Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-117/2024 05.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Xırdalan şəhəri, Masazır şossesinin şimalı ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs 4000 manat müqabilində təqaüd düzəltməsinə köməklik edəcəyini yalandan vəd verib inandıraraq, 21 dekabr 2023-cü il tarixdə saat 12 radələrində sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən evində 2000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələbuzluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvüləri ilə birlikdə Sumqayıt şəhəri “Yaşıl Dərə” yaşayış massivindəki evlərində yaşayır. Əvvəllər Sumqayıt şəhərində dayısına məxsus mebel sexində usta işləmişdir. Zərərçəkmiş şəxs 2022-ci ilin oktyabr ayından tanıyır. Həmin ərəfədə o, tarixini dəqiq xatırlamadığı gündə gecə saatlarında idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə gedərkən Zərərçəkmiş şəxs ağ rəngli avtomobilinin yolda xarab olub dayandığını görüb, sonuncuya köməklik etmək üçün yaxınlaşıb tanış olmuş və maşınını təmir sexinə aparmasına yardım etmişdir. Həmin vaxtı aralarındakı söhbət zamanı o, dayısının Sumqayıt şəhərindəki mebel sexində usta olduğunu söyləmiş, Bəsti xanım da evində istifadə etmək üçün dolab lazım olduğunu deyib, ondan dolab düzəltməsini xahiş etmiş, o da həmin dolabın 150 manata başa gələcəyini bildirib, Bəstidən beh verməsini xahiş etmiş, sonuncu da 50 manat beh verib, qalan pulu da dolabı evinə apardıqdan sonra verəcəyini bildirmişdir. O da razılaşıb, 50 manatı alıb bir müddətdən sonra dolabı düzəldib, Bəstinin yaşadığı evə aparmış, həmin müddət ərzində görüşüb söhbət edərkən Bəsti ona ürək xəstəsi olduğunu və müalicə aldığını söyləyib, buna görə təqaüd almaq istədiyini bildirmiş, o da tanışlarının vasitəsi ilə Bəstiyə xəstəliklə əlaqədar təqaüdə çıxmasına köməklik edə biləcəyini bildirmiş, sonuncu da razılaşıb, bu işin neçiyə başa gələcəyini soruşmuş, o da 4000 manata başa gələcəyini, həmin pulun 2000 manatını əvvəldən, qalan 2000 manatını isə təqaüd almaq məsələsi həll olduqdan sonra verəcəyini söyləmiş, Bəsti də razılaşıb, buna görə 21 dekabr 2022-ci il tarixdə saat 12 radələrində ona zəng edib, Masazır kəndi Füzuli küçəsi-45 ünvanında yerləşən yaşadığı evə çağırıb, əvvəlcədən razılaşdıqları kimi ilkin olaraq 2000 manat pul və şəxsiyyət vəsiqəsinin ksero surətini vermiş, o da pulu və şəxsiyyət vəsiqəsinin surətini alıb, təqaüd almaq məsələsinin 2023-cü ilin fevral ayının 15-nə kimi həll olunacağını və həmin müddətdə təqaüd kartı alacağını bildirib getmişdir. Bəstidən aldığı 2000 manat pulun bir hissəsini elə həmin günü şəxsi ehtiyaclarına xərcləmiş və ertəsi günü telefonla Bəsti ilə əlaqə saxlayıb, təqaüd məsələsinin həll olunduğunu bildirib, təqaüd almaq istəyən əlavə şəxslər olarsa ona bildirməsini xahiş etmişdir. Bəstidən aldığı 2000 manatı xərcləyib qurtardıqdan sonra sonuncuya zəng edib, təqaüd düzəltdirmək istəyən şəxslərin olub-olmadığını soruşmuş, Bəsti də olmadığını bildirmişdir. 15 fevral 2023-cü il tarixdə Bəsti ona zəng edib təqaüd kartı barədə soruşmuş, o da işdə olduğunu deyib, təqaüd kartı ilə bağlı bir gün sonra Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedəcəyini bildirmiş və ertəsi günü Bəstiyə zəng edib, sonuncunu aldadaraq təqaüd kartının fevral ayının 27-də veriləcəyini söyləmişdir. Bəsti də aldadıldığını hiss etmiş və bu işin alınmayacağım deyib, verdiyi pulu qaytarmasını tələb etmiş, o da yenə Bəstini aldadaraq təqaüd məsələsinin artıq həll olunduğunu deyib, əgər fevral ayının 27-dək təqaüd məsələsi həll olunmasa pulu geri qaytaracağını bildirmişdir. Bundan sonra maddi imkanı olmadığına görə Bəstinin 2000 manatını qaytara bilməmiş, Bəsti də ondan polisə şikayət etmişdir. Hazırda zərərçəkənə dəyən ziyanı tam olaraq ödəmişdir. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. O, məhkəmə iclasında ərizə ilə müraciət edərək, iş üzrə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 7 ay əvvəldən qızı ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, Füzuli küçəsindəki evində yaşayır. 3 il olar ki, Azərbaycan Nəşriyyatında yerləşən "Qanun” jurnalında korrektor işləyir. X3 2022-ci ilin oktyabr ayından tanıyır. Fləmin ərəfədə o, tarixini dəqiq xatırlamadığı gündə Sumqayıt şəhərinə gedərkən yolda idarəetdiyi avtomobilin xarab olması səbəbindən yolda dayandığı vaxt həmin Elşən təsadüfən onu görüb köməklik etmək üçün yaxınlaşmış və ona maşınını təmir sexinə aparmasına köməklik etmiş, həmin vaxtı aralarında olan söhbət zamanı Elşən atasının Sumqayıt şəhərində mebel sexinin olduğunu söyləmiş, həmin ərəfədə ona evində istifadə etmək üçün dolab lazım olduğuna görə Elşəndən dolab düzəltməsini xahiş etmiş, sonuncu da dolabın 150 manata başa gələcəyini bildirib, həmin məbləğdə pulu dərhal verməsini söyləmiş, o da 50 manat beh verib, qalan pulu da dolabı gətirdikdən sonra verəcəyini bildirmiş, Elşən də razılaşıb, 50 manatı alsa da həmin dolabı söz verdiyi müddətdən çox gec gətirmişdir. Bu müddət ərzində o, Elşənlə görüşüb söhbət edərkən xəstəsi olduğunu və buna görə müalicə aldığını söyləmiş, sonuncu da tanışlarının vasitəsi ilə ona xəstəliklə əlaqədar təqaüdə çıxmasına köməklik edə biləcəyini bildirmiş, o da razılaşmış və bu işin neçə manata başa gələcəyini soruşmuş, Elşən də 4000 manata edəcəyini, həmin pulun 2000 manatını əvvəldən, qalan 2000 manatını isə təqaüd almaq məsələsi həll olduğqdan sonra, yəni 2023-cü ilin fevral ayının 15-də təqaüd kartını aldıqdan sonra verəcəyini söyləmiş, o da razılaşmış və 21 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Masazır kəndi, Füzuli küçəsi-45 ünvanında yaşadığı evdə Elşənlə görüşüb, sonuncuya ona xəstəliklə əlaqədar təqaüd düzəltməsi üçün əvvəlcədən razılaşdıqları kimi ilkin olaraq 2000 manat pul və şəxsiyyət vəsiqəsinin ksero surətini vermiş, Elşən pulu və şəxsiyyət vəsiqəsinin surətini alıb onun təqaüd məsələsinin 2023-cü ilin fevral ayının 15-nə kimi həll olunacağını və həmin müddətdə təqaüd kartı alacağını bildirib getmişdir. Ertəsi günü Elşən «WhatsApp» xidməti vasitəsi ilə onun mobil telefonuna səsli mesaj göndərərək, təqaüd məsələsinin həll olunduğunu bildirib, təqaüd almaq istəyən əlavə şəxslər olarsa bildirməsini xahiş etmiş, o da Elşənin sözünə inanıb gözləməyə başlamışdır. Bundan bir neçə gün sonra Elşən ona zəng edib təqaüd düzəltdirmək istəyən şəxslərin olubolmadığını soruşmuş, o da olmadığını bildirmişdir. 15 fevral 2023-cü il tarixdə Elşənə zəng edib, on asöz verdiyi təqaüd kartı barədə soruşmuş, sonuncu işdə olduğunu deyib, təqaüd kartı ilə bağlı bir gün sonra Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedəcəyini bildirmiş və ertəsi günü ona zəng edib, təqaüd kartının fevral ayının 27-də veriləcəyini söyləmiş, o da Elşənin yalan danışdığını və onu aldadıb yola verdiyini hiss edib, bu işin alınmayacağım deyib, verdiyi pulu qaytarmasını tələb etmiş, Elşən də təqaüd məsələmin artıq həll olunduğunu deyib, fevral ayının 27-dək onun təqaüd məsələsi həll olunmadığı halda pulu geri qaytaracağını bildirmiş, o da razılaşıb gözləmiş, lakin Elşən verdiyi sözə əməl etməmiş, o da zəng edib Elşəndən pulunu qaytarmasını tələb etmiş, sonuncu da pulu göndərməsi üçün ona bank kartının şəklini göndərməsini söyləmiş, o da göndərmiş, lakin Elşən onu aldadaraq, müxtəlif bəhanələr gətirərək pulunu qayatmamışdır. O, Elşənə pul verərkən yanında heç kim olmamışdır. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 2000 (iki min) manat dəymiş ziyanın tam şəkildə ödənildiyini, onun barəsində heç bir şikayəti, tələbi olmadığını, onunla barışdığını bildirdi. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmış, məhkəmənin 05 mart 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla seçilmiş qətimkan tədbiri ləğv edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan 24 aprel 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş və Abşeron rayon Pİ-nin MSY-ə verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitram olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 90 manat, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 90 manat, ona məhkəmə zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-117/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-117/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver