Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-117/2022 26.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə 24 avqust 1984-cü il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrumetmə və 3500 manat cərimə cəzasına məhkum olunmuş, Abşeron rayonu, Novxanı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, 70 manat pul müqabilində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı ayrılıqda təmiz çəkiləri 0,283 qram və 0,294 qram olmaqla ümumilikdə - 0,577 qram çəkidə narkotik vasitə olan heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı ayrılıqda təmiz çəkiləri 0,149 qram və 0,158 qram olmaqla ümumilikdə - 0,307 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib Abşeron rayonu Novxanı kəndinə daşıyıb üzərində saxlamış, 21 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı o, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən məscidin yaxınlığında saxlanılıb, bölmənin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin 01 ədəd açıq qırımızı və 01 ədəd şəffaf rəngii seiiofanlara bükülmüş ayrı ayrılıqda təmiz çəkiləri 0,283 qram və 0,294 qram olmaqla ümumilikdə - 0,577 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ayrı ayrılıqda təmiz çəkiləri 0,149 qram və 0,158 qram olmaqla ümumilikdə - 0,307 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç yerdə işləmir, fiziki və psixi cəhətdən sağlamdır, şübhəli şəxs qismində saxlanıldığı anda ona hüquq və vəzifələrim izah edilmişdir. O, ünvan 3 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır və narkotik vasitə olan heroinin istifadəçisidir. 22 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində o, tanışı X8 ilə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən Məscidin yaxınlığında yol kənarında dayanıb siqaret çəkərkən polis əməkdaşları onlara yaxınlaşaraq anket məlumatlarını soruşmuşdur. Onların da hər ikisi öz anket məlumatlarını polis əməkdaşlarına demişlər. Daha sonra onların hərəkətləri polis əməkdaşlarına şübhəli gəldiyi üçün sonuncular onların narkotik vasitələrin aludəçisi olduğubdan şübhələnib birlikdə Abşeron RPİ-nin Saray PB-nə getməli olduqlarını bildirmişlər. O da tanışı Məhərrəmlə birlikdə polis əməkdaşları ilə razılaşıb birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmişdir. Abşeron RPİ-nin Saray PB-nə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat verilmiş, daha sonra xidməti otaqlardan birində video çəkilişlə onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl onu dövlət hesabına müdafiəçi iiə təmin etmişiər və bundan sonra müdafiəçinin iştirakı iiə ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və üzərində belə bir əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd açıq qırmızı və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində metamfetamin olan kütləni masanın üzərinə qoymuşdur. Həmin bükülülər açıldıqdan sonra bükülülərin içərisinə baxış keçirilmişdir. Daha sonra ondan həmin kütlələri haradan və nə vaxt aldığı soruşulmuş, o isə həmin kütlələrin narkotik vasitə olan və el arasında “kokos” adlandırılan heroin olduğunu, Bakı şəhəri, Biləcən qəsəbəsində tanımadığı şəxsdən X8 ilə birlikdə öz şəxsi istifadəsi və satışı üçün 70 manat qarşılığında aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Eləcə də o, digər bükümlərdə limon duzu olduğunu bildirmişdir. Lakin həmin maddə limonlu duz olmamış, həmin maddə də metamfetamin olmuş və həmin tanımadığı şəxsdən almışdır. Üzərindən aşkar edilmiş heroinlər və metamfetaminlər zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün izahatında qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. 21 sentyabr 2021-ci il tarixdə üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini həmin tarixdə Bakı şəhəri, Biləcəri rayonunda olduğu zaman tanımadığı şəxsdən X8 ilə birlikdə öz şəxsi istifadəsi və satışı üçün 70 manat qarşılığında almışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Belə ki, tanımadığı şəxslərdən aldığı narkotik vasitə və ya psixotrop maddələri alandan sonra həmin narkotik vasitə və ya psixotrop maddənin bir qismini özü istifadə etmiş, digər qalan hissələrini isə aldığı pulu çıxarmaq üçün satmışdır. Aldığı heroin və metamfetamini də həm özü istifadə etmək üçün həm də alan olsa satmaq üçün üzərində saxlamışdır. O ilk əvvəllər polislərə həmin metamfetamini limon duzu kimi təqdim etsə, poiislərin ona inanacağını və həmin maddəni ekspertizaya göndərməyəcəylərini düşünmüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş 3500 manat cərimə cəzası indiyədək icra olunmamışdır. Təyin edilmiş cərimə cəsasını ödəmək istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin CAŞnın əməliyyat müvəkkili Şahid oğlu ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs” və “X8” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələri qəbulu, saxlamaları, istifadəsi və satışı ilə məşğul olmaları barədə etimad doğuran məlum yə qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə mənim və Abşeron RPİ-nin Saray PB-nin polis sahə nəfəri, polis serjantı X2 iştirakı ilə tərəfimdən 21 sentyabr 2021-ci il tarixdə əməliyyat qrupu təşkil edildi. xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində mən və əməliyyat qrupunun digər iştirakçısı X9 rayonu, Novxanı qəsəbəsində yerləşən Məscidin yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs və X5 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətlərini dəqiqləşdirərək Təqsirləndirilən şəxs və X8 olduqlarını müəyyən etmişlər. Bundan sonra onlar Qədmalı və Məhərrəmi narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Qədmalı və Məhərrəm onlara etiraz etməyib razılaşaraq poiis idarəsinə gəimişiər. Orada xidməti otaqiarın birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd açıq qırmızı və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində “limon duzu” olduğu dediyi kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Qədmalının təqdim etdiyi 01 ədəd açıq qırmızı və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd açıq qırmızı və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd açıq qırmızı və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdəki qəhvəyi rəngli rəngli toz şəkilli maddə narkotik vasitə olan və el arasında “kokos” adlarındırlan heroin, digər gümüşü rəngli iki bükümdəkinin isə limon duzu olduğunu demiş və həmin narkotik vasitə olan heroini Bakı şəhəri, Biləcəri qəsəbəsində tanımadığı şəxsdən X8 ile birlikdə şəxsi istifadəsi və satışı üçün 70 manat qarşılığında aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin polis sahə nəfəri, X3 ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs” və “X8” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələri qəbulu, saxlamaları, istifadəsi və satışı ilə məşğul olmaları barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə mənim və Abşeron RPİ-nin Saray PB-nin polis sahə nəfəri, polis serjantı X2 iştirakı ilə tərəfimdən 21 sentyabr 2021-ci il tarixdə əməliyyat qrupu təşkil edildi. xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində mən və əməliyyat qrupunun digər iştirakçısı X9 rayonu, Novxanı qəsəbəsində yerləşən Məscidin yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs və X5 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətlərini dəqiqləşdirərək Təqsirləndirilən şəxs və X8 olduqlarını müəyyən etmişlər. Bundan sonra onlar Qədmalı və Məhərrəmi narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Qədmalı və Məhərrəm onlara etiraz etməyib razılaşaraq polis idarəsinə gəlmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd açıq qırmızı və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində “limon duzu” olduğu dediyi kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biiəcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Qədmalının təqdim etdiyi 01 ədəd açıq qırmızı və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində psäxotrop maddə metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd açıq qırmızı və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd açıq qırmızı və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdəki qəhvəyi rəngli rəngli toz şəkilli maddə narkotik vasitə olan və el arasında “kokos” adlarındırlan heroin, digər gümüşü rəngli iki bükümdəkinin isə limon duzu olduğunu demiş və həmin narkotik vasitə olan heroini Bakı şəhəri, Biləcəri qəsəbəsində tanımadığı şəxsdən X8 ilə birlikdə şəxsi istifadəsi və satışı üçün 70 manat qarşılığında aldığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə xx.xx.2021-ci il tarixli, 6/4211 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin №56” ştamp əksi olan paketlərdəki vət. Təqsirləndirilən şəxs üzərindən götürülümüş 02 (iki) ədəd bükümdəki heroinlər(qalıq 0,477 qram - 0,1 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir) və 02 (iki) ədəd bükümdəki metamfetamin (qalıq 0,207 qram - 0,1 qram psixotrop maddə-metamfetamin tədqiqata sərf edilmişdir). Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasınır ərazisində dövrüyəsi qadağan edilən psixtrop maddələr»in siyahısına (siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyəsi qadağan edilən psixotrop maddələr» -in siyahısına (siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 09 oktyabr 2021-ci il tarixli, 3852 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Əliyev X4 rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə 05 ay 18 gün şərti vaxtından əvvəl azad olunmuşdur. Bundan başqa, Əliyev X4 rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə və 3500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2014cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in 14 saylı məntəqə cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli 2575 saylı məktubundan görünür ki, əvvəllər 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində qeyd olunan cərimə borcu ilə bağlı hər hansı bir ödəniş sənədi qeydə alınmamışdır və xx.xx.2014-cü il tarixdə cəza sonu ilə azad olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən ona təyin olunmuş 3500 manat cərimə cəzası bugünədək icra olunmamışdır. Həmin hökmün yenidən icraya göndərilməsinə göstəriş verməsini xahiş etmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,207 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,477 qram olan narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 21 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd açıq qırmızı və bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin və iki ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə olan metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümləri götürülmüşdür. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ cibindən çıxartdığı 01 ədəd açıq qırmızı və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək narkotik vasitə olan heroin olduğunu, sağ yan cibindən çıxardığı digər 02 ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş maddənin “limon duzu” olduğunu və onları Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsi və satışı üçün 70 manat qarşılığında aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs idman şalvarının sağ yan cibindən götürülmüş 02 ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlənin “limon duzu” olduğunu, qeyd olunan kütləni narkotik vasitə qəbulu zamanı istifadə etdiyini bildirməsi müəyyən edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.” Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni yeddi ilin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 3500 manat məbləğində cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 228 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,207 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,477 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 3500 manat məbləğində cərimə cəzası ilə cəzası ilə tam birləşdirilsin və üzərində qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 3500 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş 3500 manat cərimə cəzası müstəqil icra edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 228 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,207 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,477 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-117/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-117/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver