Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1166/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 22 avqust 1991-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Füzuli şəhəri, Dövlətyarlı kəndində qeydiyyatda olan və, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Saray qəsəbəsi, Murtuza Muxtarov küçəsi, 5 saylı binanın qarşısında rastlaşdıqda, sonuncu alıb ona verdiyi mobil telefonun kreditini ödəməməsi barədə irad bildirib həmin telefonu geri istədikdə, bundan əsəbləşib Zərərçəkmiş şəxs ardınca evə daxil olub şəxsi münasibətlər zəminində mübahisə edərək sonuncunun boğazından tutaraq, sifətinə və digər nahiyəsinə yumruq və ayaqla vuraraq sonuncunun sol gözünün ağlı qişasına qansızma ilə müşayət olunan sol göz orbitasının hematoması, burun sümüyünün yerdəyişməyən sınığı və boyun nahiyəsinin və bel nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, istintaq zamanı verdiyi ifdəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs ilə uzun müddətdir qeyri-rəsmi münasibət saxlayır və Samirə ilə aralarında əvvəllər də mübahisələr olub. Sonuncu dəfə 23 iyul 2025-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək halının pis olduğunu bildirdiyi üçün həmin gün saat 14:00 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs evinə getmiş və evə çatdıqda Samirənin evdə olmadığını görmüş, Samirənin oğlu Xəyyam anasının yaxınlıqdakı marketdə olduğunu demişdir. O, Samirəni gözləməyə başlayıb, lakin Samirənin gec gələcəyini düşündüyü üçün Xəyyamla birlikdə yaxınlıqdakı marketə gedib, orada da Samirəni görməyib və Xəyyamla birgə şirniyyat alaraq Samirənin evinə qayıtmış, evə qayıdanda Samirənin evdən çıxıb taksi çağırdığını görərək, ona yaxınlaşıb Samirədən niyə onu yalandan çağırdığını soruşaraq mübahisə yaratmış, sonuncuya əsəbiləşərək səs tonunu qaldırmışdır. O, bildirmişdir ki, həmin vaxt Samirə də onu danlayıb, bu zaman əsəblərinə hakim ola bilməyərək Samirəyə yaxınlaşıb və onun üz nahiyəsinə bir dəfə sillə vurub. Sonradan sakitləşib və hadisə yerindən uzaqlaşmış, Samirəyə bir sillədən başqa hər hansı xəsarət yetirməsinin yadında olmadığını bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirməklə, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət işi üzrə məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirməklə əlavə olaraq qeyd etdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində xəstəxanadan bacısı ilə evə gələrkən evlərinin qarşısında əvvələr tanıdığı Elvin adlı şəxs ona yaxınlaşmış kreditlə götürərək ona verdiyi “Samsung S-24 Ultura” markalı telefonla bağlı aralarında mübahisə yaranmış, qaytarmasını tələb etmiş və bu zaman Elvin ona borcunun olmadığını və kimə istəyirsən müraciət et deyərək qolundan tutaraq evə salıb, boğazından yapışmış, sifət nahiyəsinə vurmağa başlamışdır. Bundan sonra bacısı Şahid 102-yə məlum hadisə barədə məlumat vermiş, Elvin isə oradan getmişdir. Təqsirləndirilən şəxs şikayətinin olmamasını, hadisələrin ilkin ifadəsində göstərdiyi kimi baş verməsini bildirərək, barışığın nəzərə alınmasını barəsində amnistiya aktının tətbiqinə narazılığı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində xəstəxanadan bacısı ilə evə dönərkən əvvələr tanımadığı şəxs bacısının evinin qarşısında arxadan onlara yaxınlaşaraq bacısı Samirənin qolundan tutaraq, onunla danışmalı olduğunu bildirərək mübahisə yaratmış və o, əlində olan paketləri evə qoyaraq bacısının yanına qayıtmış və bu zaman bacısı Samirə həmin şəxsin əlindən çıxaraq evə qaçmışdır. O, həmin şəxsə mane olmaq istəyərkən əli ilə itələyərək evə keçmiş və mübahisə evdə davam etmiş və bacısının üstünə gələrək onu döyməyə başlamış, bacısının üz nahiyəsinə yumruq və təpiklə qəsdən zərbələr yetirərək, boğazından yapışmış və üstündə gəzdirdiyi bıçaqla bacısı Samirəni ölümlə təhdid etmiş və səs-küyə gələn anasını kənara itələyərək onuda öldürəcəyini bildirmişdir. Bundan sonra O, 102-ə məlumat vermiş və bunu görən Elvin qaçaraq evi tərk etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 11 avqust 2025-ci il tarixdə verilmiş 24 iyul 2025-ci il tarixli 1761 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol gözünün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının hematoması, burun sümüyünün yerdəyişməyən sınığı, boyun nahiyəsinin və bel nahiyəsinin sıyrıqları küt əşyanın(əşyaların) təsirindən törənmişdir, xx.xx.2025-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir;
2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 avqust 2025ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır;
3. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 19 avqust 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. “İttiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması” haqqında 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan etmək məqsədi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur;
5. “Cinayət işinin icraatın dayandırılması” haqqında 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək, istintaqa təqdim olunanadək dayandırılmışdır;
6. “Axtarışda olan şəxsin tutulması” barədə 16 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2025-ci il tarixdə saxlanılaraq, Abşeron RPİ-yə gətirilmiş və MSY-nə təhvil verilmişdir;
7. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 16 sentyabr 2025ci il tarixli qərara əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndiriən Təqsirləndirilən şəxs tutulub, istintaq orqanına təhvil verildiyindən ********* saylı iş üzrə dayandırılmış icraat təzələnmişdir;
8. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 17 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;
9. “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Nadirli X2 RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 2000 manat cərimıə cəzasına məhkum edilmiş və həmin cərimə məbləği 28 noyabr 2016-cı il tarixdə tam ödənilmiş, bundan başqa Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir;
11. “Sübutların qiymətləndirilməsi” haqqında 08 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinin başlanılması rədd edilmiş, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, üzləşdirmə-dindirmə protokolu, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1761 nömrəli ekspert rəyi və digər istintaq sənədləri iş materialları ilə öz təstiqini tapdığından sübut növü kimi qiymətləndirilmişdir;
12. Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 1(012)-1166/2025 saylı qərarı ilə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş X1 haqqında axtarış verilmiş, sonuncu 17 dekabr 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində tutularaq, Abşeron rayon məhkəməsinə təhvil verilmişdir;
13. Abşeron rayon Məhkəməsinin 22 dekabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasının 1(012)-1166/2025 saylı qərarı ilə X1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır
14. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, sonuncu barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir
15. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini bildirməklə, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi.
Sübutların qiymətləndirilməsi və Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Onun əməli ibtidai araşdırma aparan orqan tərəfindən doğru olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə müəyyən edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli üzrə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədək müəyyən edilməklə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və həmin əməl Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunan cinayət əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin müvafiq Qərarının 5.1-cı bəndinin tətbiq dairəsinə daxildir və həmin Qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər sonuncunun əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən, seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 (iyirmi beş) saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 25 (iyirmi beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov