. Aradan bir neçə gün keçdikdən sonra Gülər ona satdığı 2290 manat dəyərində olan qızılın 1000 manatını ödəmişdir. Həmin məbləğdən 1290 manat qalmış, bundan sonra 2022-ci ilin iyun ayının əvvəllərində müxtəlif vaxtlarda Təranədən bir komplekt, yəni 1 ədəd üzük və bir cüt sırğadan ibarət üzərində brilliant qaşları olan ümumilikdə təxminən 11,5 qram çəkidə olan 583 əyarlı dəsti 2500 manat müqabilində, 1 ədəd təxminən 35,5 qram çəkidə 583 əyarlı 4266 manat dəyərində boyunbağı, 1 ədəd təxminən 35 qram çəkidə 585 əyarlı “Versace” markalı 4725 manat dəyərində boyunbağı və 1 ədəd “10-luq” 1600 manat dəyərində kulonu, ümumilikdə 13.091 (on üç min doxsan bir) manat dəyərində qızılları sataraq pulunu Təranəyə ödəmək üçün ondan almışdır. Həmin qızılları da iş yerində satmış, həmin qızılların pulundan Təranəyə 3000 manat ödəmiş, Təranədən aldığı əvvəlki qızıl əşyaların pulundan 1290 manat və sonradan aldığı qızıl əşyaların pulundan 10.091 manat olmaqla, ümumilikdə 11.381 manat dəyərində qızıl əşyaların pulunu Təranəyə borclu qalmışdır. 2022-ci ilin iyun ayında Təranə onların kirayə qaldığı evin qapısının açarlarını dəyişərək onları evə buraxmamışdır. O, sonuncuya bir neçə dəfə “Whatsapp”-la zəng edib danışaraq qapının bağlı olduğunun səbəbini soruşduqda qapını açarını özünün dəyişdiyini, onları evə buraxmadığını bildirmişdir. O demişdir ki, evdə onların paltarları, əşyaları qalmışdır, heç olmasa paltarları və əşyaları versin. Təranə əvvəlcə paltar və əşyaları evinə yığdığını, sonra binanın altında yer kirayə götürüb oraya yığdığını demişdir. Sonuncu dəfə danışdıqda paltarları və əşyaları videoya çəkib ona atmış və zibillikdə yandıracağını demişdir. Sonradan isə onun və anasının mobil nömrələrini bloka atmış və onunla əlaqə saxlaya bilməmişlər. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurilan cəmi 16341 manat ziyandan Təqsirləndirilən şəxs2 tərəfindən ona 4985 manat ödənilmiş, 11356 manat isə hələ də ödənilməmiş qalmışdır. Vurulan ziyanın ödənilməsini tələb edir. Bu barədə yazılı ərizəsini də məhkəməyə vermişdir. Həmçinin bildirir ki, təqsirləndirilən şəxslər onun Xırdalan şəhəri, “AAAF park” yaşayış massivində yerləşən evinə gedərək ondan istifadə olunmuş dəsmal, yataq dəstinin üzlükləri, əl çantaları və sair əşyaları 2022ci ilin mart ayının axırlarında ondan almışlar. Bunu novruz bayramı ilə əlaqədar martın 21-22 olması ilə əlaqədar yadında olduğunu bildirdi. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus ünvan 4 ünvanda evi vardır. Həmin evdə yaşayış olmadığı üçün kirayə verir. xx.xx.2022-ci il tarixdə həmin evini Təqsirləndirilən şəxs1 və onun övladı Təqsirləndirilən şəxs2 yaşamaq üçün kirayə vermiş, Nailə və qızı Gülər onun həmin evində 2022-ci ilin iyun ayının ortalarınadək kirayə yaşamışlar. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona Vatsap proqramında zəng edərək öz yaşadığı evdə istifadə olunmuş geyim, məişət əşyaları olub-olmamasını və olarsa ona satmağı xahiş etmişdir. O da evdə istifadə etmədiyi geyim əşyaları, dəsmal, yataq dəstləri, əl çantalarının şəkillərini çəkib Nailəyə göndərmişdir. Sonuncu da şəkillərə baxdıqdan sonra həmin əşyaları bəyəndiyini və alacağını demişdir. O da ona heç bir söz deməmiş, aradan bir neçə saat keçdikdən sonra Nailə qızı Gülərlə birlikdə evinə gəlmişlər. O, evində olan istifadə etmədiyi geyim əşyalarını, ayaqqabılarını, dəsmal, yataq dəstləri, əl çantalarını 400 manat müqabilində Nailəyə vermişdir. Nailə də həmin pulu təxminən 10-15 gün müddətində ona ödəyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Yevlax rayonunda olan zaman Nailə ona vatsap proqramında zəng edərək bir az danışdıqdan sonra Yevlax rayonunda olduğunu bilib rayonda yaşayan qohumlarda istifadə olunmuş əşyaların olubolmamasını maraqlanmağı xahiş etmiş, o da həmin ərəfədə ev əşyalarını satmaq istəyən xalası Zərərçəkmiş şəxs2 məxsus istifadə olunmuş əşyalar olduğunu və satmaq istədiyini Nailəyə demişdir. Sonuncu da həmin əşyaların şəkillərini çəkib ona göndərməyi xahiş etmiş, o da həmin əşyaların şəkilləri çəkib atacağını bildirmişdir. O, xalası Sevilin evinə getmiş, Ona söhbət əsnasında evində kirayə yaşayan Nailə adlı şəxsin istifadə olunmuş əşyaları alıb satdığını demiş, xalası Sevil də ona həmin şəxsi tanıyıb-tanımamadığını soruşduqda, o həmin qadının evində kirayə yaşadığını, narahatçılıq olmadığını bildirmişdir. Bundan sonra xalası Sevilin evində olan satmaq istədiyi əşyaların şəkillərini çəkib Nailəyə vatsap proqramı vasitəsi ilə göndərmiş, Nailə də həmin əşyaları almaq istədiyini bildirmişdir. Sonuncu razılaşdıqdan sonra həmin gün axşam saatlarında “Ford” markalı yük maşını ilə Yevlax rayonuna gəlmiş, Nailənin yanında avtomobilin sürücüsü və iki nəfər tanımadığı şəxs olmuş, sonra xalası Sevilin evində olan müxtəlif çeşidli qab-qacaq dəstlərini həmin yük maşınına yüklələr. Nailə həmin əşyaları satıb pulunu Sevilə verəcəyini bildirmi, xalası Sevil də Nailənin onun evində kirayə yaşadığını bilib ona inanaraq həmin əşyaları vermişdir. Sonra Nailə və yanında olan şəxslər çıxıb getmiş, o Yevlax rayonunda qaldığı müddət ərzində Nailə onun kart hesabına ona verdiyi əşyalarının müqabilində 80 manat pul göndərmişdir. Aradan bir neçə gün keçdikdən sonra Abşeron rayonuna evinə gəlmiş, o evə gəldikdən sonra Nailə ilə əlaqə saxlayıb xalası Sevilin əşyaları satıbsatmamağını soruşduqda, sonuncu ona əşyaların hamısını müştərilərə satdığını, pulunu isə qısa müddət ərzində müştərilərdən alıb verəcəyini demişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Nailə ona zəng edərək qızı Gülərin iş yoldaşlarının qab-qacaq əşyaları almaq istədiklərini və xalası Sevildə satdıq əşyaların olduğunu demişdir. O da xalası Sevildə istifadə olunmamış qab-qacaq əşyaları olduğunu demiş, bundan sonra Gülər ona vatsap proqramında zəng edərək xalası Sevildə olan əşyaların şəkillərinə baxmaq istədiyini demişdir. O da xalası Sevil ilə əlaqə saxlayıb ona məxsus satmaq istədiyi istifadə olunmamış qab-qacaq əşyalarının şəkillərini çəkib göndərməsini bildirmişdir. Sevil həmin əşyaların şəkillərini ona göndərdikdən sonra, o da həmin şəkilləri Gülərə vatsap proqramında göndərmişdir. Gülər həmin şəkillərdə olan əşyalardan bir neçəsini bəyəndikdən sonra xalası Sevilin nömrəsini ondan istəmişdir. O da Sevilin nömrəsini ona vermiş, həmin gün Gülər taksi ilə xalası Sevilin Yevlax rayonunda olan evindən bəzi qabqacaq əşyalarını satmaq üçün götürmüşdür. Həmin ərəfədə, yəni 2022-ci ilin aprel-may aylarında müxtəlif vaxtlarda Nailəyə satması üçün ümumilikdə 4640 manat dəyərində evində olan müxtəlif qab-qacaq, məişət əşyalarını vermiş, 2022-ci ilin may ayında Nailə xalası Sevildən müxtəlif mebel əşyaları da satmaq üçün almışdır. 2022-ci ilin may ayının sonlarında Gülər ona vatsap proqramında zəng edərək iş yoldaşına qızıl iynə şəklində sırğa lazım olduğunu demiş, o da özünə məxsus qulağında olan qızıl sırğanı çıxarıb şəklini çəkərək Gülərə göndərmiş, Gülər ona iş yoldaşına həmin sırğadan lazım olduğunu, həmin sırğanı satıb-satmamağı soruşmuşdur. O da satmaq istədiyini, lakin qızılın qiymətini soruşub satacağını bildirmiş, sonuncu da ona heç bir söz deməmişdir. O da səhəri gün Moskva Univermağına gedərək özünə məxsus qızıl sırğanın qiymətini və çəkisini öyrənmiş, sonra Gülərə zəng edərək həmin sırğanın 2 qram olduğunu və 1 qramını 100 manata olmaqla 200 manata satacağını demişdir. Sonuncu da həmin qızılı 190 manat müqabilində alacağını demiş, həmin gün axşam saatlarında Gülər onun yaşadığı evə gəlmiş, sonuncu da həmin sırğanı götürüb pulunu iyun ayının 5-də ödəyəcəyini demişdir. O da Gülərə inanıb qızıl sırğasını ona satmaq üçün vermiş, aradan bir iki gün keçdikdən sonra Gülər ona zəng edərək satdıq qızılının olub-olmamasını soruşduqda, o, sonuncuya bəzi qızıllarını satmaq istədiyini demişdir. Bundan sonra qızıllarının şəkillərini çəkib Gülərə göndərmiş, sonuncu göndərdiyi şəkillərdən bir neçəsini bəyənmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Gülər yaşadığı evə gəlmiş, ona bəyəndiyi qızıllarımı təqdim etməyi və həmin qızılların qiymətlərini deməyi bildirmişdir. O da 1 ədəd 7,38 qram çəkidə 585 əyarlı “Versace” markalı qızıl sırğa, 1 ədəd 5,16 qram çəkidə 585 əyarlı qızıl sırğa, 1 ədəd 4 qram çəkidə 585 əyarlı paxlava şəklində qızıl qolbaq, 1 ədəd 3,52 qram çəkidə 585 əyarlı üzərində nal şəklində kulon olan boyunbağı, 1 ədəd 2,74 qram çəkidə 585 əyarlı üzərində nal şəklində kulon olan boyunbağını ümumilikdə 2290 manata almışdır. Sonuncu həmin pulu iki dəfə olmaqla 15 gün müddətində verəcəyini bildirmiş və öz əlyazması ilə həmin qızılı ondan aldığını yazmışdır. xx.xx.2022-ci il tarixdə Gülər ondan aldığı iynə şəklində olan qızıl sırğanın 190 manat pulunu gətirib evində ona vermişdir. Aradan bir neçə gün keçdikdən sonra Gülər ona satdığı 2290 manat dəyərində olan qızılın 1000 manatını ödəmiş, həmin məbləğdən 1290 manat qalmışdır. O, artıq Gülərə inanmağa başlamış, hətta Gülərin anası Nailə də bir neçə dəfə ondan satmaq üçün qızıl alıb pulunu ödəmişdir. O, artıq sonunculara etibar etmiş, bundan sonra 2022-ci ilin iyun ayının əvvəllərində müxtəlif vaxtlarda özünə məxsus 1 ədəd üzük və bir cüt sırğadan ibarət üzərində brilliant qaşları olan ümumilikdə 11,58 qram çəkidə olan 583 əyarlı dəsti 2500 manat müqabilində, 1 ədəd 35,51 qram çəkidə 583 əyarlı 4266 manat dəyərində boyunbağı, 1 ədəd 35 qram çəkidə 585 əyarlı “Versace” markalı 4725 manat dəyərində boyunbağı və 1 ədəd “10-luq” 1600 manat dəyərində klonu, ümumilikdə 13.091 (on üç min doxsan bir) manat dəyərində qızıllarını satmaq üçün Gülərə vermişdir. Gülər həmin qızıllardan ona 3000 manat ödəmiş, sonuncuya satmaq üçün verdiyi qızıllardan 1290 manat və 10.091 manat olmaqla, ümumilikdə 11.381 (on bir min üç yüz səksən bir) manat dəyərində qızılları sataraq pulunu verməmişdir. 2022-ci ilin iyun ayında Nailə qızı Gülərlə onun evindən ondan xəbərsiz getdikdən sonra başa düşmüşdür ki, sonuncular onu və xalası Sevili aldatmışlar. Göstərmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə 400 manat dəyərində geyim əşyalarımı, ayaqqabılarını, dəsmalı, yataq dəstlərini, əl çantalarını satmaq üçün vermişdir. Nailə həmin puldan 80 manat ödəsə də 320 manatını ödəməmişdir. 2022-ci ilin aprel-may aylarında isə müxtəlif vaxtlarda Nailəyə 4640 manat dəyərində evində olan müxtəlif qab-qacaq, məişət əşyalarımı satmaq üçün vermişdir. Həmin əşyaları yaşadığı evdə vermiş, əşyaları verən zaman Nailənin qızı Gülər də həmişə yanında olmuşdur. Təqsirləndirilən şəxs2 isə 2022-ci ilin may-iyun aylarında müxtəlif vaxtlarda 1 ədəd 7,38 qram çəkidə 585 əyarlı “Versace” markalı qızıl sırğa, 1 ədəd 5,16 qram çəkidə 585 əyarlı qızıl sırğa, 1 ədəd 4 qram çəkidə 585 əyarlı paxlava şəklində qızıl qolbağ, 1 ədəd 3,52 qram çəkidə 585 əyarlı üzərində nal şəklində klon olan boyunbağı, 1 ədəd 2,74 qram çəkidə 585 əyarlı üzərində nal şəklində klon olan boyunbağını ümumilikdə 2290 manata, 1 ədəd üzük və bir cüt sırğadan ibarət üzərində brilliant qaşları olan ümumilikdə 11,58 qram çəkidə olan 583 əyarlı dəsti 2500 manat müqabilində, 1 ədəd 35,51 qram çəkidə 583 əyarlı 4266 manat dəyərində boyunbağı, 1 ədəd 35 qram çəkidə 585 əyarlı “Versace” markalı 4725 manat dəyərində boyunbağı və 1 ədəd “10-luq” 1600 manat dəyərində kulonu, ümumilikdə 15.381 manat dəyərində qızıllarımı, 5040 manat dəyərində geyim əşyalarını və digər əşyaları satmaq üçün vermişdir. Gülər həmin qızıllardan və əşyalardan ona 4080 manat ödəmişdir. Gülərə satmaq üçün verdiyi qızıllardan ümumilikdə 11.381 (on bir min üç yüz səksən bir) manat dəyərində qızılları, 4960 manat dəyərində əşyalarımı sataraq pulunu verməmişdir. Nailə və qızı Gülər ona ümumilikdə 16.341 (on altı min üç yüz qırx bir) manat ziyan vurmuşlar. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona 7780manat məbləğində ziyan vurulmuşdur. Vurulan ziyandan ona Təqsirləndirilən şəxs2 tərəfindən 1100 manat ödənilmiş,6680 manat isə ödənilməmiş qalmışdır. Ziyanın ödənilməsini tələb edir və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 doğma bacısı qızıdır. 2022-ci ilin mart ayının əvvəllərində Təranə anasının vəfat etməsi ilə bağlı onların evində olmuşdur. Həmin vaxt Təranə ona Nailə adlı qadının onun evində qızı Gülər ilə birlikdə kirayə qaldıqlarını demiş, sonuncu ona Nailənin istifadə olunmuş əşya aldığını demişdir. Həmin ərəfədə də ev almaq istədiyi üçün özünə məxsus istifadə olunmamış əşyalarını satmaq istəmişdir. O da Təranəyə onun əşyalarını satmaq üçün Nailə ilə danışmağı xahiş etmişdir. Təranə Nailə ilə danışdıqdan sonra həmin əşyaların bir hissəsinin şəkillərini telefonu ilə çəkərək vatsap proqramı vasitəsi ilə Nailəyə göndərmişdir. Nailə şəkillərə baxdıqdan sonra həmin əşyaları bəyənmiş, söhbət əsnasında Təranəyə həmin şəxsi tanıyıb-tanımamağı soruşduqda, Nailənin onun evində kirayə yaşadığını, narahatçılıq olmadığını bildirmişdir. O da Təranəyə heç bir söz deməmiş, elə həmin gün axşam saatlarında Nailə adlı qadın yaşadığı Yevlax rayonunda yerləşən evə “Ford” markalı yük maşını ilə gəlmişdir. Nailənin yanında avtomobilin sürücüsü və iki nəfər tanımadığı şəxs olmuş, bundan sonra Nailə onun evində olan müxtəlif çeşidli qab-qacaq dəstlərini həmin yük maşınına yükləmişlər. Nailə həmin əşyaları satıb pulunu ona verəcəyini bildirmiş, o da Nailənin Təranənin evində kirayə yaşadığını bilib ona inanaraq həmin əşyaları satmaq üçün vermişdir. Sonra Nailə və yanında olan şəxslər çıxıb getmişlər. Aradan bir müddət keçdikdən sonra Təranəyə zəng edərək Nailə ilə danışmağı və ona satmaq üçün verdiyi əşyalardan satıb-satmadığını soruşmağı xahiş etmişdir. Təranə də Nailə ilə danışıb ona verdiyi əşyaların hamısını müştərilərə satdığını, pulunu isə qısa müddət ərzində müştərilərdən alıb verəcəyini demişdir. O da heç bir söz deməmiş, özü Nailə ilə əlaqə saxlayıb əşyalarımı satmağını və qısa müddət ərzində pulunu verməsini xahiş etmişdir. Sonuncu ona narahat olmamağı demişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Təranə ona zəng edərək Nailənin ona zəng etdiyini və qızı Gülərin iş yoldaşlarının qab-qacaq əşyaları almaq istədiklərini və onun da satdıq əşyaları olduğunu demişdir. Bundan sonra satmaq istədiyi əşyaların şəkillərini çəkərək vatsap proqramı vasitəsi ilə Nailəyə göndərməsi üçün Təranəyə göndərmiş, həmin əşyalardan müəyyən hissəsini Gülər bəyəndiyini Təranə ona demişdir. Təranə Nailə və Gülərin göndərdiyi səsli mesajları ona göndərmiş, həmin gün Gülər ona zəng edərək taksi göndərəcəyini və bəyəndiyi əşyaları almaq istədiyini demişdir. O da heç bir söz deməmiş, həmin gün axşam saatlarında bir nəfər tanımadığı taksi sürücüsü yaşadığı evə gəlmişdir. Taksi sürücüsü onu Gülərin göndərdiyini və əşyalar aparmalı olduğunu bildirmiş, o da Gülərin şəkillərini bəyəndiyi qab-qacaq dəstlərini həmin şəxsin avotmobilinə yükləmişdir. Bundan sonra Gülərə zəng edərək bəyəndiyi qab-qacaq dəstlərini göndərdiyi taksi ilə göndərdiyini bildirmişdir. Sonuncu da ona bir ay müddətində həmin əşyaları satıb pulunu verəcəyini demişdir. O, sonuncunu görməsə də, Gülərin və anası Nailənin bacısı qızı Təranənin evində kirayə yaşadıqlarını bilmişdir. Aradan bir neçə gün keçdikdən sonra 2022-ci ilin may ayının ortalarında Gülərə ona zəng edərək onun istifadə etmədiyi bir ədəd paltaryuyan maşın və bir ədəd soyuducu olduğunu və həmin əşyaları satdığını Təranədən eşitdiyini demişdir. O da sonuncuya həmin əşyaları satmaq istədiyini bildirmişdir. Danışığı bitirdikdən sonra bir neçə saat keçdikdən sonra Gülər ona zəng edərək “Ford” markalı yük maşınının gəldiyini demişdir. O da həmin şəxsləri qarşılamış, həmin vaxt 4 nəfər tanımadığı şəxslər gəlmişdir. Bundan sonra bir ədəd paltaryuyan maşın, bir ədəd soyuducu, ədyal, dəsmal dəstlərini də həmin maşına yüklətdirmişdir. Gülərə zəng edərək dediyi əşyaları göndərdiyini bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra 2022-ci ilin iyun ayının ilk günlərində Gülərin eyni qaydada sifarişi ilə yük maşınına evində olan mebel dəstləri, televizoru və digər əşyaları yüklətdirib göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, Nailə və qızı Gülər Təranənin evindən ondan xəbərsiz qaçmışlar, Təranəni də aldadaraq onun əşyalarını da satmaq adı ilə alıb aldatmışlar. Göstərmişdir Təqsirləndirilən şəxs1 2022-ci ilin mart ayının əvvəllərində 1260 manat dəyərində qab-qacaq dəstləri, Təqsirləndirilən şəxs2 2022-ci ilin aprel ayında 1200 manat dəyərində qab-qacaq dəstləri, 2022-ci ilin may ayında 1500 manat dəyərində soyuducu, paltaryuyan maşın və ədyal, dəsmal dəstlərini, sonuncu dəfə isə 2022-ci ilin iyun ayının ilk günlərində 1500 manat dəyərində yataq dəsti, 1 ədəd 600 manat dəyərində divan, 400 manat dəyərində stol-stul dəsti, 800 manat dəyərində plazma televizor, 200 manat dəyərində pufik mebel (jurnalni), 1 ədəd 100 manat dəyərində ütü stolu, 1 ədəd 50 manat dəyərində divar saatı, 1 ədəd 80 manat dəyərində videokamera aparatı, 3 ədəd ümumi dəyəri 80 manat olan videooxudan aparat, 1 ədəd 10 manat dəyərində işıq fanarı, ümumilikdə 7780 manat dəyərində əşyaları satmaq məqsədi ilə Nailə və qızı Gülərə versə də sonuncular onu aldadaraq pulunu verməmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara satmaq üçün verdiyi ümumilikdə 7780 manat dəyərində əşyalarının müqabilində ona 1100 manat pul qaytarmış, qalan 6680 manat pulunu isə onu aldadaraq ələ keçirmişlər. İş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi iki ədəd CD diskinə baxış keçirilmiş, təqdim edilmiş 1-ci CD diskində 43 ədəd, digər 2-ci CD diskində isə 3 ədəd «Vatsap audio» səs yazısı olduğu müəyyən edildi. Həmin audio səs yazılarından xx.xx.20220-ci il tarixdə 14 ədəd səs yazısı, qalanı isə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Qeyd olunan CD diskindəki səs yazılarında iki qadın arasında olan dialoqlar qeydə alınmışdır. Səs yazılarında iki qadının qızıl zinət əşyaları, həmçinin geyim və ev əşyalarını alınması ilə bağlı qarşı tərəflə dialoq aparması, əşyaları almaq istəyən real müştərilərinin olduğunu və təcili həmin əşyaları onlara göndərilməsini, ev əşyalarını daşımaq üçün yük avtomobilinin də ünvana göndərməyə imkanları olduğu, əşyaları almaq istəyən şəxslərin özlərinin tanışları və həmçinin iş yoldaşları olduğunu bildirərək yalan vədlər verdikləri, əmlakları əldə etdikdən sonra həmin əmlakın onlara çatması ilə bağlı məlumat verdiyi, sonrakı səs yazılarında isə satılması üçün əmlakların sonradan pulunun verilməməsi ilə bağlı qarşı tərəflə aralarında narazılıqların yarandığını, malları satmaq üçün alan şəxslərin hər dəfə müxtəlif bəhanələr gətirdikləri, şikayət etməməsi üçün yalvarış etdikləri öz əksini tapmış, qeyd olunan mövzuda olan səs yazılarının hər biri bir neçə saniyəlik olmaqla ardıcıl olaraq CD disklərinə köçürülmüşdür. Diskə baxışda iştirak etmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, təqdim etdiyi CD diskində olan səs yazıları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus səs yazıları olmaqla sonucular ondan qızıl zinət əşyalarını və əmlakları satıb pulunu ödəyəcəkləri adı ilə əldə edib onu aldadaraq əmlakları ələ keçirmişlər. İş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi iki ədəd CD sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CMnin 178.2.1, 178.2.2, 178.2.4, 69.3 və 70-ci maddələri ilə təqsirli bilinib 2 il şərti sınaq müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsində göstərilmişdir ki, şərti məhkum olunmuş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir.Buna görə Təqsirləndirilən şəxs1 cinayəti törədərkən cəza müddəti başa çatdığından məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların bu əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nən özlərinin etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkənlərə vurulmuş ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 işin məhkəmə baxışında məhkəmədən yayındığından barələrində Abşeron rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarı ilə axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Abşeron rayon Pİ-nin 27 mart 2024-cü il tarixli məktubu və ona əlavə edilmiş tutma protokolundan görünür ki, onların hər ikisi 18 mart 2024-cü il tarixdə tutularaq MSY-ə təhvil verilmişlər. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 09 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 may 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan məhrum etmə cəzasından tutulduğu 02 gün müddət cəzasından çıxılmalı və üzərində qəti cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzalarının əvvəli tutulduqları 18 mart 2024-cü il tarixdən hesablanmalıdır. İşin məhkəmə baxışında zərərçəkənlər Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən ona vurulan ziyan 7780 manatdan 1100 manat ödənildiyi qalan 6680 manatı tələb etdiyi və Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək dəyən ziyan 16341 manatdan 4985 manat ödənildiyi və 11 356 manatın ödənilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü” haqqında Plenum qərarına əsasən müəyyən edilir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübuta yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində zərərçəkən Zərərçəkmiş şəxs2 6680 manat və Zərərçəkmiş şəxs1 isə 11 356 manat maddi ziyana görə pul tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzasından çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 18 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 18 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində vurulan ziyana görə müştərək qaydada zərərçəkən Zərərçəkmiş şəxs2 xeyrinə 6680 manat və Zərərçəkmiş şəxs1 xeyrinə 11 356 manat məbləğində pul tutulsun. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə) Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar